Ali İmran surəsi,150-152,166-cı ayələrinin təfsiri

Adnan Oktar: Qurandan sizə ayə oxuyum inşaAllah. Ya Allah Bismillah. Şeytandan Allaha sığınıram. Ali İmran surəsi 152-ci ayədə Allah deyir ki: "Allah sizə verdiyi vədini yerinə yetirdi". Allah sözündən daşınmaz, Allah vədindən dönməz. Məsələn, hz. Mehdi (ə.s.)-ı vəd etdisə zühur etdirir. Hz. İsa (ə.s.)-ı vəd etdisə zühur etdirir. Nə dedisə edir. Cənabı Allah 150-ci ayədə, şeytandan Allaha sığınıram: "Xeyr! Allah sizin Himayədarınızdır. O, kömək edənlərin ən yaxşısıdır". 151-ci ayə "Haqqında heç bir dəlil nazil etmədiyi şeyi" yəni vəhy olmadığı halda Allahın hökmü kimi söylədikləri şeyi, "Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!" Baxın, "Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə" Cənabı Allah müşriklərdən bəhs edir. Qadınlar haqqında böhtan dolu danışıqları eşitdiniz, dünən izah etdim. Bax Allah deyir ki : "Haqqında heç bir dəlil nazil etmədiyi" yəni vəhy olmadığı halda vəhymiş kimi göstərdikləri üçün Allah deyir, "Allaha şərik qoşduqlarına görə, kafirlərin" baxın, Allah kafirlər (küfr əhli) olaraq göstərir, "qəlblərinə qorxu salacağıq". Xurafatçılar (haqqı inkar edənlər, azğınlar) dəstəsi əcaib qorxaqdır. "Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!" Cənabı Allah Ali İmran surəsi 166-cı ayədə: ki qoşunun üz-üzə gəldiyi gün" yəni hz. Mehdi (ə.s.) ilə dəccalın qarşı-qarşıya gəldiyi gün, "sizə üz vermiş müsibət Allahın izni ilə oldu". Məsələn, bəzi insanlar kaş ki, bunu etməsəydim belə olardı, elə olardı deyirlər. Həmişə taleni unudurlar. Bəzən unutmur, amma çox vaxt unudurlar.  Bir şey olduğunda onun təsadüfən olduğunu zənn edir, dəhşətə düşür. Halbuki, o mütləq taledədir. Şeytandan Allaha sığınıram. "İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın". Yəni Allah imtahan üçün  deyir. Məsələn, müsəlman birdən heç ümid etmədiyi bir şeylə qarşılaşa bilər, ağır bir böhtanla qarşılaşa bilər. Həbs oluna, döyülə, söyülə bilər. Müsəlmanların içərisindən şəhidlər çıxa bilər. Müsəlman bunun qətiliklə Allahdan olduğunu biləcək, inşaAllah.

2013-12-01 14:09:44

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top