Stalinin qıtlıq siyasəti

Lenin kimi Stalin də kollektivləşdirmədən cəmiyyətə qarşı silah kimi istifadə etmək istəyirdi. İstənilən bölgədən istədiyi qədər taxıl yığır və o bölgədəki insanları aclığa məhkum edirdi. Kommunist rejimə qarşı ciddi müqavimət göstərən Ukrayna hədəfə çevrilmişdi. Beləliklə, tarixin ən böyük "insan qıtlığı" bu bölgədə yaşandı və 6 milyon insan aclıqdan öldü.
 
Hadisələrin gedişatı maraqlı idi. 1931-ci ildə dövlət kollektivləşdirmə siyasətinin tələbi ilə ildə cəmi 18 milyon ton məhsul becərən Ukraynadan 7.7 milyon ton taxıl tələb etdi. Bu, həyat şəraiti acınacaqlı olan kəndlilərin “belini qırdı”. Buna görə Ukrayna kəndliləri Stalinin ordusuna müqavimət göstərməyə çalışırdı. Amma bu, Stalini daha da qəzəbləndirdi. 1932-ci ilin iyulunda bütün Ukrayna xalqına ölüm hökmü “oxundu”. Əvvəlki kvotaya 7.7 milyon ton daha taxıləlavə edildi. Bununla milyonlarla insan ölümə məhkum edildi. “The Russian Century: A History of the Last Hundred Years” (Rus Əsri: Son 100 İlin Tarixi) adlı kitabda bu siyasətin nəticələri belə izah edilir:
 
“Rəsmi silahlı kommunist ordusu Ukraynanı qucaqladı. Qurbanlardan biri: "evləri,daxmaları yoxladılar. Sonra çölə çıxıb anbarı, hinləri axtardılar."- deyirdi.  Tarlalarda müşahidə məntəqələri quruldu. Burada silahlı gözətçilər hər şeyə nəzarət edirdilər, tutulanlar ən az on il həbs cəzası alırdı, bəziləri isə vurulurdu. Xarkov məhkəmələrindən biri bir ay ərzində 150 ölüm hökmü vermişdi. Bir qadına ərinin ölümündən sonra  öz torpağından 100 misir sünbülü kəsib deyə on il həbs cəzası verilmişdi.”
 
Bütün toyuq və donuzlar 1932-ci ilin qışında tükəndi. Sonra it və pişiklər qurtardı. Vasili Qrosman: "Onları tutmaq çətin idi. Heyvanlar artıq insanlardan qorxurdular və gözləri bərəlmişdi, onları qaynadırdılar..." yazırdı. 1932-ci ilin sonlarında Ukrayna Moskvaya yalnız 4,7 milyon ton taxıl verə bildi.  Yeni məcburi toplama kampaniyası elan edildi. Meteorologiya mütəxəssisləri taxılın ziyan görməsinə səbəb olan səhv hava proqnozları verdikləri üçün həbs olundular. Baytarlar ferma heyvanlarını gizlətməkdə günahlandırılaraq güllələnirdilər. Əkinçilik mütəxəssislərinə qolçomaq damğası vuraraq Sibirə sürgün edilirdi.
 
1933-cü ildə qar əridikdən sonra kütləvi aclıqlar başladı. İnsanlar siçan, qarışqa və soxulcan yeyirdilər. Gicitkən və digər otlardan şorba bişirirdilər. “The New York Evening Journal” Kiyevdən 20 mil uzaqlıqda yerləşən bir kəndi ziyarət etdi. "Daxmaların birində nəcis kimi bir şey bişirirdilər. Qazanda sümüklər, dəri və çəkməyə bənzər bir şey vardı. İnsanlar kəndlərini tərk edirdilər. Qatar yolunun kənarında diz üstə çökmüş və avtomobillərin pəncərələrindən çörək dilənirdilər. Kiyevdə avtomobillər gecələr dolaşaraq ölənlərin cəsədlərini toplayırdılar. Uşaqların incə və uzun sifəti ölü quşu xatırladırdı."
 
Təlimatçılar
 
Diplomatik hesabatlar və marağı olan qüvvələr tərəfindən qıtlıq xəbəri Qərbə çatdı. Vyana baş yepiskopluğunun nəzarətində beynəlxalq komisiya yaradıldı. Ancaq Sovet hökuməti qıtlığı inkar etdiyi üçün komissiya fəaliyyətini dayandırmağa məcbur oldu.
 
1933-cü ilin aprelində yazıçı Mixail Şoloxov Kubanın bir qəsəbəsindən keçərkən Stalinə iki məktub yazmışdı. Məktubunda yerli məmurların aclığa məhkum edilən kolxozçuların bütün məhsullarını necə qarət etdiklərini təfərrüatlı şəkildə izah edir, birinci katibdən (Stalindən) qida yardımı göndərməsini istəyirdi. Yazıçıya cavabında Stalin mövqeyini belə dilə gətirirdi: “Kəndlilər tətil və təxribat etdikləri, Sovet iqtidarını çökdürməyə çalışdıqları, müharibə elan etdikləri üçün cəzalandırılır.” 1933-cü ildə milyonlarla kəndli aclıqdan ölərkən Sovet hökuməti "sənayeləşmə" üçün xaricə 18 milyon sentner buğda ixrac etməyi planlaşdırırdı.
 
6 milyon kişi, qadın, yaşlı və uşağın ölümünə səbəb olan qıtlıq taxıl qıtlığı deyil, kommunist partiyanın siyasəti idi. İnsan əli ilə törədilən qıtlıq kütləvi qırğın idi. Stalin qıtlıqdan Qərb ölkələrinin xəbər tutmamağını istəyirdi. Çünki təşkil ediləcək yardım kampaniyalarının Ukraynanın cəzasını yüngülləşdirəcəyini düşünürdü. Tarixçi Dana Dalrimpl “Soviet Studies” adlı nəşrdə belə deyirdi:
 
“Sovet İttifaqı heç vaxt qıtlığı  rəsmi şəkildə qəbul etmədi. Amerikan və ingilis tədqiqatçıları Ukraynada baş verən qıtlıqdan bəhs edir, amma bir iki məsələdən başqa heç nə demirlər. Halbuki, Sovet İttifaqında geniş yayılmış qıtlıqlardan hökumət də xəbərdardır və hər yerdə qeydiyyatı tutulmuşdu. Fərq nədir? Cavab: 1932-1934-cü illərdəki qıtlığı keçmişdəkilərdən fərqli olaraq, insan əli ilə yaradıəlan fəlakət idi.”
 
Kollektivləşdirmə nəticəsində ən az 4 milyon Ukrayna kəndlisi həlak oldu. Bu siyasətin Qazaxıstanda isə bir milyon qurbanı oldu. Şimali Qafqazda və Quru Torpaqlarda da ölənlərin sayı bir milyon idi. Stalin bircə əmrlə 6 milyon insanı ölümə göndərmişdi...
 
Bu dəhşətli səhnə rus yazıçı Mixail Şoloxovda dərin iz buraxmış və o, Stalinə məktub yazaraq bu zülmün dayandırılmasını tələb etmişdi. Halbuki, Stalin özü bilərək xalqa bu zülmləri yaşadırdı. Ordusu hələ də taxıl axtarırdı. Qazanlarında kartof tapdıqları anaları döyürdülər. Əzablarını gizlətməyə çalışan insanları döyərək qida mənbələrini göstərməyi tələb edirdilər. "Tarixi zərurəti həyata keçiririk. İnqilabçı vəzifəmizi yerinə yetiririk. Sosialist ölkəmiz üçün taxıl əldə edirik"- deyirdilər. Lev Kopolev "Göbəkləri şişmiş, gözləri ölü kimi maviyə çevrilmiş qadınlar, uşaqlar və cəsədlər... kəndlilərin daxmalarında, köhnə Volqanın əriyən qarlarında, Xarlov körpüsünün altında cəsədlər gördüm" deyə yazırdı...

2009-12-05 00:21:52

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top