Kitab əhli ilə əlaqədar ayələr

Adnan Oktar: Dəmirsoy qardaşımız bəzi ayələr göndərib, lakin Quranın bir qismini qəbul edib, bir qismini qəbul etməmək müşriklərin xüsusiyyətidir. Allah Quranda bunu açıqca ifadə edir. "Onlar ayələrin bir qismini qəbul edər, bir qismini qəbul etməzlər" deyir. İndi Dəmirsoy qardaşımız da, ayələrin bir qismini qəbul edir, bir qismini qəbul etmir. Bax bu olmaz. Allah ayədə: "Sizə ən yaxın dost olaraq, Xristianlarıq deyənləri görərsiniz" deyir. Sən bu ayəni qəbul etməzsən. Ayəni qəbul etmədiyin halda, sən dindən çıxmış olursan. Allah: "Xristian və Yəhudi xanımlarla evlənə bilərsiniz", "yeməklərini yeyə bilərsiniz" deyir. Sən bu ayəni qəbul etmirsən. Əgər qəbul edirsənsə, onda mövzu bağlanmışdır. Danışacağın başqa bir şey qalmaz. Müşriki və yaxud dinsizi dini cəhətdən dost seçmək onsuz da olmaz. Yəni onun dediklərinə görə hərəkət etmək olmaz. Məsələn, Cənabı Allah müşrik üçün: "Əgər müşriklərdən biri, səndən 'kömək istəsə' ona kömək et: belə ki, Allahın sözünü dinləmiş olsun, sonra onu 'təhlükəsizlik içində gedəcəyi yerə çatdır' deyir. Allah "Canınızı təhlükəyə ataraq aparın" deyir. Bizim edəcəyimiz nədir? Müşriki dinə çəkmək üçün şəfqət göstərməkdir. Yoxsa müşrikin başını əzmək deyil. Məsələn, bir dinsiz sən ona uymadıqdan sonra səndən razı olarmı? Məsələn, Dəmirsoy qardaşımızın qohumlarından, yoldaşlarından dinsiz yoldaşları vardır. O, onlara uymadıqdan sonra, onlar onunla dost olmazlar. "Sən onların dinlərinə uymasan nə Yəhudilər, nə də Xristianlar səndən əsla məmnun olmazlar" ayəsi geniş əhatəli bir ayədir. Bu buddist üçün də, kommunist üçün də keçərlidir. Məsələn, bir PKK –lı, sən PKK- lı olmazsan, adam səninlə dost olarmı? Olmaz. Yaxud qohumundan dinə hörməti olmayan, İslama uymayan insanlar vardır. Bu adam bunlarla birlik olarmı? Olmaz. O zaman burada nəzərdə tutulan nədir? İnsanlar inanclarda birlikdə olmazlar. Öz inancına çəkmək istəyərlər. Allah bunu qəbul etməyin deyir. Nəzərdə tutulan budur. Yoxsa ona təbliğ etməyin, şəfqət göstərməyin, İslama, Qurana dəvət etməyin, onunla ictimai bağlarınızı qoparın mənasında deyil. Qardaşlarımız bunu səhv anlayırlar. Əslində bu mövzunu Risalə halına gətirək və daha ətraflı  izah edək, yoxsa qavraya bilməyəcəklər. Dəfələrlə izah etdim, eyni şeyi bir daha izah etdirirlər, yaxşı olur, gözəl olur, savab qazanırıq, amma anlamaları baxımından yaxşı olar.

2013-11-28 18:18:22

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top