Sosial Silah Darvinizm
Maltusdan Darvinə mərhəmətsizliyin tarixiƏvvəl də ifadə edildiyi kimi, “Növlərin mənşəyi” adlı kitabı yazarkən Darvinin fikirlərindən ən çox təsirləndiyi şəxslərin başında ingilis iqtisadçı və demoqraf Tomas Robert Maltus gəlirdi. Maltus ilk nəşri 1798-ci ildə nəşr olunan “Cəmiyyətin gələcək inkişafına təsirləri baxımından əhali qanunu üzərinə təcrübə” adlı kitabında insan əhalisinin hər 25 ildə həndəsi silsilə ilə (2, 4, 8, 16, 32, 64, 128, 256...), yemək qaynaqlarının isə eyni müddət içində ədədi silsilə ilə (1, 2, 3, 4, 5, 6, 7, 8, 9...) artdığını iddia etmişdi. Yəni Maltusa görə, əhali hər 25 ildə ikiqat artarkən yemək qaynaqları daha az artırdı. Maltus üç əsrin içində əhalinin yemək qaynaqlarına nisbətinin 4096-ya 13 olacağını iddia etdi. Yəni Maltusun bu elmi olmayan iddiasına görə, qaynaqlar sürətlə artan əhali üçün qeyri-kafi qalır və həyatda qalmaq üçün ciddi mübarizə aparmaq sözdə qaçılmaz hala gəlirdi. Darvinin kitabının alt başlığında ifadə edilən iddia da bu idi: Növlərin mənşəyi.... Əlverişli fərdlərin həyat mübarizəsində qorunması... ![]() Tomas Maltus Maltus təcrübəsində əhalinin sürətli artımının qarşısının alınmasının lazım olduğunu ifadə edib özünə görə bəzi çıxış yolları qarşıya qoydu. Maltusa görə, əhalinin artımına nəzarət edən iki təməl amil vardı: iztirablar və pis əxlaq. Qıtlıq və epidemik xəstəlik kimi hadisələr əhaliyə nəzarət edən iztirablar idi. Müharibə, yeni doğulan uşaqların öldürülməsi kimi hadisələr isə əhaliyə nəzarət edən digər amillər idi. Maltus müharibə, qıtlıq, xəstəlik və uşaq cinayətləri kimi hadisələrlə əhalinin sürətli artımının idarə ediləcəyini və bu sayədə əhalinin qida qaynaqları ilə balanslı hala gələcəyini yazmışdı. Ağıllı və vicdan sahibi hər insanın həmfikir olduğu kimi bu, həm ağıl və məntiq xarici, həm də son dərəcə vəhşi iddiadır. Cəmiyyətlərin rifah və hüzuru düşünülərək gəlir və dolanışıq qaynaqlarının doğru planlanması, əlbəttə, cəmiyyətlərin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Ancaq bir cəmiyyətin gələcəyini müharibə, qətliam və cinayətlərlə planlamağa cəhd etmək, əlbəttə, qəbul edilən vəziyyət deyil. Bunun cəmiyyətlərə acı və göz yaşı dolu fəlakətlər gətirəcəyi açıqdır. Bununla belə, Maltusun başqa məntiqdən kənar təklifləri də var idi. Məsələn, işçi sinfindən və ya yoxsul dairədən evli cütlərin uşaq sahibi olmamağı üçün lazım olan bütün tədbirlərin alınmasının gərəkdiyini qarşıya qoymuşdu. Maltusun fikirləri 1834-cü ildə İngiltərədə kasıblar üçün xüsusi iş evləri qurulmasını təmin edən yeni qanunla zirvəyə çatdı. Bu qanunla iş evlərindəki əhali artımını azaltmaq üçün evli cütlərin qəti qaydalarla ayrı qalmaları təmin edilirdi. Əslində, bu tətbiqlərin arxasındakı səbəblərdən biri keçmişdən indiyə gələn sözdə aşağı siniflərin davamlı artan əhalisinin daha mədəni insanları "tükədəcəyi" qorxusu idi. Əlbəttə, bu qorxu son dərəcə yersizdir və böyük yanılmanın məhsuludur. Əvvəlcə, bir insanın maddi vəziyyəti, cəmiyyətdəki mövqeyi və ya dili, irqi, cinsiyyəti səbəbiylə bir başqasına üstün olması söz mövzusu deyil. Allah bütün insanları bərabər yaratmışdır. İnsanları dəyərli edən sahib olduqları müxtəlif imkan və ya fiziki xüsusiyyətləri deyil, göstərdikləri gözəl əxlaq xüsusiyyətləridir. ![]() Sosial darvinizmin azğın təlqinlərinə görə zəif, gücsüz, aciz insanlar ölümə tərk edilməlidir. Bu, dünya tarixinin gördüyü ən qəddar fəlsəfələrdəndir. Fransa inqilabının ardından əvvəlki etibar və gücünü əlində tuta bilməyəcəyi narahatlığını yaşayan ingilis burjuaziyası yoxsulların sayca artımını önləmək üçün maltusçuluğa böyük dəstək vermiş və bu istiqamətdə radikal tədbirlərin alınmasından çəkinməmişdir. Bu vəziyyət din əxlaqından uzaqlaşan insanların qapıldığı yanılmaların nəticələrindən biridir. Dövrün öndə gələnləri cəmiyyətlərinin gələcəyinin varlı insanların sayca çox olmasında və yoxsul olanların isə azalmasında olduğunu sanmışdılar. Əlbəttə, bir cəmiyyətdə varlı insanların sayının artması, rifah səviyyəsinin yüksəlməsi istənilən bir vəziyyətdir. Ancaq rifah səviyyəsini yüksəltmək üçün tətbiq olunan üsulların nələr olduğu son dərəcə əhəmiyyətlidir. Sosial darvinizmin qarşıya qoyduğu kimi kasıbları qətl edib və yoxsullara zülm edib varlı insanların sayını artırmağa çalışmaq əsla qəbul edilməyən üsuldur. Ayrıca, cəmiyyətin inkişafı yalnız varlı insanların sayının artması ilə təmin edilməz. Varlı, amma din əxlaqının gərəyi olan dürüstlük, fədakarlıq, təvazö, səmimiyyət, səbir, tolerantlıq, ağıl, çalışqanlıq kimi dəyərlərdən məhrum olan insanların sayca çoxalmalarının cəmiyyətə fayda yerinə zərər gətirəcəyi hamıya məlumdur. Buna görə, cəmiyyətləri irəli aparmaq üçün qurulan planların hədəfə çatması o cəmiyyətin maddi olaraq inkişaf edərkən mənəvi dəyərlərə olan bağlılığının da gücləndirilməsi ilə mümkündür. Ancaq Maltusla eyni dövrdə yaşayan bir çox insan bu açıq həqiqətin fərqinə varmamış və cəmiyyətlərini sonrakı illərdə böyük əxlaqi çöküntüyə sürüyən bu azğın fikirlərə dəstək vermişdir. Maltusun yoxsul əhalinin artmasını önləmək üçün qarşıya qoyduğu amansız təkliflərdən bəziləri bunlar idi:
Maltus uşaq cinayətlərini də təşviq edirdi:
Maltus cəmiyyətlərin gələcəyi üçün yeni doğulan uşaqların qətl edilməsini məqbul görəcək dərəcədə azğın məntiqə sahib idi. Bu sətirləri oxuyan bəzi insanlar Maltusun görüşlərinin keçmişdə qaldığını və dövrümüzdə artıq belə azğın fikirlərin qəbul edilməyəcəyini düşünə bilərlər. Amma bu yanılmadır. Dövrümüzdə Çində əhali planlamasının yeni doğulan körpələrin öldürülməsi yolu ilə aparıldığı göz önünə gətirildikdə Maltusun və onun təqibçisi olan Darvinin azğın fikirlərinin cəmiyyətlərdəki qalıcı və korlayıcı təsirləri daha yaxşı aydın olar. Kommunist Çində din əxlaqının yaşanması dövlət tərəfindən əngəllənir, dövlət xalqı darvinist dünyagörüşü ilə qiymətləndirir. Buna görə də yaşanan böyük ictimai və əxlaqi çöküntü ilə yanaşı, Çində insanlar iş düşərgələrində bütün insani şərtlərdən məhrum olaraq zorla işlədilir; dövlətin icazə verdiyi saydan çox uşağa sahib olan ailələrin uşaqları zorla toplanıb öldürülür; fikir cinayəti səbəbi ilə insanlar edam edilir və edam səhnələri ictimai mərasim halına gətirilir. Çində yaşananlar darvinist düşüncələrin təsiri altında qalan cəmiyyətin içinə düşəcəyi vəziyyətin günümüzdən bir nümunəsidir. Maltusun tezisləri İngiltərədə yoxsulların vəziyyətini daha da pisləşdirən zülmedici qanunun hazırlanması ilə bitmədi, ictimai problemləri daha da kompleks və çətin duruma gətirdi. İndiki dövrdə hələ bəzi çevrələrin müdafiə etdiyi darvinizm kimi 20-ci əsrə qarışıqlıq, müharibə, irqçilik və dinsizlik və s. bəlalar gətirən nəzəriyyəyə liderlik edən bu tezis heç bir elmi dəlilə əsaslanmır. Hətta Maltus tezisini ortaya qoyarkən keçi və itlər haqqında danışılan, nə qədəri doğru olduğu da bilinməyən bir hekayədən ilham almışdır. Keçilərin və itlərin hekayəsindən darvinizməTəcrübəni yazarkən Maltusa əsl ilham qaynağı olan hadisə Sakit okeanındakı bir adaya ispan dənizçi J.Fernandez tərəfindən buraxıldığı deyilən keçilərlə əlaqədar bir hekayədir. Hekayəyə görə, bu keçilər zamanla adada çoxalmış və adaya baş çəkən dənizçilər üçün yemək qaynağına çevrilmişlər. Keçilər bir tərəfdən sürətlə çoxalıb adadakı qida qaynaqlarını tükətməyə başlamışlar. İspanlar isə onlara hücum edib ticarətlərinə maneə olan ingilis əsgərlərinin bu adadakı keçilərdən faydalanmalarına əngəl olmaq üçün adaya erkək və dişi itlər buraxmışlar. Bu dəfə itlər zamanla çoxalmış və keçilərin bir çoxunu öldürmüşlər. Fransız riyaziyyatçı və inqilabçı C.Tounsend bu şəkildə təbiətin tarazlığının qurulduğunu yazmış və belə demişdir:
Daha əvvəl də ifadə etdiyimiz kimi, bəzi təbii şərtlər heyvanların sayının artması və ya çoxalması, nəslinin tükənməsi və ya qorunması kimi mövzularda təsirli ola bilər. Ancaq bunun insan cəmiyyətləri üçün əsaslı olduğunu zənn etmək çox ciddi yanılmadır. Belə yanılmanı tətbiq etmənin nə qədər qorxunc nəticələrə yol açacağı yaşanmış təcrübələrlə sübut edilmişdir. Tounsend bu düşüncələrini qüvvədə olan yoxsul qanununa tətbiq etmək istədi. İngiltərədəki yoxsul qanununa görə kasıblar ac qalmırlar, ancaq çox işləməyə məcbur edilirlər. Tounsend isə kasıbları işləməyə məcbur edən bu qanunun daha çox çətinliyə və səs-küyə səbəb olduğunu qarşıya qoydu. Bunun yerinə kasıbları aclıqla yola gətirmənin daha məqbul olacağını iddia etdi. Tounsendə görə, aclıq ən vəhşi heyvanı belə itaətli edir, onlara mədəniyyəti və idarə altına girməyi öyrədir və onları işə təşviq edir.11 Əlbəttə, bu, çox amansız və vicdansız bir yanaşmadır. Bu mərhəmətsizliyin təməlində insanları maddi imkanlarına və fiziki xüsusiyyətlərinə görə təsnif etmə yanlışlığı yer tutur. Din əxlaqına heç bir şəkildə uyğun olmayan bu ayrı-seçkilik tarix boyu ictimai nizamı pozan, qarışıqlıq, anarxiya və qarşıdurmaya səbəb olan bir ünsür olmuşdur. Keçilərin və itlərin hekayəsi Tounsendin ardından Maltusun tezislərinin də əsasını meydana gətirdi. Maltusdan sonra H.Spenser tərəfindən ortaya atılan "ən uyğun olan həyatda qalır" cümləsi ilə ifadə edilən yalanın və ardından Darvinin qarşıya qoyduğu "təbii seleksiya ilə təkamül" yanılmasının ilham qaynağı da yenə bu hekayədir. Halbuki, daha əvvəl də vurğuladığımız kimi, heyvanlar üçün əsaslı olan bəzi qanunları insanlara tətbiq etmək Tounsendlə başlayan, Maltus, Spenser və Darvinlə davam edənlərin ən böyük səhvlərindən biri olmuşdur. Onlar insanları ancaq radikal və şiddətə dayanan tədbirlərlə və aclıq, müharibə və səfalət kimi amillərlə idarə edilən vəhşi varlıqlar kimi görmüşlər. Halbuki, insan ağıl, kamal, məntiq sahibi olan varlıqdır. Heyvanlar kimi instinktləri ilə deyil, ağıl və vicdanı ilə hərəkət edir. Maltusun iddiaları elmi məlumatlara əsaslanmır![]() Allah insanlara möhtac olanları qoruyub saxlamağı, şəfqətli və mərhəmətli olmağı əmr etmişdir. Allah`ın əmr etdiyi əxlaqın yaşanması bir çox problemin həlli olacaq. Maltusun nəzəriyyəsi bütün yanlışlıqlarına baxmayaraq, dövrün şərtlərində bəzi çevrələr tərəfindən qəbul edilmişdir. Və sonrakı əsri təsiri altına alan bəzi azğın ideologiya və cərəyanlara da əsas təşkil etmişdir. Bununla yanaşı, heç bir elmi dəlilə əsaslanmır və ziddiyyətlərlə doludur. Bunlardan bəziləri belədir:
Qısası, Maltusun ortaya atdığı iddialar heç bir elmi dəlilə əsaslanmır, tam əksinə, səhvləri və məntiqsizlikləri isbat edilmişdir. Darvin isə təkamül nəzəriyyəsini Maltusun yalnız bəzi fərziyyələrə əsaslanan, xəyali iddiaları üzərinə qurmuşdur. "Həyat mübarizədir" iddiası doğru deyil Maltus və Darvinə olan bağlılıqları səbəbindən bəzi darvinistlər "həyat mübarizədir" düşüncəsini ən kritik nöqtələrə qədər aparıblar. Bəziləri yalnız heyvanların deyil, daxili orqanlardan molekullara qədər bütün varlıqların rəqabət içində olduqlarını iddia edirdilər. Məsələn, T.H.Haksli hər orqanizmin molekullarının bir-biri ilə rəqabət içində olduğunu irəli sürürdü. Alman embrioloq Vilhelm Ruks isə orqanların qida üçün bir-birləri ilə mübarizə apardıqlarını, böyrəklərin ciyərlərə, ürəyin beyinə qarşı mübarizə apardığını iddia etdi.1 20-ci əsrdə biologiya sahəsindəki nailiyyətlər isə təbiətdə belə bir həyat mübarizəsinin olmadığını göstərir. Bu gün biologiyada orqanizmdəki rəqabətdən deyil, iş birliyindən bəhs edilir. Məsələn, bioloq Levis Tomas "Lives of Cells" (Hüceyrələrin həyatı) adlı kitabında belə yazmışdır: Bildiyimiz kimi, canlı varlıqlar arasındakı birlik, əslində, kömək məqsədli, bir dərəcəyə qədər simbiotikdir (ortaq həyat tərzi); ümumiyyətlə, düşmənləri ilə qarşılaşdıqda, bir-birlərinə siqnal və xəbərdarlıq yolladıqları və birlikdə hərəkət etdikləri bir münasibət...2 ![]() Norman Makbetin "Darvin yenidən mühakimə olundu: ağıla müraciət" adlı kitabı Darvin Retried: An Appeal to Reason" (Darvin yenə mühakimə olundu: ağıla müraciət) kitabının yazıçısı Norman Makbet isə Maltus və Darvinin yanıldığını və təbiətdə hər hansı bir mübarizənin olmadığını belə açıqlamışdır: Darvin bioloq olmaqdan çox (qəddar) sosioloq olan Maltusun bu fikrini inkişaf etdirdi. Bu fikir bitki və heyvanlara sevgi rəğbətinin nəticəsi olaraq ortaya çıxmadı. Bu tip düşüncə... hər üzvi varlığın geometrik nisbətlə çoxalmaq üçün böyük cəhd sərf etdiyini, ya da mübarizənin mövcud olduğunu göstərmir... 3 Təkamülçü Peter Kropotkin də heyvanlar arasındakı birlik mövzusuna toxunduğu "Mutual Aid: A Factor en Evolution" (Qarşılıqlı kömək: təkamüldə bir amil) adlı kitabında Darvin və tərəfdarlarının yanıldığını belə bildirir: Darvin və onun ardıcılları təbiəti canlıların davamlı şəkildə bir-biri ilə mübarizə apardığı yer kimi təsvir edirlər. Haksliyə görə heyvanlar aləmi qladiatorların şousuna bənzəyirdi. Heyvanlar bir-biri ilə mübarizə aparır, ən sürətli və ən hiyləgər olanı ertəsi gün mübarizə aparmaq üçün həyatda qalırdı. Ancaq, ilk baxışda, Hakslinin təbiətlə bağlı düşüncələrinin elmi olmadığı aydınlaşır… 4 "Elm və Texnika" jurnalında yayımlanan bir məqalədə isə təbiətin mübarizə meydanı olduğu iddiasındakı yanılma belə etiraf edilir: Problem canlıların niyə bir-birlərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə görə, hər canlı öz varlığını davam etdirib yaşaya bilmək üçün mübarizə aparır. Başqalarına kömək etmək o canlının sağ qalma ehtimalını azaltdığına görə, uzun zaman içində təkamül bu davranışı sıradan çıxarmalı idi. Halbuki, canlıların fədakar olduqları müşahidə olunmuşdur. 5 Bütün bu məlumatlar bir daha göstərir ki, Darvinin ibtidai elmi şərtlər altında ortaya qoyduğu nəzəriyyə böyük yanlışlıq və saxtakarlıqla doludur. Elmin demək olar ki, hər sahəsindəki yeniliklər Darvinin təkamül nəzəriyyəsinin əsassızlığını sübut edir. Bunu elm kimi mənimsəyənlər elmdən kənar ibtidai nəzəriyyəni müdafiə etdiklərini görməzlikdən gəlməməli və bu yanılmadan tez bir zamanda uzaqlaşmalıdırlar. QEYDLƏR 1. http://www.trufax.org/avoid/manifold.html 2. L. Thomas, The Lives of a Cell, New York: Bantam Books INC., (1974) 3. www.trufax.org/avoid/manifold.html 4. Peter Kropotkin, Mutual Aid: A Factor of Evolution, 1902, I. Bölüm. 5. Bilim ve Teknik, sayı 190, s.4 Maltusçu Darvin![]() Darvin Maltusun təcrübəsini 1838-ci ildə oxudu və qeyd dəftərinə belə yazdı:
Darvinin qeydlərindən də aydın olduğu kimi, təbii seleksiya ilə təkamül və həyat mübarizəsi anlayışları Darvinin zehnində Maltusu oxuduqdan sonra şəkillənmişdir. Darvin "Növlərin mənşəyi" kitabında Maltusun iddialarını tamamilə mənimsədiyini bu sözləri ilə qəbul edirdi:
![]() Maltusun səhv məntiqi uşaqlar üzərində də tətbiq olunmuş və bir çox uşaq çətin şərtlər altında işlədilmişdir. Darvin Maltusun nəzəriyyəsi və təbii seleksiya tezisi arasındakı əlaqəni belə açıqlayırdı:
Darvinin Maltusun azğın fikirlərindən dəstək aldığı bu düşüncələri ciddi yanılmadır və elmi heç bir dəyərə sahib deyil. Bundan başqa, əhali planlamasını zəif və kasıbları ortadan qaldırmaqla təmin etməyi qarşıya qoyan və kifayət qədər güclü olmayanların yox olmalarının lazım olduğunu ifadə edən bu dünyagörüşü böyük zalımlıqdır. Necə ki, həyatı hüzuru, təhlükəsizliyi və anlayışı təməl alan bir sahə olaraq deyil, yalnız həyatda qalmağı, buna görə də amansız mübarizə aparmağı tələb edən sahə olaraq görən bu dünyagörüşü cəmiyyətlərə böyük fəlakətlər gətirmişdir. Maltusdan amansız dünyagörüşünə![]() Malthusa görə "aşağı sinif" nəzarət altına alınmalı, əzilməli, gücləndirilməməli və işlədilməlidirlər. Bu səhv görüş mənimsəndi və işçi sinfi ən ağır şərtlərdə işlədilməyə başlandı. Maltus və Darvinin fikirləri elmi dəlillərə əsaslanmadığına baxmayaraq, böyük dəstək tapdı. Bunun səbəbini hər ikisinin də yaşadıqları dövrdə axtarmaq lazımdır. Maltus və Darvin sənaye inqilabından sonrakı dövrdə İngiltərədə yaşayırdılar. İngiltərə aristokratiyası sənaye inqilabı ilə yanaşı, mövqeyini və gücünü işçi sinfinə qarşı itirməkdən qorxurdu. Bir tərəfdən də ucuz işçi qüvvəsinə çox ehtiyacları var idi. Bu dilemma nəticəsində idarəçi sinfin öz səhv anlayışı ilə gəldiyi nəticə bu oldu: İngiltərədə "aşağı sinif" idarə altına alınmalı, əzilməli, gücləndirilməməli və işlədilməli idi. Maltus isə sürətlə artan əhaliyə qarşı qeyri-kafi qalan qida qaynaqları tezisini qarşıya qoyarkən həlli "aşağı sinf"in çoxalmasını dayandırmaqda göstərib həm yoxsulları təhdid edirdi, həm də onlara qarşı sərt tədbirlərin alınmasına səbəb olurdu. Darvin Maltusun tezisini təbiət elminə və biologiyaya tətbiq edib bu iddiaya sözdə elmi görünüş qazandırmışdı. R.Hofstadter "Amerikan düşüncəsində sosial darvinizm” adlı kitabında Darvinin Maltusun tezisinə verdiyi dəstək üçün belə demişdir:
Tədqiqatçı və yazıçı İ.Taylor isə Maltusla əlaqədar bir məqaləsində Maltusun tezisinin ehtiva etdiyi degenerativ fikirlər üçün belə deyir: ![]() Ucuz iş gücünə ehtiyacı olan bəzi qruplar Maltusun batil fikirlərinə ilk sahib çıxanlar oldu.
Maltusun "amansız, ümidsizlik verən, axmaq" iddiası elm tərəfindən yalanlansa da, günümüzə qədər təsirini davam etdirmişdir. İ.Taylor "İnsanların zehnində" adlı kitabında Maltusla başlayan və Hitlerlə sona çatan bu mərhəmətsizlik zəncirini belə yekunlaşdırır:
Göründüyü kimi, Maltusun zalım görüşlərinin dəstək görməsinin təməlində bunları öz mərhəmətsizliklərinə, mənfəətlərinə, azğınlıqlarına bir növ örtük kimi istifadə etməyi istəyən bəzi idarəçi və liderlərin, ideoloji qayğılar daşıyan bəzi qənaət öndərlərinin əhəmiyyətli payı olmuşdur. Söz mövzusu çevrələrin öz mənfəətləri uğruna dəstək verdikləri bu amansız dünyagörüşünün səbəb olduğu fəlakətlər isə tarixdə misli görülməmiş böyüklükdə olmuşdur. Növbəti səhifələrdə Maltusla başlayan bu amansız və mərhəmətsiz dünyagörüşünün sosial darvinizm adı altında necə gücləndirildiyini və insanlığa nəyə başa gəldiyindən bəhs edəcəyik.
QEYDLƏR
8. Thomas R. Malthus, An essay on the principle of population as it affects the future improvement of society., Reprint, London:Reeves and Turner, (1798) 1878, s. 412
9. Thomas R. Malthus, An essay on the principle of population as it affects the future improvement of society., Reprint.London:Reeves and Turner, (1798) 1878, s.411, 430-431.
10. Karl Polanyi, The Great Transformation, Boston, Beacon Press, 1957, s.112
11. Karl Polanyi, The Great Transformation, Boston, Beacon Press, 1957,s.112.
12. Sir Gavin de Beer, Charles Darwin, London: Thomas Nelson & Sons, 1963
13. Charles Darwin, On the Origin of Species By Means of Natural Selection, London, 1859, (tekrar baskı 1964, Harvard University Press, Cambridge) s.64
14. Charles Darwin, On the Origin of Species, s. 117
15. Richard Hofstadter, Social Darwinism in American Thought, s. 88
|