Zamanın nisbiliyi

Zamanın nisbiliyi dövrümüzdə sübut edilmiş elmi həqiqətdir. Ancaq bu həqiqət keçən əsrin əvvəllərində Eynşteynin nisbilik nəzəriyyəsi ilə aşkara çıxmışdır. O dövrə qədər insanlar zamanın nisbi olduğunu, məkana görə dəyişdiyini bilmirdilər. Ancaq tanınmış alim Albert Eynşteyn nisbilik nəzəriyyəsi ilə bu həqiqəti aşkar şəkildə sübut etdi. O, zamanın kütlədən və sürətdən asılı olduğunu irəli sürdü. Bəşəriyyət tarixində heç kəs bu mövzunu aşkar şəkildə dilə gətirməmişdi.


 
Amma bir istisna var. Zamanın izafi (nisbi) olduğunu göstərən məlumatlar 1400 il əvvəl Quranda bildirilmişdir. Bununla bağlı ayələr belədir:
 

“... Rəbbinin dərgahında bir gün sizin saydığınızın min ili kimidir!” (Həcc surəsi, 47)

“O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr.” (Səcdə surəsi, 5)

“Mələklər və ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar.” (Məaric surəsi, 4)


2009-10-31 21:53:10

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top