Ənam surəsi,111-112,114-118-ci ayələrinin təfsiri

Adnan Oktar: Quran əvvəldən axıra qədər iman həqiqətlərini izah edir və təşviq edir. Allah Quranda həm də imansızlığın irsiliyinə diqqət çəkir. Hardasa hər səhifədə bu haqda vardır. Ənam surəsi, 111-ci ayə. Şeytandan Allaha sığınıram. "Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq -hər cür dəlil göstərsəydik- Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir". Problem nədir? İman. Ancaq bir çox insanlar cahillik və xurafatçılıq edirlər. Bax, Allah söyləyir. Cənabı Allah 112-ci ayədə, "Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik", dəccal, dəccallar müəyyən etdik. "Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər" yəni xurafat cəfəngiyatları, xurafat hekayələri. "Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et".  Yobazlar nə edər? Xurafat, yalan uydurmurlarmı? Onu söyləyir Allah. Baxın Cənabı Allah  deyir, 114-cü ayədə: "Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?" Bu Qurandan başqa bir qaynaqmı axtarım, o mənanı verir. Baxın, "Bu Kitabı təfərrüatı ilə nazil etdiyi halda, Allahdan başqasınımı hakim qəbul etməliyəm?" deyir Cənabı Allah, ayə nazil edir. "Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma." Yəni Qurandan başqa bir şey axtarma. Bax, bunu Allah söyləyir "Allahdan başqasınımı hakim qəbul etməliyəm?" deyir. 115-ci ayə "Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır". Rəbbin sözü nədir? Quran. Bax Allah nə deyir: "həm doğruluq baxımından" xurafat yoxdur, dəqiqdir, "həm də ədalət baxımından", tam ədalətlidir, "tamamlanmışdır", bitmişdir deyir. "Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir". Bax Cənabı Allah deyir ki, 116-cı ayədə, şeytandan Allaha sığınıram. "Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən", yəni xurafatçılara, küfrə, dəlalətə, darvinistlərə, materialistlərə uysan, "onlar səni Allah yolundan azdırarlar", başqa yola gedərsən deyir. "Onlar ancaq zənnə qapılırlar". Xurafatçı zənnə qapılar. "Zənnə qapılır və ancaq yalan uydururlar". Baxın Allah burada xurafatçıların sistemini izah edir. 117-ci ayə "Həqiqətən, sənin Rəbbin, Onun yolundan azanları daha yaxşı tanıyır". Quranın yolundan azanları Allah daha yaxşı tanıyır. "O, doğru yolda olanları da yaxşı tanıyır". Yəni Quranın yolunda olanları da Allah daha yaxşı tanıyır. 118-ci ayə "Əgər Allahın ayələrinə inanırsınızsa", Qurana inanırsınızsa "üstündə Onun adı çəkilmiş - “Bismillah” deyilib kəsilmiş heyvanlardan yeyin". Yəni Allahın adı xatırlanmayan bir şeyi yeməyin deyir, Allah. İndi biz belə izah etdikcə, xurafatçılığın nə olduğunu qardaşlarımız daha yaxşı qavramağa başladılar. Bəzi qardaşlarımız xurafatçı olduğunun fərqində deyildilər, xoş niyyətli qardaşlarımız bir də baxdılar ki, xurafat onlarda kök salıb. Allaha sığınmağa başladılar. Baxın, xurafatçılığı maqnit kimi çəkən manyak insanlar var. Diqqətli olub, Qurana güvənməlisiniz. Allah, "sizi yalnız Qurandan sorğulayacağam" deyir. Mən inana bilmirəm deyirsənsə, demək ki, Allaha da inana bilmirəm deyirsən. Dinsiz olarsan, olmaz.

 

2013-11-30 17:28:54

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top