Ecazkar Canlılar

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
32 / total: 46

Dənizlərin Sanitarlari

Böyük bir balığın ağzına girən kiçik balıq gördüyünüz zaman ağlınıza hər şeydən əvvəl nə gəlir? Bu vaxt böyük balığın kiçik balığı bir həmlədə yeyəcəyini fikirləşir və kiçik balığın ona nə üçün bu qədər yaxınlaşdığı haqqında düşünürsünüz.

temizlikçi balık, akvaryum

Böyük balığın kiçik balığın onun ətrafında hərəkət etməsinə icazə verməsi və ona heç toxunmaması, ağzında və qəlsəmələrində üzməsinə reaksiya verməməsi isə vərdiş etmədiyimiz bir görüntüdür. Lakin okeanda belə görüntülərə çox tez-tez rast gəlmək olar. Böyük balıqların yanında yalnız kiçik balıqlar üzmür. Bəzi hallarda krevetləri də böyük balıqların ağzının kənarında görmək mümkündür. Bunlar böyük balıqları təmizləmək vəzifəsini daşıyan krevet və balıqlardır.

Bir neçə təmizləyici krevet növü var. Məsələn, şəkildə gördüyünüz krevet bunlardan biridir. Krevetin qırmızı və ağ zolaqları dəniz fənəri kimi hərəkət edərək təmizlənməyə ehtiyacı olan balığın kreveti tapmasına kömək edir. İki uzun ağ antennası olan krevet balığın üzərinə yerləşər-yerləşməz balıq səbrlə dərisinin və ya yarasının üzərindəki parazitlərdən xilas olmasını gözləyir. Sanitar rolunu oynayan krevet zərərverici parazitləri təmizləmək üçün hətta balığın ağzına da girə bilir. Beləliklə, özü də qidasını əldə etmiş olur. Krevet balığın tamamilə təmizlənməsinə əmin olana qədər vəzifəsini yerinə yetirir. İşini qurtardığı zaman isə böyük balıq ona çox yaxşı bir nahar yeməyi ola biləcək krevetə heç bir zərər vermir. Krevet də balığın ona zərər verməsindən çəkinməyərək hərəkət edir. Arxa səhifədə olan şəkildə də göründüyü kimi, bu iki canlı öz aralarında çox gözəl əlaqə yaradır.

temizlikçi balık, akvaryum

Əsasən ağıl və zəka sahibi olan insanlara xas olan "bir-birini anlamaq", "bir-birinə əmin olmaq" kimi anlayışlar əlbəttə ki, bu canlıların haqqında düşünülə bilməz. Lakin hər şey üzərində nəzarət və hakimiyyəti Özündə saxlayan Allah bu canlılara belə davranmağı və bir-birinə güvənib kömək etməyi öyrətmişdir. Bunun sayəsində onlar həyatlarını rahatlıqla davam etdirirlər.

 

32 / total 46
"Harun Yəhyanın Ecazkar Canlılar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top