Quran Möcüzələri 1&2

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
11 / total: 11

Nəticə

Quran Allah`ın Sözüdür

Bu kitabda nəticə fəslinə qədər incələdiyimiz bütün məlumatlar bizə açıq bir həqiqəti göstərir: Quran elə bir kitabdır ki, onun içində qeyd edilən xəbərlərin hamısı doğru çıxmışdır və çıxmaqdadır.

Elmi mövzularda, keçmişdən və gələcəkdən verilən xəbərlərdə, ya da riyazi şifrlərdə o dövrdə heç bir insan tərəfindən bilinməyən həqiqətlər ayələrdə xəbər verilir. Bu məlumatların həmin dövrün elmi səviyyəsi və texnologiyası ilə əldə edilməsi mümkün deyil. Əlbəttə, bu vəziyyət Quranın insan sözü ola bilməməsinin çox aydın sübutudur.

Quran hər şeyi yoxdan yaradan və elmi bütün varlıqları əhatə edən uca Allah`ın sözüdür. Allah bir ayəsində Quranla bağlı olaraq: “...Əgər o, Allah`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar”, – deyə buyurur (“Nisa”, 4/82). Quranda heç bir ziddiyyət olmadığı kimi, içində olan hər məlumat gün ötdükcə bu ilahi kitabın yeni möcüzələrini ortaya çıxarmaqdadır. İnsanın üzərinə düşən vəzifə isə Allah`ın göndərdiyi bu ilahi kitaba sarılmaq və onu özünə yolgöstərən olaraq qəbul etməkdir. Allah Quranda bizə belə bildirir:

“Bu Quran Allah`dan başqasına yalandan aid edilə bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiq və kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! Yoxsa: “Onu özündən uydurdu!” - deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!”” (“Yunis”, 10/37-38)

“Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allah`dan qorxun ki, bəlkə sizə rəhm edilsin!” (“Ənam”, 6/155)

"Onlar dedilər: “Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən
başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən Bilənsən, Müdriksən!”"
(Bəqərə Surəsi, 32)

 

11 / total 11
"Harun Yəhyanın Quran Möcüzələri 1&2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top