Sosial Silah Darvinizm
Təkamüli psixologiya yanılmasıDarvinin "Növlərin mənşəyi və insanın törəməsi" adlı kitablarının nəşr olunmasının ardından bir çox təkamülçü insanın sosial davranışlarının, hisslərinin, mühakimələrinin, fikirlərinin, qısa olaraq insan ruhuna aid xüsusiyyətlərin təkamül tərəfindən necə şəkilləndirilməsi haqqında fərziyyələr qurmağa başladı. Darvin də bu təkamülçülər arasında idi. Ən məşhur yanılmaya görə, əgər vücudumuzun görünüşü və çalışması təkamüllə şəkilləndirilmişdirsə, onda bu vücudla göstərdiyimiz davranışlar da təkamüllə şəkilləndirilmiş olmalı idi. Beləliklə, canlıların bioloji strukturlarının da təkamüllə necə meydana gəldiyini açıqlaya bilməyən təkamülçülər insan ruhuna aid xüsusiyyətlərin sözdə təkamülünə dair hekayələr uydurmağa başladılar. ![]() E. O. Vilson və kitabı Sosiobiologiya: Yeni sintez Darvin hələ "Növlərin mənşəyi"ndə gələcəkdə psixologiyanın təməlinin təkamülə əsaslanacağını iddia edir və bu xəyali iddiasını belə ifadə edirdi:
Heyvan və insan davranışlarının mənşəyini təkamüli şəkildə açıqlamaq üçün ilk əhatəli cəhd Harvard Universitetinin böcək tədqiqatçısı E.O.Uilsondan gəldi. Uilson bu cəhdi bütün müvəffəqiyyətsizliyinə baxmayaraq, "sosiobiologiya" olaraq adlandırdı. Uilson 1975-ci ildə nəşr etdiyi "Sociobiology: The new synthesis" (Sosiobiologiya: yeni sintez) adlı kitabında heyvani davranışların hamısının bioloji əsasının olduğunu iddia etdi. Bu yanılmasını bioloji təkamülə əsaslandıran Uilson heyvan və insanların davranışlarına nəzarət edən xüsusi genlərin olduğunu zənn edirdi. Uilsonun əsl ixtisası böcək mövzusu idi və kitabının ilk 26 hissəsində böcəklərdən danışırdı. Kitabın 27-ci hissəsində isə bu iddialarını insanlara uyğunlaşdırmağa cəhd etmişdi. 1978-ci ildə "Human nature" (İnsan təbiəti) adlı kitabında da kin, təcavüzkarlıq, özgə qorxusu, uyğunluq, homoseksuallıq, kişilərlə qadınlar arasında xarakterik fərqliliklər kimi insan davranışlarından məsul genlərin olduğuna dair fərziyyələrə geniş yer verdi. Uilsonun kitab və yazılarında ortaya qoyduğu bu iddialar heç bir zaman fərziyyə olmaqdan irəli gedə bilmədi. Uilson və təqibçilərinin iddiaları elmi tapıntılar tərəfindən heç vaxt dəstəklənmədi. Tam əksinə, elmi məlumat və tapıntıların hər biri Uilson və onunla eyni fikirdə olanların yanıldıqlarını ortaya qoydu. Uilsonun bir başqa elmdən kənar iddiası da canlıların yalnız gen daşımaqla məsul vasitələr olduqları və ən əhəmiyyətli vəzifələrinin bu genləri daşıyıb gələcək nəsillərə köçürmək olduğu idi. Uilsonun elmdən kənar fikirlərinə görə, təkamül genlərin təkamülü idi, təbii seleksiya genləri seçirdi, dolayısilə, ən əhəmiyyətli şey genlər idi. Uilson "Sociobiology: The new synthesis" (Sosiobiologiya: yeni sintez) adlı kitabında heç bir elmi dəyər daşımayan bu iddiasını belə ifadə edirdi:
Uilsonun iddialarının heç bir elmi əsası yox idi. İddiaları təkamülçü ön mühakimələrinin yalnız bir nəticəsi idi. Təkamülçülər arasında da Uilsonun fərziyyələrinə etiraz edənlər oldu. Bunlardan biri S.C.Quld idi:
Uilsonla başlayan insan davranışları haqqındakı təkamülçü fərziyyələr R.Dokinzlə ən ağıla sığmaz və məntiq xarici nöqtələrə qədər çatdı. Dokinz və eqoist genləri daşıyan robotlarSosiobiologiyanın və günümüzdəki davamı olan təkamüli psixologiyanın genlər haqqındakı elmdən kənar iddialarının nəticəsində Oksford Universitetindən təkamülçü zooloq Riçard Dokinz tərəfindən məşhurlaşdırılan "eqoist gen" yalanı ortaya çıxdı. Dokinz kimi təkamülçülərə görə, bir canlının ən əhəmiyyətli hədəfi həyatda qalmaq, törəmək və beləliklə, genlərini qoruyaraq gələcək nəsillərə köçürə bilməkdir. Bu iddianın təməli isə tamamilə xəyali bir ssenariyə əsaslanır. ![]()
Vəhşilik və təcavüzkarlıq insanlara sözdə heyvan atalarından miras qalan və genlərində kodlu olan davranışlar deyil. Bunlar vicdansızlığın və dinsizliyin gətirdiyi pis əxlaq xüsusiyyətləridir.
Təkamül nəzəriyyəsinin bu ssenarisinə görə, bir zamanlar cansız kimyəvi maddələr necə oldusa, özlərini təşkil etdilər və öz-özünün üzünü çıxara bilən DNT əsaslı bir sistem meydana gətirdilər. Bu xəyali kimyəvi şorbadan çıxan ilk orqanizm isə çoxalmaq xaricində bir işə yaramayan bir gendir. Bu gen necə oldusa, özünün üzünü çıxarmağa "qərar vermiş", bu işə başlamış və yeni genlər çıxarmışdır. Bu nüsxə çıxarmalar əsnasında meydana gələn səhvlər nəticəsində fərqli xüsusiyyətlərə sahib genlər meydana gəlmişdir. Bir zaman sonra isə hər necə oldusa, bu genetik vəsaitlər müxtəlif bədənlər inkişaf etdirməyi "öyrəndilər" və beləliklə, özlərini daşıyan və daha təsirli şəkildə çoxalda bilən mühərriklər çıxardılar. Ən yaxşı bədəni kodlaşdıran genlərin bu sayədə digərlərinə görə daha təsirli şəkildə nüsxələri çıxarılmışdır. Təkamülçülər səbəbini və necə olduğunu heç bir şəkildə açıqlaya bilmədikləri bu nağılın nəticəsində bu bədənlərin zamanla şəkil və funksiya baxımından daha da inkişaf etdiyini iddia edirlər. Heç bir elmi dəlili olmayan, reallaşması qeyri-mümkün olan bu hekayə müasir darvinizmin təməl iddialarından biridir. Halbuki, təkamülçülər də çox yaxşı bilir ki, insan bədəninin tək bir orqanı yox, heç bu orqanı meydana gətirən hüceyrələr və bu hüceyrələrin əsas elementləri belə öz-özünə meydana gələ bilməz. ![]() Dokinz isə təkamül nəzəriyyəsinin bu nağılını əsas tutub təkamülün, əslində, genlər arasındakı rəqabət olduğunu iddia etmiş və buna bağlı olaraq insana qarşı olan azğın dünyagörüşünü "The selfish gene" (Eqoist gen) adlı kitabında belə yekunlaşdırmışdır:
Yuxarıda da göründüyü kimi, Dokinzin məntiq xarici iddiasına görə, insan yalnız gen daşıyan bir robotdur. Bu dünyadakı tək yaranma məqsədi isə daşıdığı genlərini çoxaltmaq, onu digər genlərlə rəqabətdə dəstəkləmək və sonrakı nəsillərə köçürməkdir. İnsan ruhunun varlığını görməzlikdən gəlib insanı mexaniki bir vasitəyə bənzədən bu iddianın heç bir həqiqi istiqamətinin olmadığı açıq şəkildə ortadadır. Buna qarşı, insana materialist şərh gətirmək istəyən bir çox təkamülçü Dokinzin heç bir elmi əsası olmayan bu nəzəriyyəsini dəstəkləmişdir. Uilson da "Human Nature" adlı kitabında insanın yalnız genləri ilə əhəmiyyət və məqsəd qazandığını iddia edir:
Elmi dayağı olmayan bu materialist inanca görə, əgər tək məqsəd genlərin davamıdırsa, genləri qorumaqla vəzifəli olan insanın heç bir əxlaqi dəyəri ola bilməz. Genlərinin mənfəətləri üçün mümkün qədər eqoist və mərhəmətsiz olmalıdır. Dokinz və tərəfdarlarına görə, bu rəqabətdə qazanan eqoist olanlardır. Dokinz bu azğın darvinist fikri "Eqoist gen" adlı kitabında belə bildirir: ![]() Təbiətdə sadəcə ölümünə rəqabət deyil, eyni zamanda, bir çox canlı həm balalarına, həm də digər heyvanlara qarşı son dərəcə fədakar davranış göstərir.
Dokinzin cəhalət məhsulu olan bu nəzəriyyəsinə görə, insanın daşıdığı genlər eqoist olduğundan insan da eqoistdir. Bu vəziyyətdə "eqoist robotların" eqoist genlərini qorumaq və çoxaltmaq üçün hər cür yolu sınayacaqları gözlənilməlidir. Bu cür varlıqların mənfəətləri üçün cinayət işləməməklərinə, oğurluq etməməklərinə və ya təcavüz etməməklərinə heç bir səbəb qalmır. "Eqoist mühərriklər"in əxlaq qaydalarının olması, sağlamfikirli, vicdanlı davranmaları gözlənilə bilməz. Məsələn, bir insanın mənfəəti üçün bir başqasını öldürməsi bu vəziyyətdə cinayət və ya əxlaqsızlıq deyil, genetik bir zərurətdir. Genlər eqoist olduğu üçün davranışlar da eqoistdir. Göründüyü kimi, Dokinzin insana baxış yönü son dərəcə əhəmiyyətli təhlükələr, cəmiyyət əxlaqını parçalamağa istiqamətli qorxunc təlqinlər ehtiva edir. Halbuki, eqoist gen iddiası son dərəcə məntiqsiz və cəfəngdir. Dokinz və bənzərləri genləri sanki şüur, iradə və gücə sahib olan varlıqlar kimi izah edirlər. Halbuki, genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkərlə bir-birinə birləşdirilmiş uzun bir nükleik turşusu nərdivanıdır. Yəni uzun bir molekuldur. H2O və ya H2SO4 (sülfat turşusu) necə bir molekuldursa, DNT də elə bir molekuldur. "Eqoist su"dan, "eqoist duz"dan və ya "qısqanc sulfat turşusu"ndan bəhs edə bilmədiyimiz kimi, eqoist genlərdən də danışa bilmərik. Təkamülçülər insanı bir maddə yığınından ibarət kimi göstərməyə və bu maddə yığınına müəyyən şəkildə şüur təyin etməyə çalışırlar. Genlərə şüur təyin edəcək qədər əsassız bir iddia irəli sürmələri isə təkamül nəzəriyyəsinin düşdüyü vəziyyəti göstərməsi baxımından ibrət vericidir. Keçmişdə taxta və ya daşdan düzələn bütlərin ağıl və şüura malik olduğunu zənn edən bütpərəstliyin yerini dövrümüzdə molekullarda, bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüurun olduğunu iddia edən darvinizm almışdır. Təkamülün başqa bir çətinliyi: fədakar genlərTəkamül nəzəriyyəsinin yalanlarına görə, təbiətdə yalnız güclülərin həyatda qaldığı mübarizə mühiti vardır. Ancaq təbiətdəki canlılar müşahidə edildiklərində bir çoxunun bir-birlərinə yardımçı olduğu, bir-birləri üçün fədakarlıq etdiyi, hətta digərlərinin yaxşılığı üçün öz həyatlarını belə təhlükəyə atdıqları görünür. Uilson təkamül nəzəriyyəsinin təməl iddiası ilə ziddiyyət təşkil edən bu həqiqəti açıqlamaq üçün bəzi əsassız fərziyyələr qarşıya qoymuş və sözdə bu şərhləri sosiobiologiyanın təməlini meydana gətirmişdi. Uilson şərhlərini U.D.Hamiltonun "qohum seçimi" adını verdiyi başqa bir yalana əsaslandırmışdı. Bu yalana görə, balasını və ya öz sürüsündən başqa canlını qoruyan, onun üçün fədakarlıq edən bir canlı, əslində, öz "eqoist genlərini" qoruyur. Məqsəd genləri sonrakı nəslə köçürmək olduğu üçün və bir ananın genlərinin balasında da olduğuna görə, balasını həyatı bahasına qoruyan ana, əslində, öz genlərini qorumuş olur. Yəni fədakarlığı, əslində, eqoistliyindəndir! ![]() Analar təkamülçülərin iddia etdiyi kimi, genlərini qorumaq üçün deyil, sevgi, şəfqət və qorumaq duyğuları ilə övladları üçün fədakarlıq edərlər. Bu, son dərəcə cəfəng bir iddiadır. Hər şeydən əvvəl, təbiətdəki heç bir heyvan genlərinin fərqində olduğu şüura sahib deyil, dolayısilə, onları qorumaq kimi bir fikrə də sahib ola bilməz. Bundan başqa, balasında və ya əmioğlularında da özünə aid genlərin olduğunu bilməsi mümkün deyil ki, bunun üçün həyatını fəda etsin. Genlərin bir canlını bu istiqamətdə yönləndirməsi əsla mümkün deyil. Genlər əvvəlki səhifələrdə də ifadə edildiyi kimi, şüursuz molekul zəncirləridir. Ayrıca, heyvanlar yalnız öz genlərini daşıyan heyvanlara deyil, digərlərinə də kömək edirlər. Təbiətdə bunun bir çox nümunəsi var. Bu isə təkamülçü iddialarla açıqlana bilməyən bir davranışdır; çünki fədakarlıq edən canlının genlərini qoruduğu iddiası tamamilə mənasızdır. Qaldı ki, genləri qoruma hissinin bu canlıların genetik quruluşlarında kodlu olduğunu iddia etmək təkamülçülərin problemlərini həll etməz. Çünki bu dəfə belə bir kompleks davranışın genlərə necə kodlaşdırıldığı sualı gəlir. Təkamül nəzəriyyəsi təsadüf mexanizmləri ilə tək bir genin belə necə meydana gəldiyini açıqlaya bilmədiyi halda, bu genlərə kodlaşdırılan məlumatların təsadüfən necə meydana gəldiyini açıqlaması qətiyyən mümkün deyil. Canlıların genlərində kodlaşdırılmış hər məlumat bir şüurun əsəridir. Bu, sonsuz elm və ağıl sahibi olan Allah`ın yaratmasıdır. Sosiobioloqlar təbiətdəki canlıların fədakar davranışları ilə əlaqədar iddianın eynisini insanlara da tətbiq etməyə cəhd edirlər. Yəni təkamülçülərin xəyal məhsulu iddialarına görə, bir ana uşağını təhlükələrdən qoruduğunda, lazım olduğunda onun üçün canını heç düşünmədən fəda etdiyində bu ana, əslində, genlərini qoruma narahatlığı daşıyır. Təkamülçülərin insan ruhuna aid xüsusiyyətlərin varlığını qəbul etməməsi, bütün bunları təkamül nəzəriyyəsi ilə açıqlamağa çalışması heç bir elmi dəlilə əsaslanmır. Təkamülçülər bu məntiq xarici iddiaları ilə insan ruhunu, şüurunu və vicdanını yox sayır. Halbuki, insan ruha, ağıla, vicdana, düşünmə və mühakimə qabiliyyətlərinə sahib, doğru və səhvi bir-birindən ayırd edə bilən şüurlu varlıqdır. Bir ana isə uşağı üçün fədakarlıq etdiyində bunu uşağını sevdiyi, ona şəfqət və mərhəmət duyduğu, onu zəif gördüyü və qoruma məsuliyyətini boynuna götürdüyü üçün edir. Məsələn, bir ana uşağı acı çəkdiyində özünü onun yerinə qoyar və bu, onu üzər, narahat edər, uşağını acıdan xilas etmək üçün hər cür fədakarlığa hazır olar. Bunlar (bəzi təkamülçülərin hekayələrində iddia etdikləri kimi) gen daşıyan bir mühərrikin və ya bir robotun sahib ola bilmədiyi xüsusiyyətlərdir. Əslində, təkamülçülər də insan ruhuna aid xüsusiyyətləri təkamül nəzəriyyəsinin tezisləri ilə açıqlaya bilməyəcəklərinin fərqindədirlər. Məsələn, təkamülçü R.Uoles "The genesis factor" (Başlanğıc faktoru) adlı kitabının sonunda belə deyir:
Uolesin diqqət çəkdiyi nöqtə son dərəcə əhəmiyyətlidir. Təkamülçülərin həqiqətdən kənar insan tərifinə görə, insan yalnız gen daşımaqla vəzifəli bir mühərrikdir. Belə bir varlığın dinlədiyi musiqidən zövq alması, bir film izlədiyində əylənməsi, hətta belə bir film meydana gətirməsi, kitab yazması, kitab oxuması, oxuduqlarını öyrənməsi, fikir mübadiləsi aparması qeyri-mümkündür. İnsanın təkamülçülərin izah etdiklərindən daha fərqli bir yaradılışda olduğu çox açıqdır və hər insan bunun dəlilini özündə görür. İnsan kimi dərin bir düşüncəyə sahib olan, ruhunda yüzlərlə duyğu və zövqü yaşaya bilən bir varlığın necə var olduğu və xüsusiyyətlərinin mənşəyinin nə olduğu təkamülçülərin elmdən kənar iddialarla əsla cavablandıra bilmədiyi suallardır. Təkamüli psixologiyanın müdafiə etdiyi vəhşilik: körpə cinayətləri Qəzetlər 1996-1997-ci illərdə körpə cinayətləri ilə bağlı sarsıdıcı iki hadisəni bildirirdi. Birində on səkkiz yaşında iki kollecli gənc otel otağında körpələrini dünyaya gətirdilər, onu öldürdülər və sonra cəsədi zibilliyə atdılar. Digərində isə on səkkiz yaşındakı gənc qız məktəbdə şənliyi yarımçıq qoyaraq duşda uşaq dünyaya gətirdi, körpəni ölü olaraq bir zibil qutusuna atdı və rəqs salonuna geri qayıtdı. İki hadisə də cinayət mühakiməsi ilə məhkəməyə sövq edildi. Əksəriyyət bu hadisələrin səbəbini əxlaqi çöküntüyə və ya zehni pozunutuya bağlayarkən Massachussetts İnstitutu Psixologiya kürsüsündə psixologiya professoru olan Stiven Pinkerin dəhşətli açıqlaması var idi: genetik zərurət. "New York Times"də məqaləsi nəşr olunan Pinker körpəni doğulduğu gündə öldürmənin zehni xəstəlik olmadığını, çünki tarix boyu bunun bir çox mədəniyyətdə tətbiq olunduğunu və qəbul edildiyini iddia etdi:
Pinkerin yuxarıdakı sözlərində ən çox diqqət çəkən şey "normal insan davranışı hər zaman əxlaqa uyğun olmalı deyil" 2 ifadəsidir. Bu, Pinkerin hadisələrə baxışındakı anormallığı göstərir. Yəni Pinkerə görə, bəzi davranışlar əxlaq xarici olsalar da, insanlara xas normal davranış olduğu üçün üzrlü görülməlidir. Əlbəttə, bu, qəbul edilə bilən bir iddia deyil. Çünki bu vəziyyətdə, yeni doğulan körpənin öldürülməsi Pinkerə görə şərtlər tələb etdikdə normal insan davranışıdır. Təkamülçülərin tamamilə xəyal məhsulu olan iddialarına görə, ibtidai şərtlər altında anaların balalarına baxımı təmin etmək və yeni doğulan körpələrini bəsləmək arasında çətin seçim etmələri lazım idi. Buna görə, əgər körpə xəstə doğulubsa və həyatda qalması mümkün deyilsə, o zaman qüsurluları məhv edərək təkrar sınağa davam etmək olar. Halbuki, bu fərziyyə nə elmidir, nə də həqiqəti əks etdirir. Buna baxmayaraq, darvinist zehniyyət Pinkeri bu vəhşiliyi müdafiə etməyə vadar edirdi.
Pinker və bənzərlərinin qarşıya qoyduğu iddianın cəmiyyətdə necə böyük təxribata gətirib çıxaracağı aydındır. Əxlaqi hadisələrdə genetik zərurət anlayışı ortaya qoyulduqda, o zaman cinayət işləyən bir insan: "Bunu etmək məcburiyyətində idim, genlərim mənə bunu etdirdi", 3- deyəcək. Belə vəziyyətdə isə genlərə cəza verilməyəcəyinə görə, ortada cinayət və cinayətkar qalmayacaq. Pinker iddialarında insan ağlını və vicdanını yox hesab edir, hər şeyi genlərə görə açıqlayacağını zənn edir. Cəmiyyətdən reaksiya aldıqda isə ifadələrində bəzi dəyişikliklər edir, ancaq bu dəfə özü özünə ziddiyyət təşkil edir.
Əhəmiyyətli olan Pinkerin həmin iddialarını heç bir elmi dəlilə əsaslanmamasına baxmayaraq, müdafiə edə bilməsidir. Bunlar yalnız təkamülçülərin batil dünya görüşlərinə əsaslanan fərziyyələrdir. Belə ki, Pinkerin iddialarına qarşı olan tənqidlərdən biri də budur. Məsələn, Endryu Ferquson, Pinkerin məntiqini tənqid etmiş və iddialarına heç bir dəlil verə bilmədiyini ifadə etmişdir. Əslində, təkamüli psixologiyanın hamısı dəlilsiz fərziyyələrə, təxəyyüə əsaslanan hekayələrdən meydana gəlir. Filip Conson "The Wedge of Truth" adlı kitabında belə deyir:
Endryu Ferquson isə tənqidində bu mövzu haqqında bunu deyir:
QEYDLƏR 1. Steven Pinker, "Why They Kill Their Newborns", New York Times, 2 Kasım 1997 2. Michael Kelly, "Arguing for Infanticide", Washington Post, 6 Kasım 1997 3. Steven Pinker, "Arguing Against Infanticide", Washington Post, 21 Kasım 1997 4. Andrew Ferguson, "How Steven Pinker's Mind Works", The Weekly Standard, 12 Ocak 1998, s. 16 5. Philip Johnson, The Wedge of Truth, Intervarsity Press, Illinois, 2000, s. 113 6. Andrew Ferguson, "How Steven Pinker's Mind Works", The Weekly Standard, 12 Ocak 1998, s. 16 Genetik determinizmin sonu![]() …(Bu) hər şeyi kamil şəkildə edən Allah`ın işidir. … (Nəml surəsi, 88) İnsan genomunun düzülməsinin və analizinin yayımlanması ilə yanaşı, DNT-nin böyük gücə malik olduğuna və genlərin kim olduğumuzun təyin olunmasında əhəmiyyətli rolunun olduğuna dair geniş yayılmış fikir meydana gəldi. Demək olar ki, hər gün qəzetlərdə genlərimizin sözdə nəzarət etdiyi bir xüsusiyyətimizin xəbəri ilə qarşılaşmağa başladıq. "Elm adamları dahilik genini nişan alır"; "Kennedi tragediyaları risk geninə bağlandı"; "Elm adamları qardaşlar üzərindəki araşdırmaların "homoseksual geni" olduğunu sübut etdiyini deyir"... Şizofreniyadan qısqanclığa, alkoqolizmdən televiziya vərdişinə qədər hər şeyin geninin olduğuna dair xəbərlər tez-tez elmi və elmi olmayan nəşrlərdə yer alır. Bütün bu xəbər başlıqlarına baxan insanlar isə insan genomu haqqında müəyyən şeylər öyrəndikcə insanın zəkasından xarakterinə, müvəffəqiyyətlərindən müvəffəqiyyətsizliklərinə qədər hər cür xüsusiyyətinin genlərində kodlu olduğunu görəcəyimizi sandılar. Bəziləri həyatımızın bir düsturdan ibarət olduğu səhvinə inanmağa başladı. Bunu ifadə etmək lazımdır ki, insan genomu üzərinə görülən işlər son dərəcə qiymətlidir. Bundan başqa, insanın genetik quruluşu üzərində aparılan araşdırmalar bəzi fiziki xəstəliklər haqqında əhəmiyyətli məlumatların əldə edilməsinə də vasitəçi olmuşdur. Ancaq insan genomu layihəsini idarə edənlərin və mövzu ilə maraqlanan elm adamlarının da açıq şəkildə ifadə etdiyi kimi, bu vəziyyət genlərə həqiqətdən kənar bəzi rolları yükləməyə cəhd etməyi heç bir şəkildə açıqlaya bilməz. Aparılan araşdırmalar insanların xarakter, davranış və düşünmələrində genlərin diqqətə alınmayacaq qədər kiçik rolunun olduğunu, hər xarakter üçün bir genin olmasının isə qeyri-mümkün olduğunu ortaya qoyur. Məsələn, "Cəmiyyətdə elm" adlı institutdan Mey-Van Ho "The human genoma map, the death of genetic determinism and beyond" (İnsanın genom xəritəsi, genetik determinizmin sonu və sonrası) başlıqlı məqaləsində belə deyir:
İnsan genomu layihəsini icra edən iki quruluşdan biri olan Milli İnsan Genomu Araşdırma İnstitutunun başçısı F.S.Kolins də insanı insan edənin genlərinin olmadığını çox açıq və qəti şəkildə açıqlayır. Kolins "Have no fear. Genes aren't everything" (Qorxmayın. Genlər hər şey deyil) başlıqlı yazısında bunları söyləyir: ![]() Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir".
Kolins eyni məqaləsində genlərin insan davranışları üzərində də əhəmiyyətli təsirinin olmadığını ifadə edir. Bir cinayətkarın DNT-sinə baxıb "genetik olaraq cinayətə meyilli" olduğunu araşdırılmasının və buna görə cəza təyin olunmasının isə haqsız nəticələr ortaya çıxardığını açıqlayır:
Kolins məqaləsində insanlara aid davranışların genlərdə kodlu olduğu iddiasının məntiqsizliyini bioloq C.C.Makfaddenə isnadən bir bənzətmə ilə belə izah edir: ![]()
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları) isə istədiyi kimsəyə bağışlayacaqdır. Allah`a şərik qoşan şəxs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.
Kolins yazısının sonunda isə çox əhəmiyyətli bir həqiqətə yer ayırır. İnsanı insan edən xüsusiyyətlərin DNT-dən qaynaqlanmadığını bilməyimizin başqa bir əhəmiyyətli səbəbinin olduğunu deyən Kolins Allah`ın üstün yaratmasına diqqət çəkir: ![]() O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!(Ali-İmran surəsi, 191)
Kolinsin də diqqət çəkdiyi kimi, şəkər, fosfat və karbon-hidrogen-azot-oksigen birləşmələrindən əmələ gələn molekul zəncirlərinin insana sevgi, bağlılıq, sənətdən zövq alma, sevinmə, analıq hissi, sahib çıxma, istək, fədakarlıq kimi hissləri qazandırmağı qeyri-mümkündür. İnsan ruhu yox sayıldığında yalnız ət və sümük yığınıdır. Bu ət və sümük yığınının düşünməyini, riyazi hesablar aparmağını, yediyi yeməyin ləzzətindən zövq almağını, görmədiyi bir dostundan ötrü darıxmağını, gördüyü gözəllikdən xoşlanmağını təmin edən və özləri də maddi varlıq olan genlər deyil. İnsan Allah`ın yaratdığı, bədənindən ayrı olaraq ruh verdiyi bir varlıqdır. İnsan, bədənindən, genlərindən, beynindən və hüceyrələrindən ayrı və fərqli bir varlıqdır. İnsanın ruh sahibi olan varlıq olduğu Quranda belə xəbər verilmişdir:
Ki O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən - bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)
İnsanın ruhu Allah`ın Özündən üflədiyi ruhdur. Allah`ın varlığını və insanın sahib olduğu metafizik xüsusiyyətləri qəbul etmək istəməyən təkamülçü materialistlər "hər şeyin genlərdə kodlu olduğu" yalanını qarşıya qoyub insanları bu həqiqətdən uzaq tutmaq istəyirlər. Halbuki, genlərin insan ruhunu yarada bilmədiyi hamıya məlumdur; buna kor-koranə inanmışlar. Bu azğın inanc, əslində, yeni deyil. Tarix boyu bütpərəstlik olaraq bilinmişdir. Qədim bütpərəstlərin taxtadan oyduqları bütlərin öz ilahları olduğunu iddia etdiyi kimi, təkamül nəzəriyyəsi də genləri saxta ilahlar olaraq qəbul edir, hər şeyin məqsədi və yaradıcısı olduğunu iddia edirlər (Allah`ı tənzih edirik.) Ancaq bu son dərəcə ibtidai və doqmatik dünyagörüşünün səhv olduğu (təkamül nəzəriyyəsinə dayaq olduğu ümid edilən) elmi tapıntılarla sübut edilmişdir. Genlərlə əlaqədar ən əhəmiyyətli və tarixi araşdırmanın başında gələn elm adamı Kolins də təkamülçülərin sözdə ilah elan etdikləri genlərin heç bir güclərinin olmadığını və insanın genlərindən kənar metafizik bir varlığın olduğunu açıq şəkildə ifadə edir. Bütpərəstlik, yəni heç bir gücü olmayan maddi varlıqlara ilahlıq ətf etmək, tarix boyunca davam edən bir inkarçı ənənəsidir. Dövrümüzdə bu ənənəni təkamülçü zehniyyətlə davam etdirirlər. Allah Quranda heç bir gücü olmayan varlıqları ilah qəbul edənlər haqqında belə buyurur:
Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları özlərinə tanrılar qəbul etdilər. (Furqan surəsi, 3)
Allah inkarçıların azğın inancını bir başqa ayədə belə açıqlayır:
De: "Başqa tanrı güman etdiklərinizi çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə qadir deyillər!" (İsra surəsi, 56)
Allah`ın ağıl sahibi olan insanlara əmri isə budur:
"Allah`dan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!" - deyə buyurulmuşdur. (Yunis surəsi, 106)
QEYDLƏR
181. Charles Darwin, On the Origin of Species, 1859, s.449
182. E. O. Wilson, Sociobiology: The New Synthesis, Cambridge, 1975, s.3
183. Stephen Jay Gould, Ever Since Darwin, New York, W.W. Norton & Co., 1977
184. Richard Dawkins, The Selfish Gene, 1976 baskısının önsözü, Oxford: Oxford University Press
185. E.O. Wilson, On Human Nature, Cambridge, Mass.: Harvard University Press, 1978, s. 2-3
186. Richard Dawkins, The Selfish Gene, İkinci Baskı,1989, Oxford: Oxford University Press., s.2
187. Robert Wallace, The Genesis Factor, New York: Morrow and Co.,1979, s.217-218
188. Mae-Wan Ho, The Human Genome Map, the Death of Genetic Determinism and Beyond, ISIS Report, 14 Şubat 2001; http://www.i-sis.org.uk/HumangenTWN-pr.php
189. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, "Have no fear. Genes aren't everything", The New Republic, 06/25/2001
190. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, "Have no fear. Genes aren't everything", The New Republic, 06/25/2001
191. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, "Have no fear. Genes aren't everything", The New Republic, 06/25/2001
192. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, "Have no fear. Genes aren't everything", The New Republic, 06/25/2001 |