Quran Elmə Yol Göstərir

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
4 / total: 9

Dinlə elm həmişə harmoniyadadır

Materialistlər elm sahəsindəki məğlubiyyətlərini gizlətmək üçün daim müəyyən təbliğat üsullarının məcmusundan istifadə edir. Onların ən başlıcası materialist məsləkli nəşrlərdə trafaretə çevrilmiş "elmlə dinin qarşıdurması" haqda iddiadır. Bu iddialar səslənən yerdə daim danışılır ki, din bütün tarix boyu elmə qarşı durub, elm yalnız dindən uzaqlaşdıqda inkişaf edə bilər və s. Bu nağıllar aztəhsilli insanlar üçün nəzərdə tutulub.

Bu iddiaların nəzakətsizliyini və yanlışlığını görmək üçün elmin tarixinə diqqətlə nəzər yetirmək kifayətdir.

Əgər biz İslam tarixinə müraciət etsək, görərik ki, elm Quranla bərabər bütün Orta şərq regionuna yayılıb. İslamdan əvvəl ərəblər hər cür uydurmalara inanan bir cəmiyyət qurmuşdular və onlar kainat və təbiət üzərində heç bir müşahidə aparmırdılar. Təkcə ərəblər deyil, həmçinin iranlılar, türklər, Şimali Afrika xalqları İslamı qəbul etdikdən sonra maarifləndilər. Quranın təqdir etdiyi rasionalizm və idrak cəhdləri xüsusən IX-X əsrlərdə böyük sivilizasiyanın yaranmasına səbəb olmuşdu. Bu dövrdə çoxsaylı müsəlman alimləri elmin astronomiya, riyaziyyat, həndəsə, təbabət kimi sahələrində çox vacib kəşflər etdilər. Elmin təsirinin Avropaya yayıldığı ən vacib region və eyni zamanda, çoxlu müsəlman alimlərinin sayının artdığı yer Əndəlüs idi. Əndəlüs mühüm elmi canlanmanın və təbabət sahəsindəki əksər kəşflərin beşiyinə çevrildi. Müsəlman həkimləri hansısa bir ixtisasın çərçivəsi ilə kifayətlənmir, ayrı-ayrı fənlərin geniş spektrinə, xüsusilə də fiziologiya, farmakologiya, cərrahlıq, mamalıq, bakteriologiya və gigiyena kimi elm sahələrinə nüfuz edirdilər. Uzun illər müalicəvi otları öyrənən, özündən sonra müalicəvi bitkilər və təbabətin tarixi haqda əsərlər qoyub gedən İbn Cülcül (?-992), həmçinin görkəmli əndəlüslü həkim və diaqnost, otuza yaxın əsəri bizə gəlib çatmış Əbu Cəfər ibn Cəzzar (?-1009) bu dövrün ən tanınmış həkimləri idilər. Əbdüllətif əl-Bağdadi (1162-1231) anatomiya sahəsindəki işləri ilə məşhurdur. O, özündən əvvəlki təbabətdə mövcud olan bir çox səhvləri, məsələn, sümüklərin anatomiyası sahəsində alt çənə və döş qəfəsinin quruluşu ilə bağlı o vaxta qədər hakim olan yanlış fikir və təsəvvürləri aradan qaldırıb. Əbdüllətif əl-Bağdadinin "əl-İfadə vəl-İtibar" əsəri 1788-ci ildə nəşr olunaraq latın, alman və fransız dillərinə tərcümə edilmişdi. Onun "Makalatun fil-Həvəs" əsərində beş hiss orqanı təhlil edilir.

İnsan kəlləsi sümüklərinin dəqiq sayını və qulaq seyvanında üç kiçik sümüyün olmasını ilk dəfə müsəl-man anatomları müəyyən ediblər. Anatomiya ilə məşğul olan müsəlman alimlərindən birinci yeri İbn Sinaya (980-1037) vermək lazımdır. Gənc yaşlarında ədəbiyyatı, riyaziyyatı, həndəsəni, fizikanı, təbiət elmlərini, fəlsəfə və məntiqi öyrənən İbn Sina sonralar nəinki təkcə Şərqdə, həm də bütün Qərbdə məşhur oldu. Onun ən məşhur traktatı olan "əl-Qanun fit-Tibb" əsəri ərəb dilində yazılmışdı. Bu əsər XII əsrdə latın dilinə tərcümə olundu və Avropa universitetlərində ta XVII əsrə qədər əsas dərs vəsaiti kimi istifadə edildi. Bu əsərdə bir çox xəstəliklərin və onların dərmanlarının sistematik təsviri verilir. Bundan əlavə, İbn Sina fəlsəfə və təbiət elmləri üzrə 100-dən artıq elmi əsər yaradıb. Adıçəkilən "əl-Qanun fit-Tibb"də yer alan tibbi məlumatlar öz əhəmiyyətini bu gün də qoruyur.

"İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır!" ("Fatir" surəsi, 35/28)

"Allah Özündən başqa heç bir Allah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq O qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər". ("Ali-İmran" surəsi, 3/18)

Zəkəriyyə Qəzvini (1203-1283) beyin və ürək haqqında hələ Aristotelin dövründən mövcud olan bir çox səhv fikirləri təkzib etdi. Onun ürək və beyin haqda verdiyi məlumatlar bizim bu vacib orqanlar haqda bugünkü təsəvvürümüzə çox yaxındır.

Zəkəriyyə Qəzvininin, Həmdullah Müstəvfinin (1281-1350) və İbnun Nəfisin anatomiya üzrə əsərləri müasir təbabət elminin bünövrəsini qoydular. Bu alimlər ürəklə ağciyərin əlaqəsini, arteriyaların təmiz, venanın isə çirkli qanı daşıdığını, qanın ağciyərdə təmizləndiyini, təmiz qanın ürəyə qayıdaraq aorta vasitəsilə beyinə və bədənin digər orqanlarına paylandığını hələ XIII-XIV əsrlərdə bildirirdilər.

Əli bin İsa (?-1038) üç cilddən ibarət "Təzkirətül-Kəhhəlin fil-Ayn və Əmradihə" əsərinin müəllifidir. Bu elmi əsərin birinci cildi bütövlükdə gözün anatomiyasına həsr edilib və burada çox qiymətli məlumatlar var. Sonralar bu elmi əsər latın və alman dillərinə tərcümə edilmişdir.

biruni, dünya

XI əsrdə yaşamış müsəlman alimi Biruni Yerin fırlanması faktını Qalileydən 600 il əvvəl sübut etdi, Nyutondan 700 il əvvəl isə onun diametrini hesabladı.

Məhəmməd Əbu Bəkr Zəkəriyyə Razi (865-925), Əbu Səhl Yəhya əl-Məsihi (969-1010), Bürhanəddin Nəfis (?-1438), İsmayıl Cürcani (?-1136), Kütbuddin Şirazi (1236-1310), Mənsur bin Muhəmməd, Əbdülqasım Zəhravi - bunlar təbabət və anatomiyanın inkişaf tarixində vacib yer tutmuş müsəlman alimlərinin yalnız bəzilərinin adlarıdır.

Müsəlman alimləri təbabət və anatomiyadan əlavə elmin digər sahələrinə də böyük töhfələr vermişlər. Məsələn, XI əsrdə yaşayan Biruni Yerin fırlanma faktını Qalileydən 660 il əvvəl sübut edib və Yer kürəsinin diametrini Nyutondan 700 il əvvəl hesablayıb. XV əsrdə yaşamış Əli Quşçu Ayın xəritəsini hamıdan əvvəl hazırlayıb və Ay səthinin sahələrindən biri bu gün onun adını daşıyır. IX əsrdə yaşamış Sabit bin Qürrə diferensial hesablamanı Nyutondan bir neçə əsr əvvəl kəşf edib. Triqonometriyanı ilk dəfə X əsrdə yaşamış Bəttani kəşf etmişdir. Onun müasiri Əbdül Vəfa isə triqonometriyaya "tangens", "kotangens", "sekans", "kosekans" terminlərini gətirmişdir. Xarəzmi X əsrdə cəbrə aid ilk kitabını yazdı. Məğribi hazırda "Paskal üçbucağı" kimi tanınan tənliyi Paskaldan 600 il əvvəl həll edib. XI əsrdə yaşamış İbn Heysəm optikanın təməlini qoyub. Rocer Bekon və İohann Kepler onun əsərlərindən istifadə edirdilər. Qaliley onun elmi əsərlərinə əsaslanaraq teleskopu kəşf etdi. Kindi relyativist fizikanın əsaslarını və nisbilik nəzəriyyəsini Eynşteyndən 1100 il əvvəl hazırladı. Ağşəmsəddin mikrobların mövcudluğunu Pasterdən təxminən 400 il əvvəl ilk dəfə kəşf etdi. Əli ben Abbas XI əsrdə yaşayıb və xərçəng şişinin kəsilib götürülməsi üzrə ilk dəfə cərrahiyyə əməliyyatı aparıb. Həmin dövrdə yaşayan İbn Cəssar isə cüzam xəstəliyinin səbəblərini aşkar edib və onun müalicə üsullarını təklif edib. Bunlar böyük elmi kəşflər edən və müasir elmin bünövrəsini qoyan müsəlman alimlərinin yalnız bəzilərinin adlarıdır.

Əgər biz indi Qərb sivilizasiyasına üz tutsaq, Qərbdə də müasir elmin yaranmasının Allaha inam əsasında baş verdiyini görərik. "Elmi inqilab əsri" kimi tanınan 17-ci yüzillik öz tədqiqatlarını Allah tərəfindən yaradılmış kainatı və təbiəti dərk etmək niyyəti ilə aparan alimlərin adları ilə doludur. Bu dövrdə İngiltərə və Fransada yaranan elmi institutların məqsədi "Allahı ilahi qanunları kəşf etməklə tanımaqdır". Bu cərəyan XVIII əsrdə də qorunub saxlanmışdır. Nyuton, Kepler, Kopernik, Bekon, Qaliley, Paskal, Boyl, Peyli, Küvye - bunlar həm elmin inkişafın xeyli töhfələr vermiş, həm də Allaha inamları ilə tanınmış alimlərin yalnız bəzilərinin adlarıdır (Daha ətraflı bilgi almaq üçün "Allaha inanan alimlər" bölümünə baxın)

əli quşçu, ay

XV əsrdə Əli Quşçu Ayın ilk xəritəsini hazırladı. Bu gün Ayda onun adını daşıyan sahə var.

Bu alimlər sadəcə olaraq Allaha inanmırdılar, həmçinin elmlə məşğul olmaq üçün inamdan ilham alırdılar. Bunun sübutlarından biri XIX əsrin əvvəllərində İngiltərədə dərc edilən və "Briolqtwatel Treatises" adı ilə tanınan elmi əsərlər silsiləsidir. Alimlərin böyük bir qrupu elmin müxtəlif sahələrində tədqiqatlar aparmış və onların nəticələrini "Allahın yaratdığı təbiətdə və kainatda sülh və harmoniyanın sübutları" kimi müəyyən etmişdir. Alimlərin istifadə etdiyi üsul "Natural Theoloqy" ("Təbii ilahiyyat") termini ilə müəyyən olunurdu. Bunu "Allahı təbiət vasitəsilə anlamaq" prinsipinə aid etmək olar.

Briolqewater Treatises"in rəhbəri Uilyam Peyli 1802-ci ildə "Natural Theoloqy: or, Evidence of The Existence and Dttributes Oftle Deity, Cdlected franthe Arrearances of Nature" ("Təbii ilahiyyat və ya təbiət hadisələrindən götürülmüş Allahın əlamətləri və varlığının aşkarlığı") adlı kitab dərc etdirdi. Peyli bu kitabda anatomiyaya dair hərtərəfli məlumatlar verir və bütün canlı orqanizmlərin yaradıldığı layihənin mövcudluğunu sübut edən misallar gətirir.

Sonralar Peylinin nümunələrindən Kral Cəmiyyətinin buraxdığı alimlərə müraciətində istifadə edildi. Bu mətndə alimlərə aşağıdakı məsələlər üzrə tədqiqatlar aparmağa çağırış var idi:

"Allahın Gözəlliyi, Qüdrəti və Ağlı haqqında və Onun yaratma aktını sübut edən bütün rasional düşüncələr və dəlillər. Məsələn, Allahın yaradılışı olan müxtəlif heyvanların, bitki və metalların yaranması; həzm sisteminin və qidanı təkrar həzm etmə prosesinin təfsilatları; insan quruluşu layihəsini göstərən misallar və digər mümkün rasional arqumentlər: qədim və müasir elmlər, incəsənət və bütün ədəbiyyat..."

Allahnın varlığının sübutlarını axtarmaq çağırışına xeyli alim cavab verdi və çox mühüm elmi əsərlər dərc edildi. Aşağıda biz "Briolqewater Theatises" silsiləsində yer alan əsərlərin siyahısını və onların müəlliflərinin adlarını sadalayırıq:

  • İnsanın əxlaqı və zəkası ilə təbiətin harmoniyası" (Tomas Çalmers)
  • Kimya və meteorologiya" (Uilyam Praut)
  • Heyvanların instinktləri. Onların vərdişləri və keçmişi" (Uilyam Kirbi)
  • "İnsanın əli: layihənin nümunəsi" (Ser Çarlz Bell)
  • "Geologiya və mədən işləri" (Din Bakland)
  • "Təbiətin və insanın fiziki quruluşunun harmoniyası" (C.Kidd)
  • "Astronomiya və ümumi fizika" (Uilyam Uivell)
  • "Bitkilərin və heyvanların fiziologiyası" (P.M.Rocet)

"Briolqewater Theatises" elmlə din arasındakı harmoniyanın parlaq nümunələrindən biridir. Bu silsilənin dərcindən sonra və əvvəl görülmüş əksər işlərin əsas məqsədi həmçinin Allahın yaratdığı kainatı tanımaq və bu yolla Onun Əzəmətini dərk etmək idi.

Maykl Denton, natures destiny

Maykl Denton

Elmin bu kursdan uzaqlaşması isə XIX əsrdə qərb mədəniyyətində Avropada müəyyən ictimaisiyasi şəraitin yaranmasına gətirib çıxaran materialist fəlsəfənin hökmranlığı səbəbindən baş verdi. Bu proses özünün aydın ifadəsini Darvinin təkamül nəzəriyyəsində tapdı, bunun nəticəsində elmlə dini əvvəllər olduğunun ziddinə olaraq biliyin bir-birinə zidd olan iki mənbəyi hesab etməyə başladılar.

İngilis tədqiqatçıları Maykl Beycent, Riçard Lay və Henri Linkoln bu barədə belə şərh verirlər:

"Darvindən bir il yarım əvvəl elm dindən ayrılmırdı, əksinə, elm dinin bir parçası idi və məqsədi dinə xidmət etmək idi... Lakin Darvinin zamanında elm əvvəllər olan mənasını itirdi və özünü dinin tam rəqibi və alternativi kimi müəyyən etdi. Və bundan sonra bəşəriyyət onların ikisi arasında seçim etmək məcburiyyətində qaldı". 40

Ancaq dinlə elm arasında zorla tətbiq edilən ayrılma bizim dövrümüzdə elmin etdiyi kəşflərlə aradan qaldırılır. Din bizə kainatın heç nədən yaradıldığını öyrədir, elm bunun üçün dəlillər təqdim edir. Din bizə öyrədir ki, canlı orqanizmlər Allah tərəfindən yaradılıb, elm isə canlı orqanizmdə layihənin mövcudluğunun xeyrinə dəlillər gətirir və bu həqiqətin sübutunu təqdim edir. Maykl Denton "Nature Destiny" adlı kitabının sonunda deyir: "Bir vaxtlar ateizmin və skeptisizmin ən böyük müttəfiqi sayılan elm ikinci minilliyin sonunda nəhayət ki, nə vaxtsa Nyutonun və onun tərəfdarlarının görmək istədikləri kimi antroposentrik dünyagörüşünün ən böyük tərəfdarına çevrilir. 41 Antroposentrik dünyagörüşü isə dünyanın Allah tərəfindən insan üçün yaradılmasına olan inamdır.

scientific amerikan, jurnal
 

"Scientific American" jurnalı – 1999-cu il sentyabr sayı

Elmin irəli sürdüyü bu müddəa bir çox alimləri tədricən Allaha səmimi şəkildə inanmağa məcbur edir. Görkəmli biokimyaçı Maykl Behe bunu təsdiqləyərək belə deyir: "Yaradana və ya təbiətin o biri tərəfindəki müəyyən həqiqətə inanan alimlərin sayı məşhur kütləvi informasiya vasitələrinin təqdim etməyə çalışdığından xeyli çoxdur. Bütövlükdə inananların sayı ümumi əhalinin 90 faizini təşkil edir və alimlər arasında vəziyyətin başqa cür olduğunu fikirləşməyə heç bir səbəb yoxdur". 42

Materialistlər bu situasiyada yalnız müxtəlif təzyiq mexanizmlərini daxil etməyin köməyi ilə elmi zorla dəyişdirmək cəhdi göstərirlər. Qərb ölkələrində alimin karyera qazanması, dosent və ya professor kimi rütbələr alması, öz materiallarını elmi jurnallarda dərc etdirməsi üçün o, müəyyən tələblərə cavab verməlidir. Təkamül nəzəriyyəsini qeyd-şərtsiz və danışıqsız qəbul etmək ən əsas tələbdir. Elə bu səbəblə də Darvinin nağıllarına əsla inanmayan bəzi alimlər onu rəsmən qəbul edirlər və onlar yaradılış sübutlarını nəzərə almamağa məcburdur. Vaşinqton Universitetindən olan sosioloq Rodni Stark "Scientific American" jurnalının 1999-cu il sentyabr nömrəsindəki "Amerikada alimlər və din" adlı məqalədə alimlərə edilən təzyiqlər haqda danışır. O yazır:

"Artıq 200 ildir ki, "alim olmaq istəyirsənsə, sən öz ağlını dinin bütün zəncirlərindən tamam təmizləməlisən" fikri beyinlərə yeridilir... Universitetlərdəki dindar insanlar susurlar. Allahsızlar üstünlük təşkil edirlər. Yuxarı pillələrdə isə Allahsızlığa görə mükafatlandırma sistemi mövcuddur".43

Materialistlərin dinə qarşı apardığı mübarizənin başqa nümunəsi əvvəldə qeyd etdiyimiz kimi, təbliğat üsullarıdır. "Din elmlə vuruşur" və ya "elm materialist olmalıdır" iddiaları bu təbliğatın əsas elementləridir. İndi isə, gəlin görək, bu iddiaları nə üçün məntiqi və düzgün saymaq olmaz.

Orta əsr kilsəsinin alimlərə münasibəti

Orta əsrlər kilsəsinin alimlərə qarşı səhv davranış xətti və konkret hərəkətləri qeyri-dindar dairələr tərəfindən kilsəyə qarşı silah kimi istifadə edilirdi. Belə deyilir ki, kilsə Avropanın inkişafını ləngitdi, onu səfil və kasıb yaşamağa məcbur etdi. Bu səylərin arxasında insanların şüurunda dini və orta əsrlər kilsəsini birləşdirmək cəhdləri, deməli, onların beyninə "din gələrsə, biz orta əsr zülmətinə qapılacağıq" fikrini yeritmək cəhdi durur. Əslində isə həqiqi dinin ayrı-ayrı hərəkətlərlə heç bir əlaqəsi olmadığı kimi, orta əsrlər kilsəsinin ümumi təcrübəsi ilə də heç bir əlaqəsi yoxdur.

Orta əsrlər kilsəsi İsa peyğəmbər (ə.v.) vasitəsilə bildirilmiş açıqlamadan uzaqlaşır və bəzən öz fəaliyyətində dinin əsaslarından tamamilə geri çəkilirdi. Elm İlahi əmrlərdən tamamilə uzaqlaşan, lakin rahib zümrəsinin və digər nüfuzlu çevrələrin maraqlarını müdafiə etmək yolunda olan kilsənin bəzi hərəkətlərindən, şübhəsiz ki, nəzərəçarpacaq dərəcədə böyük ziyan çəkdi. Ancaq bu tarixi həqiqət təbii ki, heç bir şəkildə müsəlmanların dininə aid edilə bilməz. Çünki İslam orta əsrlər kilsəsindən fərqli olaraq heç vaxt rahib uydurmalarına deyil, Allahın sözü olan Qurana arxalanıb.

orta əsr, inkvizisiya

Orta əsrlər kilsəsi İsa (ə.v.) peyğəmbərlə ötürülmüş vəhydən uzaqlaşdı və öz hərəkətlərində dinin təməllərindən bəzən tamamilə yayındı. Hətta Qaliley kimi bəzi dindar alimlər kilsənin kobud müqaviməti ilə qarşılaşırdılar. Yuxarıdakı şəkildə biz Qalileyin inkvizisiya məhkəməsi qarşısındakı müdafiəsinin canlı səhnəsini görürük.

Orta əsrlər kilsəsinin mühafizəkarlığının dindarlıqla heç bir əlaqəsinin olmamasının paradoksal sübutu odur ki, bu kilsənin basqısı altında olan Qaliley kimi adamlar əsl dindar idilər (Kitabın ikinci hissəsində biz bu alimlərin dinə münasibətindən ətraflı danışacağıq). Bu nümunə bir daha göstərir ki, sxolastikanın elmə göstərdiyi təzyiq dindarlığın təzahürü deyil, məhz dini həqiqətin təhrif edilməsinin məhsuludur.

İncil və Tövratın mətnlərinə əsaslanan tənqid

Bizim ölkəmizdəki materialistlər elmlə dini bir-birinə qarşı qoymaq istəyəndə orta əsrlər kilsəsinin tarixinin faktları ilə yanaşı, İncil və ya Tövratdan hər hansı bir parça götürməyi və misal kimi bu parçanın elmi kəşflərlə necə zidd olduğunu göstərməyi sevirlər. Ancaq onlar bir şeyi ya görmür, ya da görmək istəmirlər: İncil və Tövrat təhrif olunmuş kitablardır. Onların hər birinə insan əli ilə xeyli uydurma əlavə edilib. Beləliklə, din məsələlərində bu kitabları mötəbər mənbə kimi qəbul etmək son dərəcə səhvdir.

Halbuki, Quran heç bir təhrifə məruz qalmayan, bir hərfi belə dəyişilməyən Allah vəhyidir. Bu səbəblə, Quranda kiçik də olsa səhv və ziddiyyətlər yoxdur. Quranda xəbər verilən bilgilər elmi kəşflərə uyğundur. Bundan əlavə, yalnız bizim əsrdə açıla bilən əksər elmi həqiqətlər insanlara 1400 il əvvəl Qurandakı möcüzələrlə xəbər verilmişdir. Bu, Qurandakı möcüzələrdən biri və Quranın Allahın vəhyi olduğunun danılmaz sübutlarından biridir (növbəti bölümlərdə Quranda xəbər verilən bəzi elmi həqiqətlərdən söhbət gedəcək).

Ümumiyyətlə, materialist dairələr bir faktı nəzərə almalıdır ki, onlar dinə zidd baxışlarla çıxış edərkən həmişə öz polemikası üçün İncil və Tövratdakı parçalardan istifadə edir, amma Quran ayələrindən heç vaxt nümunə gətirmirlər.

"Elm materialist olmalıdır" iddiası

"Elm yalnız materiyanı öyrənir, deməli, o, materialist olmalıdır" şəkilli şablon iddia materialistlər üçün digər təbliğat vasitəsi rolunda çıxış edir.

Bu ifadə üzərində bir az düşünən insan bunun yalnız söz oyunu olduğunu görər. Doğrudur, elm yalnız materiyanı öyrənir, ancaq bu, o demək deyil ki, elm materialist olmalıdır. Çünki materiyanı öyrənmək və materialist olmaq ayrı-ayrı şeylərdir.

Biz materiyanı öyrənəndə belə nəticəyə gəlirik ki, bu materiyada müəyyən layihə və onun özünün yarada bilmədiyi nəhəng həcmdə informasiya var. Biz bu layihəni və informasiyanı bilavasitə qavramasaq da, yenə də onların şüurlu yaradıldıqları nəticəsinə gəlirik. Məsələn, bir mağaranı təsəvvür edək, dəqiq bilmirik, bizdən əvvəl ora kimsə girib, ya yox. Biz mağaraya girdikdə onun divarlarında böyük ustalıqla çəkilmiş heyrətamiz rəsmlər görsək, bizdən əvvəl burada hansısa şüurlu varlığın olduğunu və divarlardakı bu rəsmi onun qoyub getdiyini düşünərik. Biz onun özünü görməyə bilərik, amma bu rəsmlər əsasında onun mövcudluğu nəticəsinə gələrik.

mağara
 

Mağaraya girərkən biz onun divarlarında böyük ustalıqla çəkilmiş rəsmlər gördükdə bizdən əvvəl burada bir dərrakəli insanın olduğunu və onun bu şəkilləri çəkdiyini düşünərik. Biz onun özünü görməyə bilərik, ancaq bu rəsmlərlə onun mövcudluğu haqqında nəticəyə gələrik.

Məhz bu üsulla elm təbiəti tədqiq edir və belə bir yekun qənaətə gəlir ki, təbiətdə yalnız materiyanın o tərəfində yerləşən yüksək Şüurun yarada biləcəyi və maddi amillərlə izah edilməyən nizam və qayda-qanun, deməli, kainatda müəyyən layihə var. Başqa sözlə, elm maddi aləmdə hər yanda və hər yerdə Allahın yaradılış aktının və Onun ali müdrikliyinin aşkar sübutlarını tapır.

Materialistlərin yanaşmasındakı mühafizəkarlıq və mövhumatçılıq

Təbii ki, müəyyən baxışları olan hər alim öz gümanlarının elmi faktlarla təsdiqlənəcəyini və ya təkzib ediləcəyini yoxlayır. Alim azadlığı - dərk etmək azadlığı da elə budur. Məsələn, bir insan Yerin düz səthə malik müstəvi olduğunu iddia edə və bu məsələ üzrə tədqiqat apara bilər. Bu zaman vacib olan məsələ onun bu tədqiqatın gedişində alınmış nəticələri necə qiymətləndirməsidir. Elmi məlumatları qərəzsiz qiymətləndirən alim Yerin müstəvi olması haqda heç bir sübut tapmayacaq. Əksinə, o, Yerin dairəvi olduğunu təsdiqləyən saysız-hesabsız dəlillərlə qarşılaşacaq. Bu halda, insan öz ilkin iddialarından çəkinməli və həqiqətə beyinlərə yeridilmiş hər hansı yanlış fikir olmadan müraciət etməlidir.

Robert Şapiro, materializm

Robert Şapiro

Bu, həmçinin materializmə aiddir. Elm təsdiqləyib ki, materiya mütləq mahiyyət deyil və onun öz başlanğıcı olub. Bundan əlavə, materiyada müəyyən fövqəltəbii layihənin olmasına dair işarələr var. Beləliklə, materiyanı öyrənən materialist alimlər gördülər ki, nəzəriyyələri səhvdir, həqiqət onların inandıqlarına tamamilə ziddir.

Ancaq bu insanlar indi də materializmə kor-koranə bağlılıqlarını və öz inamlarından imtina etməməkdə heyrətamiz inadkarlıq nümayiş etdirirlər. Görkəmli təkamülçü və materialist, Harvard Universitetinin genetika professoru Riçard Levontin materialistlərin bu mövhumatçı davranışını etiraf edərək deyir:

"Biz materializmə inanırıq, bu inam aprior"dur (əvvəlcədən həqiqət kimi qəbul edilmiş aksioma). Qeyri-elmi metod və qaydalar bizi dünyaya materialist şərh verməyə vadar edir. Əksinə, materializmə "apriori" bağlılıq ucbatından biz kainatı materialist nöqteyi-nəzərdən izah edən tədqiqat metodlarını və anlayışlarını fikirləşib tapırıq. Materializm tam düzgün olduğu üçün biz hansısa ilahi izahın əmələ gəlməsinə yol verə bilmərik".44

R.Levontin bütün materialistlərin nöqteyi-nəzəri-ni açıq söyləyir. Bu deyilənlərdən də göründüyü kimi, materialistlər, əvvəlcə, öz ideologiyalarını yeridir, sonra isə bu ideologiyanı qaynaqlandıran faktları axtarırlar. Yəni materializm alimlərin elmi tədqiqatların sonunda gəldikləri nəticə deyil, onların yalnız elmə calamağa çalışdıqları səhv fikirdir.

Oxşar durumu başqa bir alimin baxışları da əks etdirir. Görkəmli təkamülçü Robert Şapiro "Oriqins: A Skertics Guide to Creation of Lide on Earth" ("Mənbələr: Yer üzündə həyatın yaranmasına münasibətdə skeptikin bələdçisi") adlanan kitabında təkamül nəzəriyyəsinə bağlılığını bu sözlərlə ifadə edir:

"Nə vaxtsa gələcəkdə bütün ciddi kimyəvi sınaqlar həyatın yaranması haqda gümanların tam yanlışlığını göstərə bilər. Bundan əlavə, yeni geoloji dəlillər Yer üzündə hə-yatın ani olaraq yarandığını sübut edə bilər. Sonda bütün varlığı öyrənərək biz artıq heç bir yerdə həyatın izləri və ya həyatın yaranmasına səbəb olan proseslərlə qarşılaşa bilmərik. Bu halda, əksər alimlər bu suala cavab almaq üçün dinə müraciət edə bilərlər. Ancaq digərləri, o cümlədən də mən qalan elmi izahlardan az güman edilən də olsa birini, daha çox güman ediləni seçmək cəhdi göstərəcəyik".45

 

R.Şapiron: "Biz elmi izahın axtarışına davam edəcəyik", - deyərkən nəzərdə tutduğu məsələ, əslində, materialist izahdır. Materializmə kor-koranə bağlılıq Şapironu və minlərlə onun kimilərini yalnız mövhumatçı inkarçılığa aparır. Onların, əslində, demək istədikləri budur: "Bizə nə qədər sübutlar göstərsələr də, biz yenə də Allaha inanmayacağıq!

Maraqlıdır ki, bu mərəz təkcə bizim dövrün materialistlərinə xas deyil. Allah Quranda onu inkar etməklə kifayətlənən bu cür insanlar haqda vacib məlumatlar verir. Məsələn, misirlilər onlara xeyli möcüzələr göstərən Musa peyğəmbərə (ə.v.) dedilər:"Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!" ("Əraf" surəsi, 7/32) O dövrün misirliləri müasir materialistlər kimi düşünürdü. Bu cür insanlar haqda Allah başqa ayələrdə buyurur:

"Onların içərisində səni dinləyənlər də vardır. Lakin onu başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: "Bu, qədimlərdə olanların uydurduğu əfsanələrdən başqa bir şey deyildir!" -deyərlər". ("Ənam" surəsi, 6/25)

"Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: "Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?" ("Ənam" surəsi, 6/109)

bayquş, mükəmməl dizayn

Allah hər bir canlını qüsursuz layihə üzrə və mükəmməl harmoniyada yaradıb. Vicdan və dərrakə sahibi olan insan yalnız bayquşun gecələr necə mahir şəkildə və ustalıqla uçmasını və yaxud onun lələk quruluşunun əsasındakı layihəni görərək Allahın sonsuz qüvvətini və müdrikliyini görə və qiymətləndirə bilər.

 

QEYDLƏR

40. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, Gorgi Books, London:1991, s.177-178

41. Michael Denton, Nature's Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, s. 389 

42. Michael J.Behe, Darwin's Black Box, s.239

43. Edward J. larson ve Larry Witham, Scientists and Religion in America, Scientific American, Eylül 1999, s. 81

44. Richard Lewontin, The Demon-Haunted World, The New York Review of Books, 9 Ocak 1997, s.28

45. Michael J. Behe, Darwin's Black Box, s. 234

4 / total 9
"Harun Yəhyanın Quran Elmə Yol Göstərir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com