Ecazkar Canlılar

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
29 / total: 46

Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi

alakarga, hafıza

Zığ-zığlar topladıqları qozaları daha sonra istifadə etmək üçün torpağa basdırır. Bəzi hallarda gündə 1000 ədəd qoza basdırırlar. Meşədə hər yer bir-birinə bənzəyir. Bu səbəbdən hətta insan da meşədə bir yeri çox çətinliklə tapır. Bəs zığ-zığlar qozaları gizlədikləri yeri necə tapırlar? Çox ağıllı bir üsulla bu yerlərə işarə qoyur. Bunun üçün bəzən ağac budaqlarından, bəzən də daş parçalarından istifadə edirlər. Əslində yenə də ucsuz-bucaqsız meşədə torpağın altında bir yeri tapmaq çox çətindir. Lakin aparılan sınaqlarda bu quşların hətta 9 ay keçdikdən sonra da həmin qozaları tapdığı məlum olmuşdur. Quşun bu qədər güclü yaddaşa malik olması, qida gizlətdiyi yeri işarə etməsi və daha sonra bunların yerini xatırlaması bir yaradılış möcüzəsidir.

Heç bir ağlı və şüuru olmayan zığ-zığların qozaları torpağa basdıraraq gizlətməyi düşünməsi, qoza basdırdıqları yerləri yenidən tapmaq üçün işarə etməsi əlbəttə ki, təsadüflərlə izah edilə bilməz.

karga, sevimli

1000 ədəd qozanı basdırmaq və hamısını daşlarla və ya budaqlarla işarə etmək və bunu nizamlı bir şəkildə etmək qətiyyən quşun edə biləcəyi bir iş deyil. Tapdığı qozanı bir quşun yeməsi çox təbiidir. Lakin gələcək üçün gizlətmək kimi bir davranış, yerlərini təyin etmək üçün işarələmək, daha sonra isə bu işarə edilmiş yerləri tanımaq yalnız ağıllı insanın edə biləcəyi bir işdir.

Bir quş bunların heç birini özündən edə bilməz. Bu halda bütün bunları zığ-zığ quşuna etdirənin hər şeyə qadir olan sonsuz ağıl sahibinin olduğunu dərk edirik... Beləliklə, bu yüksək ağıl hər şeyi müəyyən bir nizam içində qüsursuz yaradan və hər şeyin hakimi olan Allaha aiddir. Allah dilədiyi üçün bu quş qidasını gizləyir və yenə də Allahın diləməsi ilə onu tapa bilir. Jaradılan hər şeydə olduğu kimi bu quşda da Allahın yaratma gücünün dəlillərinə nümunələr görürük.

 

29 / total 46
"Harun Yəhyanın Ecazkar Canlılar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top