Quran Elmə Yol Göstərir

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
5 / total: 9

Quranın elmi möcüzələri

On dörd il əvvəl Allah insanlar üçün bələdçi Kitab Qurani-kərimi göndərib. O, bütün bəşəriyyəti onun ardınca gedərək xilas olmağa çağırdı. Quranın göndərildiyi gündən Qiyamət gününə qədər bu Son İlahi vəhyin insanlar üçün yeganə bələdçi olması əmr edilib.

Quranın müqayisəyəgəlməz üslubu və ondakı yüksək müdriklik onun bizim qarşımızda Yaradanın sözü olmasının aşkar və mübahisəsiz sübutudur. Bundan əlavə, Quran onu Allah`ın göndərdiyini təsdiq edən xeyli möcüzəvi dəyərlərə malikdir. Bu faktlardan biri odur ki, XX əsrdə texnologiyanın köməyi ilə kəşf edilən bəzi elmi həqiqətlər haqda Quranda 1400 il bundan əvvəl xəbər verilmişdir.

Əlbəttə, Quran fizika, biologiya və s. üzrə məqalələr toplusu deyil. Ancaq alimlər onun müxtəlif ayələrində son dərəcə böyük məharətlə və dəqiq heca ilə yazılmış bəzi elmi həqiqətləri yalnız yaxın zamanlarda kəşf ediblər. Quranın nazil olunduğu dövrdə elmi üsullarla əldə edilə bilməyən bu bilgilər bizim dövrün insanlarına bir daha sübut edir ki, Quran uca və qüdrətli Allah`ın sözüdür.

Quranın elmi möcüzələrinin mahiyyətini anlamaq üçün bu İlahi Kitabın nazil olunduğu dövrün təkcə bilik səviyyəsinə nəzər salmaq gərəkdir.

Quranın göndərildiyi VII əsrdə ərəblərin elm haqda çox dolaşıq və dumanlı təsəvvürləri var idi və bu təsəvvürlər xurafatların və dildən-dilə ötürülən hər cür uydurmanın məngənəsində idi. Təbiəti və kainatı dərk etmək üçün heç bir texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülən rəvayətlərə inanırdılar. Məsələn, belə hesab edilirdi ki, göy dağların sayəsində yuxarıda dayanır. Bu inanca görə, Yer düz səthə malik idi və onun kənarlarında hündür qayalar dururdu. Buna uyğun olaraq hesab edilirdi ki, onlar dirək kimi göy günbəzini saxlayırlar.

Ancaq bütün bu yanlış fərziyyələr Qurandan sonra yox oldular. "Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. Rəbbinizlə qarşılaşacağınıza, bəlkə, inanasınız!" (Rəd surəsi, 2). Bu ayə göyü dağların saxladığına dair inamı darmadağın etdi. Bundan əlavə, o zaman insanlara əsla məlum olmayan buna bənzər xeyli həqiqətlər xəbər verilmişdi.

dağ, möcüzə
 

“Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən məhz Allah`dır”. (Rəd surəsi, 2)

İnsanların fizika, astronomiya, biologiya sahəsində cüzi bilgiləri olduğu zaman göndərilən Quran özündə elmin müxtəlif sahələri üzrə əsas məlumatları toplayırdı: kainatın yaradılmasından insanın yaradılmasına qədər, atmosferin quruluşundan Yerdə olan tarazlığa qədər.

İndi isə Quranın elmi möcüzələrinin bir hissəsini ətraflı şəkildə nəzərdən keçirək.

Kainatın yaradılması

Kainatın yaranması haqda Qurani-kərimdə belə deyilir:

"O, göyləri və yeri var edəndir. Allah`ın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!" (Ənam surəsi, 101)

Quranın bu məlumatı müasir elmin kəşflərinə tamamilə uyğundur. Astrofizikanın gəldiyi yekun nəticə ondan ibarətdir ki, Kainat özünün bütün məkan-zaman ölçüləri ilə birgə nəhəng bir partlayış nəticəsində müəyyən bir sıfır anında yaranıb. Böyük partlayış nəzəriyyəsi (ingilis dilində "Biq Banq") güman edir ki, kainat təxminən 15 milyard il əvvəl bir nöqtədəki partlayış nəticəsində heç nədən yaranıb. Bu gün bu nəzəriyyə alimlər arasında kainatın mövcudluğunun başlanğıcı və yaranması haqda yeganə ümumi qəbul edilmiş gümandır.

big bang, radiasiya

1-Fon radiasiya sahəsi 2-Qaynar sahələr 3-Soyuq sahələr 4-Ən qaynar məntəqələr

NASA-nın 1992-ci ildə buraxdığı “COBE” peykinin xüsusilə həssas cihazları kainata böyük partlayışdan sonra yayıldığı güman edilən şüalanmanın qalıqlarını aşkar etdi. Bu kəşf öz növbəsində kainatın heç nədən yaranmasının elmi izahı olan böyük partlayış nəzəriyyəsini təsdiqlədi.

Böyük partlayışa qədər maddə adlı heç nə yox idi. Maddə, cərəyan və zaman nə maddənin, nə cərəyanın, nə də zamanın var olmadığı və sırf metafizik "heç nə" kimi müəyyən edilə bilən mühitdə yaradılıb. Müasir fizikanın elan etdiyi bu böyük həqiqəti Quran bizə 1400 il əvvəl xəbər verib.

Kainatın genişlənməsi

Qurani-kərim kainatın genişlənməsindən 14 əsr əvvəl - astronomiyanın hələ inkişaf etmədiyi dövrdə bu sözlərlə bəhs edir:

"Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik". (Zariyat surəsi, 47)

təkamül, genişləmə

1- Əvvəlki kainat 2-Hal-hazırkı kainat3- Gələcəkdəki kainat

"Göy" sözü Quranda bir çox yerdə kainat və ya kosmos mənasında işlədilir. Burada da məhz bu mənada işlədilib. Yəni Quran kainatın genişləndiyini xəbər verir. Bu gün elm də elə məhz bu nəticəyə gəlib.

XX əsrin əvvəllərinə qədər elmdə belə bir vahid baxış hökm sürürdü ki, kainat hərəkətsiz struktura malikdir və o, əbədi surətdə mövcuddur. Yalnız müasir texnologiyanın sayəsində aparılan tədqiqat, hesablama və müşahidələr göstərdi ki, kainatın başlanğıcı olub və o, daim genişlənir.

Rus fiziki Aleksandr Fridman və Belçika kosmoloqu Corc Lemetr XX əsrin əvvəlində kainatın daim hərəkətdə olduğunu və genişləndiyini nəzəri cəhətdən hesabladılar.

Bu kəşf müşahidələr yolu ilə 1929-cu ildə təsdiqləndi. Amerika astronomu Edvin Habbl göyü böyük teleskopla öyrənərək belə nəticəyə gəldi ki, ulduzlar və qalaktikalar daim bir-birlərindən uzaqlaşırlar. Hər şeyin bir-birindən uzaqlaşdığı kainatı isə daim genişlənən kainat kimi anlamaq lazımdır. Bu prosesin şübhəsizliyi sonrakı illərin müşahidələri ilə dəqiq sübut edilmişdir.

O uzaq zamanlarda bu həqiqət insanlara hələ tam məlum deyildi və Quranda xəbər verilmişdi, çünki Quran Allah`ın - Yaradanın və kainatın Hakiminin sözüdür.

Orbitər

Quranda Günəş və Ay haqda danışılanda bu göy cisimlərinin hər birinin öz müəyyən orbitinin olduğu xəbər verilir:

"Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri bir göydə üzür". (Ənbiya surəsi, 33)

Quranın başqa ayəsində həmçinin Günəşin hərəkətsiz olmadığından və bir orbitinin olduğundan bəhs edilir:

"Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, hər şeyi bilən Allah`ın təqdiridir". (Yasin surəsi, 38)

kainat, orbit

Quranda xəbər verilən həqiqətlər müasir astronomik müşahidələr nəticəsində aydın oldular. Alimlərin hesablamalarına görə, Günəş “Solar Apex” adlanan orbit ilə saatda 720.000 km nəhəng sürətlə Veqa ulduzu istiqamətində hərəkət edir. Beləliklə, bir qədər kobud şəkildə yuvarlaqlaşdırsaq, o, gün ərzində 17.280.000 km məsafəni qət edir. Günəşlə bərabər eyni məsafəni onun cazibə gücünün təsiri ilə Günəş sisteminin planetləri və onların peykləri də keçirlər. Bundan əlavə, kainatdakı bütün ulduzlar da planlı şəkildə oxşar hərəkəti yerinə yetirirlər.

Bütün kainatın bu cür orbitlərlə bəzənməsi haqda yenə də Quranda deyilir:

"Yolları olan göyə and olsun ki". (Zariyat surə-si, 7)

Kainatda təxminən 200 milyard qalaktika və onların da hər birində təxminən 200 milyard ulduz var. Bu ulduzların əksərinin planetləri, onların isə peykləri var. Bütün göy cisimləri ustalıqla hesablanmış orbitlərə malikdir. Milyonlarla il ərzində bu cisimlərin hər biri başqa cisimlərlə birlikdə öz orbiti ilə tam və qüsursuz harmoniya halında hərəkət edirlər. Onlardan əlavə, bu məkanda kometalar da öz şəxsi yolları ilə hərəkət edirlər.

planetlər, orbit

Bütün bu göy cisimlərinin incəliklə nəzərdə tutulmuş orbitləri var. Milyon illərdir onların hər biri digəri ilə qüsursuz harmoniyada hərəkət edir.

Kainatdakı orbitlər tək göy cisimlərinə xas deyil. Hesablanmış və planlanmış orbitlərlə nəhəng sürətlə həm də qalaktikalar hərəkət edir. Nə qədər ki, bu hərəkət baş verir, onlar bir-birinə toxunmur, onların yolları kəsişmir. Bundan əlavə, o da qeydə alınıb ki, bəzi qalaktikalar onları təşkil edən ulduz və planetlərin heç birinin toqquşması baş vermədən bir-birinin üstündən növbə ilə keçirlər.

Təbii ki, Quranın nazil edildiyi dövrdə bəşəriyyət kosmosun dərinliyinə milyonlarla kilometr məsafədən baxa biləcək teleskopa, müasir fiziki və astronomik bilgilərə malik deyildi. Deməli, yuxarıda göstərildiyi kimi, kosmosun kometaların və ulduzların yollarına malik olması həqiqətini elmi cəhətdən üzə çıxarmaq və təsdiqləmək o dövrdə mümkün deyildi. Ancaq o dövrdə nazil edilən Qurani-kərimdə bu həqiqət bizə aydın xəbər verilib, çünki Quran Allah`ın sözüdür.

Qoruyucu tavan

Allah Quranda bizim diqqətimizi göy quruluşunun bir vacib xüsusiyyətinə cəlb edir:

"Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, ayələrimizdən üz döndərirlər". (Ənbiya surəsi, 32)

Göy quruluşunun bu xüsusiyyəti XX əsrdə elmi tədqiqatların gedişatında öyrənilmişdi.

Yer nüvəsini hər tərəfdən əhatə edən atmosfer Yer üzündə həyatın varlığını təmin etmək üçün çox vacib funksiyaları yerinə yetirir. O, Yerə yaxınlaşan çoxsaylı böyük və kiçik kosmik daşları məhv edir, əridir və beləliklə, meteoritlərin düşərkən Yer üzünə verəcəyi ziyanın qarşısını alır.

Bununla yanaşı, atmosfer canlı orqanizmlər üçün zərərli olan kosmik şüaları filtrdən keçirir. Burada o, zərərsiz şüaları, yəni görünən işığı, infraqırmızı şüanı və radiodalğanı buraxır, çünki onlar həyat üçün vacibdir. Atmosferin müəyyən miqdarda buraxdığı ultrabənövşəyi şüalar bitkilərdə fotosintez prosesi və beləliklə, Yer üzündə hər cür həyatın qorunması üçün çox vacib rol oynayırlar. Günəşin buraxdığı cod ultrabənövşəyi şüanın böyük hissəsi atmosferin ozon qatında ləngiyir və Yer səthinə onun yalnız həyat üçün vacib olan miqdarı çatır.

dünya, meteorit

Şəkildən də göründüyü kimi, meteoritlər bizim dünya üçün böyük təhlükə ola bilərdilər. Ancaq Allah bizim planeti qoruyan və dam rolunu oynayan mükəmməl atmosfer yaratdı.

Atmosferin qoruyucu funksiyası bununla kifayətlənmir. O, Yeri orta hərarəti mənfi 270 dərəcə S təşkil edən kosmik soyuğun buzundan qoruyur.

Yeri kosmosun zərərli təsirlərindən yalnız atmosfer qorumur. Onunla yanaşı, bizim planetə çatan zərərli şüalara qarşı sipər rolunu həmçinin "Van Allen qurşağı" adlanan və Yerin maqnit sahəsinin mənbəyi olan qalxan rolunu oynayır. Günəşdən və başqa ulduzlardan daima çıxan şüa insanlar üçün ölümcül dərəcədə qorxuludur. Günəşdə baş verən və "parlama" adlandırılan enerji partlayışları da xüsusi əhəmiyyət daşıyır. Onlar elə güclüdürlər ki, "Van Allen qurşağı" olmasaydı, Yer üzündəki bütün canlıları məhv edərdilər.

van allen, maqnit qurşağı

1) Yerin nüvəsi
2) 3) Yeri əhatə edən iki maqnit qurşağı
4) Bizim Yeri əhatə edən “Van Allen qurşaqları” spiralvarı orbitlərlə fırlanan elektronlara və protonlara doldurulmuş hissəciklər yerləşir.

Van Allen qurşaqları mənbəyi Yerin maqnit sahəsi olan sferalardır. Bu dairələr bizim planeti zərərli kosmik şüalanmadan qoruyan qalxan rolunu yerinə yetirir.

Yaxın keçmişdə hər bir parlamanın kosmik boşluğa atdığı enerji Xirosimaya atılan atom bombası gücündə 100 milyard bombanın enerjisinə bərabərdir. Parlamadan 58 saat sonra kompasın əqrəbləri şkala həddini aşdılar. 250 km hündürlükdə hərarətin 2500 dərəcə S-yə qədər sıçrayışı baş verdi.

Başqa sözlə, Yerin üzərində onun xarici təhlükələrdən qorunmasını təmin edən, hər tərəfdən onu bürüyən mükəmməl sistem var. Yerin səmasının bu cür qoruyucu funksiyasının mövcud olması haqda bizə Quranda əsrlərlə bundan əvvəl xəbər verilib.

Geriyə qaytaran göylər

Quranın "Tariq" surəsinin 11-ci ayəsində göyün qaytarmaq xüsusiyyətindən danışılır:

“Dönüşlü olan göyə and olsun”. (Tariq surəsi, 11)

Maraqlıdır ki, göyün adı Quranda çəkilən bu xüsusiyyəti Quran nazil olduqdan neçə yüz illər sonra elmi yolla müəyyən edilmişdir.

Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer çoxlu qatlardan ibarətdir. Hər qatın həyatın tələbi nöqteyi-nəzərindən öz vacib funksiyası var. Tədqiqatlar zamanı aydın olduğu kimi, hər bir qat ona çatan cismi və ya şüanı dayandırır və onları ya kosmosa, ya də Yerin səthinə doğru istiqamətləndirir.

atmosfer, qatlar

1- Müəyyən mərkəzdən ötürülmüş radiodalğanı Yer səthinə əks etdirən ionosfer qatı uzaq məsafələrdən radio və televerilişlər ötürülməsini təmin edir.

2- Ultrabənövşəyi şüalara bənzər zərərli kosmik şüalanmaları geriyə, kosmosa əks etdirən ozonosfer qatı bu şüaların yer səthinə çatmasına və həyata zərər yetirməsinə imkan vermir.

3- Troposfer qatı okeanların üzərindən buxarlanan suyu kondensasiya edir və onu yerə yağış şəklində göndərir.

Məsələn, 13-15 km hündürlüyündə yerləşən troposfer Yer səthindən qalxan su buxarının suya çevrilməsini və onun yağıntı şəklində Yerə qayıtmasını təmin edir.

25 km hündürlüyündə yerləşən ozonosfer kosmosdan gələn ultrabənövşəyi şüaları əks etdirir, şüa yerə çatmamış kosmosa qayıdır.

İonosfer isə Yerdən ötürülən radiodalğaları peyk kimi əks etdirir və bununla məftilsiz əlaqəni, qəbul etməni, radio və telesiqnalların böyük məsafələrə ötürülməsini təmin edir.

Maqnitosferə gəlincə isə o, Günəşdən və başqa ulduzlardan gələn zərərli radioaktiv zərrəciklərin Yerə çatmasına icazə verməyərək onları əks istiqamətə döndərir.

Atmosferin qatları

Kainat haqda məlumatların yer aldığı Quran ayələrində xüsusən göy qübbəsinin yeddi qatının olmasından danışılır.

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur. O, hər şeyi biləndir!” (Bəqərə surəsi, 29)

“Sonra Allah tüstü halında olan göyə üz tutdu… Beləliklə, iki gün ərzində göylər xəlq edildi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi...” (Fussilət surəsi, 11-12)

Quranda "göy" sözündən həm bütün kainatı, həm də planetin göyünü ifadə etmək üçün istifadə edilir. Bu sözün ikinci mənasına nəzər yetirsək, "Yerin göyü" alınır, yəni atmosfer yeddi qatdan ibarətdir.

Bu gün isə məlumdur ki, Yer atmosferinin bir-birinin üzərində yerləşən bir neçə müxtəlif qatı var. Bun-dan əlavə, Quranda da qeyd edildiyi kimi, göy yeddi əsas qatdan ibarətdir...

Elmi mənbələrin birində bu məsələ belə işıqlandırılır:

"Alimlər aşkar ediblər ki, atmosfer bir neçə qatdan ibarətdir. Qatlar bir-birindən əmələ gəldikləri qazların tərkibinə və onlarda olan təzyiq kimi fiziki xarakteristikalara görə fərqlənirlər... Yerə ən yaxın olan atmosfer təbəqəsi TROPOSFERDİR. Troposfer atmosferin ümumi kütləsinin 90 faizini təşkil edir. Troposferdən yuxarıda yerləşən təbəqə STRATOSFERDİR. Stratosferin içində olan və ultrabənövşəyi şüaları udan qat OZONOSFER adlanır. Stratosferin üstündə MEZOSFER, onun üzərində isə TERMOSFER qatları yerləşir. Termosferdəki ionlaşmış qazlar İONOSFERİ əmələ gətirir. Yer atmosferinin ən uzaq xarici qatı isə Yer səviyyəsindən 450 km-dən 960 km hündürlüyə qədər uzanan EKZOSFERDİR". 46
atmosfer, yeddi qat

1-EKZOSFER 2-İYONOSFER 3-TERMOSFER 4-MEZOSFER 5-OZONOSFER 6-STRATOSFER 7-TROPOSFER A-BULUDLAR

Atmosfer öz aralarında onları əmələ gətirən qazların tərkibi və ya bu qatlardakı mövcud təzyiq kimi fiziki xüsusiyyətlərinə görə bir-birindən fərqlənən yeddi qatdan ibarətdir. Bu qatların hər birinin Yerdə həyatın qorunması üçün vacib funksiyaları var.

MAVİ-ATMOSFER
QIRMIZI-YER

Bu gün məlumdur ki, Yerin atmosferinin bir-biri üzərində yerləşmiş bir neçə qatı var. Bundan əlavə, Qu-randa da qeyd edildiyi kimi, atmosfer yeddi əsas qatdan ibarətdir.

Əgər biz adıçəkilən qatları saysaq, Quranda da qeyd edildiyi kimi, atmosferin yeddi qatdan ibarət olduğunu görərik:

  1. TROPOSFER
  2. STRATOSFER
  3. OZONOSFER
  4. MEZOSFER
  5. TERMOSFER
  6. İYONOSFER
  7. EKZOSFER

Yəni Allah bizə bildirir ki, hər atmosfer qatına müəyyən tapşırıq verilmişdir. Həqiqətən, əvvəlki bölümlərdə də gördüyümüz kimi, adıçəkilən hər qatın Yer üzündəki bütün canlılara, o cümlədən insana da gətirdikləri fayda nöqteyi-nəzərindən öz vacib funksiyaları var. Hər bir atmosfer qatı yağış əmələ gətirilməsindəki iştirakından şüaların keçməsini qorumağa qədər, radio-dalğaların əks etdirilməsindən meteoritlərin zərərsizləşdirilməsinə qədər öz üzərinə düşən tapşırıqları yerinə yetirir.

Böyük möcüzə də bundadır ki, müasir texnologiyanın köməyi olmadan əldə etməyin mümkün olmadığı bu bilgilər 1400 il əvvəl nazil edilmiş Quranda bizə açıq şəkildə bildirilir...

Dağların funksiyası

Quranda dağların vacib geoloji funksiyasına diqqət yetirilir:

"Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq; onlar rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik". (Ənbiya surəsi, 31)

Diqqət yetirmək lazımdır ki, Quranda dağların zəlzələlər haqqında əvvəlcədən xəbərdarlıq etmək kimi funksiyasından bəhs edilir.

İnsanlara Quranın nazil edildiyi dövrdə əsla məlum olmayan bu həqiqət indi müasir elmi kəşflərin nəticəsində müəyyən edilib. Geoloji tədqiqatlara görə, dağ-lar Yer qabığını əmələ gətirən nəhəng lövhələrin (pilətələrin) hərəkət etməsindən və toqquşmasından yaranır.

dağ, mənzərə

“Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!” (Nəbə surəsi, 6-7)

İki lövhə toqquşduqda onlardan daha dayanıqlısı az dayanıqlının altına gedir. Üstdə qalan massiv əyilərək qalxır və dağları əmələ gətirir. Yerin altında qalan isə daha da dərinliklərə gedir. Yəni Yer səthi üzərində olan massivlərdən əlavə Yerin altında dağların yerüstü hissəsinin həcminə bərabər davamı var.

Beləliklə, dağlar Yerin üstündə və altında Yer qabığı lövhələrinin toqquşduğu yerlərdən dartınaraq sanki onlar üçün "pərçimləmə" vasitəsi rolunu oynayırlar. Dağlar Yer qabığını bu şəkildə bərkidərək lövhələrin bir-birinə nisbətdə sürüşməsinə mane olur. Başqa sözlə, biz dağları öz aralarında lövhələri birləşdirən və saxlayan mismarlarla müqayisə edə bilərik.

Quranın başqa ayəsində dağlar öz təyinatına görə dirəklərlə müqayisə edilirlər:

"Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!" (Nəbə surəsi, 6-7)

Elmi ədəbiyyatda dağların bu bərkidici rolu "izostaziya" termini ilə müəyyən edilir. Bu sözün mənası belədir:

"İzostasiya (geologiyada) - Yer qabığının ümumi tarazlığının Yerin cazibə qüvvəsinin hərəkəti sayəsində dağlar tərəfindən təmin edilməsi".47

Gördüyümüz kimi, neçə əsr əvvəl nazil edilmiş Qurani-kərimdə dağların yalnız müasir seysmoloji tədqiqatlar nəticəsində məlum olmuş bu həyati vacib funksiyası haqda Allah`ın yaradılışda göstərdiyi ali müdrikliyinin nümunəsi kimi danışılır.

“Allah göyləri, gördüyünüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmiş…” (Loğman surəsi, 10)

 

dağlar, dağ kökləri

OKEAN

YAĞINTI ÇÖKÜNTÜLƏRİ

OKEAN

Kontinental Qabıq

Yer qabığı və nüvə qabığı arasındakı boşluq

Nüvə qabığı

Şaquli ölçülər bu miqyasda verilməyib.

Dağın kökləri yağıntı çöküntülərindən xeyli aşağıda, çox dərində yerləşirlər (EARTN, Press omd Siever, səh. 413).


dağ kökləri, sxematik kəsik

Britaniya Adaları

Şimali Almaniya

Alp

Avropa

Rus platforması

Qafqaz

Sxematik kəsik. Sütunabənzər dağların yerə dərində yaxşı yerləşmiş kökləri var. (Anatomy of the Earth, Cailleux, səh. 220).


dağların dərin kökləri, sütun

Dağ silsiləsi

Eroziya

Yağıntı növləri

Dənizin səviyyəsi

Nüvə qabığı

Dağın kökü

Başqa şəkil dağların sütunabənzər köklərinin olduğunu nümayiş etdirir. (EARTH SCIENCE, Tarbuck and Lutgens, s. 158 )

Barmaq izi

Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olması bildirilir və bu zaman insanların xüsusilə barmaqlarının uclarına diqqət edilir.

“Məgər insan elə güman edir ki, onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da düzəltməyə qadirik!” (Qiyamət surəsi, 3-4)

Barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir.

Budur, bu səbəbdən, barmaq izi hər bir kəsə xüsusi bir şəxsiyyət vəsiqəsi sayılır və bütün dünyada bu məqsədlə istifadə olunur.

Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir:

barmaq izi, şəxsiyyət

1- Ölü keratin hüceyrəsi 2-Canlı hüceyrə 3-Sinir ucluğu 4-Sinir 5-Kapillyar 6-Limfatik kanallar 7-Əzələ 8-Tər vəzisi 9-Piy vəzi 10-Tükün kökü 11-Dərinin alt qatı 12-Dərinin üst qatı 13-Tük 14-Tər vəzi məsaməsi

Şəkildə görünən barmaq izi hər bir insanda fərdi xarakterlidir, ancaq hamıda bir strukturdan əmələ gəlir.

Dağların hərəkəti

Quran ayələrindən birində xəbər verilir ki, dağlar heç də göründüyü kimi hərəkətsiz deyillər. Əksinə, onlar öz yerlərini fasiləsiz olaraq dəyişirlər.

“Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla edən Allah`ın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz əməllərdən xəbərdardır!” (Nəml surəsi, 88)

Oxşar hadisə dağlarla onların yerləşdiyi Yer qabığı sahələrinin hərəkəti nəticəsində də baş verir. Yer qabığı özü isə daha möhkəm mantiya qatının düz üstü ilə üzür. XX əsrin əvvəllərində ilk dəfə alman alimi Alfred Vegener Yerin yarandığı ilk dövrlərdə bütün qitələrin bir yerdə olduqlarını, sonra isə bir-birindən ayrıldıqlarını söylədi.

Geoloqlar isə Vegenerin haqlı olduğunu yalnız onun ölümündən 50 il sonra, 1980-ci illərdə anlaya bildilər. Vegenerin 1915-ci ildə öz məqalələrinin birində bildirdiyi kimi, Yer səthinin quru hissələri hələ 500 milyon il əvvəl birləşmişdilər və Pangey adı verilən bu fövqəlqitə cənub qütbü rayonunda yerləşirdi.

Pangey təxminən 180 milyon il əvvəl iki yerə bölünmüşdü. Müxtəlif tərəflərə cəzb olunub aparılan bu iki qitədən biri Afrika, Avstraliya, Antarktida və İndostanı birləşdirirdi. Onu Hondvana adlandırırdılar. İkinci Şimali Amerika, Avropa və İndostansız Asiyanı birləşdirən qitə isə Lavrasiya adını aldı. Bu bölünmədən sonrakı 150 milyon ildə isə Hondvana və Lavrasiya müxtəlif dövrlərdə daha kiçik hissələrə bölündülər.

Pangeyin bölünməsi ilə bu şəkildə əmələ gələn qitələr dəniz və quru hissələrin nisbətini daim dəyişərək Yerin üstündə ildə bir neçə santimetr sürətlə hərəkət edirlər.

Qitələrin hərəkəti

qitələrin hərəkətləri, qitələr

200 milyon il əvvəl

135 milyon il əvvəl

65 milyon il əvvəl

Bizim günlərimiz

Qərb yarımkürəsi 50 milyon ildən sonra

Şərq yarımkürəsi 50 milyon ildən sonra

Soldan qitələrin keçmişdə yerləşməsi göstərilib. Biz qitələrin hərəkətinin analoji şəkildə davam edəcəyini güman etsək, onların vəziyyəti sağda göstərildiyi kimi olacaq.

Yer qabığının XX əsrin əvvəllərində kəşf edilmiş bu hərəkəti elmi ədəbiyyatda belə izah edilir:

"Yerin Yer qabığı və üst mantiya qatları ilə əmələ gəlmiş 100 km qalınlığındakı səthi pilətələrdən ibarətdir. Altı böyük və xeyli xırda pilətələr mövcuddur. "Pilətələrin tektonikası" adını almış nəzəriyyəyə görə, onlar Yerin səthində öz üzərilərində həm qitələri, həm də okeanların diblərini daşıyaraq hərəkət edirlər. Materiklərin ildə 1 sm-dən 5 sm-ə qədər hərəkət etdikləri hesablanıb. Onlar hərəkət etdikcə Yerin coğrafiyası tədricən dəyişir. Məsələn, Atlantik okeanı hər il bir az genişlənir".48

Burada bir vacib məqamı qeyd etmək lazımdır: Allah Quran ayələrində dağların hərəkətini "daşıma" və ya "yerimə" kimi müəyyən edib. Müasir alimlər bu hərəkətə ad vermək üçün “Continental Drift”, yəni "qitələrin sürüşməsi" terminindən istifadə edirlər. 49

Elmin bu günlərdə kəşf etdiyi bu həqiqət Quran-da xəbər verilib və şübhəsiz ki, onun möcüzələrindən biridir.

Aşılayıcı küləklər

Quran ayələrinin birində küləyin aşılama kimi xüsusiyyətinə, həmçinin bu küləklərin hərəkəti nəticəsində yağışların əmələ gəlməsinə işarə edilir.

«Biz yüklənmiş külək göndərdik, göydən yağmur endirib sizə su verdik. Yoxsa onu yığıb saxlayan siz deyilsiniz!» (Hicr surəsi, 22)

Quran ayəsində yağıntıların əmələ gəlməsində əsas rolu küləklərin oynadığına diqqət yetirilir. Bununla yanaşı, bu əsrin əvvəlinə qədər elmə küləklərlə yağıntılar arasında əlaqə olması haqda heç nə məlum deyildi. Ancaq müasir meteoroloji tədqiqatlar küləklərin yağışın yağmasında həlledici rol oynadığını anlamağa imkan verdi.

Küləklərin aşılama təsiri bu şəkildə həyata keçir.

Küləklərin aşılama təsiri bu şəkildə həyata keçir. Dəniz və okeanların üzərində köpüklənmə ucbatından hər an xeyli miqdarda hava qabarcıqları əmələ gəlir. Bu qabarcıqlar partladıqda millimetrin yüzdə bir hissəsi diametrindəki yüzlərlə zərrəcik havaya atılır. Aerozol adlanan bu zərrəciklər küləklərin sayəsində qurudan qalxan tozla qarışır və atmosferin üst qatlarına köçürlər. Burada onlar bu zərrəciklərin ətrafına yığışan və su damcılarına dönərək qatılaşan su buxarı ilə toqquşurlar. Bunlar isə öz növbəsində birləşərək buludları əmələ gətirir və müəyyən bir müddətdən sonra yağış şəklində Yerə düşürlər.

Gördüyümüz kimi, küləklər havada sərbəst halda olan su buxarını və dənizin üzərindən gələn zərrəcikləri soyudur. Yağış buludlarının əmələ gəlməsi bu yolla təmin edilir.

Əgər küləklərdə bu xüsusiyyət olmasaydı, atmosferin üst qatlarında heç vaxt su damcıları əmələ gəlməzdi və yağışa bənzər heç bir şeyi təsəvvür belə etmək olmazdı.

aşılayan küləklər, toxum

XX əsrin əvvəllərinə qədər küləklərin yağıntı düşməsi ilə əlaqəsi haqda heç nə məlum deyildi. Küləklərin yağış əmələ gətirmə prosesində oynadığı vacib soyuducu funksiyası yalnız müasir meteoroloji tədqiqatlar nəticəsində məlum oldu.

Əsas odur ki, küləklərin yağış əmələ gətirən bu vacib funksiyası haqda Quranda xəbər verilmişdir...

Yağışın ölçüsü

Yuxarıda deyilənlərdən əlavə, Quranda yağışın yerə lazımi dərəcədə göndərildiyi haqda da deyilir. "Zuxruf" surəsində buyurulur:

"O Allah ki, göydən bir qədər su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də belə çıxardılacaqsınız!" (Zuxruf surəsi, 11)

Yağışın bu müəyyən ölçüsü müasir tədqiqatlarla aşkar edilmişdir. Aparılan ölçmə və hesablamalara görə, Yerin səthindən hər saniyə 16 milyon ton su buxarlanır. İl ərzində bu miqdar 513 milyon ton suya çatır və il ərzində məhz bu miqdarda su yağıntı şəklində Yerə düşür. Yəni su müəyyən daimi dinamik tarazlıq vəziyyətində olaraq "lazımi ölçüdə" bir aqreqat halından başqasına keçir. Yer üzündə həyatın mövcudluğu bu cür su dövranının sayəsində təmin edilir. Hətta insanlar bu gün mövcud olan texnoloji imkanlardan istifadə etsələr belə, süni yolla bu dövranı həyata keçirmək mümkün olmazdı.

yağış, ölçü

Əgər bu dövran cəlb olunan suyun miqdarında ən kiçicik belə dəyişiklik olsa, qısa müddət ərzində ekoloji tarazlığın ciddi şəkildə pozulmasına və Yer üzündə həyatın məhv olmasına gətirib çıxaracaq. Ancaq bu baş vermir. Quranda da qeyd edildiyi kimi, Yer üzündə yağışlar hər il eyni miqdarda yağmağa davam edəcək.

su, dövran, su dövranı

Yerdə su “lazımi dərəcədə” bir vəziyyətdən başqasına keçərək daim dinamik tarazlıq vəziyyətindədir. Yerdə həyatın olması bu dövranın sayəsində təmin edilir.

Dənizlərin bir-birinə qarışmaması

Dənizlərin alimlər tərəfindən yaxın keçmişdə kəşf edilən bir xüsusiyyəti haqda Quranda belə deyilir:

"(Suları şirin və acı olan) iri dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qa-tışmazlar". (Rəhman surəsi, 19-20)

Dənizlərin bir-biri ilə maneəsiz şəkildə birləşdikləri halda, onların sularının bir-birinə heç bir halda qarışmaması barədə Quranda qeyd olunan xüsusiyyətini okeanoloqlar bu yaxınlarda aşkar ediblər. Aşkar edilib ki, iki qonşu dənizin suları "səthi gərilmə" adlandırılan fiziki güc sayəsində bir-birinə qarışmırlar. Suyun sıxlıq fərqlərindən yaranan bu qüvvə onların arasında dəqiq bir şəkildə görünməz divar ucaldaraq iki dənizin suyunun bir-birinə qarışmasına mane olur.

cebellütariq boğazı, atlantik okeanı

Atlantik okean

Aralıq dənizi

 

 Dərinliyi (metrlə)

Duzun Atlantik okeanının suyunda qatılığı 36,0 faizdən az təşkil edir

Ağdənizin suyu

Duzun Aralıq dənizinin suyunda qatılığı 36,5 faizdən artıq təşkil edir

Cəbəllütariq boğazı

Aralıq dənizinin suları Atlantik okeanının suları ilə birləşir. Ancaq bu birləşmənin nəticəsində onların hərarət, duzluluq və sıxlıq kimi xüsusiyyətləri dəyişmir, çünki aralarında gözlə görünməz sərhəd var.

Təbii ki, olduqca maraqlıdır ki, insanlar nə səthi gərilmə, nə okeanologiya, nə də fizika haqda heç nə bilmədikləri dövrdə Quran bu həqiqəti bildirmişdi.

iki dəniz, sədd, aralıq dənizi, cəbəllütariq boğazı

Bu dənizlərdə dalğaların və güclü axınların olmasına, qabarıb-çəkilmələrin baş verməsinə baxmayaraq, dənizlərin suları bir-biri ilə qarışmır. Başqa sözlə, onlar öz aralarındakı sərhədləri keçmirlər. Elmin bu yaxınlarda kəşf etdiyi bu həqiqət Quranın “Rəhman” surəsində hələ 14 əsr əvvəl xəbər verilmişdir.

Uşağın cinsiyyəti

Yaxın vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın cinsiyyətini ya ana hüceyrələri, ya da ən azı ana ilə atadan gələn hüceyrələr birlikdə müəyyənləşdirir. Ancaq Quranda bu mövzuda fərqli məlumat verilmiş, erkəkliyin-dişiliyin bətnə tökülən nütfədən asılı olması bildirilmişdir:

"Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən" (Nəcm surəsi, 45-46)

Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi.

sperma, yaradılış

Quranda xəbər verilir ki, həm kişi, həm də qadın cinsi uşaqlığa tökülən nütfə ilə müəyyənləşdirilir. Yaxın zamanlara qədər belə hesab olunurdu ki, uşağın cinsi ana hüceyrəsi ilə müəyyən edilir. Quranda olan bilgiləri elm yalnız XX əsrdə əldə etdi.

Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmadığı ortaya çıxdı. Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromoso-mu isə qadınlıq genləri daşıyır.

İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur.

Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.

Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız, yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.

Halbuki, Quranda insanlara genlərin kəşfindən hələ 13 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.

xromosom, cinsiyyət

Cinsin müəyyənləşməsində həlledici rol oynayan amil xromosomlardır.

embriyon, ələq

“Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!” (Ələq surəsi, 1-3)

sperma, məni, bətn

Şəkildə mayalanma prosesinin
başlanğıcı görünür, toxum mayesi uşaqlığa tökülür.

"Ələq" - Bətndən asılıb qalma

İnsanın əmələ gəlməsi haqqında Quranda verilən məlumatları araşdırmağa davam etdiyimiz zaman yenə də bir çox mühüm elmi möcüzələrlə qarşılaşırıq.

Kişidən gələn sperma və qadındakı yumurta birləşərkən doğulacaq uşağın ilk özəyi - rüşeym əmələ gəl-miş olur. Biologiyada "ziqota" adlandırılan bu tək hüceyrə əsla vaxt ələqitirmədən bölünərək çoxalacaq və getdikcə kiçik ət parçası halına gələcək.

Ancaq ziqota bu cür böyüməsini boşuna həyata keçirmir. O, ana bətninin divarından asılıb qalır. Malik olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi bura yapışır. Ziqota özünün inkişafı üçün ehtiyac duy-duğu zəruri qida maddələrini məhz həmin köklər sayəsində ananın orqanizmindən əmə bilir.

Burada çox mühüm bir Quran möcüzəsi ortaya çıxır. Allah Quranda ana bətninə yapışaraq inkişafa başla-yan ziqotadan bəhs edərkən "ələq" kəlməsini işlədir:

"Ələq" kəlməsinin ərəbcədəki mənası isə "bir yerdən asılıb qalan, bir yerdən yapışıb tutan şey" deməkdir. Bu kəlmə dəriyə yapışaraq oradan qan soran zəlilər haqqında da işlədilir.

Şübhəsiz, ana bətnində inkişaf etməkdə olan ziqotanın bu xüsusiyyətini açıb göstərən kəlmədən istifadə olunması Quranın aləmlərin Rəbbi olan Allah`ın sözü olmasını bir daha təsdiq edir.

Sümüklərin əzələ ilə örtülməsi

Quran ayələri ilə çatdırılan digər bir mühüm məlumat isə insanın ana bətnindəki əmələgəlmə prosesinin mərhələləri ilə bağlıdır. Ayələrdə körpənin ana bətnində, əvvəlcə, sümüklərinin əmələ gəlməsi, daha sonra isə əzələlərinin yaranaraq bu sümükləri örtüb sarıması xəbər verilir:

"Sonra nütfəni ələqə çevirdik, sonra laxtalanmış qanı (ələqi) bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur" (Muminin surəsi, 14)

ələq, körpə, döl, insanın yaradılışı

“Sonra sümükləri ətlə örtdük…” (Muminun surəsi, 14)

Dölün ana bətnindəki inkişafını araşdıran elm sahəsi embriologiyadır. Embriologiya elmi isə lap elə yaxın zamanlara qədər belə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə də bəzi adamlar uzun zaman bu ayələrin elmlə düz gəlmədiyini iddia ediblər. Ancaq inkişaf etmiş texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar Quranda bildirilənlərin hamısının nöqsansız şəkildə doğru olduğunu ortaya qoydu.

Bu mikroskopik araşdırmalar da göstərdi ki, dölün ana bətnindəki inkişafı prosesi məhz ayələrdə izah edildiyi şəkildə, məhz Quranda təsvir olunmuş ardıcıllıq üzrə gedir! Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və sümükləri əhatə edir.

Bu proses "Developinq human" ("İnkişaf edən insan") adlı elmi jurnalda belə izah edilir:

"6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər yaranmağa davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır". 50

Qısası, insanın Quranda təsvir edilən əmələgəlmə mərhələləri müasir embriologiyanın kəşfləri ilə tam uyğunluq və harmoniya içindədir.

Uşağın ana bətnindəki üç dövrü

Quranda insanın ana bətnində üç mərhələli bir proseslə yaradıldığı bildirilir.

“…O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir Allah yox-dur. Elə isə necə döndərilirsiniz?» (Zumər surəsi, 6)

“Zumər” surəsinin 6-cı ayəsində insanın ana bətnində üç müxtəlif mərhələlərdən keçərək formalaşmasına işarə edilir. Müasir biologiya bu gün iddia edir ki, ana bətnində toxumun embrioloji inkişafının üç müxtəlif mərhələsi var.

Bu gün müasir biologiya elmi uşağın ana bətnindəki embrioloji inkişafının üç fərqli mərhələdə baş verdiyini ortaya qoyub. Bu gün universitetlərin tibb fakültələrində dərs vəsaiti kimi istifadə olunan bütün embriologiya kitablarında bu mövzu ən fundamental araşdırma mövzuları sırasındadır. Məsələn, embriologiya haqqında əsas kitablardan biri olan "Basic Human Embriology" ("Əsas insan embriologiyası") adlı kitabda bu həqiqət belə ifadə edilir:

"Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembrionik və ya embrionaqədərki (ilk 2,5 həftə), embrion və ya rüşeym (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədər) mərhələləri"..51

Tibbi dildə "trimeester", yəni "üç dövr" adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu üç inkişaf mərhələsinin bəlli xüsusiyyətləri qısaca şəkildə belədir:

- Preembrionik mərhələ.

Ziqota əsasən "1-ci meester" olaraq xatırlanan bu ilk mərhələdə bölünərək çoxalır, bir hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışdırır, hüceyrələr çoxalmağa davam edəndə 3 təbəqə halında təşkilatlanır.

- Embrionik mərhələ.

"2-ci meester" kimi tanınan ikinci mərhələ cəmi 5,5 həftə davam edir və canlı bu müddət ərzində "embrion" və ya "rüşeym" adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin başlıca əzaları, təməl orqan və sistemləri əmələ gəlir.

döl, embriyon, insanın yaradılışı

“Zumər” surəsinin 6-cı ayəsində insanın ana bətnində üç müxtəlif mərhələlərdən keçərək formalaşmasına işarə edilir. Müasir biologiya bu gün iddia edir ki, ana bətnində toxumun embrioloji inkişafının üç müxtəlif mərhələsi var.

- Fetal mərhələ.

Hamiləliyin "3-cü meester"i adlandırılan mərhələyə daxil olanda rüşeym (embrion) artıq "fetus" adlandırılır. Bu mərhələ hamiləliyin 8-ci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqlənən xüsusiyyəti isə fetusun üzü, əlləri və ayaqları aydın bilinən və insanın xarici görünüşünə malik olan bir canlıya çevrilməsidir. Mərhələnin başlanğıcında döl 3 sm ölçüdə olsa da onun bütün orqanları əmələ gəlir. Bu mərhələ 30 həftəyədək, inkişaf prosesi isə doğuş həftəsinə qədər davam edir.

Dölün ana bətnindəki inkişafı haqqındakı bu məlumatlar yalnız müasir texnoloji avadanlıqların köməyi ilə aparılmış müşahidələr sayəsində əldə edilib. Ancaq göründüyü kimi, bu məlumatlar da bir çox digər elmi həqiqətlər kimi yalnız Quran ayələrində möcüzəvi şəkildə xəbər verilmişdir. Bəşəriyyətin təbabət sahəsində heç bir müfəssəl biliyə sahib olmadığı dövrlərdə Quranda bu dərəcədə dolğun, ətraflı və səhih bilgilərin verilməsi şübhəsiz ki, Quranın Allah kəlamı olduğunun aşkar sübutudur.

“Biz insana ata-anasına tövsiyə etdik. Anası onu çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Biz insana buyurduq: “Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir!”” (Loğman surəsi, 14)

Ana südü

Ana südü körpənin qidaya olan ehtiyacını qüsursuz olaraq ödəmək və uşağı mümkün infeksiyalardan qorumaq üçün Allah`ın yaratdığı bənzərsiz bir nemətdir. Çağdaş dövrün texnologiyası əsasında istehsal edilən uşaq yeməkləri də bu möcüzəli qidanın yerini verə bilmir.

Ana südünün uşaq üçün zəruri olan faydalı cəhətlərinin siyahısına zaman keçdikcə yeni-yeni məqamlar əlavə edilir. Elmin ana südü ilə bağlı yenicə kəşf etdiyi həqiqətlərdən biri də uşağın ana südü ilə iki il ərzində qidalandırılmasının çox faydalı olmasıdır. Elmin yeni kəşf etdiyi bu mühüm məsələni Allah bizə "(uşağın süddən) kəsilməsi isə iki il ərzində olur..." ayəsi ilə hələ 14 əsr əvvəl bildirmişdir.

Yekun

Yuxarıda nəzərdən keçirdiklərimiz bizə bir aydın məsələni göstərir: Quran bütün məzmunu həqiqi olan bir kitabdır. Onun ayələrində insanların onun nazil edildiyi dövrdə bilə bilməyəcəyi həqiqətlər xəbər verilib. Əlbəttə, bu, Quranın insan sözü olmadığını təkzibedilməz sübutudur. Quran hər şeyi heç nədən yaradan və Özünün bütün yaratdıqlarına bələd olan Allah-Təalanın sözüdür.

Ayələrdən birində Allah buyurur: "Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allah`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar". (Nisa surəsi, 82) Quranda heç bir yanlışlıq və ikimənalılıq yoxdur, onda olan bilgilər hər gün bu İlahi kitabın yeni-yeni mö-cüzələrini açıqlayır. İnsana gəlincə isə o, Allah`ın nazil etdiyi Qurana etibar etməli və onu həyatda öz bələdçisi kimi qəbul etməlidir. Allah-Təala bizə bu sözlərlə müraciət edir:

“Bu nazil etdiyimiz mübarək bir kitabdır, Ona tabe olun və Allah`dan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (Ənam surəsi, 155)

 

QEYDLƏR

46. General Science, Carolyn Sheets, Robert Gardner, Samuel F. Howe; Allyn and Bacon Inc. Newton, Massachusetts, ss. 319-322

47. http://southport.jpl.nasa.gov/ scienceapps/dixon/report6.html

48. Carolyn Sheets, Robert Gardner, Samuel F. Howe; General Science, Allyn and Bacon Inc. Newton, Massachusetts, pp. 305-306 

49. Powers of Nature, National Geographic Society, Washington D.C., 1978, s.12-13 

50. Moore, Developing Human, 6. baskı, 1998 

51. Williams P., Basic Human Embryology, 3rd. edition, 1984, s. 64, Rex D.Russell, Design in Infant Nutrition, http://www.icr.org/pubs/imp259.htm

5 / total 9
"Harun Yəhyanın Quran Elmə Yol Göstərir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com