< <
1 / total: 12

2. Qiyamət

 

"...Lakin insan bundan sonra da günah etmək, pis işler görmək istəyər. Və: "Qiyamat günü nə vaxt olacaqdır?" deyə soruşar. Göz bərələcəyi, Ay tutulacağı, Günəşlə Ay birləşəcəyi zaman -məhz o gün insan: "Qaçıb qurtarmağa yer haradadır?!" dəyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün duracaq yer ancaq Allahın hüzurudur!"
("Qiyamə", 5-12)

Giriş

Axirətə inam

Axirətə inam Quranda imanın əsas şərtləri arasında sayılan çoх mühüm bir mövzudur. Allah ilk surə olan "Fatihə" surəsinin əvvəlində öz sifətlərini sayarkən Rəhman və Rəhim sifətlərindən sonra özünün "Haqq-hesab gününün sahibi" olduğunu bildirir (Bax: "Fatihə" surəsi, 3). Sonrakı surə olan "Bəqərə" surəsinin 3-cü ayəsində də möminlərin "qeybə", yəni görmədiklərinə iman gətirdikləri söylənilir:

"O kəslər ki, qeybə inanır..." ("Bəqərə" surəsi, 3).

Ölümdən sonra diriliş, qiyamət, cənnət, cəhənnəm kimi anlayışlar, qısaca olaraq axirət hamısı "qeyb"in içində yer alır. Necə ki, sonrakı ayədə də "...və axirətə də şəksiz inanırlar" ifadəsi ilə "axirətə iman" mövzusu xüsusi olaraq təkrar vurğulanır.

Axirət inancının əhəmiyyəti onun həqiqi imanın bir göstəricisi olmasından irəli gəlir. Quranda bildirilən şəkildə axirət inancı insanın səmimi və həqiqi bir mömin olmasının çox böyük bir sübutudur. Çünki axirətə iman gətirən bir insan Allaha, Onun kitabına və Rəsuluna da sözsüz iman gətirmiş olur. Bu insan Allahın hər şeyə gücünün yetdiyini, sözünün doğru, vədinin də haqq olduğunu bilir, buna görə də axirətə münasibətdə heç bir şübhə hissi duymur. Hələ bu həqiqətləri görmədiyi, bunlara şəxsən şahid olmadığı halda Allaha olan imanın, Ona olan etibarın və özünə verilən ağlın təbii bir nəticəsi olaraq sanki görürmüş kimi bunlara iman gətirir. Bundan əlavə, axirətə olan şübhələrdən təmizlənmiş kamil və mütləq bir iman Allahın yalnız varlığına deyil, eyni zamanda Onun Quranda bildirdiyi bütün sifətlərinə iman gətirir, Ona tam bir etimad və təslimiyyət hissi duyur və Onu layiq olduğu kimi tanıyıb tərif edir. Bax, Allahın məqbul saydığı iman da budur.

Bura qədər başa düşüldüyü kimi, tam və həqiqi bir imana sahib olmaq yəqin və şübhəsiz olan bir axirət əqidəsində mərkəzləşməkdədir. Quranın bir çox yerində inkarçıların axirəti tanımamasından, onun baş verəcəyinə inanmamasından bəhs edilir. Əslində bunların bir çoxu Allahın varlığına inanan kimsələrdir. Ancaq inkarçıların ən çox yanıldığı mövzular Allahın varlığı deyil, Allahın sifətləri ilə bağlıdır. Onların bəziləri Allahın hər şeyi əvvəl yaradıb özbaşına buraxdığını, daha sonra hadisələrin öz-özünə inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını, аncаq insanın öz tаleyini özünün müəyyənləşdirdiyini, kimisi Allahın gizli olan şeyləri, düşüncələri bilmədiyini, kimisi də Allahın var olduğunu, ancaq din deyilən bir şeyin olmadığını iddia edirlər. Allah bu sonuncu düşüncəni, yəni Allahın var olub dinin olmadığını müdafiə edənləri Quranda belə tərif edir:

"Onlar: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir" deməklə Allahı layiqincə qiymətləndirmədilər..." ("Ənam" surəsi, 91).

Nəticədə imansızlığın əsasında Allahı tamamilə rədd etmə deyil, ayədə də bildirildiyi kimi, Allahı layiqincə qiymətləndirməmə, buna görə də axirətin inkar edilməsi dayanır. Yoxsa inkarçılar arasında bir Yaradanı tamamilə rədd edənlərin nisbəti olduqca aşağıdır. Bunların əksəriyyəti belə şübhə hissi ilə yaşayır. Buna görə də Quranda Allahı tamamilə inkar edən insanlardan o qədər də bəhs olunmur. Lakin Allaha şirk qoşan və ölümdən sonrakı dirilişi, hesab günü, cənnəti, cəhənnəmi inkar edənlərin vəziyyəti bir çox yerlərdə göstərilir və axirətə iman mövzusu bütün məntiq və təfərrüatları ilə açıqlanır.

Axirət hər nə qədər bu dünyada beş duyğu üzvümüzlə dərk edə bilmədiyimiz bir həqiqətdirsə, Allah bu həqiqəti ağlımızla dərk etməyimizə kifayət edəcək miqdarda saysız dəlillər yaratmışdır. Dünyadakı imtahan mühitinin vacib ünsürü olaraq önəmli olan məsələ bu həqiqətləri hiss üzvləri ilə deyil, ağıl və vicdanla dərk etməkdir. Normal bir insan bir az düşünərsə, özü də daxil olmaqla ətrafındakı heç bir şeyin təsadüfi bir əsər olmadığını, hər şeyin bir Yaradаnın sonsuz gücü, elmi, istəyi və nəzarəti altında baş verdiyini asanlıqla аnlаyаr. Bunun nəticəsi olaraq da axirəti yaratmağın Allah üçün heç bir çətinlik təşkil etmədiyini, axirətin yaradılmasının bu dünyanın ən təbii və ən məntiqli nəticəsi, habelə Allahın hikmətinə, ədalətinə ən uyğun hadisə olduğunu dərk edər.

Ancaq vəziyyət bu qədər aydın olduğu halda ölümdən sonra dirilmək, bir hesabla qarşılaşmaq və etdiyi əməllərin əvəzini görmək bütün həyatını öz həvəsinin və nəfsani arzularının həyata keçməsi yolunda, Allahın əmrlərinə üsyan edərək keçirən bir insanın o qədər də işinə yaramaz. Bunа görə də onun ağlı axirətin varlığını hər nə qədər dərk etsə də o, vicdanını örtmək və özünü aldatmaq yolunu seçər. Bu cür inkarçı artıq ölümdən sonrakı dirilişi və axirəti rədd etmək üçün ağıldan və məntiqdən uzaq, tutarsız nümunələr verməyə başlayar:

"Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" deyə hələ Bizə bir məsəl də çəkdi" ("Yasin" surəsi, 78).

Lakin təkcə bir qaçışdan və özünü aldatmaqdan başqa bir məqsədi olmayan bu sualın cavabı əslində çox aydındır:

"De ki: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!"("Yasin" surəsi, 79).

Allah bu cür məntiqsiz nümunələr verməyin axirəti inkar edənlərə xas olan bir xüsusiyyət olduğunu da Quranda vurğulayır:

"Ən pis sifət axirətə inanmayanlara, ən yüksək sifət isə Allaha məxsusdur. Allah yenilməz qüvvət və qüdrət sahibidir!" ("Nəhl" surəsi, 60).

Bəziləri də verdikləri nümunələrini inkişaf etdirib dəqiqləşdirərək iddialarını daha məntiqli hala gətirdiklərini sanırlar:

"Deyirlər: "Doğrudanmı, biz əvvəlki vəziyyətimizə qayıdacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!"" ("Naziat" surəsi, 10-11).

Və əslində ağıllarının dərk etdiyi, ancaq baş verməsini istəmədikləri bu hadisənin onlara ziyan olduğunu da açıq etiraf etməkdən çəkinmirlər:

"Onlar deyirlər: "Elə isə bu ziyanlı döyüşdür"" ("Naziat" surəsi, 12).

Öz razılığı ilə öz ağlına pərdə çəkən inkarçı şəxs iddiasının məntiqsizliyini öz gözləri ilə gördükdən sonra, işi emosional bir inadkarlığa tərəf sürükləyərək psixoloji bir toxluq əldə etməyə çаlışаr:

"Onlar: "Allah ölən bir kimsəni diriltməyəcəkdir!" deyə Allaha möhkəm and içdilər. Xeyr! Allah doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti bilməz!" ("Nəhl" surəsi, 38).

Həvəs və istəklərini tаnrılаşdırаrаq ağıllarını bir kənara atıb vicdanlarını rahatlamaq üçün bu cür boş və mənasız sözlərdən istifаdə edən və özlərini də bunlara inandıran inkarçıların düşəcəyi vəziyyəti Allah Quranda bildirmişdir:

"Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar, onların gözləri vardır, lakin onunla görməzlər, onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" surəsi, 179).

Bu insanların halı Quranın başqa bir yerində belə bildirilir:

"Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxardığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?

Belə deyirlər: "Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik, bizi öldürən ancaq dəhrdir". Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar!" ("Casiyə" surəsi, 23-24).

Dünya Həyatının Həqiqiliyi

İnkarçıların ölüm, yenidən diriliş, axirət kimi insаn ağlının dərk etmək iqtidаrındа olmаdığı məsələlərlə bаğlı iddia etdiyi mövzular əslində insanın həyatı boyu qarşılaşdığı həqiqətlərdən heç də uzaq olmayan hadisələrdir.

Yuxu və röya kimi həqiqətlər buna misal ola bilər. Ölümdən sonra dirilişi inadla inkar edən və daima ölümdən qaçan bir insan əslində hər gecə yuxusunda ölüb hər səhər dirildiyini dərk etmir. Quranın yuxu haqqında bildirdikləri mövzunun başa düşülməsinə ən yaxşı yardımçıdır. Allah yuxunun xüsusiyyətini belə açıqlayır:

"Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar, digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən bunda düşünən bir qövm üçün əlamətlər vardır!" ("Zumər" surəsi, 42).

"Sizi gecələr yuxuya daldıran, gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O, sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt gəlib yetişsin. Sonra Onun hüzuruna qayıdacaqsınız və sonra da O, sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir" ("Ənam" surəsi, 60).

Ayələrdən də göründüyü kimi, yuxu halı "ölüm" olaraq adlandırılır, bildiyimiz "ölüm"lə yuxu arasında müəyyən bir fərqləndirmə aparılır. Bəs yuxuda baş verən və ölümlə bu qədər oxşar olan hadisə nədir?

Yuxu ruhun insanın oyaq ikən istifadə etdiyi bədəni tərk etməsidir. Röya görməyə başladığı zaman isə bu dəfə yeni bir bədəndən istifadə olunmağa başlayır və yeni bir şərait ortaya çıxır. Hətta bunun röya olmasının fərqində belə deyilik. Yuхumuzdа qorxur, kədərlənir, sevinir, ağrı hiss edir, yaxud da zövq alırıq. Yuxuda başımıza gələn hadisələrin həqiqət olduğuna o qədər inanırıq ki, yuxudan ayılarkən də bu hadisələrin təsiri altında oluruq.

Texniki cəhətdən mümkün olsa, bizə xaricdən müdaxilə edib əslində gördüklərimizin yalnız hiss və görüntülərdən ibarət olduğunu söyləsələr, buna əhəmiyyət verməz, bizimlə zarafat etdiklərini düşünərik. Halbuki həqiqətən də bunları xarici aləmdə təmin edən heç bir maddi varlıq yoxdur və yuxuda yaşadığımız bütün hadisələr Allahın ruhumuza hiss etdirdiyi bir təsvir və hisslərin məcmusudur.

Ancaq burada nəzərdən qaçırılmaması lazım olan ən mühüm məsələ yuxudan ayıldıqda da bu ilahi qanunun dəyişməməsi faktı ilə bağlıdır. Allah yuxuların həqiqətən öz iradəsinə və yaratmasına tabe olduğunu "O zaman Allah röyanda sənə onları az göstərirdi: əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi salamat qurtardı. O, həqiqətən ürəklərdə olanları biləndir!" ("Ənfal" surəsi, 43) ayəsi ilə bildirərkən "üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədi ilə onları sizin gözünüzdə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır" ("Ənfal" surəsi, 44) ayəsi ilə normal həyatda da eyni qanunun işlədiyini dəqiq bir şəkildə bildirir. Allah maddə haqqında duyduğumuz hiss və təsvirlərin tamamilə öz istək və yaratmasına tabe olduğuna və bunların ətraf aləmdə hər hansı bir maddi varlığa sahib olmadığına başqa bir ayədə də belə işarə edir:

"İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Möminlər kafirlərin onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə gördülər. Əlbəttə, Allah istədiyinə öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu, bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir" ("Ali-İmran" surəsi, 13).

Gündəlik həyatda, ətrafımızda var olduğunu zənn etdiyimiz maddi varlıqlar, yaşadığımız hadisələr də eynilə yuxu kimi əslində Allahın ruhumuza göstərdiyi təsvirlərdən və bunlarla bərabər zamanda ruhumuza daxil olan hisslərdən meydana gəlir. Özümüzə aid görüntü və hərəkətlər də, başqa şeylərə aid görüntü və hərəkətlər də Allahın qarış-qarış bunlara aid görüntü və hissləri yaratması ilə baş verir. Bu həqiqət Quranda belə açıqlanır:

"Kafirləri siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir sınaqdan keçirdi. Allah eşidən və biləndir!" ("Ənfal" surəsi, 17).

Axirət və ona aid olan təsvir və hisslərin yaradılması da eyni ilahi qanun çərçivəsində baş verir. Ölümlə birlikdə dünya mühiti və bu mühitdə istifadə olunan bədənlə əlaqə kəsilir. Ruh isə Allahın ruhunun bir parçası olduğundan ölümsüzdür. Yaşamaq, ölmək, yenidən dirilmək, axirət həyatı kimi hadisələr də yalnız ölümsüz olan ruhun duyduğu müxtəlif hisslərdən ibarətdir. Bu səbəbdən bu dünyanın yaradılması ilə cənnət və cəhənnəmin yaradılması arasında, əsas məntiqə görə, heç bir fərq yoxdur. Eyni şəkildə bu dünyadan axirətə keçidlə yuxudan oyanıb dünya həyatına keçid arasında da heç bir fərq yoxdur.

Yenidən dirilişlə birlikdə axirət mühiti və bu mühitdə istifadə ediləcək bədənlə yeni bir həyat başlanır. Cənnət və ya cəhənnəm duyğusu verilməyə başlayınca da, insan özünü orada tapır. Bu dünyada sonsuz müxtəliflikdə mənzərəni, qoxunu, səsi, dadı, toхunmа hissini yaradan Allah eyni şəkildə cənnət və cəhənnəmə aid sonsuz təsvir və hissləri də yaradacaqdır. Bütün bunların yaradılması Allah üçün son dərəcə asandır:

"...Bir işin yaranmasını istədiyi zaman ona yalnız: "Ol!" deyər, o da olar" ("Bəqərə" surəsi, 117).

Digər bir həqiqət isə dünya həyatı yuxuya görə necə aydın və dəqiqdirsə, axirətin də dünya ilə müqayisədə daha çox aydın və dəqiq olmasıdır. Oxşar şəkildə yuxu dünya həyatına nəzərən nə qədər qısadırsa, dünya həyatı da axirətlə müqayisədə o qədər, hətta müqayisə edilməz dərəcədə qısadır. Bildiyimiz kimi, zaman sabit deyil, tam əksinə, izafi bir anlayışdır. Bu mövzu bu gün elmi şəkildə sübut olunmuş bir həqiqətdir. Yuxuda insanın saatlarla yaşadığını zənn etdiyi bir hadisə dünya zamanına görə yalnız bir neçə saniyədə baş verir. Ən uzun yuxu belə dünyadakı hesaba görə, bir neçə dəqiqə davam edir. Fəqət, yuxunu görən adam bəlkə də yuxusunda günlər keçirmişdir. Allah zamanın nisbi olmasına ayələrdə işarə edir:

"Mələklər və ruh Onun dərgahına müddəti əlli min il olan bir gündə çatacaqlar" ("Merac" surəsi, 4).

"O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra həmin işlər sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona yüksəlir" ("Səcdə" surəsi, 5).

Eynilə dünyada uzun illər yaşayan bir insan əslində axirətdəki zaman ölçüsü ilə müqayisədə çox az bir müddət yaşayır. Axirətə getdikləri zaman həqiqətə şahid olacаq kəslərin söhbətləri Quranda belə bildirilir:

"Belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?" Onlar: "Bir gün yaxud bir gündən də az!" deyə cavab verəcəklər. Allah buyuracaq: "Əgər bilirsinizsə, siz çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağımızı güman edirdiniz?"" ("Muminun" surəsi, 112-115).

Vəziyyət belə olduğu təqdirdə insanın sonsuz həyatını bu müvəqqəti dünya həyatı uğrunda təhlükəyə atmasının ən böyük bir ağılsızlıq olması meydana çıxır. Üstəlik dünya həyatının axirət həyatı ilə müqayisədə nə qədər qısa olduğu düşünülərsə...

Nəticə olaraq qeyd edək ki, dünyada var olduğunu zənn etdiyimiz və adına maddə dediyimiz şey Allahın ruha verdiyi hisslərdən başqa bir şey deyil. İnsanın özünə aid olduğunu zənn etdiyi bədəni də eynilə Allahın ruha göstərdiyi bir görüntüdür. Allah görüntünü dilədiyi zaman dəyişdirir. İnsanın özünə aid zənn etdiyi bədənin görüntüsü bir anda itib yeni görüntülərlə qarşılaşmağa başlayanda, başqa sözlə, öləndə gözündəki pərdə qalxar və əvvəlcədən sandığı kimi yox olmadığını anlayar. Bu hadisə Quranda belə xəbər verilir:

"Ölüm həqiqətən gəlir. Bu, sənin qorxub qaçdığın şeydir. Sur çalınacaqdır. Bu, vəd olunmuş gün - əzab günüdür! Hər bir kəs bir sürüyüb gətirənlə və bir də şahidlə gələcək. "Sən bundan qafil idin. Artıq bu gündən gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!"" ("Qaf" surəsi, 19-22).

"Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı?" "Bu, Rəhmanın məxluqlara buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!"" ("Yasin" surəsi, 52).

Bu andan etibarən inkarçını artıq əvəz edilməsi mümkün olmayan və sonsuzluğa qədər davam edəcək bir peşmançılıq hissi bürüyür. Bax, bu, ən böyük peşmançılıqdır.

 

1 / total 12
"Harun Yəhyanın Ölüm, Qiyamət, Cəhənnəm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."