MÜQƏDDƏS KİTABDA HZ. İSANIN YER ÜZÜNƏ DÖNÜŞÜ

Hz. İsanın yer üzünə yenidən gəlməsi mövzusu xristiyanlar üçün çox vacibdir. Bunun səbəbi isə Müqədddəs Kitabı təşkil edən Əhdi-Ətiq (Tövrat və musəvilərin digər müqəddəs yazıları) və Əhdi-Cədiddə (dörd İncil və digər risalələr) axırzamanla bağlı açıqlamaların olmasıdır. Xüsusilə də Hz. İsanın zühuru mövzusu İncildə mühüm yer tutur.

 

Tövrat və İncildə gələcəkdə olan hadisələrlə bağlı müxtəlif izahlar verilmişdir. Bildiyimiz kimi, müasir dövrdəki Tövratda Hz. İsanın adı çəkilmir, ancaq xilaskar Məsihin gələcəyi bildirilir. Musəvilərin “Məsih” kimi axırzamanda gözlədikləri mübarək şəxs əslində, müsəlmanaların gözlədiyi “Hz. Mehdidir”. (Ətraflı məlumat üçün bax: Hz. Mehdi Hz. İbrahimin nəslindəndir, 2008) Dolayısı ilə İslamiyyətdəki “Mehdiyyət” musəvilərin müqəddəs qəbul edilən qaynaqlarında “Məsih” kimi keçir. Tövratda və musəvilərin digər müqəddəs qaynaqlarına baxdığımızda “Məsih” kimi izah edilən insanın Mehdinin (ə.s) xüsusiyyətlərinə sahib olduğu görünür.

 

Ancaq xristianların “Məsih” kimi yer üzünə ikinci dəfə gəlişini gözlədikləri Hz. İsa “Mehdi” (ə.s) deyildir. Müsəlmanlar da Hz. İsanın axırzamanda yenidən dünyaya gələcəyinə inanırlar, ancaq Hz. İsa gəldiyi zaman Mehdiyə (ə.s) tabe olacaq, Allahın izni ilə bu iki mübarək insan yeganə haqq din olan İslam əxlaqının yer üzünə hakim olmasına səbəb olacaqlar. Bir çox səhih hədisdə olan bu məlumatlar Hz. İsa ilə Hz.Mehdinin ortaya çıxdıqları dövrdə bir yerə gələcəklərini göstərir.  Bu barədə bir çox açıqlamalara rast gəlmək mümkündür.

 

İncildə Hz. İsanın yenidən zühuru, bunun işarələri və axırzamanda onun haqqında bir çox açıqlamalara rast gəlmək mümkündür. Quran ayələrində Tövrat və İncilin təhrif edildiyi və bu səbəbdən də içində müxtəlif yanlış inancların olduğu xəbər verilmişdir. Yəni bu kitablarda haqq hissələr mövcud olduğu kimi, insanlar tərəfindən sonradan əlavə edilmiş yanlış məlumatlar da var. Bu səbəbdən Tövrat və İncildəki açıqlamaları Quran ayələri və Peyğəmbərimizin (s.ə.v) hədisləri ilə uyğun gəlib-gəlmədiyinə əsasən dəyərləndirmək lazımdır. Ancaq aşağıdakı nümunələrdən də göründüyü kimi, axırzaman və Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi ilə bağlı xəbərlərin böyük qismi İslam qaynaqlarında paralellik təşkil edir.

 

Xristiyanalar həm Tövratı, həm də İncili müqəddəs kitab kimi gördüklərindən axırzamanla bağlı mövzuları bu iki kitabı birlikdə şərh edərək açıqlayırlar. İncil araşdırıldığı zaman Hz. İsanın ikinci dəfə yer üzünə gəlişinin əsas mövzulardan biri olduğunu görürük. Bu açıqlamalarda Hz.İsanın zühurundan əvvəl və sonra baş verən təbiət hadisələri izah edilir. Dövrümüzdə Peyğəmbərimizin (s.ə.v) də hədislərində incəliklərinə qədər bildirdiyi bu əlamətlərin bir çoxunun əvvəlki dövrlərlə müqayisədə daha çox ortaya çıxdığının şahid oluruq. (Ətraflı məlumat üçün Qiyamət Əlamətləri, Harun Yahya, Kültür Yayıncılık, 2001) Maraqlı olan bu işarələrin birinin və ya ikisinin deyil, demək olar ki, hamısının bir-birinin ardınca reallaşmasıdır. Beləliklə, yaşadığımız dövrün axırzaman olduğunu ilk olaraq İslam qaynaqlarına əsasən, həm də Tövrat və İncilə əsaslanaraq söyləmək mümkündür.

 

 

 

HZ. İSANIN YER ÜZÜNƏ İKİNCİ DƏFƏ GƏLİŞİ İLƏ BAĞLI İNCİLİN AÇIQLAMALARI

 

Hz. İsanın zühuru ilə bağlı İncilin 21-ci bölməsində 318 müxtəlif açıqlama mövcuddur. Aşağıda bəzilərinə yer verəcəyimiz bu açıqlamalarda Hz. İsanın Allah qatına alınması və yer üzünə yenidən qayıdacağına dair bir çox açıq ifadələr var:

 

 “… sizin üçün yer hazırlamağa gedirəm. Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, siz də Mənim olduğum yerdə olasınız” (Yəhya,14:2-3)

 

... Aranızdan götürülüb göyə çəkilən İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq». (həvarilərin işləri, 1:11)

 

Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın. Çünki şimşək şərqdə çaxıb qərbdə belə göründüyü kimi Bəşər Oğlunun gəlişi də elə olacaq. (Matta, 24: 26-27)

 

Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. (Matta, 24: 44)

 

Allah onu öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır. Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin (Timoteyə I məktub, 6: 15-16)

 

İndi salehlik tacı mənim üçün hazır durur. Ədələtli hakim olan Rəbb qiyamət günü onu mənə - yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək. (Timoteyə II məktub, 4: 8)

 

Səmavi Səltənətin bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada təbliğ ediləcək. O zaman son gələcək. (Matta, 24: 14)

 

O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün xalqları şivən qaldıracaqlar və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcəklər (Matta, 24: 30)

 

«Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə çəkilən İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».“ (Həvarilərin İşləri, .1: 11)

 

Biz isə səma vətəndaşlariyiq və oradan Xilaskar olan... İsa Məsihi həvəslə gözləyirik (Filipililərə Məktub, 3: 20).

 

“Budur, o buludlarla gəlir! Hər göz onu görəcək....” (Vəhy, 1: 7)

 

Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın. Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb: «Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq.   (Romalılara Məktub, 11: 25-26)

 

Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda yay fəslinin yaxın olduğunu bilirsiniz. Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapılardadır. (Matta, 24: 32-33)

 

Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq.  (Matta, 25: 31)

 

Bundan əvvəl də vurğuladığımız kimi, Hz. İsanın ikinci dəfə gəlişi ilə meydana gələn hakimiyyət ədalətin, zənginliyin, gözəl əxlaqın hakim olduğu dövr olacaqdır. Bu mövzuda İncilin müxtəlif bölmələrində verilən məlumatlardan bəziləri belədir:

 

Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.  (Matta, 5: 5)

 

Buna görə siz belə dua edin: Səltənətin gəlsin. (Matta, 6: 9-10)

 

Sonra adamlar qərbdən, şərqdən, şimaldan, cənubdan gələcək və Allahın Səltənətində yemək yeyəcək. Budur, sonuncuların bəzisi birinci olacaq, birincilərin bəzisi isə sonuncu olacaq". (Luka, 13: 29-30)

 

İsa onlara bir məsəl də çəkdi: "Əncir ağacına və bütün ağaclara baxın: Onlar yarpaq açanda siz bunu özünüz görüb biləcəksiniz ki, yay artıq yaxındır. Eləcə də siz bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Səltənəti yaxındır (Luka, 21:29-31)

 

 O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər… (Allahın) xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Səltənəti irs alın. (Matta, 25:34)

 

Dünyani müqəddəslər mühakimə edəcəklərini bilmirsinizmi?... (Korinflilərə I Məktub, 6:2)

 

Axırzamanda baş verən əlamətlərdə din əxlaqının dünya hakimiyyəti ilə bağlı açıqlamalarda İslam dini ilə Xristianlıq və Yəhudilik arasında çox böyük yaxınlıq olduğu məlumdur. Bu uyğunlaşma hər üç din mənsublarının bunu həsrətlə gözləməsinə səbəb olmuşdur. Hal-hazırda yaşadığımız dövr bu möcüzənin ən çox gözlənildiyi və bəlkə də ən yaxın olduğu dövrdür. Bu isə bütün inananları şövqləndirəcək böyük müjdədir.


2011-02-07 13:25:51

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top