< <
6 / total: 9

Sümüklərdən Təşkil Olunmuş Skeletimiz

child

Orqanizmimizdə cəmi 206 ədəd sümük var. Bu qədər sümüyün artıq olduğunu fikirləşə bilərsiniz, lakin indi verəcəyimiz örnəklə bu sümüklərin hər birinin nə qədər əhəmiyyətli olduğunu biləcəksiniz. Barmaqlarımızı düşünək. Əgər barmaqlarımız bir sümükdən ibarət olsaydı, siz indi bu kitabı tuta bilməzdiniz. Nə üçün? Çünki düz olan sümüyü bükmək mümkün deyil, təzyiqlə büksəniz sümük sınar. Barmaqlarınızı bükə bilmədiyiniz üçün də əşyaları toplamağınız, bir yerdən tutmağınız, yazı yazmağınız, yemək yeməyiniz mümkün olmazdı. Hal-hazırda bu kitabı asanlıqla saxlaya, hətta bir tərəfdən də meyvə suyunu içə bilməyinizin səbəbi əlinizdə - barmaqlarınızdakılarla birlikdə - bir-birinə bağlı 27 sümüyün olmasıdır.

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, orqanizmimizdə əlimizdə olduğu kimi bir-birinə bağlı cəmi 206 sümük var. Bu sümüklərin hamısı da öz yerlərinə şüurlu şəkildə yerləşdirilmişdir. Bu ideal quruluş sayəsində irəliyə tərəf əyilə, dizlərinizi bükə, başınızı yanlara doğru döndərə bilirsiniz. Lakin bütün bunları yalnız sümükləriniz vasitəsilə də etməyiniz mümkün deyil. Çünki sümüklər əyilib-bükülmür. Bu hərəkətlər üçün sümüklərin bir-birinə bağlandığı yerlərdə oynaqlarımız yerləşir. Oynaqlar vasitəsilə asanlıqla qolumuzu bükür, ayağımızı qaldırır, barmaqlarımızı hərəkət etdirə bilirik.

children

 

pinokio

Oynaqların rolunun nə qədər əhəmiyyətli olduğunu daha yaxşı dərk etmək üçün belə bir nümunəyə baxaq. Taxtadan gəlincik hazırladığınızı təsəvvür edin. Bu gəlinciyin öz qollarını hərəkət etdirməsi üçün nə etməliyik? Əlbəttə ki, çiyinlə qolun birləşdiyi yerə hərəkət edə bilən bir hissə birləşdirmədən gəlinciyin qollarını oynatması mümkün deyil. Bəs ayaqlarını necə mütəhərrik vəziyyətə gətirəcəksiniz? Bunun üçün də ayaqla gövdə arasında hərəkət edən hissədən istifadə olunmalıdır. Yalnız bu halda taxta gəlinciyin qollarını və ayaqlarını hərəkət etdirə bilərsiniz. Həmçinin qol və ayaq hazırlayarkən istifadə etdiyiniz hissələrdə olan taxtaları iki yerə bölməklə aralarına hərəkətli hissələr əlavə etsəniz, gəlinciyin qolları dirsəkdən, ayaqları da dizlərdən büküləcək. Bu sadə misaldan da gördüyünüz kimi, sümüklərinizin sayının çoxluğu və aralarında müvafiq yerlərə oynaqların yerləşdirilməsi bizim rahat hərəkət etməyimiz üçündür.

Sümüklərin Təqlid Və Təkrar Edilə Bilməyən Xüsusiyyətləri

Sümüklərinizin arasındakı oynaqların müxtəlif növləri var. Bəzi oynaqlar sümüklərin irəli-geri hərəkət etməsi, digərləri isə yanlara doğru hərəkət etməsi üçündür. İndi isə oynaq və sümüklərin daxili hissəsinə diqqət yetirərək onları daha yaxından incələyək.

Sümüklər orqanizmin hərəkəti və müdafiəsi kimi mühüm funksiyaları daşıyır. Buna müvafiq olaraq bu çətin vəzifələrini yerinə yetirə biləcəkləri həcmdə və möhkəmlikdə yaradılmışlar.

Sümüklərimizin içi arı pətəkləri kimi oyuqlardan ibarət olduğu üçün onlar yüngüldür. Bu oyuqşəkilli quruluş sayəsində yüngül olmalarına baxmayaraq, çox sərtdirlər. Lakin bu sərtlik onların kövrək olması demək deyil. Əksinə, elə sərtdirlər ki, metaldan 5 dəfə çox möhkəmdirlər. Məsələn, ayaqlarımızdakı bud sümüyü düz dayanarkən 1 ton ağırlığı qaldıracaq nəhəng gücə malikdir. Yeriyərkən hər bir addımınızda bu sümüyə bədən çəkinizdən 3 dəfə artıq yük əlavə olunur, lakin sümüklərinizin möhkəmliyi sayəsində siz heç nə hiss etmirsiniz.

Bəs sümüklərinizi belə möhkəm edən nədir? Əslində bu sualın cavabı yuxarıda quruluşundan qısaca bəhs etdiyimiz sümüklərin bənzərsiz yaradılışında gizlənir. Sümüklərin daxili quruluşu arı pətəyi kimi qəfəs formasındadır. Bunun sayəsində sümüklər həm son dərəcə möhkəm, həm də asan hərəkət etdiriləcək şəkildə yüngüldür. Əgər bunun əksi olsaydı, yəni sümüklərin içi də üstü kimi sərt və tam dolu olsaydı, bu zaman sümüklər ağır olardı. Eyni zamanda heç bir yumşaqlığı da olmadığı üçün, məsələn, qolunuzu yüngülcə dolabın kənarına toxundursanız, sümüyünüz sına və ya çatlaya bilərdi. Lakin Allah çox mərhəmətlidir və sümüklərimizi bizim üçün rahat, zərər çəkməyəcəyimiz bir formada yaratmışdır.

Sümüklər alimlərin çox əhəmiyyət verdiyi və bənzərini yaratmaq üçün illərlə üzərində araşdırma apardığı bir maddədən ibarətdir. Çox yüngül olmalarına baxmayaraq, çox möhkəm və əsasən də özünü yeniləmək qabiliyyətinə malik olan bu maddə öz-özünə artaraq böyüyür. 4-5 yaşınızda olan boyunuzla indiki boyunuzun və 19-20 yaşındakı boyunuz arasındakı uzunluq fərqinin eyni olmamasının səbəbi sümüklərinizin böyüməsidir. Bundan əlavə bu böyümə olduqca mütənasibdir. Ayaqlarınız böyüyərkən qollarınız da böyüyür, əl və ayaq barmaqlarınız uyğun olaraq böyüyür və müəyyən vaxtda bütün sümüklərinizdə böyümə dayanır. Həm də bu yalnız sizdə yox, ətrafınızdakı bütün insanlarda baş verən haldır. Hər insan bu xassəli sümüklərə malikdir.

bodies

1-Eyer Şeklinde Eklem
2-Menteşe Eklem

3-Küresel Eklem
4-Merdane Eklem

Alimlər insan orqanizmindəki sümükləri təşkil edən maddəyə bənzəyən maddə hazırlamaq üçün araşdırmalar aparır. Lakin bu günə qədər heç kim belə ideal xüsusiyyətləri olan maddə düşünüb hazırlaya bilməmişdir.

Rəbbimizin mərhəməti ilə sümüklərimiz bizim çox rahat həyat tərzi keçirməyimizə, ən çətin hərəkətləri də asanlıqla yerinə yetirməyimizə və ağrısız hərəkət etməyimizə imkan verir.

Sümüklərimiz Öz Qayğısına Özü Qalır

Sümüklərin bir-birinə birləşdiyi yerlərdə oynaqların olduğunu qeyd etmişdik. Məsələn, dirsək və dizlərimizi burada yerləşən oynaqlar vasitəsilə bütün həyatımız boyu daim büküb-açırıq. Bu oynaqlar həyat boyunca hərəkət etdikləri halda, onların yağlanmağa ehtiyacı olmur. Halbuki eyni şəkildə işləyən mexanizmlərin mütəmadi olaraq qayğıya ehtiyacı var. Məsələn, velosipedinizin pedallarını və ya zəncirini müəyyən məsafə getdikdən sonra yağlamalısınız, çünki işlədikcə buradakı yağ azalır və hərəkət çətinləşir. Buna bənzər şəkildə sümük uclarındakı oynaqlar da daim işləyir, lakin onların yağlarını dəyişməyiniz lazım olmur. Nə üçün?

Bones

Eklemleriniz parmaklarınızı kolaylıkla bükmenizi sağlar. Eklemlerinizin arasında sürtünmeyi, dolayısıyla aşınmayı ve canınızın yanmasını engelleyen özel bir yapı vardır.

I. El Bileği Kemiği,
II- III. Eklem,
IV. Tarak Kemiği,
V. Eklem,

VI. Parmak Kemiği,
VII. Eklem Sıvısı,
VIII. Tarak Kemiği,

IX. Eklem Sıvısı,
X. Kıkırdak,
XI. Parmak Kemiği.

 

bodies

I-Eyfel Kulesi

Kemiklere sağlamlığını veren resimde gördüğünüz bu kafes gibi yapı, binaların sağlam olması için de kullanılır. Kemiklerin iç yapısına benzetilerek inşa edilen Eyfel Kulesi böyle binalara bir örnektir.

child

Beləliklə, alimlər bu sualın cavabını araşdırmış və belə bir faktı müəyyən etmişlər: oynaqların səthi incə və kiçik dəliklərlə örtülmüşdür, səthin alt hisəsində isə sürüşkən maye var. Sümük oynağa sıxılanda bu maye dəliklərdən çıxır və oynağın üzərini “yağ kimi” sürüşkən edir.

Bütün bunlar insan bədəninin nə qədər yüksək quruluşda yaradılmış olduğunu bir daha sübut edir. Biz də bu ideal quruluş sayəsində müxtəlif hərəkətləri sürətlə və rahatlıqla edə bilirik. Sümüklərimizin bu xüsusiyyətini də Rəbbimiz yaratmışdır. Allah Quranda insanı sümüklərin yaradılması haqqında düşünməyə belə dəvət edir:

“...Sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?”(Bəqərə surəsi, 259)

Sınmış Sümük Necə Bərpa Olub Bitişir?

bones

I. Kırılan kemiğin etrafında dev bir pıhtı oluşur
II. Yeni kıkırdak doku oluşur ve kırık bölgeyi sarar
III. Yeni kemik dokusu oluşmaya başlar..
IV. Birkaç ay içinde yeni kemik dokusu törpülenerek şekil alır,
V. Hematom
VI.Yeni Kıkırdak Doku
VIII. Yeni Kemik Dokusu

Broken BoneSümüklərin çox sərt və möhkəm quruluşa malik olmasından bəhs etdik. Lakin bu xüsusiyyətlərə baxmayaraq, bəzən sümüklərimiz güclü zərbəyə məruz qaldıqda sınır. Bəs sonra nə olur? Sümük öz-özünü müalicə edir. Həkimlər sınmış sümüyü bərpa etmək üçün onu gipsə salırlar. Bundan başqa üsul yoxdur. Çünki onsuz da sümüyün özü-özünü sağaltma mexanizmi var. Sümüyün sındığı zaman özü-özünü bərpa etməsi və sonra əvvəlkindən daha möhkəm olması çox qeyri-adi hadisədir. Bu möcüzəli hadisə belə baş verir:

Broken BoneƏvvəlcə sınmış sümüyün ətrafındakı qan laxtalanır və “hematom” adlı nəhəng qan laxtası əmələ gəlir. Bu nəhəng laxta sizin də çox yaxşı bildiyiniz, dərinizdəki yaranın üzərində əmələ gələn təbəqədir. Sümükyaradıcı hüceyrələr ifraz etdikləri minerallarla bu laxtanı sərt sümüyə çevirirlər. Bu proses bitdiyi zaman bu dəfə sümük formalaşdıran hüceyrələr işə başlayır. Sümük formalaşdıran hüceyrələr də mahir heykəltəraş kimi hərəkət edərək əridici turşu olan xlorid turşusu vasitəsilə yeni sümüyü yonub ona forma verməyə başlayır. Bu proses sümük əvvəlki formasını alana qədər davam edir. Hətta sümüyün sınmasından 1 il sonra da sümük formalaşdıran hüceyrələr siz hiss etmədən sümüyünüzün əvvəlki formasını alması üçün heykəltəraş kimi yonma işini səbrlə davam etdirirlər.

Siz də artıq dərk etdiyiniz kimi, gözlə görülməyəcək qədər kiçik varlıqlar olan sümük hüceyrələrinin gördüyü bütün bu işlər yüksək şüurun göstəricisidir. Çünki hüceyrələrin görmək üçün gözləri yoxdur, lakin sümük əmələ gətirə bilirlər. Bundan əlavə, boşluğun dolduğunu hiss edib işlərini nə vaxt bitirəcəklərni də bilirlər. Bundan sonra sümük formalaşdıran hüceyrələr yeni əmələ gələn sümüyün üzərinin kobud olduğunu müəyyən edib sümüyü yonmağa başlayırlar. Bunun üçün də sərt sümüyü əridə biləcək güclü turşudan istifadə edirlər, lakin bu turşudan da bəzən az, bəzən də çox istifadə edərək sümüyü lazımi formaya salırlar.

bones

Bir heykeltıraşın ustalığıyla hareket eden hücreleriniz ölçüyü hiç şaşırmazlar. Kemiklerinizin şekillerini, boylarını hiç karıştırmazlar. Ne zaman durup ne zaman çoğalmaları gerektiğini hatasız hesaplarlar. Parmaklarınızı oluşturan kemiklerin hiç durmadan büyüdüklerini, bacaklarınızın sürekli uzadıklarını bir düşünün. Böyle bir şey çok korkutucu olurdu. Ancak bu hiç olmaz ve hepsi tam gerektiği kadar uzarlar. Bu durum, kemik hücrelerinizin Allah'ın ilhamı ile hareket ettiğinin apaçık delillerindendir.

 

boy skating

Ayağınızdaki bir kemiğinizle, parmak kemikleriniz bir değildir. Vücudunuzdaki kemiklerin uzunlukları, şekilleri ve kalınlıkları birbirlerinden çok farklıdır. Ancak hatırlarsanız hepsini üreten aynı kemik hücreleridir.

Gördüyünüz kimi, bütün sümük hüceyrələri nəyi, necə və harada edəcəklərini çox yaxşı bilirlər. Sümüklərimizin sağalması üçün yaradılan sistem qüsursuz işləyir və sümüyün özü-özünü bərpa etməsini təmin edir. Alimlər illərdir böyük əzmlə sümüklərin bu xüsusiyyətinin bənzərini hazırlamağa çalışırlar. Lakin bu, hələ mümkün olmamışdır.

Sümük hüceyrələrimiz insanların bənzərini hazırlaya bilmədiyi bu qabiliyyəti necə qazanmışlar? Sınmış sümüyü bərpa etmək üçün hansı vasitələrdən istifadə etmək və hansı prosesləri aparmaq lazım olduğunu hüceyrələr necə bilirlər? Bəzi hüceyrələr parçalama funksiyasına malik olduğu halda, digərləri də hüceyrəyə forma vermə funksiyasını daşıyır. Bu funksiyaları təyin edən kimdir? Necə olur ki, heç bir qarışıqlıq baş vermir və bütün hüceyrələr öz funksiyalarını vaxtında yerinə yetirirlər? Sümük hüceyrələri bütün bunları özləri öyrənmişlərmi?

Əlbəttə ki, gözlə görünməyən hüceyrələrin bu qeyri-adi işləri öz istəkləri ilə görməsi mümkün deyil. Bunları təsadüfən öyrənmələri də qeyri-mümkündür. Sümük hüceyrələrimiz onları yaradan yüksək ağıl sahibi Allahın verdiyi ilhamla hərəkət etdikləri üçün mahir bir heykəltəraş kimi sümüklərə forma verirlər.

Orqanizmimizdəki Hüceyrələrin Sümükləri Necə Əmələ Gətirdiyini Heç Düşündünüzmü?

Orqanizmimizdəki 206 sümüyün əksəriyyəti bir-birindən fərqlidir. Onların müxtəlifliyi ilk yarandıqları zaman, yəni siz hələ ananızın qarnında olarkən başlayır. Tədricən sayı artan hüceyrələr müxtəlif formalar alırlar ki, sanki onlara orqanizmin hansı hissəsinin hüceyrəsi olmaq öyrədilib.

Bəzi hüceyrələr sümüklərinizi, bəziləri qaraciyərinizi, bəziləri böyrəklərinizi, digərləri də gözlərinizi təşkil edir. Lakin qaraciyəri, sümüyü və ya gözləri təşkil edən hüceyrələrin yalnız birləşməsi kifayət deyil. Bunlar həm də öz aralarında fərqlənməlidir. Məsələn, sümük hüceyrələri bərpa edəcəkləri sümüyün orqanizmin hansı hissəsində olduğunu müəyyən edərək həmin yerə getməli və uyğun formanı almalıdır.

baby skull

Bebeklerin kafatası kemiklerinin arasındaki boşluk zamanla, kemikler geliştikçe kapanır.

1-Çeper Kemiği,
2-Arka Kemik,

3-Bıngıldak,
4-Ön Bıngıldak,

5-Şakak Kemiği,
6-Alın Kemiği

Ayaqlarınızdakı sümük hüceyrələri sanki heykəltəraş kimi işləyərək qövsşəkilli, barmaqlar üçün girintili-çıxıntılı qüsursuz ayaq sümükləri yaradır. Kəllənizi təşkil edən sümük hüceyrələri də sanki beynin ölçülərini müəyyən edərək girintili-çıxıntılı olmayan, beyni tam əhatə edən sümük təbəqəsi əmələ gətirir. Kəllə sümüyü nə beyini sıxacaq şəkildə kiçik, nə də insanın öz başını gəzdirməsini çətinləşdirəcək qədər böyük olmur.

boy bone

Anne karnındaki bebeğin kemikleri henüz yumuşak kıkırdak halindedir. Bu kıkırdak yukarıdaki şemada da görüldüğü gibi zamanla gelişerek sert kemik haline dönüşmeye başlar.

1-Kıkırdak
2-Kemiğe Dönüşmeye Başlayan Kıkırdak
3-Kemik
4-Kan Damarları
5-Gelişen Kemiğin Yeni Merkezi
6-Kıkırdak

7-Sarı Ilik Boşluğu Oluşumu
8-Eklem Kıkırdağı
9-Kemik
10-Yeni Oluşan Kıkırdak
11-Yeni Oluşan Kemik
12-Yeni Oluşan Kıkırdak

13-Yeni Oluşan Kemik
14-Anne Karnındaki Bebeğin Ilk Zamanlarındaki Kemiği
15-Anne Karnındaki Bebeğin Gelişmiş Halindeki Kemiği
16-Çocuk Kemiği

 

hand skeleton

Vücudumuzdaki tüm kemikler gibi el kemikleri de yaşın ilerlemesiyle birlikte gelişirler. Ancak dikkat edilmesi gereken bir nokta vardır ki eldeki kemiklerin hepsi birbiriyle orantılı şekilde büyürler.

Onlara hansı formanı vermək lazım olduğunu, hansı hüceyrənin funksiyanı yerinə yetirəcəklərini çox yaxşı bilərək sümüklərə qüsursuz forma verən hüceyrələrin şüurunun mənbəyi haradandır?

Onlara bu incə planı ilham edən Rəbbimizdir. Ayələrdə Allahın misilsiz elmi haqqında belə bildirilir:

children

 

“Göylərdə və yerdə kim varsa Onundur. Hamısı Ona boyun əyər! Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da yenidən dirildəcək Odur. Bu Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət yalnız Ona məxsusdur. O, yenilməz qüvvə və Hikmət sahibidir!”.(Rum surəsi, 26-27)

 

6 / total 9
"Harun Yəhyanın Bədənimizdəki Möcüzələr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top