Quran Möcüzələri 1&2

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 11

Quranin Elmi Möcüzələri (1/5)

Kainatin Əmələ Gəlməsi

cosmic radiation

1. Koyu kahverengi bölgeler arka plan radyasyonunu göstermektedir.
2. Açık pembe bölgeler sıcaktır.
3. Açık kahverengi bölgeler soğuktur.
4. Koyu pembe bölgeler en sıcak yerleri belirtmektedir.

NASA'nın 1992'de gönderdiği Cobe uydusunun hassas tarayıcıları Big Bang'den sonra tüm evrene yayıldığı varsayılan radyasyonun kalıntılarını buldu. Bu buluş evrenin yoktan var edildiği gerçeğinin, bilimsel bir açıklaması olan Big Bang teorisinin ispatı oldu.

XX əsrin əvvəllərinə qədər hakim olan fikir kainatın sonsuz ölçülərə malik olması, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklində idi. “Statik kainat modeli” adı verilən bu anlayışa görə, kainat üçün hər hansı bir başlanğıc və ya son yoxdur. Materialist fəlsəfənin də əsasını təşkil edən bu fikir kainatı sabit və dəyişməyən maddələr yığını olaraq qəbul edərək hər hansı bir Yaradanın varlığını da rədd edirdi. Halbuki, XX əsrdə inkişaf edən elm və texnologiya materializmin bünövrəsi hesab edilən sabit kainat modelini kökündən darmadağın etdi.

Kainatın başlanğıcının olmasını XXI əsrin əvvəllərində yaşadığımız bu dövrdə müasir fizika müxtəlif müşahidə, təcrübə və hesablarla sübut edib. Bundan başqa, kainatın materialistlərin iddia etdikləri kimi sabit və statik olmadığı, əksinə, hər an hərəkət etdiyi, dəyişdiyi və genişləndiyi də təsdiq edilib. Bu gün bu həqiqətlər bütün elm dünyası tərəfindən qəbul edilir. Qurani-kərimdə kainatın meydana gəlməsi ilə bağlı bunlar bildirilir:

büyük patlama

“O, göyləri və yeri (yoxdan) var edəndir...” (“Ənam” surəsi, 6/101)

Quranda öz əksini tapan bu məlumat müasir elmin kəşfləri ilə üst-üstə düşür. Yuxarıda da qeyd etdiyimiz kimi, çağdaş astrofizika bütün kainatın özünün maddə və zaman ölçüləri ilə birlikdə sıfır anında böyük bir partlayışla meydana gəldiyi qənaətindədir. “Böyük partlayış” və ya əsl adı ilə desək, “Biq bənq” (Big bang) nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il əvvəl bir nöqtənin partlaması nəticəsində yoxdan var olduğunu sübut etmişdir.

“Biq bənq”dən əvvəl maddə deyilən bir nəsnə yox idi. Maddənin, enerjinin, hətta zamanın da olmadığı, tamamilə metafizika olaraq adlandıra biləcəyimiz bir yoxluq şəraitində maddə, enerji və zaman bir anda yaradılmışdır. Müasir fizikanın elmi şəkildə sübuta yetirdiyi bu böyük həqiqət Quranda bizə hələ 1400 il bundan əvvəl xəbər verilib!

Kainatin Genişlənməsi

lemaitre

Georges Lemaitre

Astronomiya elminin hələ inkişaf etmədiyi bir dövrdə - 1400 il əvvəl göndərilən Qurani-kərimdə kainatın genişlənməsindən belə bəhs edilir:

“Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik”. (“Zariyat” surəsi, 51/47)

Bu ayədəki “səma” (göy) kəlməsindən Quranın əksər yerində “kainat” və “kosmos” mənasında istifadə edilir. Bu ayə də bildirdiyimiz mənada işlədilir və kainatın genişləndiyini xəbər verir. Azərbaycan dilinə “Biz onu genişləndirməkdəyik” kimi tərcümə edilən ərəb dilindəki “innə lə musiunə” ifadəsindəki “musiunə” kəlməsi “genişləndirmək” mənasına gələn “əvsəə” feilindən törəyib. “Lə” şəkilçisi də birlikdə işlədilən isim və sifətə uyğun olaraq “çox” mənasını ifadə edir. Dolayısilə, bu ifadə “Biz göyü və ya kainatı çox genişləndiririk” mənasına gəlir. Elmin bu gün gəldiyi nəticə Qurandakı qənaətin təkrarlanmasından başqa bir şey deyil.1

XX əsrin əvvəllərinə qədər elm dünyasında hakim olan fikir kainatın sonsuz ölçülərə malik olması, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklində idi. Ancaq müasir texnologiyalar əsasında aparılan tədqiqat və hesablamalar kainatın bir başlanğıcının olduğunu və onun hər an genişləndiyini göstərir.

XX əsrin əvvəllərində rus fiziki Aleksandr Fredman və belçikalı astrofizik Corc Lemaytr kainatın fasiləsiz hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesablamışdılar. Bu həqiqət 1929-cu ildə müşahidələrlə sübut olunmuşdu.

Amerikalı astronom Edvin Habl (Edwin Hubble) nəhəng teleskopla göy üzünü araşdırarkən ulduzların və qalaktikaların bir-birindən sürətlə uzaqlaşdıqlarını kəşf etdi. Bu kəşf astronomiya tarixinin ən böyük kəşflərindən biri sayılır. Habl bu tədqiqatları zamanı ulduzların uzaqlıqlarına müvafiq olaraq qırmızı rəngə tərəf yaxınlaşan bir işıq yaydığını gördü. Çünki fizikanın məlum qanunlarına görə, müşahidənin aparıldığı nöqtəyə tərəf hərəkət edən işıq qrupu narıncı istiqamətə, müşahidənin aparıldığı nöqtədən uzaqlaşan işıq qrupu da qırmızı tərəfə yayılar. Hablın müşahidələrində isə ulduzların işıqlarında qırmızı istiqamətə tərəf bir yayılma qeyd edilmişdi. Qısası, ulduzlar davamlı olaraq bir-birindən uzaqlaşırdılar. Ulduzlar və qalaktikalar ancaq bizdən deyil, bir-birindən də uzaqlaşırdılar. Hər şeyin fasiləsiz olaraq bir-birindən uzaqlaşdığı bir kainat isə davamlı genişlənən bir kainat mənasına gəlir. Kainatın genişlənməsi sonrakı illərdə də qəti olaraq təsdiq edildi.

Edwin hubble telescope The Expansion of the Universe

Edwin Hubble, dev teleskobuyla.

Evren ilk patlamadan bu yana her an büyük bir süratle genişlemektedir. Bilim adamları genişleyen evreni şişen bir balonun yüzeyine benzetmektedirler.

Mövzunu daha yaxşı başa düşmək üçün kainatı doldurulmaqda davam edən bir şarın səthi kimi təsəvvür etmək olar. Şarın üstündəki nöqtələr şar dolduqca bir-birindən uzaqlaşdığı kimi, kainatdakı cisimlər də kainat genişləndikcə bir-birindən uzaqlaşır. Əslində, bu həqiqət XX əsrin ən böyük elm adamlarından biri sayılan Albert Eynşteyn tərəfindən də nəzəri olaraq kəşf edilmişdi. Lakin Eynşteyn həmin dövrdə qəbul edilən “statik kainat modeli”nə zidd çıxmamaq məqsədi ilə bu kəşfini bir kənara qoymuşdu. Eynşteyn sonralar bu hərəkətini karyerasının ən böyük səhvi adlandırmışdı.2

Bu elmi həqiqət hələ heç bir insana məlum olmadığı halda, Quranda əsrlərlə əvvəl açıqlanmışdır. Çünki Quran bütün kainatın yaradanı və hakimi olan Allah`ın sözüdür.

Kainatin Sonu Və “Biq Krənç”

Qeyd etdiyimiz kimi, kainatın yaradılması “Biq bənq” deyilən böyük partlayışla başlayıb. Həmin dövrdən indiyə qədər də kainat genişlənməkdədir. Alimlər bildirir ki, kainatın kütləsi kifayət edəcək miqdara çatanda bu genişlənmə prosesi cazibə qüvvəsinə görə dayanacaq və bu da kainatın öz daxilinə çəkilməyə, büzülməyə başlamasına səbəb olacaq.3

Kainatın büzülməsi prosesinin isə axırda “Big crunch” (“Böyük çöküş”) deyilən çox yüksək bir istilik və sıxılma ilə nəticələnəcəyi qeyd edilir. Bu isə bizə məlum olan bütün həyatın yox olması mənasına gəlir. Stenford Universitetinin fizika professoru Renata Kalloş (Renata Kallosh) və Endryu Lindenin (Andrew Linde) bu mövzu haqqındakı açıqlamaları isə belədir:

«Kainatın aqibəti kiçilməyə və yox olmağa tərəf gedir. Gördüyümüz və daha uzaqlarda olduğundan görə bilmədiyimiz hər şey bir protondan da kiçik bir nöqtə şəklində kiçiləcək. Sanki qara deşiyin daxilində imişsiniz kimi... Qara enerjinin ən yaxşı tərifinin bu izah olduğunu tapdıq: «Mərhələ-mərhələ neqativ hala gələn bu qara enerji kainatın balansının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək».

Fiziklər qara enerjinin neqativ enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər. Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulyasiyasının ortasında da ola bilərik».4

big crunch

Big Crunch teorisi, Big Bang'le başlayarak genişlemekte olan evrenin, gittikçe hızlanarak içine çökeceğini öne süren bir teoridir. Teoriye göre evrendeki bu çöküş, evren tüm kütlesini kaybedip sonsuz yoğunluktaki bir noktaya dönüşene dek sürecektir.

“Biq krənç” kimi ifadə edilən bu elmi nəzəriyyəyə Quranda belə işarə edilir:

“Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. İlk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salırıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik”. (“Ənbiya” surəsi, 21/104)

Başqa bir ayədə isə göylərin bu vəziyyəti belə izah olunur:

“Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (“Zumər” surəsi, 39/67)

“Biq krənç” nəzəriyyəsinə görə, kainat başlanğıcda olduğu kimi, əvvəlcə, yavaş-yavaş, sonra tədricən sürətlə dağılmağa başlayacaq. Bütün bunlardan sonra isə sonsuz yoğunluq və sonsuz hərarətdə, sonsuz kiçiklikdə bir nöqtə halına gələcək. Bu elmi nəzəriyyə Quran ayələri ilə tam şəkildə üst-üstə düşür (doğrusunu Allah bilir).

İsti Tüstüdən Yaradiliş

Bu gün alimlər ulduzların isti qaz buludundan meydana gəldiyini bildirirlər. İsti qaz kütləsindən meydana gəlmək həm də kainatın yaradılması ilə əlaqədardır. Kainatın yaradılışı barədəki bu elmi kəşfləri Quran da təsdiq edir:

“O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da “İstəyərək vücuda gəldik!” deyə cavab verdilər”. (“Fussilət”, 41/10-11)

Bu ayədə qeyd edilən “tüstü” ifadəsi ərəb dilində “duxan” kəlməsi şəklindədir. Bu kəlmə adı Quranda çəkilən isti bir kosmik tüstünü ifadə edir. Qatı maddələrə bağlı uçan kiçik hissələri ehtiva edən, isti qaz halında bir kütlə olan bu tüstü forması Quran ayəsinə tam uyğun gəlir. Bəlli olduğu kimi, Quranda kainatın bu mərhələdəki görünüşünü təsvir edən ən münasib sözdən istifadə olunub. Alimlər isə kainatın tüstü halındakı isti bir qaz kütləsindən əmələ gəldiyini yalnız XX əsrdə kəşf etmişlər.5

Həmçinin "Sonra Allah tüstü halında olan göyə üz tutdu" ifadəsindəki "sonra" deyə tərcümə edilən ərəb dilindəki "summə" kəlməsinin "bununla belə, bundan başqa, üstəlik, yenə, bir daha" kimi başqa mənaları da mövcuddur. Burada da "summə" kəlməsi bir zaman ifadəsi olaraq deyil, əlavə izah kimi istifadə edilir.6 Kainatın yaranması haqqındakı bu məlumatın ilk dəfə Quranda bildirilməsi, şübhəsiz ki, Quranın elm sahəsindəki növbəti möcüzəsidir.

Göylərlə Yerin Bir-Birindən Ayrilmasi

Quranda göylərin yaradılması ilə bağlı məlumat verən başqa bir ayə isə belədir:

“Məgər kafir olanlar göylə yer bitişik ikən bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?” (“Ənbiya”, 21/30)

Ayənin “bitişik” mənasına gələn “ratq” kəlməsi ərəb dilində “bir-biri ilə bitişik”, “ayrılmaz bir vəziyyətdə”, “bütünləşmiş” mənalarına gəlir. Yəni bu söz vahid bir tam halında, bütöv olan iki maddəni ifadə etmək üçün işlədilir. Ayədəki “ayırdığımızı” ifadəsi isə ərəb dilindəki “fatq” feili ilə işlədilib ki, bu ifadə də “bitişik vəziyyətdə olan bir nəsnəni yarıb, parçalayıb çölə çıxması” mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması da ərəb dilində bu kəlmə ilə ifadə olunur.

İndi ayəyə təkrar nəzər yetirək. Ayədə göylərlə yerin bir-biri ilə bitişik, yəni “ratq” vəziyyətində olmasından bəhs edilir. Ayədə həmin kəlmədən dərhal sonra gələn “fatq” feili ilə bunların ayrılması bildirilir. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də, “Biq bənq”in ilkin görünüşünü fikirləşəndə kainatın bütün maddələrinin bir nöqtədə toplandığını görürük. Başqa bir ifadə ilə, hər şey, hətta hələ yaradılmamış olan göylər və yer də bu nöqtənin içində, bir-biri ilə bitişik, ayrılmaz vəziyyətdə idilər. Bundan sonra bu nöqtə şiddətli bir partlayışla yarılır və göylə yer bir-birindən ayrılırlar.

Göylərlə Yerin Arasinda Olanlarin Yaradilişi

Quranda göylərin, yerin və onların arasında olanların yaradılması ilə bağlı müxtəlif ayələr var:

“Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. O saat mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər”. (“Hicr” surəsi, 15/85)

“Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur”. (“Taha” surəsi, 20/6)

“Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq”. (“Ənbiya” surəsi, 21/16)

Elm adamları isti bir qaz kütləsinin başlanğıc mərhələdə artıb qalınlaşdığını, sonra bu kütlənin hissələrə ayrılaraq qalaktika maddələrini, ulduzları, planetləri əmələ gətirdiyini bildirir. Başqa sözlə, Yer kürəsi də daxil olmaqla, bütün ulduzlar bitişik bir qaz kütləsindən ayrılan hissələrdir. Bu hissələrdən bir qismi ulduzları, günəşləri, planetləri əmələ gətirib. Bununla da çoxlu günəş sistemləri və qalaktikalar meydana gəlib. Əvvəlki səhifələrdə də qeyd edildiyi kimi, kainat “ratq” (“bir-birinə bitişik”) halda ikən “fatq” (“hissələrə ayrılmışdır”) olmuşdur. Kainatın meydana gəlməsi hadisəsi Quranda bu elmi izahları təsdiq edən münasib ifadələrlə qeyd edilmişdir.7

Kosmosda yeni meydana gələn əsas cisimlərdən başqa bir neçə hissə hər parçalanmanın ayrılma olması səbəbi ilə kənarda qalmışdır. Bu əlavə hissələrin elmi adı “ulduzlar arasındakı qalaktika maddəsi”dir.

Ulduzlararası maddə 60 faiz hidrogen, 38 faiz helium və 2 faiz də başqa elementlərdən meydana gəlib. Ulduzlararası maddənin 99 faizi qaz, 1 faizi də başqa elementlərin 0,0001-0,001 miqyaslı toz zərrəciklərindən ibarətdir.8

Alimlər bu maddələrin astrofizik hesablamalar baxımından çox əhəmiyyətli olduğunu bildirir. Həmçinin bu maddələr toz, tüstü və ya qaz adlandırılacaq qədər incə maddələrdir. Lakin bu maddələrin hamısı göz önünə gətiriləndə onların kosmosdakı qalaktikaların hamısından daha böyük bir kütlə olduğunu düşünməyə əsaslar yaradır.

Qalaktikalardan təcrid olmuş bu maddələrin mövcudluğu ilk dəfə 1920-ci ildə kəşf edilməsinə baxmayaraq, onların mövcudluğu yuxarıda göstərdiyimiz ayələrdə yer alan və “ikisinin arasındakılar”, “onların arasında olan hər şey” kimi tərcümə edilən “mə bəynəhumə” ifadəsi ilə Quranda hələ 14 əsr əvvəl xəbər verilmişdir.

Kainatdaki Mükəmməl Müvazinət

evren

“Yeddi göyü qat-qat yaradan Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır”. (“Mülk” surəsi, 67/3-4)

Kainatdakı milyardlarla ulduz və qalaktika onlar üçün mükəmməl tarazlıqda təyin edilmiş oxları ətrafında hərəkət edirlər. Ulduzlar, planetlər və peyklər həm öz oxları ətrafında, həm də bağlı olduqları sistemlə birlikdə daimi hərəkətdədir. İçində bəzən hətta 200-300 milyard ulduz olan qalaktikalar bir-birinin arasından keçib gedirlər. Belə keçidlər zamanı kainatdakı böyük sistemi dağıdacaq heç bir toqquşma ola bilməz.

Kainatdakı sürəti bizim bildiyimiz ölçü, hesab və standartlarla müqayisə etmək çox çətindir. Milyardlarla, hətta trilyonlarla ton ağırlığındakı ulduzlar, planetlər, saysız dəyərləri ancaq riyaziyyatçıların başa düşəcəyi ölçüdə olan nəhəng qalaktikalar və qalaktika kümələri kosmosda fövqəltəbii sürətlə hərəkət edirlər. Məsələn, Yer kürəsi öz oxu ətrafında saatda 1670 km sürətlə hərəkət edir. Bu gün ən sürətli güllənin saatda təxminən 1800 km-lik bir sürətə malik olduğunu nəzərə alsaq, Yer kürəsinin sürətinin onun nəhəngliyinə baxmayaraq necə böyük olması aydınlaşar.

Dünyanın Günəş ətrafındakı sürəti isə güllənin sürətindən təxminən 60 dəfə çoxdur - saatda 108000 km! (Bu cür böyük sürətlə hərəkət edən bir nəqliyyat vasitəsi düzəldilsəydi, o, Yer kürəsinin ətrafında 22 dəqiqəyə dolana bilərdi).

Bu rəqəmlər ancaq Yer kürəsi ilə bağlıdır. Günəş sistemi isə daha heyrətamiz və möcüzəlidir. Bu sistemin sürəti idrak və məntiq çərçivələrini də aşacaq səviyyədə yüksəkdir. Kainatdakı sistemlər böyüdükcə sürət də çoxalır. Yer kürəsinin Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı sürəti saatda 720 000 kilometrdir. Təxminən 200 milyard ulduzu olan Ağ yol qalaktikasının kosmosdakı sürəti isə saatda 950 000 kilometrdir.

Şübhə yoxdur ki, belə qarışıq və sürətli bir sistemdə nəhəng toqquşmaların olması mümkündür. Ancaq belə bir hadisə baş vermir və bu səbəbdən də həyatımızı əmin-amanlıqda davam etdiririk. Çünki kainatdakı hər şey Allah`ın yaratdığı qüsursuz sistemə görə hərəkət edir. Buna görə də ayədə bildirildiyi kimi, bütün bu sistemdə heç bir uyğunsuzluq yoxdur.

Kainatdaki İncə Əyar

The Splitting Asunder of The Heavens and The Earth

Temsili Big Bang resmi. Allah'ın evreni yoktan var ettiğini bir kez daha ortaya koyan Big Bang, bilimsel delillerle ispatlanan bir teoridir. Bazı bilim adamları Big Bang'e alternatifler üretmeye çalışmışlarsa da, elde edilen deliller Big Bang'in bilim dünyasında kesin bir kabul görmesiyle sonuçlanmıştır.

“Biri digəri ilə tam ahəngdə yeddi göyü qat-qat yaradan Odur. Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz (uyğunsuzluq tapmaqdan) ümidini kəsərək zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır”. (“Mülk” surəsi, 3-4)

«Məgər görmürsünüz ki, Allah yeddi göyü ahənglə qat-qat necə yaratdı?!». («Nuh» surəsi, 15)

«Göylərin və yerin səltənəti Onundur. O, Özünə heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onun nə cür olacağını müəyyən etmişdir». («Furqan» surəsi, 2)

Materialist fəlsəfə kainatdakı və təbiətdəki bütün sistemlərin öz-özünə fəaliyyət göstərən bir maşın kimi olduğunu və bunlardakı qüsursuz intizam və tarazlığın yaradıcısının təsadüflər olduğu iddiası ilə ortaya çıxdı. Amma hazırda materializmin və onun «elmi əsası» olan darvinizmin əsassızlığı elmi faktlarla sübut olunmuşdur (bax: Harun Yəhya, «Təkamül nəzəriyyəsinin süqutu», «Nurlar» nəşriyyatı; Harun Yahya, «Hayatın gerçek kökeni», İstanbul, Araştırma nəşriyyatı).

XX əsrdə bir-birinin ardınca həm astrofizika, həm də biologiya sahələrində kəşf edilən elmi həqiqətlər kainatın və canlıların yaradıldığını sübut etdi. Bir tərəfdən, darvinizmin tezisləri bir-bir süqut edərkən, digər tərəfdən də kainatın yoxdan yaradıldığını göstərən «Biq bənq» (yəni «Böyük partlayış») və maddi dünyadakı böyük planın və incə əyarın («Fine tuning») olduğunu göstərən dəlillər materializm iddialarının tutarsızlığını bir daha sübut etdi.

Canlı aləmin meydana gəlməsi üçün zəruri olan şərtlərə nəzər yetirəndə təkcə Yer kürəsinin bu cür xüsusi şəraitə malik olduğunu görürük. Yaşamağa əlverişli olan bu şəraiti təmin etmək üçün saymaqla qurtara bilməyəcəyimiz qədər şərt eyni anda, fasiləsiz olaraq gerçəkləşir. Kainatda təxminən 100 milyard qalaktikanın, onların hər birində 100 milyard ulduzun və bir o qədər də planetin olduğunu fikirləşsək, Yer kürəsində bu cür müstəsna bir şəraitin meydana gətirilməsinin əhəmiyyəti daha yaxşı aydın olacaq.9

«Biq bənq»in partlayış sürətindən atomların fiziki tarazlığına, dörd əsas qüvvənin nisbətindən ulduzların kimyəvi əməliyyatlarına, Günəşin yaydığı şüanın cinsindən suyun maye dəyərinə, Ayın Yer kürəsinə olan məsafəsindən atmosferdəki qazların nisbətinə, Yer kürəsinin Günəşə olan uzaqlığından onun məhvərinin orbitinə olan mailliyinə, Yer kürəsinin öz ətrafındakı fırlanma sürətindən dünyadakı okeanların, dağların funksiyalarına qədər hər bir təfərrüat bizim yaşamağımız üçün fövqəladə dərəcədə münasibdir. Bu gün elm dünyası kainatın bu xüsusiyyətlərini «bəşəri prinsip» («Anthropic principle») və «incə əyar» («Fine tuning) məfhumları ilə ifadə edir. Bu anlayışlar kainatın məqsədsiz, nizamsız, təsadüfi maddə yığınından ibarət olmadığını, əksinə, insanın yaşamasını təmin edən bir məqsədə nəzərən həssas tərzdə planlaşdırıldığını xülasə edir.

Yuxarıdakı ayələrdə diqqətimiz Allah`ın yaratmasındakı ölçü və ahəngə cəlb edilir. «Furqan» surəsinin 2-ci ayəsində «ölçmək, biçmək, tənzimləmək, ölçü ilə etmək» mənalarına gələn «təqdirən», «Mülk» surəsinin 3-cü ayəsi ilə «Nuh» surəsinin 15-ci ayəsində isə «ahəng içində olan» mənasına gələn «tibəqa» kəlmələri işlədilir. Həmçinin Allah «Mülk» surəsində «ixtilaf, ziddiyyət, uyğunsuzluq, nizamsızlıq» mənalarına gələn «təfavutin» kəlməsi ilə burada ahəngsizlik axtaranların buna nail ola bilməyəcəyini bildirir.

evren

"Göylərdə və yerdə nə varsa,
Allaha məxsusdur və axırda bütün işlər Allaha qaytarılacaqdır."
(Ali İmran Surəsi, 109)

XX əsrin axırlarına yaxın dövrdə işlədilməyə başlanan «incə əyar» ifadəsi də bu ayələrdə bildirilən həqiqəti təsdiq edir. Son 20-30 ildə bir çox alimlər kainatın təsadüflər yığını olmadığını, əksinə, hər təfərrüatda insanın yaşayışını nəzərə alan fövqəladə bir plan və əyarlama məhsulu olduğunu göstərdilər (Bax: Harun Yəhya, «Kainatın yaradılışı»; Harun Yəhya, «Möcüzələr zənciri»). Kainatdakı bir çox xüsusiyyətlər kainatın yaşamaq üçün xüsusi olaraq planlaşdırıldığını açıq-aşkar göstərir. Fizik Karl Giberson bu gerçəyi belə ifadə edir:

«Son 40 ildir fizika və kosmologiyadakı inkişaf elmi lüğətə «plan» kəlməsini qaytardı. 1960-cı illərin əvvəllərində fiziklər insan həyatı üçün aşkar «incə əyar»la hazırlanmış bir kainatın örtüyünü açdılar. Kainatda həyatın mövcud olmasının qüsursuz bir tarazlıqdakı fiziki amillərə bağlı olduğunu kəşf etdilər».10

İngilis astrofiziki, professor Corc F.Ellis bu incə əyardan belə bəhs edir:

«(Kainatdakı) bu kompleksi mümkün edən qanunlarda heyrətamiz bir incə əyar görünür. Kainatda mövcud olan bu kompleksin həyata keçməsi «möcüzə» sözünü işlətməməyi çox çətinləşdirir».11

“Biq Bənq”In Partlayış Sürəti

Kainatın təşəkkül tapması anı olan «Biq bənq»də qurulan tarazlıq onun təsadüfən meydana gəlməyəcəyinin açıq nümunələrindən biridir. Avstraliyadakı Adelaide Universitetinin məşhur riyazi fizika professoru Pol Devisə görə, «Biq bənq»dən sonra baş verən genişlənmə sürəti hətta milyard dəfə milyardda bir nisbətində (1/1018) fərqli olsaydı da, kainat meydana gəlməzdi.12

Stefan Haukinq də «Zamanın qısa tarixi» adlı əsərində kainatın genişlənmə sürətindəki bu fövqəladə müvazinəti belə qəbul edir: «Kainatın genişlənmə sürəti o qədər riskli bir nöqtədədir ki, «Biq bənq»dən sonrakı birinci saniyədə bu nisbət əgər yüz min milyon dəfə milyonda bir daha kiçik olsaydı, kainat indiki vəziyyətinə gəlməmişdən əvvəl çökərdi».13

Dörd Qüvvə

Kainatdakı bütün fiziki hərəkət və quruluşlar bu gün müasir fizikanın qəbul etdiyi «dörd əsas qüvvə»nin - Yerin cazibə qüvvəsinin, elektromaqnit qüvvəsinin, güclü nüvə qüvvəsinin və zəif nüvə qüvvəsinin əlaqəsi və tarazlığı sayəsində meydana gəlib. Bu qüvvələr bir-birindən fövqəladə dərəcədə fərqli dəyərlərə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton bu qüvvələr arasındakı həssas tarazlığı belə açıqlayır:

«Əgər Yerin cazibə qüvvəsi bir trilyon qat daha güclü olsaydı, o zaman kainat daha kiçik bir yer olardı və ömrü də daha qısa davam edərdi. Orta bir ulduzun kütləsi hazırkı Günəşimizdən bir trilyon qat daha balaca olardı və ömrü də bir il qədər ola bilərdi. Digər tərəfdən, əgər Yerin cazibə qüvvəsi bir az daha gücsüz olsaydı, heç bir ulduz və ya qalaktika əsla meydana gələ bilməzdi. Digər qüvvələr arasındakı tarazlıq da çox həssasdır. Əgər güclü nüvə enerjisi bir az daha zəif olsaydı, o vaxt kainatdakı yeganə qərarlı element hidrogen olardı. Başqa heç bir atom ola bilməzdi. Əgər güclü nüvə enerjisi elektromaqnit qüvvəsinə nisbətən bir az daha güclü olsaydı, həmin vaxt da kainatdakı yeganə qərarlı element nüvəsində iki proton olan bir atom olardı. Belə olacağı təqdirdə, kainatda heç hidrogen olmayacaq, ulduzlar və qalaktikalar -əgər meydana gəlsələr də- hazırkı quruluşlarından çox fərqli olacaqdılar. Açığı, əgər bu əsas güclər hazırda malik olduqları dəyərlərə eynilə malik olmasaydılar, heç bir ulduz, planet və atom da olmayacaqdı. Həyat da mövcud olmayacaqdı».14

Göy Cisimləri Arasındakı Məsafələr

Göy cisimlərinin fəzada yayılması və aralarındakı nəhəng boşluqlar Yer kürəsində canlı həyatın mövcud olması üçün vacibdir. Göy cisimləri arasındakı məsafələr dünyadakı həyatı dəstəkləyəcək şəkildə bir çox universal güclə ahəngdar olan bir hesab daxilində yerbəyer edilmişdir. Maykl Denton özünün «Təbiətin taleyi» («Nature's Destiny») adlı kitabında supernovalar və ulduzlar arasındakı məsafədəki müvazinəti belə açıqlayır:

«Supernovalar və əslində, bütün ulduzlar arasındakı məsafələr çox qarışıq bir mövzudur. Qalaktikamızda ulduzların bir-birinə uzaqlığı orta hesabla 30 milyon mildir. Əgər bu məsafə bir qədər daha az olsaydı, planetlərin orbitləri qərarsız hala gələrdi. Əgər bir az daha çox olsaydı, bir supernova tərəfindən paylanan maddə o qədər dağınıq hala gələcəkdi ki, bizimkinə oxşar planet sistemləri böyük ehtimalla əsla meydana gələ bilməyəcəkdi. Əgər kainat yaşamaq üçün əlverişli bir məkan olacaqdırsa, supernova partlayışları çox müəyyən bir nisbətdə həyata keçməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı uzaqlıq çox aydın uzaqlıqda olmalı idi. Bu uzaqlıq hal-hazırda mövcud olan uzaqlıqdır».15

Cazibə Qüvvəsi:

◉ əgər daha güclü olsaydı, dünya atmosferi daha çox ammonyak və metan qazı yığar, bu da həyat üçün çox mənfi olardı;

◉ əgər daha zəif olsaydı, dünya atmosferi çox su itirər və yaşayış mümkün olmazdı.

Günəşə Uzaqlıq:

◉ əgər daha çox olsaydı, planetimiz çox soyuyar, atmosferdəki su dövranına mənfi təsir göstərər, planet buz dövrünə daxil olardı;

◉ əgər daha yaxın olsaydı, planetimiz qovurular, atmosferdəki su dövranına mənfi təsir göstərər, həyat mümkün olmazdı.

Yer Qabığının Qalınlığı:

◉ əgər daha qalın olsaydı, atmosferdən Yer qabığına daha çox miqdarda oksigen ötürülərdi;

◉ əgər daha nazik olsaydı, yaşamağı əlverişsiz edəcək miqdarda çox vulkanik hadisə baş verərdi.

Dünyanın Öz Oxu Ətrafında Fırlanma Sürəti:

◉ əgər daha yavaş olsaydı, gecə ilə gündüz arasındakı temperatur fərqi çox olardı;

◉ əgər daha sürətli olsaydı, atmosfer küləklərinin sürəti daha çox olar, qasırğalar və tufanlar yaşamağı qeyri-mümkün edərdi.

Dünyanın Maqnit Sahəsi:

◉ əgər daha güclü olsaydı, çox qatı elektromaqnit fırtınaları olardı;

◉ əgər daha zəif olsaydı, Yer kürəsi «Günəş küləyi» deyilən və Günəşdən atılan zərərli hissəciklər qarşısında mühafizəsiz qalardı. Hər iki vəziyyətdə də yaşamaq qeyri-mümkün olardı.

Albedo Təsiri (Yer Üzündən Əks Edən Günəş Şüasının Yer Üzünə Çatan Günəş Şüasına Nisbəti)

◉ əgər daha çox olsaydı, buz dövrü sürətlə başlayardı;

◉ əgər daha az olsaydı, oranjereya təsiri həddindən artıq istiləşməyə səbəb olar, dünya əvvəlcə aysberqlərin əriməsi ilə suların altında qalar, sonra da istidən qovrulardı.

Atmosferdəki Oksigen və Azot Nisbəti:

◉ əgər daha çox olsaydı, həyati funksiyaları mənfi tərzdə sürətlənərdi;

◉ əgər daha az olsaydı, həyati funksiyaları mənfi tərzdə ləngidərdi.

Atmosferdəki Karbondioksid Və Su Nisbəti:

◉ əgər daha çox olsaydı, atmosfer həddindən artıq isinərdi;

◉ əgər daha az olsaydı, atmosferin hərarəti düşərdi.

Ozon Təbəqəsinin Qalınlığı:

◉ əgər daha çox olsaydı, Yer kürəsinin temperaturu çox düşərdi;

◉ əgər daha az olsaydı, Yer kürəsi həddindən artıq isinər, Günəşdən gələn zərərli ultrabənövşəyi şüalara qarşı bir mühafizəsi qalmazdı.

Seysmik (Zəlzələ) Hərəkətləri:

◉ əgər daha çox olsaydı, canlılar üçün davamlı dağıntı olardı;

◉ əgər daha az olsaydı, okean qatındakı qidalar suya qarışmaz, okean və dənizlərin həyatına, dolayısilə, bütün dünya canlılarına mənfi təsir edərdi.

Yer Kürəsinin Oxunun Əyriliyi:

Dünyanın mehvəri öz orbitinə 23 dərəcəlik bir bucaqla maillik edir. Fəsillər bu maillik nəticəsində meydana gəlir. Bu maillik indiki dəyərindən daha çox, ya da daha az olsaydı, fəsillər arasındakı hərarət fərqi həddən artıq dərəcələrə çatacağı üçün dünyada dözülməz hərarətdə yay olar və həddindən artıq soyuq qış fəsilləri yaşanardı.

Günəşin Böyüklüyü

Günəşin yerində daha kiçik bir ulduzun olması Yer kürəsinin həddindən artıq soyumasına, böyük bir ulduzun olması isə dünyanın istidən yanıb qovurulmasına gətirib çıxarardı.

Ayla Yer Kürəsi Arasındakı Cazibə Təsiri:

◉ əgər daha az olsaydı, Ayın şiddətli cazibəsinin atmosfer şərtlərinə, Yer kürəsinin öz oxu ətrafındakı fırlanma sürətinə və okeanlardakı qabarmalara-çəkilmələrə çox sərt təsirləri olardı;

◉ əgər daha az olsaydı, şiddətli iqlim dəyişikliklərinə səbəb olardı.

Ayla Yer Kürəsi Arasındakı Məsafə:

◉ əgər bir qədər daha yaxın olsaydı, Ay dünya ilə toqquşardı.

◉ əgər bir qədər daha uzaq olsaydı, Ay kosmosda itib gedərdi;

◉ əgər bir qədər daha az yaxın olsaydı, Ayın dünya üzərində yaratdığı qabarma-çəkilmələr təhlükəli səviyyədə böyüyərdi. Okean dalğaları qitələrin çökək yerlərini örtərdi. Bunun nəticəsində baş verən sürtünmə okeanların hərarətini çoxaldar və Yer kürəsində həyat üçün zəruri olan həssas temperatur balansı məhv olardı;

◉ əgər bir qədər daha az uzaqlıqda olsaydı, qabarma-çəkilmələr azalar, bu da okeanların daha hərəkətsiz olmasına səbəb olardı. Durğun su dənizdəki həyatı təhlükəyə atar, bununla yanaşı nəfəs aldığımız havadakı oksigen nisbəti təhlükəli vəziyyətə düşərdi.16

Yer Kürəsinin Hərarəti Və Karbon Əsaslı Həyat

Həyatın əsası olan karbon elementinin mövcudluğu müəyyən səviyyədə qalan istiliyə bağlıdır. Karbon həyatı meydana gətirən amin turşusu, nükleik turşu və proteinlər kimi əsas üzvi molekullar üçün zəruri olan bir maddədir. Dolayısilə, həyat ancaq karbon əsasında mövcud ola bilər və bunun üçün də mövcud olan hərarət ən az -200 C, ən çox +1200 C ola bilər. Dünyanın hərarəti də bu aralıqdadır.

Burada sadalananlar Yer kürəsində həyatın meydana gəlməsi və canlı aləmin mövcudluğunun davam etməsi üçün vacib olan çox həssas tarazlıqlardan yalnız bir neçəsidir. Təkcə burada qeyd olunanlar da kainatın və dünyanın təsadüflər nəticəsində, təsadüfi hadisələrin bir-birinin ardınca gəlməsi sayəsində yarana bilməyəcəyini qəti şəkildə göstərmək üçün kifayətdir. XX əsrdə istifadə edilməyə başlanan «incə əyar», «bəşəri prinsip» məfhumları Quranda əsrlərlə əvvəl bildirilən «ahəng və hesabla yaradılışı» təsdiq edir.

evren

Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir. "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır."
(Ali İmran Surəsi, 189-190)

Günəşin, Ayin Və Ulduzlarin Quruluşlarindaki Müxtəliflik

“Üstünüzdə yeddi möhkəm göy qurduq. Sizin üçün çox parlaq bir çıraq (Günəş) yaratdıq”. (“Nəbə” surəsi, 78/12-13)

Məlum olduğu kimi, Günəş öz sistemindəki işığın yeganə mənbəyidir. Astronomlar Ayın işığın mənbəyi olmadığını, onun yalnız Günəşdən qəbul etdiyi işığı əks etdirdiyini texnoloji imkanların inkişaf etməsi sayəsində kəşf ediblər. Yuxarıdakı ayədə qeyd edilən “çıraq” ifadəsi də istilik və işığın mənbəyi olan Günəşi ərəb dilində mükəmməl səviyyədə ifadə edən “sirac” kəlməsidir.

Allah Quranda Ay, Günəş və ulduzlar kimi göy cisimlərindən bəhs edərkən müxtəlif kəlmələr işlədir.

Günəşlə Ayın yaradılmasındakı müxtəliflik Quranda belə ifadə edilir:

“Orada ayı bir nur, günəşi də bir çıraq etdi”. (“Nuh” surəsi, 71/16)

Yuxarıdakı ayədə Ay üçün işıq (ərəb dilində “nur”), Günəş üçünsə çıraq (ərəb dilində “sirac”) kəlmələri işlədilir. Burada Ay üçün işlədilən söz işığı əks etdirən parlaq və hərəkətsiz bir kütləni ifadə edir. Günəş üçün işlədilən kəlmə isə “həmişə yanan, istilik və işığın mənbəyi, göydəki bir nəsnə” mənalarına gəlir. Digər tərəfdən, “ulduz” kəlməsi ərəb dilində “meydana çıxan, görünən” mənalarına gələn “nəcəmə” kökündən törəmişdir. Bundan başqa, ulduz aşağıda ayədəki kimi, “işığı ilə qaranlıqları yaran”, “parıldayan”, “özü-özünü tükəndirən” və “yanan” mənalarına işarə edən “səqib” kəlməsi ilə də ifadə edilir:

“(O, zülməti yaran) parlaq ulduzdur”. (“Tariq” surəsi, 86/3)

Ayın öz işığını ətrafa yaymadığını, onun yalnız Günəşdən gələn işığı, Günəş və ulduzların isə öz işıqlarını əks etdirdiyini artıq müasir elmdən bilirik. Bu həqiqətlər Quranda insanların göy cisimləri ilə bağlı məlumatının çox məhdud və bəsit olduğu bir zamanda, yəni 14 əsr bundan əvvəl bildirilmişdir.

güneş dünya ay
 

"Onlar iman gətirib Allahdan qorxsaydılar,
Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!"
(Bəqərə Surəsi, 103)

Orbitlər Və Dövr Edən Kainat

orbits

1. Merkür
2 . Venüs
3. Dünya
4. Mars

5. Jüpiter
6. Satürn
7. Uranüs
8. Neptün

9. Plüton
10. Ay
11. Güneş

Kainatdakı əzəmətli nizamın mühüm səbəblərindən biri də şübhəsiz ki, göy cisimlərinin müəyyən edilmiş oxları ətrafında hərəkət etməsidir. Ulduzlar, planetlər və peyklər həm öz oxları ətrafında, həm də bağlı olduqları sistemlə birlikdə hərəkət edirlər. Kainat sanki fabrikin dişli alətləri kimi incə bir sistemdə hərəkətdədir.

Kainatda təxminən 100 milyarddan çox qalaktika və kiçik qalaktikalarda təxminən bir milyard, böyük qalaktikalarda isə bir trilyondan çox ulduz var.17 Bu ulduzların əksəriyyətinin planetləri, bu planetlərin də öz peykləri var. Bütün bu göy cisimləri çox incə hesabla müəyyən edilən orbitlərə malikdir. Onların hər biri milyon illərdir ki, öz orbitində digərləri ilə qüsursuz bir uyğunluqda və nizamda hərəkət edir. Bunlarla yanaşı, çoxlu quyruqlu ulduzlar da mövcuddur ki, onlar da öz orbitlərində fasiləsiz hərəkət halındadır.

Kainatdakı orbitlər ancaq bəzi göy cisimlərinə aid deyil. Günəş sistemi hətta başqa qalaktikaların, başqa mərkəzlərin ətrafında böyük hərəkilik (dinamiklik, fəaliyyət) nümayiş etdirir. Yer və onunla birlikdə Günəş sistemi əvvəlki yerindən hər il 500 milyon kilometr uzaqlaşır. Hesablanıb ki, göy cisimləri öz orbitlərindəki istiqamətlərindən qismən çıxsa, bu sistem alt-üst olacaq. Məsələn, Yer öz orbitində yerini adi vəziyyətdəki istiqamətindən aşağı-yuxarı cəmi 3 mm dəyişsə, meydana gələcək dəhşətli hadisələr bir mənbədə belə bildirilir:

“Yer kürəsi Günəşin ətrafında dövr edərkən elə hərəkət edir ki, hər 18 mildə orbitindən 2,8 mm ayrılır. Yer kürəsinin orbitdəki bu hərəkəti 1 mm-lik belə fərq yarada, hansı tərəfəsə meyillənə və ya sapa bilməz. Çünki onun orbitindən 3 mm-lik ayrılması böyük fəlakətlərə səbəb olardı. Yer öz orbitindən bu zaman 2,8 mm deyil, 2,5 mm ayrılsaydı, dünyadakı bütün canlılar donardı. Əgər orbitdən ayrılma 3,1 mm olsaydı, bütün canlılar istidən yanaraq kül olardı”.18

Göy cisimlərinin fərqli bir xüsusiyyəti də onların öz orbitləri ilə yanaşı, həm də öz oxları ətrafında hərəkət etməsidir. Quranın “Dönüşlü olan göyə and olsun” (“Tariq” surəsi, 86/11) ayəsi məhz bu həqiqətə işarədir. Əlbəttə, Quranın göndərildiyi dövrdə insanlar dövrümüzdə olduğu kimi kosmosu milyonlarla kilometr uzaqlara qədər müşahidə edə biləcək teleskoplara, inkişaf etmiş texnologiyalara, müasir fizika və astronomiya haqqında məlumatlara malik deyildi. Dolayısilə, kainatın ayədə bildirildiyi kimi, “(Cürbəcür ulduz) yolları olan göy” (“Zariyat” surəsi, 51/7) olduğunu həmin dövrdə elmi şəkildə sübut etmək də mümkün deyildi. Ancaq həmin əsrdə nazil edilən Qurani-kərimdə bu həqiqət bizə aydın şəkildə xəbər verilir, çünki Quran Allah`ın sözüdür.

orbits orbits

Evrendeki pek çok kuyruklu yıldız gibi yukarıdaki resimde görülen Halley kuyruklu yıldızı da planlı bir harekete sahiptir. Kendisine ait belirli bir yörüngesi vardır ve diğer gök cisimleriyle birlikte, kusursuz bir uyum ve düzen içinde bu yörüngede hareket etmektedir. Evrendeki tüm gök cisimlerinin, gezegenlerin, bu gezegenlerin uydularının, yıldızların, hatta galaksilerin bile çok ince hesaplarla saptanmış yörüngeleri vardır. İşte bu kusursuz düzeni kuran ve devamlılığını sağlayan, tüm evreni yaratmış olan Allah'tır.

Günəşin Hərəkət İstiqaməti

Quranda Günəşdən və Aydan bəhs edilərkən onların hər birinin özünəməxsus orbitinin olması qeyd edilir:

“Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri (özünəməxsus) bir göydə üzür”. (“Ənbiya” surəsi, 21/33)

Bu ayədəki “üzmək” kəlməsi ərəb dilində “səbəhə” feili ilə ifadə edilir. Bu kəlmədən Günəşin kosmosdakı hərəkətini bildirmək üçün istifadə olunub. Bu kəlmə həmçinin Günəşin kosmosdakı hərəkətinin nəzarətsiz olmadığını, onun öz orbitində hərəkət etdiyini və dövr edərkən özünəməxsus hərəkət dairəsi olduğunu anladır. Günəşin sabit (və ya statik) olmaması, onun müəyyən orbitdə hərəkət etməsi başqa bir ayədə belə qeyd edilir:

“Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan (hər şeyi) bilən Allah`ın təqdiridir”. (“Yasin” surəsi, 36/38)

Quranda bildirilən bu həqiqətlər yalnız və yalnız XX əsrdə astronomiya elmi sahəsində aparılan tədqiqatlarla təsdiq edilib. Mütəxəssislərin hesablamalarına görə, Günəş “Solar Apeks” adlı orbit boyu Veqa ulduzu istiqamətində saatda 720 000 kilometrlik möhtəşəm bir sürətlə hərəkət edir. Bu təxmini hesablama Günəşin sutka ərzində 17 milyon 280 min kilometr yol qət etdiyini göstərir. Günəşlə birlikdə onun cazibə sistemindəki bütün planet və peyklər də eyni məsafəni qət edirlər.

Ayin Orbiti

«Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o, dönüb xurma ağacının köhnə, qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. Hər biri özünə məxsus dairəsində (orbitində) üzər». («Yasin» surəsi, 39-40)

Ayın orbiti başqa planetlərin peykləri kimi düz orbitdə hərəkət etmir. Ay orbitində dövr edərkən bəzən Yer kürəsinin qarşısına, bəzən arxasına keçir. Həmçinin Ay Yer kürəsi ilə birlikdə Günəşin ətrafında da dövr etdiyinə görə, fəzada həmişə «S» hərfinə oxşayan bir orbitdə hərəkət edir. Ayın kosmosdakı bu orbitinin şəkli Quranda «dönüb xurma ağacının köhnə, qurumuş əyri budağı kimi dönər» ifadəsi ilə tərif edildiyi kimi, qurumuş xurma ağacının budağının əyriliyinə çox oxşayır. Bundan başqa, ayədə qeyd edilən «urcun» kəlməsinin mənası «quruyub incəlmiş, bükülmüş xurma budağı»dır və xurma ağacının meyvələri yığılandan sonra, salxımdan sonra qalan hissəsini ifadə etmək üçün işlədilir. Bu salxım budağının «köhnə» ifadəsi ilə təsvir edilməsi də çox hikmətamizdir, çünki xurma budağının köhnəsi daha nazik və daha əyridir.

Əlbəttə, 1400 il əvvəl Ayın orbiti haqqında məlumata malik olmaq mümkün deyildi. Müasir texnologiya və geniş elmi biliklər sayəsində müəyyən edilə bilən formanın Quranda bu cür qüsursuz bir təşbehlə bildirilməsi, Quranda göstərilən elmi möcüzələrdən daha birisidir.

ayın yörüngesi

Ay, Dünya'yla birlikte Güneş'in etrafında da döndüğünden, uzayda sürekli "S" harfi benzeri bir yörünge çizer. Bu yörüngenin görünümü, Kuran'da bildirildiği gibi kuru hurma dalının eğriliğine benzemektedir.

Ay İlinin Hesablanmasi

yörünge

“Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!” (“Yunis” surəsi, 10/5)

“Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının quru və əyri budağı kimi olar”. (“Yasin” surəsi, 36/39)

Yuxarıdakı ilk ayədə Allah Ayın insanlar üçün illərin hesablanmasında bir ölçü olacağını aydın şəkildə bildirmişdir. Bundan başqa, bu hesablamalar nəzərləri Ayın öz orbitində hərəkəti əsnasındakı yerlərinə uyğun olacağına cəlb edir. Yer-Ay və Yer-Günəş istiqamətləri arasındakı bucaq davamlı olaraq dəyişdiyi üçün biz Ayı çeşidli vaxtlarda müxtəlif şəkillərdə görürük. Ayı görməyimiz Ayın Günəşdən aldığı işığı əks etdirməsi səbəbi ilə mümkündür. Bunun üçün də Ayın Günəşin ətrafından işıqlandırılan tərəfi Yerdəki müşahidəçiyə görə həmişə dəyişir. Bu dəyişikliklər nəzərə alınaraq bəzi hesablamalar aparılır ki, bu da illəri hesablamağı asanlaşdırır.

Əvvəllər 1 ay insanlar tərəfindən iki bədirlənmiş ay arasındakı vaxt və ya Ayın Yerin ətrafında dövr etdiyi zaman kəsiyi olaraq götürülürdü. Bu hesaba görə, bir ay 29 gün 12 saat 44 dəqiqə təşkil edirdi. Buna qəməri ay deyilir. 12 qəməri ay isə Rum təqviminə görə 1 il edir. Ancaq Yerin Günəş ətrafındakı dövrəsi qurtaranda 1 il olaraq qəbul etdiyimiz miladi təqvimlə Rum təqvimi arasında hər il 11 günlük fərq meydana gəlir. “Kəhf” surəsinin 25-ci ayəsində bu fərq belə şərh olunur:

“Onlar mağarada üç yüz il qaldılar və üstünə doqquz il də əlavə olundu”. (“Kəhf” surəsi, 18/25)

Ayədə qeyd edilən dövrü belə aydınlaşdırmaq mümkündür: 300 il + 11 gün (hər il üçün meydana gələn fərq) = 3300 gün. 1 Günəş ilinin 365 gün 5 saat 48 dəqiqə 45,5 saniyədən ibarət olması nəzərə alınsa, 3300 gün / 365,24 gün = 9 ilə bərabərdir. Başqa sözlə, miladi təqvimə görə 300, Rum təqviminə görə isə 300+9 ildir. Aydın olduğu kimi, ayədə çox incə hesablamaya əsaslanan bu 9 illik fərq diqqətimizə çatdırılıb (ən doğrusunu Allah bilir). Quranda belə bir məlumatın qeyd edilməsi müqəddəs kitabımızın, şübhəsiz ki, elmi möcüzələrindən biridir.

Cazibə Qüvvəsi və Orbitvari Hərəkətlər

«And içirəm yanıb-sönənlərə (planetlərə); seyr edib yerini alan (gizlənən) səyyarələrə». («Təkvir» surəsi, 15-16)

«Təkvir» surəsinin 15-ci ayəsində qeyd edilən «xunnəs» sözü «büzülən, geriyə gedən, qayıdan» kimi mənalara gəlir. 16-cı ayədə «yerini alanlara» kimi tərcümə edilən ərəb dilindəki ifadə isə «kunnəs»dir. «Kanis» kəlməsinin cəmi olan «kunnəs» ifadəsi «bilinən güzərgah, yuvaya girmək, hərəkət halında olan cismin yuvası, yuvasına girib gizlənənlər» mənalarına gəlir. Yenə 16-cı ayədə ifadə edilən «seyr edən» kəlməsi isə «cərəyan» sözünün kökündən törəyən və «axıb gedən, seyr edən» mənasına gələn «cariyə» sözünün cəmi «əlcəvari»dir. Bu sözlərin mənaları nəzərə alınanda planetlərin cazibə qüvvələrinə və orbit ətrafındakı hərəkətlərinə işarə edildiyi anlamına gələ bilər.

Yuxarıdakı ayələrdə bu kəlmələr cazibə qüvvələrindən qaynaqlanan orbitvari hərəkətləri tam olaraq tərif edir. Bunlardan «xunnəs» kəlməsi ilə planetlərin həm öz nüvələri istiqamətində, həm də Günəş sisteminin mərkəzi olan Günəşə tərəf cəzb edilməsinə diqqət çəkilir (ən doğrusunu Allah bilir). Cazibə qüvvəsi kainatda mövcud olan bir qüvvədir, ancaq bu cazibə qüvvəsinin riyazi düsturlarla göstərilməsi XVII-XVIII əsrlərdə yaşamış İsaak Nyuton tərəfindən mümkün olmuşdur. Sonrakı ayədə qeyd edilən «əlcəvari» kəlməsi də bu cazibə qüvvəsinə qarşı dirənən mərkəzdənqaçma qüvvəsindən qaynaqlanan orbitvarı hərəkətləri vurğulayır. Şübhəsiz ki, seyr edənlər, axıb gedənlər mənasına gələn «əlcəvari» sözünün «xunnəs» (mərkəzə tərəf çəkilmək, büzülmək) və «kunnəs» (güzərgah, yuvaya girmək, hərəkət halındakı cismin yuvası) kəlmələri ilə işlədilməsi 1400 il əvvəl bilinməsi mümkün olmayan mühüm bir elmi həqiqətə diqqət çəkir (ən doğrusunu Allah bilir). Bundan başqa, Quranda and içilən məsələlərdən biri olan bu ayələr mövzunun əhəmiyyətinə diqqəti çəkən başqa bir işarədir.

Dünyanin Dairəvi Olmasi

“Göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzün, gündüzü də gecənin üstünə sarıb örtür... ” (“Zumər” surəsi, 39/5)

Quranın kainatı tanıdan ayələrində istifadə olunmuş ifadələr kifayət qədər diqqət çəkicidir. Yuxarıdakı ayədə “sarıb örtmək” kimi tərcümə edilən ərəb kəlməsi “yukəvviru”dur. Bu kəlmənin Azərbaycan dilindəki qarşılığı “dairəvi bir şeyin üzərinə bir cisim örtmək”dir. (Məsələn, ərəb dili lüğətlərində “başa əmmamə sarımaq” kimi dəyirmi cisimlərlə bağlı olan feillər bu kökdən əmələ gələn sözlərlə işlədilir).

Ayədə gecə ilə gündüzün bir-birinin üzərini sarıb örtməsi (“təkvir” etməsi) mövzusunda verilən bilik, eyni zamanda, dünyanın quruluşu haqqında səhih və dolğun məlumat verə bilər. Yəni VII əsrdə nazil edilən Quranda Yerin dairəvi olduğuna işarə edilmişdir.

Unutmaq olmaz ki, o dövrdəki astronomiya dünyanı daha fərqli şəkildə və səviyyədə təsəvvür edirdi. O dövrdə belə hesab edirdilər ki, Yer düz səthə malikdir. Bütün elmi hesablama və açıqlamalar da buna nəzərən qurulurdu. Ancaq Quran Allah`ın sözü olaraq kainatı xarakterizə edərkən, burada sözügedən məsələ ilə bağlı ən doğru kəlmələrdən istifadə olunmuşdur. Yaxın əsrlərdə öyrəndiyimiz bu məlumatlar Quran ayələrində hələ 1400 il bundan əvvəl xəbər verilib.

dünya küre

"Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!"
(Bəqərə Surəsi, 103)

"Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır."
(Bəqərə Surəsi, 107)

Dünyanin İstiqaməti

“Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla edən Allah`ın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz əməllərdən xəbərdardır”. (“Nəml” surəsi, 27/88)

“Nəml” surəsindəki ayədə Yerin təkcə hərəkət etməsi deyil, onun dövr etdiyi istiqamət də təsvir olunur. 3500-4000 metr yüksəklikdəki bulud topalarının hərəkət istiqaməti həmişə qərbdən şərqə tərəfdir. Hava proqnozları hazırlanarkən əksər hallarda qərbdəki hava şəraitinin əsas götürülməsinin başlıca səbəbi də budur.19

Bulud topalarının qərbdən şərqə tərəf hərəkətinin əsas səbəbi Yerin dövr etdiyi istiqamətdir. Məlum olduğu kimi, Yer də qərbdən şərqə tərəf olmaqla dövr edir. Elmin yaxın illərdə kəşf etdiyi bu həqiqət Quranda əsrlərlə bundan əvvəl xəbər verilib.

Dünyanin Geoit Formasi

«Bundan sonra da yeri döşəyib düzəltdi». («Naziat» surəsi, 30)

The Roundness of the Earth

Yuxarıdakı ayədə «döşəyib düzəltdi» kimi tərcümə edilən «dəha» sözü «yaymaq» mənasına gələn «dəhv» kəlməsinin kökündəndir. «Dəhv» kəlməsi «döşəmək, düzəltmək» mənalarına gəlsə də, daşıdığı məna baxımından sadə bir «döşəmək» feili deyil. Çünki bu kəlmə də yuvarlaq olaraq düzəltmək, döşəmək feillərini tərif etmək üçün işlədilir.

«Dəhv» kəlməsindən törəyən başqa sözlərdə də dəyirmilik, yuvarlaqlıq mənası var. Məsələn, uşaqların topu yerdəki bir çuxura salması, daş atıb çuxura atmaq yarışları, qozla oynanan oyun hamısı «dəhv» kəlməsi ilə ifadə edilir. Dəvəquşunun yuva qurmasına, yatacağı yerdəki daşları təmizləməsinə, yumurtladığı yerə və yumurtasına da bu köklərdən törəyən kəlmələr işlədilir.

Elə Yer kürəsinin forması da bir yumurtanı xatırladan yuvarlaqlıqdadır. Yer kürəsinin qütblərdən yastı kürəvarı forması «geoit» kimi ifadə edilir. Bu baxımdan ayədə «dəha» sözünün işlədilməsi özündə Allah`ın Yer kürəsi haqqında verdiyi mühüm bir məlumatı ehtiva edir. İnsanların əsrlərlə Yer kürəsinin düz olduğunu düşünməsi və onun həqiqi formasının ancaq texnoloji imkanlar nəticəsində bilinməsi Quranın Allah`ın vəhyi olduğuna dair mühüm dəlillərdən biridir.

Yer Kürəsinin və Kosmosun Diametrləri

«Ey cin və insan tayfası! Əgər göylərin və yerin bucaqlarından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq üstün qüdrət ilə çıxa bilərsiniz!» («Rəhman» surəsi, 33)

Yuxarıdakı ayədə «bucaqlar» kimi tərcümə olunan sözün əsli ərəb dilində «əqtar» deyə ifadə edilir. «Əqtar» ərəb dilində diametr mənasına gələn «qutur» kəlməsinin cəmidir, göylərin və Yerin çoxlu diametrinin olduğunu ifadə edir. Ərəb dilində sözün işlədilməsində tək, yoxsa cəm (ikidən çox), yaxud ikili mənada istifadə edildiyini bilmək mümkündür. Dolayısilə, sözün buradakı işlədilmə tərzi ilə -ikidən çox olduğunu ifadə edən cəm şəkilçisi ilə- başqa möcüzəvi məlumat xəbər verilir.

Məlum olduğu kimi, üçölçülü bir cisim ancaq düzgün bir kürəvarı formaya malikdirsə, tək bir diametrdən bəhs edilir. Diametrlər ifadəsi isə ancaq düzgün olmayan bir kürəvarı formaya aid ola bilər. Həmçinin ayədə seçilən bu kəlmə -diametrlər- Yer kürəsinin geoit quruluşunu göstərməsi baxımından əhəmiyyətlidir. Ayədə diqqəti cəlb edən ikinci mövzu isə diametrlərdən bəhs edilərkən Yer üzü və göylərdən ayrı-ayrılıqda bəhs edilməsidir.

Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, kainat genişlənir, lakin bu, qalaktikaların və başqa kosmik cisimlərin kosmosda ətrafa dağıldığı mənasına gəlmir. Bu, kosmosun genişləndiyi və bu əsnada qalaktikalar arasındakı məsafənin də artdığı mənasına gəlir.

«Rəhman» surəsinin 33-cü ayəsində qeyd edilən «göylərin bucaqları (diametrləri)» şəklində ifadə edilməsi də kosmosun kürəvarı quruluşuna işarə edir (ən doğrusunu Allah bilir). Kosmosun müxtəlif yerlərindən onun diametrləri fərqli olacağı kimi, davamlı genişlənən kosmosun diametrləri də davamlı dəyişiklik göstərəcək. Bu baxımdan ayədə bucaq kəlməsinin cəm halında işlədilməsi çox hikmətlidir və Quranın hər şeyin elminə sahib olan Rəbbimizin vəhyi olmasının göstəricilərindən biridir.

Atmosferin Təbəqələri

The Layers of the Atmosphere
 

1- Troposfer
2- Stratosfer
3- Mezosfer
4- Termosfer

5- Ekzosfer
6- İyonosfer
7- Manyetosfer

Quran ayələrində kainat haqqında verilən məlumatlardan biri də göyün yeddi təbəqə olaraq təşkil edilməsi məsələsi ilə bağlıdır:

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!” (“Bəqərə” surəsi, 2/29)

“Sonra Allah tüstü halında olan göyə üz tutdu... Allah onları yeddi göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi...” (“Fussilət” surəsi, 41/11-12)

Quranın əksər ayələrində rastlaşdığımız “göy” kəlməsi kainatı ifadə etmək üçün istifadə olunduğu kimi, həm də dünyanın səmasını ifadə etmək üçün də işlədilmişdir. Kəlmənin bu mənasına varanda belə qənaət hasil olur ki, Yer kürəsinin göy təbəqələri, başqa sözlə, məhz atmosferin 7 qatı yaradılıb.

Bu kəlmə həmçinin onu təsdiqləyir ki, atmosfer üst-üstə təbəqələnmiş müxtəlif qatlardan meydana gəlib.20

Kimyəvi vəziyyətin və ya havanın istiliyinin əsas götürülməsi yolu ilə qeyd edilən məsələlərdə atmosferin 7 təbəqə olduğu təsdiq edilmişdir.21 Bu gün hələ 48 saatlıq hava proqnozlarında istifadə edilən və “Limited Fine Mesh Model” (LFMM) adlandırılan atmosfer modelinə görə də, atmosfer 7 təbəqədən meydana gəlib. Müasir geoloji formullara görə, atmosferin 7 qatı belə tərtib edilib:

The Layers of the Atmosphere

1. Atmosfer
2. Dünya

Dünya, yaşam için gerekli olan özelliklerin tümüne sahiptir. Bunlardan bir tanesi de canlıları koruyan ve özel bir kalkan görevini yerine getiren atmosferdir. Bugün Dünya atmosferinin üst üste dizilmiş farklı katmanlardan meydana geldiği bilinmektedir. Atmosfer aynen ayette bildirildiği gibi, tam yedi temel katmandan oluşmaktadır. Bu, elbette ki Kuran'ın mucizelerinden biridir. 

1. Troposfer

2. Stratosfer

3. Mezosfer

4. Termosfer

5. Ekzosfer

6. İonosfer

7. Manyetosfer.

Bu mövzu ilə bağlı daha bir möcüzə öz əksini “Fussilət” surəsinin 12-ci ayəsində qeyd edilən “O, hər bir göyün işini özünə vəhy edib bildirdi” cümləsində tapır. Bu ayədə Allah`ın hər təbəqə üçün müəyyən bir vəzifə müəyyən etdiyi bildirilir. Sonrakı səhifələrdə də ətraflı görəcəyimiz kimi, adlarını yuxarıda sadaladığımız atmosfer təbəqələrinin hər biri insanların və dünyamızdakı bütün canlıların həyatı baxımından çox mühüm vəzifələr daşıyır.

Yağışın meydana gəlməsindən zərərli şüaların qarşısının alınmasına, radio dalğaların ötürülməsindən meteoritlərin zərərsiz hala gətirilməsinə qədər hər bir təbəqənin özünəməxsus bir vəzifəsi var. Aşağıdakı ayələr isə bizə atmosferin 7 təbəqəsi ilə bağlı bitkin və əhatəli bilgilər verir:

“Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?” (“Nuh” surəsi, 71/15)

“Yeddi göyü qat-qat yaradan da Odur...” (“Mülk” surəsi, 67/3)

Bu ayələrdə “qat” kimi tərcümə edilən “tibəqən” kəlməsi ərəb dilində “təbəqə, bir şeyin uyğun olan qapağı və örtüyü” mənalarına da gəlir ki, bu da öz növbəsində üst qatın alt qata uyğunluğunu göstərir. Kəlmənin cəm halda istifadəsi isə “qat-qat” şəklində yazılır. Ayələrdə göyün qat-qat halında təsvir edilməsi atmosfer təbəqələrini şübhəsiz ki, ən mükəmməl şəkildə ifadə edir. Müasir insanın XX əsrin texnologiyası olmadan dərk edib anlaya bilmədiyi bu həqiqətlərin 1400 il əvvəl göndərilmiş Qurani-kərimdə aydın şəkildə ifadə olunması, əlbəttə ki, çox böyük bir möcüzədir.

Qoruyucu Tavan

Allah göy üzünün maraqlı bir xüsusiyyətinə Quranda belə diqqət çəkir:

“Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, kafirlər ayələrimizdən üz döndərirlər”. (“Ənbiya” surəsi, 21/32)

Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti çox sonralar - XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir. Yer kürəsinin hər tərəfini əhatə edən atmosfer həyatın davam etməsi nöqteyi-nəzərindən çox mühüm funksiyaları yerinə yetirir. Atmosfer Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox meteoriti əridib yox edir və onların Yer üzünə düşərək canlılara zərər verməsinin qarşısını alır. Atmosfer həmçinin kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları da bir növ filtrdən keçirərək təmizləyir. Atmosferin bu xüsusiyyətinin ən maraqlı tərəfi onun sadəcə olaraq zərərsiz miqdarda şüaları, yəni işığı, infraqırmızı şüaları və radio dalğaları keçirməsidir. Bunların hamısı həyat üçün lazımlı şüalardır. Məsələn, atmosfer tərəfindən müəyyən dozada keçməsinə icazə verilən ultrabənövşəyi şüalar bitkilərin fotosintez imkanlarını, beləliklə də bütün canlıların həyatda qalmasını təmin edir. Ancaq Günəş tərəfindən yayılan şiddətli ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yer səthinə onların həyat üçün zəruri olan az bir qismi çatır.

Atmosferin qoruyucu xüsusiyyəti təkcə bunlarla bitmir. Yer kosmosun təqribən mənfi 270 dərəcəlik ölümcül soyuğundan yenə atmosfer qatının sayəsində qorunur.

Yeri zərərli təsirlərdən qoruyan yalnız atmosfer deyil. “Van Allen qurşaqları” adlanan və dünyanın maqnit sahəsindən qaynaqlanan bir təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini atmosferlə birlikdə yerinə yetirir. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez meydana gələn və parlama adı verilən enerji partlayışları Yerdəki bütün həyatı məhv edəcək gücdədir. Bu təhlükənin də qarşısını məhz Van Allen qurşaqları alır.

Doktor Hüq Ross (dr. Hugh Ross) Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini belə izah edir:

“Yer Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa malikdir. Bu geniş nikel-dəmir nüvəsi böyük bir maqnit sahəsindən də mühüm funksiyanı yerinə yetirir. Yerin bu maqnit sahəsi Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə Yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat olmazdı. Maqnit sahəsinə malik olan və qayalıqlardan əmələ gələn digər tək planet Merkuridir. Fəqət onun maqnit sahəsinin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi Yer kürəsinə məxsusdur”.22

Keçdiyimiz illərdə təsbit edilən bir partlayışda ortaya çıxan enerjinin Xirosimaya atılan atom bombalarından 100 milyard dəfə güclü olduğu hesablanmışdır. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində həddən artıq hərəkət müşahidə edilmiş, Yer atmosferindən 250 kilometr hündürlükdə istilik 25000 C-yə yüksəlmişdir.

Qısası, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrdən qoruyan mükəmməl bir sistem işləyir. Allah dünyanı əhatə edən göy üzünün bu qoruyucu zirehi barədə əsrlərlə bundan əvvəl Quranda xəbər vermişdir.

van allen

Dünya'nın manyetik alanının oluşturduğu manyetosfer tabakası, yeryüzünü gök taşlarından, zararlı kozmik ışın ve parçacıklardan koruyan bir kalkan gibidir. Yukarıdaki resimde Van Allen Kuşakları adı da verilen bu manyetosfer tabakası görülmektedir. Dünya'nın on binlerce kilometre uzağındaki bu kuşaklar, yeryüzündeki canlıları uzaydan gelebilecek öldürücü enerjiden korumaktadır. Tüm bu bilimsel bulgular, Dünya'nın özel bir şekilde korunduğunu kanıtlamaktadır. Önemli olan, bu korunmanın "gökyüzünü korunmuş bir tavan kıldık" ayetiyle 1400 sene önce Kuran'da haber verilmiş olmasıdır.

 

arizona meteor

Gökyüzünü seyreden insanlardan çoğunun aklına atmosferin koruyucu yapısı gelmez. Bu yapı olmasa Dünya'nın nasıl bir yer olacağı da çoğu zaman düşünülmez. Yukarıdaki resimde Dünya'ya düşen bir gök taşının ABD Arizona'da açtığı dev çukur görülmektedir. Eğer atmosfer olmasaydı bu gök taşlarının milyonlarcası Dünya yüzeyine düşer ve gezegen yaşanılmaz bir hale gelirdi. Ancak atmosferin koruyucu özelliği sayesindedir ki, Dünya'daki canlılar güven içinde yaşamlarını sürdürürler. Bu, elbette Allah'ın insanlar üzerindeki bir korumasıdır ve Kuran'da haber verilmiş bir mucizedir.

 

sun earth
   

Göy Üzünün Tavan Edilməsi

“O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allah`a bilə-bilə şəriklər qoşmayın”. (“Bəqərə” surəsi, 2/22)

Atmosphere

Geminid meteor yağmuru her sene Aralık ayının ikinci haftasında en yoğun şekilde gözlemlenir. Üstteki fotoğrafta görülen kısa çizgiler yıldızlara ait izlerdir; uzun olanlar ise meteorlara aittir. Resimde görülen meteor yağmurunda gök taşları saatte 58 taneye varan yoğunlukta düşmüştür.

Yuxarıdakı ayədə “göy üzü” kəlməsi ərəb dilində “əssəməə binaən” şəklində ifadə olunub. Bu kəlmə “qübbə”, “tavan” mənaları ilə birlikdə bədəvi ərəblər tərəfindən istifadə edilən çadıra oxşayan bir örtük mənasına da gəlir.23 Burada nəzərdə tutulan fikir xarici nəsnələrə qarşı qorunmanın təmin edilməsidir. Bizim əksəriyyətimizin nəzərini cəlb etməsə də, başqa planetlərdə olduğu kimi, Yerə çoxlu meteorit düşür. Başqa planetlərə düşəndə böyük kraterlər açan bu meteoritlərin Yerə zərər verməməsinin səbəbi dünyanı əhatə edən atmosferin bu cür meteorit yağışını zərərsizləşdirməsi, təhlükənin qarşısını alması və həmin “gəlmə” cisimlərin qarşısında maneəyə çevrilməsidir. Meteorit bu əngələ çox tab gətirə bilmir və sürtünmədən meydana gələn yanğın nəticəsində öz kütləsinin əhəmiyyətli hissəsini itirir. Beləliklə də bu böyük təhlükə atmosferin mövcudluğu sayəsində fəlakətlərə səbəb ola bilmir və böyüməyə macal tapmamış onun qarşısı alınır. Allah atmosfer haqqında yuxarıda bəhs etdiyimiz qoruyucu xüsusiyyətləri ilə bağlı müxtəlif ayələrlə yanaşı, aşağıdakı ayədə də bu xüsusi yaradılışa diqqət yönəldir:

“Məgər Allah`ın yerdə olanları, dənizdə Onun əmri ilə üzən gəmiləri sizin istifadənizə verdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!” (“Həcc” surəsi, 22/65)

Əvvəlki səhifələrdə də bəhs etdiyimiz atmosferin qoruyucu xüsusiyyəti onun Yeri kosmosdan, yəni xarici bombardmandan qoruması ilə bağlıdır. Yuxarıda qeyd edilən ayələrdə göy üzü üçün işlədilən tavan kəlməsi də diqqəti tam olaraq göy üzünün Peyğəmbərimizin (s.ə.v) dövründə bilinməsi mümkün olmayan bu cəhətinə yönəldir, bununla da məsələyə tam şəkildə aydınlıq gətirilmiş olur. Bu məlumatların ən müasir texnologiya ilə təchiz olunmuş kosmik vasitələrin, nəhəng teleskopların olmadığı 1400 il əvvəl Qurani-kərimdə xəbər verilməsi Quranın sonsuz elm sahibi olan Rəbbimizin vəhyi olduğunu göstərir.

Geri Qaytaran Göy

meteor yağmuru

Qurani-kərimdə “Tariq” surəsinin 11-ci ayəsində göy üzünün “geri hərəkət etdirə bilmək” xüsusiyyətindən belə bəhs edilir:

“And olsun qaytarıb endirən səmaya...” (“Tariq” surəsi, 86/11)

Quran tərcümələrində “qaytarmaq” şəklində tərcümə edilən “rəci” kəlməsi “geri qaytaran” və ya “geri dövr etdirən” mənalarına gəlir.

Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer müxtəlif qatlardan ibarətdir. Yerdə həyatın davam etməsi üçün hər təbəqənin mühüm vəzifələri var. Bu məsələ ilə bağlı incələmə aparılanda məlum olur ki, hər təbəqəyə gələn maddə və şüaların kosmosa və ya Yerə geri qaytarmaq xüsusiyyəti var. Atmosfer təbəqələrinin geri qaytarmaq xüsusiyyətini burada bir neçə nümunənin əsasında tədqiq etməyə çalışaq. Məsələn, 13-15 km yüksəklikdəki troposfer təbəqəsi Yerdən yüksələn su buxarının soyuyub, qalınlaşıb, sıxlaşıb yağış formasında geri qayıtmasını təmin edir. 25 km yüksəklikdəki stratosferin aşağı təbəqəsi olan ozonosfer kosmosdan gələn radiasiyanı və zərərli ultrabənövşəyi şüaları əks etdirir və onların Yerə çatmadan kosmosa geri qayıtmasını təmin edir. İonosfer təbəqəsi də Yerdən yayılan radio dalğaları bir peyk kimi Yerin müxtəlif bölgələrinə geri əks etdirərək, radio və televiziya yayımlarına uzaq məsafələrdən baxılmasını, simsiz danışıqların ötürülməsini təmin edir. Manyetosfer təbəqəsi isə Günəşdən və başqa ulduzlardan yayılan zərərli radioaktiv hissələri Yerə çatmağa qoymayaraq onları geriyə - kosmosa qaytarır.

Göy üzü təbəqələrinin hələ yaxın keçmişdə kəşf edilən bu xüsusiyyətinin Quranda əsrlərlə bundan əvvəl bildirilməsi Quranın Allah`ın sözü olduğunu bir daha sübut edir.

The Returning Sky

Dünya üzerindeki canlı yaşamı için suyun varlığı son derece önemlidir. Suyun oluşmasındaki etkenlerden bir tanesi de atmosferin katmanlarından biri olan Troposferdir. Troposfer tabakası okyanuslardan yükselen su buharını yoğunlaştırarak yeryüzüne yağmur olarak geri döndürür.

Yeryüzündeki yaşam için öldürücü olabilecek ışınları engelleyen atmosfer katmanı ise, Ozonosfer tabakasıdır.  Stratosferin alt tabakası olan Ozonosfer tabakası ultraviyole gibi zararlı kozmik ışınları uzaya geri döndürerek, bu ışınların yeryüzüne ulaşmasını ve canlılığa zarar vermesini engeller.

Atmosferin her katmanı insanlara yararlı özelliklere sahiptir. Örneğin atmosferin üst tabakalarından biri olan İyonosfer tabakası, belli bir merkezden yayınlanan radyo dalgalarını yeryüzüne geri yansıtarak bu yayınların uzak mesafelerden bile algılanmasını sağlar.

 

İqtibaslar

1. S. Waqar Ahmed Husaini, The Quran for Astronomy and Earth Exploration from Space, Goodword Press, 3-cğ nəşr, New Delhi, 1999, ss. 103-108.

2. http://www.time.com/time/time100/scientist/profile/hubble.html

3. Philip Ball, “Black Crunch Jams Universal Cycle”, Nature, 23 dekabr 2002; Dr. David Whitehouse, “Universe is ‘doomed to collapse’”, BBC News Online, 22 oktyabr 2002, http://news.bbc.co.uk/1/hi/sci/tech/2346907.stm; Mark Schwartz, “Cosmic ‘big crunch’ could trigger an early demise of our universe”, Stanford Report, 25 sentyabr 2002.

4. Mark Schwartz, “Cosmic ‘big crunch’ could trigger an early demise of our universe”, Stanford Report, 25 sentyabr 2002.

5. Mahdi La’li, A Comprehensive Exploration of the Scientific Mireacles in Holy Qur’an, Trafford, Kanada, 2003, ss. 35-38.

6. Ebu’l-A’lv Mevdıdo, Tefhimu’l Kur’an; http://www.enfal.de/tefhim/)

7. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur’an, Crescent Publishing House, New York, ABŞ, 1998, s. 53.

8. Meyers Lexikon in drei Bdnden Bibliographisches Institut & F.A. Brockhaus AG, Mannheim 1995, Digitale Ausgabe LexiRom.

9. Carl Sagan, Cosmos, Wings Books, ABŞ, 1980, ss. 5-7.

10. K. Giberson, “The Anthropic Principle”, Journal of Interdisciplinary Studies, c. 9, 1997, ss. 63-90, Steven Yates’den cevap, ss. 91-104.

11. F. Bertola, U. Curi, The Anthropic Principle: Laws and Environments, Cambridge University Press, 1993, s. 30.

12. Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, s. 184.

13. Stephen Hawking, A Brief History Of Time, Bantam Press, London, 1988, ss. 121-125.

14. Michael Denton, Nature’s Destiny, The Free Press, New York, 1998, ss. 12-13.

15. Michael J. Denton, Nature’s Destiny, The Free Press, New York, 1998, s. 11.

16. http://www.pathlights.com/ce_encyclopedia/01-ma10.htm#Elemental Forces

17. World Book Encyclopedia, 2003; Boston Universitetinin astronomiya və fizika professoru Kenneth Brecher’in əlavələri ilə.

18. Bilim ve Teknik, iyul 1983.

19. http://www.woodrow.org/teachers/esi/1998/p/weather/Corriolis. HTM

20. http://royal.okanagan.bc.ca/mpidwirn/atmosphereandclimate/ atmslayers.html; Michael Pidwirny, Atmospheric Layers, 1996.

21. http://www.tpub.com/weather3/4-27.htm

22. http://www.godandscience.org/apologetics/designss. html

2 / total 11
"Harun Yəhyanın Quran Möcüzələri 1&2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top