Həzrəti Muhəmməd (s) Peyğəmbər

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 7

Giriş

Peyğəmbərimiz Uca Allanın «...O, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur» («Əhzab» surəsi, 40) ayəsində bildirildiyi kimi, insanlar üçün sonuncu peyğəmbər olaraq göndərdiyi, ən axırıncı kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara nümunə etdiyi, Rəbbimizin dərgahında üstünlüyü olan, Allahın və möminlərin dostu, ən yaxını və vəlisidir.

Allah «Həqiqətən, Biz sənə ağır bir kəlam vəhy edəcəyik» («Muzəmmil» surəsi, 5) ayəsi ilə bildirdiyi kimi, sonuncu peyğəmbər olan Hz.Muhəmmədə (s) mühüm bir məsuliyyət vermişdir. Peyğəmbərimiz (s) isə Allaha olan güclü imanı ilə Allahın ona verdiyi məsuliyyəti ən gözəl tərzdə yerinə yetirmiş, insanları Allahın yoluna, hidayətə dəvət etmiş və bütün inananların rəhbəri və aydınladanı olmuşdur.

landscape

(A Noble Messenger) possessing great strength, securely placed with the Lord of the Throne, obeyed there, trustworthy.
( Surat at-Takwir: 20-21)

Peyğəmbərimizi (s) görməsək də, Quran ayələrindən və hədislərdən onun gözəl davranışlarını, danışıqlarını, göstərdiyi gözəl əxlaqı tanıya bilər, ona oxşamaq, axirətdə onunla yaxın bir dost ola bilmək üçün əlimizdən gələn səyi artıqlaması ilə göstərə bilərik.

Hazırda insanlar, xüsusilə də gənclər müxtəlif adamları özlərinə nümunə götürür, onların davranışlarına və danışıqlarına, tərzlərinə həvəslənir, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların əksəriyyəti doğru yolda olmadığı kimi, davranış və əxlaq gözəlliyinə də malik deyillər. Buna görə insanları doğru olana, ən gözəl əxlaqa və davranışa həvəsləndirmək mühüm bir məsuliyyətdir. Bir müsəlmanın davranışına və əxlaqına həvəs göstərməsi, oxşaması üçün səy göstərməli olduğu şəxs Hz.Muhəmməddir (s). Allah bu həqiqəti bir ayədə belə bildirir:

Quran

«Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!» («Əhzab» surəsi, 21)

Peyğəmbərimiz Hz.Muhəmməd (s) kimi başqa peyğəmbərlər də möminlər üçün nümunə olan, Allahın razı olduğu şəxslərdir. Allah «Yusuf» surəsində belə bildirir:

«Onların hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, ibrətlər vardır. Bu Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!» («Yusuf» surəsi, 111)

Bu kitabın hazırlanmasının məqsədi də Peyğəmbərimizi (s) müxtəlif cəhətləri ilə tanıtmaq, onun əxlaqını nümunə götürən insanlardan meydana gələn bir cəmiyyətin nə qədər üstün xüsusiyyətlərə və gözəlliklərə malik olacağını göstərərək, insanları Peyğəmbərimizin (s) əxlaqına həvəsləndirməkdir. Peyğəmbərimiz (s) həm gözəl əxlaqı ilə insanlara nümunə olmuş, həm də insanları gözəl əxlaqlı olmağa səsləmişdir. «Möminin ha-QQhesabında ən vacib şey gözəl əxlaqdır. Əlbəttə, Uca Allah işi və sözü çirkin olan, həyasızcasına danışan adama nifrət edər»1 buyuran Peyğəmbərimiz başqa bir sözündə də «Allaha and olsun ki, cənnətə ancaq gözəl əxlaq sahibləri daxil olar»2 demişdir.

Peyğəmbərimizin (s) ardınca gedən müsəlmanlar bəşərə gözəl əxlaqları və xasiyyətləri ilə nümunə olmalı, həmçinin şifahi və yazılı olaraq onları gözəl əxlaqa dəvət etməlidirlər.3

landscape

We only send the Messengers to bring good news and to give warning. Those who disbelieve use fallacious arguments to deny the truth. They make a mockery of My Signs
and also of the warning they were given.
(Surat al-Kahf: 56)

 

İqtibaslar

1- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 15/9.

2- Tirmizi; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.792.

3- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 344/4

1 / total 7
"Harun Yəhyanın Həzrəti Muhəmməd (s) Peyğəmbər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com