< <
4 / total: 6

Hz.İbrahim'in Gözəl Əxlaqi

"Allah iman gətirənlərə isə Fironun zövcəsini mİsal çəkdi.
O zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev tik, Məni Firondan və onun əməlindən qurtar.
Məni zalim qövmdən xilas et!" - demişdi"
("Təhrim" surəsi, 11).

nehir manzarası

Quranda Rəbbimizin insanlara xəbərdaredici, qorxuducu və müYdələyici kimi göndərdiyi qiymətli elçilərinin gözəl əxlaq özəlliklərinə dair bir çox ayə yer alır. Bütün peyğəmbərlər Allah`a olan təslimiyyətləri, sədaqəti və adil, təvazökar, ləyaqətli hərəkətləri ilə son dərəcə üstün əxlaqlı insanlardır. Quranda Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.v.) Allah`a olan dərin imanı, təvəkkülü, səmimiyyəti və güclü Allah qorxusu; Hz.Süleyman hər an Allah`a şükr edib Rəbbimizin şənini yüksəltməsi, dini yayma mövzusundakı qətiyyəti, güc və qüdrəti; Hz.Əyyub və Hz.Nuh səbrləri; Hz.Musa səmimiyyəti; Hz.İsa mənəvi dərinliyi və Allah`a olan təslimiyyəti; Hz.Davud davranışı ilə Allah`a yönəlməsi və daha bir çox üstün özəllikləri ilə bütün insanlara nümunə verilmişlər. Allah Hz.İbrahimi də Quran ayələrində öyməkdə və bütün müsəlmanlara üstün cəhətləri ilə nümunə göstərməkdədir.

Yer üzündəki bütün insanların Allah`ın peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi, elm və güc baxımından dəstəklədiyi, gözəl əxlaqları ilə öydüyü bu xoşbəxt insanlardan nümunə götürməsi lazımdır. Hər müsəlman Allah`ın aləmlərə üstün tutduğu bu qiymətli qullara bənzəməyə çalışmalı, onların tayı-bərabəri olmayan əxlaq xüsusiyyətlərini öz həyatlarına keçirməlidir. Kitabın bu bölümündə bir çox Quran ayəsində Allah`a olan dərin imanı, təvəkkülü, səmimiyyəti və təslimiyyəti ilə öyülən Hz.İbrahimin üstün əxlaqı anladılır və insanlar Hz.İbrahim kimi bir əxlaq göstərməyə dəvət edilir.

Hz.İbrahim "Allah`ın Dostu"Dur

"Yaxşı əməl sahibi olub özünü Allah`a təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nİsa" surəsi, 125).

Rəbbimiz Quranda Hz.İbrahimi dost seçdiyini bildirir. Bu səbəblə də Hz.İbrahim "Xəlilullah" ("Allah`ın dostu") kimi tanınır, insanlar tərəfindən bu gözəl isimlə anılır. Necə ki, Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.v.) də "Ey Allah`ım! İbrahim əleyhissəlam sənin Xəlilindir, peyğəmbərindir" şəklində buyurmuşdur.7

Vəhy edilməsindən sonra təhrif olunan Kitabi-Müqəddəsdə isə Hz.İbrahim barədəki bu ifadələr yer alır:

"Və İbrahim Allah`a iman etdi və beləcə azad olmuş sayılırdı" deyən Müqəddəs Yazı gəlmiş oldu. İbrahimə də "Allah`ın dostu" deyildi".8

Allah qorxusuna və sevgisinə sahib və Allah`a dost olan insanın həyatda yeganə məqsədi Onun razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Qəlbində və ağlında daim Allah olur. Gördüyü gözəlliklər qarşısında "Allah nə gözəl yaratmış, O, təriflənməyə layiqdir" deyər, Allah`ı ən gözəl isimləri ilə təsbih edər. Ona verilən hər nemətin Allah`dan olduğunu bilər və Allah`a çox şükr edər. Hər hansı bir sıxıntı və çətinliklə qarşılaşanda isə bunun Allah`dan bir sınaq olduğunu və xeyirlərlə birlikdə yaradıldığını bilər. Allah üçün gözəl bir səbr göstərər, təvəkkül edər və axirət yurdu üçün saleh işlər görər. Bədiüzzaman Səid Nursinin söylədiyi "əlhəmdülillahi ala külli hal" ("bütün hallarda Allah`a həmd olsun") sözünü özünə rəhbər edər və nemət içində də, çətinlik içində də olsa daima Allah`a həmd edər.

Allah Quranda bütün möminləri bu ləyaqətli məqama çatmağa təşviq edir. Bir Quran ayəsində möminlərə özlərini Allah`a yaxınlaşdıracaq vəsitələr axtarması belə əmr edilir:

"Ey iman gətirənlər! Allah`dan qorxun, Ona vəsilə axtarın. Allah yolunda cihad edin ki, nicat tapasınız!" ("Maidə" surəsi, 35).

Allah bir ayədə "Allah`a tərəf qaçın" ("Zariyat" surəsi, 50) deyə buyurur. Başqa ayədə isə belə buyurur:

"...Elə isə namaz qılın, zəkat verin və Allah`a sığının. Allah sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!" ("Həcc" surəsi, 78).

"Müzəmmil" surəsində isə Allah insanın hər şeydən özünü çəkindirib yalnız Ona yönəlməsini əmr edir:

"Rəbbinin adını zikr et və Ona tərəf yönəl. O. məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. Ancaq Onu vəkil et!" ("Müzəmmil" surəsi, 8-9).

Hz.İbrahim Güc Və Bəsirət Sahibi Idi, Doğrunu Seçmə Qabiliyyətinə Malikdir

Allah Quranda Hz.İbrahimin "güc və bəsirət" sahibi bir qul olduğunu bildirir ("Sad" surəsi, 45). Bəsirət "baxış, görüş" mənasına gəlir, hadisələrə hikmətlə baxa bilməyi, dərin qavrayış gücünü ifadə edir. Allah`ın dərin imanı, səmimiyyəti və təslimiyyəti ilə insanlara nümunə qıldığı bütün peyğəmbərlər kimi Hz.İbrahim də bu hədəfinə uyğun qərarlar verən, irəlini görə bilən bəsirət sahibi bir peyğəmbərdir.

Digər ayədə isə Rəbbimiz Hz.İbrahimə "rüşd", yəni kamillik verdiyini bildirir:

"Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik" ("Ənbiya" surəsi, 51).

Ayədəki "rüşd" kəlməsi "haqq bir doğru yolla qətiyyətlə, tam və üstün bir hədəfə vurmaqla, əmin addımlarla getmək, doğruya yönəltmək" mənalarına gəlir. Allah`ın bu gözəl cəhətlərlə gücləndirdiyi Hz.İbrahim fərasət və bəsirət, uzaqgörənliyi, mütərəqqi fikirli olması, doğru ilə səhvi bir-birindən ayırması və uyğun qərar verməsi ilə inkarçılara qarşı böyük bir mübarizə aparmışdı. Bütün bu xüsusiyyətlər onun Allah`dan içi titrəyərək qorxan, Rəbbimizin ayələrini tətbiq etmək məsələsində çox dəqiq bir qul olduğunu bizlərə göstərir. Necə ki, Allah Ondan qorxanlara bu böyük nemətin veriləcəyini bir ayəsində belə bildirir:

"Ey iman gətirənlər! Əgər Allah`dan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!" ("Ənfal" surəsi, 29).

Rəbbimizin Hz.İbrahimə bəxş etdiyi üstün cəhətlər bu xoşbəxt insanın inkarçılara qarşı son dərəcə təsirli və ağıllı bir mübarizəsinə səbəb olmuşdu. Bunun sonunda da Hz.İbrahim və onun tərəfdarları üstün gəldilər.

"Doğruluq" və "doğrunu seçmə" Peyğəmbər əfəndimizin (s.ə.v.) də möminlərə həmişə xatırlatdığı çox önəmli mömin cəhətlərindəndir. Peyğəmbərimizin (s.ə.v.) bununla bağlı bəzi tövsiyələri bu şəkildədir:

"Allah`a inandım de, sonra da doğru ol!".9

"Kim ki Allah və Rəsulunun onun sevməsindən xoşlanırsa, doğrunu söyləsin".10

"Allah bir kimsənin xeyrini murad edərsə, onu doğruya irşad edər".11

"Doğruluq (sidq) yaxşılığa aparır Yaxşılıq da cənnətə çatdırır. İnsan doğru söyləyə-söyləyə sonunda Allah dərgahında doğru kimi yazılır. Yalançılıq pisliyə, pislik də cəhənnəmə aparır. İnsan yalan söyləyə-söyləyə sonunda Allah dərgahında yalançı kimi yazılır".12

Hz.İbrahim Sırf Axirət Yurdunu Anan Ixlas Sahibi Bir Quldur

nehir manzarası


"Biz peyğəmbərləri ancaq
mücdə verənlər və qorxudanlar sifətilə göndəririk.
İman gətirib yaxşı işlər görənlərin
heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!"
("Ənam" surəsi, 48).

Allah Quranda Hz.İbrahimi və onun soyunu sırf axirəti düşünüb anan ixlas sahibləri kimi tərif edir:

"...İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik" ("Sad" surəsi, 45-46).

Peyğəmbərləri və səmimi iman sahiblərini digər insanlardan ayıran ən əsas özəlliklərindən biri onların dünya həyatına dair bir gözləntiləri olmadan sadəcə Allah rizasını və axirəti qazanmaq üçün ciddi bir səy göstərməsidir. Həyatlarının sonuna qədər böyük bir səbr və ixlasla qövmlərini xəbər etmələri bunun ən açıq dəlillərindəndir.

Ixlas sahibi bir mömin etdiyi işlər və ibadətlərlə sadəcə Allah`ın sevgisini, razılığını, təqdirini və dostluğunu hədəfləyər. Bu mövzuda ən gözəl örnək Peyğəmbər əfəndimiz Hz.Məhəmmədin (s.ə.v.) həyatıdır. Peyğəmbərimiz (s.ə.v.) sadəcə Allah`ın razılığını axtarmış, həyatı boyunca Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmağı özünə məqsəd etmişdi. Allah insanlara bir rəhmət və lütf olaraq göndərilən elçilərin heç bir əvəz gözləmədən, ixlasla insanları din əxlaqını yaşamağa dəvət etdiklərini ayələrdə bu şəkildə xəbər verir:

"De: "Mən buna görə sizdən heç bir əcr istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm!" ("Sad" surəsi, 86).

"De: "Mən sizdən heç bir muzd istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allah`a aiddir. O, hər şeyə şahiddir!"" ("Səba" surəsi, 47).

Peyğəmbərimiz (s.ə.v.) bir hədisində də "Əməllərinizi Allah üçün xalis qılın. Allah-Təala Onun üçün ixlasla edilən əməli qəbul edər" şəklində buyurur və bütün insanları ixlaslı davranmağa dəvət edir.13 Peyğəmbərlərin dualarına, qövmlərinə etdikləri xəbərdarlıqlara baxanda onların insanları Allah`a iman etməyə, əməllərini xalis qılmağa, dünya həyatının keçici nemətlərinə aldanmamağa və sadəcə axirət yurdu üçün çalışmağa dəvət etdiklərini görürük.

Bir möminin də sahib olması lazım olan ən önəmli cəhətlərdən biri "sırf axirət yurdunu düşünüb xatırlamasıdır". Görülən hər iş, söylənən hər söz sadəcə Allah`ın rizasını qazanmaq üçün olmalıdır. Mömin əsl həyatı olan axirətə davamlı surətdə həsrət duymalı və dünyaya heç bir zaman bağlanmamalıdır. İman edənlər də əlbəttə, Allah`ın dünyadakı nemətlərindən faydalanacaq, bu yolla Allah`a şükr edib bu nemətlərin axirətdəki xalislərini düşünəcəklər. Amma bunlar din əxlaqını anlatmağa, axirət yurdunu xatırlatmağa vəsilə olan bir nemət sayılmalıdır.

Cənnətin sonsuz gözəlliklərini düşünmək, Allah`ın cənnət vədinə görə sevinmək, cəhənnəmin bitməyəcək əzabından qorunmaq və bunu ağılda tutmaq möminin Allah`a olan yaxınlığını və Quran əxlaqını yaşamaq istəyini artıran çox önəmli vəsilələrdir. Əks halda şeytan insanın unutqanlıq xasiyyətindən istifadə edərək onu axirət gününün varlığından qafil halda yaşatmaq istəyəcək. Mömin heç vaxt şeytanın bu tələsinə düşməməli, həmişə Hz.İbrahim kimi axirət yurdunu dərin-dərin düşünən və başa salan möminlərdən olmalıdır. Necə ki, Allah xalis axirət yurdunu xatırlayan, Allah`ın rizasını hər şeydən üstün tutan və din əxlaqını yaymaq üçün bütün həyatı boyunca ixlasla səy göstərən bu qiymətli qulu üçün "Bəqərə" surəsində bu şəkildə buyurur:

"Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlİsaleh olanlardandır" ("Bəqərə" surəsi, 130).

Hz.İbrahim Seçkin Və Xeyirli Bir Quldur

"...İbrahim:
"Ey Rəbbim,
buranı bəladan asudə bir şəhər et,
əhalisinin Allah`a və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!" - deyə dua etmişdi..." ("Bəqərə" surəsi, 126).

nehir manzarası

"Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!" ("Sad" surəsi, 47).

Hz.İbrahim Allah`ın hidayət verdiyi, peyğəmbərliklə şərəfləndirdiyi və Öz yanında seçkin qıldığı qullarındandır. Bir ayədə Hz.İbrahimin və ailəsinin aləmlər üzərinə seçilmiş olduqları belə bildirilir:

"Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi" ("Ali-İmran" surəsi, 33).

Hz.İbrahim və oğulları öz qövmlərini Allah`a iman gətirməyə dəvət etmək və onlara Allah`ın üstün güc və qüdrətini anlatmaq üçün seçilmişlər. Allah Quranda "And olsun ki, Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və kitabı onların nəslinə verdik..." ("Hədid" surəsi, 26) şəklində bildirir və İbrahim ailəsinin soyunu peyğəmbərliklə şərəfləndirdiyini xəbər verir.

"Xeyirli olmaq" önəmli bir mömin əlamətidir, inkarçılar ətraflarına və dünyaya yaxşılıq deyil, şər (pislik) gətirirlər. Bu, labüddür, çünki inkarçı bir insan faydalarını hər şeydən üstün tutar və bu səbəblə öz faydası ortaya çıxanda digər insanlara zərər verməkdən çəkinməz. Mömin isə həm mənəvi, həm də maddi yöndən bütün insanlığa xeyir, bərəkət və bolluq gətirir. Çünki malik olduğu Allah`a qorxusu və güclü imanı özünün və yaxınlarının əleyhinə də olsa, ədaləti üstün tutar, insanlara yaxşılıq edər, zalımlara qarşı çıxar.

Peyğəmbərimiz (s.ə.v.) də "Ümmətimin xeyirliləri isə əxlaqca ən gözəl olanlarıdır" şəklində buyuraraq gözəl əxlaqları ilə nümunə olan möminlərin yaşadıqları cəmiyyət üçün "xeyirli kimsələr" olduqlarını bildirmişdir.14

Allah "xeyir gətirən", yəni Allah`ın hökmünə görə davranıb ətrafına daim din əxlaqının gözəlliklərini daşıyan möminlərlə bu cəhətdən yoxsul insanların fərqini bir ayədə belə xəbər verir:

"Allah iki nəfər barəsində yenə belə bir məsəl buyurdu: biri dilsizdir, heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən bir kimsə kimi ola bilərmi?!" ("Nəhl" surəsi, 76).

orman manzarası

"Biz peyğəmbərləri müYdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allah`a qarşı bir bəhanə yeri qalmasın..."
("Nİsa" surəsi, 165).

"Biz səni bütün insanlara müYdə verən, qorxudan bir peyğəmbər göndərdik. Lakin insanların əksəriyyəti bilməz!"
("Səba" surəsi, 28).

Hz.İbrahim Təmizlənmiş Bir Qəlbə Sahibdir

nehir manzarası

"Hər kəsin üz tutduğu bir qibləsi vardır.
Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır.
Həqiqətən, Allah hər şeyə qadirdir!"
("Bəqərə" surəsi, 148).

"O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi" ("Saffat" surəsi, 84).

Allah özünə dost seçdiyi Hz.İbrahimi şirk içində yaşayan qövmündən ayırmış və bütün iman sahiblərinin hidayət rəhbəri seçmişdir.

Allah`ın üstün əxlaq sahibi elçilərini özünə nümunə götürən bir möminin də Allah`a yaxınlaşmaq, Onun sevdiyi və razı olduğu bir insan ola bilmək üçün qəlbini cahilliyin bütün batil inanclarından, yanlış düşüncələrindən uzaqlaşdırması, yəni təmiz bir qəlblə Allah`a yönəlməsi lazımdır.

Insanın təmizlənməsi eyni zamanda nəfsinin pisliklərindən və şeytanın mənfi təlqinlərindən uzaqlaşması deməkdir. Allah Quranda "pisi yaxşıdan ayıracağını" ("Ali-İmran" surəsi, 179) bildirir. Buradakı təmizlik mənən və ruhən yaşanan təmizlikdir. Din əxlaqından uzaq yaşayan bir çox insan da "mənim qəlbim təmiz" deyə bilir. Ancaq həqiqətdə bu adamlar sadəcə öz vicdanlarını rahatlamağa çalışır. Çünki Hz.İbrahim kimi "təmizlənmiş (səlim) bir qəlbə" sahib olmaq istəyən bir insan Allah`a səmimi qəlbdən iman etməlidir. Allah`ın əmrlərini dəqiqliklə yerinə yetirməli, təslimiyyətli və təvəkküllü olmalıdır. Allah Quranda yaxşılığı və razı qalacağı əxlaqı bizlərə bu şəkildə tərif edir:

"Yaxşı əməl heç də üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allah`a, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!" ("Bəqərə" surəsi, 177).

Allah bir başqa ayədə isə "paklananları sevəcəyini" ("Tövbə" surəsi, 108) bildirir. Bir insan bəlkə çox uzun müddət şeytanın təlqinləri ilə hərəkət edə, pis düşüncələrə və pis bir əxlaqa sahib ola bilər. Ancaq əsas məsələ bu adamın Allah`a tövbə etməsi, sahib olduğu bu əxlaqdan əl çəkib Hz.İbrahimi və digər peyğəmbərləri nümunə alaraq təmizlənmiş bir qəlblə Allah`a yönəlməsidir. Rəbbimiz "Maidə" surəsində iman sahiblərini bu şəkildə müYdələyir:

"Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" ("Maidə" surəsi, 39).

Hz.İbrahim "Təkbaşına Bir Ümmətdi"

 

Kendi nefsini aşağılık kılandan başka, İbrahim'in dininden kim yüz çevirir? Andolsun, Biz onu dünyada seçtik, gerçekten ahirette de o salihlerdendir.
(Bakara Suresi, 130)
nehir manzarası

"İbrahim özü bir ümmət idi. Allah`a müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı" ("Nəhl" surəsi, 120).

Hz.İbrahim Allah`ı hər şeydən uca tutan, sadəcə Onun rizasını gözləyən, Ona qəlbən bağlı olan, yalnız Allah`dan qorxub çəkinən və Allah`a etimad edən bir peyğəmbərdir. Çox insanı qarşısında gördüyü, onlar tərəfindən öldürülmək, hətta alova atılmaq istənildiyi halda imanından gələn cəsarəti və təvəkkülü sayəsində Allah`ın dinini hakim etmək üçün apardığı mübarizəsində çox qətiyyətli olmuşdur.

Bütün iman sahiblərinin də Hz.İbrahimin bu üstün əxlaqına yetməyə səy göstərməsi və təkbaşına qalsalar da Hz.İbrahim kimi təvəkküllü, cəsur, qətiyyətli, səmimi, təslimiyyətli və iradəli olması lazımdır. Bunun üçün əvvəlcə görülməsi lazım olan iş isə bir və yeganə Rəbbimizə könüldən təslim olmaq, sadəcə Ondan qorxmaq, Onu dost seçməkdir. Çünki bir mömin dünyanın hər hansı bir yerində inkarçı bir cəmiyyətin içində təkbaşına da qalsa Allah`ın rizasını qazanmaq istəyi onu daim xeyirli işlər görməyə, ibadətlərini yerinə yetirməyə, din əxlaqını nöqsansız yaşamağa və Quran əxlaqının istədiyi kimi insanlara din əxlaqını təbliğ etməyə yönəldir. Allah`ın həmişə yanında olduğunu, hər an onu qoruyub dəstəklədiyini bilməyin verdiyi güclə hərəkət edir. Kim Hz.İbrahimin əxlaqını yaşayırsa, Allah`a eyni sədaqət və təslimiyyətlə bağlanırsa, Hz.İbrahim kimi "təkbaşına bir ümmət" qüvvətində olmağa ümid edə bilər.

Hz.İbrahim Allah`a Şükr Edəndir

nehir manzarası

 

"Göyləri və yeri yoxdan yaradan Odur.
Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol!" - deyər, o da olar"
("Bəqərə" surəsi, 117).

Allah insanlara çoxlu nemət vermişdir. Öz qüsursuz bədənlərindən kainatdakı bənzərsiz canlılara qədər ətrafdakı bütün gözəlliklər insanların Rəbbimizə səmimiyyətlə şükr etməsi üçün bir vəsilədir. Allah "Bəqərə" surəsində bu şəkildə buyurur:

"Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükr edin, Məni danmayın! Ey iman gətirənlər! Səbr və d"ua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir" ("Bəqərə" surəsi, 151-153).

Hz.İbrahim Rəbbimizin ona bəxş etdiyi nemətlərə daim şükr edən bir qul olaraq Allah`ın bütün müsəlmanlara nümunə göstərdiyi saleh bir mömindir. "Nəhl" surəsində Hz.İbrahim barədə "O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi" ("Nəhl" surəsi, 121) şəklində bildirilir.

Quran ayələrində qissələri xəbər verilən peyğəmbərlərin əxlaqına baxanda isə onların hər işlərində hər an Allah`a yönələn, Allah`ın nemətlərinə daim şükr edən, Allah`ı zikr edib Rəbbimizin şöhrətini ucaldan iman sahibləri olduqlarını görürük. Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.v.) də bir duasında "Həmd Allah`adır, Ona sığınır, Ondan bağışlanma diləyirik" şəklində buyurur və həmd etməyin önəminə diqqət çəkir.15

Iman sahibləri də Allah`ın mübarək elçilərinin bu şükranlığını özlərinə nümunə götürməli, həyatlarının hər anında daim Allah`a həmd etməlidir. Allah ayələrində şükrün daimi olmasının vacibliyini də bizə xəbər verir. Bir sıxıntı olanda, hər hansı bir çətinlik ya da xəstəliklə qarşılaşanda, bir haqsızlıqla ya da zülmlə üzləşəndə mömin dərhal Rəbbimizə şükr etməlidir. Rəbbimizin bu hadisələri də mütləq bir xeyir və hikmətlə yaratdığını görməlidir. Çünki Allah dünya həyatında hər insanın çətinlik və sıxıntılar qarşısında necə bir əxlaq göstərəcəyi ilə sınayır. Gözəl əxlaq göstərənlərin isə həm dünyada, həm də axirətdə çox üstün bir əvəz görəcəyini vəd edir. Ayələrdə Rəbbimiz bu şəkildə bildirir:

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlıqı ilə imtahan edərik. Səbr edən şəxslərə müYdə ver!" ("Bəqərə" surəsi, 155).

"Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!" ("Ənbiya" surəsi, 35).

orman manzarası

"...Sizin Allah`dan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər..."

"...Ruzini Allah`dan diləyin. Ona tapının,
Ona şükr edin. Siz Onun hüzuruna qaytarılacaqsınız!..."
("Əqkəbut" surəsi, 17).

Hz.İbrahim Allah`A Tam Təslim Olmuş Bir Quldur

"Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi" ("Bəqərə" surəsi, 131).

“İslam" kəlməsi təslim olmanın da kökü olan "səlam" felindən törəmişdir. Bu səbəblə "müsəlman olmaq" eyni zamanda "təslim olmaq" mənasına gəlir. Hz.İbrahim qövmü ilə apardığı bütün mübarizəsində Allah`a dərin bir bağlılıq və tam bir təslimiyyət göstərmişdir. Qövmü nə qədər inadkar olursa olsun, onu nə qədər bezdirməyə çalışırsa çalışsın, İbrahim peyğəmbər güclü imanından qaynaqlanan böyük bir şövqlə Allah`ın dinini yaymaqda davam etmişdi. Belə ki, lazım gəldikdə qövmündən ayrılıb hicrət etmiş, sahib olduğu hər şeyi qoyub getmişdi.

Insanları qaranlıqdan işığa çıxarmaq üçün elçilik məqamı ilə şərəfləndirmiş müqəddəs elçilər Allah`ın bütün kainatı və bütün insanların həyatını bir qədərlə (tale ilə) yaratdığını, yaşadığımız və yaşamayacağımız hər hadisəni əzəldən Rəbbimizin təsbit etdiyini çox yaxşı bilirlər. Bu səbəblə də onlar Allah`a təslimiyyətli, tamamilə Allah`a yönələn, Onun əmrlərinə könüldən boyun əyən mübarək kimsələrdir. İman sahibləri də Allah`ın Quran ayələri ilə xəbər verdiyi alın yazısı gerçəyini çox yaxşı düşünməli, Allah`ın yaratdığı qədəri razı və təslimiyyətli olaraq yaşamalıdırlar.

Hz.İbrahim Mülayim Xasiyyətli Bir Bəndədir

"...Iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
Onlar sağ tərəf sahibləridir!"
("Bələd" surəsi,
17-18)

nehir manzarası

Mərhəmət sahibi, mülayim xasiyyətli, şəfqətli, sevgi dolu və bağışlayıcı olmaq Allah`ın Quran ayələrində təriflədiyi mömin xüsusiyyətlərindəndir. Rəbbimiz ayələrində Hz.İbrahimin də yumşaq xasiyyətli olduğunu xəbər verir:

"...Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi" ("Tövbə" surəsi, 114)

"Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi" ("Hud" surəsi, 75).

Iman edənlər Rəbbimizə duyduqları güclü sevginin bir əlaməti olaraq Allah`ın razı olacağı kimi bir qul olmaq və ayələrdə bildirilən gözəl əxlaqa sahib olmaq üçün çox ciddi cəhdlər göstərirlər. Yumşaq xasiyyətli, mərhəmətli və şəfqətli olmaq Peyğəmbər əfəndimizin (s.ə.v.) hədislərində çox tez-tez üstündə dayandığı əxlaq əlamətlərdir. Bu hədislərdən bəziləri bu şəkildədir:

"Rifq (yumşaqlıq, mülayimlik) bir şeyə girdimi, onu mütləq təzyin edər, bir şeydən də çıxardıldımı, onu mütləq qüsurlu qılar".16

"Qəlbinin yumşalmasını sevirsənmi? Yetimə mərhəmət et, onun başını sığalla və ona yediyindən yedir. Qəlbin yumşalar".17

"Mərhəmət edin, mərhəmət olunasınız. Əfv edin, əfv olunasınız...".18

"Allah rəfiqdir (mərhəmətli və şəfqətli), rifqi sevər və rifqə müqabil verdiyini başqa heç bir şeylə verməz".19

Allah Quranda digər peyğəmbərlərin də bu üstün cəhətlərə sahib olmasını xəbər verir. Məsələn, Mədyən xalqına elçi kimi göndərilən Hz.Şüeyb üçün qövmünün "...Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllİsan!" ("Hud" surəsi, 87) dediyi bildirilir.

Hz.İbrahim Allah`ın Əmri Ilə Hidayətə Yönəldən Bir Öndərdir

Allah`ın "Hadi" (hidayət verən) sifəti bütün peyğəmbərlərdə olduğu kimi Hz.İbrahimdə də həyatı boyunca ən gözəl şəkildə təcəlli etmişdir. Hz.İbrahim Allah`ın onu şərəfləndirdiyi peyğəmbərlik məqamı ilə öz qövmü üçün hidayət öndəri olmuşdur. Onları Allah`a bir və tək olaraq iman etməyə dəvət etmişdir. Eyni şəkildə Hz.İbrahimin soyundan gələn digər peyğəmbərlər də qövmlərini hidayətə yönəldən öndərlər olmuşlar:

"Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 72-73).

nehir manzarası

"De: "Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!"
("Əraf" surəsi, 29)

(Üstte) Resimde Hz. İbrahim (as)'ın yaşadığı yer olarak tanıtılan Urfa Balıklı Göl görülmektedir.

Tarihi kaynaklarda Urfa Hz. Adem (as), Hz. İbrahim (as), Hz. Eyüp (as), Hz. Şuayb (as), Hz. Elyasa (as) gibi Allah'ın seçkin ve hayırlı kıldığı peygamberlerin yaşamış oldukları bölge olarak geçer. Çeşitli rivayetlere göre, Hz. İbrahim (as)'ın hayatının önemli bir kısmı da Urfa'da geçmiştir. İbrahim Peygamber (as)'ın Harran'da yaşadığına dair tarihi bir kaynak Muharref İncil'in Resullerin İşleri adlı bölümüdür:

O da dedi: Kardeşler ve babalar, dinleyin. Atamız İbrahim Haran'da oturmazdan önce, Mezopotamya'da bulunduğu zaman, İzzetullah kendisine göründü. Ve ona dedi: Memleketinden ve akrabanın yanından çık ve sana göstereceğim memlekete gel. O zaman Kildanilerin memleketinden çıkıp Haran'da oturdu... 20

Allah Quranda möminlərin "təqva sahiblərinə öndər olma" yönündəki dualarını bu şəkildə xəbər verir:

"Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et!" -deyərlər" ("Furqan" surəsi, 74).

Peyğəmbərimiz (s.ə.v.) də insanları ən şərəfli və gözəl olan yola - Allah`ın yoluna çağırmış, insanların dünyada və axirətdə nicat tapmasına vəsilə olmağa çalışmışdır. "Ənam" surəsində Peyğəmbərimizin (s.ə.v.) qövmünə etdiyi təbliğ bu şəkildə xəbər verilir:

"De: "Biz Allah`ı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi döndəriləcəyik? Halbuki dostları onu: "Bizə tərəf gəl!" - deyərək haqq yola çağırırdılar! De: "Allah`ın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir" ("Ənam" surəsi, 71).

Bir hədisi-şərifdə ən doğru yolun Allah`ın və Rəsulunun (s.ə.v.) yolu olduğu belə bildirilir:

"Bu, bir həqiqətdir ki, ən gözəl söz Allah`ın Kitabıdır. Ən gözəl yol da Məhəmmədin (s.ə.v.) yoludur".21

orman manzarası

"Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum.
Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz.
Bu, Allahın bizə və bütün insanlara olan lütfüdür,
lakin insanların çoxu şükür etmir."
(Yusuf Suresi, 38)

Hz.İbrahim'in Duaları

Quranda peyğəmbərlərin dualarını xəbər verən bir çox ayə var. Bu dualar Allah`a yaxınlaşmaq istəyən müsəlmanlara çox hikmətli bir nümunədir. Peyğəmbərlərin səmimi və ixlaslı dualarını öyrənmək, bu duaları edən mübarək elçilərin üstün əxlaqlarını və mənəvi dərinliklərini anlamağa çalışmaq və Allah`a eyni səmimiyyətlə dua etmək insanın Allah`a olan yaxınlığının artmasında çox vacib bir yoldur.

Hz.İbrahimin Quran ayələrində xəbər verilən səmimi duaları da bütün müsəlmanlar üçün çox böyük hikmət daşıyır. İbrahim peyğəmbər Allah`ı "...Həqiqətən, Rəbbim duaları eşidəndir!" ("İbrahim" surəsi, 39) şəklində ucaltmış və qövmünə söylədiyi bu sözlərlə duanın əhəmiyyətinə diqqət çəkmişdi:

"Mən sizi və sizin Allah`dan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım" ("Məryəm" surəsi, 48).

Hz.İbrahim Allah`dan hökm və hikmət istəmiş, salehlərin arasına qatılmaq üçün belə dua etmişdi:

"Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur!" ("Şuəra" surəsi, 83).

Hz.İbrahim Allah`dan doğruluq dili istəmişdi:

"Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə!" ("Şuəra" surəsi, 84).

Hz.İbrahim axirət həyatı üçün belə dua etmişdi:

"Məni nemətlərlə bol cənnətlərinin varislərindən et! Atamı bağışla! Şübhəsiz ki, o, azanlardan oldu! Dirildiləcəyi gün məni zəlil etmə! O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allah`ın hüzuruna gələn kimsədən başqa!"" ("Şuəra" surəsi, 85-89).

Hz.İbrahim Rəbbimizdən bu şəkildə bağışlanma diləmişdi:

"Ey Rəbbimiz! Bizi kafirlərin əlinə salma! Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən!"" ("Mümtəhinə" surəsi, 5).

"Ey Rəbbim! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla!" ("İbrahim" surəsi, 41).

Hz.İbrahim özündən sonra dini yüksək tutacaq saleh bir varis istəmişdi:

"Ey Rəbbim! Mənə salehlərdən olan bəxş et!" ("Saffat" surəsi, 100).

Hz.İbrahim öz nəsli üçün dua etmişdi:

"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!" ("İbrahim" surəsi, 40).

"Ey Rəbbim! Bu diyarı əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!" ("İbrahim" surəsi, 35).

Içində olduğu şəhəri təhlükəsiz etməsini və inananların ruzilərini verməsi üçün Allah`a belə dua etmişdi:

"Yadına sal ki, İbrahim; "Ey Rəbbim, buranı bəladan asudə bir şəhər et, əhalisinin Allah`a və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!" - deyə dua etdikdə, O: "Kafir olanlara da bir qədər ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora nə fəna bir yerdir!" - deyə buyurdu" ("Bəqərə" surəsi, 126).

Bir iş görərkən Allah`ın bunu ondan qəbul etməsi üçün dua etmişdi:

"Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! Bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!" - deyə dua etdilər" ("Bəqərə" surəsi, 127).

Allah`dan özünü və nəslini Ona təslim qılmasını, ibadət metodlarını göstərməsini, tövbələrini qəbul etməsini istəmişdi:

"Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!" ("Bəqərə" surəsi, 128).

"Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən"" ("Bəqərə" surəsi, 129).

Hz.İbrahim Allah`a səmimi bir qəlblə bağlıdır və axirət günündə də mütləq bilgi ilə iman etməkdədir. Bu səbəblə dualarındakı ixlası, səmimiyyəti, təslimiyyəti açıqca hiss edilir. Möminlər də Rəbbimizə dua edərkən özlərinə Hz.İbrahimin Allah`a olan dərin bağlılığını, səmimiyyətini və ixlasını nümunə götürməli, tək dost və köməkçi olaraq sadəcə Rəbbimizə yönəlməlidirlər.

Hz.İbrahim'in Vəsiyyəti

"Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər."
(Bəqərə Suresi, 112)

nehir manzarası

Rəbbimiz Hz.İbrahimi Quranda bizlərə Allah`ı yeganə sayan müvahhid kimi tanıdır:

"Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: "Mən sizin ibadət etdiklərinizdən tamamilə uzağam. Yalnız məni yoxdan yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!" İbrahim onu öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, qayıdalar!" ("Zuxruf" surəsi, 26-28).

Hz.İbrahimin bütün iman sahiblərinə qoyduğu bu miras tövhid inancıdır. Allah`ın mübarək elçisinin bu mirası onun sadəcə Allah`ın razılığını qazanmaq üçün yaşadığını, sadəcə Allah`ı dost və vəkil seçdiyini və sadəcə Allah`dan qorxub çəkindiyini bizlərə göstərir. Hz.İbrahim həyatı boyunca Allah`a heç bir şeyi ortaq qoşmadan yaşamağı qövmünə təbliğ etmişdir. Hz.İbrahimin vəsiyyəti "Bəqərə" surəsində belə xəbər verilir:

"Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" -deyə cavab vermişdi. İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"" ("Bəqərə" surəsi, 131-132).

Hz.İbrahimin hidayət öndərliyi soyunda da davam etmiş, oğulları Hz.İsmayıl və Hz.İshaq, nəvəsi Hz.Yaqub və onun oğlu Hz.Yusif və onları davamçıları olaraq eyni soydan gələn digər mübarək elçilər də insanları din əxlaqını yaşamağa hikmətli öyüdlərlə dəvət etməyi davam etdirmişdilər. Quranda Hz.Yaqubun vəsiyyəti xəbər verilərkən Rəbbimiz belə buyurur:

"Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allah`ına və ataların - İbrahimin, İsmailin və İshaqın Allah`ı olan tək Allah`a təslim olacağıq" - dedilər" ("Bəqərə" surəsi, 133).

Hz.İbrahimin ardınca gələn digər peyğəmbərlər də öz soylarına eyni vəsiyyəti etmişlər. Allah`a könüldən təslim olmalarını və müsəlman kimi ölmələrini tövsiyə etmişlər. Hər kim Hz.İbrahimin vəsiyyəti ilə hərəkət edərsə və sadəcə Allah`a qulluq edib bütün həyatını Onun rizası üçün sürdürərsə, Allah`ın rizasını və sonsuz xoşbəxtlik yurdu olan cənnəti uma bilir.

orman manzarası

"Tağuta ibadət etməkdən çəkinib tövbə edərək Allah`a tərəf qayıdanları müYdə gözləyir. Bəndələrimə müYdə ver!"
("Zumər" surəsi, 17)

"O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allah`ın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!"
("Zumər" surəsi, 18)

 

Dipnotlar

7- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, 6883

8- Kitabı Mukaddes, Yakub 2: 20-23

9- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, 2. cilt, 236

10- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, cilt 2, s. 397

11- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, cilt 2, s. 447

12- İmam Nevevi, Riyaz'üs-Salihin, cilt 1, s. 166

13- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, 1. cilt, 91-13

14- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, cilt 2, s. 305

15- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, Ebu Davud, cilt 9, s. 203

16- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, cilt 7, s. 292

17- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, cilt 1, 11-9

18- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, 1. cilt, 70-10

19- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, 7. cilt, s. 293

20- İncil, Resullerin İşleri, 7/2-3

21- Buhari, I'tisam 2, Ebed 70; Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 338

4 / total 6
"Harun Yəhyanın Həzrəti İbrahim və Həzrəti Lut kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.