Levenqukun bakteriyaları müşahidə etmək üçün hazırladığı mikroskop.
Quran Elmə Yol Göstərir
II kitab
|
![]() Levenqukun bakteriyaları müşahidə etmək üçün hazırladığı mikroskop. |
1-Müxtəlif bakteriyalar2-Müxtəlif bakteriyalar3-Qan hüceyrələri
İsaak Nyutonun əvvəlcə linzadan, sonra işığı onu əmələ gətirən rəng parçalayan iki prizmadan daxil olan işığın iki dəlikdən keçməsini əks etdirən rəsmi.
Bütün dövrlərin dahi alimi hesab edilən İsaak Nyuton, eyni zamanda, riyaziyyatçı və fizik idi. Əgər İsaak Nyutonun elmə verdiyi töhfələri qiymətləndirsək, ən əvvəl onun kəşf etdiyi ümumdünya cazibə qüvvəsini qeyd etmək lazımdır.
İsaak Nyuton güc və təcil arasındakı əlaqəni kütləyə bağlayırdı. O, hərəkət və qeyri-hərəkət prinsipini izah etdi, bədənə qoyulan bütün qüvvələrin əvəzləyicisinin sıfıra bərabər olduğu təqdirdə bədənin sürətinin dəyişməməsi haqda tezis irəli sürdü.
Princiria Mathematica
Artıq dörd əsrdir ki, insan fəaliyyətinin sadə texniki hesablamalardan ən çətin texnoloji layihələrə qədər bütün sahələrində İsaak Nyutonun dinamika qanunları heç bir dəyişikliyə uğramadan tətbiq edilir.İsaak Nyuton ümumdünya cazibə qanunundan əlavə, mexanika və optika kimi fundamental sahələrdə də vacib kəşflər etmişdir. İsaak Nyuton işığı təşkil edən yeddi rəngi kəşf etməklə optika kimi tamamilə yeni elm sahəsinin əsasını qoydu.
İsaak Nyuton
İsaak Nyuton insan təfəkkürünün gələcək inkişafını müəyyən edən bu nailiyyətlərlə yanaşı, ateizmi təkzib edən və yaradılış hipotezasını dəstəkləyən ciddi elmi əsərlər də yazdı. O, öz nöqteyi-nəzərini belə xülasə edirdi: "Yaradılış kainatın yaranmasının yeganə elmi izahıdır".
İsaak Nyuton inanırdı ki, onun ifadə etdiyi kimi, nəhəng saatlarla fasiləsiz işləyən mexaniki kainat yalnız hədsiz bilik və qüdrət sahibi olan Yaradanın əsəri ola bilər. Nyutonun dünya proseslərinin axınını dəyişdirən kəşflərinin əsasında onun Allaha yaxınlaşmaq cəhdi dayanırdı. Nyuton üçün Allahı dərk etməyin və Ona yaxınlaşmağın yolu Allahın yaratdıqlarını öyrənməkdir. Qarşısına belə məqsəd qoyan alim böyük şövqlə tədqiqat işlərinə qapılmışdı. "Princiria Mathematica" ("Riyaziyyatın qanunları") əsərində Nyuton onu elmi axtarışlara vadar edən səbəb haqda deyirdi:
"Allah-Təala nəhayətsiz və mütləqdir. O, hər şeyi bacaran və idarə edəndir. Onun mövcudluğu əbədiyyətə bağlıdır. O, əbədi mövcuddur. O, bütün olmuşlar və olacaqlar haqda bilir. O, sonsuz və hədsizdir. O, əbədi varlıqdır. O, hər zaman hər yerdə olaraq zamanı və onun müddətini yaradır".71
Üst şəkildə günəş işığının Nyutonun prizmasından istifadə etdikdə parçalanması əks etdirilib.
Con Flemstid
Məşhur Qrinviç Rəsədxanasının banisi Con Flemstid məşhur ingilis astronomlarından biri idi. O, xeyli müşahidə apararaq teleskoplar dövrünün ilk ulduzlu xəritəsini tərtib etdi. Bununla yanaşı, Con Flemstid öz dindarlığı ilə tanınırdı.72
Con Vudvard əsl möminlərdən biri, geologiyanın inkişafına əhəmiyyətli dərəcədə böyük töhfə verən alim və bu elmin banilərindən biri idi. Onun elmdə ən böyük nailiyyəti Kembricdə paleontologiya muzeyinin təməlini qoymasıdır.73
Allaha inanan alim Karl Linney botanika sahəsində vacib əsərlərin müəllifidir. Karl Linney bitkilərdə cinsi çoxalma təzahürünü kəşf etdi və "bioloji təsnifat" anlayışını elmi dövriyyəyə daxil etdi. 74
İsveçrə fiziki Jan Delyuk elmə "geologiya" kimi termini daxil etdi. Jan Delyuk öz atası ilə birgə müasir civə termometrinin və hidrometrin icadçısıdır. Bu alim həmçinin kainatın və həyatın təsadüfən yaranması hipotezasının əleyhdarı və yaradılış hipotezasının tərəfdarıdır.75
Ser Uilyam Gerşel XVIII əsrin tanınmış astronomlarından biridir. O, öz dövrü üçün inikas qabiliyyəti nöqteyi-nəzərindən güclü teleskoplar qurması ilə məşhurlaşmışdı.Onların köməyi ilə qalaktika və dumanlıqların müşahidəsi sahəsində o vaxta qədər əlçatmaz olanları görə bildi. Dindar insan olan Ser Uilyam Gerşel deyirdi: "Ateist-astronomlar dəli olmalıdırlar". O, bu sözlərlə astronomiya ilə məşğul olan və kainatda hökm sürən mükəmməl qaydanı bilavasitə müşahidə edən alimin Allaha necə inanmamasından təəccübləndiyini ifadə edirdi.76
Ser Uilyam Qerşel öz tədqiqatlarını kral III Georqun ona verdiyi vəsaitlə hazırladığı teleskopların köməyi ilə aparırdı.
Uilyam Qerşel
Uilyam Peyli İlahi Yaradılışa inanan alim idi. Onun yuxarıda qeyd etdiyimiz "Təbii ilahiyyat" əsəri o dövrün ən çox alınan kitablarından idi. Uilyam Peylinin bu ifadəsi geniş yayılmışdı: "İnsanın yaratdıqları incəsənət əsərləridirsə, canlı məxluqlar insandan olduqca yüksəkdə duran varlığın əsərləri olmalıdır". Canlı orqanizmlərin bu mühitdə yaşaması üçün bütün vacib xüsusiyyətlərə malik olmasını Peyli “müəyyən bir kəşf bir dizaynın və dizayn edici bir Yaradıcının dəlillərini təmsil edir” sözü ilə açıqlayır.77
Elm tarixində görkəmli anatom və paleontoloqlardan biri olan Küvye müqayisəli anatomiyanın banisi və paleontologiyanı ayrıca elmi fənn kimi irəli sürən alim hesab edilir. Tədqiqatçı yaradılışa inamı ilə məşhurluq qazandı, həmçinin hər şeyin Allah tərəfindən yaradıldığını sübut etdiyi mübahisələrdəki iştirakı ilə məşhurlaşdı. Bunlardan əlavə, Küvye mənşəyi hələ qədim Yunanıstan dövrünə gedib çıxan təkamül nəzəriyyəsinin əsassızlığını bəyan etdi.78
Allaha inamı ilə tanınan Hemfri Devi öz dövrünün görkəmli kimyaçılarından biri idi. Tanınmış alim Faradey onunla birgə işləyirdi. Hemfri Deviyə ilk dəfə xeyli vacib kimyəvi elementi xalis şəkildə tanımaq nəsib olmuşdur. O, istilik hərəkəti nəzəriyyəsini, təhlükəsiz lampanı və almazın karbonun kristal modifikasiyası olduğunu kəşf etməklə elmə böyük töhfələr vermişdir.79
Adam Secviq XIX əsrin aparıcı geoloqlarından biri idi. Kembri və Devons geoloji sistemlərinin tədqiqi ona məxsusdur. Bu adları həmin sistemlərə Secviq vermişdir. Adam Secviq, eyni zamanda, həm rahib, həm də Çarlz Darvinin dostu olaraq təkamül nəzəriyyəsini cəsarətlə rədd etdi.80
Öz dövrünün dahi fiziki kimi qəbul edilən Maykl Faradey elektrik və maqnetizmin təzahürlərinin öyrənilməsində vacib rol oynamışdı. Maykl Faradey fizikadan əlavə kimyanı da xeyli zənginləşdirdi.
O, Allaha inanan bir alim idi və hesab edirdi ki, elm və din harmoniyada olmalıdır. Maykl Faradey düşünürdü ki, dünyanı yeganə Yaradan xəlq etdiyi üçün təbiətdə hər şey vahid tamın hissəsidir. Maykl Faradey bu prinsipə əsaslanaraq elektrikin və maqnetizmin bir-biri ilə bağlı olması qənaətinə gəldi. 81
Semyuel Morze bəşər tarixində olduqca vacib məsələ olan teleqrafı kəşf etmiş böyük alimdir. Amerikada o, həmçinin ilk fotokameranı hazırlayıb.
Semyuel Morze kainatı müəyyən bir məqsəd üçün xəlq edən Yaradanın mövcudluğuna inanırdı. Onun fikrincə, maddi və mənəvi aləm bir-birinə harmonik təsir göstərir. Semyuel Morze yazırdı:
"Mənim bilgilərim çoxaldıqca dini mənbələrin postulatları aydınlaşır. Allahın böyüklüyü olduqca aydın dərk edilir. Gələcək sevinc və ümidlə nurlanır".82
Semyuel Morze
Görkəmli Amerika fiziki və dindar alim Cozef Henri Prinston Universitetinin professoru idi. Cozef Henri qalvanometr və elektromaqnit motor icad etdi. O, öz tədqiqat və müşahidələrini apararkən Allaha dua və səcdə etmək üçün mütləq vaxt tapırdı.83
Geniş yayılmış fikrə görə, Amerikanın dahi bioloqu olan Lui Aqassis təkamül nəzəriyyəsinə qarşı öz kəskin çıxışları ilə tanınırdı.
Lui Aqassis yaradılışı rədd edən nəzəriyyələri qəbul etmirdi və təbiətin hər aspektində İlahi planın olduğunu düşünürdü. Lui Aqassis deyirdi:
"Zamanın və məkanın vəhdəti təkcə fikrə yox, həmçinin səbəbə, gücə, böyüklüyə, ağıla, gələcəyi əvvəlcədən görməyə, hər şey haqda bilməyə və hər şeyi görməyə işarə edir. Bir sözlə, bütün bu keyfiyyətlər insanın səcdə etməli və sevməli olduğu Allahın mövcudluğunu var gücü ilə bəyan edir".84
Termodinamikanın ilk qanununu kəşf etməklə məşhurlaşan Ceyms Preskott Coul bundan əlavə kabellərlə keçən elektrik cərəyanının hasil etdiyi istiliyin miqdarını və ilk olaraq qaz molekullarının sürətini tapıb. Ceyms Preskott Coulun böyük elmi nailiyyəti "mexaniki istilik tənliyi" idi.
Ceyms Preskott Coul
Bu vacib kəşf gələcəkdə kainatın ən əsas qanunlarından biri olan enerjinin saxlanması qanununun kəşfi üçün yol göstərən ulduz oldu. Bu qədər vacib kəşflərin müəllifi Ceyms Preskott Coul təbiət qanunlarının tədqiqinin Allahı dərk etməyə yaxınlaşmağa icazə verdiyinə inanan alimlərdən idi. Bu inam onu yeni kəşflərə və elmi fəaliyyəti davam etdirməyə həvəsləndirirdi. 1864-cü ildə Ceyms Preskott Coul 717 alimin imzaladığı antidarvin manifestinin tərtib edilməsinin təşəbbüskarlarından biri idi. O, burada bu əhəmiyyətli sözləri söyləmişdi:
"Allahın iradəsini tanıdıqdan və ona tabe olduqdan sonra bizim daha bir vacib işimiz qalır: Onun işlərində olan sübutlardan Onun müdrikliyini, qüvvəsini və rəhmliliyini dərk etmək. Təbiətin qanunlarını dərk etmək Allahı dərk etməkdir".85
Görkəmli ingilis alimi Corc Qabriel Stouks ən əvvəl fizika və riyaziyyat sahəsində bir neçə vacib kəşf etdi. O, həmçinin yer qravitasiyası, astrofizika, kimya, akustika problemləri üzrə tədqiqatlar aparır, istiliyin üzə çıxmasını öyrənirdi. O, kvarsinin şüşənin əksinə olaraq ultrabənövşəyi şüanı buraxdığını nümayiş etdi. O, lord Kelvinlə birgə elektrotermodinamika ilə məşğul olurdu. Corc Qabriel Stouks "X" şüalarının Maksvell spektrinin elektromaqnit hissəsi olduğunu göstərdi. Bir vaxtlar London Viktorian İnstitutunun rəhbəri olan Corc Qabriel Stouks həmçinin Kembric Universiteti Fəlsəfə cəmiyyətinin həqiqi üzvü idi.
Təbiəti öyrənərkən həmişə dindar olaraq qalan Corc Qabriel Stouksun əsərlərində onun din haqda mülahizələrini söylədiyi bir çox fraqmentlər var. Onun fikrincə, təbiətin qanunları bu qanunları öz istəyi ilə müəyyən edə bilən Allahın iradəsi ilə uzlaşır. 86
Rudolf Virxovun elmə töhfəsi, əsasən, dərmanları işləyib hazırlamasından ibarətdir. Rudolf Virxov xəstəliklərin səbəbini hüceyrə səviyyəsində öyrənirdi. O, ilk dəfə leykemiyanı təsvir etdi. Bundan əlavə, o, antropoloji və arxeoloji tədqiqatlarla məşğul olurdu. Rudolf Virxov Darvinin və Gekkelin nəzəriyyəsinə qarşı çıxış edən ən görkəmli alimlərdən biri idi. O, alman məktəblərində tədris olunmağa başlanan təkamül nəzəriyyəsindən cəsarətlə imtina edərək və elmin hüdudlarını aşaraq hətta siyasi fəaliyyətə başlamışdı. 87
Mendel noxud üzərində apardığı tədqiqatlar nəticəsində irsiyyət qanunlarını kəşf etdi. Allaha inanan alimin bu nailiyyəti Darvinin təkamül nəzəriyyəsi üçün əsas dalanlardan biri oldu.
Genetikanın indi "Mendel qanunları" kimi tanınan üç qanununu kəşf etmiş görkəmli alim tarixə irsiyyət prinsiplərini şərh edən insan kimi daxil oldu. Bu, təkamül nəzəriyyəsinin təkzib edilməsində vacib elmi əsaslardan biri oldu.
Öz kəşflərindən darvinizmlə mübarizədə istifadə edən Qreqori Mendel gündəlik həyatında dindar idi. O, Yer kürəsinin təsadüfən yaranması haqda fikri inkar edirdi. O, inanırdı ki, hər şey, həmçinin Yer olduğu kimi Allah tərəfindən yaradılıb.88
Lui Paster
Təbabət tarixində fəxri yer tutan Lui Paster, əsasən, xəstəliklərin mikrobiologiyası nəzəriyyəsi və cəsarətlə təkamül xurafatını qəbul etməməsi ilə məşhurlaşdı. O, ilk dəfə qıcqırma prosesinin üzvi əsasını kəşf etdi və bu prosesin nəzarətdə saxlanması üsullarını hazırladı. Tədqiqatları onu mikrobiologiya ilə dərindən məşğul olmağa vadar etdi. Lui Pasterin bu sahədəki tədqiqatlarının nəticəsi quduzluq, difteriya, qarayara kimi xəstəliklərlə mübarizədə sterilizasiya və pasterizasiya üsullarının kəşfi oldu.
Allaha inanan Lui Paster Darvinin nəzəriyyəsinə qarşı çıxış etdiyi üçün ateist alimlər tərəfindən təzyiqlərə məruz qalırdı. Lui Pasterin elmlə din arasında harmoniyanın vacibliyi haqda bir çox ifadələri məşhurdur. Onlardan ikisini sizin nəzərinizə çatdırırıq:
"Təbiəti nə qədər çox öyrənirəmsə, mənim Yaradanın xəlq etdikləri qarşısında Ona inamım o qədər artır".89
"Elm insanı Allaha doğru aparır". 90
Uilyam Tompson (Lord Kelvin)
Lord Kelvin XIX-XX əsrin əvvəllərinin aparıcı fiziklərindən biridir, o, həmçinin öz dindarlığı ilə tanınırdı. O, elmi aləmdə öz kəşfləri və riyaziyyat və fizikaya böyük töhfələr verməsi ilə nüfuz qazanıb. Lord Kelvin ilk dəfə hidrogen və heliumun uğurlu mayeləşməsi üsulunu icad etməyə nail oldu. Fizika sahəsində kəşfləri ilə əlaqədar istiliyi ölçmək cədvəli "Kelvin cədvəli" adlanır. Bundan əlavə, Lord Kelvin termodinamikanı fiziki fənn dərəcəsinə yüksəltdi və onun birinci və ikinci qanunlarını qəti şəkildə xülasə etdi.
Lord Kelvinin Allaha inamını sübut edən ifadələrindən bəziləri:
"Azad düşüncəli insan olmağa qorxmayın. Siz dərindən düşünsəniz, elm vasitəsilə Allaha inam əldə edəcəksiniz".91
"Biz həyatın ən əvvəlinə baxsaq, elm böyük Gücün əzəli olduğunu qəti şəkildə təsdiqləyəcək".92
Elektronun mövcudluğunu ilk dəfə (1897) müəyyən edən C.C.Tomson Kembric Universitetinin fizika professoru idi. Əsl mömin olan Tomson bəyan edirdi ki, elmin nailiyyətləri Allahın varlığını təsdiqləyir:
"Elm qalasının qülləsinin başından böyük İlahi əməllər görünür".93
Hər hansı bir qalaktikanın işıq dalğalarının spektri onun Yerdən uzaqlığından asılı olaraq Doppler effektinə uyğun şəkildə dəyişir. Şəkildə bu dəyişikliklərin xarakteri göstərilib. Bu mühüm kəşfi edən ser Haggins dindar adam idi.
Dindar insan və gözəl astronom olan Ser Uilyam Haggins özündə Yerdə mövcud olan elementlərin əksəriyyətini ehtiva edən ulduzların, əsasən, hidrogendən ibarət olduqlarını kəşf etdi. Eyni zamanda, Ser Uilyam Haggins ilk dəfə kainatın genişlənməsini sübut etmək üçün Doppler effektini izah etdi (ulduzlar bir-birindən uzaqlaşdıqca işıq şüalanmasının spektrin qırmızı hissəsindən göyə doğru yerini dəyişməsi). 94
Cozef Klark Maksvell
Qısa ömür yaşamasına baxmayaraq, Cozef Klark Maksvell elmə mühüm bir töhfə verdi. Müasir fizikanın banilərindən biri hesab edilən Cozef Klark Maksvell işıqla elektrikin bir-birindən qarşılıqlı şəkildə asılı olduğunu göstərdi. İşıq, elektrik və maqnetizm kimi hadisələri bir-birinə bağlamaq tənliyin birində ona nəsib oldu.
Eynşteyn özünün nisbilik nəzəriyyəsi üzərində işləyərkən bu alimin tənliyindən istifadə etmişdi. O, Cozef Klark Maksvellin uğurlarını Nyutonun zamanından etibarən ən cəsarətli və uğurlu sınaq kimi qiymətləndirmişdi.Cozef Klark Maksvell həmçinin dindar idi. Təkamül nəzəriyyəsini qəbul etməyən Cozef Klark Maksvell fransız ateist alimi Laplasın məşhur kosmoqonik hipotezasına etirazını bildirdi, həmçinin Darvinin tərəfdarı olan təkamülçü-filosof Herbert Spenserə qarşı kəskin tənqidlə çıxış etdi.
Cozef Klark Maksvell öz məktublarının birində deyirdi ki, Allaha inanan alim öz tədqiqatlarını dinin xeyrinə aparmalıdır.95
Con Stratt elektromaqnit dalğalarının tədqiqi ilə məşğul idi, o, həmçinin akustika, qaz dinamikası və digər elm sahələrinin problemlərinin həllinə böyük töhfə verdi. Con Stratt arqonu və digər nadir qazları kəşf etdi. Öz dindarlığı ilə tanınan alim əsərlərinin birində yazırdı: "Allahın işləri böyükdür!"96
Corc Vaşinqton Karver
XIX əsrin 80-ci illərindən başlayaraq aqronomiya elmin çox vacib sahəsi oldu. Karver məhz bu sahədəki kəşfləri ilə məşhurlaşan alim idi.
Hər kəs Karveri dindar insan kimi tanıyırdı. O, öz çıxışlarında müzakirə edilən mövzunu dinlə əlaqələndirməyi bacarırdı. "Atlanta" jurnalında dərc edilən müsahibələrinin birində ona gilin əsasında icad etdiyi rəng haqda verilən suala cavab olaraq Karver bəyan edirdi:
""Mənim etdiyim yeganə şey odur ki, Allahın yaratdığını insanların istifadə edə biləcəyi hala gətirdim. Bu, mənim icadım deyil. Bu, Allahın ixtirasıdır".97
Görkəmli fizik Ser Ceyms Cins kainatın sonsuz bilik sahibi olan Yaradan tərəfindən xəlq edildiyinə inanırdı. Onun fikirlərinin mənasını açıb göstərən ifadələrindən bəzilərini misal gətirək:
"Biz kainatdakı məqsədi və onun icra edilməsinə nəzarət edən Qüvvənin təzahürünü kəşf etdik".98
"Kainatın elmi cəhətdən tədqiq edilməsinin nəticəsini bir ifadə ilə belə ümumiləşdirmək olar: kainatı sonsuz biliyə sahib olan bir varlıq layihələndirmişdir".99
Bizim dövrün ən görkəmli alimlərindən biri Albert Eynşteyn, eyni zamanda, dindar idi. O, təsdiq edirdi ki, elm dindən ayrı inkişaf edə bilməz. Bu sözlər ona məxsusdur:
"Mən dərin inama malik olmayan əsl alim təsəvvür edə bilmərəm. Bunu belə ifadə etmək də olar: dinsiz elm topaldır”.100
Albert Eynşteyn güman edirdi ki, kainatdakı möcüzəvi nizam təsadüfən əmələ gələ bilməz və bizi əhatə edən dünyanı yüksək zəkaya malik olan Yaradan xəlq edib.
Albert Eynşteyn tarixin ən görkəmli alimlərindən biridir. O, öz kəşfləri ilə yanaşı, dərin dindarlığı ilə də tanınır.
Şəkildə: Eynşteyn Parisdə mühazirə oxuduğu zaman bəyan etdi ki, elmi dinsiz təsəvvür etmək mümkün deyil.
Eynşteyn bəyan edirdi ki, təbiəti öyrənən hər kəsin içində müəyyən dini itaətkarlıq hissi doğulmalıdır".101
"O, həmçinin deyirdi: "Elmlə ciddi məşğul olan hər kəs əmin olur ki, təbiətin qanunlarında müəyyən ruh var və bu ruh insandan yüksəkdir. Bu səbəblə elmlə məşğul olmaq insanı dinə gətirir".102
Albert Eynşteynin elmə bu münasibəti onun növbəti sözlərindən də aşkar edilir:
"Din hissi nə vaxt itsə, elm ilhamı olmayan eksperimentlərə çevrilir".103
Şəkildə: Eynşteyn böyük partlayış nəzəriyyəsini irəli sürən, kainatın yaradılma faktını müdafiə edən dindar insan Corc Lemetrlə görüşü zamanı.
Corc Lemetr kainatın yaradılma faktını müdafiə edən böyük partlayış nəzəriyyəsini yaratdı. O, hesab edirdi ki, bu dünyanın əvvəli olub və onu son gözləyir və bu bilgi əksər insanların Yaradana inanmasına xidmət edəcək. Mömin insan olan Corc Lemetr güman edirdi ki, din və elm bəşəriyyəti sonda eyni həqiqətlərə gətirib çıxaracaq.104
Ser Elister Hardi müasir okeanologiyanın banisidir. Öz fəaliyyəti ilə dinin yayılmasına yardım göstərən alimlərə mükafat verən Templton Fondu bu sahədəki fəaliyyət və xidmətlərinə görə, 1985-ci ildə Ser Elister Hardini də mükafatlandırdı.105
Verner fon Braun kosmosun bütün dünya üzrə tanınmış tədqiqatçılarından biridir. Verner fon Braun İkinci Dünya Müharibəsi illərində alman raket proqramının rəhbəri idi və məşhur V-2 raketini yaratmışdı.
Şəkildə: doktor Braun və ABŞ prezidenti Con Fitscerald Kennedi. Alim deyirdi ki, o, Allahı inkar edən alimləri başa düşmür.
Doktor Verner fon Brauna Amerika Kosmik Agentliyi NASA-nın direktoru olmaq da nəsib olmuşdu. O, eyni zamanda, dindar idi. Verner fon Braun kainatda mövcud olan yaradılış və layihə haqda bunları söyləyib:
"İnsanın səyləri ilə kosmosa uçuşu həyata keçirmək fövqəladə qələbədir. Ancaq kosmos insana öz qapılarının yalnız kiçik hissəsini açır. Hətta bu kiçik çatdan olsa belə kainatın böyük sirlərinə tamaşa etmək sözsüz ki, bizim Yaradana olan inamımızı təsdiqləyir. Böyük Zəkanı inkar edən alimi və inkişafda olan elmi inkar edən mömin insanı başa düşmək mənə çox çətin gəlir".106
Verner fon Braun 1974-cü ilin may ayında dərc edilmiş məqaləsində yazırdı:
"İnsan bu kainatda səbəb və məqsədin olduğunu dərk etmədən kainatda hökm sürən qayda-qanunla üzbəüz qala bilməz. Biz kainatın və onda məskunlaşmış hər şeyin heyrətamiz cizgilərini daha yaxşı tanımaqla bu məqsəd və onun üçün həyata keçmiş səbəb qarşısında məftun olmaq üçün daha çox səbəb tapdıq... Kainatda hər şeyin təsadüfən yaranmasına inanmağa məcbur etmək yalnız elmin obyektivliyinin və qərəzsizliyinin itməsinə gətirib çıxarır. İnsan beyninin və ya insan gözünün əmələ gəlməsinə hansı təsadüfi hadisə səbəb ola bilər?". 107
İkinci dünya müharibəsi zamanı Verner von Braun (şəkildə sarıqlı əlli) alman raket proqramına rəhbərlik edirdi və V-2 (şəkildə yuxarıda) raketini yaratdı. Doktor Braun kosmosun ən tanınmış tədqiqatçılarından biridir.
Görkəmli alman fiziki Maks Plank onun adını daşıyan fiziki konstantanı kəşf edib. Berlin Universitetinin professoru olan Maks Plank 1900-cü illərdə bəyan etdi ki, şüa çay axınına bənzər daimi axın xarakteri daşımır, ancaq onun daha çox yağış damlalarının şüşəyə dəyməsi ilə oxşarlığı var. Maks Plankdan əvvəl alimlər belə hesab edirdilər ki, işığın hərəkəti dalğavarı xarakterlidir. Hər işıq zərrəciyinin cərəyana malik olduğunu kəşf edən Maks Plank isə bu daşıyıcılara fotonlar adını verdi. "Foton" anlayışı fizikada inqilaba çevrildi. Aydın oldu ki, işıq tək səsə bənzər dalğa kimi deyil, həm də zərrəciklər şəklində yayılır.
Bir çox mühüm kəşflərin müəllifi olan Maks Plank sonsuz güc və bilik sahibi olan Allahın dünyanı idarə etdiyinə inanırdı. Kainatdakı qaydaları Allah-Təalanın yaratdığını təsdiq edən Maks Plank öz inamını bu sözlərlə ifadə edirdi:
"Elmin hər hansı bir sahəsi ilə maraqlanan onun məbədinə girməzdən əvvəl bu yazını oxumalıdır: "İman et. İman hər alimin ayrılmaz xüsusiyyətidir"".108
Uzun illər Oksford Universitetinin riyaziyyat üzrə professoru olmuş Çarlz Koulson bir çox çıxışlarında Allaha inamını bəyan edirdi. Bundan əlavə, Çarlz Koulson tez-tez Allaha yaxınlaşmaq cəhdi, Allah-Təalaya dua etməyin vacibliyi və həyatının məqsədinin Yaradanı tanımaq olması haqda söhbət açırdı. 109
Bu siyahıda adı çəkilən insanlar yaradılış həqiqətini müdafiə etməklə elmə böyük töhfələr vermişlər. Belə alimlərin olması bir daha sübut edir ki, yaradılışa inam heç də elmə zidd deyil, hətta əksinə, onun irəliləməsi üçün stimul verir.
Leonardo da Vinçi (1452-1519)
İncəsənət, mühəndislik, memarlıq
Georgias Aqrikola (1494-1555)
Mədən mühəndisliyi
Con Uilkins (1614-1672)
Astronomiya və mexanika
Uolter Çarlton (1619-1707)
Kral fizika məktəbinin direktoru
İsaak Barrou (1630-1677)
Riyaziyyat professoru
Nikolas Steno (1631-1686)
Geologiya
Tomas Barnet (1635-1715)
Geologiya
İnkris Mater (1639-1723)
Astronomiya
Nehemiya Tru (1641-1712)
Təbabət
Uilyam Uiston (1667-1752)
Fizika, geologiya
Con Hatçinson (1674-1737)
Paleontologiya
Conatan Edvards (1703-1758)
Fizika, meteorologiya
Riçard Kirvan (1733-1812)
Mineralogiya
Timoti Dvayt (1752-1817)
Pedaqogika
Ceyms Parkinson (1755-1824)
Təbabət
Uilyam Kirbi (1759-1859)
Entomologiya
Bencamin Barton (1766-1815)
Botanika, zoologiya
Con Dalton (1766-1844)
Müasir nüvə nəzəriyyəsinin banisi
Çarlz Bell (1774-1842)
Anatomiya
Con Kidd (1775-1851)
Kimya
İohann Karl Fridrix Qauss (1777-1855)
Analiz, həndəsə, geologiya, astronomiya, maqnetizm hadisəsi
Bencamin Silliman (1779-1864)
Mineralogiya
Piter Mark Rocet (1779-1869)
Fiziologiya
Uilyam Bakland (1784-1856)
Geologiya
Uilyam Praut (1785-1850)
Kimya
Edvard Hiçkok (1793-1864)
Geologiya
Uilyam Uivell (1794-1866)
Astronomiya və fizika
Riçard Ouen (1804-1892)
Zoologiya, paleontologiya
Mettyu Mauri (1806-1873)
Okeanologiya və hidrologiya
Henri Rocers (1808-1866) Geologiya
Ceyms Qleyşer (1809-1903)
Meteorologiya
Filipp Q.Qosse (1810-1888)
Ornitologiya, zoologiya
Ser Henri Roulinson (1810-1895)
Arxeologiya
Con Embruoz Fleminq (1849-1945)
Elektronika
Ser Cozef Henri Gilbert (1817-1901)
Aqronomik kimya
Tomas Anderson (1819-1874)
Kimya
Çarlz P.Smit (1819-1900)
Astronomiya
Con V.Douson (1820-1899)
Geologiya
Henri Fabr (1823-1915)
Entomologiya
Bern Rimann (1826-1866)
Həndəsə
Cozef Lister (1827-1912)
Cərrahiyyə
Con Bell Pettiqryu (1834-1908)
Anatomiya, fiziologiya
Balfur Stüart (1812-1887)
İonosferin elektrik sahəsi fizikası
P.G.Tayt (1831-1901)
Fizika, riyaziyyat
Edvard Uilyam Morli (1838-1923)
Fizika sahəsində Nobel mükafatı laureatı
Ser Uilyam Ebni (1843-1920)
Astronomiya
Aleksander Mak-Alister (1844-1919)
Astronomiya
A.H.Seys (1845-1933)
Arxeologiya
Ceyms Dana (1813-1895)
Geologiya
Corc Romans (1848-1894)
Biologiya və fiziologiya
Uilyam Mitçel Ramsey (1851-1939)
Arxeologiya
Uilyam Ramsey (1852-1916)
Kimya
Hovard A.Kelli (1858-1943)
Ginekologiya
Duqlas Dyuar (1875-1957)
Ornitologiya
Pop Lemuan (1878-1940)
Geologiya
Çarlz Stayn (1882-1954)
Üzvi kimya
Rendell Şort (1885-1955)
Təbabət
L.Merson Devis (1890-1960)
Geologiya, paleontologiya
Ser Sesil P.Q.Ueykli (1892-1979)
Təbabət
52. Newton, Principia, 2. baskı; J. De Vries, Essentials of Physical Science, B. Eerdmans Pub.Co., Grand Rapids, SD, 1958, s.15
53. http://www.ldolphin.org/bumbulis/
54. http://www.ldolphin.org/bumbulis/
55. Dan Graves, Scientists of Faith, Kregel Resources, 1996, s.26
56. conn.me.queensu.ca/~mech480/ aeroquot.PDF
57. Michael Bumbulis, Chnistianity and The Birth of Science, http://www.ldolphin.org/bumbulis
58. First Book of Francis Bacon of the Proficience and Advancement of Learning Divine and Human
59. http://www.christianity.co.nz/ science4.htm
60. http://home.columbus.rr.com/ sciences/enlightened_belief_ history.htm
61. Henry M. Morris, Men of Science Men of God, Master Books, 1992, s.13
62. Johannes Kepler, alıntı: J.H. Tiner, Johannes Kepler-Giant of Faith and Science (Milford, Michigan: Mott Media, 1977), s. 197
63. Harmonice Mundi, Harmonies of the World, Johannes Kepler Gesammelte Werke, Munih, 1937, cilt. 6, s. 363
64.Dan Graves, Scientists of Faith, Kregel Resources, 1996, s. 51
66. Henry M. Morris, Men of Science Men of God, Master Books, 1992, s. 18
67. Dan Graves, Scientists of Faith, Kregel Resources, 1996, s. 66
68.Dan Graves, Scientists of Faith, s. 63
69. John Marks Templeton, Evidence of Purpose - Scientists Discover the Creator, Continuum, New York 1994, s.50
70. Dan Graves, Scientists of Faith, s. 70
71.Sir Isaac Newton, Mathematical Principles of Natural Philosophy. Latinceden Çeviri Andrew Motte, Revize Florian Cajore, Great Books of the Western World 34, Robert Maynard Hutchins, Baş editör, William Benton, Chicago, 1952:273-74
72.Henry M. Morris, Men of Science Men of God, s. 31
74. Dan Graves, Scientists of Faith, s. 82
75. Henry M. Morris, Men of Science Men of God, s. 33
77. William Paley, Natural Theology; or, Evidences of the Existence and Attributes of the Deity Collected from the Appearances of Nature [Edinburgh,1816], bölüm 5, kısım 5, s.61
78.Henry M. Morris, Men of Science Men of God, Master Books, 1992, s. 38-39
81. Dan Graves, Scientists of Faith, s. 111
82.Henry M. Morris, Men of Science Men of God, s. 47
84. http://www.ucmp.berkeley.edu/ history/agassiz.html
85. Dan Graves, Scientists of Faith, s. 133
86. www.leaderu.com/offices/schaefer/docs/scientists.html
87. Henry M. Morris, Men of Science Men of God, s. 58-59
88.Dan Graves, Scientists of Faith, s. 143
89. http://www.archimedesfoundation. org/quotes.html
90.Jean Guitton, Tanrı ve Bilim, Çeviren: Yaşar Avunç, Simavi Yayınları, 1993
91. www.leaderu.com/offices/ schaefer/docs/scientists.html
92.Henry M. Morris, Men of Science Men of God, s. 66
93.www.leaderu.com/offices/schaefer/docs/scientists.html
94. Henry M. Morris, Men of Science Men of God, s. 73
95. Dan Graves, Scientists of Faith, Kregel Resources, 1996, s. 153
96.Henry M. Morris, Men of Science Men of God, s.79
97. Gene Adair, George Washington Carver, s.82,83, http://www.bemorecreative.com/one/431.htm
98.Sir James Jeans, in his Rede Lecture at Cambridge, The Times, London, 5 Kasım 1930
99. Sir James Jeans, The Mysterious Universe, New York: Macmillan Co., 1932/ Cambridge, England: University Press, 1932 s.140
100. Einstein, Science, Philosophy and Religion, A Symposium, Conference on Science yayını, Philosophy and Religion in Their Relation to the Democratic Way of Life, Inc., New York, 1941
101.1920; alıntı: Moszkowski, Conversations with Einstein, s. 46
102.Letter to a child who asked if scientists pray, January 24, 1936; Einstein Archive 42-601
103. Letter to Maurice Solovine,1 Ocak, 1951; Einstein Archive 21-174, 80-871, Solovine'de yayınlandı, s. 119
104.Dan Graves, Scientists of Faith, Kregel Resources, 1996, s. 159
105. http://www.templeton.org/Prize/
106.Henry M. Morris, Men of Science Men of God, Master Books, 1992, s. 85
107.Dennis R. Petersen, Unlocking the Mysteries of Creation, Creation Resource Foundation: El Dorado, California, 1990, s. 63
108.Max Planck, Where Is Science Going?, Allen & Unwin, 1933, p.214