Yasin surəsi,78-83-cü ayələrinin təfsiri

Adnan Oktar: Qurana baxanlar Quranı ümumiyyətlə diqqətlə araşdırmalıdırlar. Allah ən çox nəyin üzərində dayanır? Allah həmişə küfrün anormallıqları və buna qarşı möminlərin imanlarında qərarlı olmaları, imanlarının güclü olması, araşdırmaları, düşünmələri, həmişə Allaha tərəf olmalarının üzərində dayanır. Yəni gördüyümüz qədəriylə Quranda 80-90% bu izah edilir. Allahdan iman gücüylə də müqavimət göstərmək, imanı davamlı güclü tutmaq istənilməlidir .  Yasin surəsi, 78-ci ayə. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. "O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: "Çürümüş sümükləri kim dirildə bilər?"" Bu nədir? İman zəifliyi, iman edə bilmir. Buna qarşı nə lazımdır? Təhqiqi iman (imana aid bütün məsələləri dəlilləri ilə tərəddüdsüz inanmaq), hakkəl-yakin (bütün varlığı ilə duyaraq iman etmək), aynəl yakin (gözlə görmək dərəcəsində iman) iman lazımdır. Bax indi Allah nə deyir "De: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir"". Bu nədir? İman həqiqəti. Çünki bax Cənabı Allah insanları düşünməyə yönəldir. Deyir ki, "ilk dəfə yaradan Özü onları dirildəcəkdir". Baxırıq, insan çox mükəmməl yaradılıb. Bir dəfə yaradılmışdır. Məsələn, fərz edək ki, bu mürəkkəbli qələm bir dəfə olub. Bunun fabriki bunu edə bilərmi, edə bilməzmi? Edər. Niyə etməsin? Biz desək ki: "bir daha bunu edə bilməzsən." Deyə bilərikmi? Aydındır ki, edər.  Məsələn, kürsünü düzəldən  bir usta bir daha edə bilərmi, edə bilməzmi? Edər. Bu hər şey üçün keçərlidir. Allah da deyir: "bax bir dəfə etdim" deyir, "bir dəfə daha edə bilmərəmmi?" deyir. Bu qədər asan bir şeyi belə insanlar başa düşmürlər, Allah onu xatırladır. Bax bu qədər asan bir şeyi belə milyardlarla insan başa düşə bilmir. Adam "aa..." deyib təccüblənir, "həqiqətən doğrudur" deyir, "ilk dəfə düşündüm" deyir. İnsanlar çox səthi düşünən bir quruluşda olurlar . Onun üçün Allah bunu xatırladır. Bax onun məntiqi də çox zəif olur deyir ki: "Çürümüş  sümükləri kim dirildə bilər?" Maddəçi, materialist olduqları üçün: "maddə getdisə qurtardı" deyir, materialist düşüncəyə sahib olduğu  üçün. Ruhu qəbul etmədiyi üçün maddəylə ruhu əlaqələndirə bilmirlər, bu, iman zəifliyidir. Bax deyir, "O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız" Allah ona da diqqət çəkir. Məsələn, yaşıl ağac normalda yamyaşıldır, Allah, "onu yandırılacaq hala gətirirəm" deyir. Ağacın yaşıllığına diqqət çəkir, onun yandırılmasına diqqət çəkir, Allah düşüncəmizi açır. Amma bax məsələn, insanlar bunu belə düşünmürlər: yəni Allahın ağacları yandırılacaq şəkildə yaratmasını, onların yaşıllıqdan meydana gəlməsini. Ağaclar torpaqdan durduq yerə meydana gəlir. Torpaq və sudan bir müddət sonra yanacaq bir şey meydana gəlir. Bax torpağa, torpaq yanarmı? Yanmaz. Su yanarmı? Yanmaz. Amma torpaqla su birləşir. Bir müddət sonra baxırsan yanan bir şey meydana gəlir. Baxırsan bir müddət sonra meyvə meydana gəlir. Portağallar, almalar, naringi, qoz, qovun, qarpız, mərcimək, ağlına nə gəlirsə hamısı torpaqda olur. "O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi". Allah düşüncəmizi açır. Allah bizi iman həqiqətlərinə və düşünməyə sövq edir . Yəni düşüncəmizi açmaq üçün, bizi düşündürmək üçün xatırladır. Məsələn, biz onu düşündüyümüz vaxt zəncirvari olaraq digərlərini düşünməyə başlayırıq. Allah bunu digərlərini düşünməyimiz üçün edir . Bax : "Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?!" İndi bir məntiq daha Cənabı Allah. İndi atmosferi ən mükəmməl şəkildə yaratdımı? Yaratdı. Torpağı da yaratmış. Allah, kürə şəklində olan bu dünyanı ucsuz-bucaqsız boşluqda  lələk kimi uçururmu? Bu an bir gəmidə kimiyik. Bütün dünya, yeddi milyard insan sanki bir gəminin içindəyik. Dünyayla birlikdə ucsuz-bucaqsız boşluqda lələk kimi uçub gedirik, heç bir yerə dəymədən, heç sarsılmadan. Avtomobildə belə, hansı avadanlığı qururlarsa qursunlar, avtomobil sarsılır. Təyyarə də sarsılır. Amma bax burada ən kiçik bir sarsılma belə yoxdur. Böyük dünya səmada gedir, ruh kimi uçur. Heç bir şey də olmur. Allah "Mən bir dəfə göyləri və yeri yaratdımsa" Yaxşı niyə, "cənnətin göy və yerini yarada bilməyim?" deyir. Yəni "İnsanı bir dəfə yaratdığıma görə, insanı niyə yenidən yarada bilməyim?" deyir, "bir daha niyə yenidən yarada bilməyim?" deyir. Düşünməyə təşviq edir. Amma Allah tam da ağılın ixtiyarını qaldıracaq şəkildə də məlumat vermir. Çünki o zaman imtahanın mənası qalmaz. Yəni Allah dərin düşünməyin zəminini hazırlayır. Allah "Şübhəsiz ki" deyir. Bax deyir ki: "Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki". Allah orada buraxmır. İnsanların şüurları açılsın deyə "Şübhəsiz ki" deyərək onu təlqin edir. "Şübhəsiz ki, O, Yaradandır, Biləndir". Bax Allah həmişə yaradılışı izah edir. Biz də həmişə nə izah edirik? Yaradılışı. Onun üçün bizə nə deyirlər? "Bunlar Yaradılışçıdır " deyirlər. "Allah yaratdı" dediyimiz üçün Yaradılışçı deyirlər. Onlar nə deyirlər? "Təsadüflə oldu" deyirlər, "büt yaratdı" deyirlər. Biz nə deyirik? "Allah yaratdı" deyirik. Allah "Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar" deyir . Hanı təkamül? Allah təkamülçülərə cavab verir . Təkamülçülər deyir ki: "çox uzun müddət olacaq. Allah başqa cür edə bilməz" deyir. Allah da deyir ki: "Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar" bax, Allah müddət verir : "dərhal olar" deyir. Gözlətmədən, dərhal olar. "Hər şeyin hökmü əlində Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız". Bax həmişə  iman həqiqətləridir, görürsünüzmü? Buna iman etməyimiz üçün, buna inanmağımız üçün Allah bizi istiqamətləndirir. Onun üçün iman həqiqətləri ən həyati mövzudur. Biz buna görə ən çox iman həqiqətləri üzərində dayanırıq, təhqiqi iman üstündə dayanırıq. Təqlidi imana (məsələ üzərində heç bir ağıl icra etmədən iman əsaslarına bağlanmaq) qarşı bir rəftardayıq. Yəni təqlidi olmaz təhqiqi olmalıdır. Araşdırılmalıdır. Təqlidi iman zəif olur, gücsüz olur.

2013-12-01 13:53:05

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top