Darvinistlər bu inadkar məqsədlərindən imtina etsinlər, ölkəyə zərər verirlər. PKK-ın ideologiyası da Darvinizm ideologiyaları ilə eynidir.
Mehdi (ə.s) gələrkən şəfqət, hüzur, xoşbəxtlik gələcək. Darvinistlər, bu sizin sevinc duyduğunuz bir şeydir.
Darvinistlər, bütün kainatı Allah yaratdı. Bu sizin üçün gözəl bir şeydir. Sonsuz Üstün bir Ağılın idarəsi altındasınız.
Dawkins belə etiraf etdi, zülalın varlığı üçün çox üstün bir ağıl lazımdır.
Təkamül nəzəriyyəsini bəzi Müsəlmanlara inandırıblar. Biz olmasaq bu oyunla Müsəlmanları tarix səhnəsindən siləcəkdilər. Biz Quranda təkamül olmadığını bütün dünyaya göstərdik.
Axır zamanın dəccalı olan Darvinizm bütün dünyanı örtmüş, insanları təsiri altına almışdır. Qardaşlarımız təhlükənin fərqində olmalıdırlar.
Darvinizm şeytanın insanlara lağ etməsidir.
Müsəlmanların sürətini kəsmək üçün "Darvinizm yoxdur ki" deyirlər. Kiçik bir dünyada yaşayır, amma Darvinizmin hakimiyyətini görmürlər.
“Darvinizm təhlükəsi varmı? “ deyirlər. Bir professor çıxsın “yox” desin görək nələr olur.Dünya ölkələrinin heç birində Darvinizm keçərsizdir deyilmir. HEÇ BİR ÖLKƏDƏ heç bir dövlət vəzifəlisi "mən Darvinizmə qarşıyam" deyə bilmir. Madam Darvinizm yoxdur, o zaman bunlar nədir ?Morokko, Tunis, Əlcəzayır kimi İslam ölkələrində belə bütün dövlət quruluşu Darvinizm prinsipləri əsasında qurulmuşdir. Misir xalqı böyük təzyiqlər altında yaşayır. Bütün hökumət Darvinizmi müdafiə edir. Digər ölkələrdə də elədir. Bir qisiminin imanları zəifdir, Allahın yaratmış ola biləcəyinə ehtimal edə bilmirlər.
" ÜMUMİYYƏTLƏ, DARVİNİZM YOXDUR" DEYƏNLƏR DARVİNİST DÜŞÜNCƏDƏ OLANLAR OLUR. Belə adamlar Müsəlmanların həssaslığını qırmaq, bu mövzudakı mübarizəni ortadan qaldırmaq üçün çalışan Darvinist zehniyyətli kəslərdir. Ümumiyyətlə,belələri cahil olurlar. Soruşsaq ki" Darvinizm ilə əlaqədar nə bilirsən" heç bir şey bilməz. Onlar yalnız evinin ətrafındakı mühit ilə maraqlanarlar. Kamboça, Morokko, Tunis, Misir, Çin kimi ölkələr o insan üçün maraqlı deyil .
Bu pis əməli "etmə!" demək kifayət etmir. Bir insana "spirt içmə" demək bir fayda verməz. ƏSAS HƏLL bunların təməlini ― DARVİNİZMİ ORTADAN GÖTÜRMƏKDİR, ALLAHın HÖKMLƏRİNİ, İMAN HƏQİQƏTLƏRİNİN GÖZƏLLİYİNİ GÖSTƏRMƏKDİR. O zaman insan onsuz da spirtin içilməməsi lazım olduğunu özü görər. Bunu biləndən sonar çəkinmək daha asan olur.
DƏCCAL CAHİLLƏRİ ALDADAR. Qəzetdə iki sətir yazı oxuyur "biz meymundan əmələ gəlmişik demək ki" deyir. Sonra onu razı salmaq mümkün olmur. Ona görə Darvinizmdən dünyanın xəbəri yoxdur demək doğru deyil. İndi Darvinizm bütün dünyaya yayılmış vəziyyətdədir.
Darvinizmə qarşı iki əhəmiyyətli dəlil var: Birincisi zülalların və xromosomların təsadüfən meydana gələ bilməməsi, ikincisi də qalıqlar. Axtarırlar bir dəlil tapmırlar, qalıq yoxdur, zülal da meydana gələ bilmir. Artıq mövzu demək olar ki bağlanmış vəziyyətdədir. Demək ki, Yaradılış bir həqiqətdir!
DARVİNİZM BİR ÇOX ÖLKƏDƏ DÖVLƏT TƏRƏFİNDƏN BÜTPƏRƏST BİR DİN OLARAQ TƏBLİĞ EDİLİR. Darvinizm insanların 99%-ni dinsiz edən bütpərəst bir inancdır. Bu fitnəyə qarşı Allahın varlığının dəlillərini tam təqdim etmək lazımdır.
Müsəlmanların təkamülü çürüdən əsərləri yaymaları həyati bir mövzudur.
Allahdan qorxmayanlara xurafatçılıq içində artistlik edərək din izah edilmir. Yalnız içi titrəyərək qorxu hissi keçirənə izah edilir. Digərlərinin əvvəl bütünə zərbə vurmaq lazımdır. O bütü qırmadan fəxr etmək olmaz. Birdən əli-üzü sürüşər, çünki çox pis təsir edər. Bax buna görə ƏVVƏL DARVİNİZMİ MATERİALİZMİ ÇÖKDÜRMƏK LAZIMDIR. BÜTSÜZ QALAR VƏ BİR ANDA İMANA AÇIQ HALA GƏLƏR.
Hər şeyin təsadüfən olduğuna inanmaq bir zülmdür. Təsadüf meyvələrə bu qədər gözəl qoxu bəxş edə bilərmi? Əsla edə bilməz!
Təkamülçülər konfranslarında elmi izah edə bilməzlər, sadəcə ehtimallar edərlər.
Zülalın təsadüfən meydana gəlməsi əsla mümkün deyil. Darvinistlər komadakı adamdan mədət uman hala gəldilər.
Daukins fərarilikdə axtarılır! Qarşılıqlı görüşmək üçün İngiltərədə elan verdik. Yarım saat da yetərli dedik. İbtidai məktəb uşaqları ilə, rahiblərlə, hahamlarla mübahisə edir, amma bura gəlmir. Çünki elmi olaraq mütləq məğlub olacağını bilir.
Əsl olan ruhdur. Keçmişdə insana həqiqətən bənzəyən çox müxtəlif meymun növləri yaşaya bilər. Bunları çıxarıb göstərirlər. Halbuki, BİR İNSANIN İNSAN OLMASI ÜÇÜN LAZIMLI OLAN ŞEY RUHDUR. Ruha sahib olmayan, lakin insana bənzər canlılar yaradılmış ola bilər. Lakin insana ruh verilmişdir. NƏYƏ BƏNZƏDİYİ ƏHƏMİYYƏTLİ DEYİL, ƏGƏR RUHU VARSA O İNSANDIR. İnsan ruha sahib olduğundan "mən mənəm" deyən, beynində bir görünüş yaradıldığını qavraya bilən bir varlıqdır .
Dünyada heç bir dövlət başçısı çıxıb təkamülə qarşıyam deyə bilməz. Çünki Darvinist diktatorluq dünyanı acı-acı inlədir. Bunun digər adı dəccaliyyətdir.
Zülallar təsadüfən meydana gələ bilmir, nə qədər istəsən axtar qalıq da yoxdur... Darvinistlər, o zaman nə səbəbə hələ danışırsınız?
Cənnətin taxtları təkamüllə qurulmadı, Allah yaradır. Hər mebeli, hər paltarı Allah yaradar.
Təsadüf ən məntiqsiz izahdır. Darvinistlərə "Eynşteyn necə oldu?" deyirsən, "palçıqlı suların təsadüfən bir araya gəlməsi ilə" deyir. Elm adamları da elektron mikroskopunun başına keçib "biz palçıqlı sudan necə meydana gəldik" deyə baxırlar. ŞEYTAN İNSANLARIN 99/100-na BU OYUN İLƏ TƏSİR EDİR, ONLARLA AÇIQ-AŞKAR OYUN OYNAYIR .
Hal -hazırda şeytan vədini təsdiqlədi, həqiqətən insanların 99/100-u təkamülə inanacaq vəziyyətdədir. Şeytan özü də bu qədər asan şəkildə necə tələyə düşdükləri üçün çaşır.
Darvinist materialist sistem yalnız ağrı-acı, qorxu və çaxnaşma gətirər.
Bir Darvinistə də beynindəki məlumat köçürülür, onun xaricində Darvinin də heç bir şey söyləməyə gücü yoxdur. Darvin azad düşüncəsi ilə bunu edir kimi görünür, amma o da beynindəki mərcimək qədərlik bölgənin xaricinə çıxa bilməz. Bu böyük bir həqiqətdir, amma çox az insan bilər.
Darvinistlərin təsadüf iddialarına insanları inanmaları möcüzədir. Hansı insan təsadüfə inanar? TV təsadüfən oldu desək inanarmı? Halbuki, TVdə beyinlərinin içində yaradılar. Çöldə gördüklərini zənn etdikləri insanlar əslində tamamilə beyinlərinin içində yaradılar. O görünüşü də insanların beyinlərində Allah meydana gətirər. Darvinistlərin ağılının gücü çatmayan əsl mövzu elə məhz budur.
Şeytan "hər şey təsadüf" deyir; "atomlar, hormonlar, hüceyrə, siz də təsadüfən meydana gəldiniz" deyir. "Təsadüfən meydana gələn bu insanlar bütün şəhərləri meydana gətirdi" deyir. Bəziləri də "doğru söyləyirsən, ey şeytan" deyirlər. ŞEYTAN DÜNYANIN 99/100-na BÖYÜK BİR OYUN OYNADI, ONLARI ƏLƏ SALDI, ONLARI HİPNOZ ETDİ, TƏLQİN ETDİ VƏ ONLARI İNANDIRDI .
Təkamül canlıları bəzəyib gözəl edə bilməz, onlarda simmetriya və estetik yarada bilməz.
Qardaşlarımız təkamül mövzusunda mütəxəssisləşib hər yerdə təkamülün etibarsızlığını izah etsinlər. BÜTÜN QARDAŞLARIMIZ KONFRANS VERƏCƏK QƏDƏR TƏKAMÜLÜ ÖYRƏNSİNLƏR.
Kim Darvinizmin etibarsızlığını izah edirsə, ondan narahat olan da çox olar.
Hər qəhvəxanada bir Yaradılış Atlası olsun.
Allah dünyanı dinsiz etdi. Həm də ən gülünc, ən məntiqsiz, ən ağlasığmaz nəzəriyyə olan təkamül nəzəriyyəsi ilə. Bu iddianın mənşəyi nədir deyə soruşursan "kainatın yaradıcısı təsadüflərdir" deyir (Allahı tənzih edərik). Allah, insanların 99%-nə bax belə mümkünsüz, ən ağılsız inancı qəbul etdirdi.Allah insanların nə qədər aciz olduqlarını göstərmək üçün bunu etdirdi . Təsadüfə inanmaq orta səviyyəli zəka sahibinin belə qəbul edəcəyi bir şey deyil.
Mutasiya simmetriya ilə əlaqəsizdir, Darvinistlər də simmetriyanı açıqlaya bilməzlər.
Darvinistlər ən çox insana əhəmiyyət verdikləri üçün insanın təkamülünü sürətləndirmişdilər. Lakin heç portağalın qabığının təkamülünü izah etməzlər. İnsanı meymun halına gətirmək istədikləri üçün insanın yaranmasında böyük yalanlardan istifadə edərlər. Bir anda, çox qısa bir müddət içində, "Alice Möcüzələr Ölkəsində"ki kimi cildə girərək insana çevrildi deyirlər. Bir tək insanın təkamülündə bu üsuldan istifadə edirlər. Bunun səbəbi insana bənzəyən bəzi heyvanların olmasıdır. Qardaşlarımız ağıllı nəzərlərlə baxsalar, bunu dərhal anlaryarlar.
Darvinizmin məqsədi insanların imanını əllərindən almaqdır. Darvinistlər gecə-gündüz bunun üzərində çalışaraq 99% insanların imanını əllərindən almışdılar. Ən böyük məsələnin iman məsələsi olduğunu da burdan anlayırıq.
Bütlər insanı narahat edir. Bütlərin olduğu yerdə namaz qılınmaz. Ona görə Darvinizm bütünün də qaldırılması lazımdır. Dövlət leninist, kommunist, faşist sistemin mənşəyi olan Darvinizmi dəstəkləyərsə, bu, yaxşı nəticələnməz. Bunun tam qarşılığının verilməsi lazımdır.
Biz xəyali bir müzakirə edilməsini istəmirik, biz elmi bir qiymətləndirmə edilməsini istəyirik. Zülallar təsadüfən meydana gələ bilərmi? Təkamülü isbat edən qalıq varmı? Bunu göstərmələrini istəyirik. Bunları göstərməzlərsə, bu, xalqı səhv istiqamətləndirmək mənasına gəlmirmi?
Əgər Darvinist təbliğata qarşı heç bir cavab reaksiyası vermirsənsə bu doğru deyil. Belə olan halda terror qapısı sonuna qədər açılar. Terrorun qapısını darmadağın etmək üçün Darvinizmə hücum etmək lazımdır. Bu vəbanı mütləq qurudacaq və dayandıracağıq.
Dövlət televiziyalarında bizim pulumuzla bizə pagan dinini (Darvinizmi) izah etmələrini istəmirik. Biz müasir elmin dəlillərini istəyirik.
Bölünməyi istəməyən Darvinizm təbliğ etməsin. Bu yurdun sonu imanlı nəsilin olacaq.
Gənclər Darvinizmin çökməsini çox yaxşı öyrənsələr, təbliğ üçün çox yaxşı usta olarlar. Mehdiyyəti çox yaxşı qavrasınlar. İnsanların inanıb inanmamasının üzərində dayanmasınlar, şüur altında mütləq inanacaqlar. Allah iman etmədikləri üçün deyil, "zülm və mütəkəbbirlik səbəbindən inkar etdilər" deyir. Zülm və böyüklənmə ortadan qalxdığında vicdanlı şəkildə dərhal qəbul edərlər.
Zülal bütün insanlardan daha ağıllıdır, təsadüfən meydana gəlməsi, təsadüfən var olması mümkün deyil. Bunu iddia edənlər Allahın hüzurunda təsadüfi iddialarını açıqlaya bilməzlər.
Hal-hazırda dünyada təkamül yayıldığı üçün, elmi cadu ilə qarışdırırlar. İnandırmaq və təlqin qabiliyyətini artıraraq bu düşüncələri yayırlar. Bolluca izah və təlqindən istifadə edirlər. Televiziyalarda həmişə eyni şeyləri söyləyir, daimi saxta dəlilləri təqdim edirlər. Xəbərlərdə, "aralıq fosil tapdıq" "zülalın təsadüfən meydana gəldiyinə dair elmi dəlil tapıldı" deyirlər. Hamısı yalandır, amma bir sehr təsiri göstərir. Baxırıq, ən cahil adam belə darvinist olur. Konqodakı bir insana "necə yaradıldın?" deyirsən "təkamüllə" deyir. "Haradan eşitdin bu haqda?" deyirsən, " Konqo radiosunda" deyir. Ustad (Bədiüzzaman) deyir ki, bu taun, inandırma qabiliyyəti ilə əmələ gəlir. Elə buna görə də buna böyük bir cavab verilməsi lazımdır.
Əgər insan təsadüflər nəticəsində yaradıldığına inansa, qloballaşmağa da inanar, amma Allaha ürəkdən inansa qloballaşma itirər. Bizi qloballaşma deyil, Allah idarə edər. "Qloballaşma həqiqətini"ni yaradan da Allahdır və onun heç bir gücü və təsiri yoxdur.
Yaradılış həqiqəti bir okean, darvinistlərin nəzəriyyəsi olan təkamül isə tək bir damladır. Lakin onu da buxarlandırdıq.
Darvin deccaliyyəti təmsil edən adamdır. Peyğəmbərimiz (s.ə.v), Dəccalın zamanında, ateizmin dinsizliyin bütün dünyaya hakim olacağını, kilsə və sinaqoqların qalmayacağını, Allahın adının xatırlanmayacağını, dünyada sel kimi qan axıdılacağını, yaxşı insanların pis kimi tanınacağnı söyləyir. İnsanların əksəriyyətinin Quranı bir həyat kitabı kimi qəbul etməyib, Quranı tərk edəcəklərini söyləyir.
Bundan əvvəlki nəsil çox inanmışdır Darvinizmə. Ona görə Quranda "Ataları xəbərdar edilməmiş" (Yasin Surəsi, 6) ifadəsinə diqqət çəkir Allah. O dövrün köhnəlmiş məlumatının təsirində qalıblar. Amma hal-hazırkı vaxtda internetin və elm sahələrindəki inkişafların təsiriylə, yeni nəsil Darvinizmə inanmır. Hz. Mehdi (ə.s) atalarından qalan materialist anlayışı fikri mübarizə ilə məğlub edəcək.
"Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər." (Yasin Surəsi, 10) deyir Allah. Yəni "nə qədər dəlil göstərsən də nə qədər elmi fakt göstərsəndə, izah etsənsə də, bir çoxunun başı daş kimidir qəbul etməzlər. Nə edirsən et, mən onları qavramayacaq tərzdə yaratdım" deyir Allah.
Darvinistlərin, materialistlərin bir qismi qürurundan, bir qismi isə məcburiyyətdən, onlara göstərilən təzyiqdən inanmırlar. "Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər" deyir Allah. Necə ki, daşa bir şeyi izah etsən də bir reaksiya verməz, heç təsirlənməzlər deyir Allah.
Təkamülçülər hər şey mutasiyalarla təsadüfən meydana gəlir deyirlər. Allah axirətdə təsadüflərin necə bir dünya əmələ gətirdiyini göstərir onlara. Orada onlar üçün qışqırıb-yalvardıqları, qarışıqlıq, ağrılı bir mühiti olacaq onlar üçün.
Darvinizm, materializm atomun ağıllı maddə olduğuna inanan dindir. Bu ağılla şüursuz atomların bir yerə toplanıb görməyi, eşitməyi, dadmağı meydana gətirdiyinə inanan bir dindir bu. Şümerlerden və hətta daha qədim dövrlərdən qalan bir dinidir Darvinizm.
Hz. Musa (ə.s)ın ilk dəfə ortadan qaldırdığı batil din, məhz təkamül inancı idi. Bu əsrin sehrbaz elm adamları da, elə Darvinist elm adamlarıdır.