Münafiqlər kanalizasiya maşını kimi çalışır. Müsəlmanların arasında nə qədər murdar varsa yığıb təmizləyirlər. Bu işə bir müddət hələ davam edəcəklər, sonra müsəlmanlar tərtəmiz xalis birlik olaraq qalacaq və 2023-ci ildə din bütün dünyaya hakim olacaq, inşaAllah. Mehdi zamanında sevgi hər yerə hakim olacaq, Mehdinin əsas üstündə dayandığı mövzu Allah sevgisi və Allah eşqi olacaqdır.
Qul Allaha həsr olunmuş olaraq yaradılır. İnsanlarda müqavimət göstərmə vardır. Bənövşəni öz halına buraxanda çiçək açar. Üzərinə basarsan əzilər. İnsan normal halında iman edər, gözəl yaşayar və cənnətə gedər. Amma müqavimət göstərdiyi üçün, Allaha şübhə ilə baxdığı üçün, gözəl düşünməyi kənara qoyduğu üçün, xeyirdən qaçdığı üçün bəlalı və sıxıntılı yaşayır. Təbii olan Allaha güvənməkdir. Allahın ağlından daha yaxşı ağla sahib olduğunu sandığı andan etibarən insan üçün fəlakət başlayır. Özünü oyanıq zənn edən mütləq hər hansı bir şəkildə əzilir.
Bəzi insanlarda təfərrüata girib boğulma, özünü ağıllı zənn edərək başqa yollara girmək meyli vardır. Başqa yollara girmək ümumiyyətlə insan üçün boğucu olur. O boğulma da ağlama, kədər, stress şəklində özünü göstərir. Quranın doğru yolundan ayrılmamaq çox əhəmiyyətlidir.
Bəzi insanlar ölü olaraq var edilmişdir. Onlar hesab gününü düşünməz. Allah bir çox ayədə, "onlar ölüdürlər, siz onları diri zənn edirsiniz, onlar iman etmir deyə heyrətlənməyin" deyə bildirir. Allah o insanları xüsusi olaraq, imtahan olaraq yaradır.
Münafiq, aslanın üzərinə qonan gənə təmizləyən qarğa kimi murdar, xaraktersiz, şərəfsiz, alçaqları toplayıb aparar. Münafiqin murdarları götürüb aparması mömin üçün böyük fərahlıq və nemətdir.
Dünyada ən asan olan şey səmimi olmaqdır. Amma insanların çox böyük hissəsi tərsini seçirlər. İnadla səmimiyyətsiz davranırlar. Nə danışıqları, nə baxışları, nə də hərəkətləri səmimi deyil. Halbuki səmimiyyətsizlik müsəlmanı çox narahat edir.
Tövratın Yeşaya hissəsində belə keçir: Məsih (Mehdi) ancaq uzun və çətin sınaqlar sonrasında ən yüksək mövqeyə çatacaq; və ikincisi, bu sınaqlar ona bir növ işarə olaraq göndəriləcək və beləcə bəlalarla əhatə olunmuş ikən davranışlarında saflığını qoruduğunu gördüyündə, (Mehdi) özünün gözlənilən şəxs olduğunu anlaya biləcəkdir. (Hz. Əlidən soruşdular, Mehdinin Əyyub (ə.s)-a bənzərliyi nədir? Dedi ki: Uzun çətinliklərdən və sıxıntılardan sonra Allahın onu fərahlığa qovuşdurmasıdır. (Büharül Ənvar, 51-53-cü cildlərin İngilis dilindən tərcüməsi, cild 1, səhifə: 264))
Səmimi baxan insan Allahın varlığını və gücünü dərhal görər. İnsanın var gücü ilə Allaha güvənməsi və Allahı dərin sevgiylə sevməsi lazımdır. Biz hər vəziyyətdə imtahan olacağıq, imtahan əsas şərtdir. Allah Mehdiyə belə, dəhşətli dərəcədə çətinliklər verəcəyini söyləyir. Allahı sevirsənsə çətinliklərin hamısına səbir edərsən, sevməyən də dəlalətə düşmüş olur.
Dünyada ən asan, ən zövqlü, ən fərahladıcı olan səmimi olmaqdır. İnsanların çoxu inadla süni olmağı seçir. Süni mimikalar, süni sözlər. İnsanların 90%-nin səsi, baxışları, hərəkətləri özünün deyil, səmimi deyil. Səmimiyyətsizlik insanı çox kirlədir.
Bacı-qardaşlarımız özlərini sıxmadan dürüstcə Allaha yaxınlaşsınlar. Səmimi baxanda dərhal Allahın gücünü görərik. Bu qədər ağla sahib Gücə güvənmirsən anana atana niyə güvənirsən? Allahın yaratdığı anana atana güvənib Allaha güvənməmək şeytani xəstəlikdir. İnsan bu xəstəlikdən xilas olduğunda Allahın insanlara lütfü dərin sevgidir. İmtahan və əziyyət də sevginin bir parçasıdır. Sevdiyin üçün əziyyətə səbir etmək zövqlüdür. Allah heç bir insana qaldıra bilməyəcəyi yük və əziyyət vermir.
Mən yalnız Qurana tabe oluram. Azadlıq mənim xoşuma gələr. Qadın olsun, kişi olsun azad olması gərək. Təzyiq insanın düşünmə bacarığını, müəllif gücünü, yaradıcılığını yox edər. Sevincini qaçırar, şövqünü qaçırar, danışma qabiliyyətini pozar. Quran dünyaya Allah tərəfindən təqdim edilmiş azadlıq nemətidir, azadlığın kitabıdır. Quran qədər insanlara azadlıq təqdim edən heç bir sistem, heç bir inanc, heç bir əxlaq anlayışı yoxdur.
Qısqanclıq, qarşısındakı insanın əlindən nemətin getməsini istəməkdir. Qısqanc insan qarşısındakına yaxşılıq gələndə üzülər, pis nə isə gələndə sevinər. Bu, çox böyük əxlaqsızlıq və zülmdür. Allahın gizli elmi vardır. Qısqanılan insan daha bərəkətli, canlı və diri olur, qısqanc olan isə solğun, yorğun və çökmüş olur.
Kişiləri qadınlara qarşı nifrət oyadan tərbiyə verdilər. Qadının insanla heyvan arası məxluq olduğunu təlqin edərək insanları öyrədirlər. Qadınları da, "sən nöqsanlısan, yarım varlıqsan" deyə öyrədirlər. "Səni ərin döyər, döyəndə əsəbləri soyuyur, heç vaxt şikayət etməyəcəksən" deyirlər. Bunu da Peyğəmbər söylədi deyirlər. Peyğəmbər əsla belə çirkin şey söyləməz. Elə səhv təhsil verirlər ki, Allahın ən gözəl nemətlərindən biri olan qadınlara dəyər verə bilmir, onları sevə bilmir və hörmət göstərmirlər.
İslam ölkələrində ən böyük təhlükələrdən biri münafiqlərdir. Münafiq özünü namuslu, ağlı başında, İslamı yaşayan biri kimi göstərir. Amma əməl etdiyi İslam deyil öz başına görə yaratdığı şəriətdir. Münafiqin dinində Quranın 99%-i yoxdur.
Müsəlman xeyirdə tələskəndir. Xeyir təxirə salınmaz. Şeytan gözəlliyin və yaxşılığın təxirə salınmasını istəyir. Mərhəmət göstərəcəksən, təxirə sal deyər. Bağışlayacaqsan, təxirə sal deyər. Şeytan həmişə ağırtərpənəndir. Müsəlman isə yaxşılığı dərhal həmin an edər.
İnsanı Allahın ruhu olaraq görmədikləri üçün hörmət də göstərmirlər. Ya təkamüllə meydana gəlmiş varlıq olaraq görür ya da ənənəçi sistemin təsiriylə qadınları yarım varlıq olaraq görürlər. Belə cəmiyyətdə kimsənin heç kimə hörməti qalmaz. Hörmətin meydana gəlməsi üçün Quran əxlaqı lazımdır.
İman çətin deyildir. İnsanlar özlərinə hər şeyi çətinləşdirir. Allah insanlara asanlıq diləyər. Din asandır, iman asandır. Çətinləşdirmək insanın özünə etdiyi əziyyətdir.
Həqiqi eşqi Allaha yaxşı konsentrasiya olduğumuzda taparıq. İnsanlarda Allah əleyhinə düşünmə meyli yüksəkdir. Bu bir çox insanın fərq etmədiyi bəladır. Bir insanı qaş-qabaqlı görəndə bilin ki, Allahın əleyhinə düşünür. Allahın lehinə düşünən birində heç vaxt qaş-qabaqlılıq, qeyri-sabitlik, inadcıllıq, paxıllıq olmaz.