Ali İmran surəsi,102-105-ci ayələrinin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram. "Ey iman gətirənlər! Allahdan, Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!" Allah, "ancaq müsəlman olduğunuz halda ölün!" deyir. "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!" "Hamınız" dedikdə nə nəzərdə tutulur? Pakistandakı müsəlmanlar, Türkiyədəki müsəlmanlar, Liviyadakılar, Mərakeş, Tunis, Əl-Cəzair dünyanın hər tərəfindəki müsəlmanlara Allah  əmr edir. "Hamınız Allahın ipindən möhkəm yapışın" Qurandan möhkəm yapışın, baxın "parçalanmayın!" Adamlar parçalanmanın kitabını yazıblar. Baxın, həm dağılıb, həm də ayrılıblar. Allahın iki əmrinə də əməl  etmirlər, dağılma da olub, ayrılma da. Parça-parça olublar və bir-birlərindən xəbərləri belə yoxdur. Baxın halbuki deyir: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!" qardaş olun, birlikdə olun. "Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz" Bir-birləri ilə vuruşurlar, elə deyilmi? Hal-hazırda da bir çox müsəlman ölkələr bir-birlərinə düşməndir. "O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz". Möminlər nə imiş? Qardaş. "Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi". Cəhənnəmə düşərkən, bəlanın içərisinə düşərkən, anarxiyanın, terrorun içinə gedərkən, "... sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir". İndi bu adamlar, 'bu ayələri keç' deyirlər. Yaxşı geriyə  nə qalır, nə istəyirsiniz? 'Səhərə qədər evdə zikr edək' deyirlər. Sən evdə zikr edərkən, Əfqanıstanda uşaqlar təcavüz edilir, müsəlmanları doğrayırlar. Sən zikri Allahın dinini yayarkən edəcəksən. Cihad edərkən, təbliğ edərkən zikr edəcəksən. Evin içərisinə girib, evdən çıxmayaraq, yan gəlib yataraq olmaz. Vacib olan cihaddır. Cihad demək, cəhd etmək, cəhd göstərməkdir, bunu etməlisən.

 

Baxın Ali İmran surəsi, 104-cü ayə "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın". Allah 'təbliğ edən bir qrup olsun' deyir . "Məhz onlar nicata qovuşanlardır" deyir. Müsəlmanların hamısı məhz bunu etməlidirlər. "Məhz onlar nicata qovuşanlardır." Allah, 'O biriləri nicata qovuşa bilmir' deyir . Baxın, "Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər..." açıq-aşkar dəlil Quran gəlib. Parçalanma varmı? ən şiddətlisini etmişlər, parçalanmışlar. Ayrılma varmı? Ayrılma da var. Baxın, "... ayrılıb ixtilaf edənlər kimi olmayın". 'Yox, biz ixtilafa düşəcəyik' deyirlər. Məzhəb ayrılıqları var, camaat ayrılıqları var, ixtilafa düşüblər. Parçalanma da var, İslam aləmi parça-parça olmuş vəziyyətdədir. Cənabı Allah, "onları böyük bir əzab gözləyir" deyir. Məhz müsəlmanların başına gələn bəlaların səbəbi də budur. Allah nə deyir? "Onları böyük bir əzab gözləyir". Allah ona görə əzab verir. İslam Birliyinin fərz olduğunu izah edən yüzlərcə ayədən bir neçəsini oxudum.

2013-12-01 14:47:04

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top