< <
1 / total: 25

Giriş

Bəşəriyyət tarixinə eyni zamanda peyğəmbərlərin tarixi kimi də baxmaq olar. Allah Öz vəhyini insanlara tarixin hər dövründə elçiləri vasitəsilə çatdırmışdır. Elçilər insanlara Allahı anlatmış, onlara Rəbbimizin sözlərini çatdırmışlar.

Quranda əksər peyğəmbərlərin bu təbliğ mübarizəsi müfəssəl şəkildə izah edilir. Onların bu mübarizə zamanı sərgilədiyi davranış, qarşılaşdığı çətinliklər və tapdığı çözüm yolları, göstərdiyi gözəl davranışlar qeyd edilir. Allah Öz elçilərinin başına gələnləri insanlara nümunə olması üçün Quranda qeyd edir. Onların mübarizəsi və əxlaqı indi yaşayan insanlar üçün də nümunədir.

Prophet Moses

Quranda Peyğəmbərimiz Hz.Məhəmmədlə (s.ə.v.) birlikdə Hz.İsa, Hz.Süleyman, Hz.Yusif, Hz.İbrahim və daha bir çox peyğəmbərdən xəbər verilməklə onların yaşadığı və ibrət ala biləcəyimiz hadisələr göstərilir. Məsələn, Hz.Yusifin qardaşı ilə olan dialoqu, qardaşlarının onu quyuya atması, qul kimi satılması, sarayda qul ikən iftiraya məruz qalıb zindana atılması, oradan da xəzinələrə sahib olması anladılanda burada bizim də ibrət ala biləcəyimiz bir çox imani özəlliklər görünür, ayrıca insan və cəmiyyət psixologiyasına aid hikmətli bilgilər qeyd edilir. Ya da Allahın Quranda “sizin üçün onda gözəl bir nümunə var” deyə söz açdığı Hz.İbrahimin oda atılarkən təvəkkül etməsi və Allaha yönəlməsində, onun həssas və həlim xasiyyətli olmasının bildirilməsində bizim üçün həqiqətən çox gözəl nümunələr var.

Quranda özündən və həyatından ən çox bəhs edilən peyğəmbər isə Hz.Musadır. Hz.Musadan düz 34 surədə bəhs edilir. Quranın üç ayrı böyük surəsində (“Əraf”, “Taha” və “Qəsəs” surələri) Hz.Musanın həyatına dair çox müfəssəl məlumatlar verilir. Bütün bu surə və ayələrdə Hz.Musanın körpəliyindən başlayaraq Fironla olan mübarizəsi, xalqın pis davranışı və onlara etdiyi təbliğ çox səhih bir şəkildə qeyd edilir, çətin anlarda göstərdiyi cəsarət nümunə olaraq göstərilir.

Bu kitabda Hz.Musanın Quranda bəhs edilən həyatını incələyəcək, ayələrin işarələri ilə yaşadıqlarını görəcəyik. Diqqət edilməsi lazım gələn vacib məsələ Hz.Musanın həyatının keçmişdə yaşanmış hadisələr kimi yox, günümüzə, şəxsən öz həyatımıza işıq tutan ibrət və nümunələr kimi dəyərləndirmək məsələsidir.

 

1 / total 25
"Harun Yəhyanın Həzrəti Musa kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top