Quran Elmə Yol Göstərir

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
8 / total: 9

MÜSƏLMAN ELM ADAMLARI

Elm tarixinə nəzər saldıqda kəşflər etmiş, elmin inkişafına böyük töhfələr vermiş elm adamlarının böyük əksəriyyətinin Allah`a güclü imanlarının olduğunu görürük. Allah`a olan imanın elmi bilikləri daha da inkişaf etdirməsinin ən diqqətə layiq nümunələrinə isə İslam tarixində rast gəlmək mümkündür. İslam əxlaqı ilə böyüyən, bütün həyatını və elmi fəaliyyətini Quran ayələri əsasında quran müsəlman alimlərinin bu gün əldə olunan yüksək mədəniyyətə çox böyük xidmətləri olmuşdur.

İslam əxlaqının yayılması ilə müsəlman elm adamlarının sayı daha da artmış və onların böyük əksəriyyəti müasir elmin formalaşmasında müstəsna rol oynayan kəşflərə imza atmışdır. Belə ki, İslam tarixinə nəzər yetirdikdə, orta şərq torpaqlarına Quran əxlaqı ilə birlikdə elmin də daxil olduğunu görürük.

Müsəlman alimlər hər şeydən əvvəl qərbdə Roma və şərqdə Çin başda olmaqla, digər bütün dövlətlərdə inkişaf edən elm və texnologiyanı yaxından izləmiş və əhəmiyyətli qaynaqları tərcümə etmişlər. Bu elmi qaynaqlardan imani və texniki cəhətdən yanlış və əsassız məlumatları çıxardaraq onları özləri üçün faydalı vəziyyətə gətirmişlər. Bu fəaliyyətlərindən sonra müsəlman elm adamları əldə etdikləri bilikləri dəyərləndirərək elm və texnologiyaya böyük töhfələr verməyə başladılar.

VIII –XV əsrləri əhatə edən bir dövrdə müsəlman elm adamları dəqiq elmlər, tibb, astronomiya, riyaziyyat, kimya və bir çox digər elm sahələrində olduqca əhəmiyyətli nəticələr əldə etmiş və qısa vaxt ərzində mədəniyyət və incəsənət sahəsində özlərini bütün dünyaya tanıtmışlar. “İslamın qızıl dövrü” və ya “İslam intibahı” adlandırılan bu dövrdə müsəlmanlar kəşfləri ilə bir çox sahədə elmin inkişafına əhəmiyyətli töhfələr vermiş, beləliklə, özlərindən sonra yaşayan bir çox elm adamına yol göstərmişdir. Hauard R. Törner “Orta əsrlər İslam aləmində elm” adlı kitabında bu dövr haqqında belə yazır:

“Müsəlman sənətkarlar və elm adamları, şahzadələr və işçilər birlikdə bütün qitələrdəki cəmiyyətlərə birbaşa və ya dolayı yolla təsir göstərən bənzərsiz bir mədəniyyət yaratdılar”.175

"Beytül-Hikmə (Elm Evi)" və Müsəlman Elm Adamlarının Dünya Tarixində Təsirləri

VII - VIII əsrlərdə müsəlmanların fəth etdiyi ərazilərdə o günə qədər dünya tarixində bənzəri görünməyən böyük bir imperiya yaradıldı. VIII əsrdə Abbasi xəlifəsi imperiyanın paytaxtını Şamdan Bağdada köçürtdü və qərb dünyasında “Müdriklik evi” adlandırılan Beytül-hikmənin əsası qoyuldu. Beytül-hikmə müsəlman alimlərin elmi fəaliyyətləri nəticəsində elm, tibb, fəlsəfə və təhsil sahəsində dünyada tayı-bərabəri olmayan elm mərkəzinə çevrilmişdir. Qədim Roma, Çin, Hindistan, İran, Misir, Şimali Afrika, Yunanıstan və Bizans sivilizasiyalarına aid bir çox elmi əsərlər Beytül-hikmədə ərəb dilinə tərcümə edilmiş və müsəlman alimlər bu əsərlərdəki məlumatları daha da təkmilləşdirərək dövrümüzdəki bir çox elm sahəsinin banisi olmuşlar. Tarixə bu əsrlər “ərəb elmi” adı ilə daxil olmuşdur, çünki bu dövrlərdə ərəb dili dünya miqyasında elmin ana dili kimi qəbul edilmişdir. Eyni zamanda, 756-cı ildə cənubi İspaniyada Kordovada qurulan Əndəlus Əməvi dövlətində müsəlman elm adamları tərəfindən aparılan elmi və incəsənət çalışmaları da dünya elm və sənət tarixində əhəmiyyətli yer tutmuşdur.

beytül-hikmə, elm mərkəzi

Beytül-hikmə müsəlman elm adamlarının elmi fəaliyyətləri nəticəsində beynəlxalq bir elm mərkəzinə çevrilmişdir.

Günlərin birində dövrün hökmdarı gördüyü yuxunun yozulmağını istəyir. Buna görə də ölkədəki ən tanınmış kahin və alimləri toplayırlar. Yuxarıdakı şəkildə bu hadisə təsvir edilmişdir.

Robert Brifolt “Bəşəriyyətin inkişafı” adlı kitabında bu barədə belə yazmışdır:

“Müasir elmin ərəb elminə olan borcu təkcə heyrətamiz kəşflərdən və ya inqilab mahiyyəti daşıyan nəzəriyyələrdən ibarət deyil; elm ərəb mədəniyyətinə bundan daha artığını – varlığını borcludur. Antik dövrdə dünya bizim gördüyümüz şəkli ilə elmdən əvvəlki vəziyyətdə idi. Yunanların astronomiya və riyaziyyatı heç vaxt yunan mədəniyyəti ilə uyğunlaşmayan gəlmə elm sahələri idi. Yunanlar bu elmləri sistemləşdirdi, ümumiləşdirdi və nəzəriyyə kimi formalaşdırdılar, ancaq səbirli tədqiqat yolları, lazımi məlumatları toplanması, elmi metodların qeydləri, ətraflı və uzun müddətli müşahidələr, eksperimental sorğu kimi anlayışlar yunan elminə yad idi. Yeni araşdırma və tədqiqat metodlarının, təcrübənin, müşahidənin, ölçmə üsullarının və riyaziyyatın yunanlara məlum olmayan bir formada təkmilləşdirilməsi nəticəsində Avropada bizim elm adlandırdığımız anlayış meydana gəldi. Bu yeni anlayış və metodlar qərb dünyasına ərəblər tərəfindən gətirilmişdir”. 176

Brifolt həmin kitabın başqa bölməsində İslam mədəniyyətinin Avropaya verdiyi töhfəni də belə dilə gətirmişdir:

“Elm ərəb mədəniyyətinin müasir dünyaya verdiyi ən əhəmiyyətli töhfəsidir, lakin meyvələrinin yetişməsi bir az ləng baş vermişdir. Məğrib mədəniyyətinin qaranlığa çökməsindən sonra onun həyata gətirdiyi nəhəngin bütün qüvvəti ilə ayağa qalxması çox uzun çəkmədi. Avropanı yenidən həyata qaytaran elm deyil. İslam mədəniyyətinin gətirdiyi nur avropalıların həyatını yenidən işıqlandırmışdır”.177

Elm tarixinin banilərindən sayılan Corc Sarton isə müsəlmanların elm tarixinə olan xidmətlərini “Orta əsrlərin ən əhəmiyyətli müvəffəqiyyəti təcrübə ruhunun ortaya çıxmasıdır və bu, əslində, XII əsrə qədər müsəlmanların fəaliyyətləri nəticəsində meydana gəlmişdir” sözləri ilə ifadə etmişdir. 178

Oliver Cozef Loc “Elmin qabaqcılları” adlı əsərində İslamiyyətin yayılmasından sonra ərəblərin elm dünyasındakı əvəzsiz rollarını belə ifadə etmişdir:

“Qədim və yeni elm arasındakı yeganə körpü ərəblər tərəfindən qurulmuşdur. Qaranlıq dövrlər Avropanın elm tarixində mütləq boşluq kimi qarşımıza çıxır və min ildən artıq bir müddət ərzində Ərəbistandan başqa heç bir yerdə elmə əhəmiyyətli töhfələr verən elm adamları yetişməmişdir”.179

Quranın işığında elmə yönələrək dövrümüzə qədər gəlib çatan müvəffəqiyyətlər əldə etmiş müsəlman alimlərdən bəziləri aşağıdakılardır:

Cabir ibn Həyyan (721-805)

Qərbdə “Geber” adlandırılan və ən çox tanınan müsəlman alimlərindən biri olan Cabir ibn Həyyan qərb elm dünyasında hər kəs tərəfindən kimyanın atası, banisi kimi qəbul edilir.180 Belə ki, kimya kəlməsinin ingiliscə qarşılığı olan “alchemy” sözü də Cabir ibn Həyyanın çalışmalarının nəticəsi kimi ərəbcə “əl-kimya” sözündən əmələ gəlmişdir.

Cabir ibn Həyyan, kimyanın atası

Kimyanın atası kimi tanınan İbn Həyyan

Cabir ibn Həyyan atom bombasının düzəldilməsindən 1000 il əvvəl atomun parçalanma xüsusiyyətinə malik olduğunu və parçalanması nəticəsində olduqca böyük bir gücün meydana gələ biləcəyini söyləyən ilk elm adamıdır. Bu barədə Həyyanın sözləri belədir:

“Maddənin ən kiçik hissəsi olan “cüz-əl-yətəcəzza”da (atom) çox böyük enerji var. Yunan alimlərinin iddia etdiyi kimi, bunun parçalanma xüsusiyyətinin olmadığını deyə bilmərik. O da parçalana bilər. Parçalandıqda da elə bir güc (enerji) meydana gələr ki, Bağdadın altını üstünə çevirə bilər. Bu, Allahu-təalanın qüdrət nişanıdır”.181

Cabir ibn Həyyan kimya elminin həm nəzəri, həm də praktiki cəhətdən inkişafında böyük rolu olan bir alimdir. Dünyada ilk kimya laboratoriyasını quran alim kimi tarixə düşmüşdür. Çox əhəmiyyətli kimyəvi birləşmələrin meydan gəlməsini izah etmiş, bir çox kimyəvi maddəni kəşf edərək müasir elmdə də istifadə edilən ərəbcə adlar vermişdir. 182 Kimya elmində istifadə edilən həssas ölçü alətlərini düzəldərək kristallaşma, distillə, kalsinasiya, sublimasiya kimi kimyəvi üsulları kimya elminə gətirmişdir.183  Sulfat turşusu və nitrat turşusu kimi bir çox turşularla yanaşı, natrium karbonat və kaliumu da tapmışdır.184

Alovda yanmayan kağız emalını həyata keçirərək müxtəlif metalların istifadəyə yararlı hala salınması, poladın təkmilləşdirilməsi, su keçirməyən parçaların laklanması, paslanmanın qarşısının alınması üçün qızıl suyuna çəkilmə, boyaların və yağların alınması kimi sahələrdə bir çox kəşflər etmişdir.185

Cabir ibn Həyyan təkcə kimya deyil, tibb, astronomiya, məntiq, fəlsəfə, fizika və mexanika kimi elm sahələrində də fəaliyyət göstərərək, bunlarla bağlı əsərlər yazmışdır. Cabir ibn Həyyanın başda kimya olmaqla, tibb, fizika, astronomiya və fəlsəfə kimi elm sahələrində təxminən 200-500 əsər qələmə aldığı məlumdur. Ancaq bu əsərlərin bir çoxu sonradan itmişdir, sadəcə 27-si latın və alman dillərində Nürnberq, Frankfurt və Strasburqda 1473-1710-cu illər arasında çap edilmişdir.

Əl-Xarəzmi (780-850)

Əl-Xarəzmi, astronomiya

Astronomiya, riyaziyyat və coğrafiya elmləri üzrə böyük nailiyyətləri ilə qərb elm dünyasında dərin izlər buraxan Əbu Abdullah Muhəmməd ibn Musa əl-Xarəzmi.

Dövrünün ən böyük alimlərindən biri olan Əbu Abdullah Muhamməd ibn Musa əl-Xarəzmi qərb elm dünyasında dərin izlər qoymuş riyaziyyatçı, astronom və coğrafiyaşünasdır. Xarəzmi ömrünün böyük bir hissəsini Bağdaddakı Beytül-hikmədə keçirmişdir. Cəbr və alqoritm elminin banisi və bu elmlərə ad verən İslam alimi olmuşdur.186 Xarəzminin adı Avropada latınca “Alkhorismi” kimi tələffüz edildiyi üçün, tapdığı metoda “alqoritm” adı verilmişdir.187

Xarəzmi cəbr sahəsində ilk əsəri olan “Kitabül-müxtəsər fi hesabil-cəbri-müqabələ”nin (Cəbr və müqayisə hesabları) müəllifidir. Əsər bu cümlə ilə başlayır:

“Alqoritm belə deyir: Rəbbimiz və qoruyucumuz olan Allah`a həmd və səna olsun”.

Orijinalı Oksford Universitetində saxlanılan bu kitabda dünyada ilk dəfə olaraq onluq say sistemini açıqlamış və üstəlik ilk dəfə olaraq, tənlik qurma üsulu ilə məsələni həll etmə yollarını göstərmişdir. Bundan başqa, sözügedən kitabında daha əvvəl məlum olmayan bir çox yeni terminlər istifadə edilmişdir: kvadratın kök dərəcəsi, tək, tək say kimi.188

Xarəzminin bu əsəri riyaziyyat elminin inkişafında olduqca böyük tarixi rol oynamış və 600 ildən çox müddət ərzində riyaziyyatın tədrisi üçün mənbə hesab olunmuşdur. Rocer Bekon, Fibonaççi kimi alimlər onun əsərini heyranlıqla tədqiq etmiş və öz dərslərində bu əsərdən faydalanmışlar. 1500-cü illərin sonlarına (1598-1599) qədər cəbr elmində tək mənbə Xarəzminin bu əsəridir.

Riyaziyyatla bərabər, müxtəlif rəsədxanalarda fəaliyyət göstərən Xarəzmi astronomiya və coğrafiya elmlərində də əsərlər yazmışdır. Günəş saatları və saatlar haqqında bir sıra əsərləri vardır.189

Xarəzmi Yer kürəsinin bir dərəcəlik meridian uzunluğunu da ölçmüşdür.

Şərq elm dünyasında cəbr elmi ilə bağlı ilk əsər yazan alim Xarəzmi olmuşdur. Bu elm sahəsində daha əvvəl də bir sıra elmi tədqiqatlar aparılmış və cəbr elmi həndəsədən ayrılaraq müstəqil elm sahəsi kimi qəbul edilmişdir. Birdərəcəli tənliklərin həlli yolları tapıldığı halda, ikidərəcəli tənliklərin həlli yolları hələ də qaranlıq qalan məsələlərdən idi. Xarəzmi ikinci kitabı olan “əl-Cəbr vəl-müqabələ” ilə ikidərəcəli tənliklərin həlli yollarını sistemli olaraq müəyyən etmişdir. Bu əsərində Xarəzmi müəyyənləşdirdiyi həlli yollarını bir müəllim kimi izah etmiş və həndəsi qanunlarla sübuta yetirmişdir.

Sabit ibn Qurra (821-901)

əlyazma, astronomiya, kandilli rəsədxanası

Kandilli rəsədxanasının arxivində tapılmış bu əlyazma müsəlman alimlərinin astronomiya sahəsindəki fəaliyyətlərini də əks etdirir.

Sabit İbn Qurra riyaziyyat, astronomiya və tibb sahələrində mütəxəssis olan İslam alimlərindən biridir. Yaşadığı dövrdə bütün bu elm sahələrinin inkişafında qabaqcıllardan biri olmuş, xüsusilə də həndəsə və cəbr elmində yeniliklərə imza atmışdır. Şərqşünas alim Corc Rivuar Sabit ibn Qurranın həndəsə elmindəki nailiyyətlərini bu sözləri ilə ifadə etmişdir: “Cəbrin həndəsəyə tətbiqinə görə müsəlmanlara borcluyuq, xüsusilə də 900-cü ildə vəfat edən Sabit ibn Qurranın əsərinə”.

Riyaziyyat, astronomiya, astrologiya, tibb və tərcümə ilə məşğul olan Sabit ibn Qurranın 79 əsəri bizə məlumdur. Bunlardan 21-i tibb, 2-si musiqi, qalan digər əsərləri isə riyaziyyat və fəlsəfəyə həsr olunmuşdur.

Sabit ibn Qurra sinus teoremini kəşf etmiş və bunu astronomiya elmində tətbiq etmişdir. Eyni zamanda, Pifaqor teoreminin də ümumi isbatını vermişdir.191 Dünyanın çevrəsini 360 meridiana bölünmüş qəbul edərək ekvatorun uzunluğunu hesablayan və bununla da yerin radiusunu tapan İslam alimidir. 192

Sabit ibn Qurra Evklidin biliklərindən istifadə edərək cəbr sahəsində daha çox ümumi düsturların həllini göstərməyə başlamışdır. Karl B. Boyer “Riyaziyyatçıların tarixi” kitabında bu mahir riyaziyyatçı haqqında belə demişdir:

“B.e. IX əsri müsəlman riyaziyyatçıların qızıl dövrü olmuşdur. Əsrin birinci yarısına Xarəzmi, ikinci yarısına Sabit ibn Qurra adını qızıl hərflərlə yazdırmışdır. Xarəzmi ilə Evklid “banilər” kimi bir-birinə bənzəyirlər. Sabit ibn Qurra isə Pappus kimi ali riyaziyyat şərhçisidir”.193

Fərqani (IX əsr)

elmi işlər, müsəlman elm adamları

Müsəlman alimlər bir çox sahələrdə olduqca əhəmiyyətli nailiyyətlər əldə ediblər.

Doqquzuncu əsrdə yaşamış ekliptik maililiyini və Günəşin hərəkət etdiyini kəşf edən böyük astronomiya və riyaziyyat alimidir. Türküstanın Fərqanə bölgəsindən olan Fərqani astronomiya, riyaziyyat, coğrafiya və mexanika sahələrində təcrübəyə əsaslanan tədqiqatlar aparmışdır.194 Göy cisimlərinin hərəkətlərini tədqiq etmiş və Ptolomeyin astronomiya elmində qəbul edilmiş iddiaları haqqında əks-səda doğuran şərhlər yazmışdır. Kainatın və planetlərin həcmi və bir-birləri arasındakı məsafələri araşdırmışdır. Araşdırmaları nəticəsində apardığı hesablamalar qərb astronomiyasında Kopernikə qədər dəyişməz ölçülər kimi qəbul edilərək, yüz illərlə istifadə edilmişdir.

Fərqaninin araşdırmaları nəticəsində ilk dəfə Günəşin öz orbitini olması və öz oxu ətrafında qərbdən şərqə doğru fırlandığı aşkar edilmişdir. Bundan başqa, 41 il davam edən astronomiya tədqiqatları nəticəsində paralellər arasındakı məsafəni də müəyyən etmişdir. 195 Fərqaninin ən diqqətə layiq çalışmalarından biri isə Günəş tutulmasını əvvəlcədən müəyyən etmək üçün kəşf etdiyi üsuldur. Fərqani 842-ci ildə bu üsulla Günəş tutulmasını əvvəlcədən müəyyən etmişdir.196

Fərqaninin astronomiya ilə bağlı dövrümüzə gəlib çatan 6 əsərindən ən əhəmiyyətlisi “Cəvami əl-ilmi əl-nücum vəl-hərəkat əl-səmaviyyə”dir (Astronomiya və göy cisimlərinin hərəkətlərinin prinsipləri). Göy cisimlərinin hərəkəti ilə bağlı olan bu astronomiya kitabının əlyazma nüsxələri Oksford, Paris, Qahirə və Amerikanın Prinston Universiteti kitabxanasında saxlanılır.

Astronomiya, riyaziyyat, coğrafiya və mexanika sahələrindəki fəaliyyətləri bu elm sahələrinin inkişafında və əsaslarının güclənməsində mühüm rol oynamışdır. O dövrdə bütün yaşayan Türküstan və Avropa alimlərinin fəaliyyətlərində Fərqani dəsti-xəttini görmək mümkündür. Latın dilinə tərcümə edilən əsərləri əsrlərlə Avropa universitetlərində dərslik kimi istifadə edilmişdir. Qərb dünyasında «Alfraganus» adı ilə tanınan Fərqaninin Yerin çevrəsi ilə bağlı hesablamaları (təxminən 40 253 700 metr) Xristofor Kolumbun Atlantik okeanını keçərək Hindistana çatmaq fikrini həyata keçirməsində cəsarətləndirici rol oynamışdır. Kolumb bu barədə belə deyir:

“Səyahətlərim arasında Lissabondan Qvineyaya olan marşrutu diqqətli şəkildə müşahidə etdim və hər bir dərəcə üçün Alfraganusun hesablaması olan 56 3/2 ölçünü millik tapdım. Bu ölçüyə etibar etməliyik”. 197

Əl-Bəttani (859-929)

el bəttani, astronomiya

Bəttani dövrünün ən görkəmli astronom və riyaziyyatçılarından biridir.

Riyaziyyat, astronomiya və coğrafiya alimi olan Bəttani xüsusilə astronomiya sahəsində bir çox kəşfləri ilə elm tarixinə əhəmiyyətli töhfələr vermişdir. Qərbdə “Albategnius” kimi tanınan Bəttani bu gün belə dünyanın ən məşhur 20 astronomundan biri kimi qəbul edilir. Bəttani 877-ci ildə qurduğu rəsədxanada Günəş, Ay və planetlərin hərəkətlərini tədqiq etmiş, bu müşahidələrin hamısını “Zici-sabi” adlı astronomiya kataloqunda toplamışdır. Sözügedən kataloq bu mövzuda yazılmış ən böyük və əhatəli əsərdir.

Məşhur astronom özündən beş əsr sonra yaşamış Kopernikin 230 35’ kimi hesabladığı Yerin ekliptik maililiyini 230 kimi hesablamış, dövrümüzdə məlum olan bucaq qiymətini yarım dəqiqəlik bir fərqlə müəyyən etməyi bacarmışdır. Bundan başqa, bir Günəş ilinin 365 gün, 5 saat, 46 dəqiqə və 24 saniyədən ibarət olduğunu tapmışdır. Bu kəşf dövrümüzün hesablamalarına son dərəcə yaxındır. Günəşin təpə nöqtəsindəki uzunluq dairəsinin Ptolomeyin kəşfindən bəri 160 47’ artdığını da kəşf etmişdir. Bu nəticə Günəşin orbit hərəkətlərini və bərabər zamanlılıqda kiçik fərqlərin meydana gəldiyini göstərən əhəmiyyətli kəşfdir.

Riyaziyyat sahəsində yunan xordası əvəzinə sinuslardan istifadə edən ilk şəxsdir. Yeni triqonometriyanın həqiqi banisi kimi qəbul edilən Bəttani fəaliyyətlərində sferik triqonometriya sahəsində ixtisaslaşmış, düz bucaqları tədqiq edərək sinus, kosinus, tangens, kotangens, sekant və kosekant anlayışlarını ortaya qoymuşdur.198 Astronomiya və triqonometriya ilə bağlı çoxlu əsərləri var. Astronomiya sahəsindəki fəaliyyətləri intibaha qədər Avropada iz qoymuş, astronomiya və triqonometriyadakı kəşfləri bu elmlərin inkişafına kömək etmişdir.199

Əsərləri latın dilinə tərcümə edilən ilk müsəlman alimlərindən sayılan Bəttani elmi fəaliyyətlərini əsl məqsədini bu əsas üzərində qurmuşdur:

“İnsan Allah`ın (cc) varlığını, birliyini, qüdrətini və əsərlərinin mükəmməlliyini başda astronomiya olmaqla, elmlərin vasitəsilə öyrənə bilər. Məsələn, bu görünən ulduzlar, üstündə yaşadığımız bu Yer və Yerin hərəkətləri Allah`ın (cc) varlıq və birliyinin açıq dəlilidir”.200

Əbul Qasım Zöhrəvi (936-1013)

Zöhrəvi, tibb

Yan tərəfdə gördüyümüz "El-Tasrif Limen Acize ari it Te'lif " adlı əsərinin latın dilinə tərcümə edilmiş nüsxəsindən bir səhifədir. Zöhrəvi tibb sahəsində çox həssas və incə alətlər kəşf edərək istifadə etmişdir.

Cərrahiyyənin müstəqil elmə çevrilməsi əndəluslu Zöhrəvinin sayəsində olmuşdur. Zöhrəvi öz dövrünə qədər başqalarının bacarmadığı cərrahiyyə əməliyyatları aparmış, metodlar və alətlər kəşf etmişdir. Zöhrəvi o dövrün ən çox və ən ciddi şəkildə tibb elmi ilə məşğul olan həkimi kimi qəbul edilir. Şöhrətinin yayılmasına kömək edən ən vacib amil məşhur əsəri “Əl-Təsrif” olmuşdur. İki cilddən və otuz bölmədən ibarət olan bu kitab doqquz yüz səhifəlik bir əsər olub, əsl adı “Əl- Təsrif Limən Acizə ari it Tə’lif”dir. Bu əsər Qərbdə istifadə edilən standart ensiklopediya olmuşdur. “Əl-Təsrif” cərrahiyyə alətlərinin tərifləri ilə bərabər bu alətlərin şəkillərinin də təsvir edildiyi ilk kitabdır. Sayı 200-ə çatan bu cərrahiyyə alətlərinin bir çoxu daha əvvəl heç bir əməliyyatda istifadə edilməmiş yeni alətlərdir. Zöhrəvinin tibb elmi ilə bağlı uğurlarından bəziləri bunlardır:

  • Zöhrəvi ölü dölün çıxarılması və amputasiya (orqanların kəsilməsi) daxil olmaqla, bir çox həssas əməliyyatları daha da təkmilləşdirmişdir. .201
  • Dövrünün cərrahiyyə ilə bağlı biliklərini ümumiləşdirmiş, təcrübələr aparmaq üçün canlı heyvanlardan istifadə etmək kimi yeni fikir və üsulları tibb dünyasına gətirmişdir.
  • Tarixdə ilk dəfə hemofiliyanı (qanın laxtalanma xüsusiyyətinin pozulması nəticəsində yaranan ciddi qan xəstəliyi) açıqlayan həkim Zöhrəvidir.202
  • Çanaq sümüyü sınıqlarını ilk dəfə müalicə edən şəxsdir.203
  • Böyrək daşlarından xilas olmağın yollarını ilk kəşf edən alimdir.
  • Burunun artıq ətini kəsmək üçün ilk dəfə “sənanin” adlandırılan aləti də Zöhrəvi düzəltmişdir.
  • İlk dəfə yırtıq əməliyyatını həyata keçirmiş, əməliyyatlarında özünə xas anesteziya metodlarından istifadə etmişdir.
  • Zöhrəvi çürük dişlərin qırılmadan çəkilməsi üçün qurğuşunla doldurulub çəkilməsi fikrini irəli sürən ilk həkim kimi tanınır.

Əməliyyatlar zamanı lazım olan alətləri özünə xas metodla mikroblardan təmizləyərək istifadə etmişdir. Bu təmizliyi “maddə’üs-safra” adlandırılan maddə vasitəsilə etmişdir. Dövrümüzdə aparılan araşdırmalar bu maddənin bakteriyaları məhv edən xüsusiyyətə malik olduğunu göstərmişdir.

Zöhrəvinin heyvan bağırsağından yaraları tikmək üçün ilk dəfə istifadə etməsi qərb elm adamları tərəfindən qəbul edilmişdir. Bugünkü müasir steril paketlərin içindəki bağırsaq lifləri Zöhrəvidən dövrümüzə gəlib çatmışdır.204

Donald Kempbelin fikrincə: “Avropa alimlərinin Zöhrəvi ilə bağlı diqqətini cəlb edən şey doğuşda dölü asanlıqla çıxarmasıdır. Onun üsulu Qalenin metodunu kölgədə qoyaraq Avropada beş yüz il üstünlüyünü qorumuş və xristian Avropasında cərrahiyyə standartlarının inkişaf etdirməsində böyük rol oynamışdır”.205

İbn Heysəm (965-1040)

ibn heysəm, gözün anatomiyası

1-Konyuktiva 2-Quzehli Qişa 3-Buynuz Qişa 4-Büllur 5-Göz siniri
a-Göz siniri b-Quzehli Qişa c-Buynuz Qişa
İbn Heysəm Orta əsrlərin ən nüfuzlu fiziklərindən biri hesab olunur. Yuxarıdakı qrafikdə Heysəmə görə gözün anatomiyası çəkilmişdir.

İbn Heysəm orta əsrlərin ən böyük İslam fiziklərindən biri hesab olunur. İbn Heysəmin işıqla bağlı “Kitabül-mənazır” (Optikanın xəzinəsi) adlı əsəri latın dilinə tərcümə edilmiş və qərbdə Rocer Bekon kimi fiziklərin təcrübələrində istifadə edilən bir mənbə olmuşdur. Qədimdə işığın gözdən çıxaraq əşyaya çatması ilə görmənin əmələ gəldiyini fikirləşirdilərsə, Heysəm, tam əksinə, işığın əşyadan bizə çatdığını sübut etmişdir. Görmənin fiziki açıqlamasını ilk dəfə İbn Heysəm vermişdir. Bundan başqa, riyaziyyatçı və filosof olan İbn Heysəm yüzdən çox əsər yazmış və dövrünün bütün elm sahələrində böyük ən nüfuzlu alimlərindən biri kimi qəbul edilmişdir.206

Biruni (973-1051)

biruni, fənn

Biruni təbiət və elm sahəsində dövrünün ən böyük alimlərindən biridir.

İslam dünyasında X-XI əsrlərin ən böyük elm və din alimi sayılan Biruni dünya elm tarixində dövrünün ən böyük astronomu, riyaziyyatçısı, etnoqrafı, tarixçisi və filosofu olmuşdur. Əsərləri bu gün hələ də qərb elm dünyasında mənbə kimi istifadə edilir. YUNESKO-nun 25 dildə çap etdirdiyi “Conrier” jurnalı 1974-cü il iyun sayının üz qabığında “1000 il əvvəl Orta Asiyada yaşayan beynəlxalq düha Biruni: astronom, tarixçi, botanik, əczaçılıq mütəxəssisi, geoloq, şair, mütəfəkkir, riyaziyyatçı, coğrafiyaşünas və humanist” ifadələrinə yer vermişdir.

Yaşadığı əsrə “Biruni əsri” deyilməsinə səbəb olan və yaşadığı dövrdən əsrlər sonra da əsərlərindən fayda götürülən Biruni yalnız İslam aləmində deyil, bütün dünyada iz qoymuşdur. 207 Əslən türk olan Biruni türklərin İslamı qəbul etməsi nəticəsində bu mədəniyyətin çox geniş ərazilərə yayılması ilə bəşəriyyətin, xüsusilə elm sahəsində böyük qazanclar əldə etdiyini bildirmişdir.

Yerin cazibə qüvvəsi qanununun ingilis alimi Nyuton tərəfindən kəşf edildiyi qəbul edilsə də, bu mövzuda ilk dəfə tədqiqat aparan Birunidir. Bundan başqa, dövrümüzdə müzakirə edilən quru hissələrinin şimala doğru sürüşməsi fikrini 9 əsr yarım əvvəl dilə gətirmişdir. Yaşadığı dövrdə Ümid burnunun varlığından ilk dəfə danışan Biruni Şimali Asiya və Şimali Avropa haqqında da hərtərəfli məlumatlar vermiş, bundan başqa, Xristofor Kolumbdan beş əsr əvvəl Amerika qitəsindən və Yaponiyadan bəhs etmişdir.208

Astronomiya sahəsindəki fəaliyyətlərinə 995-ci ildə Günəşin və planetlərin meyilliyini hesablayaraq başlamışdır. İşığın sürətinin səsə nisbətən son dərəcə böyük olduğunu qeyd etmişdir.209 Biruni triqonometriyada kosinus teoremi kimi tanınan əlaqəni ilk dəfə ortaya qoymuş, həndəsəni botanikaya tətbiq etmiş, quşlarla bağlı çox orijinal faktlar müəyyən etmiş və çox fərqli sahələrdə bir çox kitablar yazmışdır.

İşığın səsdən daha sürətli olduğunu kəşf etmişdir. İsti su ilə qaynar su arasındakı fərqləri aşkar etdiyi kimi, istiliyin metallar üzərində genişləndirici təsirini də kəşf etmişdir.210

“Kitabül-cəmahir fi mərifətül-cəvahir” (Cövhərlərin xüsusiyyətlərinə dair) adlı əsərində 23 bərk cisimlə 6 mayenin çəkilərini bugünkü dəyərlərinə çox yaxın şəkildə hesablamışdır.211 Biruni izafi (nisbi) sıxlıqları mahruti alət adlandırdığı və ən qədim piktonometr (sıxlıq ölçmə aləti) adlandırılan alətlə müəyyən etmişdir. Göy üzü və Yer səthinin müxtəlif xüsusiyyətlərini, en və uzunluq dairələrini, qitə və dənizləri göstərmək üçün yeddi metr diametri olan kürə düzəltmişdir. Bu fəaliyyəti ilə tarixdə Yeri kürə üzərində xəritəyə salan ilk alim adını qazanmışdır. 212  “Nihayətül-əmakin” (Məkanların sonları) adlı əsəri coğrafiyadan geologiya və geodeziyaya (Yer kürəsinin formasının müəyyən edilməsi və Yer üzünü ölçmə fəaliyyətləri) qədər müxtəlif sahələri əhatə etmişdir.213 Biruninin astronomiya sahəsindəki ən vacib əsəri isə “əl-Qanunül-məsudi” (Məsudi qanunlar) adlı ensiklopediyasıdır. Bu əsərdə bir çox yeni kəşflərlə bərabər, triqonometriyaya aid bölmə də vardır. Ptolomey və Aristotelin qaydalarına qarşı çıxaraq, Yerin sabit deyil, fırlanan bir kütlə olduğunu irəli sürən Biruni, elm tarixçilərinə görə, müasir astronomiyanın təməlini qoymuşdur.

Biruninin Allah`a İmani

Biruni Buxara kitabxanasında İbn Sina ilə tanış olmuş, bir-birlərinin biliklərindən faydalanmışdılar. Buxara alimləri sağlam bilik mübadiləsi ənənəsinə malik idilər. Bildiklərini digərlərindən gizlətməz, paylaşmağı sevərdilər.214

Biruni cəbr, geometriya və coğrafiya sahələri ilə bağlı Qurandan bir ayə demiş, ayədə bəhs edilən mövzunu şərh etmiş, elmlə dini birləşdirmiş, elmi öyrənməkdə məqsədinin Allah`ı tanımaq və həqiqəti tapmaq olduğunu söyləmişdir. Əsərləri hələ də qərb elm dünyasında mənbə əsər kimi istifadə edilir.

biruni, biruninin fəaliyyətləri
 

Bu şəkildə Biruninin elmi fəaliyyətlərindən bir neçə nümunə göstərilmişdir.

Biruni “Yer üzü və ulduzlar haqqında qanun” adlı kitabında ulduz və planetlərin kürə şəklində olduqlarını sübut etmiş, Yerin Günəş ətrafında, Ayın da Yerin ətrafında dövr etdiyini sübut edərək, qərb elm adamlarından 6 əsr əvvəl bu həqiqətləri açıqlamışdı.215

Yerin diametrini öz adı ilə tanınan məşhur bir qanun ilə hesablamağı bacaran Biruni Yerin radiusunu ancaq 14 kilometrlik fərq ilə tapmışdır. 216

Biruninin Hindistan haqqında çox dəyərli məlumatlar verən “Hindistan tarixi” adlı kitabı bütün qərb dillərinə tərcümə edilmiş, coğrafiya və tarix alimləri üçün əvəzedilməz mənbə olmuşdur. Hindistanda olduğu dövrdə bir çox ərəb dilində olan mənbələri sanskrit dilinə, sanskrit dilindəki bəzi kitabları da ərəb dilinə tərcümə edərək, İslam və hind sivilizasiyaları arasındakı ilk mədəniyyət körpüsünü qurmuşdur.217

Biruni ayələrdəki hikmətlərə istinad edərək elmi fəaliyyət göstərmişdir

Allah Qurandakı bir çox ayələrdə iman həqiqətlərinin əhəmiyyətinə diqqət çəkir. “Fatir” surəsindəki ayələrdə iman həqiqətlərindən nümunələr verilərək belə bildirilir:

“Məgər Allah`ın göydən yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli-ağ, qırmızı, tünd qara yollar peyda etdik”. (Fatir surəsi, 27)

“İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allah`dan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır!” (Fatir surəsi, 28)

Biruni də ayələrdəki hikmətlərə istinad edərək elmi həqiqətləri əldə etmişdir. Məsələn, Yerin şimalında Günəşin aylarla çıxmadığını, çıxdığı zaman da batmadığını, “Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərinə doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq” (Kəhf surəsi, 90) ayəsi ilə açıqlamış və bir lampanın önünə Yeri təmsil edən bir kürə qoyub fırladaraq göstərmişdir.218

Biruni kitabı üçün ona bir filin ağırlığında qızıl və cavahirat göndərən Sultan Məsuda hədiyyəsini geri göndərərək: “Bu kitabı sərvət üçün deyil, elm üçün yazmışam”, - demişdir.219

İbn Sina (980-1037)

ibni sina, həkimlərin piri

Həkimlərin piri kimi tanınan İbni Sinanın qaraciyər, ağciyər, ürək və beyin kimi orqanlar haqqında məlumatları özündə ehtiva edən bir əsəri vardır.

Dünyadakı bütün elmi dairələr tərəfindən dünyanın gəlib-keçən ən dəyərli alimlərindən biri kimi qəbul edilən İbn Sina, hələ 18 yaşında ikən dövrünün bütün elmlərini öyrənmişdir. Tibdə şah əsəri kimi qəbul edilən və qısaca “əl-Qanun” kimi tanınan “əl-Qanun fi’t-tibb” (Tibb qanunu) adlı əsəri fiziologiya, hifzüsihhə (sağlamlığı qoruma), müalicə və farmakologiya (dərmanlarla bağlı elm sahəsi) bölmələrinə ayrılmışdır. Beş cildlik, təxminən bir milyon sözdən ibarət böyük tibb ensiklopediyası olan bu əsər istər məzmunu, istərsə də hazırlanma tərzi baxımından əsrlərlə tibb ədəbiyyatına yol göstərmişdir. XIII əsrdən etibarən Avropa universitetlərində dərslik kimi istifadə edilərək, o dövrün Fransasının məşhur tibb fakültələri olan Montpellier və Loven Universitetlərində də əsas dərslik olmuşdur. Özündən sonra yeni tibbin yaranmasına qədər türk, ərəb, fars və müxtəlif qərb dillərində yazılan əsərlərin istinad etdikləri mənbə hesab edilmişdir. “əl-Qanun”da bəhs edilən tibbi biliklərin böyük bir hissəsi bu gün də öz dəyərini qoruyur.

Dövrümüzün tibbinə işiq tutan fikirləri ilə İbn Sina

Qərb dünyasında “Avisena” adı ilə tanınan İbn Sina tibb dünyasında ilk dəfə olaraq tibb və cərrahiyyəni iki ayrı sahə kimi ayırmışdır. Bundan başqa, cərrahi müalicənin insanın sağlam həyat keçirməsi üçün anatomiyanın əhəmiyyətini vurğulamış və həyati təhlükənin çox yüksək olması ilə bağlı üstünlük verilməyən cərrahi müalicə ilə bağlı nümunələr verərək, əməliyyatlarda istifadə ediləcək alətləri tövsiyə etmişdir.

Tibbə bağlı əsərləri tədqiq edildikdə İbn Sinanın dövrümüzün tibb dünyası üçün belə əsas olan bir çox fikrə sahib olduğunu görmək olar. Hətta tibbi araşdırmalarında bəzi xəstəliklərin yoluxmasında gözlə görünməyən bir cür varlıqların təsirləri olduqlarını, yəni “mikrobların” mövcudluğundan və bu bilinməyən varlıqlardan əsərlərində bəhs etmişdir. Dəri altına ilk dəfə iynə vuran, əməliyyatlarda narkozu ilk dəfə tətbiq edən, mədə və bağırsaq xəstəliklərini elmi cəhətdən tədqiq edən, ruhi vəziyyətlərin həzm sisteminə təsirini müəyyən edən, sifət iflicinin səbəblərini ilk dəfə tapan, mədə və bağırsaq qurdlarını, tənəffüs sistemini ilk dəfə müəyyən edən həkim İbn Sina olmuşdur.220

Böyük Həkim

Riyaziyyat, astronomiya, həndəsə sahələrində geniş tədqiqatlar aparan, “Böyük həkim” kimi qəbul edilən İbn Sina əksəriyyəti fizika, astronomiya və fəlsəfə kimi elm sahələrinə aid olan 150-yə yaxın əsər yazmışdır. İsaak Nyutondan 500 il əvvəl fizika dinamikasının ilk qanununu “Şəfa” adlı 18 cildlik ensiklopediyasında açıqlayan İbn Sinanın fəaliyyətləri tiblə bərabər, riyaziyyat, fizika, metafizika, teologiya, iqtisadiyyat, siyasət və musiqi sahələrini də əhatə edir.221 İbn Sina fəlsəfə sahəsində də istər şərq, istərsə də qərb filosoflarına təsir etmişdir. Əsərləri XII əsrdə latın dilinə tərcümə edilmiş və bundan sonra bütün dünyaya yayılmışdır. İbn Sinanın əsərləri təxminən 8 əsr boyu dünya kitabxanalarının baş guşələrində yer almışdır.222

ibn sina, əczaxana
ibn sina, fəaliyyət

Soldakı şəkil İbn Sinanın XV əsrdə yazdığı bir əlyazmasındakı əczaxana miniatürünə məxsusdur. Yuxarıdakı isə İbn Sinanı çalışarkən əks etdirən təmsili bir şəkildir.

 

Xəzini (1100-1160)

xəzini, hikmət tərəzisi

Şəkildə Xəzininin cisimlərin hava içindəki ağırlıqlarını hesablamaq üçün kəşf etdiyi beş kəfli hikmət tərəzisinin xəyali forması əks etdirilmişdir.

XII əsrdə Türküstanda yaşamış astronom və fizik Xəzini, xüsusilə yerin cazibə qüvvəsi və tərəzilərlə bağlı fəaliyyətləri ilə tanınır.223  Xəzini Nyutondan 500 il əvvəl hər cismi yer kürəsinin mərkəzinə doğru çəkən bir güc olduğunu söyləmişdir.224 Rocer Bekondan yüz il əvvəl Yerin mərkəzinə doğru yaxınlaşdıqca suyun sıxlaşdığı fikrini irəli sürmüşdür. Mayelərin sıxlığını və hərarətini ölçmək üçün aerometrdən istifadə edən ilk şəxsdir.225 Bundan başqa, bir çox İslam şəhərlərində qiblənin necə müəyyən ediləcəyi barədə çalışmışdır. Xəzini işığın sınma prinsiplərini də tədqiq etmiş və göy üzü ilə təmas edən günəş şüalarının Yerə birbaşa və dümdüz deyil, sınaraq çatdığını müəyyən etmişdir.

Xəzini kimyəvi maddələrin sıxlıq və xüsusi çəkilərini ölçmək üçün icad etdiyi həssas tərəzilərlə kimya elminin inkişafına yardımçı olmuşdur. “Kitab mizanül-hikmə” (Müdriklik ölçüsü) adlı əsərində su tərəzisini bir ölçmə aləti kimi tanıtmışdır. İcad etdiyi bu tərəziyə “əl-mizanül-cami” (toplayan tərəzi) adını vermişdir. Bu tərəzi ilə apardığı sıxlıq və çəki hesablamaları dövrümüzün texnologiyasından istifadə etməklə aparılan hesablamaları olduqca yaxındır.226 Xəzini “Zic’i sanacari” (Ulduz kataloqu) adlı əsərində ulduzlar və planetlərlə bağlı məlumatlara və Səlcuqilər dövlətinin en və uzunluq dairələrinə də yer vermişdir. “Risalə fil-alət” (Alətlər haqqında məlumat) adlı kitabçasında isə müşahidə alətlərindən bəhs edir.

İbn Rüşd (1126-1198)

ibn rüşd, fiqh alimi

Tibb, riyaziyyat, fəlsəfə və fiqh alimi olan İbn Rüşd

Qərb dünyasında “Averos” adı ilə tanınan əndəluslu fəlsəfə, fiqh, riyaziyyat və tibb alimidir. Ən məşhur fəlsəfi əsəri “Təhafütül-təhafüt”dür (Ziddiyyətlərin ziddiyyətləri). Aristotelin düşüncə sistemini İslam ilə əlaqələndirməyə çalışmışdır. Qərbdə Aristotelin elmi mirasının yenidən kəşf edilməsi İbn Rüşdün əsərlərinin XII əsrin əvvəllərində latın dilinə tərcümə edilməsi ilə nəticələnmiş və əsərləri əsrlər boyu şərq və qərb düşüncə tərzinə təsir etmişdir. Ondan ən çox təsirlənənlər yəhudi alim İbn Meymun, xristian mütəfəkkiri Akinolu Tomas və protestant reformist Martin Lüter olmuşdur. Kitabları on cild şəklində İtaliyada çap edlmiş və həm İtaliya, həm də Fransa universitetlərində dərslik kimi istifadə edilmişdir.227

İnsan orqanizmini yaradılış etibarilə Allah`ın fövqəladə əsəri "228 kimi görən İbn Rüşd: “Tədqiq edilmək üçün orqanizmin kəsilib hissələrə ayrılması imanı qüvvətləndirir”, - demişdir. 229 Nevrologiya sahəsində İbn Rüşd parkinson xəstəliyinin varlığını və fotoreseptor xüsusiyyətlərinin gözün tor qişasına aid olduğunu irəli sürmüşdür.230

Fizika sahəsində isə İbn Rüşd qüvvəni “maddi bir varlığın kinetik vəziyyətini dəyişdirməkdə işin görülmə sürəti” kimi tərif edən və ölçən ilk şəxsdir. Bundan əlavə, qüvvənin təsiri və ölçüsünün maddi baxımdan davamlı bir kütlənin kinetik vəziyyətindəki dəyişiklik olduğunu iddia edən ilk şəxs də İbn Rüşddür.231

Bədiüzzaman Cəzəri (1136-1206)

Qərb mənbələrinin dövrünün zirvəsinə qalxmış müsəlman mühəndis kimi tərif etdiyi Cəzəri Şərqi Anadoluda Diyarbəkir Artuklu sarayında 32 il baş mühəndis olmuşdur. Burada elmi fəaliyyətlər göstərən Cəzəri, eyni zamanda, xəbərləşmə, nəzarət, müvazinət qurma və nizamlama elmi olan kibernetika elminin ilk banisidir. 232 Zaman ərzində təkmilləşərək kompyuterlərin ortaya çıxmasına imkan yaradan bu elm sahəsi insanlarda və cihazlarda məlumat mübadiləsi, nəzarəti və müvazinətin vəziyyətini tədqiq edir. 233 Cəzərinin çox saylı icadları bu gün də heyrətamiz keyfiyyətlərə malikdir.

bediüzzaman cəzəri, müsəlman mühəndis

Cəzəri qərb mənbələrində dövrünün zirvəsini fəth edən müsəlman mühəndis adlandırılır.

Cəzəri su saatları, avtomatik nəzarət qurğuları, fəvvarələr, qan toplama qabları, şifrəli qıfıllar və robotlar kimi praktik və estetik bir çox qurğuların dizaynını verən və bunların necə həyata keçiriləcəyini izah edən “Əl-Cami bəynə’l-İlm və’l-aməlin-nafi fi sinaati’l hiyəl” (Cihaz hazırlanmasında faydalı məlumatlar və tətbiqlər) adlı kitabın müəllifidir. Əsərdə yer alan bütün şəkilləri özü çəkmiş və rəngləmişdir. XX əsrin başlanğıcından etibarən qərb dünyasında böyük maraqla qarşılanan bu əsər 1974-cü ildə “Al Jazari’s Book of Knowledge of Ingenious Mechanical Devices” (Əl-Cəzərinin mahir mexaniki cihazlar haqqında məlumat kitabı) adı altında Donald R. Rill tərəfindən ingilis dilinə tərcümə edilmişdir. Kitabın tərcüməsinə ön söz yazan məşhur elm tarixçisi prof. Uayt Cr. bir çox kəşfin Leonardo da Vinçi və digərlərindən çox əvvəl Cəzəri tərəfindən edildiyini bildirir. Kibernetika elmindən istifadə etməklə düzəltdiyi mükəmməl cihazlara bənzər icadlara Cəzərinin vəfatından ancaq 200-500 il sonra başqa əsərlərdə rast gəlinir.

Cəzərinin dünya şöhrətli əsərində avtomatik cihazlar, robot fillər, öz-özünə oxuyan tovuz quşları, avtomatik saatlar, ələ su tökən robot insan və mühəndisliklə bağlı bir çox cihazların düzəldilməsi və işləməsi haqqında məlumatlar verilmişdir. Kitabda 50 cihazın ətraflı dizaynı çertyojları ilə birgə verilmişdir. Bu alətlərin 6-sı su saatı, 4-ü parafinli saat, 6-sı uzun lüləkli dolça, 7-si əyləncə məqsədilə istifadə edilən müxtəlif səslər çıxaran avtomat cihazlar, 3-ü dəstəmaz almaq üçün istifadə edilən avtomat cihaz, 4-ü qan alma qabı, 6-sı fəvvarə, 4-ü özü səs çıxaran cihaz, 5-i suyu yuxarı çıxaran cihaz, 2-si qıfıl, 1-i bucaq ölçən, 1-i qayıq su saatı və Amid şəhərinin qapısıdır. Cəzəri bu cihazlarda istifadə edilən xüsusi hissələri də çox dəqiqliklə hazırlamışdır.

cəzəri, fil saatı

1- 1- Avtomatlaşdırılmış musiqili oyuncaq 2- Hidroenerjili su qaldıran maşın sxemi 3- Su gücü ilə çalışan sakya zəncirli nasos vasitəsi 4- Bir növ şam saatı 5- Avtomatlaşdırılmış masa maşını 6- Fil saatı 7- Əl yumaq maşını

Kəşfçi və mühəndis kimi Əl-Cəzəri, eyni zamanda, istedadlı bir sənətkar idi. Kitabında kəşfləri üçün təlimatlar vermiş və onları miniatür şəkillər istifadə edərək canlandırmışdır.

İbn Baytar (1199-1248)

Botanika, tibb və əczaçılıq elmlərində xüsusi yeri olan İbn Baytar orta əsrlərin ən böyük botaniki və əczaçısı kimi tanınır. Tibb ensiklopediyası, “Qəribə fillər”, “Diskorides parafrazı”, “Dərmanlar və qidalar ensiklopediya”sını yazmışdır. İbn Baytar həyatı boyu etdiyi səfərlərdə şəfalı otlarla bağlı dərin məlumatlar toplamışdır. Bu məlumatları “Baytarnamə” kimi də tanınan “Dərmanlar və qidalar ensiklopediyası”nda toplamışdır. Bu əsərdə 200-ü əvvəllər məlum olmayan, habelə digər alternativ bitkilərin əvəzinə istifadə edilə biləcək cəmi 1400 bitkilərin müalicəvi əhəmiyyətindən bəhs etmişdir. Tamamilə müasir metodlarla qələmə aldığı bu kitabda hansı dərmanların düzəldilə biləcəyini izah edən İbn Baytar bunları əlifba sırası ilə tərtib etmişdir. Dərmanların adlarının ərəb, yunan, fars və ispan dillərində qarşılığını vermişdir.234

Avropanın intibah dövründə avstriyalı şərqşünas Zonteymer Baytarın “Dərmanlar və qidalar ensiklopediyası”nı latın dilinə tərcümə etmişdir. Bu kitab XIX əsrə qədər qərb universitetlərində mənbə kimi istifadə edilmişdir.

Nəsrəddin Tusi (1200-1273)

nəsrəddin tusi, əlyazması
 

Nəsrəddin Tusi və əlyazması

Nəsrəddin Tusi mühəndislik və kosmosla bağlı fəaliyyətlərə yeniliklər gətirən, triqonometriyanı müstəqil elm sahəsinə çevirərək inkişaf etdirən böyük riyaziyyatçıdır. Evklidin “Prinsiplər” adlı 13 cildlik kitabını şərh və mühakimə etmişdir.

Nəsrəddin Tusi bəzi mühəndislik məsələlərini cəbr yolu ilə, bəzi cəbr məsələlərini də mühəndislik üsulu ilə həll edərək, riyaziyyatda yeni sistemlər meydana gətirmişdi. Riyaziyyat sahəsində “Hərəkətli kürə”, “Kürənin açılması” və “Cəbr və müqayisə” kimi kitablar yazmışdır. 235 Tusinin Marağada qurduğu rəsədxana qısa zaman ərzində İslam dünyasının ən böyük və ən məşhur rəsədxanalarından birinə çevrilmişdir.236 Zaman keçdikcə dünya tarixinin ən böyük və ən məşhur rəsədxanalarından biri kimi qəbul edilmişdir.

Tusi Ptolomeyin “Magesty” adlı kitabını şərh edərək kainat üçün yeni və daha bəsit bir nəzəriyyə irəli sürmüş, bu fəaliyyəti ilə də Kopernikin uğurlarına zəmin hazırlamışdır. Fizika, mühəndislik və kosmosla bağlı fəaliyyətlərində göstərdiyi yeniliklər bəşəriyyətin bu sahələrdə inkişafına yardımçı olmuşdur. Onun nəzəriyyə və sübutları dövrümüzdə də riyaziyyatçıların təqdirinə səbəb olmuşdur. Nəsrəddin Tusinin triqonometriya ilə bağlı kitabı qərb dünyasında latın, fransız və ingilis dillərinə tərcümə edilmiş və bir çox alimlər bu kitaba əsaslanaraq yeni teoremlər irəli sürmüşlər.

Amerikalı şərqşünas Corc Sarton Nəsrəddin Tusi haqqında belə demişdir: “Tusi ən böyük müsəlman alimi və riyaziyyatçılarından biridir”. 237

Əl-Qəzvini (1203-1283)

Əl-Qəzvini, coğrafiyaşünas
 

Zəkəriyyə ibn Məhəmməd Qəzvininin əsərindən bir səhifə

Böyük coğrafiyaşünas və yerşünas Zəkəriyyə bin Muhəmməd Qəzvini on beş illik fəaliyyəti nəticəsində “Əcaib əl-məxluqat və qara’ib əl-mövcudat” (Əcaib məxluqlar və qəribə varlıqlar) adlı kitab hazırlamışdır. Bu kitab fars, türk və fransız dillərinə tərcümə edilmişdir. Kitab iki əsas bölmədən ibarətdir. Birinci bölmədə göy cisimləri və kosmosla bağlı məlumatlar verilir, göy cisimlərinin yer və zamana görə mövqelərindən bəhs edilirdi. İkinci bölmədə isə yer kürəsi ilə bağlı əsas məlumatlar, yer üzünün geoloji quruluşu, minerallar, bitki və heyvanlardan danışılırdı. Alman tədqiqatçı Karl Brokelmanın “İslam mədəniyyətinin ən dəyərli kosmoqrafiyası” adlandırdığı Qəzvininin kosmoqrafiyası İslam dünyasında ən çox oxunan əsərlərdən biri idi (Kosmoqrafiya kosmologiyanın riyaziyyat və fizikanın yalnız əsas anlayışlarından faydalanaraq ən əhəmiyyətləri hadisələrdən bəhs edən elm qoludur).

“Əcaib əl-məxluqat” adlı əsərin xüsusiyyəti Allah`ın birliyi və yaradılışın birliyi əsasında yazılmasıdır. Kainat mütləq gerçək olan Allah`ın təcəllisidir. Allah`ın “Ol” əmri kainatdakı hər şeyin bir anda var olmasını və yaradılmış canlıların öz aralarında qarşılıqlı əlaqədə olmalarını təmin etmişdir. İslama görə, insan Allah`ın yaratmasındakı hikməti olduqca yaxşı şəkildə anlamalıdır. Qəzvini insanın Allah`ın xariqüladə və hikmətli yaratmasını tədqiq etmək, heyrətlə bunun üzərində düşünmək və bunu anlamaq üçün özü üçün mümkün olan və ən yüksək səviyyədə çalışmağın vacibliyini qeyd etmişdir. Bu şəkildə, insan həm bu dünyanın, həm də axirətin gözəlliklərini qazanacaqdır.238

Qəzvini şərqdə və qərbdə keçmiş alimlərin bilmədikləri bir çox həqiqətləri aşkar etməyi bacarmışdı. Kosmos və coğrafiya sahələri ilə məşğul olan bir çox alimlər XVI-XVII əsrlərə qədər bu kitabdan istifadə etmişlər.239 Qəzvininin ən son kitabı “Ölkələrin izləri və insanların xəbərləri” isə bir növ bəşəriyyət tarixidir.

İbn Nəfis (1213-1288)

XIII əsrdə elmdə mühüm nailiyyətlərə möhürünü vurmuş başqa bir alim İbn Nəfis adı ilə tanınan Əlaəddin Əli əbil-Hazam əl-Qureyşidir.240

ibni batuta, səyahətçi
 

Böyük bir səyahətçi olan Batutanın səyahətləri ərəfəsində Dehli İmperatoru ilə tanış olmasını təmsil edən bir rəsim görürük.

“Mücəzül-Qanun” adlı məşhur əsərində İbn Nəfis bir çox tibbi açıqlamalar etmişdir. Əsərində, xüsusilə ürəyin və tənəffüs yollarının anatomiyasını tədqiq edərək ağciyərlərin quruluşunu və funksiyasını aşkar etmiş, kapillyarların varlığını sübut etmişdir. 241 Əsərin ən əsas xüsusiyyəti İbn Nəfisin kiçik qan dövranını XVI əsrdə Mişel Servetusdan 3 əsr əvvəl eynilə onun kimi təsvir etməsidir. O dövrə qədər klassik inanc anatomiyada septumun (bir orqanın iki ayrı bölməsini bir-birindən ayıran ayırıcı pərdə və ya divar) keçirici olduğunu düşünürdü. İbn Nəfis isə septumun keçirici olmadığı fikrini irəli sürmüşdür. Belə ki, sonrakı əsrlərdə septumun keçirici olmadığı müşahidələrlə sübut edilmişdir. 242 İbn Nəfis, şübhəsiz, bu əhəmiyyətli kəşfi ilə tibb tarixinin ən böyük şəxsiyyətlərindən olmuşdur. Bundan başqa, İbn Nəfis gözün quruluşu ilə görmə hadisəsini tədqiq edərək, bunu müasir şəkildə aşkar etmişdir.

İbn Batuta (1303-1378)

Böyük səyyah olan Batuta səyahət etdiyi yerlərdə yaşadığı və gördüyü hər şeyi dəftərinə qeyd etmişdir.

Batuta iki il ərzində üç qitəyə etdiyi səyahətdə gördüklərini qələmə almışdır. Onun səyahətlərində toplanan məlumatlar Marko Polonun səyahətində əldə edilənlərdən qat-qat artıqdır. Batutanın ölümündən 500 il sonra şərqşünaslar onun səyahətləri ilə maraqlanmağa başlamış və kitabını latın, ingilis, fransız və alman dillərinə tərcümə edərək hadisələri şərh etmişlər.

İbn Haldun (1331-1406)

kompas, günəş saatı

Təkmilləşdirilmiş göy kürəsi, kompas, günəş saatları, mexaniki olan günəş və ay təqvimləri kimi bir çox əhəmiyyətli kəşflər İslam alimlərinin fəaliyyətləri nəticəsində tapılmışdır.

 

İbn Haldun sosiologiya elminin banisi hesab edilir. Təcrübələri və öyrəndikləri nəticəsində 5 ay qədər qısa müddətdə yazdığı “Tarixin əhəmiyyəti haqqında müqəddimə” adlı əsəri təkcə sosiologiyanın deyil, bütün sosial elmlərin əsasını qoyan kitab olmuşdur.

Sosiologiyaya dair dünyanın ən tanınmış kitablarından birinə çevrilərək “İbn Haldunun müqəddiməsi” kimi tarixə düşmüşdür. Bu kitabda bəşəriyyət tarixinə təsir edən sosial həqiqətlərdən bəhs edilir.243 İlk həqiqət “tarix filosofu” kimi qəbul edilən İbn Haldun tarix fəlsəfəsini ilk dəfə olaraq tarixi hadisələrə əsaslandırmışdır.

ibni haldun, sosiologiyanın banisi
 

Sosiologiyanın banisi hesab olunan İbn Haldun

Qədizadə Rumi (1337-1421)

Riyaziyyat, astronomiya və fiqh alimi Qədizadə Rumi Səmərqənddə Əmir Teymurun nəvəsi Uluq bəyin müəllimi olmuşdur. 244  Uluq bəy də müəllimi Qədizadəyə böyük dəyər verib, onun üçün mədrəsə və rəsədxana tikdirmişdir. Qədizadə Rumi bu rəsədxanada apardığı müşahidələr nəticəsində qədim yunan alimlərinin əldə etdiyi bir çox məlumatların səhv olduğunu müəyyən etmişdi. Astronomik cədvəllərin yenidən tərtib edilməsi ilə ciddi məşğul olmuşdu. Buna görə də Qədizadədən dövrünün ən ciddi və əsl astronomu kimi bəhs edilir.

Qədizadə Ruminin ən diqqətçəkən fəaliyyətlərindən biri də sinus 1-i hesablamasıdır.245

“Risalə fi istihrac il-cəyb dərəcə vahidə” (Birinci dərəcədən çıxarma haqqında risalə), “Şərh-i əşkal üt-təsis” (Eşkal üt-təsis açıqlaması), “Müxtəsər fi’l hisab” (Hesabın xülasəsi) kimi əhəmiyyətli əsərləri vardır. Fətulla Şirvani və Əli Quşçu kimi məşhur alimlər də Qədizadə Ruminin tələbələrindəndi.

Mahmud Şirvani (1375-1450)

Osmanlı tibbinin ilk həkimlərindən biri kimi qəbul edilən Şirvani yaşadığı dövrdə 11 əsər qələmə almış və bütün əsərlərini dövrünün dövlət xadimlərinə həsr etmişdir.246

Fateh Sultan Məhmətə həsr etdiyi son əsəri və əsərləri arasında ən əhəmiyyətlisi olan “Mürşid” Osmanlı tibbində göz xəstəliklərinə aid ən böyük əsər kimi tanınır.247

Yazdığı başqa bir əsər “Tuhfe-i Muradi” isə ehtiva etdiyi məlumatlara görə, Anadoluda yazılan ilk tibb əsərləri siyahısına salınmışdır. Kitab, əslində, qiymətli daşlardan bəhs etsə də, bu daşların tibdə istifadəsini izah etdiyinə görə, tarixçilər tərəfindən tibb kitabı kimi qəbul edilir.248

Şirvaninin əsərlərinin 4-ü ərəb, 6-sı türk dilində qələmə alınmışdır. İlkin dövr Osmanlı tibbində bu qədər yaradıcı ikinci tibb yazıçısı yoxdur.249

Şəfaəddin Sabunçuoğlu (1386-1470)

Osmanlı dövründə tibb elminin inkişaf etməsində bu alimin əsərlərinin böyük təsiri olmuşdur. Sabunçuoğlunun türk dilində qələmə aldığı və ilk cərrahiyyə kitabı olan “Cərrahiyyət əl-haniyyə” cərrahi əməliyyatları ilk dəfə miniatürlə göstərdiyi üçün tibb tarixində çox məşhur olmuşdur.250

Zöhrəvinin kitabını təkmilləşdirərək yazdığı “Kitabül-Təsrif”də alətlərlə bərabər əməliyyatların necə aparıldığını göstərən şəkillər də vardır. Dərmanlarla bağlı olan “Mücərrəbnamə” adlı əsəri də var.251

Ağşəmsəddin (1389-1459)

Tibb, astronomiya, biologiya və riyaziyyat kimi elm sahələrində dövrünün məşhur alimi olmuşdur. Tibb ilə bağlı türkcə yazdığı “Maddətül-həyat” (Həyat maddəsi) və ərəbcə yazdığı “Həll-i müşkilat” (Çətinliklərin həlli) və “Risalət-ün nuriyə” (Nur risaləsi) adlı təsəvvüf kitabları məşhur əsərlərindəndir. 252

“Maddətül-həyat” adlı əsərində: “Xəstəliklərin insanlarda bir-bir ortaya çıxdığını düşünmək səhvdir. Xəstəliklər insandan insana yoluxma yolu ilə keçir. Bu yoluxma gözlə görünməyəcək qədər kiçik, ancaq canlı toxumlar vasitəsilə olur”, -deyərək bundan beş yüz il əvvəl mikrobu tərif etmişdir. 253 Pasterin texniki alətlərlə Ağşəmsəddindən dörd əsr sonra gəldiyi nəticəni dünyaya ilk dəfə xəbər verən Ağşəmsəddin sərətan (xərçəng) xəstəliyi ilə də məşğul olmuşdur.

Sultan II Murad və II Məhmətə yaxınlığı ilə tanınan Ağşəmsəddinin hazırladığı dərmanlarla sarayda və saray ətrafında bir çox xəstələrini sağaltdığı məlumdur. Ağşəmsəddinin son dərəcə əhəmiyyətli iki böyük tibbi əsəri hələ də tibbi ədəbiyyatda əhəmiyyətini qoruyub saxlayır.

Uluq bəy (1393-1449)

uluq bəy, astronom

Dövrünün ən məşhur astronomlarından olan Uluq bəy

Xüsusilə astronomiya və riyaziyyat elmlərinə maraq göstərən Uluq bəy gənc yaşına baxmayaraq, yaşadığı dövrdə elmi fəaliyyətlərə əhəmiyyət vermiş və 1417-ci ildə astronomiya sahəsində fəaliyyətlərini genişləndirmək üçün mədrəsə tikdirmişdir.

Əl-Kaşi (onluq kəsri kəşf edən müsəlman riyaziyyatçı) 254) və Qədizadə Rumi kimi dövrünün ən məşhur elm adamlarını bu mədrəsədə toplayan Uluq bəyin 0.8 kəsrə qədər doğru olan dəqiq sinus və kosinus cədvəlləri və sferik triqonometriya formulları ilə bağlı çalışmaları vardır.

Qərb elm adamlarının XV əsrin ən böyük astronomu kimi qəbul etdikləri Uluq bəy astronomiya sahəsində fəaliyyətlərinin əsasını təşkil edən triqonometriya elmi sahəsində geniş fəaliyyət göstərmiş və böyük əsəri “Uluq bəy Zici”ni yazmışdır. Ptolomeydən sonra ilk ətraflı ulduz cədvəli olan “Uluq bəyin ulduzlar cədvəli” XVII əsrə qədər astronomik fəaliyyətlərin mənbəyi olmuşdur. Bu əsərdə 1022 ulduzun adı və mövqeyi göstərilmişdir. Con Qrivz bu kitabın bir hissəsini 1648-ci ildə Oksfordda çap etdirmişdir. İki il sonra Londonda birinci bölməsi çap edilmiş, sonra ikinci dəfə nəşr edilmiş və 1665-ci ildə latın dilinə tərcümə edilmişdir. Daha sonra əsər bütövlükdə fransız dilinə tərcümə edilmişdir. 255 Bundan başqa, Səmərqənd rəsədxanasındakı tədqiqatlar o dövrə qədər qəti şəkildə qəbul edilən Ptolomeyin hesablamalarındakı bəzi səhvləri də ortaya çıxarmışdır.256

Rəsədxanadakı müşahidələr nəticəsində əldə edilən faktlar Uluq bəyi olduqca doğru şəkildə bir ilin uzunluğunu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə olaraq hesablamasını təmin etmişdir. Uluq bəyin elm dünyasına digər xidmətləri isə Günəş, Ay və planetlərlə bağlı əldə etdiyi faktlardır. 257 Qərb elm dünyası Uluq bəyə “XV əsr astronomu” adını layiq görmüş, Beynəlxalq Astronomiya Dərnəyi də Ay səthindəki bir kraterə onun adını vermişdir.258

 
osmanlı miniatürü, elyazma eser
 

Solda XVII əsrə aid astronomiya fəaliyyətlərini əks etdirən bir Osmanlı miniatürü, altda isə Kandilli rəsədxanasının arxivindən tapılmış əlyazması olan bir əsər təsvir olunmuşdur.

Əli Quşçu (1403-1474)

Türk-İslam dünyasının astronomiya və riyaziyyat alimləri arasında ərsəyə gətirdiyi əsərlər ilə böyük şöhrət qazanmış Əli Quşçu astronomiyanın qabaqcıl alimlərindən biri olaraq qəbul edilir. Xüsusilə bu iki sahədə dövrünün sərhədlərini aşacaq qədər əhəmiyyətli təlim və təhsil sahələrində fəaliyyətləri olmuşdur.

Fateh Külliyyəsində bir günəş saatı düzəldən Əli Quşçu İstanbulun en və uzunluq dairəsinin dərəcəsini müəyyən etmişdir. 259 Ayın ilk xəritəsini tərtib edən Quşçunun adı dövrümüzdə Aydakı bir əraziyə verilmişdir.

əli quşçu, astronom
 

Ayın ilk xəritəsini düzəldən məşhur Osmanlı astronomu Əli Quşçu

Əli Quşçunun astronomiya ilə bağlı ən böyük əsərlərindən biri “Risalə-i fil Heyə”dir (Astronomiya risaləsi). 260 Riyaziyyat və astronomiya sahəsində dərin iz qoyan bu əsərdə göy cisimlərinin Yerdən uzaqlıqlarına qədər bütün elmi təfərrüatı vardır. Fars dilində yazılmış, sonra isə ərəb dilinə tərcümə edilmiş, qərb elminin Türkiyəyə daxil olmasından sonra da astronomiya sahəsində üstünlük verilən bir kitab olmuşdur.

Riyaziyyat sahəsindəki böyük əsəri “Risalə-i hisab”dır (Arifmetika risaləsi). Bundan başqa, dövrünün ən qabaqcıl riyaziyyat məlumatlarını ehtiva edən “Şərhi zic-i Uluq bəy” (Uluq bəyin ulduz kataloqu) adlı əsəri xidmətləri ilə şöhrət qazanmışdır. 261

“Risalətül-fəthiyyə” adlı əsəri isə XIX əsrdə İstanbul Mühəndisxanasında (İstanbul Texniki Universiteti) dərslik kimi istifadə edilmişdir. Bu əsərdə göy cisimlərinin Yerdən uzaqlıqlarına yer vermiş, bundan başqa, Yerin xəritəsini də kitabının sonuna əlavə etmişdir. Burada Yer kürəsinin oxunun maililiyini 230 30’ 17” kimi müəyyən etmişdir. Bu, dövrümüzün müasir astronomik rəqəmlərinə (230 27’) olduqca yaxın bir qiymətdir.

Molla Lütfi (?-1495)

XV əsrin məşhur riyaziyyatçılarından sayılan Molla Lütfi “Təzifül-məzbəh” (Mehrab daşının iki mislinin tapılması haqqında) adlı kitabında kvadrat və kubun tərifləri, tərəflərin və üzlərinin hasili və ikinci qüvvətə yüksəldilməsi kimi həndəsi mövzulardan bəhs etmiş və məşhur Delos məsələsini tədqiq etmişdir.262

Mukbilzadə Mümin (XV əsr)

Osmanlı dövrünün önəmli alimlərdən biri də II Murad dövründə yetişmiş və iki əhəmiyyətli əsər yazmış Mukbilzadə Mümindir. Mümin göz xəstəlikləri mövzusu ilə xüsusi olaraq maraqlanan Şirvani ilə birlikdə ilk Osmanlı həkimlərindəndir.

Yazıçının ilk əsəri padşaha ithaf edilmiş “Zahire-i Muradiyə”dir. İkinci əsəri “Miftahün-nur” və “Hazainüs-sürur” da eyni şəkildə padşaha ithaf edilmiş əhəmiyyətli tibb kitabıdır. Kitabda diaqnoz və sağlamlıq haqqında ümumi şəkildə bəhs edildikdən sonra, göz xəstəliklərinə dair təfərrüatlar izah edilir. 263 Bu önəmli əsərdə baş və kəllə quruluşu və xəstəlikləri, göz xəstəlikləri, göz qapağı narahatlıqları, konyuktivit (göz qapağı selikliki qişasının iltihabı) və gözün buynuz qişasının iltihabı kimi xəstəliklərin ətraflı şəkildə tərifi verilir, xəstəliklərin qarşısının alınması üçün tədbirlər və çarələr izah edilir.264

Osmanlılarda bütün Daruşşəfa vəqflərindəki həkim siyahılarında Mukbilzadə Müminin adının mütləq olması dövrünün son dərəcə önəmli həkimi olduğunu sübut edir, eyni zamanda, o dövrdə göz xəstəliklərinə verilən diqqəti də əks etdirir.

Mirim Çələbi (?-1525)

Əsl adı Mahmud bin Mehmed olan Mirim Çələbi XVI əsr Osmanlı Türkiyəsinin ən qabaqcıl astronom və riyaziyyatçılarındandır. İstanbulda doğulmuş, mədrəsələrdə oxumuş və Bəyazidin şahzadəliyi dövründə müəllimlik etmiş və vacib vəzifələrdə çalışmışdır. Əli Quşçudan sonra Osmanlı dövründə həndəsənin inkişafı üçün ən çox çalışan şəxs Mirim Çələbi olmuşdur. Riyaziyyata və astronomiyaya dair bir çox əsərlər yazmış, “Şifaəl-əsqam və dev’əl-aləm” və “Kitab əl-ta’alim fi’t-tibb” adlı iki ərəbcə əsəri Osmanlı tibbinin inkişafında böyük rol oynamışdır.

Qədizadə və Ali Quşçunun nəvəsi olan Çələbinin ən böyük əsərlərindən biri “Uluq bəyin zici”nə “Düsturül-əməl” və “Tashihül-cədvəl” (İşin prinsipi və cədvəlin düzəldilməsi) adlı farsca yazdığı şərhdir. 265 Yazıçı əsərdə mövzuları müxtəlif yollarla izah etmiş, məsələn, 1 dərəcəlik əyri xəttin sinusunu hesablamaq üçün çox anlaşıqlı şəkildə 5 müxtəlif həll yolunu göstərmişdir.

Riyaziyyat və astronomiya ilə bağlı bir çox risaləsi vardır. Mirim Çələbi Osmanlı dövlətində astronomiya və riyaziyyat elmlərinin inkişaf etməsi üçün ən çox çalışan müsəlman alimlərdəndir.

Seydi Əli ibn Hüseyn (1498-1563)

Seydi Əli Rəis kimi tanınan Seydi Əli ibn Hüseyn bir çox dəniz səfərində, xüsusilə müharibələrdə iştirak etmiş, sonra Barbaros Xeyrəddin Paşanın xidmətində qulluq etmiş, astronomiya sahəsində mütəxəssis və böyük dənizçi olmuşdur.266

Seydi Əli Rəisin dəniz astronomiyası və coğrafiyasını, həqiqətən, çox yaxşı bilən alim olduğunu göstərən ən əhəmiyyətli əsəri “Kitabül-Muhit”dir. Əsərdə istiqaməti müəyyən etmə, zaman hesabı, təqvim, Günəş və Ay zamanları, kompas bölmələri, müxtəlif adaların və məşhur limanları qütb ulduzuna hündürlükləri, astronomiyaya aid bəzi məlumatları, küləklər, hərəkət yolları, böyük fırtınalar və bunlara qarşı görüləcək tədbirlər kimi vacib mövzular yer alır. Mövzulardan da məlum olduğu kimi, “Muhit” son dərəcə elmi və vacib əsərdir.267

Seydi Əli Rəis, eyni zamanda, Əli Quşçunun məşhur əsəri “Fəthiyyə”ni “Xülasatül-Heyə” adı altında tərcümə etmiş və əlavələr etmişdir. Göyləri sayarkən astronomiya terminləri istifadə etmiş, aləmin mərkəzinin yerin mərkəzi olduğunu və ağır cisimlərin yerin mərkəzinə doğru düşdüklərini əlavə etmişdir.268

Yazıçı digər əsəri “Mirati-kainat”da isə Günəşin hündürlüyü və ulduzların yerləri, qiblənin və günorta vaxtının müəyyən edilməsi, dairə çevrələrinin, sinus, xorda və tangenslərin tapılması və qarşı tərəfinə keçmək mümkün olmayan çayın enini ölçmə üsulu kimi mövzularda məlumat verir. Sahəsinə dair bir çox vacib biliklər vermiş və özündən sonra çox dəyərli əsərlər qoymuş üstün bir dənizçi və astronomdur.269

Takiyüddin (1521-1585)

takiyüddin, rəsədxana

Takiyüddin, 16 -cı əsrin böyük astronomlarından biridir. Düzəltdiyi vasitələr bu əsrin ən mükəmməl müşahidə vasitələri sırasındadır. Solda Takiyüddin tərəfindən izlənən Quyruqlu bir Ulduz, sağda isə yenə Takiyüddin tərəfindən qurulan rəsədxananın şəklini görürük.

 

XVI əsrin ən böyük astronomlarında biridir. Dövlətdən vəzifə almaq üçün Qahirədən İstanbula gəlmiş, riyaziyyat elmindəki ustalığına görə Sultana tanıdılmış və onun böyük yardımı ilə rəsədxana qurmuşdur. İstanbul rəsədxanasını quran Takiyüddin göy cisimləri ilə bağlı ölçmə aparmaq üçün istifadə etdiyi doqquz mahir alət düzəltmiş və bunlar XVI əsrin ən mükəmməl müşahidə cihazları olmuşdur. Bu cihazlardan biri olan “libnə” ulduzların meridiandan keçmələrini müşahidə etmək üçün istifadə edilən divar saatıdır. Bu alətlə o dövrdə göy cisimlərinin ekvatorial koordinatlarının hesablanması mümkün olmuşdur.

Takiyüddinin ən əhəmiyyətli əsəri “Sidrətül-müntəha”dır. Bu əsərdə Günəşin parametrləri üç müşahidə nöqtəsi üsulundan istifadə etməklə hesablanmışdır. Takiyüddin Tayko Brahe və Kopernikdən başqa dünyada bu üsulu istifadə edən üçüncü şəxsdir. Oxşar nəticələrə gəlmələrinə baxmayaraq, Takiyüddinin Günəşin parametrləri ilə bağlı hesablamaları XVI əsrdəki ən doğru hesablamalar kimi tarixə düşmüşdür.

Takiyüddin əsərlərində saatlardan astronomik alət kimi bəhs etmişdir.271 Bu saatların ən əsas xüsusiyyəti dəqiq şəkildə dəqiqə və saniyəni hesablamasıdır. Avropada dəqiqə və saniyəni göstərən saatın düzəldilmə tarixi Takiyüddinin bu mexanizmdən bəhs etməsi ilə eyni dövrə təsadüf edir.

Takiyüddiin “Xaridətüd-dürər və Fəridətül-fikr” (İncilər topluluğu və görüşlərin incisi) adlı kiçik bir astronomik cədvəlində onluq kəsrlərdən istifadə etmiş və bu barədə məlumat vermişdir. Başqa sözlə, onluq kəsrlər Avropaya məlum olmasından çox əvvəl Takiyüddin tərəfindən sadəcə tanıdılmamış, hətta istifadə də edilmişdir. 272 Takiyüddinin optika sahəsindəki fəaliyyətləri də optika elminin təməl biliklərini təşkil etmişdir. Optika elmində əldə etdiyi yüksək səviyyə XVII əsrə qədər qərbdə aktuallığını qoruyan mübahisələrlə paralel davam etmişdir. 273Bütün bunları nəzərə alaraq Takiyüddinin dünyada ilkləri həyata keçirən alimlərdən biri olduğu açıq şəkildə görünür.

Katib Çələbi (1609-1657)

İstanbullu Katib Çələbi həm elmlə məşğul olmuş, həm də dövlət xadimlərinin uşaqlarına xüsusi dərs vermişdir. Ərəb, fars, latın dillərini bilən Katib Çələbinin əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir. Ən vacib əsəri olan “Kəşfüz-Zünun” 10000 İslam yazıçısının 14500 əsərini bir-bir sadalayan biblioqrafiya lüğətidir. Türkcə yazılmış coğrafiya kitablarının ən önəmlisi olan “Cihannüma”, çox dəyərli Osmanlı tarixi kitabı olan “Fəzləkə”, Türk-Osmanlı dənizçilik tarixini əks etdirən “Tuhfətül-Kibar” və dünya tarixindən bəhs edən “Təqvimüt-Təvarih” çox məşhur əsərlərindəndir.274

Coğrafiya və astronomiya sahəsindəki “Cihannüma” adlı əsərində Yerdəki 5 qitəni 6 yerə bölmüş və hər biri haqqında ümumi məlumatlar vermişdir. (Avropa, Asiya, Amerika, Avstraliya və qütblər). Əsərdə Yerin kürə şəklində olduğunun sübutu üçün müxtəlif dəlillər göstərilmiş və Yaponiyadan Ərzuruma qədər bilinən bütün bitkilər və heyvanlar haqqında məlumat verilmişdir. “Cihannüma”, eyni zamanda, Osmanlıların üç qitədəki hakimiyyəti, şəhər və qəsəbələri haqqında heç bir yerdə olmayan dəyərli məlumatları ehtiva edən ilk və yeganə sistemli coğrafiya kitabıdır.275

Hezarfən Əhməd Çələbi (XVII əsr)

Hezarfən Əhməd Çələbi, türk aeronavtika tarixi
 

Hezarfən Əhməd Çələbi

Quşların uçuşunu tədqiq edərək hazırladığı qanadların davamlılıq dərəcəsini ölçmək üçün Qalata qülləsindən özünü havaya buraxaraq qanadlarını hərəkət etdirən Əhməd Çələbi boğazı keçmiş və Üsküdar tərəfdə enmişdir. Özü düzəltdiyi qanadlar ilə uçmağı bacaran ilk insanlardan biri olması və hərtərəfli biliyinə görə, xalq arasında “1000 elm” mənasını verən “Hezarfən” ləqəbi ilə tanınır.

Hazarfən Əhməd Çələbi bugünkü hava nəqliyyatı vasitələrinin bəsit formasını hazırlamış və türk aeronavtika tarixinin vacib simalarından olmuşdur.276

Nəticə 

Bu bölmədə elmi sahədə bir-birindən dəyərli fəaliyyətlərindən bəhs etdiyimiz müsəlman elm adamlarının ortaq xüsusiyyəti uca Rəbbimizin sonsuz elminin dəlillərini tədqiq edib, Onun qüdrətini daha yaxşı dərk etmək üçün çalışmalarıdır. Sadəcə bir qisminə yer verə bildiyimiz bu elm adamları yalnız elmi fəaliyyətlə kifayətlənməmiş, kainatdakı dəlilləri gördükcə Allah qorxuları artmış və insanlara Allah`ın mütləq varlığını tanıtmaq üçün çalışmalarını böyük bir şövqlə davam etdirmişlər. Elmin müsəlman qabaqcılları uca Rəbbimizin yaratdığı möhtəşəm mexanizmləri isbatlayarkən, eyni zamanda, təbiəti ilahiləşdirən (Allah`ı tənzih edirik) batil dinləri də yox etmək məqsədini güdmüşlər. Quran ayələrində yer alan məlumatları tədqiq etmiş, onların sirlərini kəşf etmək üçün elmdən doğru şəkildə istifadə etmişlər. Quranın elmə yol göstərdiyini nümunə götürərək bu araşdırmalar nəticəsində əldə etdikləri elmi tapıntıları bütün insanlara təqdim etmişlər. Müsəlman elm adamlarının liderliyi dövrümüzdə bütün müsəlmanlara nümunə olmalıdır. Bu, Rəbbimizin yaradılış dəlillərini bütün insanların geniş şəkildə bilməsinə və Allah`ın izni ilə din əxlaqının yayılmasında müsbət irəliləyişlərə yardımçı olacaqdır.

müsəlman elm adamları, elmi işlər

Müsəlman elm adamlarının ortaq xüsusiyyətləri əsas məqsədlərinin Allah`ın yaratdıqlarını araşdırıb Onun sonsuz gücünü, qüdrətini və elmini insanlara göstərməyə çalışmaqlarıdır.

 

QEYDLƏR

175. Howard R. Turner, Science in Medieval Islam, University of Texas Press, November 1, 1997, ISBN 0-292-78149-0, pg. 270 (book cover, last page)

176. Robert Briffault (1928). The Making of Humanity, p. 191. G. Allen & Unwin Ltd.

177. Robert Briffault (1928). The Making of Humanity, p. 202. G. Allen & Unwin Ltd.

178. Abdus Salam (1984) "İslam ve Bilim" In C.H.Lai (1987), İdealler ve Gerçekler: Abdus Salam'dan Seçme Deneme Yazıları , 2. Baskı, World Scientific, Singapur, S.179-213.

179. Oliver Joseph Lodge, Bilimin Öncüleri, s.9.

180. John Warren (2005). "War and the Cultural Heritage of Iraq: a sadly mismanaged affair", Third World Quarterly, Volume 26, Issue 4 & 5, p. 815-830.

181.Şaban Döven, "Müslüman İlim Adamları", Yani Asya neşriyat, İstanbul, 2004

182. Evid Based Complement Alternat Med, Aralık 2005, Vol. 2, Iss.4, s. 475-479

183. Robert Briffault (1938). The Making of Humanity, p. 195.

184. The Independent, London (UK) (095-9467, 11 Mart 2006, s. 22.

185. Prof. Dr. Mehmet Bayraktar, "İslam'da Bilim ve Teknoloji Tarihi", Türkiye Diyanet Vakfı Yayınlar, Ankara, 2000.

186. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s. 61.

187. Süleyman Feyyaz, Matematiğin Babası Harizmi, Anka Yayınları, 2003, İstanbul, s. 35

188. A.g.e, s. 23.

189. A.g.e, s. 20.

190. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s. 75

191. Ankara Üniversitesi Astronomi Tarihi ders notları (http://dione.astro.science.ankara.edu.tr/muyes/ast_tar/a101i.pdf)

192.Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s. 74

193. Carl B. Boyer, A History of Mathematics, John Wiley and Sons, 1968, New York, s. 258.

194. Prof. Prof. Dr. Mehmet Bayrakdar, İslam'da Bilim ve Teknoloji Tarihi, Türkiye Diyanet Vakfı Yayınları, 2007, Ankara, s. 252

195. George Saliba, Islamic Science and the Making of the European Renaissance, The MIT Press, 2007, Londra, s. 81.

196.http://ansiklopedi.turkcebilgi.com/Fergani

197. J.N. Fiske, The Discover of America, Cilt I, Boston 1983, s. 377-378; Grant, 1986, s. 72-73.

198. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s. 71

199. Prof. Prof. Dr. Mehmet Bayrakdar, İslam'da Bilim ve Teknoloji Tarihi, Türkiye Diyanet Vakfı Yayınları, 2007, Ankara, s. 247

200. Yusuf Karaosmanoğlu, Astronomide Bir Öncü: El Battani, Sızıntı Dergisi, Sayı. 336

201. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s. 119, 132

202.On Asır Yaşayan Hekim: Ebulkâsım Zehravî, A. Bayram, Sızıntı Dergisi, sayı 62

203.Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s.133.

204. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s.133.

205. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s. 132

206. http://tr.wikipedia.org/wiki/%C4%B0bn-i_Heysem

207. Süleyman Feyyaz, Eczacılığın Babası El Biruni, Anka Yayınları, 2003, İstanbul, s. 39

208. Süleyman Feyyaz, Eczacılığın Babası El Biruni, Anka Yayınları, 2003, İstanbul, s. 27

209. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s. 189

210. Süleyman Feyyaz, Eczacılığın Babası El Biruni, Anka Yayınları, 2003, İstanbul, s. 22

211.Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, s. 188

212.Süleyman Feyyaz, Eczacılığın Babası El Biruni, Anka Yayınları, 2003, İstanbul, s. 26

213. A.g.e, s. 36

214. A.g.e, s. 20

215. A.g.e,, s. 35

216. A.g.e,, s. 36

217. A.g.e,, s. 33

218. A.g.e,, s. 34

219. A.g.e,, s. 37

220. A.g.e,, s. 43.

221. A.g.e,, s. 43

222. A.g.e, s. 44.

223. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, İstanbul, s. 188.

224. A.g.e,, s. 188.

225. A.g.e,l, s. 188.

226.Yavuz Unat, "Teknoloji Tarihinde Cezerî'nin Öncülleri", Bilim ve Ütopya, Ocak 2001, Sayı 91, İstanbul 2001, s. 12-18

227. Süleyman Feyyaz, Son Filozof İbn Rüşd, Anka Yayınları, 2003, İstanbul s. 33-38

228. ami Hamarneh (1970), "Averroes, Contra Galenum by J. Christoph Burgel", Journal of the American Oriental Society 90 (2), p. 406

229. Dr. Albert Zaki Iskandar, Ibn ul-Nafees has Dissected the Human Body, Encyclopedia of Islamic World.

230. Ernest A. Moody (June 1951). "Galileo and Avempace: The Dynamics of the Leaning Tower Experiment (II)", Journal of the History of Ideas 12 (3), p. 375-422 [375]

231. Ernest A. Moody (June 1951). "Galileo and Avempace: The Dynamics of the Leaning Tower Experiment (II)", Journal of the History of Ideas 12 (3), p. 375-422 [380]

232. http://www.cizre.bel.tr/cizre.aspx?id=kisiler

233. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, İstanbul, s. 190.

234. Süleyman Feyyaz, Bitkibilimin Babası İbn Baytar, Anka Yayınları, 2003, İstanbul s. 42-47.

235. Süleyman Feyyaz, Trigonometrinin Babası Et-Tusi, Anka Yayınları, 2003, İstanbul s. 27.

236.A.g.e, s. 33.

237.A.g.e, s. 41-43.

238. http://www.answers.com/topic/aja-ib-al-makhluqat-wa-ghara-ib-al-mawjudat

239. Süleyman Feyyaz, Evrenin Gizlerini Açan Bilgin El-Kazvini, Anka Yayınları, 2003, İstanbul s. 27-31.

240.Prof. Dr. Mehmet Bayrakdar, İslam'da Bilim ve Teknoloji Tarihi, Türkiye Diyanet Vakfı Yayınları, 2007, Ankara, s. 256

241.Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, İstanbul, s. 138.

242. A.g.e, s. 138.

243. Süleyman Feyyaz, Toplumbilimin Babası İbn Haldun, Anka Yayınları, 2003, İstanbul s. 38.

244.Prof. Dr. Mehmet Bayrakdar, İslam'da Bilim ve Teknoloji Tarihi, Türkiye Diyanet Vakfı Yayınları, 2007, Ankara, s 249

245. Büyük Larousse Sözlük ve Ansiklopedisi, Milliyet, Interpress Basın ve Yayıncılık AŞ., 1986, Levent, s. 6166

246. Prof. Dr. Aykut Kazancıgil, Osmanlılarda Bilim ve Teknoloji, 1999, İstanbul, s. 41-42

247. A.g.e, s. 43

248.A.g.e, s. 43

249. A.g.e, s. 44

250. A.g.e, s. 96

251. Sevim Tekeli, Esin Kahya, Melek Dosay, Remzi Demir, Hüseyin G. Topdemir, Yavuz Unat, Ayten Koç Aydın, Bilim Tarihine Giriş, Nobel Yayın Dağıtım Ltd Şti, 1999, Ankara, s. 325

252. Prof. Dr. Mehmet Bayrakdar, İslam'da Bilim ve Teknoloji Tarihi, Türkiye Diyanet Vakfı Yayınları, 2007, Ankara, s. 245

253. Sosyal Bilimler Enstitüsü Dergisi, Yıl:2003/1, sayı:14, s. 17

254. Süleyman Feyyaz, Matematiğin Babası Harizmi, Anka Yayınları, 2003, İstanbul, s. 34

255. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, İstanbul, s. 176-177.

256. A.g.e, s. 175

257. A.g.e, s. 176

258.A.g.e, s. 178.

259. Dr. Aykut Kazancıgil, Osmanlılarda Bilim ve Teknoloji, 1999, İstanbul, s. 92

260. Dr. Aykut Kazancıgil, Osmanlılarda Bilim ve Teknoloji, 1999, İstanbul, s. 93

261. Yeni Türkiye, Mayıs Haziran 2005, Yıl: 6, Sayı:33, s. 675

262.Sevim Tekeli, Esin Kahya, Melek Dosay, Remzi Demir, Hüseyin G. Topdemir, Yavuz Unat, Ayten Koç Aydın, Bilim Tarihine Giriş, Nobel Yayın Dağıtım Ltd Şti, 1999, Ankara, s. 311-312.

263.Dr. Aykut Kazancıgil, Osmanlılarda Bilim ve Teknoloji, 1999, İstanbul, s. 65-66.

264. Büyük Larousse Sözlük ve Ansiklopedisi, Milliyet, Interpress Basın ve Yayıncılık AŞ., 1986, Levent, s. 8451

265. Sevim Tekeli, Esin Kahya, Melek Dosay, Remzi Demir, Hüseyin G. Topdemir, Yavuz Unat, Ayten Koç Aydın, Bilim Tarihine Giriş, Nobel Yayın Dağıtım Ltd Şti, 1999, Ankara, s. 315

266. Dr. Aykut Kazancıgil, Osmanlılarda Bilim ve Teknoloji, 1999, İstanbul, s. 137

267. A.g.e, s. 138.

268.A.g.e, s. 139.

269. A.g.e, s. 139.

270.Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, İstanbul, s. 170

271. A.g.e, s. 173.

272. Sevim Tekeli, Esin Kahya, Melek Dosay, Remzi Demir, Hüseyin G. Topdemir, Yavuz Unat, Ayten Koç Aydın, Bilim Tarihine Giriş, Nobel Yayın Dağıtım Ltd Şti, 1999, Ankara, s. 315-318.

273. A.g.e, s. 318.

274. Dr. Aykut Kazancıgil, Osmanlılarda Bilim ve Teknoloji, 1999, İstanbul, s.168-169.

275. A.g.e, s.168-169.

276. Kalender Yıldız, Müslüman İlim Öncüleri, Işık Yayınları, 2005, İstanbul, s. 159.

8 / total 9
"Harun Yəhyanın Quran Elmə Yol Göstərir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com