Allah Ağılla Bilinir

< <
4 / total: 14

Göylərdəki və Yerdəki Dəlillər

Milyonlarla kiçik kərpici bir yerə yığaraq çox inkişaf etmiş bir şəhər maketi inşa etdiyinizi düşünün. Bu şəhərin içində göydələnlər, bir-birinin içinə keçmiş yollar, dəmiryol stansiyaları, hava limanları, alış-veriş mərkəzləri, yer altında qurulmuş metrolar, bunlarla belə axar sular, göllər, meşələr və bir sahil olsun. Eyni zamanda küçələrdə gəzən, evlərində oturan, iş yerlərində işləyən yüzlərlə insan da olsun. Ən xırda bir detalın belə üzərindən keçməyin.

Sonra biri gəlib sizə hər bir daşını diqqətlə seçdiyiniz, ən incə təfərrüatına qədər planlayaraq qurduğunuz bu şəhərin bütün parçalarının təsadüfən bir yerə gəldiyini və bu şəhəri əmələ gətirdiyini söyləsə, qarşınızdakı adamın ağılı haqqında nə düşünərsiniz?

vücuttaki sistemler koordinasyon
 

İndi təkrar inşa etdiyiniz şəhərə dönün, tək bir parçanı yerləşdirməyi unutduğunuz zaman, ya da yerini dəyişdirdiyiniz zaman bütün şəhərin birdən-birə yıxıla biləcəyini düşünün. Nə qədər böyük bir tarazlıq qurmağınız və quruluş əmələ gətirməyinizin lazım olduğunu düşünə bilərsinizmi?

İçində olduğumuz dünyadakı həyat da insan ağlına gəlməyəcək qədər çox təfərüatın bir yerə gəlməsi ilə mümkün olmaqdadır. Bu təfərüatın sadəcə olaraq birinin və ya bir neçəsinin olmaması, dünyada həyatın olmaması mə'nasına gələ bilər.

Maddənin ən kiçik parçası olan atomdan içində milyardlarla ulduzu saxlayan qalaktikalar, dünyanın ayrılmaz bir parçası olan Aydan içində olan Günəş sisteminə qədər hər şey incəliklərinə qədər, müthiş bir harmoniya içində çalışmaqdadır. Diqqətlə quruluş olan bu sistem adətən bir saat kimi heç geri qalmadan işləməkdədir. Belə bir insanların hamısı, milyard illər davam edən bu sistemin heç bir detal unudulmadan işləməyə davam edəcəyindən elə əmindirlər ki, 10 il sonra baş verməsini düşündükləri bir hadisənin planını belə rahat qura bilərlər. Heç kim ertəsi gün günəşin doğub doğmayacağının narahatlığını keçirməz. İnsanların böyük çoxluğu, "dünya günəşin cazibə sahəsindən anidən çıxar, qap-qara kosmik boşluqda bilinməyənə qədər yol alarmı ? ", "belə bir şeyin olmasına nə mane olur ?"- düşünməzmi ?

Yenə insanların çoxu yuxuya gedərkən beyinlərinin istirahət etdiyi, ürəklərinin ya da nəfəs sistemlərinin də istirahət etməyəcəyindən son dərəcə əmindirlər. Lakin bu iki həyatı sistemdən sadəcə olaraq birinin belə bir neçə saniyəliyində durması asanlıqla həyatımıza son verə biləcək nəticələr doğura bilər.

Bütün həyatı əhatə edən və hər hadisəni "normal axarı ilə gedir" şəklində qiymət verməyə səbəb olan "adətkailıq eynəyi" çıxardığı zaman, əslində hər şeyin pambıq ipinə bağlı sınanılabiləcək şəkildə incə planlanmış, bir-birinə bağlı sistemlərdən əmələ gəldiyi rahat görülə bilər. Jözünüzün baxdığı hər nöqtədə qüsursuz bir quruluşun hakim olduğunu görə bilərsiniz. Əlbəttə ki, belə bir quruluşu və harmoniyanı əmələ gətirən böyük bir güc vardır. Bu gücün sahibi, hər şeyi yoxdan var edən Allah'dır. Bir ayədə belə deyilir:

Yeddi göyü qat-qat yaradan da O'dur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq, çatdaq görə bilərsənmi ?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorbun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi 3¬4 )

İstər göyüzü, istər yer üzü, istərsə də bu ikisi arasında yaşayan canlılara baxdığımız zaman hər hər birinin tək-tək özlərini var edən Yaradıcı'nın varlığını sübut etdiyini görürük.

Aşahıdakı bölümdə hər insanın görüb üzərində necə var olduğunu və ya varlığını necə davam etdirdiyini düşünəndən keçib getdiyi canlılardan və təbii hadisələrdən bəhs edəcəyik.

Əgər Allah'ın yer üzündəki bütün dəlillərini yazmağa çalışsaq, bunu minlərlə ensiklopediya cildinə belə sıxışdıra bilmərik. Ona görə bu bölümdə üzərində uzun zaman düşünülməsi lazım olan hadisələri yalnız qısa xatırlamalarla keçəcəyik.

Ancaq təkcə bu qısa xatırlamalar belə Qur'anın ifadəsi ilə "düşünüb öyüd ala bilən" vicdanlı adamların həyatlarındakı ən mühüm həqiqəti görmələrini və ya azı bir dəfə belə xatırlamalarını tə'min edəcəkdir.

Çünki, Allah vardır...

O, örnəksiz yaradandır və O, ağılla bilinər.

İnsan Vücudundaki Mö'cüzələr

Biz heç fərqində deyilkən vücudumuz içərisində milyonlarla iş yerinə yetirilir. Bunların bir çoxu, bir neçə dəqiqəliyinə belə axsasa, insanda müalicəsi mümkün olmayan xəstəliklərə, hətta ölümə də yol aça bilər.

Ancaq insan, tək bir hüceyrədən necə olub ki, yetişkən bir insan halına gəldiyini düşünmədiyi kimi, hər an gözümümün önündə olan bədəninin də necə belə qüsursuz şəkildə işlədiyini araşdırmaz. Buna görə də həyatımı nə dərəcədə "pambıq ipinə bağlı" hadisələr sayəsində davam etdirə bildiyini bilməz. Yalnız bir xəstəlik və ya fiziki bir sıxıntı ilə qarşılaşdığı zaman öz nəzarəti xaricində işləyən vücud sisteminin əhəmiyyətini düşünməyə başlayar. Fəqət bu da çox uzun davam etməz, sağlığı yenidən əldə olunduğunda, hər şeyi unudub gedir.

Lakin Allah, bədəninhəm içində, həm də zahiri görünüşündə saysız iman dəlilini insan üçün göstərməkdədir. İnsan bədəninin yalnız zahiri görünüşünə baxıldığı zaman Allah'ın mükəmməl sənəti o anda görülə bilər. Hər insanda mövcud olan vücud simmetriyası iki qolun, iki ayağın olması, gövdənin qollara, ayaqlara və başa olan nisbəti ilk baxışda diqqət çəkəcək şəkildə intizamlıdır. Bu nisbətlərin hər biri Allah tərəfindən tam bir harmoniya üzərində qurulmuşdur. Məsələn:

Hər insanın bədən uzunluğu baş uzunluğunun 8 mislidir.

Üzü burun uzunluğunun 3 qatından əmələ gəlir.

İki göz arasında bir göz boyu məsafə vardır.

Qol və ayaq nisbətləri və uzunluqları həm estetikaya, həm də tam mə'nası ilə ehtiyaca cavab verməkdədir.

Yuxarıda verilən simmetriya ilə əlaqədar xırdalıqları görə bilmək üçün ətrafınızdakı insanlara göz gəzdirməyimiz kifayətdir; bu xüsusiyyətləri hər birində ayrı-ayrı g.rə bilərsiniz. Və hətta bütün bu xüsusiyyətlər bu ana qədər yaşamış milyardlarla insan üzərində də görülmüşdür və (Allah'ın diləməsi ilə) bundan sonra yaşayacaq insanlarda da görüləcəkdir.

Zahiri görünüşü ilə mükəmməl bir dizayna sahib olan insanın içində də ayrı hadisələr baş verir, özünün heç fərqinə varmadığı minlərlə mö'cüzə ardıcıl meydana gəlir. Beyindən qara ciyərə, öd kisəsindən böyrəklərə qədər hər orqan bu qüsursuz prosesə sahibdir. Orqanlarda və vücud içi sistemlərin işləməsində görülən bütün hadisələr heyrətə gətirici bir quruluş və ahəng içində əmələ gəlir.

Vücudumuz içində hər an yaşanan bu quruluş, ahəng və incəliyi anlamaq üçün bəlkə yüzlərlə nümunə verilə bilər. Neçə ki, bədənin Yaradıcısı'nın elmi sonsuzdur və insanın dərk etməsinin çox fövqündədir. Amma insan bədənindəki saysız örnək içində bir neçəsini seçib burada başa saymaq, insanı qüsursuz var edən Allah'ın varlığını, böyüklüyünüzü, gücünü, elmini və sənətini bir az da olsun görə bilməyimizə kömək olacaqdır.

"Əskik Gözlə Görülməz"

gözün yapısı

1. Vitreous
2. Cornea
3. Iris
4. Pupil
5. Lens

6. Aqueous
7. Sclera
8. Choroid
9. Retina
10. Optic Nerve

The eye, which has an extremely complex structure, is not able to see in the absence of even a single one of its components, for instance the tear glands, when the act of seeing takes place.

Göz, canlıların yaradılmış olduğunun ən açıq dəlillərindən biridir. İstər insan gözü, istərsə də heyvan gözləri, qeyri-adi layihələrə və planlara sahibdirlər. Bu heyrət doğurucu orqan, dünyanın ən mürəkkəb aparatları ilə belə müqayisə edilməyəcək qədər üstündür.

Gözün təxminən 40 ayrı həssas parçanın birləşməsindən əmələ gələn çox mürəkkəb bir sistemi vardır. Bu parçalardan sadəcə olaraq birinin üzərində düşünək. Məsələn, göz bəbəyi... Biz çox zaman fərqində deyilik, amma cisimləri aydın görməyimizi tə'min edən şey, göz bəbəyinin hər saniyə heç dayanmadan "avtomatik fokus" eləməsidir. Əgər istəsəniz bu mözuda kiçik bir təcrübə apara bilərik: Şəhadət barmağınızı havada tutun. Sonra bir barmağınızın ucuna, bir də arxasındakı divara baxın. Baxışınızı barmağınızdan divara doğru hər çevirdiyimiz zaman bir "tənzimlənmə" olduğunu hiss edəcəksiniz.

Bu, göz bəbyinin ətrafındakı kiçik əzələlər tərəfindən edilməkdədir. Hər baxış dəyişimində bu əzələlər fəaliyyətə başlayar və bəbəyin şişkinliyini dəyişdirərək işığın doğru nöqtədə qırılmasını və istədiyiniz cismi aydın olaraq görməyinizi tə'min edir. Göz bəbəyi bu tənzimlənməni həyatınız boyunca heç xəta eləmədən hər saniyə həyata keçirməkdədir. Fotoqraflar eyni tənzimlənməni şəkil çəkən aparatlarında əl ilə edirlər və doğru fokusu əldə etmək üçün bə'zən məşğul olurlar. Müasir texnologiya nəticəsində 10-15 ildə avtomatik fokus edən kameralar hazırlanmışdır, amma heç bir kamera göz qədər sür'ətli və qüsursuz fokus etməmişdir.

Bir gözün görə bilməsi üçün isə, bu orqanı təşkil edən təxminən 40 təməl parçanın hamısının eyni anda birdən var olması ilə və harmoniya içində işləməsi labüddür. Bəbək sadəcə olaraq bunlardan biridir. Kornea, konjonktiv, quzeyli qısa, göz yaşı vəziləri kimi digər bütün parçalar və işləsə, amma tək bir göz qısa zamanda böyük bir təxribata uğrayar və görmə funksiyasını itirər. Yenə eyni şəkildə bütün orqanlar var olsa, amma göz yaşı yaranması dayansa, göz bir neçə saat içində quruyar, yapışar və kor olar.

Gözün bu qarışıq tərkibi qarşısında təkamülçülərin "təsadüflər zənciri" iddiası bütün mənasını itirməkdədir. Çünki gözün işə yararlı olması üçün eyni anda bütün hissələri ilə birlikdə var olması lazımdır. Təkamülçü bir elm adamı, bu həqiqəti belə ifadə edir:

Göylərin və qanadların ortaq xüsusiyyəti ancaq bütünlüyü ilə inkişaf etmiş olduqlarında vəzifələrini yerinə yetirə bilməlidirlər. Başqa bir sözlə əskik gözlə görmək olmaz, yarım qanadla uçmaq olmaz.13

Bu isə, gözün, bütün hissələri ilə bir anda və qüsursuz olaraq ortaya çıxdığını göstərməkdədir. Yə'ni göz, bütün başqa orqanlarımız kimi, Allah tərəfindən qüsursuz bir şəkildə yaradılmışdır.

Qulaqdakı Üstün Quruluş

Heç ağlınıza gəlmişdimi?... Siz bir musiqi, ya da bir söhbəti dinləyərkən, böyük bir möcüzə baş verir. Havada yayılan səs titrəmələri saniyədə 350 kilometr sür'ətlə qulağımıza çatır. Və o ana qədər sadəcə olaraq bir fiziki hərəkət olan titrəmələr, qulağınızda baş verən inanılmaz dərəcədəki qarışıq proseslər sayəsində "səs"ə çevrilir. Bundan başqa bu hadisələr, saniyənin bir-birindən daha sür'ətdi bir şəkildə yaşanır...

Eşitmə prosesi, az öncə bildirdiyimiz kimi havada yayılan titrəmələrlə başlayır. Titrəmələr qulaq seyvanına çatdıqda "eşitmə" dediyimiz proses də başlayır.

XII əsrin əsas elm səviyyəsi içində düşünən Charles Darwin, təkamül nəzəriyyəsini ortaya atarkən, qulaq seyvanı işə yaramayan və bu səbəblə də təkamül prosesi içində həyat qabiliyyətini itirmiş bir orqan kimi təsvir edilmişdir. Lakin, müasir dörümüzdə elmi araşdırmalar,qulaq seyvanının səsləri toplamağa və istiqamətləndirməyə yaradığını, qulaq seyvanın içindəki qıvrımları da səsi istiqamətləndirmək üçün gərəkli ən uyğun akustik quruluşa sahib olduğunu göstərmişdir. Qulaq seyvanının "konka" adı verilən qismi bu növ meqafon vəzifəsini yerinə yetirər və səs dalğalarını xarici qulaq yolunda artırar. Bu şəkildə səs dalğalarının şiddəti təxminən 17 desibal artırılmaqdadır.14

Qulaq Pərdəsindəki Həssaslıq

Beləcə, qücləndirilən səs, xarici qulaq yoluna girir. Xarici qulaq yolunda bilindiyi kimi sistemli ifraz olunan bir qulaq mayesi vardır. Bu mayenin mühüm bir xüsusiyyəti, bakteriyaları və böcəkləri qulaqdan uzaq edən bir növ zəhərə sahib olmasıdır. Yə'ni bu, qulağı qoruyan xüsusi bir mayedir. Bundan başqa bu mayenin qulağın içinə doğru deyil, çölünə doğru axması lazım olduğunu da düşünülmüş və xarici qulağın üzərindəki hüceərələr xarici qulağın üzərindəki hüceyrələr xarici tərəfə doğru bir spiral əmələ gətirəcək şəkildə düzülmüşdür. Əks halda, bu maye qulağımıza dolardı və bizi kar edə bilərdi.

Xarici qulaq yolundan keçən səs titrəmələri qulaq pərdəsinə çatırlar. Qulaq pərdəsi elə həssasdır ki, molekul ölçüsündəki titrəmələri belə qə'bul edər. Bunun sayəsində, gurultusuz bir şəraitdə, sizdən metrlərlə uzaqda fısıldayan bir insanı asanlıqla eşidə bilərik. Ya da iki barmağınızı bir-birinə yavaş sürtərək əldə etdiyimiz titrəməni eşidə bilərsiniz.15

Ancaq burada mühüm bir məsələ vardır. Bu qədər kiçik titrəmələrə həssas olan qulaq pərdəsi, bir tərəfdən də özünü qidalandıran damarlardakı qan təzyiqinin verdiyi böyük titrəmələrə qarşı-qarşıyadır. Qulaq pərdəsini bəsləyən kapilyar damarlarda hərəkət edən qan hüceyrələri, bir tunelin içində yuvarlanan qayalara bənzədilə biləcək ölçüdə səs titrəmələri meydana gətirirlər. Amma biz bu səsi heç vaxt eşitmirik. Bəs bu necə olur?

Bu, vücudda yaradılan qeyri-adi bir sistem sayəsində olur. Qulaq pərdəsinə qan damarlarından gələn parazit səs, sinir sistemi tərəfindən bayırdan gələn digər səslərdən ayrılır. Eyni ilə bir musiqi lent yazısında parazit və səs-küyləri təmizləyən inkişaf etmiş kompüterlər kimi, sinir sistemi də qan damarlarının qulaq pərdəsinə elədiyi titrəmələri təmizləyər. Bunun sayəsində, bütün həyatımız boyu qan damarlarımızın təzyiqdən əmələ gələn səsləri eşitməkdən qurtuluruq.

Orta Qulaqdakı Mexanizm

Qulaq pərdəsi, özünə gələn titrəmələri gücləndirərək orta qulaq nahiyyəsinə çatdırır. Burada, örs, çəkic və üzəngi kimi tanınan və bir-birilə çox həssas bir tarazlıqda əlaqə quran üç kiçik sümük vardır. Bu süzük də pərdədən özlərinə gələn titrəmələri yüksəkdirlər.

Ancaq bu sistem bə'zən də həddən artıq yüksək səsləri aşağı salmağa yarayır. Bu xüsusiyyət, örs, çəkic və üzəngi sümüklərinə nəzarət edən, vücudun ən kiçik ölçüdəki iki əzələsi tərəfindən tə'min olunur. Bu əzələlər, həddən artıq dərəcədə yüksək səslərin iç qulağa keçirilmədən əvvəl yüngülləşdirilməsini tə'min edir. Bunun sayəsində bizim üçün şok yaradacaq dərəcədə yüksək səsləri daha aşağı səviyyədə eşidirik.

Bu əzələlər bizim nəzarətimiz xaricində, avtomatik olaraq müdaxilə edərlər. Belə ki, biz yatarkən yanımızda yüksək səsli gurultu meydana gəlsə belə, bu əzələlər həmin an sıxılır və iç qulağa gedən titrəmənin şiddətini aşağı salır. Əgər belə bu əzələlər həmin an sızılır və iç qulağa gedən titrəmənin şiddətini aşağı salır. Əgər belə bir mexanizm olsaydı, şiddətli səslər asanlıqla iç qulağı zədələyə bilərdi və karlığa səbəb ola bilərdi. Ancaq hər şey çox yaxşı planlanmış və qulaq həmən alçaq səsləri eşidə biləcək, həm də həddən artıq yüksək səslərdən qoruna biləcək bir mexanizm ilə yaradılmışdır.

Bu cür qüsursuz bir plana sahib olan orta qulağın mühüm bir tarazlığı qorumağa ehtiyacı vardır. Bu tarazlıq, orta qulaqdakı hava təzyiqi ilə, qulaq pərdəsinin o biri tərəfindəki, yə'ni atmosferdəki hava təzyiqinin bərabər olması zəruriliyidir. Ancaq bu tarazlıq da düşünülmüş və orta qulaq ilə bayır tərəf arasında hava alış¬verişi tə'min edən bir "havalandırma kanalı" yaradılmışdır. Bu kanal, orta qulaqdan ağzımıza qədər uzanan və içi boş borudur.

Titrəyən Tükcük və Səsin Əmələ Gəlməsi

Bir nöqtəyə diqqət edək: Bura qədər bildiklərimizin hamısı, xarici və orta qulaqda meydana gələn titrəmələrdən ibarətdir. Titrəmələr müntəzəm amma hələ ortada mexanik bir hərəkətdən başqa bir şey yoxdur. Yə'ni səs yoxdur.

Bu mexaniki hərəkətlərin səsə çevrilməyə başlaması, iç qulaq adı verilən nahiyyədə olur. İç qulaqdakı ən mühüm orqan, içi maye ilə dolu olan spiral bir bölmədir. Sahib olduğu şəkil səbəbi ilə "ilbiz" adlandırılır.

İlbizin içindəki maye ilə gələn titrəmələr, bu mayenin içində dalğalanmalar əmələ gətirirlər. İlbizin iç divarında isə, bu suyun dalğalanmasından tə'sirlənən kiçik tükcüklər vardır. Bu tükcüklər sudakı dalğalanmalara görə nəzərə çarpmayan şəkildə hərəkətlənirlər. Əgər güclü bir səs gəlirsə, daha artıq sayda tükcük, daha güclü bir şəkildə əyilir. Bayırda olan hər ayrı səs tezliyi, bu tükcüklər üzərində ayrı tə'sirlər əmələ gətirməkdədir.

Bəs bu tükcüklərin hərəkətinin mə'nası nədir?

Cavab çox maraqlıdır: Bu tükcüklər, əslində ilbizin iç divarını əhatə edən təxminən 20 min ayrı hüceyrənin başında olan bir manivelalardır. Tükcüklər bir titrəmə qə'bul edərkən hərəkət edərlər və bu hərəkət, tükcüklərin altındakı hüceyrələrin qapılarını açır. Bunun sayəsində hüceyrələrə ion girişi baş verir. Tükcüklər tərs tərəfə yatdıqları zaman isə hüceyrə qapıları bu dəfə bağlanır. Bu müntəzəm hərəkət hüceyrələrin kimyəvi tarazlıqlarını da müntəzəm dəyişdirir və onların elektrik siqnallarını vermələrini tə'min edər. Bu elektrik siqnalları, sinirlər vasitəsi ilə beynə çatdırılır və beyin də bunları qəbul edərək səs halına gətirir. Beyinin bu anlamanı necə elədiyi, bir ət parçasından başqa bir şey olmayan bir orqanın, özünə çatan elektrik siqnallarını necə insan səsinə, göy gurultusuna, ya da bir musiqi əsərinə çevrildiyi, əsla açıqlana bilinməyən bir sirdir.

Aparılan araşdırmalar, tükcüyün bir atomun radiusu qədər belə hərəkət etmənin hüceyrədəki reaksiyinın başlaması üçün kifayət edə biləcəyini göstərmişdir. Bu mövzunu araşdıran mütəxəsislər tükcüyün bu həssaslığını izah etmək üçün maraqlı bir örnək verirlər. Buna görə tükcüyün məşhur Eyfel Qülləsi ölçülərində olduğunu düşünsək, ona bağlı hüceyrədəki tə'sir, bu qüllənin təpəsinin sadəcə olaraq üç santimetr oynaması şəraitində belə başlaya bilməkdədir.16

Tükcüklərin bir saniyədə nə qədər tərpəndikləri sualının cavabı da çox maraqlıdır. Bu, səsin tezliyinə görə dəyişir. Tezlik yüksəkdirsə, tükcüklərin tərpənmə sayı da inanılmaz rəqəmlərə çatır. Məsələn, 20 min tezliklə bir səs eşitdimiz zaman, tükcüklər də saniyədə 20 min dəfə tərpənmiş olurlar.

Qısa olaraq, dinlədiyimiz bir piano səsi, həqiqətdə iç qulaq ilbizindəki tükcüklər hər notaya görə fərqli hərəkət etmələrindən, bu fərqli hərəkətlərin hər səfərində tükcüklərə bağlı hüceyrələdə fərqli ion tarazlıqların əmələ gətirmərindən və bu kimyəvi proseslərin elektrik siqnalları əmələ gətirmələrindən ibarətdir. Hüceyrələr, bu inanılmaz prosesləri həyatımız boyu hər saniyə heç yorulmadan, pozulmadan və əyilmədən yerinə yetirirlər...

Buraya qədər araşdırdığımız bütün mə'lumatlar bizə eşitmə orqanımız olan qulaqlarının qeyri-adi bir plana sahib olduğunu göstərməkdədir. Qulağın, iç-içə keçmiş onlarla mürəkkəb mexanizmin harmoniya içində çalışması ilə funksiyanı yerinə yetirən qüsursuz bir sistemi vardır. Müasir elm və texnoloqiya isə, bu sistemi təqlid etmək bir yana, hətta çalışma prinsiplərini bütün təfərüatı ilə həll etməyə belə, müvəffəq olmamışlar.

Əlbəttə, belə mürəkkəb bir planının təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, təsadüflərlə ortaya çıxması mümkün deyil. Hər plan, özünü var edən, düşüncəli bir plan qurucusunun varlığını göstərir. Qulaqdakı üstün plan isə, bu orqanı qüsursuz yaratmış olan Allah'ın varlığını və təbiətə olan hakimiyyətini isbat etməkdədir.

Bu həqiqət qarşısında insana düşən vəzifə isə, özünə belə bir orqanı və buna görə, eşitmə duyğusunu vermiş olan Allah'a şükr edən qullardan olmaqdır. Necə ki, Allah Qur'anda insanlara belə deyir:

De ki: "Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən O'dur. Nə az şükr edirsiniz!" (Mülk surəsi, 23)

Insanın Içindəki Ordu

kulağın yapısı

1. Bones of The Middle Ear Hearing
2. Semi-Circular Channels
3. Snail

4. Eustachian Tube
5. Eardrum
6. External Auditory Canal

Vücudumuzun dərinliklərində, hər gün sizin heç fərqinə varmadığınız bir döyüş yaşanır. Döyüşün bir tərəfi vücudumuza girib onu ələ keçirmək istəyən bakteriya və viruslar, digər tərəfi isə vücudu bu düşmənlərə qarşı qoruyan müdafiə hüceyrələridir.

Düşmənlər, hədəflədikləri nahiyəyə doğru yönəlirlər. Ancaq hədəf nahiyəsinin güclü, nizamlı və intizamlı əsgərləri düşmənlərə asan keçid vermirlər. Döyüş meydanına ilk əvvəl düşmənləri udaraq tə'sirsiz edən əsgərlər (fotositlər) gəlir. Fəqət bə'zi zaman döyüşün ölçüləri bu əsgərlərin qabiliyyətlərindən artıqdır. Bu zaman meydana başqa əsgərlər girər (makrofajlar). Onların meydana girməsi, hədəf nahiyəsində bir həyəcan siqnalı vəziyyətinin əmələ gəlməsinə səbəb olur və başqa əsgərləri döyüş meydanına çağırırlar (Yardımçı T hüceyrələri).

Bunlar nahiyə xalqını çox yaxşı tanıyan əsgərlərdir. Həmin dəqiqə öz orduları ilə düşməni bir-birindən ayırd edirlər. Və heç vaxt itirmədən vəzifəsi silah hazırlamaq olan əsgərlərə xəbər göndərirlər (B hüceyrələri). Bu əsgərlər də qeyri-adi qabiliyyətə sahibdirlər. Düşməni heç görmədikləri halda, onları tə'sirsiz hala gətirə bilən silahlar istehsal edirlər. Bundan başqa, istehsal etdikləri silahları, öz üzərlərində daşıyaraq lazım olan yerə qədər ararırlar. Ancaq bu səfərdə də həm özlərinə, həm də tərəfdarlarına zərər verməyərək, çətin bir vəzifəni yerinə yetirirlər. Daha sonra vurucu dəstələr meydana girir (öldürücü T Hüceyrələri).

savunma hücreleri

Immunity cells (yellow) are seen in a fight with cancer cells.

Bunlar öz üzərində daşıdıqları zərərli maddəni düşmənin ən can alan yerinə verərək, onlardan qurtulmağa müvəffəq olurlar. Qələbənin qazanıldığı döyüş meydanına başqa bir əsgər qrupu gəlir və bütün döyüşçülər qərargahlarına göndərilir. Son olaraq döyüş meydanına gələn əsgərlər (Yaddaş hüceyrələri) düşmənə aid bütün mə'lumatları, eyni vəziyyətlə təkrar qarşılaşılması halında istifadə etmək üçün yaddaşlarına salırlar.

Burada bəhs edilən mükəmməl ordu, insan bədənindəki müdafiə sistemidir. Bildirilənlərin hamısı, gözlə görülməyəcək qədər kiçik hüceyrələr tərəfindən həyata keçirirlməkdədir.

Bəs neçə adam bədənində belə nizamlı və mükəmməl bir ordu daşıdığının fərqindədir? Dörd bir tərəfin, ciddi şəkildə xəstələnməsinə, hətta ölməsinə səbəb ola biləcək mikroblarla əhatə olunduğunun neçə nəfər fərqindədir? Həqiqətən də nəfəs alınan havada, içilən sda, yeyilən yeməkdə, toxunulan hər yerdə insan üçün olduqca təhlükəli ola bilən mikroblar vardır. İnsanın özü bütün bunlardan xəbərsizkən, vücudundakı hüceyrələr, onu bəlkə də ölümə apara bilən bir xəstəliyin pəncəsindən qurtarmaq üçün var gücləri ilə döyüşürlər.

Müdafiə hüceyyrələrinin hamısının, vücud hüceyrəsi ilə düşmən hüceyrəsini bir-birindən ayırd edə bilən gücdə olmaqları, B hüceyrələrintn görmədikləri düşməni tə'sirsiz edə bilən bir silah hazırlaya bilmələri,

onları öz quruluşlarına zərər vermədən, heç bir vücud hüceyrəsinə dəymədən lazım olan yerə qədər daşıya bilmələri, siqnal alan hüceyrlərin heç e'tiraz etmədən vəzifələrini tam olaraq yerinə yetirmələri, hər birini nə eləmək lazım olduğunu bilmələri, işləri bitdiyi zaman təkrar problem çıxartmadan yerlərinə qayıtmaları, yaddaş hüceyrələrinin yaddaşlarının bu cür güclü olması, bu sistemə qeyri-adi sifətini qazandıran xüsusiyyətlərdən sadəcə bir neçəsidir.

Elə bu səbəblərə görə, müdafiə sisteminin, əmələ gəlmə hekayəsi indiyə qədər heç bir təkamülçü yazıçı tərəfindən yazılmışdır.

Müdafiə sistemi olmayan, ya da tam olaraq fəaliyyətini həyata keçirməyən bir insanın həyatda qalması da olduqca çətindir. Çünki bu vəziyyətdə ətraf aləmdəki bütün mikrob və viruslara qarşı müdafiəsiz hala gəlir. Günümüzdə belə kimsələr ancaq xüsusi bir çadırda, bayırdakı heç bir maddə ilə əlaqədə olmadan bəlli bir müddət yaşayışlarını davam etdirməkdədirlər. Buna görə də əsas mühitdəki bir insanın, müdafiə sistemi olmadan növünü davam etdirməsindən söz gedə bilməz. Bu vəziyyət də bizə, müdafiə sistemi kimi son dərəcə mürəkkəb bir sistemin ancaq tək bir səfərdə, bütün elementləri ilə birlikdə aparır.

savunma hücrelerininn emir komuta zinciri Bakterilerle kaplı bir B hücresi

Above: A B cell is seen as it is disjoined.
Below: A B cell covered with bacteria.

B hücresi bölünürken

Immunity cells have an extremely  disciplined command chain. None of them ever disobeys orders.

Hər Xırdalığı Planlanmış Bir Sistem

Nəfəs almaq, yemək yemək, yerimək və s. insanlar üçün çox təbii hadtsələrdir. Amma insanların böyük br qismi bu həyatı hadisələrin necə meydana gəldiyini düşünmür. Məsələn, bir meyvə yediyimiz zaman, o meyvənin necə vücudumuza yararlı hala gələcəyini düşünürmüsünüz? Siz "yaxşı bir qida alıram", düşüncəsində ikən, bu qidanı "yaxhı" hala çevirə bilmək üçün heç hüşünməyəcəyiniz qədər incəliklə prosesləri yerinə yetirir.

iskelet sistemi

1. Skull
2. Facial Bones
3. Cervical Vertebrae
4. Sternum
5. Rib
6. Pelvicgridle
7. Clavicle

8. Scapula
9 Humerus
10. Radius
11. Ulna
12. Carpals
13. Metacarpals
14. Phalanges

15. Femur
16. Patella
17. Tibia
18. Fibula
19. Tarsals
20. Metatarsal
21. Phalanges

insan vücudu

1. Mouth Cavity
2. Salivary Glands
3. Lung
4. Gall Bladder
5. Salivary Glands

6. Oesophagus
7. Stomach
8. Pancreas
9. Big Intestine
10. Small Intestine

Bu incə proseslərin yerinə yetirildiyi həzm sistemi bir yeməyin ağıza qoyulması ilə işləməyə başlayır. Sistemin əvvəlində meydana gələn tüpürcək isladaraq dişlər tərəfindən üyüdülmələrini və yemək borusundan aşağı sürüşmələrini aanlaşdırır.

Yemək borusu, qidanın mə'dəyə çatdırması vəzifəsini daşıyır. Mə'dəyə gəldikdə isə mükmməl bir tarazlıq ilə qarşılaşırıq. Qidaların mə'dədəki həzmi, bu orqanın içindəki hidroxlor turşusu tərəfindən həyata keçirilir. Ancaq bu turşu o qədər güclüdür ki, yalnız qidaları deyil, mə' də divarını belə əridəbilən qüvvəyə sahibdir.

beynin merkezi sinir hücresi nöron

1. Thalamus
2. Nodes are The Basic Neural
3. Cerebellum
4. Body Balance
5. Brain Stem

6. First Motorkorteks
7. Mutual Motorkorteks
8. Limbic System
9. Spinal Cord

Fəqət ətbəttə, qüsursuz sistem içində belə bir xətaya yol verilməmişdir. Həcmin gedişində ifraz olunan "mukus" adlı bir ifrazat mə'dənin bütün divarlarını örtür və hidroxlor turşusunun parçalama tə'sirinə qarşı mükəmməl bir müdafiə tə'min edər. Beləcə, mə'dənin öz-özünü yox etməsi əngəllənmiş olur.

Həzm prosesinin davamı da eyni dərəcədə planlıdır. Qidaların həzm sistemi tərəfindən parçalanmış, işə yaramayan qismləri, nazik bağırsaq çəpərləri tərəfindən sovrularaq qana qarışır. Nazik bağırsaqdıniç səthi "villus" adı verilən kiçik qıvrımlarla örtülüdür.

Villusların üzərindəki hüceyrələrin üst qismlərində də "mikrovillus" deyilən mikroskopik çıxıntılar olur. Bu çıxıntılar bir nasos kimi işləyərək qidaoarı əmirlər. Beləcə, bu nasosların əmdikləri qidalar, qan-damar sistemi ilə vücudun hər tərəfinə çatdırılır.

Burada diqqət edilməsi lazım olan, yuxarıda çox sadə məzmun verdiyimiz sistemi təkamülün heç bir şəkildə açıqlaya bilmədiyidir. Çünki təkamül, kiçik quruluş dəyişikliklərin pillə-pillə, üst-üstə əlavə olunması, ibtidai canlılardan bu günkü mürəkkəb orqanizmlərin əmələ gəlməsini fikrini müdafiə edir. Lakin aydın göründüyü kim, mə'dədəki sistemin pillə-pillə əmələ gəlməsinə imkan yoxdur. Tək bir faktorun da əskik olması canlının məhv olmasına səbəb olar.

Mə'dədəki mayenin qida gəldiyi zaman parçalayıcı xüsusiyyət qazanması, bir sıra kimyəvi prses nəticəsində baş verir. Sözdə təkamül prosesi içində, mə'dəsində belə planlı kimyəvi dəyişikliklər baş verməyən bir canlı düşünün. Mə'dəsindəki maye bir növ parçalayıcı xüsusiyyət qazanmayan canlı, yediklərini

həzm etməyəcək, mə'dəsində həzm edilməmiş bir qida kütləsi olduğu halda, qidasızlıqdan öləcəkdir.

Bundan başqa bu parçalayıcı turşu ifraz olunarkən, eyni anda mə'də divarlarının mukus deyilən ifrazı əmələ gəlməsi lazım gəlir. Əks təqdirdə mə'dədəki turşu mə'dəni parçalayardı. Buna görə də, həyatın davamı üçün mə'dənin mayeni (turşu və mukus) eyni anda ifraz etməsi labüddür. Bu da bizə təkamülçülərin dediyi kimi mərhələlərlə təsadüfi bir əmələ gəlmə deyil, bir anda bütün sistemləri ilə şüurlu yaradılışın olması labüdlüyünü göstərməkdədir.

Bütün bunlar, insan vücudunun bir-biri ilə mükəmməl şəkildə bağlı olan kiçik aparatlardan təşkil olunan böyük bir fabrikə bənzədiyini göstərməkdədir. Və necə ki, hər fabrikin bir planlayıcısı, mühəndisi var, insan bədənində qüsursuz var edən, üstün güc sahibi olan bir Yaradıcı'sı vardır.

Skelet Sistemi

Skelet başlı-başına bir mühəndislik möcüzəsidir. Vücudun struktur dəstək sistemidir. Eyni zamanda beyin, ürək, ağ ciyər kimi həyatı orqanların qorunmasını təmin edir, daxili orqanlara dəstək olur. İnsan vücuduna, heç bir sün'i cihaz tərəfindən təqlid edilməyən üstü bir hərəkət qabiliyyəti verir. Bundan başqa sümük toxuması çox adamın zənn etdiyi kimi cansız deyildir. Sümük toxuması vücudun kalsium, fosfat və bir çox mühüm minerallarının bazasıdır. Vücudun ehtiyacına görə, bu mineralları yığan və ya daha öncədən yığdığını vücuda verir. Bütün bunlarla bərabər qırmızı qan hüceyrələrinin istehsalı sümüklər tərəfindən yerinə yetirilir.

Skelet bütövlüklə mükəmməl bir funksiyaya sahib olmaqla bərabər, skeleti əmələ gətirən sümüklər də üstün bir quruluşa malikdirlər. Vücudun daşınması və qorunması kimi mühüm bir vəzifə olan sümüklər, bu işi asanlıqla yerinə yetirə biləcək gücdə və sağlamlıqdlda yaradılmışdır. Vücudun qarşılaşacağı çətin vəziyyətlər də nəzərə alınmışdır. Məsələn, bud sümüyü şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra biləcək gücdədir. Necə ki, atılan hər addımda bu sümüyümüzə, vücud ağırlığımızın üç qatı qədər bir yük minməkdədir. Hətta uzun ağacla yüksək tullanan bir atler yerə enərkən bud sümüyünün hər kvadrat santimetrə 1400 kiloluq bir təzyiqə mə'ruz qalır. Bəs sümük deyilən və tək bir hücuyrənin bölünməsi nəticəsində ortaya çıxan bu quruluşu, bu qədər qüvvətli edən nədir? Sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlidir.

Mövzunu daha yaxşı anlamaq üçün günümüzün texnologiyasından bir misal vermək yerinə düşərdi. Böyük və yüksək binaların inşasında qəfəs sistemlər istifadə olunur. Bu inşaat texnikasında binanın daşıyıcı elementləri bir bütöv halında deyil, bir-birinin içinə keçmiş, qəfəs şəklində çubuqlardan düzəldilir. Ancaq kompyuterlərin edə biləcəyi çətin hesablar sayəsində, böyük körpülər və sənaye binaları daha çox dözümlü və daha ucuz inşa edilməkdədir.

Sümüklərin iç quruluşu da insanların binalarda və körpülərdə istifadə etdiyi bu qəfəs düzəltmə sistemi ilə oxşar bir quruluşdadır. Mühüm olan bir fərqləri sümük içindəki sistem insanların təkmilləşdirdiyindən çox üstün və mürəkkəbdir. Bu sayədə sümüklər həm son dərəcə sağlam, həm də asanlıqla istifadə oluna biləcək yüngüllükdədir. Əgər əksi olsaydı, yə'ni sümüklərin içi, sölü kimi sərt və tamamilə dolu olsaydı, həm sümük ağırlığını insan daşıya bilməzdi, həm də sümüyün quruluşu sərt olub, ən kiçik bir zərbədə çatlama və qırılma verə bilərdi.

Sümüklərin bu mükəmməl planı, bizim son dərəcə rahat bir həyat yaşamağımızı, çox çətin hərəkətləri asanlıqla və heç ağrı hiss etmədən yerinə yetirməyimizi tə'min etməkdədir. Sümüyün quruluşunun başqa bir xüsusiyyəti də vücudun lazımi nahiyyələrdə elastiki bir quruluşa sahib olmasıdır. Məsələn, döş qəfəsi, ürək və ağ ciyər kimi həyatı orqanları qoruyarkən, bir yandan da ağ ciyərlərə havanın dolmasını və boşalmasını tə'min edəcək şəkildə genişlənir və sıxılır.

Sümüklərin elastikliyi müəyyən vaxt dəyişə bilər. Məsələn, qadınlarda çanaq sümüyü, hamiləliyin son aylarına doğru yumşalar və bir-birlərindən bir az ayrılırlar. Bu son dərəcə mühüm bir təfərüatdır, çünki

bu yumşalma sayəsində uşağın başı doğum zamanı əzilmədən çölə çıxa bilir.

Sümükdəki möcüzələr bunlarla bitmir. Sümüklər elastikliyi və yüngüllüyü ilə bərabər, özlərini tə'mir etmək xüsusiyyətinə də malikdirlər. Bu da vücuddakı bir çox proses kimi, milyonlarla hüceyrənin birlikdə işləməsi ilə baş verir.

Skeletin hərəkət qabiliyyəti də üzərində dayanmaq lazım gələn mühüm bir təfsilatdır. Hər addım atarkən, onurğa sütunumuzu əmələ gətirən fərəqətlər bir-birinin üstündə hərəkət edirlər. Bu davamlı hərəkət və sürtünmə, onurğaların sıradan çıxmasına səbəb olarkən, bu təhlükənin qarşısını almaq üçün hər bir fəqərə arasına "disk" deyilən möhkəm qığırdaqlar yerləşdirilmişdir. Bu disklər amartizator funksiyasını yerinə yetirirlər. Daha doğrusu hər addım atdıqda, vücud ağırlığından qaynaqlanan bir reaksiya qüvvəti yerdən vücuda gəlir. Bu qüvvət, onurğanın sahib olduğu amartizatorlar və "qüvvət verici" qıvrım şəkil sayəsində, vücuda zərər vermir. Əgər reaksiyanı azaldan elastiklik və xüsusi quruluş olmasa, ortaya çıxan qüvvət vasitəli olaraq kəlləyə çatdırılardı və onurğanın üst ucu, kəllə sümüklərini parçalayaraq beynin içinə girərdi.

Sümüklərin bir-birlərinə birləşdikləri yerlərdə də yaradılışın dəlilləri görülür. Oynaqlar bir ömür boyu hərəkət etdikləri halda yağlanmaya ehtiyacları yoxdur. Bioloqlar bunun səbəbini araşdırdılar: Oynaqlardakı sürtünmə necə ortadan qalxırdı?

Elm adamları bu hadisənin "tam bir yaradılış mö'cuzəsi" kimi xarakterizə edilə biləcək bir sistemlə həll olunduğunu gördülər. Oynaqların sürtünmə səthi incə bir qığırdaq təbəqəsi ilə örtülmüşdür və bu təbəqələrin altında sürüşkən bir maye vardır. Sümük, oynağın bir yerinə təzyiq etsə, bu maye yığıldığı yerdən bayıra fısqırar və oynaqsəthinin "yağ kimi" sürüşməsini tə'min edər.

Hər şeyin bu qədər mükəmməl olmadığını, məsələn, bütün ayağımızın tək bir uzun sümükdən meydana gəldiyini düşünün. Yerimək böyük bir problem olacaq, son dərəcə yöndəmsiz və hərəkətsiz bir bədənimiz olacaq. Bir yerə oturmaq belə çətinləşəcək, bu cür hərəkətlər zamanı olan çətinliklər səbəbi ilə ayaq sümüyü asanlıqla qırılacaqdır. Lakin, insan skeleti, vücudun hər hərəkətini asanlıqla tə'min edəcək bir quruluşdadır.

Skeletin sahib olduğu bütün xüsusiyyətləri Allah yaratmışdır, və hələ yaratmaqdadır. Allah yaratdığı insanı bu həqiqət üzərində düşünməyə belə də'vət edir:

... İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?... (Bəqərə surəsi, 259).

İnsanın vəzifəsi, bu həqiqəti düşünmək və özünü yaratmış olan Allah'ın gücünü təqdir edib O'na şukr etməkdir. Bunu etmədiyi təqdirdə isə böyük bir itkiyə uğrayacaqdır. Sümükləri ilk dəfə yaradıb sonra da ət geydirən Allah bunu bir dəfə də etməyə qadirdir. Bu həqiqət Qur'anda belə ifadə edilir:

Məgər insan onu nuftədən yaratdığımızı görmədimi ki, birdən-birə açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!-deyə, hələ Bizə bir məsəl də çəkdi. De ki: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!" (Yasin surəsi, 77-79).

Vücuddakı Koordinasiyalar

İnsan vücudunda, vücudun canlılığının davamlılığı üçün, bütün sistemlər birlikdə əlaqəli bir şəkildə və tam bir harmoniya içində çalışır. Hər gün elədiyimiz çox kiçik hərəkətlər, məsələn, nəfəs almaq, gülmək belə insan vücudundakı qüsursuz koordinasiyanın bir nəticəsidir.

İçimizdə hər an işləyən, ağla gəlməz mürəkkəblikdə və bütövlükdə bir koordinasiya şəbəkəsi vardır. Məqsəd canlılığı davam etdirməkdir. Bu koordinasiya xüsusi ilə, vücudun hərəkət sistemində görülür. Çünki ən kiçik hərəkət üçün belə skelet sistemi, əzələlər və sinir sistemi mükəmməl bir iş birliyində çalışmaq məcburiyyətindədir. Vücuddakı koordinasiyanın ilk şərti doğru mə'lumatların tə'min etməsidir.

Ancaq doğru mə'lumatların əldə edilməsi ilə yeni dəyərləndirmə edilə bilər. Bunun üçün də son dərəcə inkişaf etmiş bir xəbər alma şəbəkəsi mövcuddur.

Koordinasiya edilmiş bir hərəkəti edə bilmək üçün, hər şeydən əvvəl o hərəkətlə əlaqədar vücud orqanlarının yerləşmələrinin və bir-birləri ilə əlaqələrinin bilinməsi lazımdır.

Beyinə bu mə'lumat gözlərdən, iç qulaqdakı tarazlıq mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gəlir. Hər saniyə milyardlarla mə'lumat işlənir, qiymətləndirilir və bunlara görə yeni qərarlar verilir. İnsanın isə öz vücudunda baş verən bu baş döndürücü sür'ətdə olan proseslərdən xəbəri belə yoxdur. O yalnız hərəkət edir, gülür, danışır, qaçır, yemək yeyir, düşünür. Bu proseslərin yerinə yetirilməsi üçün heç bir gülümsəmə üçün on yeddi əzələ eyni anda işləməsi lazımlıdı. Bu əzələlərdən birinin işləməsi və ya səhv işləməsi uzun ifadəsini tamamilə dəyişdirir. Yeriyə bilmək üçün isə ayaqlarda, budda və kürəkdə əlli dörd ayrı əzələ harmoniya içində işləməlidir. Əzələlər və oynaqların içində, vücudun o andakı yerinə aid mə'lumatlarla kiçik, mikroskopik qə'buledici vardır. Bu qə'buledicilərdən gələn mesajlar mərkəzi sinir sisteminə çatır və burada edilən qiymətləndirməyə görə əzələlərə yeni əmrlər göndərilir.

Vücuddakı koordinasiyanın mükəmməlliyi bu misalla daha yaxşı başa düşüləcəkdir. Yalnız əlinizi havaya qaldırmalağınız üçün çiyininizin bükülməsi, "biceps" və "triceps" deyilən ön və arxa qol əzələlərimizi sıra ilə sıxılıb boşalması, dirsəyiniz və biləyiniz arasında olan əzələlərin biləyi döndürmələri lazım gəlir. Hərəkətin hər mərhələsində, bu əzələlərin içindəki milyardlarla qə'buledici, hər an əzələlərin yerlərini mərkəzə bildirir. Mərkəzdən isə əzələlərə bir an sonra nə etmələrini lazım olduğu bildirilir. Təbii ki, yalnız əlini qaldırmaq istəyir və qaldırır.

Məsələn, vücudun dik durması üçün, ayaq əzələlərində, ayaqlarda, kürəkdə, qarında, sinədə, boyunda olan milyardlarla qə'buledicidən gələn mə'lumat qiymətləndirilir və bu əmrlərin hamısı hər saniyə əzələlərə bildirilir.

Danışmaq üçün də xüsusi bir sə'y göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan tökülməsi üçün, səs tellərinin hansı açıqlıqda, nə qədər titrəməsi lazım gəldiyini, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansılarını, hansı sıra ilə neçə dəfə, nə nisbətdə sıxıb boşaltmağımızı, ciyərlərimizə neçə kub santimetr hava alıb, bu havanı hansı güc və fasilələrdə boşaltdığımız lazım gəldiyini oturub hesablamırıq. İstəsək də bunu edə bilmərik! Çünki ağzımızdan çıxan tək bir kəlmənin əmələ gəlməsi, insanın nəfəs sistemindən sinir sisteminə, əzələlərdən sümüklərə qədər uzanan bir çox quruluşun harmoniyalı işləmələrinin bir nəticəsidir.

Bu koordinasiyada bir axsaqlıq olsa nələr verər? Gülümsəmək istəyərkən üzümüzdə başqa bir ifadə əmələ gələr ya da danışmaq istəyərkən, buna müvəffəq olmaya bilərik, yeriyə bilmərik. Lakin nə zaman iistəsək gülürük, danışırıq, yeriyirik, heç bir şey "sonsuz qüdrət"in bir yaratması nəticəsində baş verir.

Bu səbəblə insan, bütün həyatını və varlığını, özünü yaradan Allah'a borclu olduğunu hər zaman bilməlidir. İnsanın öyünülməsi və qürurlanması heç bir şeyi yoxdur. Sahib olduğu güc, sağlıq ya da gözəllik özünün əsəri deyildir və özünə əbədi verilmiş də deyil. Mütləq yaşlaşacaq, mütləq sağlığını və gözəlliyini itirəcəkdir. Qur'anda bu həqiqətə belə diqqət verilmişdir:

Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bər-bəzəyidir. Allah yanında olan isə, daha yaxşı və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzmisiniz?! (Qəsəs surəsi, 60).

Əgər insan bunların daha çox üstünlüyünü, əbədi olaraq axirətdə əldə etmək istəyirsə, Allah'ın özünə verdiyi ne'mətə şükr etməli və O'nun istədiyi şəkildə həyatına yön verməlidir.

Bu misallarda da görüldüyü kimi insan vücudundakı orqanların və sistemlərin hamısı "möcuzəvi" xüsusiyyətlərə sahibdir. Bu xüsusiyyətlər araşdırıldığı zaman insan, varlığının nə cür incə hesablara dayandığını və yaradılışındakı mö'cüzələri görəcəkdir və Allah'ın sonsuz elminin və insan üzərindəki qüsursuz sənətini bir daha qavrayacaqdır.

Beyin

Beyinin tərkibində hər kub santimetrində 10 milyon, bütövlükdə isə, 10 ilə 15 milyard arası sinir hüceyrələrinin min qatı qədər olan, yə'ni təqribən 15 trilyon sinir hüceyrəsi birləşməsinə sahibdir. Sinir hüceyrələri ilə əlaqəli olaraq onları bəsləyən və dəstəkləyən hüceyrələrin sayı isə 90 milyard miqdarındadır.

Sinirlər yolu ilə beynə daşınan mesajlar saatda 320 km sur'ətlə yol gedirlər. Yə'ni beyin hüceyrələrindən vücuda çatan sinirlərimiz, beyinlə vücud arasında gedən mə'lumatlar üçün bir ötürücü vəzifəsini yerinə yetirir. Vücudunuzda hər an meydana gələn bütün hadisələr, məsələn, indi siz bu kitabı oxuyarkən gözlərinizi istifadə etməyiniz, Səhifələri əlinizin köməyi ilə çevirməyiniz, oturarkən arxanıza söykənməyiniz, oxuduqlarınızı başa düşməyiniz, ürəyinizin döyünməsi, nəfəs almağınız, gözlərinizi qırpmağınız, saçların uzanması, iyləri hiss etməniz, qulağınızın ətrafdakı səsləri eşitməsi, qısacası, kitab boyunca saysaq bitirə bilməyəcəyiniz hər cür fəaliyyətiniz hər an beynə gedən siqnallar və beynin vücudun hər yerinə ayrı-ayrı göndərildiyi əmrlər yolu ilə davai edir. (Bir dəqiqə içində beyində 100 000 ilə 1000 000 arası kimyəvi reaksiya getdiyi bilinməkdədir).

Belə mürəkkəb və mükəmməl bir sistemın təsadüfən əmələ gəldiyini iddia etmək ağılsızlıqdır. Beyni olmayan bir canlının, günlərin bir günü bir təsadüf nəticəsində yarısı işləyən bir beynə sahib olması, sonra da yarısı işləyən beynin yuxarıda saydığımız möcüzəvi proseslərə nail ola bilən bir inkişafa çatması əlbəttə ki, mümkün deyil.

Beyinin sahib olduğu bütün qeyri-adi qabiliyyətləri yaradıb nəzarət altında saxlayan yeganə güc Allah'ın gücüdür. Alləh, insan deyilən varlığı mükəmməl mexanizmlərlə təchiz etmişdir və hər an nəzarəti altında yaşayışını davam etdirməsinə imkan yaradır.

Heyvanlar Və Bitkilər

Dünyada olan milyonlarla bitki və heyvan çeşidi, Yaradan'ın varlağana və gücünü isbat edən bir dəlil kimi qarşıməza çıxır. Burada sadəcə olaraq məhdud olan bir neçə nümunə verəcəyimiz bu canlıların əslində hər biri ayrı-ayrı araşdırmağa dəyər xüsusiyyətdədir. Hamısının fərqli bir vücud sistemi, dəyişik müdafiə taktikaları, ayrı qidalanma şəkilləri, maraqlı çoxalma metodları vardır. Şübhəsiz bütün canlıları bu xüsusiyyətləri ilə, tək bir kitablarda izah etmək mümkün deyildir. Belə bir şey edə bilmək üçün cildlər dolusu ensiklopediya yazmaq lazım gəlir.

Ancaq burada verəcəyimiz bir neçə örnək dünya üzərindəki həyatı təsadüflə açıqlamanın mümkün olmadığını sübut edəcəkdir.

Tırtıldan Kəpənəyə

ipek böceği

A silkworm caterpillar in its cocoon which it has spun with a silk thread.

Sizin 450-500 ədəd yimirtanız olsa və bunları bayırda mühafizəetmək lazım olsa nə edərsiniz? Onların külək kimi təbii şərtlərinin tə'siri ilə açılıb dağılmalarının qarşısını ala bilən bir tədbir görməyiniz şübhəsiz ki, ən ağıllı olandır.

Bu dünyaya tək gəlişində ən çox yumurta verən canlılardan biri olan ipəkqurdu (450-500), yumurtalarını qorumiq üçün çox ağıllı bir üsuldan istifadə edirlər: Yumurtaları ifraz etdikləri yapışqan bir maddə ilə (iplə) bir-birilərinə bağlayaraq, ətrafa açılıb dağılmalarına mane olar.

Yumurtadan çıxan tırtıllar, ilk iş kimi özlərinə uyğun bir yer tapır və daha sonra da eyni iplə roaya bağlanırlar. Sonra inkişaf etmələri üçün ifraz etdikləri bu iplə özlərinə qoza hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış bu tırtılın bu işi etməsi, durub istirahət etmədən 3-4 gün davam edir. Bu müddətdə tırtıl min dəfələrlə fırlanaraq, təqribən 900-1500 metr uzunluğunda bir ip çıxarır. 17 Bu proses bitincə də heç istirahət etmədən yeni bir işə başlayar və gözəl bir kəpənək əmələ gələrək dəyişiklik keçirməyə başlayır.

Nə ana ipəkqurdunun balasını qorumaq üçün gördüyü tədbir, nə də hər şeydən xəbərsiz, hələ heç bir tərbiyəyə mə'lumata sahib olmayan kiçik bir tırtılın göstərdiyi davranışlar təkamül ilə izah edilə bilən hədisələr deyildir. Hər şeydən əvvəl ananın, yumurtaları yapışdırmaq üçün istifadə etdiyi ipi hazırlaması mö'cüzəvidir. Yumurtadan yeni çıxan bir tırtılın özü üçün gərəkli olan mühiti tanıyıb ona uyğun qoza hörməsi, sonra da dəyişilməsi və dəyişməni problemsiz olaraq keçirə bilməsi isə insanın ağlına gəlməz bir şeydir. Bu vəziyyətdə hər tırtılın dünyaya nə etməsi lazım olduğunu bildirmiş kimi bir şəkildə gəldiyini rahatlıqla söyləyə bilərik ki, bu da bütün bunların hələ dünyaya gəlmədən "öyrədilmiş" olduğu mə'nasına gəlir.

Bunu bir misal ilə açıqlayaq. Əgər yeni doğulmuş bir uşağın, doğulmasından sadəcə olaraq bir neçə saat sonra ayağa qalxdığını, sonra da özünə bir yataq düzəltmək üçün ləvazimat (yorğan, balış, döşək və s.) topladığını və bunları düzgün bir şəkildə birləşdirərək bir yataq düzəldib, içində yatdağana görsəniz, nə düşünərsiniz? Hadisənin çaşqınlığından sonra əldə edəcəyiniz ən məntiqlə nəticə, bu uşağın belə bir işi etməsi üçün hələ ana bətnində qeyri-adi bir yolla "tərbiyələnmiş" olduğunu düşünməkdədir. Tırtılın vəziyyəti ilə bu misaldakı uşağın vəziyyəti eynidir.

Bu da bizi yenə eyni nəticəyə gətirir. Bu canlılar, özlərini yaradan Allah'ın müəyyən etdiyi şəkildə doğulmaqda, davranmaqda və yaşamaqdadırlar. Qur'anda Allah'ın bal arısına vəhy etdiyini və ona bal hazırlamağı əmr etdiyini xəbər verərək, əslində canlılar dünyasındakı böyük sirrin bir nümunəsini bildirmişdir. (nəhl surəsi, 68-69). Bu sirr, bütün canlıların Allah'ın iradəsinə boyun əyərək O'nun tə'yin etdiyi qədəri izlədikləri sirridir. Arı bu səbəblə bal hazırlayar, ipəkqurdu bu səbəblə ipək hazırlayar.

tırtıldan kelebeğe 1
tırtıldan kelebeğe 2
tırtıldan kelebeğe 3

The caterpillar’s spinning itself into a cocoon, and then its tearing it apart and getting out of it as a butterfly with a fabulous pattern and colour.

Is then He Who creates like one that creates not? Will you not receive admonition? (Surat an-Nahl, 17)

Qanadlardakı Simmetriya

Şəkillərdə görülən kəpənəklərin qanadlarına diqqətlə baxdığımız zaman, qüsursuz bir simmetriyanın hakim olduğunu görürük. Bu cür görnüşü olan qanadlar şəkillərlə, xallarla və rənglərlə bəzənmiş olaraq yaradılmış və nəticədə hər biri sənət mö'cüzəsi olan görüntülər meydana gəlmişdir.

Bu kəpənəklərin qanadlarına baxdığımız zaman nə qədər qarışıq olarsa olsun, hər iki tərəfdəki naxışın və rənglərin tamamilə eyni olduğunu görə bilərsiniz. Hətta ən kiçik bir nöqtə də hər iki qanadda eyni yerdə olur, ona görə də ortaya qüsursuz bir quruluş və simmetriya çıxır.

kelebek kanadında simetri kelebek kanadı
 

Eyni zamanda o incə qanadlarındakı bir rəng, digərinə heç bir şəkildə oxşamaz və var olan rənglər kəskin cizgilərlə bir-birindən ayrılır.

Lakin bu rənglər üst-üstə düzülən pulcuqların bir yerə gəlməsi ilə əmələ gəlir. Əlinizi toxundurduğunuz an dağılan bu pulcuqlar necə olur ki, sıralarını heç çaşdırmadan eyni naxışı saxlayaraq iki qanadda da düzülə bilir? Tək bir pulcuğun belə yer dəyişdirməsi qanadlarındakı simmetriyanın pozulmasına və estetikanın itməsinə səbəb ola bilər.

Lakin yer üzündəki heç bir kəpənəyin qanadında bir nizamsızlıq görməzsiniz. Sanki hər biri bir rəssamın əlindən çıxmış kimi düzgün və estetik görünüşlüdür. Çünki bu həqiqətən də üstün bir Yaradıcı'nın-Allah'ın əsəridir.

kelebek kanatlarındaki simetri 1
kelebek kanatlarındaki simetri 2

The elegant and clear-cut patterns on the butterflies indicate that these living beings are not the products of unconscious coincidences but the outcomes of an excellent and matchless creation.

kelebek kanatlarındaki simetri

He is Allah, the Creator, the Shaper out of naught, the Bestower of forms (or colours). to Him belong the Most Beautiful Names: whatever is in the heavens and on earth, declares His Praises and Glory: and He is the Exalted in Might, the Wise.
(Surat al-Hashr, 24)

Ən Uzun Boyunlu Heyvan: Zürafə

Zürafalar

Like all other living beings, giraffes are also created with a perfect design.

Zürafələrin olduqca heyrətləndirici xüsusiyyətləri vardır. Bunlardan biri, o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə olaraq 7 fəqərə tərəfindən daşınılmasıdır. Heyrətləndirici digər bir xüsusiyyətləri də, vücudlarının yzün boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman, o qədər uzağa qanın verilməsi nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəklər, qanın lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə sahibdir. Bu da, onların rahat yaşayışlarını davam etdirə bilmələrinə imkan yaradır.

Fəqət bu dəfə də başqa bir çətin vəziyyətlə qarşılaşırlar ki, o da su içmək üçün əyilərkən əslində qan təzyiqinə dayanmayaraq, beyin qanamasından ölə bilərdilər. Fəqət boyunlarındakı mükəmməl sistem sayəsində bu risq tamamilə ortadan qaldırılmışdır. Yerə əyilərkən boyun damarlarında olan qapaqlar bağlanaraq, beyinə həddən artıq qan getməsinə mane olur.

Şübhəsiz, zürafələr bu xüsusiyyətləri öz ehtiyaclarına görə planlayaraq qazanmışlar. Bu mühüm xüsusiyyətlərin yavaş-yavaş işləyən bir təkamül prosesi ilə əmələ gəldiyini söyləməyimiz də mümkün deyildir. Çünki bir nasoslama sisteminə və əyildiyi zaman ani qan təzyiqini saxlayacaq qapaq sisteminə sahib olması zəruridir. Bunlardan biri olmasa və ya tam çalışmasa, zürafənin yaşaması qeyri-mümkün olacaqdır.

Bütün bunlardan başa düşdüyümüz, zürafənin yaşaması üçün lazım olan bütün xüsusiyyətlə birlikdə dünyaya gəlməsidir. Hələ var olmayan bir canlının öz bədəninə hakim olub, lazım olan xüsusiyyətlərə şüurlu bir şəkildə sahib olması isə şübhəsiz mümkün deyildir. Bu vəziyyətdə heç mübahisəsiz zürafələr, şüurlu bir yaradılışla, yə'ni Allah tərəfindən yaradıldıqlarını açıq isbat edirlər.

Su Tısbağaları

su kapmlumbağası

(Above) the young sea turtle is about to arrive at the sea before the sun rises.

Okeanlarda yaşayan su tısbağaları çoxalma vaxtları gələndə, sahiləaxın edirlər. Ancaq bu, hər bir sahil deyildir. Doğmaq üçün gəldikləri sahilin öz doğulduqları sahil olması lazımdır. 18 Bunun üçün bə'zən, 800 kilometrlik bir yol qət etmək məcburiyyətində qalırlar. Amma bu uzun və çətin səyahət vəziyyəti dəyişdirmir, hər nə olursa-olsun doğmaq üçün öz doğulduqları sahilə gəlirlər.

Doğulan andan o yerdən uzaqlaşmış bir ganlının 20-25 il sonra eyni yeri yenidən tapa bilməsini heç şübhəsiz, izahi olduqca çətindir.19 Üstəlik hər yerin bir-birinə bənzədiyi okean dibində, yenə bir-birinə bənzəyən sahillər arasından, doğulduqları yerin yönümünü tapa bilməyən qeyri-adi bir şeydir.

Nəticədə, minlərlə kompassis səyahətçi eyni vaxtda, eyni sahildə toplaşırlar. Əvvəllər səbəbinin tam olaraq başa düşülmədiyi bu israrlı görüşmənin arxasında duran səbəblər insanları heyrətə gətirmişdir. Tısbağalar balalarının dəniz şərtləri içində həyatda qalmalarının çətin olacağını bildiklərindən, yumurtalarını sahildə qumların altında gizlədirlər. Bəs nə üçün hamısı eyni vaxtda, eyni sahilə toplaşırlar? Məgər eyni işi,ayrı-ayrı zamanlarda, ayrı-ayrı sahillərdə görsələr, balaları həyatda qalmazdılarmı? Bu məsələni araşdıranlar son dərəcə maraqlı bir vəziyyətlə qarşılaşmışlar. Qumların altındakı minlərlə bala, başlarındakı sərt yumru sayəsində umurtanı qırdıqdan sonra, bir neçə çətin maneəni də aşmaq məcburiyyətindədirlər.

Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır. (Casiyə surəsi,4).

Cəmi 31 kq-lıq balalar üzərindəki torpaq təbəqəsini tək başlarına qazana bilməzlər, bunun üçün yumurtadan çıxan balaları bir-birinə kömək edirlər. Sahildəki minlərlə bala eyni anda torpağı qazmağa başladıqları zaman bir neçə cün içində qumun üzərinə çıxmağa müvəffəq olurlar. Ancaq üzə çıxmadan əvvəl bir müddət durub, hamısı birdikdə gecə olmasını gözləyirlər. Çünki, gündüz yıtıcı quşlara yem olma ehtimalı vardır. Bundan başqa gündüz cün işığından istilənən qumlarda sürünərək irəli getmək onlar üçün olduqca çətin olacaqdır. Gecə olduğu vaxt qazma işlərini tamamlayaraq üstə çıxırlar. Qaranlıq olmasına baxmayaraq dənizin yönünü tapıb, sür'ətlə oraya doğru yönəlirlər və 20-25 il sonra yenidən dönmək üçün sahili tərk edirlər.

Təzə dünyaya gəlmiş bu balaların, yumurtadan çıxdıqları zaman torpağı qazaraq yuxarıya doğru irəliləmələri və bəlli bir müddət gözləmələri lazım olduğunu bilmələri mümkün deyildir. Hələ torpağın altında ikən, gecəmi, gündüzmü olduğunu, yırtıcı quşların varlığını və bunlara yem ola biləcəklərini, cünəşə görə torpağın isti olduğunu və bunun özlərinə zərər verəbiləcəyini, sür'ətlə dənizə yönəlmək məcburiyyətində olduqlarını bilmələri də əlbəttə mümkün deyildir. Bəs bu şüurlu üsul necə ortaya çıxır?

Şübhəsiz, tək cavab, bu balaların bu üsulu göstərmək üçün "proqramlandıqları"dır. Yə'ni onları var edən Yaradıcı, həyatlarının qorumalarını tə'min edən instink hissi onlara ilham etmişdir.

su kaplumbağası

And in the creation of yourselves and the fact that animals are scattered
(through the earth), are Signs for those of assured Faith.
(Surat al-Jathiya, 4)

Bombardıman Böcəyi

Böcəklər arasında üzərində ən çox araşdırma aparılanlardan biri bombardıman böcəyidir. Böcəyi bu cür populyar edən xüsusiyyəti isə, özünü düşmənlərinə qarşı kimyəvi metodlar istifadə edərək müdafiə etməsidir.

Böcək təhlükə anında özünü qorumaq üçün bədənində saxladığı hidrogen-peroksid ilə hidrokinonu düşmənin üzərinə fışqırdır. Bu iki maddə, böcəyin vücudundakı iki ayrı ifrazat vəzisi tərəfindən ifraz olunur. İfraz olunan maddələr, saxlama kamerası deyilən iki xüsusi bölmədə toplanır. Bu iki bölmə də partlama kamerası deyilən bir bölümə bağlanır. İki bölüm bir-birindən bir neçə əzələ ilə ayrılır. Böcək hədələndiyini başa düşdüyü zaman bu əzələni sıxır və saxlama kameralarındakı iki maddə, partlama kamerasına keçir. Orada olan maddələrin də vasitəsiylə yüksək miqdarda istilik bayıra çıxar və bu bölümdə bir buxarlanma olur. Bayıra çıxan buxar və oksigen qazı, olduğu bölmənin divarlarına təzyiq edər və aradakı əzələ ilə bu kimyəvi maddə düşmənə atılır.20

bombardıman böceği

1. Hydrogen Peroxide
2. Hydroquinone

3. Explosion Chamber
4. The discharge of the chemical at 1000 C.

Bir böcəyin belə qüvvətli və özünə zərəri ola bilən kimyəvi reaksiya əmələ gətirə bilən bir sistemi içində saxlaya bilməsi, özünü isə bu sistemin zərərindən izolyasiyə (təcrid etməsi) edə bilməsi hələ tədqiqatçılar üçün sirrini qorumaqdadır. Şübhəsiz ki, bu sistemin varlığı və işləməsi böcəyin ağlına aid edilə bilməz. Belə bir sistem, ancaq mütəxəsislər tərəfindən laboratoriyalarda həyata keçirilərkən, bombardıman böcəyinin bunu 2 sm-lik bədənində necə həyata keçirdiyi hələ başa düşülməməkdədir.

Açıq olan tək həqiqət isə, bu böcəyin təkamül nəzəriyyəsini qətiyyətlə çürüdən konkret bir dəlil olmasıdır. Çünki, bu kompleks kimyəvi sistemin bir-birini izləyən təsadüfi dəyişmələr nəticəsində əmələ gəlməsi və gələcək nəsillərə ötürülməsi mümkün deyildir. Əgər sistemin tək bir parçasında bir əskiklik, hətta bir "zədə" olsa, bu böcəyin müdafiəsiz qalaraq ölməsi, ya da öz-özünü partlatması ilə nəticələnəcəkdir. O halda tək açıqlama, böcəyin vücudundakı kimyəvi silahın, bütün parçaları ilə bir anda və əskiksiz şəkildə var olmasıdır.

Termit Yuvaları

termitler

Being no taller than a few centimetres, termites can erect skyscrapers many metres high without using any tools. This admirable nest perfectly protects the inhabitant termite colony with a population of over a million from their enemies and unfavourable life conditions outside.

Heç kim bir termit koloniyasının (sürü) torpaq üzərində inşa etdiyi yuvasını görüncə təəccüblənmədən keçməz. Çünki bir termit yuvası, boyu təxminən 5-6 metrə qədər olan bir memarlıq sənəti abidəsidir.

Bir termitin boyu ilə inşa etdiyi yuvanın boyunu bir-birilə müqayisə elədiyimiz zaman özünün təxminən 300 qatı böyüklüyündə bir memarlıq layihəsi müvəffəqiyyətlə əmələ gətirdiyini görürsünüz. Fəqət bunun daha da təəccübləndirici bir tərəfi vardır ki, o da termitlərin kor olmalarıdır. 21

Kor termitlərin əmələ gətirdikləri bu nəhəng ölçülərdəki üuvaları daha öncə heç görməyən biri, bunların qum yığınlarının üst-üstə yığılmasıilə əmələ gəldiyini düşünər. Fəqət bu termit yuvası insan ağlına gəlməz qədər mükəmməl bir plan kimi qarşımıza çıxır. Belə ki, termit yuvasının içində iç-içə keçmiş tunellər, keçidlər, hava gəyişmə sistemləri, xüsusi göbələk istehsaletmə baxçalərı və təhlükəsizlik çıxışları vardır.

Görməyən minlərlə insanı bir yerə yığsanız, hər cür texniki alətləri də əllərinə versəniz, əsla, bir termit kaloniyasının düzəldiyi yuvaya bənzər bir quruluşu inşa etmələrini tə'min etməzsiniz. O halda düşünün:

1-2 sm. boyda olan bir termit, bu qədər incə bir dizayn qura biləcək memarlıq və mühəndislik biliklərini necə öyrənmiş ola bilər?

Görməyən minlərlə termit, bu sənət möcüzəsi olan tikilini əmələ gətirmək üçün harmoniya içində işləməyə necə müvəffəq olmuşlar?

İnşasına başlanan bir termit yuvasını başlanğıc mərhələsində ortadan iki yerə ayırsanız və daha sonra birləşdirsəniz, bütün keçidləri, kanalların və yolların bir-birini tutduğunu görürsünüz. Bu möcüzəvi hadisə necə açıqlana bilər?

Buradan çıxan nəticə budur: Allah, yaratdığı canlılar bənzərsiz və örnəksiz yaratmışdır və tək bir termit yuvası da insanın Allah'ı dərk etməsi və hər şeyi yaradanın Allah olduğuna inanması üçün kifayətdir.

Ağacdələn

ağaçkakan
 

Bilindiyi kimi, ağacdələnlər yuvalarını dimdikləyərək, əmələ gətirdikləri ağac oyuqlarında düzəldirlər. Bu, bir çox insan üçün adi bir mə'lumat ola bilər. Ancaq çox adamın düşünmədiyi şey, bu heyvanların başları ilə bu cür sərt vurmasına baxmayaraq, necə beyin qanaması keçirmədikləridir. Çünki ağacdələnin gördüyü iş, bir insanın divara mismar vurmaq üçün başından istifadə etməsinə bənzəyir. İnsan belə etməyə başlasa, şübhəsiz öncə beyin qanaması keçirəcəkdir. Lakin bir ağacdələn sərt bir ağacı 2.10 saniyədən 2.69 saniyəyə qədər 38-43 zərbə ilə dimdikləyə bilər və heyvana heç bir şey olmaz.22

Heç bir şey olmaz, çünki ağacdələnlərin baş quruluşları bu işə əlverişli şəkildə yaradılmışdır. Ağacdələnlərin kəllə sümüyü, zərbə şiddətini azaldıcı və əmici bir "a artizasiya" sisteminə sahibdir. Dimdiyə və çənə oynağına əlavə olunmuş bə'zi kəllə əzələləri və alnı o qədər güclü bir quruluşdadır ki, bu xüsusiyyətlər dimdikləmə əsnasında, cazibə gücü və təzyiq sayəsində şiddətli zərbələri anında yüngülləşdirə bilirlər.23

ağaçkakan resmi
 

Hesab və plan bununla da bitmir. Sığınmaq üçün xüsusilə şam ağaclarına üstünlük verən ağacdələnlər, bir ağacı dəlməyə başlamadan əvvəl ilk iş olaraq, o ağacın yaşına baxar və 100 yaşını keçmiş olanlara üstünlük verərlər. Çünki 100 yaşını keçmiş olan şam ağacları, gövdələrini bürüyən sərt və qalın qabıqlarının yumşalmasını tə'min edən bir xəstəliyə tutularlar. Sizin bəlkə də ilk dəfə eşitdiyimiz, elmin son illərdə kəşf etdiyi bu mə'lumatı ağacdələnlər yüz illərdir bilirlər.

Ağacdələnlərin şam ağaclarına üstünlük vermələrini səbəb yalnız bu deyil. ondan yuvalarının kənarlarına çuxurlar qazırlar. Başlanğıcda funksiyası başa düşülməyən bu çuzurların, daha sonra çox böyük bir təhlükədən onları qoruduğu ortaya çıxarılmışdır. Vaxt keçdikcə şam ağaclarından axan yapışqın maddə bu çuxurları doldurur və beləcə ağacdələnlərin yuvalarının ətrafı, ən böyük düşmənləri olan ilanlardan qoruna biləcəyi şəkildə bir səddə çevrilmiş olur.

Ağacdələnlərin digər bir xüsusiyyətləri də, dillərinin ağaclardakı qarışqa dəliklərinə girə biləcək qədər incə, orada yaşayan qarışqaları toplaya biləcək qədər yapışqanlı olmasıdır. Bundan başqa dillərinin qarışqaların vücudlarındakı turşunun, özlərinə zərər verməsinin qarşısını ala biləcək quruluşda olması da yaradılışlarındakı mükəmməlliyin digər bir göstəricisidir. 24

Hər paraqrafda fərqli bir xüsusiyyətinə toxunduğumuz ağacdələnlər bütün təfərüatlı xüsusiyyətləri ilə "yaradılmış" olduqlarını sübut edirlər. Çünki ağacdələnlər təkamül nəzəriyyəsinin iddia etdiyi kimi iəsadüflərlə inkişaf etmiş olsa idi, bu cür qeyri-adi uyğunluqdakı xüsusiyyətlərə qovuşmadan ölərdilər və nəsilləri kəsilmiş olardı. Lakin, Allah tərəfində, yaşayacaqları həyata uyğun xüsusi bir "layihə" ilə yaradıldıqları üçün, ehtiyac duyacaqları bütün xüsusiyyətlərə sahib olaraq həyata başlamış olar.

Kamuflaj

yılan kamuflajı

The snake that camouflages itself in the sand hides from its enemies. is it possible that this snake made its skin’s colour and pattern fully harmonise with its habitat?

Heyvanlardakı müdafiə metodlarından biri də kamuflajdır. Bə'zi heyvanlar, yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılan vücud quruluşları ilə xüsusi bir qızıla alınmışlar. Bu canlıların vücudları olduqları şəraitlə o qədər uyğundur ki, şəkillərinə baxdığımız zaman bə'zilərinin bir bitkiyəmi, yoxsa bir heyvanamı aid olduğunu başa düşmək və ya mühitdə olan heyvanı ayırd edə bilmək olar ki mümkün deyil.

İrəlidəki səhifələrdə görəcəyiniz kimi, bir böcəyin inanılmaz dərəcədə yarpağa bənzəməsi düşmənlərinin onu görməsinin qarşısını alır. Əlbəttə, bu kiçik heyvan, qorunmaq məqsədi ilə öz vücudunu yarpağa bənzətmiş deyildir. Ancaq kamuflaj o qədər ustalıqla yaradılmışdır ki, xüsusi şəkildə planlanıb "yaradılmış" bir müdafiə metodu olduğu açıq görülür.

böcek kamuflajı yılan kamuflajı

When you look carefully, you will see that what you take to be a tree branch is in fact an insect.

in the picture on the above is a snake hiding among the bushes.

karınca yiyen kamuflajı tırtıl kamuflajı

There is an ant-eater hiding among the leaves! Can you see it?

The caterpillar avoids the attention of its enemies because it places its body right in the middle of the leaf.

benekli tırtıl kamuflajı

This caterpillar living in Panamanian rain forests has specks like snake eyes by which it can frighten away predators.

bukalemunun kamuflajı gecko kamujlajı 2

Armoured chameleons do not change colour according to their environment, because their colour is already created in harmony with their habitat.

This chameleon, known as gecko can assume the colour of its surroundings in 20 minutes.

gecko kamuflajı panama güvesi kamuflajı

This chameleon, known as gecko can assume the colour of its surroundings in 20 minutes.

Some insects disguise themselves as dead leaves. It is quite difficult to distinguish the Panama moth from withered leaves.

yaprak böceği mantis kamuflajı

Insects resembling leaves are very common. It is possible to find all the details of leaves on their bodies.

The praying mantis on the orchid has succeeded in deceiving the grasshopper thanks to its wings that look like the petals of the flower.

böcek kamuflajı ağaç bitleri kamuflajı

This insect species is protected from all its enemies with its leaf-like appearance.

The tree lice on the left can convince their enemies with their present appearance that they are the thorns of the tree.

yılan kamuflajı kuş yumurtası kamuflajı

The snake is camouflaging itself by being poised in the air like all other leaves.

The eggs of a bird called the Western sandpiper are the same colour as their surroundings in order to be protected from enemies.

Saxta Gözlər

Heyvanlar aləmində bir insanın heç ağlına gəlməyəcək qədər maraqlı qorunma metodları vardır. Bu metodlardan biri saxta gözlərdir. Müztəlif kəpənək, tırtıl və balıq cinsləri bu saxta gözlər sayəsində düşmənlərini "təhlükəli" olduqlarına inandırarlar.

Şəkillərdə göstərilən kəpənəklər, təhlükədə olduqlarını hiss etdikləri an qanadlarını açar və hər iki qanadlarında da düşmənlərini hürküdəcək bir cüt göz ortaya çıxır. Bu kəpənəklərdən birini yemək üçün gələn quş isə, ani olaraq qarşılaşdığı bu gözlərə görə çox təəccüblənərək geri çəkilər.

False Eyes Bewilder!

kelebek güve kanatlarındaki sahte gözler

When some butterflies open their wings, we encounter a pair of eyes. These eyes convince their enemies that they are not butterflies. Particularly, the false faces of some butterfly species such as the Shonling butterfly seen above are so perfect with their shiny eyes, facial features, frowning eyebrows, mouth and nose that the overall picture is quite discouraging for many of its enemies.

A tenacious person on denying Allah may try to bolster his extraordinary view with the evolutionist explanation of 'an interesting coincidence'. Or he can claim that 'the butterfly brought about this pattern on its body by thinking that it would be useful to it'.

If someone makes such a claim and asserts that these patterns that surpass in beauty even the paintings of artists have come about by coincidence, then there is nothing left to say on the part of "the men of understanding". for such a claim is completely incompatible with reason and common sense.

Düşünək: Son dərəcə inandırıcı olan bu göz şəkilləri, bir təsadüfün əsəri ola bilərmi? Bu kəpənək qanadlarını açınca ortaya bir cüt hürküdücü gözün çıxacağını və bu görünüşün düşməni qorxudacağını haradan bilir? Kəpənək, qanadlarındakı bu naxışı görmüş, sonra da bu naxışın hürküdücü olduğuna və bir təhlükə anında istifadə edə biləcəyinə qərar verə bilərmi?

müren balığının sahte gözleri

Soldakı şəkildə müren balığının həqiqi başı və gözləri görünür. Sağdakı şəkildə isə, müren balığı yuvasının içinə girir və bir cüt saxta göz olan quyruğunu bayırda saxlayır. Quyruğundakı saxta gözlər səbəbilə müreni oyaq hesab edən balıqlar da yaxınlaşmırlar

Əlbəttə, bu qədər inandırıcı bir görünüş təsadüflərin deyil, şüurlu bir planın məhsulu ola bilər. Bundan başqa, əlbəttə, kəpənəyin öz qanadlarındakı naxışlardan xəbəri olduğu və bunu bir qorunma metodu kimi öz-özünə əldə etdiyini düşünülməz. Aydındır ki, kəpənəkləri yaradan Allah, həm onların vücuduna belə bir şəkil vermiş, həm də heyvan təhlükə anında bu şəkli istifadə edəcək instinkt ilham etmişdir.

Toxumdakı Sirr

Minlərlə fərqli növ bitki arasından, hər hansı bir portağal ağacını əlimizə götürək. Ağac, bildiyimiz kimi torpağa atılan toxumdan əmələ gəlir. Toxum kiçik (bir kub santimetr belə olmayan) bir cismdir, amma necə də olur, o toxumun içndən qısa vaxt içində 4-5 metr uzunluğunda və yüzlərdə kilo ağırlığında böyük bir ağac əmələ gəlir. Toxumun özünə nisbətlə bu böyük ağacı əmələ gətirərkən istifadə edə biləcəyi tək material isə içinə basdırdığı torpaqdır.

Bəs toxum ağac istehsal etməyi haradan bilir? Necə olur ki, torpağın içindəki materialları araşdırıb, ehtiyacı olanları götürür və bir ağac əmələ götirmək üçün bunları istifadə etməyi dərk edə bilər? Əmələ gətirdiyi ağacın necə bir şəklə və quruluşa sahib olması lazımlığını necə ehtimal edə bilər? Bu sonuncu sual xüsusilə əhəmiyyətlidir. Çünki, toxumdan hər hansı bir taxta parçası çıxmır. Toxum, içində damarlar olan, torpaqdakı maddələri özünə çəkmək üçün gərəkli olan köklərə sahib və üst qismi də şaxələrə ayrılan, son dərəcə yaxşı planlanmış bir canlı maddə istehsal edir. İnsan belə yaxşı bir ağac rəsmi çəkmək lazım gələndə çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı incəlikləri çəkmək çətindir. Lakin, toxum çəkmək bir yana qalsın, son dərəcə kompleks bir cism olan ağacı torpaqdakı materialları istifadə edərək sıfırdan əmələ gətirir.

Bu vəziyyətdə toxumun son dərəcə ağıllı, hətta bizdən də ağıllı bir varlıq olduğu nəticəsinə gəlirik. Daha doğrusu, toxumun içində on dərəcə təsir edici bir ağlın gizli olduğunubaşa düşürük. Bəs bu ağıl və ağacın əmələ gəlməsi üçün lazımlı mə'lumat toxuma haradan, necə gəlmişdir? Necə olur ki, kiçik bir toxum, bir kompüter diski kimi bir məlumatı toplaya bilir? Kompüter diskləri ağıl və bilik sahibi olan insanlar tərəfindən hazırlanıb içlərinə yerləşdirilir. Toxum da belədir, Allah tərəfindən ağac əmələ gətirmək qabiliyyətinə sahib olaraq yaradılmış və proqramlanmışdır. Torpağa atılan hər toxum, Allahın elmi ilə əhatə olunmuşdur. O'nun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilir:

Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın! (Ənam surəsi, 59).

Toxumu yaradan da, torpağın içinə düşdüyü zaman onu yaradıb, içindən yeni bir bitkini çıxardan da Allahdır. Digər bir ayədə bu mövzu ilə əlaqədar belə deyilir:

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allah'dır. Budur Allah! Axı siz Ondan nə cür üz döndərirsiniz? (Ənam surəsi, 95).

Orta məktəblərdə hər şagirdə göstərilən məşhur bir "təcrübə" vardır. Uşaq, bir boşqabın içinə pambıq doldurur, bu pambıqları isladır və arasına da noxud dənəsi atır. bİr neçə gün keçir və pambığın içindəki toxumların cücərdiyini görür. Bu əslində son dərəcə təəccübləndirici bir şeydir, və çox uşaq da bu hadisəni gördüyü zaman təəccüblənir. Çünki, pambığın içinə qoyulan noxudlar və ya lobyalar, aylardır, ya da illərdir bir canlılıq xüsusiyyəti göstərməyən cismlərdir. Amma uzun bir zamandır gözləyən bu sərt cismləri sulu pambığın içinə qoyunca, birdən-birə canlanır, ortaya təzə, yam-yaşıl cücərtilər çıxır. Aydırdır ki, bu toxumlar, uyğun birşərait tapdıqları zaman cücərmələri üçün proqramlanmışlar və ilk fürsətdə özlərinə verilən bu vəzifəni yerinə yetirirlər. "Dənəni və çəyirdəyi yaran şübhəsiz Allahdır" ayəsi, bu möcüzəvi hadisənin sirrini açıqlayır. Digər bir ayədə belə deyilir:

Göydən su endirən Odur. Biz o su ilə hər bir bitkini yetişdirdir, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxarxtdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır. (Ənam surəsi,99).

Ayədə bizə, məhsul verdiyi zaman və yetişəndə Allahın torpaqdan çıxartdığı toxumların meyvələrinə baxmağımız əmr edilir. Həqiqətən də toxumun torpaqdan çıxması qədər, meyvənin əmələ gəlməsi də möcüzəvi bir hadisədir.

Torpaqdan Ləzzətin Çıxarılması

Əmələ gələcək ağacın şəkil və quruluşu haqqında məlumatların toxumun içndə saxladığını daha əvvəl demişdik. Bundan daha da maraqlı olan, toxumun ağacın əmələ gətirəcəyi haqqında məlumatlara sahib olmasıdır. Meyvə isə başlı-başına bir möcüzədir.

Meyvənin ən mühüm xüsusiyyəti, insanın damağı və səhhətinə tamamilə uyğun olmasıdır. Hər meyvə özünə xas olan bir ləzzətə və iyə sahibdir. Bundan başqa hamısının rəngləri də son dərəcə estetik və cəlb edicidir. Bununla bərabər, hər meyvə mükəmməl bir ötğüklə örtülmüş olur, naringi, portağal və ya banan, hamısı son dərəcə gözəl və soyulması rahat olan qabıqlara sahibdirlər.

Lakin, heç bir meyvə belə deyildir. Məsələn, portağal son dərəcə acı ola bilərdi. Ya da bildiyimiz gözəl dada sahib olardı, amma çox pis bir qoxusu ola bilərdi. Rəngi də palçıq rəngi ola bilərdi. Lakin, hər meyvə ola biləcəyi ən gözəl daha və ətirə sahibdir. İşin daha da maraqlısı, sahib olduqları bu dad və ətirləri torpaqdan əldə etdikləri maddələrlə əmələ gətirmələridir. Lakin torpağın qoxusu çox da yaxşı deyil, dadı isə pisdir. Ancaq ağac, bu palçıq yığını içindən lazımlı olan maddələri mənimsəyərək, bunları kimyəvi proseslərdən keçirərək mükəmməl dad və qoxular əmələ gətirir.

Burada ikinci bir nöqtə də vardır: Ağacın yaxşı qoxu və dad əmələ gətirdiyini söylənirsiniz, amma əslində hadisə daha da mürəkkəbdir. Çünki "yaxşı qoxu" və ya "yaxşı dad" kimi anlayışlar insana aid anlayışlardır və ağac öz başına bir dad ya da qoxunun yaxşımı, yoxsa pismi olduğunu bilə bilməz. Bunu bilməsi üçün, insandakı estetik anlayışlara sahib olması lazım gəlir. İnsanın nədən ləzzət aldığını, hansı dadı bəyəndiyini, necə bir dil quruluşuna sahib olduğunu öyrənməsi lazım gəlir. Bunları öyrəndikdən sonra isə, az əvvəl dediyimiz işi görəcək,yəni palçıqların içindən topladığı maddələrlə mükəmməl bir kimyəvi hadisə baş verəcəkdir.

Ağacın inanılmaz qabiliyyəti yalnız qoxu, dad, ya da rənglə də məhdud deyildir. Bu taxta parçası, bir də insan vücudunun hansı vitaminlərə ehtiyac duyduğunu bilir və onları əmələ gətirdiyi meyvənin içinə qoyar. Hətta bu vitamin qüvvətlənməsinin mövsümlərə görə tənzimləndiyini görürük: Qış aylarında məhsul verən portağal, naringi kimi meyvələr, yay meyvələrinə görə daha çox artıq C vitamininə sahibdir. Məqsəd, qışın soyuğuna qarşı insanın ehtiyacı olan C vitamini qıtlığı aradan qaldırmaqdadır.

İndi bütün bunlardan üzərində düşünək. Bütün bunlar necə və nə üçün olur? Necə olur ki, bir növ taxta parçası olan ağac, yaxşı dad və qoxu əmələ gətirir? Necə olur ki, insanın zövqləri, estetik təsəvvürünü, vitamin ehtiyaclarını bilir və buna görə bir məhsulu ortaya qoyar?

Ağacın elədiklərini süni bir şəkildə əldə etməyə çalışsaq, olduqca uzun bir cəhd gstərməyimiz lazımdır. Ağacın əmələ gətirdiyi dadı yenidən istehsal etmək mümkün deyildir, dünyada torpaqdan meyvə çıxaran bir dəzgah hələ icad edilməmişdir. Əldə edə biləcəyimiz tək şey qoxudur. İnkişaf etmiş bir laboratoriyada uzun proseslər nəticəsində bir meyvənin qoxusunu əldə edə bilərik. Necə ki, ətirlər bu şəkildə əldə edilir. Ancaq ətirlər də əslində tamamilə süni deyildirlər, bütün ətirlər müxtəlif gözəl qoxulu bitkilərin özlərindən faydalanaraq hazırlanır. Qısacası, insan əlindəki bütün ağıl və texnologiyaya baxmayaraq, bitkilərin ya da ağacların sahib olduğu gbzəl qoxu əmələ gətirmə qabiliyyətinə sahib deyildir.

Başqa bir sözlə, bir meyvə ağacında ya da hər hansı bir bitkidə, insanın əldə edə biləcəyi qədər yüksək bir ağıl, bilik və texnologiya vardır. Bu təəccüblü vəziyyətin isə tək bir izahı vardır: Ağac mükəmməl və üstün bir ağıl, sonsuz bilik və qabiliyyətə sahib olan bir Yaradıcı tərəfindən xüsusi olaraq planlanmışdır. Məqsədi insanlara meyvə verməkdir və bu çətin işi qədim tarixlərdən bu yana böyük bir uğurla yerinə yetirir. Pis bir dadı olan, qəhvə rəngi olan torpağın içindən dünyanın ən ləzzətli və gözəl qoxulu qidalarını çıxarır. Çünki Allah, onu o iş üçün yaratmışdır. Quranda bu mövzuda belə deyilir:

Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Hələ də şükr etməzlər? (Yasin surəsi, 33-35).

Başqa bir ayədə isə blə deyilir:

Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları bitirdik. Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkəti cana gətirdik. Dirilib-çıxmaq da belədir! (Qaf surəsi, 9-11).

Bilindiyi kimi, inkar edənlər təbiətdəki bütün canlıları təkamül nəzəriyyəsi ilə açıqlamağa çağırırlar. Bir təkamül nəzəriyyəsi tərəfdarından soruşsanız ki, necə olur ki, ağacların belə bir ağla və qabiliyyətə sahib olduqlarının, nəyə görə insan üçün qida əmələ gətirirlər, sizə yalnız "təsadüfən belə lomuşdur" cavabını verəcəkdir. Lakin təsadüf bir cəfəngiyyat olmaqdan başqa bir şey deyildir. Heç bir təsadüf insanın insanın ləzzət anlayışını bilməz, heç bir təsadüf insanın xoşuna gələn qoxuları əmələ gətirməz. Heç bir təsadüf insanın vücuduna mövsümlərə uyğun vitamin verməyi tənzimləyə bilməz.

Təsadüflər hər zaman xəta və çətinlik doğurur. Bunu bir nümunə ilə açıqlaya bilərik. Təsadüfən gözəl qoxu əldə etmək üçün bir təcrübə apardığımızı düşünək. Bu torpağa təbiətdəki müxtəlif "material"lardan əlavə edək: peyin, bitki parçaları və s. bunun üzərinə də müxtəlif kimyəvi qarışıqlar tökək. Qabı bağlayıb gözləyək. Bir neçə gün sonra qabı açdığımız zaman, həyatınızda şiss etdiyiniz ən pis qoxulardan biri ilə qarşılaşacaqsınız. Bu təcrübənin nə qədər fərqli versiyalarını yoxlasanız yoxlayın, həmişə bir-birindən pis qoxular əldə edərsiniz.

Gözəllik, estetika və təmizlik öz-özünə əmələ gəlmirlər. Ancaq bir ağıl sayəsində əmələ gəlirlər, xüsusi olaraq da yaradılmaları labüddür.

Bu hadisənin bu yönünü də düşünə bilərik. Əgər bütün qidalar bizim tam istədiyimiz kimi olsa, ancaq həzm sistemimiz "təsadüfən" əmələ gəlmiş olsaydı, yenə böyük bir sıxıntı içində yaşayacaqdır. "Təsadüfən" əmələ gələn bir dilin dad bilmə xüsusiyyəti almayacaqdı və biz, ən ləzzətli qidanı yeməklə taxta gətirmək arasında heç bir fərq hiss etməyəcəkdir.

Bütün yediklərimiz və onlardan ləzzət almağımızı təmin edən bədənimiz Allah tərəfindən xüsusi bir yaradılışla yaradılmışdır. Allahın adlarından biri "Rəqqas", yəni ruzi verəndir və hamısı ayrı bir mükəmməlliklə yaradılmış olan bütün ruziləri bizə verən də Odur. Bunun qarşılığında insanın nə etməsi gərəkdiyini Quranda belə bildirilir:

... Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin... (Səba surəsi, 15).

tohumun büyümesi topraktan çıkışı meyveler

Nilufər Çiçəkləri

Torpağın üzərindəki kiçik çiçəklər bütün mükəmməlliklərə baxmayaraq, insanlar tərəfindən əsasən, adi qarşılanmaqdadır. İnsanların bu çiçəklərdəki yaradılış möcüzələrini qavramalarına mane olan isə, onları hər gün, hər yerdə görmələrinin əmələ gətirdiyi adətkarlıqdan başqa bir yerdə, başqa şərtlərdə yetişən və başqa ölçülərdə olan çiçəklər, "adətkarlıq eynəyi" olmadan qiymətləndiriləcəklərindən, Allahın varlığının dərk edilməsinə daha da kömək olacaqdır.

Amazonka çayının dibini örtən palçıqda yetişən Amazonka nilufərləri, insanlardakı bu "adətkarlıq eynəyi"ni qaldıra bilmə qabilliyətdədirlər. Çünki insanların adət etdikləri, hər gün şahid olduqları şəkildə deyil, çox fərqli bir yaşamaq uğrunda mübarizə ilə həyatlarını davam etdirirlər.

nilüfer çiçeği beyaz nilüfer

Water lilies can only make use of daylight once they have made their way from the depths of swamps to the water surface by extending upwards as high as 2 metres. However, the roots of these flowers also need oxygen. in the left picture are the stems that stretch out from the roots of the plant to the water surface and carry the oxygen it obtains to the roots.

Bu çiçəklər, Amazonka çayının dibindəki bataqlığın içində böyüməyə başlayırlar və daha sonra çayın üzərinə doğru uzanırlar. Məqsədləri, yaşaya bilmələri üçün lazım olan işığa çatmaqdır. Suyun üzərinə çıxdıqları zaman isə böyüməyi dayandırır və burada üstü tikanlı yumru tumurcaqlar əmələ gətirirlər. Tumurcuqlar bir neçə saat kimi qısa bir vaxtda, boyu haradasa iki metr olan böyük yarpaqlara çevrilirlər. Nə qədər bol yarpaqla çayın üzərini örtərsə, o qədər çox günəş işığından faydalanacaqdır. Bu nilufərlər, nəticədə günəş işığından bol faydalanaraq, fotosintez etmə imkanı tapırlar. Əks təqdirdə isə çayın dibindəki işıq çatışmamazlığı səbəbi ilə yaşayışlarını davam etdirməyəcəklərini "bilirlər". Bir bitkinin belə "ağıllı" bir metod izləyə bilməsi, əlbəttə düşündürücüdür.

Ancaq günəş işığı, Amazonka nilufərləri üçün hər şey demək deyildir. Eyni nisbətdə oksigenə də ehtiyacları vardır ki, köklərin olduğu palçıqlı zonada istədikləri oksigenin olmadığı aydındır. Bu səbəblə nilufərlər, köklərindən çıxan sapları yuxarıya, yarpaqlarının olduğu su üzərinə doğru uzadırlar. Bəzən boyu 11 metr olan bu saplar, yarpaqlara bağlanırlar və yarpaqla kök arasında oksigen daşıyan bir kanal vəzifəsini görürlər. 25

amazon nilüferleri
 

Məgər bir çayın dərinliklərində yaşamağa təzə başlayan tumurcuq işığa və oksigenə ehtiyac duyduğunu, işıq və oksigenin olmadığı bir vəziyyətdə yaşaya bilməyəcəyini və ehtiyacı olan şeylərin suyun üzərində mövcud olduğunu haradan bilir. Yaşamağa təzə başlayan bir varlıq, nə o suyun bir nöqtəsinin oolduğundan, nə günəşin, nə də oksigenin varlığından xəbərdar olar.

Buna görə də, təkamül nəzəriyyəsi tərəfdarlarının məntiqi ilə baxarsaq, bu bitkilərin çoxdan mühit şərtlərinə məğlub olub, nəsillərinin kəsilməsi lazım gəlirdi. Lakin nilufərləri bütün mükəmməlliyi ilə bu gün qarşımızdadırlar.

Amazonka nilufərlərinin inanılmaz yaşamaq uğrunda mübarizələri, suyun üzərindəki işığa və oksigenə çatdıqdan sonra da davam edər. Böyük yarpaqlarının sularla dolub batmaması üçün kənarlarını yuxarıya doğru əyirlər.

Gördükləri bütün ğu tədbirlərlə yaşamalarını davam etdirə bilərlər, ancaq nəsillərinin davam etməsi üçün daha artığına ehtiyac hiss etdiklərini də bilirlər. Polenlərini başqa bir nilufərə daşıyan bir canlıya ehtiyac duyurlar, bu canlılar da böcəklərdir. Çünki, bu böcəklər ağ rəngə qarşı xüsusi bir istəklə yaradılmışlar. Buna görə də, qonmaq üçün Amazonka çayının onlarla cazibəli çiçəyinin yanında ağ-appaq olan nilufərləri seçirlər. Amazonka nilufərləri də nəsillərinin davamiyyətini təmin edən bu qonaqlar gəldiyi zaman, bütün yarpaqlarını bağlayaraq, çıxa bilməmələri üçün onları həbs edər və onlara çoxlu polen verirlər. Onları ertəsi gecəyə qədər saxladıqdan sonra sərbəst buraxırlar və təkrar eyni polenləri öz üzərlərinə gətirməmələri üçün rəngləri dəyişdirirlər. Ağ-appaq olan bu görkəmli nilufərlər artıq çəhrayı rəng kimi Amazonka çayını bəzəməyə başlayırlar.

Heç şübhə yoxdur ki, arxa-arxaya gələn bütün bu qüsursuz və incə hesablanmış planları hər şeydən xəbərsiz bir tumurcuğun əsəri deyil, onu yaradan Allahın ağlının əsəridir. Burada qısaca izah olunmağa çalışılan bütün bu xırdalıqlar, kainatdakı hər varlıq kimi bitkilərin də ancaq və ancaq bir Yaradıcı tərəfindən ən uyğun sistemlərlə planlanaraq yaradılmış olduğunu göstərməkdədir.

Külək Təsadüfən Bir Təyyarə Əmələ Gətirə Bilərmi?

Tanınmış fizik Sir Fred Hoylenin həyatın başlanğıcı ilə əlaqədar çox maraqlı bir bənzətməsi vardır. Hoyle "Ağıllı kainat" (The Intellegeht Universe)/ adlı kitabında canlılığın təsadüflərlə doğulduğunu iddia edən təkamül nəzəriyyəsi haqqında belə bir şərh edir:

Həyatın başlanğıc ssenarisini belə düşünə bilərik: Bir qasırğanın, Boinq təyyarə fabrikinin yanında olan ehtiyat parça ambarındakı materialları dağıdaraq, qəza nəticəsi bir Boinq-747 təyyarəsi əmələ gətirməsi kimidir.26

Fred Hoylenin bu bənzətməsi şübhəsiz son dərəcə düzgündür. Bu ana qədər gördüyümüz bütün örnəklərdən də başa düşüldüyü kimi, istər həyatın var olması, istərsə bu an içində saxlanıldığı sistemlərin qüsursuzluğu bütün bunları meydana gətirən böyük bir qüvvəti axtarmağımıza səbəb olacaqdır. Çünki, necə ki, bir qasırğa təsadüflər nəticəsində bir təyyarəni meydana gətirə bilmir, kainatın plansız hadisələrlə meydana gəlməsi və üstəlik də son dərəcə mürəkkəb quruluşları içində saxlaması mümkün olmaz. Bundan başqa, kainatı bir təyyarə ilə müqayisə etmək belə, kainatın mürəkkəbliyi səbəbi ilə uyğun deyil.

Bu qismdə bəhs edilən bütün məlumatlar da qarşımıza istər yaxın ətrafımızdakı, istərsə kosmosun dərinliklərindəki qüsursuz planlamanın dəlillərini çıxartmışdır. Əsla rədd edilməyəcək qədər açıq olan bu dəlillər ağlı və vicdanı ilə dəyərdəndirilən bir insanın gələcəyi tək nəticə isə budur:

Kainatda təsadüfə yer yoxdur, bütün kainat içindəki incəliklə bərabər yaradılmışdır.

Və bu qüsursuz quruluşu yaradan Allah sonsuz qüdrət və elm sahibidir.

 

Qeydlər

13. Bilim ve Teknik Dergisi, sayı.203, s. 25.

14. Color Atlas of Human Anatomy, Harmony Books, New York, 1994, s. 70

15. Color Atlas of Human Anatomy, Harmony Books, New York, 1994, s. 71

16. Color Atlas of Human Anatomy, Harmony Books, New York, 1994, s. 71

17. Büyük Larousse Sözlük ve Ansiklopedisi, II. Cilt, s. 5734.

18. Maurice Burton, C.B.P.C.Publishing Limited/Phoebus Publishing Company 1969/77 Phoebus, s. 120.

19. Maurice Burton, C.B.P.C.Publishing Limited/Phoebus Publishing Company 1969/77 Phoebus, s. 120.

20. Micheal J.Behe, Darwin's Black Box, New York: Free Press, 1996, s. 32.

21. Bilim ve Teknik Dergisi , Temmuz 1989, Cilt 22, sayı.260, s.59

22. Grzimeks Tierleben Vögel 3, Deutscher Taschen Buch Verlag, Oktober 1993, s. 92.

23. Grzimeks Tierleben Vögel 3, Deutscher Taschen Buch Verlag, Oktober 1993, s. 89.

24. Grzimeks Tierleben Vögel 3, Deutscher Taschen Buch Verlag, Oktober 1993, s. 87-88.

25. David Attenborough, The Private Life Of Plants, Princeton University Press, Princeton-New Jersey, 1995, s. 291.

26. Nature Dergisi, 12 Kasım 1981.

4 / total 14
"Harun Yəhyanın Allah Ağılla Bilinir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com