Quran Möcüzələri 1&2

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
3 / total: 11

Quranin Elmi Möcüzələri (2/5)

Yer Kürəsinin Təbəqələri

Quranda Yerlə bağlı verilən məlumatlardan biri Yerin yeddi qat olan göyə oxşarlığıdır.

“Yeddi göyü və bir o qədər də yeri yaradan Allah`dır. Allah`ın hər şeyə qadir olduğunu, Allah`ın hər şeyi elmlə ehtiva etdiyini biləsiniz deyə Allah`ın əmri onların arasında nazil olar”. (“Talaq” surəsi, 65/12)

yeryüzü

1. Litosfer (kara)
2. Litosfer (su)
3. Astenosfer
4. Üst Manto

5. Alt Manto
6. Dış Çekirdek
7. İç çekirdek

Göstərilən ayənin bu vacib və maraqlı məlumatına elmi mənbələrdə də geniş yer ayrılır və Yerin yeddi qatdan meydana gəldiyi açıqlanır. Yerin alimlər tərəfindən qeyd edilən həmin qatları bunlardır:

1. Hidrosfer

2. Litosfer

3. Astenosfer

4. Üst mantiya

5. Alt mantiya

6. Xarici nüvə

7. Daxili nüvə

“Litosfer” sözü yunan dilində “qaya” mənasını ifadə edən “lithos” kəlməsindən gəlir. Litosfer Yerin ən üst qatını təşkil edən bərk təbəqədir. Digər təbəqələrlə müqayisədə çox nazik qatdır. Litosfer qatı okeanların altında və vulkan püskürməsi üçün əlverişli olan bölgələrdə daha nazikdir. Başqa təbəqələrdən daha soyuq və daha bərkdir. Buna görə də Yerin qabığı vəzifəsini yerinə yetirir.

Litosferin aşağısında yunan dilində “zəif” kəlməsi “asthenes”dən əmələ gələn “astenosfer” təbəqəsi var. Bu təbəqə litosferlə müqayisədə daha nazikdir. Hərəkətli təbəqədir. İsti və yarımqatı maddələrdən təşkil olunmuş bu təbəqə yüksək geoloji istiliyə və təzyiqə məruz qalanda yumşalıb əriyir. Belə ehtimallar var ki, bərk litosfer təbəqəsi yavaş hərəkət edən astenosfer təbəqəsinin üzərində üzür və ya hərəkət edir. Hər halda, belə zənn olunur.24

Bu təbəqələrin aşağısında yüksək hərarətə malik olan, yarımqatı qayalardan əmələ gələn, təxminən 2900 km qalınlığında olan və adına “mantiya” deyilən bir təbəqə var. Yerin üst səthi ilə müqayisədə özündə daha çox dəmir, maqnezium və kalsium ehtiva edən mantiya daha isti və qalındır, çünki Yerin daxilindəki hərarət və təzyiq dərinliyə getdikcə daha da çoxalır.

Yerin mərkəzində da haradasa mantiyanın iki qatı qalınlığında olan nüvə var. Bu təbəqənin belə qalın olmasının səbəbi onun içində qayalardan çox metalların (dəmirlə nikelin qarışığının) olmasıdır. Yerin nüvəsi isə iki ayrı hissədən - biri 2200 km qalınlığında olan maye xarici nüvədən, digəri isə 1250 km qalınlığındakı bərk daxili nüvədən meydana gəlib. Dünya dövr etdikcə maye xarici nüvə dünyanın maqnit sahəsini əmələ gətirir.

XX əsr texnologiyası sayəsində kəşf edilən Yer kürəsi təbəqələrinin göy üzü ilə olan bu oxşarlığının Quranda bildirilməsi, şübhəsiz ki, Quranın çoxsaylı elmi möcüzələrindən biridir.

Yer Kürəsinin Ağirliqlarini Kənara Atmasis

deprem

«Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi, yer öz ağırlıqlarını çıxardıb atacağı və insan: "Buna nə olur?" -deyəcəyi zaman məhz o gün (Yer) öz hekayətini söyləyəcəkdir». («Zilzal» surəsi, 1-4)

Ərəb dilində «zilzal» kəlməsi «zəlzələ, sarsıntı», «əsqaləhə» sözü isə «ağırlıqlarını, yüklərini» mənalarına gəlir. Yuxarıdakı ayələr ilk mənaları ilə nəzərə alınanda zəlzələ ilə bağlı mühüm elmi həqiqətə diqqət çəkildiyi görünür.

«Zilzal» surəsinin 2-ci ayəsində zəlzələ ilə bağlı olaraq yerin ağırlıqlarını atmasından bəhs edilir. Son əsrlərdə aparılan tədqiqatlar nəticəsində Yerin mərkəzində ağır metalların olduğu və bunların Yer kürəsindəki tərpənmələr nəticəsində ortaya çıxdığı məlum olmuşdur. Geoloqların təsbitlərinə görə, dünya soyuduqca ağır və qalın maddələr dünyanın mərkəzinə tərəf çökdüyü halda, daha yüngül olanlar Yerin səthinə tərəf qalxır. Buna görə, Yer qabığı ən yüngül maddələrdən (bazalt və qranit qayalardan) meydana gələrkən, nüvədə ağır metallar (nikel və dəmir) mövcud olur. Nəticə olaraq, ərimiş metallardan yaranan Yerin altı onun üstündən daha çox ağır və qalın bir materialdan meydana gəlmişdir.

Zəlzələ vaxtı isə Yerin altındakı ağır maddələr Yer üstünə çıxmağa imkan tapır, beləliklə, ayələrdə tərif edildiyi kimi, Yer üzü ağırlıqlarını kənara atır. Həmçinin metal resurslarının sıx olduğu yerlər zəlzələ və vulkanların daha çox gerçəkləşdiyi bölgələrdir. Aparılan əhatəli tədqiqatlar nəticəsində yaxın keçmişdə ortaya çıxan bu elmi tapıntılar Allah`ın Quranda işarə etdiyi elmi həqiqətlərdən yalnız biridir.

Dağlarin Funksiyasi

Quranda dağların mühüm geoloji funksiyasına da işarə edilir:

“Yer onları silkələməsin, atıb-tutmasın deyə orada möhkəm dağlar yaratdıq...” (“Ənbiya” surəsi, 21/31)

Diqqət etsək, görərik ki, ayədə dağların yer üzündəki silkələnmələrin qarşısını alma xassəsinə malik olması xəbər verilir. Quranın nazil edildiyi dövrdə heç bir insan tərəfindən dərk edilməyən həqiqət bu günlərimizdə müasir geologiyanın kəşfləri nəticəsində ortaya çıxarılıb. Əvvəllər dağların ancaq Yer səthindəki yüksəkliklər olması qəbul edilirdi. Lakin alimlər bunun fərqinə vardılar ki, dağlar təkcə Yer səthindəki yüksəkliklər deyil. Özlərinin dağ kökü deyilən hissəsi ilə öz yüksəkliklərinin 10-15 misli qədər də yerin altına qədər uzanır. Dağlar bu xüsusiyyətləri ilə sanki çadırı yerə möhkəm-möhkəm bərkidən bir mismarın və ya dirəyin funksiyasına oxşayan bir rolu ifa edirlər. Məsələn, zirvəsi Yerdən 9 km yuxarıda olan Comolunqma (Everest) dağının 125 km-dən çox kökü var.25

mountain root

1. Okyanus
2. Tortu

3. Kıtasal kabuk
4. Çekirdek kabuğu ile yerkabuğu arasındaki aralık

5. Çekirdek kabuğu
6. Yatay uzaklık ölçeklendirilmemiştir.

◉ Dağların toprak seviyesinin oldukça derinlerinde kökleri vardır.26

 

mountain root

1. Britanya Adaları
2. Kuzey Almanya

3. Alpler
4. Avrupa

5. Rus seti
6. Kafkaslar

◉ Şematik kesit. Kazık şeklindeki dağların toprağın içine iyice yerleşmiş kökleri vardır.27

 

mountains deep root, Erosion

1. Dağ silsilesi
2. Erozyon

3. Çökelti
4. Deniz seviyesi

5. Kıtasal kabuk
6. Çekirdek kabuğu

7. Dağ kökü

◉ Dağların, derin kökleri dolayısıyla şekil olarak kazıklara benzediklerini gösteren diğer bir resim.28

Bundan başqa, dağlar Yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkət və toqquşmaları nəticəsində meydana çıxır. İki təbəqə toqquşan zaman daha möhkəm olanı o birinin altına girir. Üstdə qalan təbəqə qıvrılaraq yüksəlir və dağları meydana gətirir. Altda qalan təbəqə isə Yerin altına uzanaraq dərin uzunluq yaradır. Artıq qeyd etdiyimiz kimi, dağların Yer üzündə gördüyümüz kütlələri qədər də yer altına işləyən böyük çıxıntıları var. Bir elmi mənbədə dağların bu quruluşu belə təsvir edilir:

“Qatların daha qalın olduğu dağlıq bölgələrdə Yer qabığı mantiya qatına dərininə olmaqla sancılır”.29

Dünyanın ən məşhur dənizaltı geoloqlarından olan professor Siaveda isə dağların Yer üzündə öz kökləri sayəsində dayanmasından bəhs edərkən belə bir izahat verir:

“Qitə dağları ilə okean dağları arasındakı əsas fərq onların materialındadır... Ancaq dağların hər ikisində onlara kömək edən kökləri var. Qitə dağlarında dağdan gələn aşağı yoğunluq maddəsi Yerin daxilinə tərəf həmin dağın kökü şəklində uzanır. Okean dağlarında da dağı kök kimi dəstəkləyən yüngül maddə var. Ancaq bu, o qədər də kövrək deyil. Çünki reaksiya yüngüldür, isti olduğu üçün genişlənir. Lakin qalınlıq prizmasından baxılanda onlar da dağları dəstəkləmək yönündə eyni vəzifəni yerinə yetirirlər. Bu səbəbdən də köklərin funksiyası Arximed qanununa görə dağları dəstəkləmək üçündür”.30

Bundan başqa, Amerika Elm Akademiyasının əvvəlki rəhbəri Frank Pressin dünyanın əksər universitetlərində dərs kitabı kimi tədris edilən “Earth” (Dünya) adlı kitabında dağların dirək formasında olması və Yerin dərinliklərinə qədər uzanması iqrar edilir.31

Quranın digər ayələrində isə dağların «dirək oxşatması» vəzifəsinə belə işarə edilir:

“Məgər biz yeri döşək etmədikmi?! Dağları da dirək?!” (“Nəbə” surəsi, 78/6-7)

Yenə başqa bir ayədə Allah bu həqiqəti “Dağları yerləşdirdi” (“Naziat” surəsi, 79/32) şəklində bildirir. Bu ayədə qeyd edilən “ərsəhə” kəlməsi “sabit etdi”, “köklü etdi”, “yerə çaxdı” mənalarına gəlir. Dağlar bu xüsusiyyətləri sayəsində Yer təbəqələrinin birləşmə nöqtələrində Yerin üstünə və altına doğru uzanaraq bu təbəqələri bir-birinə geydirir, onları bir-birinə birləşdirir. Bu şəkildə, Yer qabığını sabitləşdirərək onun maqma təbəqəsi üzərində, ya da öz təbəqələri arasında sürüşməsinə mane olur. Qısası, dağları taxtaları bir yerdə saxlayan mismarlara bənzədə bilərik.

Dağların sabitləşmə təsiri elmi ədəbiyyatda «izostasiya» adlandırılır. İzostasiya mantiya təbəqəsinin yuxarı tərəfə tətbiq etdiyi güclə Yer qabığının aşağı tərəfə tətbiq etdiyi qüvvə arasındakı müvazinətdir. Dağlar eroziya, torpaq sürüşməsi və ya buzlaqların əriməsi kimi səbəblərlə ağırlıq itirərkən buzlaqların meydana gəlməsi, vulkan püskürmələri və ya torpaq meydana gəlməsi üzündən ağırlıq qazana bilər. Buna görə, dağlar yüngülləşəndə mayelərin tətbiq etdiyi qaldırma gücü ilə aşağıdan yuxarı itələyir, ya da ağırlaşanda Yerin cazibə qüvvəsinin təsiri ilə mantiyanın daxilinə tərəf basdırılır. Yer qabığı üzərində bu iki güc arasındakı balans izostasiya sayəsində təmin edilir. Dağların bu balanslaşdırıcı xüsusiyyəti bir elmi mənbədə belə qeyd edilir:

G.B.Airy 1855-ci ildə Yer qabığının su üstündə üzən şalbandan hazırlanmış sallara oxşadıla biləcəyini söyləmişdi. Qalın taxta hissələri nazik hissələrlə müqayisədə su səthinin lap üstündə üzə bilər. Oxşar olaraq Yer qabığının qalın hissələri də bir maye və ya daha yoğun olan aşağı təbəqələr üzərində üzəcək. G.B.Airy dağların düzənliklərdə olmayan daha az iri qayalardan dərin köklərə malik olması fikrini müdafiə edirdi. O, öz araşdırmalarını nəşr etdirəndən 4 il sonra J.H.Pratt alternativ bir hipoteza təklif etdi. Bu hipotezaya görə, dağların altındakı qaya sütunlarının düzənliklər altındakı qaya sütunlarına nəzərən daha uzun olmasından ötrü daha az qalın olması lazım gəlirdi. Airy və Prattın fərziyyələrinin hər ikisi səthdəki kələ-kötürlüyün aydın hissələrindəki (dağlar və düzənliklər) qayaların yoğunluqlarındakı fərqlərlə balanslaşdığını müəyyən etmişdi. Bu müvazinət vəziyyəti «izostasiya» kimi tərif edilir.32

mountains

Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.
(Sad Surəsi, 18)

"O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı."
(Nəhl Surəsi, 15)

Bu gün bilirik ki, Yer üzünün dağlıq olan üst səthi dərin laylarla qırılmış və ərimiş maqmanın üstündə üzən lövhələr halında parçalanmışdır. Bu lövhələr ona görə üzür ki, Yerin öz orbitindəki hərəkət sürəti çox yüksəkdir. Əgər dağların sabitləşdirici təsiri olmasaydı, həmin bu üzən lövhələr hərəkət halında olacaqdılar. Belə bir vəziyyətdə Yerin üzərində torpaq bir yerdə dayanmaz, torpaqda su saxlamaq mümkün olmazdı. Heç bir bitki cücərməz, heç bir yol, ev inşa edilməzdi. Qısaca belə deyək ki, dünyada həyat mümkün olmazdı. Buna görə də dağlar Allah`ın bir mərhəməti olaraq mismar vəzifəsini yerinə yetirməklə qitə kütlələrini okean təbəqələrinə tərəf saxlayır və onların hərəkətini tənzimləyir.

Göründüyü kimi, dağların müasir geologiya və seysmik araşdırmalar nəticəsində kəşf edilən çox həyati bir funksiyası yüz illər öncə göydən endirilmiş Qurani-kərimdə Allah`ın üstün hikmətinə bir örnək olaraq verilib. Başqa bir ayədə belə buyurulur:

“Allah göyləri, gördüyümüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın, atıb-tutmasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir”. (“Loğman” surəsi, 31/10)

Dağlarin Hərəkət Etməsi

Bir Quran ayəsində dağların göründükləri kimi sabit olmaması, davamlı hərəkət etməsi belə bildirilir:

“Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçən kimi keçib gedərlər...” (“Nəml” surəsi, 27/88)

dağlar

Dağların bu hərəkəti üzərində dayandıqları Yer qabığının hərəkətindən meydana gəlir. Yer qabığı özündən daha çox qalın olan mantiya təbəqəsinin üstündə sanki üzür. İlk dəfə XX əsrin əvvəllərində Alfred Veqner adlı alman alimi Yer kürəsindəki qitələrin dünyanın yaradıldığı ilkin dövrdə bir yerdə olduqlarını, onların sonradan ayrılaraq müxtəlif istiqamətlərə doğru uzaqlaşdıqlarını iddia etmişdi. Ancaq geoloqlar Veqnerin iddiasının doğruluğunu onun ölümündən yalnız 50 il sonra, yəni 1980-ci illərdə başa düşə bildilər.

Veqner 1915-ci ildə dərc olunan bir məqaləsində qeyd edirdi ki, Yer kürəsinin quru hissələri təxminən 500 milyon il əvvəl bir-birinə bitişik idilər. Pangeya deyilən bu böyük quru hissəsi Cənub qütbündə yerləşirdi. Təxminən 180 milyon il əvvəl Pangeya iki yerə ayrılıb. Müxtəlif istiqamətlərə ayrılan bu iki nəhəng qitədən birincisi özündə Afrika, Avstraliya, Antarktika və Hindistanı ehtiva edən Qondvana idi. İkincisi isə Avropa, Şimali Amerika, Hindistan istisna olmaqla, Asiyadan ibarət Lavraziya idi.

Bu bölünmədən sonra təxminən 150 milyon il ərzində Qondvana və Lavraziya müxtəlif dövrlərdə daha kiçik hissələrə ayrıldılar. Pangeyanın hissələrə bölünməsi ilə ortaya çıxan bu qitələr quru və dəniz arasında ildə bir neçə santimetrlik uzaqlaşmalarla Yer üzərində bir-birindən davamlı olaraq uzaqlaşırlar.

Yer qabığının XX əsrin əvvəllərində aparılmış geoloji tədqiqatlar nəticəsində kəşf edilən bu hərəkəti elmi əsərlərdə belə izah edilir:

Yer qabığı və yuxarı mantiyadan meydana gələn 100 km qalınlığındakı Yerin üst qatı “təbəqə” deyilən hissələrdən təşkil edilmişdir. Dünyanın səthini təşkil edən 6 böyük təbəqə və saysız-hesabsız kiçik təbəqələr mövcuddur. “Təbəqə tetonogiyası” deyilən nəzəriyyəyə görə, bu təbəqələr qitələri və okean tabanını da özü ilə apararaq dünya üzərində hərəkət edir... Qitələrin hərəkətinin ildə 1-5 sm arasında olması dəqiq şəkildə hesablanıb. Təbəqələr bu cür hərəkət etdikcə dünyanın coğrafiyasında da dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az genişlənir.33

Burada qeyd edilməsi vacib olan bir məsələ də budur: Allah dağların hərəkət etdiyini ayədə “keçib getmə” olaraq bildirib. Həmçinin alimlərin bu gün bu hərəkəti ifadə etmək üçün ingilis dilində işlətdiyi “continental drift” kəlməsinin də tərcüməsi “qitələrin sürüşməsi”dir.34

Qitələrin bir-birindən ayrılması Quranın göndərildiyi dövrdə müşahidə edilə bilməyən bir məsələdir. Allah ayədə bildirilən “dağlara baxıb onları donmuş zənn edərsən” ifadəsi ilə insanların bu məsələni necə dəyərləndirdiyini əvvəlcədən xəbər verib. Ancaq ayənin davamı ilə bir həqiqəti də açıqlayıb və dağların buludların keçdiyi kimi keçib getdiyini xəbər verib. Göründüyü kimi, ayədə dağların yerləşdiyi təbəqənin hərəkət etməsinə aydın şəkildə diqqət yetirilir. Elmin yeni kəşf etdiyi bu həqiqətin Quranda bildirilməsi, şübhəsiz ki, Quranın möcüzələrindən biridir.

Kıtaların Hareketleri

mountains

1. 200 Milyon Yil Önce
2. 135 Milyon Yil Önce
3. 65 Milyon Yil Önce

4. Günümüzde
5. 50 Milyon Yil Sonraki Bati Yarim Küre 
6. 50 Milyon Yil Sonraki Doğu Yarim Küre 

Soldaki şekillerde kıtaların geçmişteki konumları görülmektedir. Eğer kıtaların hareketlerinin bu şekilde devam edeceklerini farz edersek, milyonlarca yıl sonra bulunmaları gereken konumlar ise sağdaki şekillerde gösterilmiştir.

Günəşin Doğmasindaki və Batmasindaki Müxtəlif Məsələlər

“Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, biz, həqiqətən, qadirik”. (“Məaric” surəsi, 70/40)

“O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur”. (“Saffat” surəsi, 37/5)

“İki məşriqin və iki məğribin Rəbbi Odur”. (“Rəhman” surəsi, 55/17)

Bu ayələrdən də göründüyü kimi, “şərq” və “qərb” kəlmələri Quranda cəm halında işlədilmişdir. Məsələn, yuxarıdakı ilk ayədə “məşariq” kəlməsi şərq üçün, “məğarib” kəlməsi də qərb üçün ikidən çox olduqlarını ifadə edən cəm şəklindədir. Axırıncı ayədə isə “məşriqeyn” iki şərq, “məğribeyn” iki qərb şəklində işlədilmişdir.

Ayələrdə işlədilən “məşariq” və “məğarib” kəlmələri Günəşin doğduğu və batdığı yer mənalarına da gəlir. Dolayısilə, yuxarıdakı ayələrdə Günəşin çıxmasının və batmasının müxtəlif yönlərindən bəhs edilir. Bundan başqa, ilk ayədə şərqlərin və qərblərin Rəbbi olaraq and içilməsi də çox diqqətəlayiq bir məsələdir.

Bəlli olduğu kimi, Yerin fırlanma oxunun öz orbitindəki hərəkəti 230 27-lik mailliyə malikdir. Həm bu mailliyə görə, həm də dünya ellips şəklində olduğu üçün Günəş şüaları Yer kürəsinə həmişə eyni bucaq altında düşmür. Buna görə də Günəş şərqdə müxtəlif nöqtələrdə çıxır, qərbdə də müxtəlif nöqtələrdə batır.

Yuxarıdakı ayələrdə şərq və qərblə bağlı qeyd edilən ifadələr Günəşin müxtəlif istiqamətlərdən çıxmasına və fərqli yerlərdə batmasına işarə etməsi baxımından çox hikmətlidir (ən doğrusunu Allah bilir).

güneş batımı

Sizi sarsıntıya uğratır diye yerde sarsılmaz dağlar bıraktı, ırmaklar ve yollar da (kıldı). Umulur ki doğru yolu bulursunuz.
(Nahl Suresi, 15)

Yer Kürəsinin Quru Sahəsinin - Torpağin Azalmasi

güneş parlaması
Dev Ateş Topu

Devasa boyutlarda burgu şeklindeki güneş patlamaları, 60.000 0C sıcaklığındaki iyonize olmuş helyumla doludur. (SOHO uydusunun çok yüksek ultraviyole ışında gözlemlediği gibi)

Məgər onlar bizim yer üzünə gəlib onu tərəflərindən əskiltdiyimizi görmürlərmi?...” (“Rəd” surəsi, 13/41)

“...Məgər bizim onların torpağına girib onu hər tərəfdən əskiltdiyimizi görmürlərmi?...” (“Ənbiya” surəsi, 21/44)

Dünya Günəşdən gələn roton, elektron və alfa şüalarının axını ilə bombardmana məruz qalır. Bu Günəş küləkləri atmosferi Yerdən ayıracaq qədər güclüdür. Ancaq atmosferin tükənməsi Yerin hazırkı maddə itirmə nisbəti ilə (saniyədə ən çox 3 kq) Günəşin bütöv ömrünün beş misli qədər bir müddət sərf edəcək.35 Çünki Yer atmosferdəki manyetosfer təbəqəsinin meydana gətirdiyi güclü maqnit sahəsi sayəsində bu güclü eroziyalardan bir növ qorunur.

Yerin ionosfer təbəqəsinin üstündən kosmosun dərinliklərinə tərəf yayılan ion itkisi - oksigen, helium və hidrogen - Yeri əhatə edən ucsuz-bucaqsız hava təbəqəsi ilə müqayisə ediləndə çox kiçik ölçüdədir. Ancaq kosmosa doğru istiqamətlənən miqdar da çox əhəmiyyətli ölçüdədir.36 Tədqiqatçılar Günəşdəki enerji partlayışlarının Yer atmosferinin xarici təbəqəsindən oksigenin və başqa qazların kosmosa yayılmasına səbəb olması ilə bağlı ilk dəlilləri NASA-nın kosmik alətləri ilə əldə etdilər. Bununla da alimlər Yerin xarici təbəqələrinin maddə itkisi ilə üzləşməsini ilk dəfə 1998-ci il sentyabr ayının 24-25-də müşahidə etmişdilər.37

Yuxarıdakı ayələr diqqətimizi Yerin quru hissəsinin, yəni torpaqların itkiyə məruz qalmasına bir başqa yöndən də cəlb edə bilər. Hal-hazırda, qütbdəki buz təbəqələri əriyir və okeanlarda suyun səviyyəsi qalxır. Artan suların miqdarı quru təbəqəsinin üzərini örtür. Dəniz sahilləri suların altında qaldıqca isə Yerin quru hissəsinin və yaxud torpaqların sahəsi azalır.38 Ehtimal olunur ki, nümunə gətirilən ayələrdə qeyd edilmiş “onu tərəflərindən əskildirik”, “hər tərəfdən əskiltdiyimizi” ifadələri də dəniz sahillərinin sularla əhatə edilməsinə işarədir. “New York Times” qəzetində bu məsələ ilə bağlı verilən xəbərə nəzər salaq:

güneş rüzgarları

1. Her 11 senede bir, Güneş'teki faaliyetler en üst noktasına ulaşır. Bu süre boyunca, Güneş Dünya'yı yüksek enerji parçacıkları ve radyasyon yağmuruna tutar.

2.8 dakika
Işık hızındaki ultraviyole ve x-ışınları radyo yayınlarını bloke edebilir.

3. 30 dakika
Yüksek enerji seviyesinde yüklü parçacıklar, uyduları ve yüksekten uçan jetleri tehdit edebilir.

4. 48 dakika 96 saat arası
Dünya'nın manyetik alanı, kütleler halindeki güneş parçacıkları ile sarsılır. Bu durum elektrik şebekelerini tehlikeye sokacak bir etki yaratır.

5. MANYETOSFER, Dünya'nın manyetik alanının uzayda kapladığı bölgedir. Güneş'e doğru 64.000 km civarında dışarı doğrudur, fakat kuvvetli güneş fırtınaları Manyetosferi sadece 42.000 km'ye kadar sıkıştırabilir. (Yörüngenin dış tarafındaki uyduları güneş rüzgarlarına maruz bırakarak.)

“Keçən əsr ərzində Yer səthinin hərarəti orta hesabla 1 farengeyt qədər yüksəldi. Hərarətin səviyyəsi son yarım əsrdə daha da artdı. Bu isə çox mühüm miqdardır. Əvvəlki müşahidələr Şimal qütbünün hərarətinin çoxaldığını, buz kütlələrinin əriməyə meyilliliyinin da buna münasib olaraq artdığını qeydə alıb. NASA-nın Manhettendəki (ABŞ) tədqiqat mərkəzi olan Qoddard Kosmik Elmlər İnstitutunun alimləri 50-60-cı illərin dənizaltı müşahidələrə dair hesabatlarını 90-cı illərin müşahidələri ilə müqayisə edərək, Şimal qütbündəki buz təbəqəsinin 45 faizə qədər nazikləşdiyini sübut etdilər. Qeyd edək ki, kosmosdan çəkilmiş şəkillər də həmin bölgəni əhatə edən buzların əvvəlki illərə nisbətən daha da azaldığını göstərir”.39

geoidal

Bilim çevrelerinde, Dünya'nın ekvator çevresindeki şişkinliğinin artmakta olduğu ifade edilmektedir.

Diqqətəlayiq məsələ odur ki, XX əsrin axırlarındakı kəşflər “Ənbiya” surəsinin 44-cü və “Rəd” surəsinin 41-ci ayələrindəki hikmətləri başa düşməyimizə kömək edir.

Allah`ın ayədə bildirdiyi Yer üzünün ətrafından azaldılması məsələsi Quranda bildirilən başqa bir elmi həqiqətə işarə kimi də şərh edilə bilər. Öz oxu ətrafında dövr edən Yer kürəsinin fırlanmasından qaynaqlanan geoit formaya malik olduğu son əsrlərdə qəbul edilmiş bir həqiqətdir.

Aparılan tədqiqatlarda fırlanma nəticəsindəki qüvvə ilə Yer kürəsinin ekvator ətrafında genişlənərək uc nöqtələrdən, yəni qütblərdən yastılaşdığı müəyyən edilmişdir. Bundan əlavə, dünyanın fırlanma hərəkəti davam edən bir mərhələ olduğu üçün bu dəyişiklik də hələ davam edir. Həmçinin «Rəd» surəsinin 41-ci ayəsində «əskildirik» kimi tərcümə edilən sözün ərəb dilindəki əsli olan «nənkusu» ifadəsi azaltma (əskiltmə) əməliyyatının hələ davam etdiyini göstərir.

Yerin cazibə qüvvəsi Yer kürəsi kimi göy cisimlərini də kürəvarı şəkildə formalaşdırmışdır. Ancaq bu forma tam bir kürə deyil, qütblərdən az hamarlanmış və ekvator tərəfdən daha qabarıq formadır. ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) məlumatına görə, Yer kürəsinin ekvator radiusu 6 milyon 356 min 8 km-dir.40

Bu fərq isə təxminən 0,3 faizlik bir fərq yaradır.

Dünyanın quruluşu ilə bağlı bu model ilk dəfə 1687-ci ildə İsaak Nyuton tərəfindən ortaya atılmışdır. Ayələrdə təxminən 1400 il əvvəl işarə edilən bu vəziyyət Quranın başqa elmi möcüzəsidir.

uydu

Allah gökleri ve yeri hak olarak yarattı.
Şüphesiz, bunda iman edenler için bir ayet vardır.
(Ankebut Suresi, 44)

Yarilan Yer Kürəsi

“And olsun qaytarıb endirən səmaya. And olsun yarılan yerə...” (“Tariq” surəsi, 86/11-12)

yeryüzü kabuğu

Yukarıdaki temsili resimlerde yeryüzünün kırıklı yapısı görülmektedir. Yer kabuğunun altındaki magma tabakası, bu kırıklı yapı sayesinde dışarıya çıkış imkanı bulur; böylece yeryüzünün ısısı önemli ölçüde azalmış olur.

Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki “sada” kəlməsi Azərbaycan dilində “yarılmaq”, “ayrılmaq”, “çatlamaq” mənalarına gəlir. Allah`ın Yerin yarılmasına and içməsi diqqəti Quranın başqa elmi möcüzələrində olduğu kimi, burada da bir məsələyə yönəldir. 1945-46-cı illərdə alimlər mineral mənbələri tədqiq etmək üçün ilk dəfə dənizlərin və okeanların dibinə endilər. Onların tədqiqatlarında diqqətçəkən məsələlərdən biri Yer səthinin yarıq olması məsələsi ilə bağlı idi. Yerin üst səthindəki dağlıq təbəqə şimal-cənub və şərq-qərb istiqamətli olub, on minlərlə kilometr uzunluğunda çoxsaylı və geniş çatlarla (fay) yarılmışdı. Bundan əlavə, alimlər dənizlərin və okeanların altındakı 100-150 km dərinliklərdə ərimiş maqmanın olduğunu aşkarladılar. Dənizlərin ortasında yerləşən dağlardan bu yarıqlara görə kənara lava axınları yayılır. Yer üzünün bu yarıqlı səthi kənara çox əhəmiyyətli miqdarda istilik saçır və ərimiş qayaların əksər hissəsi okeanlardakı təpələri meydana gətirir. Əgər Yer üzünün qabığında böyük miqdarda istiliyin kənara çıxmasına səbəb olan bu yarıq və çatlar olmasaydı, dünyada yaşamaq mümkün olmazdı. Çünki Yer qabığının altından kənara çıxış nöqtəsi (yolu) olmayan istilik bu vəziyyətdə çox böyük miqdarda mənfi nüvə təsirinin meydana gəlməsinə səbəb olacaqdı.41

Şübhə yoxdur ki, belə bir məlumatı yalnız yüksək texnologiyaya sahib olmaqla əldə etmək mümkündür. Amma nəzərə alınmalıdır ki, Quran bunu hələ 1400 əvvəl xəbər verib. Bu isə Quranın Allah`ın sözü olduğunu isbatlayan əlavə dəlillərdən biridir.

lav denizi

Eğer yeryüzünün, kabuğundan yüksek miktarda ısının dışarı çıkmasına olanak veren yapısı olmasaydı, Dünya üzerinde hayat imkansız olurdu.

Dəmirdəki Böyük Sirr

Dəmir Quranda böyük diqqət yetirilən kimyəvi elementlərdən biridir. Quranın “Hədid”, yəni “Dəmir” adlı surəsində belə buyurulur:

“...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik (endirdik)...” (“Hədid” surəsi, 57/25)

Ayədə xüsusi olaraq dəmirlə bağlı işlədilən “ənzəlnə”, yəni “endirmək” kəlməsi məcazi anlamda onun insanların xidmətinə verilməsi mənasında başa düşülə bilər. Fəqət kəlmənin yağış və günəş şüaları ilə bağlı işlədilən “göydən fiziki olaraq endirmə” şəklindəki həqiqi mənasına diqqət veriləndə ayənin çox mühüm elmi möcüzə olduğu aşkara çıxır. Çünki müasir astronomiya elmi Yerdəki dəmir mədənlərinin kosmosdakı böyük ulduzlardan gəldiyini sübut etmişdir.42

«Hədid» surəsinin 25-ci ayəsində dəmir üçün işlədilən «ənzəlnə», yəni «endirmək» kəlməsinin məcazi mənada insanlara xidmət üçün verilmək mənasında olduğu düşünülə bilər. Lakin kəlmənin yağış və günəş şüaları barədə işlədilən «göydən fiziki olaraq endirmək» şəklindəki həqiqi mənası diqqətə alınanda ayənin yuxarıda ifadə etdiyimiz bu mühüm elmi həqiqətə işarə etdiyi görünür.

Təkcə Yerdəki deyil, bütün Günəş sistemindəki dəmir kənardan əldə edilmişdir. Çünki Günəşin hərarəti dəmir elementinin meydana gəlməsi üçün kifayət etmir. Günəşin 60000 C dərəcəlik səthinin və 20 milyon0 C dərəcəlik nüvə hərarəti vardır. Dəmir ancaq Günəşdən də böyük olan ulduzlarda bir neçə yüz milyard dərəcəyə çatan istidə əmələ gələ bilər. Nova və supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən həddi keçdikdə, ulduzlar artıq onu saxlaya bilmir və partlayır. Dəmirin kosmosa səpələnməsi bu partlayışlar nəticəsində mümkün olur.43

Bir elmi mənbədə bu məsələ ilə bağlı aşağıdakı məlumat qeyd edilir:

“Daha çox yaşı olan Supernova hadisələrini göstərən dəlillər də var. Dəniz tavanında yığılmış dəmir-60 Günəşdən 90 işıq ili uzaqlıqda təxminən 5 milyon il əvvəl meydana gələn bir supernova partlayışının dəlili olaraq izah edilir. Supernova partlayışında əmələ gələn dəmir-60 elementi 1,5 milyon il ömrü olan radioaktiv izotopdur. Yerin altındakı təbəqələrdə rast gəlinən dəmir-60 izotopu yaxın kosmosda olan elementlərin nüvə sintezi prosesindən keçərək əvvəlcə Yer atmosferinə, oradan da Yerin alt təbəqələrinə düşməsi nəticəsində meydana gəlmişdir”.44

Bütün bunlardan da göründüyü kimi, dəmir mədənləri Yerdə əmələ gəlməmiş, supernovalardan göy daşları vasitəsilə daşınaraq eynilə ayədə bildirildiyi şəkildə Yerə endirilmişdir. Bu məlumatın Quranın nazil olunduğu VII əsrdə elmi şəkildə təsbit edilməsinin qeyri-mümkünlüyü isə tam aydındır. Bu həqiqət yalnız hər şeyi sonsuz biliyi ilə əhatə edən Allah`ın sözündə - Quranda var.

demir demir

Demir külçesi

El-Hadid Suresi Kuran'ın 57. suresidir, El-Hadid kelimesinin Arapçadaki sayısal değeri ise 57'dir. Sadece "hadid" kelimesinin sayısal değeri 26'dır. Yandaki periyodik cetvelde de görüldüğü gibi 26 sayısı demirin atom numarasıdır. Üstün kudret sahibi olan Allah, Hadid Suresi'nde indirdiği ayetle hem demirin nasıl oluştuğuna dikkat çekmekte hem de ayetin içerdiği matematiksel şifreler ile bilimsel bir mucizeyi bize göstermektedir.

Dövrümüzün astronomik bilikləri bizə başqa elementlərin də Yer kürəsindən kənarda meydana gəldiyini göstərir. Ayədəki «dəmiri də endirdik» ifadəsindəki «də» vurğusu bu həqiqətə diqqəti cəlb etmək üçün ola bilər. Ancaq ayədə dəmirin xüsusilə vurğulanması XX əsrin axırlarında əldə edilən məlumatlar nəzərə alınanda daha çox maraq kəsb edir. Məşhur mikrobioloq Maykl Denton «Təbiətin taleyi» adlı kitabında dəmirin əhəmiyyətini bu sözlərlə ifadə etmişdir:

«Bütün metalların arasında dəmirdən daha çox zəruri əhəmiyyəti olanı yoxdur. Bir ulduzun nüvəsində dəmirin yığılması supernova partlayışına təkan verir və bununla da həyat üçün zəruri olan atomların bütün kainata yayılması təmin edilir. Dəmir atomlarının dünyanın ilk mərhələlərində nüvədə meydana gətirdiyi cazibə qüvvəsi ilə yaranan hərarət dünyanın başlanğıcındakı kimyəvi fərqliliklərə səbəb olmuş və atmosferin meydana gəlməsi ilə son nəticədə hidrosferin yaranmasını təmin etmişdir. Dünyanın mərkəzində mövcud olan ərimiş dəmir nəhəng bir maqnit vəzifəsini yerinə yetirir və dünyanın maqnit sahəsini yaradır. Bu maqnit sahəsi sayəsində Yer kürəsinin səthini yüksək enerjili dağıdıcı kosmik radiasiyadan qoruyan Van Allen radiasiya zolaqları meydana gəlir və həyat üçün mühüm əhəmiyyəti olan ozon təbəqəsini kosmik şüanın dağıdıcı gücündən qoruyur...»

Dəmir atomu olmasaydı, kainatda karbona bağlı həyatın olması da mümkün olmazdı. Supernovalar, dünyanın ilk dövrlərində hərarət, atmosfer, yaxud da hidrosfer mövcud olmazdı. Qoruyucu maqnit sahəsi olmaz, Van Allen radiasiya zolaqları meydana gəlməz, ozon təbəqəsi olmaz, (insan qanında) hemoqlobini meydana gətirən heç bir metal olmazdı, oksigenin reaktivliyini aşağı salan metal yaranmaz və oksidə əsaslanan bir metabolizm meydana gəlməzdi.

Həyatla, dəmirlə və qanın qırmızı rəngi ilə uzaqdakı bir ulduzun ölümü arasındakı bu sirli və yaxın əlaqə təkcə metalların biologiya baxımından mühüm olduğunu göstərməklə qalmır, həmçinin kainatın bioloji cəhətdən əhəmiyyətini vurğulayır.45

Dəmir atomunun əhəmiyyəti bu izahlarla daha yaxşı başa düşülür. Quranda dəmirə xüsusi diqqət verilməsi də bu maddənin əhəmiyyətini göstərir. Peyğəmbərimizin (s) dövründə də dəmirdən istifadə edilməklə və müxtəlif alətlər düzəldilirdi, ancaq dəmirin insan həyatındakı əhəmiyyəti haqqındakı məlumatlar o vaxt kifayət qədər deyildi. Dünyanın nüvəsində dəmirin olduğu, insanın qanında dəmirin mövcudluğu və dəmirin canlı aləm üçün həyati əhəmiyyəti XX əsrə kimi hələ bilinməyən həqiqətlər idi.

Bütün bunlarla yanaşı, Quranda dəmirin əhəmiyyətinə diqqəti yönəldən bir sirr də var. İçində dəmirdən bəhs edilən «Hədid» surəsinin 25-ci ayəsi özündə çox maraqlı iki riyazi şifrəni ehtiva edir.

“Hədid” Quranın 57-ci surəsidir. “Hədid” kəlməsinin ərəbcədəki riyazi dəyəri, yəni “əbcəd” hesablanarkən qarşımıza çıxan rəqəm də eynidir: 57. (Əbcəd hesabları ilə bağlı ətraflı məlumat üçün baxın: “Quranda əbcəd hesabı” fəsli). “Hədid” kəlməsinin riyazi dəyəri isə 26-dır. 26 da dəmirin atom sayıdır.

Digər tərəfdən, ötən aylarda həyata keçirilən bir xərçəng xəstəliyinin müalicəsində dəmir-oksid hissəciklərindən istifadə olundu və müsbət nəticələrin əldə olunduğu müşahidə edildi. Almaniyanın bütün dünyada məşhur olan “Charite” xəstəxanasında doktor Andreas Cordanın rəhbərliyi altında çalışan heyət xərçəng xəstəliyinin müalicəsi üçün müəyyənləşdirdiyi yeni üsulla - maqnit maye hipertermiya, yəni yüksək hərarətli maqnetik maye tətbiqi üsulu ilə - xərçəng hüceyrələrini məhv etməyi bacardı. Xəstəxanada ilk dəfə 26 yaşlı Nikolaus H. adlı bir tələbə üzərində sınaqdan keçirilən bu üsulun nəticəsində həmin şəxsdə üç ay yeni xərçəng hüceyrələri müşahidə edilməmişdi.

İstifadə edilən bu müalicə üsulu qısa olaraq bu formadadır:

1. İçində dəmir-oksid hissəcikləri olan maye xüsusi şprislə şişin içinə göndərilir. Bu hissəciklər şiş hüceyrələrinə dağılır. Bu mayenin 1 sm3-ində dəmir-oksiddən meydana gələn və eritrositlərdən (qırmızı qan hüceyrələrindən) 1000 dəfə kiçik milyonlarla hissəcik mövcuddur və bunlar asanlıqla qan damarlarında qarışa bilir.46

2. Xəstə bundan sonra güclü maqnetik təsiri olan bir cihazın altına yatızdırılır.

3. Kənarda tətbiq edilən bu maqnetik cərəyan şişin içindəki dəmir hissəciklərini hərəkətə gətirməyə başlayır. Bu əsnada özündə dəmir-oksid hissəciklərini ehtiva edən şişdəki şüa müsbət 450 C-yə qədər qalxır.

4. İstiliyə qarşı özünü qoruya bilməyən xərçəng hüceyrələri bir neçə dəqiqə ərzində zəiflədilir, ya da tamam məhv edilir. Bundan sonra aparılan kimyaterapiya ilə şiş tamamilə yox ola bilir.47

Bu üsulun yayılması ölümcül olan bu xəstəliyin müalicəsi baxımından çox böyük elmi tərəqqidir. Xərçəng kimi geniş yayılmış bir xəstəliyin müalicəsində Qurandakı ifadə ilə «insanlara fayda verən dəmir»dən istifadə edilməsi çox diqqətəlayiq məqamdır («Hədid» surəsi, 25). Həmçinin Quranda həmin ayə ilə dəmirin insan sağlamlığı baxımından bu yöndəki faydalarına da işarə edilməsi mümkündür (ən doğrusunu Allah bilir).

Neftin Əmələ Gəlməsi

«Xəlq edən və nizama salan, əzəldən müəyyən edən və yol göstərən, ən uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de! O Rəbbin ki, yamyaşıl otlar çıxartdı. Sonra da onu quru, qara vəziyyətə döndərdi». («Əla» surəsi, 1-5)

petrol platformu

Petrol platformu

Məlum olduğu kimi, neft dənizlərdəki bitkilərin və heyvanların çürüməsindən sonra qalan qalıqlarından meydana gəlir. Bu qalıqlar dəniz yatağında milyonlarla il boyunca çürüyəndən sonra yerdə ancaq yağlı maddələr qalır. Palçıq və böyük qaya laylarının altında qalan yağlı maddələr də neftə və qaza dönür. Yer qabığındakı hərəkətlənmələr bəzən dənizlərin torpaq hissələri halına gəlməsinə və özündə nefti ehtiva edən qayaların minlərlə metr dərinliyə gömülməsinə səbəb olur. Meydana gələn neft də bəzən qaya təbəqələrindəki məsamələrdən sızaraq kilometrlərlə dərindən səthə çıxır və burada buxarlanaraq (qaz halına dönərək) geriyə qatran yığnağı buraxır.

«Əla» surəsinin ilk dörd ayəsində diqqəti cəlb edən üç məsələ neftin yaranma mərhələləri ilə ciddi paralellik içindədir. Xüsusilə «otlaq, düz, çəmənlik» mənalarına gələn «əlməra» ifadəsi ilə neftin yaranmasında iştirak edən üzvi mənşəli maddələrə işarə olunması ehtimalı daha çoxdur. Ayədə ikinci maraqlı söz isə qara rəngə çalan yaşıl, qaraya çalan, əsmər, his rənglərini bildirmək üçün işlədilən «əhva» kəlməsidir. Bu sözü də yerin altında yığılıb qalan bitki qalıqlarının zaman ötdükcə qara rəngli maddəyə çevrilməsi kimi qəbul etmək olar. Çünki bu kəlmələr üçüncü bir kəlmə ilə - «qusaən»lə - dəstəklənir. Bəzi Quran tərcümələrində «çör-çöp, süpürüntü» kimi məna verilən «qusaən» kəlməsi «sel suyunun otları, çöplərini bir-birinə qataraq sürüyüb gətirdiyi və dərələrin ətrafına atdığı ot, çöp, yarpaq və köpük kimi qarışıqlıq» mənasına da gəlir. «Qusmaq» mənası verən bu söz bəzi mənbələrdə «sel qusmağı» kimi tərcümə edilir və torpağın nefti qusması kimi də tərif edilir. Həmçinin neftin meydana gəlməsi, ortaya çıxması, köpüklü görünüşü, rəngi nəzərə alınanda ayələrdə işlədilən kəlmələrin nə qədər hikmətli olduğu daha yaxşı başa düşülür.

Buradan da göründüyü kimi, ayədəki bitkinin qara və axıcı bir mayeyə dönməsi neftin əmələ gəlməsi ilə çox oxşardır. Neftin əmələ gəlməsi haqqında məlumatın olmadığı bir dövrdə bu cür uzun illəri əhatə edən bir təşəkkül prosesinin tərif edilməsi, şübhəsiz ki, Quranın Allah`ın vəhyi olmasının başqa bir dəlilidir.

Zamanin Nisbiliyi

hourglass

Zamanın nisbiliyi mövzusu bu gün tam isbat edilmiş elmi bir həqiqətdir. Ancaq bu həqiqət XX əsrin əvvəllərində Albert Eynşteynin nisbilik ifadəsi ilə ortaya çıxıb. O dövrə qədər insanlar zamanın nisbiliyinin bir nəzəriyyə olduğunu, şəraitə görə dəyişkənlik göstərə biləcəyini bilmirdilər. Ancaq məşhur alim Albert Eynşteyn zamanın nisbiliyi nəzəriyyəsi ilə bu həqiqəti aydın şəkildə sübut etdi. Bəşər tarixi boyu heç kim bu məsələni açıq-aşkar deyə bilməmişdi. Ancaq bir istisna ilə - Quranda zamanın nisbi olduğunu göstərən məlumatlar var! Sözügedən məsələ ilə bağlı ayələri bu cür qeyd edə bilərik:

“...Rəbbinin dərgahında bir gün sizin saydıqlarınızın min ili kimidir!” (“Həcc” surəsi, 22/47)

“O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona yüksələr”. (“Səcdə” surəsi, 32/5)

“Mələklər və Ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar”. (“Məaric” surəsi, 70/4)

610-cu ildən etibarən göndərilməyə başlanan Quranda zamanın nisbiliyindən bu cür aydın şəkildə bəhs edilməsi onun ilahi bir kitab olduğunun başqa bir sübutudur.

Alti Gündə Yaradiliş

«Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən Allah`dır...» («Əraf» surəsi, 54)

evren

"Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur."
(Bəqərə Surəsi, 255)

Quranla müasir elm arasındakı uyğunluğun bir nümunəsi də özünü kainatın yaşı məsələsində büruzə verir. Kosmoloqlar kainatın yaşının 16-17 milyard il olduğunu hesablayıblar. Quranda isə bütün kainatın 6 günə yaradıldığı açıqlanır. İlk baxışda fərqli kimi görünən bu zaman kəsikləri arasında çox təəccüblü bir uyğunluq var. Əslində isə, əlimizdə kainatın yaşı ilə bağlı mövcud olan bu iki rəqəmin hər ikisi də doğrudur. Yəni kainat Quranda da bildirildiyi kimi, 6 günə yaradılıb və bu dövr bizim dərk etdiyimiz zaman hesabı ilə 16-17 milyard ilə uyğun gəlir.

Eynşteyn 1915-ci ildə zamanın nisbi olduğunu, məkana, səyahət edən adamın sürətinə və həmin andakı Yerin cazibə qüvvəsinə bağlı olaraq zamanın axma əmsalının da dəyişdiyini iddia etmişdi. Zamanın axma əmsalındakı bu fərqlər nəzərə alınanda Quranda 7 fərqli ayədə bildirilən kainatın yaradılma müddətinin alimlərin təxminləri ilə üst-üstə düşdüyü görünür. Quranda bildirilən 6 günlük vaxtı 6 dövr kimi də qəbul edə bilərik. Çünki zamanın nisbiliyi nəzərə alınanda «gün» təkcə bugünkü şərtlərlə dünyada dərk edilən 24 saatlıq bir zaman kəsiyini ifadə edir. Ancaq kainatın başqa yerində, başqa vaxtda və şəraitdə «gün» daha uzun müddətlik bir zaman kəsiyidir. Həmçinin bu ayələrdə («Səcdə» surəsi, 4; «Furqan» surəsi, 59; «Hədid» surəsi, 4; «Qaf» surəsi, 38; «Əraf» surəsi, 54) qeyd edilən 6 gün («sittəti əyyamin») ifadəsindəki «əyyamin» kəlməsi «günlər» mənası ilə yanaşı, həm də «çağ, dövr, an, müddət» mənalarına gəlir.

Kainatın ilk dövrlərində zaman bu gün öyrəşdiyimiz axış sürətindən daha sürətlə axıb. Bunun səbəbi budur: «Biq bənq» («Böyük partlayış») anında kainat çox kiçik bir nöqtəyə sıxışdırılmışdı. Bu böyük partlayış anından bu yana kainatın genişlənməsi və kainatın həcminin geriyə getməsi onun hüdudlarını milyardlarla işıq ili uzaqlığa apardı. Həmçinin «Biq bənq»dən bu günə kimi kosmosun gərilməsinin kainat saatına çox önəmli təsirləri oldu.

«Biq bənq» anındakı enerji universal saatın zaman axış sürətini milyon dəfə milyon (1012) dəfə yavaşıtmışdır. Kainat yaradılanda universal zamanın axış əmsalı - bu gün dərk edildiyi kimi - milyon dəfə milyon (trilyon) qat qədər daha böyük idi, yəni zaman daha sürətlə axırdı. Dolayısilə, biz Yer kürəsində milyon dəfə milyon dəqiqəni yaşadığımız əsnada universal saat üçün ancaq bir dəqiqə ötür.

Zamanın nisbiliyi nəzərə alınaraq hesablananda 6 günlük zaman kəsiyi 6 milyon dəfə milyon (trilyon) günə uyğun gəlir. Çünki universal saat Yer kürəsindəki saatın axış sürətində milyon dəfə milyon daha sürətli ötür. 6 trilyon günün əvəzi olan illərin sayı təxminən 16,427 milyarddır. Bu rəqəm günümüzdə kainatın təxmin edilən yaş aralığındadır.

6 000 000 000 000 gün / 365,25 = 16 427 104 723 il.

Digər tərəfdən, yaradılışın 6 gününün hər biri - bizim zaman idrakımızla - bir-birindən fərqli zamanlara uyğun gəlir. Bunun səbəbi zamanın axma əmsalının kainatın genişlənməsi ilə tərs mütənasib olmaqla azalmasıdır. «Biq bənq»dən etibarən kainatın böyüklüyü hər ikiyə qatlananda zamanın axma əmsalı yarıya düşüb. Kainat böyüdükcə kainatın ikiyə qatlanma sürəti də getdikcə artan tərzdə yavaşıyıb. Bu genişlənmə nisbəti «Fiziki kosmologiyanın əsasları» adlı dərs kitablarında qeyd olunan, dünyanın hər yerində geniş şəkildə yayılan və bəlli olan elmi həqiqətdir. Yaradılışın hər gününü dünya zamanı ilə hesablayanda qarşımıza aşağıdakı mənzərə çıxır:

◉ Zamanın başladığı andan etibarən baxıldıqda, yaradılışın 1-ci günü (1-ci dövr) 24 saat davam edib. Ancaq bu müddət bizim zamanı dünyada dərk etdiyimiz şəkli ilə 8 milyard ilə bərabərdir.

◉ Yaradılışın 2-ci günü (2-ci dövr) 24 saat davam edib. Ancaq bu, bizim dərk etdiyimiz əvvəlki günün yarısı qədər davam edib. Yəni 4 milyard il.

◉ 3-cü gün (3-cü dövr) isə yenə əvvəlki gün olan 2-ci günün yarısı qədər davam edib. Yəni 2 milyard il.

◉ 4-cü gün (4-cü dövr) 1 milyard il çəkib.

◉ 5-ci gün (5-ci dövr) 500 milyon il davam edib.

◉ 6-cı gün (6-cı dövr) 250 milyon il davam edib.

◉ Nəticə: yaradılışın 6 günü, yəni 6 dövrü dünyadakı zaman növü əsasında cəmlənəndə bu zaman kəsiyi 15 milyard 750 milyon ilə bərabər olur. Bu rəqəm müasir dövrümüzdəki təxminlərlə böyük ölçüyə uyğun gəlir.

Bu nəticə XXI əsr elminin ortaya qoyduğu həqiqətlərdir. Elm 1400 il əvvəl Quranda xəbər verilən bir həqiqəti bir daha təsdiq edir. Quran və elm arasındakı bu uyğunluq Quranın hər şeyi bilən və yaradan Allah`ın vəhyi olduğunun möcüzəli sübutlarından biridir.

Alin Yazisi (Tale, Qismət, Qədər) Həqiqəti

«Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hökm və hikmət sahibidir!» («İnsan» surəsi, 30)

Prof. Paul Dirac

Prof. Paul Dirac

ABŞ-ın Kaliforniya Universitetinin neyrofizioloqlarından olan professor Benjamin Libet 1973-cü ildə apardığı təcrübələr nəticəsində bütün qərar və seçimlərimizin əvvəlcədən müəyyənləşdirildiyini, şüurun isə hər şey baş verib qurtarandan yarım saniyə sonra hərəkətə gəldiyini ortaya qoydu. Başqa neyrofizioloqlar da bu halı həmişə keçmişdə yaşadığımız və şüurumuzun bütün baş verənləri yarım saniyədən sonra göstərən bir monitor kimi olduğu şəklində şərh edir.48

Dolayısilə, dərk etdiyimiz təcrübələrin heç biri həqiqi zamanda deyil, lakin gerçək hadisələrdən yarım saniyə qədər gecikir. B.Libet öz tədqiqatlarını beyin əməliyyatlarının narkoz verilməmişdən, yəni xəstənin şüuru tamamilə yerində ikən aparıla bilməsindən faydalanaraq həyata keçirmişdi. B.Libet üzərində təcrübə apardığı adamların beynini aşağı səviyyəli elektrik cərəyanı ilə xəbərdar edərək əllərinə toxunulduğu dərki meydana gətirərkən, həmin adamlar bu «toxunuşu» haradasa yarım saniyə əvvəl hiss etdiklərini söyləyirdi. B.Libet apardığı ölçmələrin köməyi ilə belə bir nəticəyə gəlmişdi: «Adi halda bütün dərklər beyinə çatdırılır. Burada şüuraltında dəyərləndirilib şərh edilərkən mən(lik) heç bir şeyin fərqində deyil. Zehnimizdə canlanan, yəni fərqinə vara bildiyimiz məlumatlar isə xeyli uzun bir gecikmədən sonra kortesə - şüurun olduğu bölgəyə göndərilir».49

Ortaya çıxan nəticəni belə xülasə etmək olar: bir əzələ hərəkətini həyata keçirmək qərarı həmin qərarın şüuruna varmazdan əvvəl gerçəkləşir. Həmişə nevroloji, ya da idraki bir müddətlə bizim onu təmsil edən düşüncənin, hissin, idrakın, ya da hərəkətin şüurunda olmağımız arasında bir gecikmə var. Başqa sözlə, biz ancaq bir qərar zatən alınandan sonra həmin qərarın şüurunda ola bilərik.

kader

Professor B.Libetin təcrübələrində bu gecikmə 350 milli saniyə ilə 500 milli saniyə arasında dəyişir, lakin ortaya çıxan nəticə bu rəqəmlərdəki dəqiqliklə bağlı deyil. Çünki B.Libetə görə, bu gecikmə olduğu müddətdə - nə qədər böyük, ya da kiçik olmasından asılı olmayaraq, bir saat, ya da mikrosaniyə olması nəzərə alınmadan - bizim maddi olan bu anı yaşamağımız həmişə keçmişdədir. Bu isə hər fikrin, hissin, idrakın, ya da hərəkətin biz bunu qavramadan əvvəl gerçəkləşdiyini göstərir ki, bu da gələcəyin tamamilə bizim nəzarətimizdən kənarda olduğunu sübut edir.50

Professor B.Libet başqa təcrübələrində barmaqlarını nə vaxt hərəkət etdirəcəklərini seçməyi üzərində təcrübə apardığı adamların öz öhdəsinə buraxmışdı. Barmaqlarını hərəkət etdirmək anı beyinlərindən izlənən adamların bu qərarı verməzdən əvvəl əlaqəli beyin hüceyrələrinin fəaliyyətə keçdiyi görülüb. Başqa sözlə, insana «et» əmri gəlir, hərəkəti etmək üzrə beyin hazırlanır; adam isə ancaq 0,5 saniyə sonra bunun şüuruna varır. Bu, bir hərəkəti etməyə qərar verib sonra etmək deyil, özü üçün əvvəlcədən müəyyən edilən hərəkətləri etmək mənasına gəlir. Lakin beyin müəyyən bir zaman tənzimləməsi apararaq insanın, əslində, keçmişdə yaşadığı hissini aradan qaldırır. Dolayısilə, «bu an» deyəndə keçmişdə müəyyən edilmiş bir hadisəni yaşayırıq. Göründüyü kimi, bu çalışmalar «İnsan» surəsinin 30-cu ayəsində bildirildiyi kimi, hər şeyin Allah`ın istəməsi ilə gerçəkləşdiyini təsdiq edir (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, «Zamansızlıq və tale həqiqəti»).

Yaradilişdaki Cütlər

“Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pak və müqəddəsdir”. (“Yasin” surəsi, 36/36)

anti madde

Evrendeki bütün temel parçacıkların antimadde kopyaları vardır. Antimaddeler aynı kütleye sahiplerdir, fakat zıt yükler taşırlar. Bu nedenle madde ve antimadde temasa geçtiklerinde enerjiye dönüşerek yok olurlar.

Erkəklik-dişilik “cüt” ifadəsinə uyğundur, amma bununla yanaşı, ayədə qeyd olunan “bilmədiklərindən” ifadəsi daha geniş mənanı ehtiva edir. Həmçinin biz ayənin işarə etdiyi mənalardan biri ilə bu gün də qarşılaşırıq. Maddənin cüt yaradıldığını ortaya qoyan ingilis alimi Pol Dirac 1933-cü ildə fizika sahəsində Nobel mükafatına layiq görüldü. “Parite” deyilən bu kəşf maddənin antimaddə deyilən bir cütünün olduğunu göstərirdi. Antimaddə maddənin əksinin xüsusiyyətlərini daşıyır. Məsələn, maddənin ziddinə olaraq antimaddənin elektronları müsbət, protonları da mənfi yüklüdür. Bu həqiqət elmi mənbələrdə belə ifadə edilir:

“...Hər kiçik hissənin əks yükdə bir antihissəsi var. Qərarsızlıq əlaqəsi bizə bu cütlərin var olmasının da, yox olmasının da hər yerdə və həmişə eyni vaxtda meydana gəldiyini göstərir”.51

Yaradılışdakı cütlərə başqa bir misal da bitkilərdir. Nəbatatçı alimlər bitkilərdə cinsiyyət fərqlərinin olmasını cəmi 100 il əvvəl kəşf edə biliblər.52 Halbuki, bitkilərin cüt yaradılması Quranda hələ 1400 il bundan əvvəl aşağıdakı ayələrlə aydın şəkildə bildirilir:

“Allah göyləri gördüyünüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə hər gözəl olan cütdən bir bitki yaratdıq”. (“Loğman” surəsi, 31/10)

“O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik”. (“Taha” surəsi, 20/53)

Həmçinin meyvələr də dişi və erkək olaraq fərqli quruluşlara malikdir. Bu məlumat Quranın «Rəd» surəsinin 3-cü ayəsində belə ifadə edilir:

«Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi) iki cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün neçə-neçə dəlillər vardır!» («Rəd» surəsi, 3)

Ayədə «cüt» kimi tərcümə edilən «zəvcəyni» kəlməsi ərəb dilində «tay, həyat yoldaşı» mənasında işlədilən «zəvc» kəlməsindən gəlir. Məlum olduğu kimi, yetişən bitkilərin məhsullarının son forması meyvələrdir. Meyvədən əvvəlki mərhələ isə çiçəkdir. Çiçəklərin də erkəklik və dişilik orqanları var. Çiçəyə tozcuq daşınaraq mayalanma gerçəkləşəndə - erkək və dişi çoxalan hüceyrələri birləşəndə - meyvə verməyə başlayır. Zaman ötdükcə meyvə yetkinləşir və toxum tökməyə başlayır. Bu həqiqət - meyvələrdə fərqli cinslərə aid xüsusiyyətlərin olması - Quranda işarə edilən başqa elmi məlumatdır.

Atomun Daxilindəki Hissəciklər

Yunan filosofu Demokrit məşhur atom nəzəriyyəsini inkişaf etdirəndən sonra insanlar maddənin atom deyilən çox kiçik, bölünməyən və yox edilə bilməyən hissələrdən ibarət olduğuna inanmağa başlamışdılar. Müasir dövrümüzdə isə elm maddənin ən kiçik hissəsi kimi qəbul edilən atomun özünün də hissələrə ayrıla biləcəyini sübuta yetirib.

atom altı parçacıklar

1. Sıradan maddeler molekülleri oluşturmak üzere elektro manyetik kuvvet tarafından birarada tutulan atomlardan oluşur. Bu moleküller biraraya gelerek katı, sıvı ve gazları oluştururlar.

2. Atomlar elektron bulutuyla çevrelenmiş yoğun bir çekirdekten oluşur. Çekirdek ve elektronları birarada tutan elektromanyetik kuvvettir.

3. Çekirdek, birbirlerine güçlü nükleer kuvvetle bağlı proton ve nötronlardan oluşur.

4. Proton ve nötronların her biri üçer quarktan oluşurlar ve birbirlerine güçlü nükleer kuvvetle bağlanmışlardır.

Yalnız ötən əsrdə ortaya çıxan bu həqiqət insanlara Quran vasitəsilə hələ 1400 il bundan əvvəl xəbər verilib:

“...Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!” (“Səba” surəsi, 34/3)

“Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!” (“Yunis” surəsi, 10/61).

Diqqətlə baxanda yuxarıdakı ayələrdə “zərrə”dən və bundan daha da kiçik hissələrdən bəhs edilir. Ərəb dilində işlədilən “zərrə” kəlməsi “insanların bildiyi ən kiçik hissə, toz, atom” mənalarına gəlir.

Dövrümüzdən 20 il əvvələ qədər belə güman edilirdi ki, atomları təşkil edən ən kiçik hissələr protonlar və neytronlardır. Ancaq çox yaxın tarixdə üzə çıxarıldı ki, atomun daxilindəki bu hissələrin özünü də təşkil edən daha kiçik hissələr var. Atomun tərkibindəki “alt hissələri” və onların özünəməxsus hərəkətlərini araşdırmaq üçün fizika elminin “Hissə fizikası” adlı bir sahəsi də ortaya çıxdı. Hissə fizikasının apardığı araşdırmalar belə bir həqiqəti ortaya çıxardı ki, atomu təşkil edən proton və neytronlar da, əslində, “kvark” deyilən daha kiçik hissəciklərdən meydana gəlir. İnsan ağlının idrak sərhədlərini aşacaq kiçiklikdəki protonu təşkil edən kvarkların ölçüsü isə, həqiqətən də, heyrətamizdir:

10-18 (0,000000000000000001) metr.53

Bununla bağlı diqqət yetirilməsi lazım gələn başqa bir məsələ isə “zərrə” ilə əlaqəli ayələrdə çəki amilinə xüsusi yer ayrılmasıdır. Ayədə qeyd edilən “misqalə zərrətin” (“zərrə qədər”) ifadəsindəki “misqal” kəlməsi çəki məfhumu ilə bağlıdır və çəki mənasını verir. Həmçinin atomu bölünə bilən hala gətirən proton, neytron və elektron kimi hissələrin atoma ağırlıq verməsi də kəşf edilib. Bu nöqteyi-nəzərdən “zərrə”nin ölçülərinə və yaxud da başqa bir xüsusiyyətinə deyil, onun məhz ağırlığına diqqət çəkilməsi Quranın başqa bir elmi möcüzəsidir. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, “Atom Möcüzəsi”, Araşdırma nəşriyyatı).

Qara Deşiklər

XX əsrdə kainatdakı göy cisimləri ilə əlaqədar çoxlu yeni kəşflər oldu. Dövrümüzdə hələlik yenicə aşkarlanmağa və öyrənilməyə başlanan bu cisimlərdən biri də qara deşiklərdir. Qara deşiklər enerjisi tükənən bir ulduzun öz daxilinə tərəf büzülməsi və axırda ulduzun yerinə hüdudsuz ölçüdə çox güclü cazibə sahəsinin ortaya çıxması ilə yaranır. Hətta nəhəng teleskoplarla belə qara deşikləri görmək mümkün deyil, çünki onun səthinin cazibə qüvvəsi olduqca güclüdür və işığın içindən kənarlaşa bilmir. Lakin qara deşiyin daxilinə çökən ulduz özünün olduğu yerin əhatəsinə göstərdiyi təsirlə aşkarlana bilir.

Allah “Vaqiə” surəsində ulduzların yerlərinə and içərək bu məsələyə belə diqqət yetirmişdir:

“Ulduzların mənzillərinə and olsun. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz...” (“Vaqiə” surəsi, 56/75-76)

«Qara dəlik» anlayışı ilk dəfə 1767-ci ildə ingilis alimi Con Miçel tərəfindən ortaya atılmışdı. Bu ifadə ilk dəfə amerikalı fizik Con Uayler tərəfindən 1969-cu ildə işlədilmişdir. Əvvəllər bütün ulduzları görə bildiyimizi zənn edirdik. Ancaq sonrakı illərdə bəlli oldu ki, kosmosda bizim onları görə biləcəyimiz qədər işığı olmayan ulduzlar da var. Çünki enerjisi tükənən bu ulduzların işıqları yox olur.

Qara dəlik bir kütlənin artıq şüanın da sıza bilməyəcəyi qədər kiçik bir sahədə yığılmasıdır. Güclü cazibə sahəsi fotonları və ən sürətli hissəcikləri də bu bölgədə saxlayar. Günəşin kütləsindən üç dəfə böyük kütləyə sahib olan tipik bir ulduzun əks etməsi və partlaması nəticəsində meydana gələn qara dəliyin diametri təkcə 20 km qədərdir. Qara dəliklər «qara»dır, yəni onları birbaşa müşahidə etmək mümkün deyil. Özlərini başqa göy cisimlərinə dolayı yolla tətbiq etdikləri böyük cazibə gücləri ilə təsbit və ifadə edirlər.

Aşağıdakı ayədə qiyamət gününün təsvirləri ilə yanaşı bir cəhəti ilə də bu elmi kəşfə eyham vuran fikir var:

“Ulduzlar örtülüb (işıqları) sönəcəyi zaman...” (“Mursəlat” surəsi, 77/8)

kara delik

Böyük kütləyə malik olan ulduzlar kosmosda büzülməyə səbəb olur. Ancaq qara deşiklər kosmosda təkcə büzülməyə səbəb olmur, həm də kosmosu deşib keçir. Bu sönən ulduzların qara deşiklər adlandırılmasının səbəbi də budur.

Ayədə ulduzlarla bağlı bu məqama ayrıca diqqət yetirilməsi Quranın Allah`ın sözü olmasını ilahi dəlillər əsasında sübut edən başqa mühüm nümunədir:

“And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir? (O, zülməti yaran) parlaq ulduzdur”. (“Tariq” surəsi, 86/1-3)

Ayənin ərəb dilindəki «deşik» mənasına gələn «saqb» kəlməsinin kökündə «deşik açan, deşən və deşib keçən» mənalarına gələn «əssaqibu» ifadəsi işlədilir. Qara dəliklərə tərif verən elmi nəşrlərdə isə «deşik açmaq, deşmək» mənalarına gələn ingilis dilindəki «puncture» sözündən istifadə edilir. Qara dəliklərin xüsusiyyətini ifadə etmək üçün Quranda qeyd edilən bu söz çox hikmətlidir. Ayədə ulduzlarla bağlı bu məlumata da diqqəti çəkilməsi Quranın Allah`ın sözü olduğunu sübut edən daha bir əhəmiyyətli nümunədir.

Döyünən Ulduzlar - Pulsarlar

«And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir? Zülməti yaran parlaq ulduzdur!» («Tariq» surəsi, 1-3)

Quranın 86-cı surəsi olan «Tariq» «tarq» sözündən törəyən bir kəlmədir. Bu kəlmə «bir səs eşidiləcək tərzdə vurmaq, döyünmək» mənalarına gəlir. Kəlmənin ən əsas mənası - «vuruş, şiddətlə döyünən» mənaları nəzərə alınanda bu surədə çox əhəmiyyətli bir elmi həqiqətə diqqətin cəlb edildiyi görünəcək. Bu məlumata keçməmişdən əvvəl qeyd edək ki, ayədə bu ulduzları tərif edən başqa kəlmələr belədir. Yuxarıdakı ayədə qeyd edilən «əttariqi» ifadəsi gecəni, zülməti yaran, gecə doğan, deşib keçən, vuran, döyən, çalan, iti ulduz mənalarına gəlir. Bundan başqa, ayədə qeyd edilən «vav» ifadəsi ilə and içilərək and içilən şeylərin - göyün və Tariqin - əhəmiyyətinə diqqət çəkilir.

evren

Pulsarlar, uzayda çok güçlü, kalp atışı gibi radyo dalgaları yayan, yüksek yoğunlukta ve kendi etraflarında hızla dönen eski sönmüş yıldızların kalıntılarıdır. Dünya'nın içinde yer aldığı Samanyolu Galaksisi'nde 500'den fazla pulsar tespit edilmiştir.

Jozelin Bell Barnell 1967-ci ildə İngiltərənin Kembric Universitetində apardığı tədqiqatlar nəticəsində nizamlı bir radio dalğasını tutmuşdu. Ancaq həmin dövrə qədər ürək döyüntüsü kimi nizamlı döyüntülərin mənbəyi ola biləcək bir göy cismi məlum deyildi. Amma 1967-ci ildə astronavtlar öz məhvəri ətrafında fırlanan nüvədəki maddə sıxlaşdıqca ulduzun maqnit sahəsinin də sıxlaşdığını və beləliklə, ulduzun qütblərində Yer kürəsinin maqnit sahəsindən 1 trilyon dəfə çox qüvvə yarandığını müəyyənləşdirdilər. Bu qədər sürətlə fırlanan və bu qədər güclü bir maqnit sahəsinə malik olan bir nəsnənin ulduzun hər fırlanmasında çox güclü radiodalğaların yaratdığı bir şüa yaydığını fərq etdilər. Bir müddətdən sonra haqqında bəhs edilən siqnalların mənbəyinin neytral ulduzlarının çox böyük sürətdə fırlanması olduğu aydın oldu. Kəşf edilən bu neytral ulduzları «pulsar» adlandırıldı. Süpernova partlayışları ilə ölərək «pulsar» halına gələn bu ulduzlar kainatın ən ağır kütləli, ən parlaq və ən hərəkətli cisimləridir. Bəzi yaşlı pulsarlar öz ətraflarında saniyədə 600 dəfə dövr edir.54

Pulsar kəlməsi ingilis dilində «pulse» feilindən törəyib. «American Heritage» lüğətində bu feil «düzənli və ritmik döyünmək» mənasına gəlir. «Webster» lüğətində isə eyni kəlmə oxşar kökə mənsub başqa feil olan «pulsate», yəni «ritmik olaraq genişlənmək və büzülmək, döyünmək» feilləri ilə ifadə olunur.

Bu kəşfdən sonra Quranda «tariq», yəni «döyünmək» kəlməsi ilə ifadə edilən pulsar adlandırılan neytral ulduzları ilə çox oxşar xüsusiyyətlərə malik olduğu üzə çıxır.

Nəhəng ulduzların nüvələri çökərək nötron ulduzlarını əmələ gətirir, həddən artıq qalınlaşıb sıxlaşanda sürətlə fırlanan bu kiçik kürəşəkilli maddə ulduzun ağırlığının və maqnit sahəsinin çoxunu saxlayır və sıxışdırır. Sürətlə fırlanan bu neytral ulduzunun yaratdığı güclü maqnit sahəsinin Yer kürəsindən müəyyən edilə bilən güclü radiodalğaların yayılmasına səbəb olduğu təsdiqlənmişdir.

«Tariq» surəsinin üçüncü ayəsində isə deşən, deşib keçən, deşik açan, aydınladan mənalarına gələn «ənnəcmu əssaqibu» ifadəsi ilə Tariqin qaranlığı yarıb keçən parlaq ulduz olduğu bildirilir. «Tariq» surəsinin ikinci ayəsində də «Sən nə bilirsən ki, Tariq nədir?» sualındakı «ədrakə» ifadəsi qavramağı, başa düşməyi ifadə edir. Günəşin bir neçə misli olan ulduzların sıxışması nəticəsində meydana gələn pulsarlar dərk edilməsi çətin olan göy cisimlərindəndir. Ayədə sual əvəzliyi ilə bu vuruşlu ulduzların qavranmasının çətin olduğu vurğulanır (ən doğrusunu Allah bilir).

Göründüyü kimi, Quranda «Tariq» kimi bildirilən ulduzlar XX əsrin axırlarında kəşf edilən pulsarlarla böyük oxşarlığa malikdir və bizə Quranın başqa elmi möcüzəsini göstərir.

Sirius Ulduzu

Quranda qeyd edilən bəzi qavramlar XXI əsrin elmi nailiyyətləri ilə tədqiq ediləndə qarşımıza bir Quran möcüzəsi kimi çıxır. Bunlardan biri «Nəcm» surəsinin 49-cu ayəsində qeyd edilən Sirius ulduzudur:

«Şira ulduzunun da Rəbbi Odur!» («Nəcm» surəsi, 49)

akyıldız

Sirius yıldızı Kuran'da "yıldız" anlamına gelen Necm Suresi'nde geçmektedir. Sirius takım yıldızı yay şeklindeki eksenleri ile 49,9 yılda bir birbirlerine yaklaşmaktadır. Necm Suresi'nin 49. ve 9. ayetleri bu astronomik olaya işaret etmektedir.

Ərəb dilində əvəzi «Şira» olan Sirius ulduzunun təkcə «ulduz» mənasına gələn «Nəcm» surəsinin 49-cu ayəsində qeyd edilməsi çox diqqət çəkici bir məqamdır. Çünki alimlər gecələr göydəki ən parlaq ulduz olan Siriusun hərəkətindəki nizamsızlığa əsaslanaraq onun bir cüt ulduz olduğunu kəşf etmişdilər. Dolayısilə, Sirius Sirius A və Sirius B kimi ifadə edilən iki ulduzdan meydana gələn bir dəst ulduzdur. Bunlardan daha böyük olan Sirius A Sirius B-dən Yer kürəsinə daha yaxındır. Onun əsas xüsusiyyəti adi gözlə görünən ən parlaq ulduz olmasıdır. Sirius B ulduzunun xüsusiyyəti isə onun teleskopsuz görünməməsidir.

Bu iki Sirius ulduzu bir-birinə tərəf qövs formasında bir ox çəkir və hər 49,9 ildə bir-birinə yaxınlaşaraq göy üzündə sallanırlar. Bu, müasir dövrümüzdə Harvard, Ottava və Leikester universitetləri astronomiya ilə məşğul olan bölmələrinin yekdilliklə qəbul etdiyi elmi həqiqətdir.55 Bu məlumatlar bəzi mənbələrdə belə qeyd edilir:

«Ən parlaq ulduz olan Sirius, əslində, bir cüt ulduzdur... Fırlanma periodu 49,9 ildir».56

«Məlum olduğu kimi, Sirius A və Sirius B ulduzları bir-birinin ətrafında hər 49,9 ildə bir cüt qövs çəkərək fırlanırlar».57

Burada diqqətəlayiq məqam iki ulduzun bir-birinin ətrafında fırlanaraq qövs formasında iki ədəd orbit çəkməsi ilə bağlıdır. Ancaq XX əsrin axırlarına doğru üzə çıxan bu elmi həqiqət 14 əsr əvvəl möcüzəli bir tərzdə Quranda ifadə edilmişdir. «Nəcm» surəsinin 49-cu və 9-cu ayələri birlikdə oxunanda bu möcüzə qarşımıza çıxır:

«Şira ulduzunun da Rəbbi Odur!» («Nəcm» surəsi, 49)

«(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə ondan da yaxın oldu» («Nəcm» surəsi, 9)

hurma

Yeryüzünde birbirine yakın komşu kıtalar vardır; üzüm bağları, ekinler, çatallı ve çatalsız hurmalıklar da vardır ki, bunlar aynı su ile sulanır; ama ürünlerinde(ki verimde ve lezzette) bazısını bazısına üstün kılıyoruz...
(Rad Suresi, 4)

«Nəcm» surəsinin 9-cu ayəsində başa düşülən «onların ikisi arasındakı məsafə» ifadəsi bizə bu iki ulduzun hərəkət etdiyi orbitdə bir-birinə yaxınlaşdığını ifadə edir (ən doğrusunu Allah bilir). Quranın vəhy edildiyi dövrdə bilinməsi mümkün olmayan bu elmi fakt Quranın uca Rəbbimizin bir sözü olduğu həqiqətini bizlərə bir daha sübut edir.

evren

"Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə
ona ancaq: “Ol!” – deyər, o da olar."
(Bəqərə Surəsi, 117)

İşiq və Qaranliqlar

“Göyləri və yeri xəlq edən, zülmətləri yaradan Allah`a həmd olsun!...” (“Ənam” surəsi, 6/1)

Məlum olduğu kimi, ətrafda işıq olmasa, insanın onu əhatə edənləri, yəni ətrafındakıları adi gözlə görməsi mümkün deyil. Ancaq bizim görə bildiyimiz işıq bu işığı yayan enerjinin çox kiçik bir hissəsidir. İnsanın görə bilmədiyi, ancaq işığı yayan başqa enerji növləri də mövcuddur. Məsələn, infraqırmızı, ultrabənövşəyi, “x” şüaları, radio dalğalar və sairə. İnsan bu işığın adıçəkilən dalğa boyları qarşısında kor kimidir.

Quranda “qaranlıq” kəlməsinin hər dəfə “qaranlıqlar” olaraq ifadə edilməsi də bu baxımdan çox diqqətəlayiqdir. Ərəb dilində “zulumət” olaraq ifadə edilən “qaranlıqlar” kəlməsi Quranda 23 ayədə cəm formasında işlədilir. “Tək” mənasında isə heç bir yerdə qeyd edilmir. Quranda qaranlıq kəlməsinin bu cür qeyd edilməsi bizim görə bildiyimiz işıq selindən başqa, daha fərqli işıq növlərinin olmasına işarədir. Alimlər buradakı “cəmi” ifadəsinin səbəbini son dövrlərdə kəşf ediblər. Dalğa boyları elektromaqnit şüa kimi tanınan enerjinin müxtəlif formalarıdır.

tayf

1. 1010 nm - Radyo dalgaları
2. 106 nm - İnfrared ışınları
3. 700 nm

4. 600 nm
5. 500 nm
6. 400 nm

7. 102 nm  - Ultraviyole ışınları
8. 10-2 nm - X ışınları
9. 10-4 nm Gama ışınları

Şemada görüldüğü gibi ışığın dalga boylarından insanın görebildiği, son derece dar bir aralıktır. Diğer dalga boyları ise insan için karanlığı ifade ederler.

Elektromaqnit şüası kosmosda bütün müxtəlif formaları ilə enerji dalğaları şəklində hərəkət edir. Bu isə bir qızılgülün üstünə atılan daşların dalğalarına bənzədilə bilər. Bir göldəki dalğaların müxtəlif ölçüləri olduğu kimi elektromaqnit şüaların da müxtəlif dalğaları olur. Kainatdakı ulduzların və başqa işıq mənbələrinin hər biri eyni cür şüa yaymır. Bu cür fərqli şüalar özlərinin dalğa ölçülərinə görə təsnif olunurlar. Fərqli dalğa ölçülərinin əmələ gətirdiyi boşluq məsafəsi (və yaxud fəza, yelpazə) isə çox genişdir. Ən kiçik dalğa ölçüsünə malik olan qamma şüaları ilə ən böyük dalğa ölçüsünə malik olan radiodalğalar arasında 1025-lik (milyard dəfə milyard dəfə milyardlıq!) bir fərq var. Günəşin yaydığı şüaların demək olar ki, hamısı bu 1025-lik boşluğun təkcə bir hissəsinə sıxışdırılıb.

Bu rəqəmin böyüklüyünü daha yaxşı başa düşmək üçün belə bir müqayisə yerinə düşərdi. Əgər 1025 rəqəmini saymaq istəsək, onda gecə-gündüz əsla dayanmadan saymağımız və bu işi Yerin yaşından 100 milyon dəfə böyük olan bir müddət ərzində davam etməyimiz lazım gələrdi!

Kainatdakı müxtəlif dalğa ölçüləri bu cür nəhəng boşluğun içinə yayılıb. Günəşdən yayılan müxtəlif dalğalar isə 70 faizi 0,3 mikronla 1,50 mikron arasında olan dar bir sərhəd daxilindədir. Bu aralıqda üç cür işıq var: görünə bilən şüalar, yaxın infraqırmızı şüalar və narıncı şüalar. “Görünə bilən” şəklində adlandırılan bu şüalar elektromaqnit yelpazənin 1025-də 1-dən də az bir aralıqda olsalar da, Günəş şüalarının cəmi 41 faizini təşkil edirlər.

Aydın olduğu kimi, gözlərimizin görə bildiyi elektromaqnit dalğaları işıq selinin çox kiçik bir hissəsini əmələ gətirir. Digər qisimlər isə insan üçün geniş qaranlıqları ifadə edir. Bu sərhədin xaricindəki dalğa ölçüləri insanın kor olduğu sahələrdir.58

Alov Olmayan Yanma

“Allah göylərin və yerin nurudur. Onun nuru içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. (O, elə bir ağacdır ki,) onun yağı özünə od toxunmasa da sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!” (“Nur” surəsi, 24/35)

“Nur” surəsindəki bu ayədə işıq verən bir nəsnədən bəhs edilir. İşıq verən cisim isə bir ulduza oxşadılır. Ayədə ulduza oxşadılan işıqverən nəsnənin enerjisinin şərqə və qərbə aid olmaması isə bu cismin fiziki ölçülərdə olmamasına bir işarə ola bilər. Bu nəsnənin mənbəyinin enerji ölçüsündə olması nəzərdə tutularsa, adı ayədə çəkilən enerjinin elektrik enerjisinə, işıqsaçan cismin də elektrik ampulasına işarə etməsi ehtimal oluna bilər.

ampul

Ampula ayədəki təriflərə çox uyğun gələn, şüşənin içində ulduz kimi parıldayan və işıq saçan bir cisimdir. Ampula qəndil, qaz lampası və digər oxşar işıqsaçan cisimlər kimi yağla yandırılmır və ampulada, ayədəki təriflərə uyğun olaraq alov olmadığı halda da bir yanma gerçəkləşir. Ampulanın içindəki hərarətə müqavimət göstərən tunqsten siminin atomları arasındakı titrəyiş nəticəsində 2000 dərəcədən çox hərarət yaranır. Başqa metalları əridən bu istilik o qədər yüksəkdir ki, o, adi gözlə görünən güclü bir işığın ortaya çıxmasına səbəb olur.

Ancaq bu yüksək istiliyə baxmayaraq, ampulanın içində oksigen olmadığı üçün ayədəki ifadələrə uyğun olaraq, orada yanğın olmaz. Bundan başqa, ampulanın ortasında parıldayan sim də parıldayan bir ulduzun uzaqdan görünməsinə çox oxşayır.

Elektrikin dünya tarixinin ən böyük kəşflərindən biri olması, dünyanın demək olar ki, hər tərəfinin elektrik enerjisi ilə işləyən ampulalar vasitəsi ilə işıqlandırılması nəzərə alınsa, onda Quran ayəsinin məhz bu mühüm kəşfə işarə etməsi mülahizəsi əsas götürülə bilər (ən doğrusunu Allah bilir).

Bu məsələ ilə bağlı başqa bir izah da ulduzlardakı nüvə reaksiyalar nəticəsində meydana gələn işığı düşünməkdir. Ulduzlar nüvə reaksiyalarından meydana gəlmiş çox böyük miqdarda istilik və işıq saçan, son dərəcə isti, parlaq, hərəki qaz kütlələridir. Yeni meydana gələn ulduzların əksəriyyəti öz cazibə qüvvələri ilə büzülməyə başlayırlar. Bunun nəticəsində onların mərkəzi daha qalın və daha isti olur. Ulduzların mərkəzindəki maddə kifayət qədər isinəndə - ən azı 7 000 000 Kelvin olanda - isə nüvə reaksiyaları başlayır.59 Bir ulduzun daxilində baş verən hadisə hidrogenin nəhəng enerji ilə (fuzyonla) heliuma çevrilməsidir. Kütlənin böyüklüyündən ulduzlarda meydana gələn cazibə qüvvəsi 4 hidrogen atomunu bir helium atomunu meydana gətirmək həddinədək aktivləşdirib hərəkətləndirir. Bu zaman meydana gələn enerji işıq və istilik halında kütlənin səthindən kənara yayılır və bu reaksiyalar ulduzun kütləsindəki bütün helium qurtarana qədər davam edir.

Ancaq ulduzlardakı reaksiyalarda oksigen istifadə edilmədiyi üçün burada yanan odunda olduğu kimi, adi bir yanğın baş verməz. Ulduzlarda nəhəng alovlar şəklində müşahidə olunan yanğın da, əslində, atəşdən meydana gələ bilməz. Həmçinin ayədə də bu cür yanğının baş verməsinə işarə edilir. Bundan əlavə, ayədə bir ulduzdan, onun enerjisindən və alov olmayan bir yanğından - yəni reaksiyadan - bəhs edildiyini nəzərə alsaq, ayənin ulduzlardakı işığın meydana gəlməsinə və yanğının şəklinə işarə etdiyini düşünmək olar (ən doğrusunu Allah bilir).

 

İqtibaslar

25. http://www.wamy.co.uk/announcements3.html; Prof. Zighloul Raghib El-Naggar'ın konuşmasından.

26. Frank Press, Raymond Siever, Earth, 3. baskı, W. H. Freeman & Company, San Francisco, 1982, s. 413.

27. André Cailleux, Anatomy of the Earth, World University Library, London, s. 220.

28. Edward J. Tarbuck, Frederick K. Lutgens, Earth Science, 3. baskı, Charles E. Merrill Publishing Company, Columbus, 1982, s. 158.

29. Carolyn Sheets, Robert Gardner, Samuel F. Howe, General Science, Allyn & Bacon Inc. Newton, Massachusetts, 1985, s. 305.

30. http://www.beconvinced.com/science/QURANMOUNTAIN.htm

31. Frank Press, Raymond Siever, Earth, 3. baskı, W. H. Freeman & Company, San Francisco, 1982.

32. M. J. Selby, Earth's Changing Surface, Clarendon Press, Oxford, 1985, s. 32.

33. Carolyn Sheets, Robert Gardner, Samuel F. Howe, General Science, Allyn & Bacon Inc. Newton, Massachusetts, 1985, s. 305.

34. Powers of Nature, National Geographic Society, Washington D. C., 1978, ss. 12-13.

35. http://www.irf.se/press/press_010309eng.html

36. http://science.nasa.gov/newhome/headlines/ast08dec98_1.htm

37. http://science.nasa.gov/newhome/headlines/ast08dec98_1.htm

38. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York,  ABD, 1998, s. 115.

39. http://www.planetwaves.net/polar_NYT.html; New York Times, 19 Ağustos 2000.

40. http://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/earthfact.html

41. http://tea.rice.edu/schauer/6.23.2000.html;
http://www.eri.u-tokyo.ac.jp/seno/sealevel_abst.html;
http://theory.uwinnipeg.ca/mod_tech/node195.html;
http://www.nekkah.com/Main/EngPage/Scientific_Signs_in_the_Quran.htm

42. Dr. Mazhar, U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, 1997, ss. 110-111;
http://www.wamy.co.uk/announcements3.html; Prof. Zighloul Raghib El-Naggar'ın konuşmasından.

43. Dr. Mazhar, U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, 1997, ss. 110-111;
http://www.wamy.co.uk/announcements3.html

44. http://www.istanbul.edu.tr/fen/astronomy/populer/cevre/cevresi.htm; Yard. Doç. Dr. Yüksel Karataş, İstanbul Üniversitesi Fen Fakültesi Astronomi ve Uzay Bilimleri Bölümü, Popüler Bilim (Popular Science Magazine), no. 92, 2001, ss. 38-43, [American Scientist, c. 88, s. 1].

45. Michael J. Denton, Nature's Destiny, The Free Press, 1998, s. 198.

46. http://www.inm-gmbh.de/cgibin/frame/frameloader.pl?sprache=en&url=http://www.inm-gmbh.de/htdocs/technologien/highlights/highlights_en.htm

47. "Nanotechnology successfully helps cancer therapies", IIC Fast Track, Nanotech News from Eastern Germany, Industrial Investment Council, Ekim 2003;www.iic.de/uploads/media/NANO_FT_Nov2003_01.pdf

48. Benjamin Libet, "Unconscious cerebral initiative and the role of conscious will in voluntary action", The Behavioral and Brain Sciences, 1985, ss. 529-566.

49. http://www.genetikbilimi.com/genbilim/bilincbeyninkuklasi.htm

50. http://faculty.virginia.edu/consciousness/new_page_8.htm#5.10.%20Free%20will% 20as%20the%20possibility%20of%20alternative%20action

51. http://www.2think.org/nothingness.shtml; Nothingness: The Science of Empty Space, Henning Genz, s. 205.

52. http://www.therevival.co.uk/Revival_issue/vol5_iss2_quran_miracle.htm

53. http://i115srv.vu-wien.ac.at/physik/ws95/ w9560dir/w9561d10.htm

54. http://www.atnf.csiro.au/news/press/double_pulsar/

55.  http://www.star.le.ac.uk/astrosoc/whatsup/stars.html (Leicester edu dept of Physics & astronomy);
http://www.site.uottawa.ca:4321/astronomy/index.html#Sirius (University of Ottowa);
http://cfa-www.harvard.edu/~hrs/ay45/Fall2002/ChapterIVPart2.pdf (Harvard-Smithsonian Center for Astrophysics)

56. Exposes Astronomiques, La troisième loi de KEPLER, http://www.astrosurf.com/eratosthene/HTML/exposetheoastro.htm

57. http://www.dharma.com.tr/dkm/article.php?sid=87

58. S. Waqar Ahmed Husaini, Qur'an for Astronomy and Earth Exploration from Space, 3. baskı, Goodword Books, New Delhi, 1999, ss. 175-182.

59. Meyers Lexikon in drei Bänden Bibliographisches Institut & F.A. Brockhaus AG, Mannheim 1995, Digitale Ausgabe LexiRom.

3 / total 11
"Harun Yəhyanın Quran Möcüzələri 1&2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top