Ecazkar Canlılar

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
26 / total: 46

Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros

Albatroslar çox böyük - 3,5 metrə yaxın - qanadları olan dəniz quşlarıdır. Həyatlarının 92 faizini açıq dənizlərdə keçirir və quru sahəsinə demək olar ki, enmirlər. Bu quş növünün ən əsas xüsusiyyəti onun dayanmadan uzun müddət uça bilməsidir. Bu çətin işi isə albatros xüsusi uçuş tərzi sayəsində bacarır.

Albatrosun uçması üçün qanadlarını küləyə qarşı tam açaraq havada dayanması kifayətdir. Bu şəkildə qanad çalmadan saatlarla uça bilir. Quş bunu qanadlarını mümkün qədər geniş açaraq yerinə yetirir və bu halda quşun qanadlarının uzunluğu 3,5 metrə çatır. Bu, quşlar arasında ən böyük qanad uzunluğudur.

albatros, evrim

Albatros yuxarı qalxan hava axınlarından və küləkdən istifadə edərək bunların istiqamətində uçur. Küləyin içində ziqzaqvari şəkildə xətlər cızaraq və axından-axına keçərək hərəkət edir. Albatros bu şəkildə heç bir qanad çalmadan saatlarla su üzərində uça bilir. Bəs albatroslar nəyin sayəsində bu çətin işi bacarır? Bu quşun belə xüsusiyyətə malik olmasının səbəbi nədir?

Xüsusən də 3,5 metrlik bu nəhəng qanadları sabit şəkildə açıq saxlamaq üçün çox böyük güc tələb olunur. Albatrosların nə qədər çətin bir işi yerinə yetirdiyini anlamaq üçün albatrosu bir insanla müqayisə edək. Bir insan qollarını hətta az müddət də olsa havada saxlamağa çalışanda çətinlik çəkir. Bir qədər sonra əzələləri ağrımağa başlayır və qollarını aşağı salmağa məcbur olur. Halbuki albatroslar qanadlarını saatlarla havada açıq saxlaya bilirlər.

albatros, kumsal

Albatrosların qanad sümüklərində qanadlarını açıq vəziyyətdə saxlamağa imkan verən müəyyən kilid sistemi var. Məhz bu kilid sistemi sayəsində onlar əzələ gücündən istifadə etmir. Bu da uçuşu xeyli asanlaşdırır. Bu xüsusi sistem sayəsində günlərlə, həftələrlə, hətta aylarla ən az enerji itirərək heç dayanmadan uçurlar.

Bir an bunu düşünmək albatroslardakı bü xüsusiyyətlərin təsadüfən yaranmadığını anlamaq üçün kifayətdir. Dənizlərin üzərində uzun müddət uçaraq yaşayan bu quşların üzərində Allahın şəfqət və rəhmətini görürük. Albatrosların həyatını təmin edən bütün xüsusiyyətləri onlara verən Allahdır. Hər şeyə qadir olan Rəbbimiz başqa canlılar kimi bu canlıları da qoruyur və ehtiyacını tam ödəyir. Bir ayədə Allah quşların xüsusiyyətlərinə belə nəzər yetirir:

 

"Məgər müşriklər yerlə-göy arasında ram olunmuş quşları görmürlər?! Onları yalnız Allah saxlayır. Həqiqətən bunda möminlər üçün ibrətlər vardır!"("Nəhl" surəsi, 79)



 

26 / total 46
"Harun Yəhyanın Ecazkar Canlılar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top