Uşaqlara Allahı tanıtmağın və dini öyrətmənin əhəmiyyəti

 

 
Allahı tanımadan, dinini öyrənmədən yetişən uşaq şübhəsiz ki, həyatında bir çox çətinliklə qarşılaşacaq. Allah sevgisi və Allah qorxusu əvvəldən ona öyrədilmədiyi üçün qarşılaşdığı bütün hadisələrdə nəfsi ilə hərəkət edəcək, yalan danışaraq özünü xilas edəcəyini zənn etdiyi üçün asanlıqla yalan danışacaq, haqsız yoldan mənfəət təmin etməyi normal qarşılayacaq, yardımsevər və mülayim olmaq əvəzinə üsyankar və eqoist olacaq. Hər şeydən əvvəl, dünyada daim zərərə uğrayacağı kimi, axirətini də itirəcək, Allahdan və dindən uzaq bir həyat sürdüyü üçün isə cənnətə düşmək imkanını sonsuza qədər itirmiş olacaq.
 
Bu səbəbdəndir ki, valideynlərin uşağına edəcəyi il xeyirxah iş Allah sevgisini və Allah qorxusunu kiçik yaşda ikən ona öyrətməkdir. Uşağa əvvəlcə onu Allahın yaratdığını, bütün kainatın yaradıcısının Allah olduğu açıqlanmalı, Ondan başqa heç kimin heç bir şeyə güc çatdıra bilməyəcəyi, bütün gücün Allahdan olduğu, Onun hər şeyi gördüyü, bildiyi, eşitdiyi, bütün insanlara qarşı çox mərhəmətli və çox ədalətli olduğu, sahib olduğu hər şey üçün Ona şükr etməsi lazım olduğu, axirətin qəti həqiqət olduğu, bir gün ölüb Allahın hüzuruna gedəcəyi və dünyada göstərdiyi bütün davranışlar üçün hesab verəcəyi öyrədilməlidir. Uşaq ətrafında gördüyü hər bir canlını Allahın yaratdığını, rəngarəng çiçəkləri, heyvanları, bitkiləri, torpaqdan mükəmməl dad və qoxuya sahib bir şəkildə çıxan çiyələkləri, almaları, portağalları, narları, bananları Allahın yaratdığını, xəstələndiyi zaman ona şəfa verənin Allah olduğunu, Allahın onu çox sevdiyini, dualarını eşitdiyini öyrənməli, tək dostu və köməkçisinin Allah olduğunu ən kiçik yaşlarından etibarən bilməlidir.  
 
Bundan əlavə uşaq Quranda təsvir edilən gözəl əxlaq üzrə yetişdirməlidir. Əslində Quranda əmr edilən gözəl əxlaqın yaşandığı bir evdə yetişən uşaq təbii olaraq gözəl əxlaqı mənimsəyəcək. Allah üçün sevməsi lazım olduğunu, sahib olduğu hər şeyi digərləriylə paylaşmağı, hər fürsətdə gözəl söz söyləməyi, kasıblara kömək etməyi, insanlarla lağ etməməyi, eqoist olmamağı, fədakar olmağı, təvazökar olmağı böyüklərindən görən uşaq, gözəl əxlaqı mütləq tətbiq edəcək.
 
Qısa şəkildə təkrar etsək, uşaqlara ediləcək ən böyük yaxşılıq, onlara bütün gücün Allaha aid olduğunu hiss etdirmək və Onunla dost olmağı təmin etmək olacaq. Əgər bir uşaq inanclı və təvəkküllü yetişdirilsə möhkəm bir xarakterə sahib olar. Amma bütün gücün Allahdan olduğunu bilməzsə, həyatı boyunca insanlardan qorxacaq, onlardan kömək umacaq. Digər tərəfdən uşaq imanlı və təvəkküllü yetişdirildiyi təqdirdə, bu, onun bütün həyatı boyunca rahat və dinc yaşamasına vəsilə olacaq. Belə olduqda uşaq nə qədər kiçik olursa olsun, yetkin bir mömin ağılına və əxlaqına sahib olacaq, qarşılaşdığı hadisələr qarşısında romantik tərzdə məyusluğa uğramayacaq, xoşuna gəlməyən bir şeylə qarşılaşdığında ağlamayacaq, şikayətlənməyəcək, hadisələrin həmişə Allahın idarəsində olduğunu biləcək, təvəkkül edəcək, gözəl rəftar göstərəcək. Unutmamaq lazımdır ki, dinimiz hətta adi bir uşağın anlayacağı qədər açıq və asandır. Bu səbəbdən uşaqlara mütləq Quranı oxumaq, ayələri onlara açıqlamaq, Peyğəmbərimizin (s.ə.v) gözəl əxlaqını izah etmək, hər şeyin həqiqi istiqamətini onlara öyrətmək lazımdır.

2010-11-26 10:54:28
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top