Darvin-Hitler koalisiyasının nəticəsi:
40 milyon ölü
Sosial darvinizm haqqında bura kimi izah edilənlərdən sonra dünya tarixinin ən böyük soyqırımlarından birinin memarı olan və tarixə ən amansız və zalım hökumətlərdən biri olaraq keçən nasistlərin də sosial darvinizmə möhkəm bağlı olduqlarını demək təəccüblü deyil.
Hitlerin və nasist ideoloqlarının yazıları, nitq mətnləri və digər sənədlər araşdırıldığında onların irqçi, təcavüzkar və döyüşçü siyasətlərini darvinizmin üzərinə qurduqları açıq şəkildə görünər.
A. Hitler
Hitlerin eyni heyvan yetişdirənlər kimi insan soyunu islah edəcəyini zənn etməsi, aryan irqini "kirlətdiyini" düşündüyü irqlərin, irsi xəstəliyi olanların və zəiflərin yox edilmələrinin lazım olduğunu iddia etməsi, milyonlarla insanın qətlini mərhəmətsiz şəkildə əmr etməsi onun insanları heyvan kimi gördüyünün və darvinizmə olan bağlılığının dəlillərindən bir neçəsidir. Nasist soyqırımından sağ qurtulanlardan biri A.Kimel "Nasist terroru" başlıqlı məqaləsində sosial darvinizm və nasizm əlaqəsini vurğulayır və sosial darvinizmə inanan nasistlərin insanlara necə acımadan heyvani rəftar etdiklərini belə açıqlayır:
Nasizm sosial darvinizmi qəbul edərək insanları heyvanlarla bərabər hala gətirdi, əllərindəki fərdi seçim azadlığını, özləri üçün düşünə bilmək qabiliyyətini aldı. Mərhəmətsizlik, terror, yalan və insanın insan tərəfindən amansız istismar edilməsi bir davranış normasına çevrildi. Əgər insanları heyvanlar kimi eyni təbii seleksiya qanunları idarə edirsə, insanın şüurundakı ilahi qığılcım götürüldüyündə insanlarla heyvan kimi davranıla bilər: süni şəkildə çoxaldıla bilər və mal-heyvan kimi rəftar görə bilərlər. Məsələn, müharibə və müharibənin laqeyd idarəsi böyük itkilər gətirmişdi. Hitler vəziyyəti itkilərin qarşısını almaqla deyil, artırma metodlarını inkişaf etdirməklə düzəltməyə çalışırdı. Oşvitzdə (nasist həkim) Mengele əkizlər üzərində onları öldürməklə, kəsib doğramaqla artım üsullarının necə inkişaf etdiriləcəyinə, alman qadınlarının doğum məhsuldarlığının necə iki qat artırıla biləcəyinə dair "elmi" təcrübələr apardı. Almanlar törəyən heyvanlar kimi görüldü, S.S. onların çobanları və Führer də tərbiyəçi sahibləri idi. Almanlar mükafat qazanmış heyvanlar, digər xalqlar sıravi heyvanlar və yəhudilər isə zərərli böcəklər kimi qəbul edilmiş və elə rəftar görmüşlər...84
Nasistlərin əsrlər boyu nümunəsi görünməmiş bir soyqırım reallaşdırmaqda əsaslandıqları azğın dünyagörüşü bu idi. Hitlerin müdafiə etdiyi "üstün irq" yalanı bioloji "növ"ün içində yer alan qrupların bərabərsizliyi yalanına əsaslanırdı. Yəni Hitlerə və tərəfdarlarına görə, bəzi növlər təkamüldə inkişaf etmiş, amma bu növlərin içindəki bəzi fərd və ya qruplar geri qalmışdılar. İrqçiliyin zəminini meydana gətirən bu yanlış iddia Darvinin nəzəriyyəsinin ən fundamental nöqtələrindən biri idi. Proffessor K.A.Şloynes Oşvitz haqqındakı kitabında Darvinin nəzəriyyəsinin irqçiliyə sözdə elmi dəstək verdiyini belə qəbul edir:
Nasist zülmündən ən çox payını alanlardan biri də ac, kimsəsiz və baxımsız qalan uşaqlardır.
Darvinin həyatda qalma mübarizəsi fikri irqçilərin üstün və aşağı insan və millət anlayışını haqlı göstərdi və bunların arasındakı mübarizəni təsdiqlədi.85
Təkamülçü elm adamları tam olaraq nasistlərin istədiyi kimi nəzəri haşiyə cızırdılar. Məsələn, heyvan davranış elminin qurucusu sayılan təkamülçü K.Lorenz irqlərin təmizlənməsini bioloji quruluşlarla müqayisə edib belə deyirdi:
Eyni xərçəngdə olduğu kimi, ən yaxşı müalicə parazitlərin kökünü ən qısa müddətdə kəsməkdir. Həmişə cəmiyyət üçün problem olan aşağı millətlərin mənfi sosial təsirlərinə qarşı yevgen qorunma üsullarının tətbiq olunması zəruridir... Bu aşağı ünsürlər (sağlam) bir cəmiyyətin içindən təsirli şəkildə ayırd edilmədiklərində (eynilə bəd xassəli şişin hüceyrələrinin bütün insan bədənində sürətlə çoxalmasına izn verilməsi kimi) həm özlərini, həm də onları saxlayan bünyəni yox edərlər.86
Fərqli irqləri və ya cəmiyyətdəki zəif, möhtac insanları bir növ xərçəng kimi görmək və onları amansızca təmizləməyi istəmək açıqlanması mümkün olmayan vəhşilikdir. Nasist ideoloqlar bu vəhşiliyi darvinizmin yalanlarını qarşıya qoymaqla sözdə elm maskası altında gizlətməyə çalışmışlar. “İrq və kral” adlı kitabın yazıçısı J.Tenenbaum nasist siyasətlərinin darvinizmlə necə formalaşdığını belə bildirir:
Mübarizə, seleksiya və ən uyğun olanın həyatda qalması... Bütün bu anlayış və müşahidələr Darvin tərəfindən ortaya atıldı. Ancaq daha əvvəl də 19-cu əsr alman sosial fəlsəfəsində bu anlayışlar qəbul edilməyə başlanmışdı... Bunun bir nəticəsi kimi almanların üstün irq olduqları inancına əsaslanan bütün dünyaya hakim olma doktrinası inkişaf etdi. Bu doktrina, eyni zamanda, Almaniya dövləti ilə zəif millətlərin arasındakı "çəkic və zindan" əlaqəsinə əsaslandırılmışdı.87
Tenenbaum nasistlərin siyasi sistemlərini heç bir əskiklik olmadan tamamilə darvinizmə görə təyin etdiklərini açıqladıqdan sonra belə davam edir:
Hitler, Nuremberq mitinqi zamanı
Siyasi lüğətləri torpaq, mübarizə, seleksiya və nəslin tükənməsi kimi sözlərlə dolu idi. Məntiqlərinin qiyası açıq şəkildə belə ifadə edilmişdi: dünya fərqli millətlərin torpaq üçün mübarizə apardığı balta girməmiş bir meşədir. Daha güclü olan qazanır, daha zəif olan ölür və ya öldürülür...88
Hitler 1933-cü ildə Nuremberq mitinqində üstün irqlərin aşağı irqləri idarə etdiyini, bunun təbiətdə görünən haqq olduğunu və yeganə məntiqli haqq olduğunu irəli sürərkən bunu təbiətin qanunu kimi gördüyünü iddia edirdi.89 Amma, əlbəttə, bu iddiası ilə tarixin ən böyük yalanlarından birini müdafiə edirdi.
Hitlerin "Millətin qədəri haqqında" başlıqlı nitqindəki sözləri də darvinist görüşlərinin bir xülasəsidir:
Həyatın ən fundamental motivasiya amilləri arasında öz-özünü mühafizə və gələcək nəsillərin qorunması yer alır. Siyasət insanların həyatda qala bilmək üçün apardıqları mübarizədən başqa bir şey deyil. Bu şiddətli yaşamaq arzusu dünya miqyaslıdır və bütün milləti yönləndirir. Yaşamaq istəyi qarşıdurmaya aparmalıdır, çünki bu istək təmin edilə bilməməklə yanaşı, eyni vaxtda, həyatın təməlidir. Yaşanan sahə məhduddur. Buna görə, insaniyyətdən çox mərhəmətsizlik həyatda əsasdır! İnsan ixtilaflar və davam edən mübarizə nəticəsində dünyanın sahibi olmuşdur. Bu, insanlığın deyil, güc və hakimiyyəti qazanan qüvvənin üstünlüyüdür. İrqlər arasında fərqliliklər vardır. Dünya mədəniyyətini seçmə sinifdən (elitalardan) almışdır. Bu gün nə görürüksə, hamısı aryanların işlərinin və müvəffəqiyyətlərinin bir nəticəsidir. Ancaq hər irqin içində nəticəyə aparan əsl amil yetişdirməyi bacardığı əhəmiyyətli şəxsiyyətlərdir. İnsanlığın şəklini demokratik çoxluqlar deyil, əhəmiyyətli şəxsiyyətlər təyin etmişdir.90
1945-ci il Almaniyasından bir şəkil
Hitlerin hədyanlarının açıq göründüyü bu azğın fikirlər o dövrdə bir çoxlarını təsiri altına almışdı. Cəhalətin də təsiri ilə on minlərlə insan Hitlerin xəyal məhsulu olan bu fərziyyələrin təqibçisi oldu. Daha əvvəl də vurğuladığımız kimi, cəmiyyətləri inkişaf etdirən qarşıdurma meyilliliyi və ya həyatda qala bilmək üçün aparılan mərhəmətsiz mübarizə deyil. Hər cəmiyyət daha zəngin və gözəl həyat üçün cəhd göstərər, amma bu cəhdin müvəffəqiyyətə çatması söz mövzusu cəmiyyətin mənəvi və əxlaqi dəyərlərə olan bağlılığı ilə düz mütənasibdir. Başqalarını yox etməyə çalışmaq, bitmək bilməyən şiddət və təcavüzkarlıq həmişə bütün tərəflərə müsibət gətirər. İrqlər arasındakı fiziki və ya mədəni fərqliliklər isə bunların birini digərinə üstün edən xüsusiyyətlər deyil. Tam əksinə, bu fərqliliklər sülh və təhlükəsizliyin hakim olduğu mühitlərdə mədəni zənginliyi təmin edən qiymətli ünsürlərdir.
Din əxlaqı da bu fərqlilikləri mədəni zənginliyə çevirməyi zəruri edir. Allah insanlara istənilən şərtlərdə bağışlayıcı olmağı, ədalətdən əsla ayrılmamağı, digər insanlara şəfqət və mərhəmətlə yanaşmağı əmr etmişdir. İman edənlər Allah`ın fərqli irqlər və millətlər yaratmasının bir çox hikmətinin olduğunu bilər, qardaşlıq və həmrəylik ruhu ilə hərəkət edərlər. İnsanları irqlərinə görə təsnif etməyə çalışmaq, mənsub olduğu irq səbəbi ilə (heç bir haqlı səbəbi olmamağına baxmayaraq) öyünüb qürurlanmaq isə iman etməyənlərin və şərik qoşanların xüsusiyyətləridir. Bir ayədə inkar edənlərin öz soylarını kinlə qorumaq həvəsləri bu şəkildə bildirilir:
Kafirlər öz ürəklərində cahiliyyə təkəbbürü təəssübünə qapıldıqları zaman...(Fəth surəsi, 26)
Hitler isə ruhi problemlərinin də təsiri ilə bu azğın fikirlərini müdafiə etməyə davam etmiş, Darvinin nəzəriyyəsinin öz fikirləri ilə bu dərəcə paralel olmasını batil fikirlərini yaymaq üçün sözdə yaxşı bir vasitə kimi görmüşdür. Hitlerin darvinizmə olan bağlılığı hələ 1925-ci ildə nəşr olunan “Mənim mübarizəm” adlı kitabında görünür. Məsələn, kitabının 4-cü hissəsində darvinizmin müvəffəqiyyətli Almaniya üçün yeganə təməl olduğunu ifadə etmişdir. “Darvin: əvvəl və sonra” kitabının yazıçısı Klark Hitlerin darvinizmə olan bağlılığından belə bəhs edir:
Hitlerin sosial darvinist açıqlamalara tez-tez yer verdiyi kitabı: "Mübarizəm"
Təkamüli fikirlər (olduqca açıq bir şəkildə) “Mənim mübarizəm”in ən pis hissələrinin və (Hitlerin) xalqa nitqinin qaynağıdır. Hitler üstün irqin həmişə aşağı irqə üstün gələcəyi nəticəsinə gəlmişdir.91
“Nasist Almaniyasının öldüyü gün” adlı kitabın yazıçısı B.Uaylder-Smiz nasist doktrinasının təməl ünsürünün nə olduğunu belə açıqlayır:
Nasist nəzəriyyəsinin və doktrinasının ən əhəmiyyətli prinsiplərindən biri... təkamül nəzəriyyəsinin (və) ...bütün biologiyanın yuxarıya doğru təkmilləşdiyi və daha az inkişaf etmiş növlərin fəal şəkildə kökünün kəsilməsinin lazım olduğu (və) ...təbii seleksiyaya kömək edilə biləcəyi və edilməsinin lazım olduğudur... buna görə, (nasistlər) "az inkişaf etmiş" olaraq qiymətləndirdikləri yəhudiləri və... qaraları yox etmək üçün siyasi qanunları tətbiq etməyə başladılar...92
Professor C.J.Stein “American scientist” jurnalındakı “Bioloji elm və nasizmin kökləri” başlıqlı yazısında Hitlerin sosial darvinist fikirləri haqqında belə yazır:
... Alman sosial darvinizmi Almaniyanın hər yerində məşhur şəkildə bilinir və qəbul edilir, bundan daha əhəmiyyətlisi, elm adamları da daxil olmaqla, əksər alman tərəfindən elmi baxımdan doğru olduğu düşünülürdü. Daha yaxın zamanlarda millətçi sosializm və Hitler üzərinə aparılan akademik işlər bu həqiqətin fərqində olmağa başladı... (Darvinin nəzəriyyəsini tətbiq etməyi) nasizmin ən diqqəti cəlb edən xüsusiyyəti idi. Millətçi sosializm "bio-siyasi"... radikal bərabərsizliyə dair mistik-bioloji bir siyasətdir; var olmaq üçün sonsuz mübarizəyə əsaslanır, ən uyğun olanın həyatda qalmasını təbiət qanunu olaraq qəbul edir və təbii seleksiyanı cəmiyyət siyasətinə çevirmək üçün dövlət gücündən istifadə edir...93
Professor Ştayn yazısında alman sosial darvinizminin təməlində insanın heyvandan fərqli canlı olmadığı iddiasının olduğunu ifadə edir və belə deyir:
Alman sosial darvinizminin ana xətləri ilə xülasəsi belə idi... insan üstün və ya insani xüsusiyyətlərə sahib deyildi və yalnız təbiətin bir parçası idi. Digər tərəfdən almanlar bioloji baxımdan daha üstün bir birliyin üzvləri idilər... Siyasət biologiya qanunlarının sadə tətbiqi idi. Əslində, Hekkel və tərəfdarları olan sosial darvinistlər millətçi sosializmin təməl fərziyyələri halını alan fikirləri inkişaf etdirdilər... Dövlətin təşkilat olaraq işi yevgeni və süni seleksiya idi...94
Ştaynın yazısında açıq şəkildə ifadə etdiyi millətçi sosialistlərin bu yanılmaları onlarla ölkənin qatılmaq məcburiyyətində qaldığı dünya müharibəsinə zəmin hazırladı. Darvinin xəyal məhsulu nəzəriyyələrinin dəstəyi ilə inkişaf edib güc tapan nasizm dünya tarixində bənzəri az olan bir fəlakətin memarı oldu. Bu, elə böyük bir fəlakət idi ki, milyonlarla insan həyatını itirdi, şəhərlər xəritələrdən silindi. Ən böyük zərəri isə nasist ideoloqların təbliğatlarında daha çox güc qazanacağını və inkişaf edəcəyini iddia etdikləri alman cəmiyyəti gördü. Qarşıdurmanın, müharibənin, mərhəmətsizliyin, digər millətləri yox etməyə cəhd etməyin bir milləti qətiyyən inkişaf etdirməyəcəyi yenə görülmüş oldu.
Hitler isə yaşadığı müddətdə nasistlərin özlərinə və digər insanlara dünyagörüşünü vurğulayan "Biz nasistlər... barbarıq. Barbar olmaq istəyirik. Bu, şərəfli bir ünvandır və bununla dünyanı gəncləşdirəcəyik"95 sözləri ilə yanılmalarından heç imtina etmədi.
Sir Artur Kitin ifadəsi ilə təkamülçü olan Hitler Almaniyanın təcrübəsini təkamül nəzəriyyəsinə uyğunlaşdırmaq üçün şüurlu şəkildə çalışmışdı.96 Kit, bundan başqa, təkamül nəzəriyyəsi, Hitler və müharibə üçbucağı haqqında bunları deyir:
Əgər müharibə təkamülün uşağıdırsa, (və belə olduğuna inanıram) bu vəziyyətdə təkamül "dəli olmuş" və qəbilələrin, millətlərin və fərqli irqlərin bir-birləri ilə rəqabətlərində elə mərhəmətsiz olmuşdur ki, inkişafa mane olacaq rol oynamışdır. Təkamüli qanunların insan təbiətinə zorla qəbul etdirdiyi sanksiyalardan onu qurtarmaq xaricində müharibədən xilas olmağın heç bir yolu yoxdur.97
Peter Hofman “Hitlerin şəxsi təhlükəsizliyi” adlı kitabında Hitlerin darvinist fikirləri haqqında belə deyir:
Hitler mübarizəyə hər insanı digərlərinə üstün gəlmək üçün çalışmağa məcbur edən darvinçi bir prinsip olaraq inandı; mübarizə olmadan pozular və yox olardılar... 1945-ci ilin aprel ayındakı məğlubiyyətində belə Hitler güclünün həyatda qalmasına olan inancını dilə gətirdi və slavyanların daha güclü olduqlarını isbat etdiklərini eşitdirdi.98
Qısası, bir çox tarixçi və tədqiqatçının fikirlərindən aydın olduğu kimi, eyni zamanda, Hitlerin yazılarında və nitqlərində də açıq şəkildə göründüyü kimi, nasizm darvinizmdən güc və qaynaq tapmışdı. Hitler və digər nasist öndərlər bir çox sözdə elmi dəlildən istifadə edib bütün şəxsi dəlilik, mərhəmətsizlik və zalımlıqlarını darvinizmə əsaslandırıb özlərinə görə qanuniləşdirmişdilər. Əslində, belə bir ideologiya və psixologiyanı inkişaf etdirmələrinə səbəb olan mədəni mühit də böyük ölçüdə sosial darvinizmin izlərini daşıyırdı. Növbəti səhifələrdə vurğulayacağımız kimi, E.Hekkel kimi qatı darvinistlərin əli ilə Almaniyaya girən sosial darvinizm 20-ci əsrin birinci yarısında bütün alman cəmiyyətinə dərindən təsir etmiş, degenerasiya etmiş və nasizmə qapılmalarına səbəb olan ən əhəmiyyətli zehni təməli meydana gətirmişdi.
Nasist Almaniyasında təkamül və müharibə
Sosial darvinizmin azğın təlqinlərinə görə, müharibə cəmiyyətləri inkişaf etdirən və ən uyğun olanların seçilməsini, zəiflərin isə ələnməsini təmin edən bir yoldur. Bu yanlış cərəyan müharibəni yalnız zəif irqləri yox etdiyi üçün deyil, eyni zamanda, üstün irq içindəki zəif üzvləri yox etdiyinə görə də müsbət güc olaraq qəbul edir. Buna görə, sosial darvinizm müharibəni təsdiqləyir və təşviq edir. Nasistlər də eyni sosial darvinist məntiqlə müharibəni mənimsəmişlər. Robert Klark “Darvin: əvvəli və sonrası” adlı kitabında Hitlerin müharibəyə baxış yönü ilə əlaqədar olaraq “Mənim mübarizəm”i qaynaq göstərib aşağıdakı bilgiləri verir:
19 avqust 1942: Fransa sahili Dyepdəki nasist hərbi qarnizonu tərəfindən qətl edilən insanlar. Üstdə (sağda), Norveç cəbhəsindəki müharibə şəraitində ağır silah daşıyan almanlar. Sosial darvinist məntiq keçdiyimiz əsrdə bir çox insanın müharibələrdə ölməsinə, bir çox ölkənin də məhvə məruz qalmasına səbəb olmuşdur.
Hitlerin Millətlər Cəmiyyətinə, müharibəyə və sülhə yanaşması eyni prinsiplərə əsaslanır. "Bir dünya məhkəməsi... bir zarafat olardı.... Təbiət tamamilə gücün və zəifin qüvvətli mübarizəsidir, güclünün zəif üzərindəki sonsuz zəfəridir. Əgər belə olmasaydı, təbiətin daxilində pozulmanın xaricində bir şey olmazdı. Bu ən əsas qanunu pozan dövlətlər tənəzzül edər. Yaşayan döyüşməlidir. Daimi mübarizənin həyatın bir qanunu olduğu bu dünyada döyüşmək istəməyən isə yaşamaq haqqına sahib deyil. Başqa cür düşünən təbiəti alçaldar. Kədər, bədbəxtlik və xəstəlik də aldığı sərt qarşılıqdır".99

İxtilafçı ideologiya və müharibə isteriyası sosial darvinizmlə birlikdə güclənmiş, darvinist təlqinlər bu meyilləri qızışdıran və bütün bir cəmiyyət tərəfindən mənimsənməsinə səbəb olan çox güclü və təsirli bir katalizator olmuşdur. İrqçilik, qarşıdurma və müharibə həsrəti bu minvalla ilk dəfə sözdə elmi dayaq tapmış və elmin nüfuzuna əsaslanıb cəmiyyətə rədd edilməz bir həqiqət kimi təqdim edilmişdir. Nasist dövrünün təkamülçü nəzəriyyəçilərindən A.E.Uiqamın 1922-ci ildə nəşr olunan kitabında yazdıqları o vaxtlar alman fikir dünyasında olduqca çox rast gəlinən yalanlardan birini əks etdirməsi baxımından diqqəti cəlb edir:
Bir zamanlar insanların beyinləri əmioğluları olan insanabənzər canlılardan çox az böyük idi. Amma təpikləməklə, dişləməklə, döyüşməklə... və düşmənlərini hiyləgərliklə yenməklə və bunları edəcək qabiliyyətə sahib olmayanları öldürməklə insanların beyinləri böyüdü və həcm baxımından olmasa da, çeviklik və ağıl baxımından inkişaf etdi.100
3-4 milyon insanın öldüyü Oşvitz düşərgəsində aclıqdan ölən və ya ölmək üzrə olan insanlar. Nasistlərin sosial darvinizm ilə dəstəklədikləri sözdə üstün irq azğınlığı milyonlarla günahsız insanın bu şəkildə ölməsinə səbəb oldu.
Bir çox alman ideoloqu müharibə və qarşıdurmanın insanı inkişaf etdirərək təkamülə köməkçi olduğu azğınlığına inanırdı. Ali irqin sözdə üstünlüyünə inanan nasistlər irqlərini daha da üstün hala gətirmək üçün İkinci Dünya Müharibəsini alovlandırdılar və 40 milyon insanın ölümünə səbəb oldular.
Tamamilə xəstə bir zehnin məhsulu olan bu xəyali "təkamüli tarix"dən çıxarılan nəticə isə aydın idi: Nasistlərin batil düşüncələrinə görə, müharibə uzun vədədə müsbət bir şey idi, çünki təkamülçülər insanın yalnız öldürücü çəkişmələrlə irəlilədiyini iddia edirdilər. Hitler və Rozenberq kimi digər nasist ideoloqlar da dövrümüzdəki mədəniyyətin davamlı müharibələrlə meydana gəldiyini iddia etmişdilər. Dövrün bəzi sözdə elm adamları bu səhv fikri özlərinə görə müdafiə etməyi öz üzərilərinə götürmüşdülər. Məsələn, darvinizmin Almaniyadakı tanınan müdafiəçilərindən Berlin Universitetinin professoru Hekkel xüsusilə qədim yunan döyüşçü şəhər dövləti olan Spartanı tərifləmiş, spartalıların seçilmiş irq olduqlarını və buna görə müvəffəqiyyətli və üstün olduqlarını iddia etmişdir. Fövqəladə dərəcədə sağlam və güclü uşaqların xaricindəkiləri öldürmələrinin spartalılara davamlı güc və mətanət verdiyini söyləmişdir.101 Spartalıların bu mərhəmətsiz və vəhşilik dolu tətbiqlərini məqbul hesab edən Hekkelə görə, Almaniya da Sparta ənənəsini izləməli idi, çünki xəstə və fiziki çatışmazlığı olan körpələrin öldürülməsi həm öldürülən körpələrin, həm də cəmiyyətin faydası üçün idi. Hekkelin bu vicdansız və son dərəcə zalımanə təklifləri darvinizmin elmdən kənar iddialarının necə azğın bir məntiq hörgüsünə təməl təşkil etdiyini göstərməsi baxımından əhəmiyyətli bir nümunədir. Hekkel və darvinizmə görə bütün həyatların bərabər dəyərdə olduğu və ya qorunmasının lazım olduğu yalnız ənənəvi bir doqma idi və sözdə elmi həqiqətlərə zidd düşürdü.102 Ağıl və məntiq sahibi heç kimin qəbul etmədiyi bu iddialar bir dövr Almaniyasının öndərləri tərəfindən şiddətlə mənimsənmişdi.
Sosial darvinizm yalnız Almaniyada deyil, dünyanın bir çox yerində ilahi dinlərin öyrətdiyi gözəl əxlaqı, bu əxlaqda yer alan mərhəmət, qoruma, köməkləşmə, acıma, səbir etmə kimi dəyərləri rədd edirdi. Bu dəyərlərin yerinə isə mənfəətinə uyğun gəlməyəni öldürmək, yox etmək, mərhəmətsiz və amansız olmaq kimi (həqiqətdə insanlığın ən böyük azdırıcısı olan şeytana aid) xüsusiyyətlərin üstün olduğunu iddia edirdi. Nasistlərin yəhudi düşmənliyinin mənşəyində də ilahi dinlərə duyulan nifrət var idi.
Neo-nasizmin dünyada davam edən varlığı bizlərə bu xəstə ideologiyanın hələ də böyük təhlükə olmağa davam etdiyini göstərir. Unutmaq olmaz ki, hər nə ad altında olursa olsun, sosial darvinizmin insanlıq üçün uyğun hesab etdiyi həyat şəklində yalnız qarşıdurma, müharibə, mübarizə, çəkişmə, qan tökmə, döyüş, acı çəkmə və qorxu vardır. Oşvitz kimi ölüm düşərgələri sosial darvinizmin tətbiq sahələridir, darvinizm qaçılmaz şəkildə sosial darvinizmi gətirir. Sosial darvinizmin yenidən hakim olduğu dünyada isə yeni Oşvitzlər görmək mütləqdir.
Hitler sosial darvinist olduğu üçün zalım idi
Qatı darvinist olan Hitler və digər nasist öndərlər törətdikləri qətliamlara görə və insanlara illər boyu yaşatdıqları dəhşətə görə günah hissi duymurdular, hətta özlərini sözdə qəhrəman olaraq görürdülər. Çünki insanın təkamülünü təmin edən, gələcəkdə "təkmilləşməklə inkişaf etmiş nəsillərin" minnətdar olacağı bir xilaskar olduqlarını zənn edirdilər. Halbuki, bu, bir yalan və hiylə idi.
1940-cı ildə alman işğalçılar tərəfindən asılaraq xalqa nümayiş etdirilən üç yuqoslav
Hitlerin azğın ideologiyasına görə, toplama düşərgələri günahsız insanların qətl edildikləri, işgəncə gördükləri yerlər deyil, üstün irqin qorunması üçün xəstə, zəif və pis ünsürlərin ayrıldığı karantin yerləri idi. Hitler xəstə bir ruha və düşüncə quruluşuna sahib idi. Bu xəstə zehinin məhsulu olan təhlükəli fikirlərini sosial darvinizmin təlqinləri ilə genişləndirib tətbiq etmişdi. Beləcə, darvinizm tarixin ən böyük fəlakətini gətirən, insanlara ən böyük acı və qorxuları yaşadan bir soyqırımın və illərlə sürən müharibənin təməl fəlsəfəsini meydana gətirən saxta elm kimi tarixə keçdi. Hitler isə bu saxta elmin tətbiq edən bir zalım olaraq.
Məşhur faşizm koalisiyası: Darvin-Hekkel-Hitler
Tarixə Ç.Darvinin və sosial darvinizmin Almaniyadakı bir nömrəli nümayəndəsi olaraq keçən Ernst Hekkel, Darvinin "Növlərin mənşəyi" kitabını oxuduqdan sonra belə açıqlama vermişdir:
Darvinin mükəmməl şəkildə birləşdirilmiş təbiət anlayışında və təkamül doktrinasının güclü təməlində bioloji çalışmalarımın başlanğıcından bəri məni narahat edən bütün şübhələrimin həllini tapdım. 1
Darvinin kitabı ilə şübhələrindən xilas olduğunu zənn edən Hekkel, əlbəttə, yanılırdı. Dövrün ibtidai elmi şərtlərində formalaşan təkamül nəzəriyyəsi həyatın başlanğıcı başda olmaqla, heç bir mövzuda məqsədyönlü, aydın və elmi məlumat ortaya qoymamışdır. Hekkel "The Wonders of Life" (Həyatın möcüzələri) adlı kitabında darvinizmə əsaslanaraq inkişaf etdirdiyi insan irqləri haqqındakı batil fikirlərini belə dilə gətirirdi:
Nə qədər üstün və aşağı irqlərdəki insanların həyat tərzi və mədəniyyətləri arasında böyük fərqlər olsa da, bunlara, ümumiyyətlə, laqeyd yanaşılır və buna görə də fərqli səviyyələrdəki həyat dəyəri yanlış qiymətləndirilir. Aşağı irqlər (Vəddahlar və ya Avstraliya zənciləri) psixoloji baxımdan avropalılardan çox məməlilərə (meymun və köpəklər) daha yaxındırlar. Buna görə, onların həyatı üçün tamamilə fərqli dəyər inkişaf etdirməliyik... Mədəni insanın dərin düşünən zehni ilə vəhşinin düşüncəsiz heyvan ruhu arasındakı uçurum çox böyükdür, vəhşini itin ruhundan ayıran uçurumdan da böyükdür. 2
Hekkelin bu iddiaları heç bir elmi dəlilə əsaslanmırdı. Buna baxmayaraq, azğın inanclı insanlar tərəfindən sanki elmi həqiqət kimi mənimsənildi. Digər tərəfdən Hekkel təkamül nəzəriyyəsindən monizm adlandırdığı yeni materialist inanc formalaşdırdı. Monizm adlı bu azğın düşüncə ruhun varlığını tamamilə rədd edir və hər şeyi maddə ilə əlaqələndirirdi. Hekkel belə deyirdi:
İlk dəfə təbiətin birliyini qavraya bildik, belə ki, artıq ən qarışıq üzvi hadisələrə belə mexaniki səbəbdən açıqlama gətirə bilərik. Nəticə olaraq, canlı və cansız üzvlər arasında hər hansı bir fərq yoxdur. Bütün təbiət hadisələri, havaya atılan bir daş və ya kinovar (boya, kosmetika və əcza sənayesində istifadə olunan mədən növü) hasil etmək üçün birləşən kükürd, yaxud civə, bitkilərin böyüməsi və çiçək açması, heyvanların çoxalması və ya hərəkətləri, insanın düşünməsi və hadisələri qavraması bir-birindən fərqi olmayan mexaniki hadisələrdir. 3
Materialist yanaşma ilə bir çox sualın cavabını tapdığını zənn edən Hekkel, əslində, yalnız özünü aldadırdı. Canlı və cansız üzvlər arasında heç bir fərqin olmadığı, hər şeyin mexaniki açıqlamasının olduğunu iddia edən materialist dünyagörüşü 21-ci əsrdə irəliləyən elm və aparılan araşdırmalarla böyük zərbə almış və materializmin elmi əsaslarının hər biri yerlə bir olmuşdur. Hər elmi nailiyyət və tapıntı bir daha kainatın qüsursuz bir dizayn əsəri olduğu həqiqətini sübut edir. Kainat materialistlərin iddia etdiyi kimi, əzəli və əbədi deyil, mexaniki yeniliklər nəticəsində də ortaya çıxmamışdır. Kainatı və içindəkiləri qüsursuz bir tarazlıq ilə yoxdan yaradan Allah'dır və Rəbbimizin təqdir etdiyi vaxt gəldikdə bütün insanlar və varlıqlar kimi kainatın da sonu olacaq.
Əlil və ya şikəst doğulan körpələrə şəfqətlə yanaşmaq və onları qorumaq lazımdır.
Lakin qatı materialist olan Hekkel azğın düşüncəsi ilə İlahi dinləri və din əxlaqının tələbi olan insaniyyəti və mərhəməti rədd edirdi. Daha əvvəl də bildirdiyimiz kimi, yevgeni vəhşiliyini müdafiə edərək spartalılar (e.ə. 9-cu əsrdə qurulmuş, sənədi, fəlsəfəni və ədəbiyyatı rədd edən, yalnız əsgəri qüvvədən ibarət yunan şəhər dövləti idi) tərəfindən tətbiq olunan insanın süni seleksiyasını müdafiə edirdi. Spartalılar dövründə bütün yeni doğan uşaqlar diqqətlə araşdırılırdı. Zəif, xəstə və ya fiziki qüsurları olanları mərhəmətsiz şəkildə qətl edirdilər. Yalnız səhhət problemi olmayan və güclü uşaqların yaşamalarına icazə verilirdi. Hekkel də spartalıların günahsız körpələri qətl edən bu vəhşi metodunu dəstəkləyirdi. 4
Hekkel onu tənqid edənlərə isə belə cavab verirdi:
Hər il müalicəsi olmayan xəstəliklərlə doğulan minlərlə şikəst, kar-dilsiz və əqli çatışmazlığı olan uşaqlara süni qulluq etməyin insanlığa necə faydası ola bilər? 5
Şübhəsiz, Hekkelin irəli sürdüyü bu fikir çox azğın bir məntiqdə idi. Sevgi, mərhəmət və şəfqət hisslərini yalnız özlərinə fayda gətirənlərə yönəltmək insanlıqdan kənar davranışdır. Bu, materializmin və darvinizmin insanlara verdiyi təlqinlərin nəticəsində formalaşan eqoist mövqedir. Din əxlaqı yaşandıqda isə insanlar heç bir mənfəətləri olmasa belə, ehtiyac içində olana şəfqət duyur, onu sevgi və mərhəmət hissləri ilə qoruyub müdafiə edirlər. Əsl insaniyyət də budur.Məsələn, Quranda möminlərin özlərindən əvvəl yoxsulları, əsirləri, ehtiyac içində olanları düşünüb yeməklərini onlara verdikləri və bunu yalnız Allah'ın rizasını qazanmaq üçün etdikləri bildirilir:
Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Deyərlər:) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. (İnsan Surəsi, 8-9)
Digər tərəfdən, Hekkelin liderlik etdiyi monistlər yalnız fiziki xüsusiyyətlərin deyil, bəzi xarakterik xüsusiyyətlərin də genetik qüsurlardan qaynaqlandığını iddia edir və qüsurlu gördükləri hər kəsin süni seleksiya ilə məhv edilməsi fikrini müdafiə edirdilər.
Hekkelin kitabları nasist proqramının qəbul edilməsində mühüm rol oynadı. Xüsusilə, Hekkelin tələbəsi olan və həyat hekayəsini yazan Vilhelm Bölşe, Hitlerə Hekkelin sosial darvinist fikirlərini birbaşa mənimsətdi. Həmçinin 1904-cü ildən 1944-cü ilə qədər yayımlanan və yevgeni saxtakarlığı ilə saxta nasist elmini yaymaq üçün istifadə olunan ən əsas təşkilata çevrilən Archiv för Rassen und Gesellschaftsbiologie (İrqi və sosail biologiya arxivi) Hekkelin əsərlərindəki təhlükəli fikirlərindən istifadə etdi. 6
Tarixçi Daniel Qasmanın ifadəsilə, Hitlerin tarix, siyasət, din, xristianlıq, təbiət, elm, sənət və təkamül haqqındakı fikirlərinin əksəriyyəti eklektik (seçmə) və fərqli bir çox mənbədən olmalarına baxmayaraq, Hekkelin fikirləri ilə üst-üstə düşürdü və eyni dildə ifadə edilirdilər. 7
Hekkelin azğınlıqlarından biri də intihar və evtanaziyanı müdafiə etməsi idi. Hekkelin təxəyyülünə görə, insan yalnız ata və anası arasındakı cinsi münasibətin nəticəsi olaraq yaranıb və buna görə də ailə çox külfətli olduqda bu insan həyatdan ayrıla bilərdi.
Hekkel bu azğın düşüncələrini belə ifadə edirdi:
Əgər bu vəziyyətdə həyat şərtləri döllənmiş yumurtadan öz günahı olmadan yaranmış varlığa çox təzyiq edərsə, ehtiyac, xəstəlik və hər cür səfalət gəlirsə, bu insanın ölümlə iztirablarına son qoymaq haqqı vardır... Bir insanın dözülməz əzablarına könüllü olaraq ölümlə son qoyması onun qurtuluşudur. 8
Halbuki, insan kor təsadüflər nəticəsində yaranmış varlıq deyil. İnsanı yaradan Allah'dır və insanın yaradılışının bir məqsədi vardır. Bu məqsəd Quranda belə bildirilmişdir:
Mən, cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zariyat surəsi, 56)
İnsan həyatı boyu etdiyi hər hərəkətdən məsuldur və yaşadığı hər anın axirətdə hesabını verəcək. Hekkel kimi insanları intihara, ölümə, cinayətə sürükləyənlər isə, şübhəsiz, hesabını verə bilməyəcəkləri böyük məsuliyyətin altına girirlər.
Nasist Almaniyasında yük maşınına yığılmış və skeletə dönmüş cəsədlər toplama düşərgələrinin gündəlik görüntülərindəndir. Bu düşərgələrdə nasistlərin aşağı irq kimi gördüyü milyonlarla polşalı, qaraçı, yəhudi günahsız insan öldürüldü. Oşvitzdə bir qaraçı, paylaşılan acılar: bir qaraçı ailəsi soyqırımı xatırlayır, nasistlərin qaraçı qətliamı kitabları onların qaraçılara etdikləri zülmü gün işığına çıxaran əsərlərdən yalnız bir neçəsidir.
Hekkel yenə "Wonders of Life" (Həyat möcüzələri) adlı kitabında yeni doğulan körpələrin kar və şüursuz doğulduqlarını (lakin doğru deyil) və buna görə insan ruhu daşımadıqlarını iddia etmişdi. Bu elmdən kənar iddiasına əsaslanaraq anormal doğulan körpələrin öldürülməsini müdafiə etmiş və bunun məntiqi olaraq cinayət kimi qəbul edilməyəcəyini irəli sürmüşdü. Göründüyü kimi, Hekkel açıq-aşkar cinayəti müdafiə edir, ətrafındakı insanları da qatil olmağa yönləndirirdi.
Hekkel yalnız insanın istəyinə bağlı evtanazini deyil, istək xaricindəki evtanazini də müdafiə edəcək qədər qəddar idi. Bu mövzudakı qəzəbini bu sözlərlə ifadə edirdi: Yüzlərlə və minlərlə müalicəsi olmayan insan - dəlilər, cüzamlılar, xərçənglilər və s. - özlərinə və ümumiyyətlə, cəmiyyətə ən kiçik bir fayda vermədən süni olaraq həyatda saxlanılırlar. 9 Hekkelin bu vəziyyətə gətirdiyi mərhəmətsiz həll isə belə idi:
Bu pislikdən xilas olmağın yolu tək dozalıq ağrısız və sürətli təsir edən zəhərin... səlahiyyətli bir qurumun nəzarəti altında istifadə olunmasıdır. 10
Hekkelin müdafiə etdiyi vəhşiliyin Almaniyada çox sarsıdıcı təsirləri oldu. Hekkel Almaniyada təxminən 300 min ruhi xəstənin, fiziki şikəstliyi olan insanların, müalicəsi mümkün olmayan xəstələrin və digər istənilməyən insanların mərhəmətsiz şəkildə qətl edildiyi "T4" adlı evtanazi proqramını təqdim etdi. Hekkel və Hitlerin zalımlıqlarının, təşviq etdikləri və icazə verdikləri cinayətlərin tək mənbəyi var idi: sosial darvinizm.
Darvin-Hekkel-Hitler koalisiyasının nəticəsində ortaya çıxan yevgeni, evtanazi, zorla sonsuzlaşdırma, toplama düşərgələri, irqi təmizləmə, qaz otaqları ilə 20-ci əsrin ortalarında insanlıq tarixinin ən böyük və qəddar zülmləri yaşandı.
Darvin-Hekkel-Hitler koalisiyasının nəticəsində ortaya çıxan yevgeni, evtanaziya, sonsuzlaşdırma, toplama düşərgələri, irqi təmizləmə, qaz otaqları ilə 20-ci əsrin ortalarında insanlıq tarixinin ən böyük və qəddar zülmləri yaşandı.
QEYDLƏR
1. Daniel Gasman, Scientific Origins, s. 6; Benjamin Wiker, Moral Darwinism: How We Became Hedonists, Intervarsity Press, 2002, s. 257
2. Ernst Haeckel, The Wonders of Life: Popular Study of Biological Philosophy, Çeviri: Joseph McCab (New York: Harper & Brothers, 1905), s.390-91; Daniel Gasman, The Scientific Origins of National Socialism: Social Darwinism in Ernst Haeckel and the German Monist League, (London: MacDonald, 1971), s.39-40
3. Ernst Haeckel, The History of Creation, s. 1.23
4. Ernst Haeckel, The History of Creation, s. 1.75-76
5. Benjamin Wiker, Moral Darwinism, s. 260
6. Robert Jay Lifton, The Nazi Doctors, New York: Basic Books, 1986, s.441, 161
7. Daniel Gasman, Scientific Origin, s. 161
8. Ernst Haeckel, Wonders of Life, s.112-14
9. Benjamin Wiker, Moral Darwinism, s. 262; Ian T. Taylor, In The Minds of Men: Darwin and the New World Order, 3. baskı, TFE Publishing, 1991, s.409
10. Ernst Haeckel, The Wonders of Life, New York: Harper, 1904, s. 119
|