İslam aləmində ağrıların bitməsinin tək yolu Müsəlmanların ittifaqıdır. Bəzilərini lənətləmək, qınamaq problemin həlli deyil. Həll yalnız Türk İslam Birliyidir.
Bu əsr Hz.İsa (ə.s)ın, Hz.Mehdi (ə.s)ın, İslam Birliyi əsridir. AVROPA BİRLİYİNƏ, TÜRK İSLAM BİRLİYİNİN LİDERİ KİMİ GİRƏCƏYİK.
"Mehdiyyəti izah etmək üçün bu qədər tələsməyə nə ehtiyac var, onsuz da imanlı olmaq yetərli deyilmi?" deyirlər. ALLAHIN "AYRILIB DAĞILMAYIN" ƏMRİ İSLAM BİRLİYİDİR. Onun başındakı adama Hz. Mehdi (ə.s) deyirik. Müsəlmanlar başsız olmaz. Bir yerdə namaz qılınır, amma digər yerdə qadınlara təcavüz edilir, müsəlmanların cəsədlərinin qulaqları kəsilir. "Mən onsuz da namazımı qılıram, o zaman Mehdiyyətə nə ehtiyac var" demək olmaz.
ƏN BÖYÜK CİHAD İSLAM BİRLİYİdir. BUNU ETMƏYİB "SƏHƏRƏ QƏDƏR TƏSBEH ÇƏKİRƏM" DEYİR. BU MƏNTİQDƏ TƏSBEH ÇƏKƏ-ÇƏKƏ CƏHƏNNƏMƏ GİRƏRSƏN. Cənabı Allah "Şeytan sizi Allah ilə aldatmasın" deyir . Dünyada bir çox yerdə müsəlmanlara təcavüz edilir, Minlərlə müsəlman şəhid edilir. İslam Birliyinə qarşı mütəşəkkil bir iş görülür. Bunu necə gözardı etmək olar?
Axirətdə "Dəccala qarşı müsəlmanlarla birlikdə hərəkət etdin mi?" deyildiyində "tək başıma hərəkət etdim" mi deyəcəksən? O zaman cəhənnəmə gedə bilərsən. Dəccal belə mütəşəkkil hərəkət edir. ALLAH SAF BAĞLAYARAQ VURUŞANLARDAN BƏHS EDİR. Ayrı-ayrılıqda hərəkətin məğlub olacağı müəyyən deyilmi?
Hər birliyin bir lideri vardır, axır zamanda Türk Milləti liderdir. PEYĞƏMBƏRİMİZ (S.Ə.V) VƏZİFƏNİN TÜRKLƏRDƏ OLDUĞUNU SÖYLƏYİR. TÜRK MİLLƏTİNİN LİDER OLMASI İRQ ÜSTÜNLÜYÜNƏ SÖYKƏNNMİR. Hamımız Hz.Adəm (ə.s)ın övladıyıq, bir ailənin uşaqlarıyıq. İrq üstünlüyü mümkün deyil.
Türk-İslam Birliyi qurulduqda bütün ölkələr yenə ayrı dövlətdir. Amma xalqlarda elə bir Hz. Mehdi (ə.s) sevgisi olacaq ki, bir yerdə olacaqlar. Bir yerdə Hz. Mehdi (ə.s)ın dediklərinə əməl edərlər. Və bunu sevgi ilə edirlər. MEHDİYYƏT SEVGİNİN, COŞĞUNUN BAYRAM HAVASINDA DÜNYAYA HAKİMİYYƏTİDİR.
TÜRK İSLAM ALƏMİNİ DAYANDIRA BİLMƏZLƏR. İraq işğal edildi, xalq daha da dindar oldu. Əfqanıstan işğal edildi və daha dindar oldu. Demək ki, təzyiq əks təsir göstərir. Türk- İslam Birliyini də dayandıra bilməyəcəklər. O biz istədikdən sonra reallaşacaq.
İslam Birliyi Allahın əmridir, Peyğəmbərimiz (s.ə.v)ın vəsiyyətidir.
2011-ci ildə SÜRƏTİMİZ BİR XEYLİ ARTACAQ. İndi bütün dünya gərginlik içindədir. İslam Birliyi buna son verəcək. Hz. Mehdi (a.s)ın çıxışı üçün bütün Müsəlmanların dua etməsi lazımdır. Allah qədərdə duanı vəsilə etmişdir. HZ. MEHDİ (Ə.S) ÜÇÜN DƏ MƏSİHİYYƏT ÜÇÜN DƏ DUA ÇOX ƏHƏMİYYƏTLİDİR.
HEÇ BİR DÖVLƏTİN YIXILMASINI İSTƏMİRİK. HEÇ BİR MİLLƏTİN YOX OLMASINI İSTƏMİRİK. Bunu istəmək çox anormal bir hərəkət olar. Onlar üçün hidayət, gözəllik, zənginlik, bərəkət, bolluq istəyirik. Bu Rusiya üçün də etibarlıdır, Çin üçün də. Türk İslam Birliyi bunu təmin edəcək.
Müsəlmanları parçalamağa çalışanlara etibar etməsinlər. MÜSƏLMANLARIN BÖLÜNMƏSİ HARAMDIR. Allah Quranda tək bir mömin birliyindən bəhs edir.
Qardaşlarımız hər təhqirə İslam Birliyi ilə əlaqədar olan ayə ilə cavab versinlər . ŞEYTANA ŞEYTANIN AĞIZIYLA CAVAB VERİLMƏZ. QURANın NURUYLA CAVAB VERSƏNİZ ŞEYTANI MƏHV EDƏRSİNİZ.
İslam Birliyi ən böyük fərzdir, tez bir zamanda reallaşdırılmalıdır.
Türk-İslam Birliyi ilə fanatizm gələcək zənn edirlər. Halbuki, Türk İslam Birliyinin meydana gələcəyi dövr gənclərin bayram sevinci içində yaşadıqları bir dövrdür, aydın bir dövrdür.
İslam Birliyi yalnız sünnilərin deyil, bütün İslam aləminin birliyidir. İslam Birliyi bütün İslam aləmini bir yerə toplayan bir sistemdir.
Süfyan əvvəl çıxar, Hz. Mehdi (ə.s) onun təxribatını təmir edər. Süfyan istəmədən Hz. Mehdi (ə.s)a zəmin hazırlayar. Süfyan olmasa, Hz. Mehdi (ə.s)ın mübarizə zəmini olmazdı. Süfyan mənfi gücüylə, Hz. Mehdi (ə.s) isə müsbət gücüylə xidmət edər.
Müsəlmanları vacib olmayan mövzularla məşğul etmərəm, İslam Birliyi ən zəruri mövzudur.
Qurana tam sarılsaq, səmimi olsaq, İslam dünyaya hakim olar. Allahın razılığı İslam Birliyidir.
Mehdiyyət, Allah tərəfindən dəccala qarşı göndərilmişdir.
İslam əxlaqı dünyaya hakim olduqdan sonra savabların dərəcəsi aşağı düşər, çox azalar.
Mehdiyət olmadan islam Birliyi də olmaz. İslam ölkələri birləşməz. Şiə olan İran, Sünni bir liderin liderliyini qəbul etməz. Sünni bir ölkə də, şiə bir liderin liderliyini qəbul etməz. Belə bir vəziyyətdə islam birliyi qurula bilməz. Amma Hz. Mehdi (ə.s)ı, şiə də qəbul edər, sünni də, bektaşi də, vəhabi də qəbul edər, xristian da qəbul edər, yəhudi də qəbul edər. Çünki Hz. Mehdi (ə. s)ni xristianlar da, yəhudilər də gözləyirlər.
Quranı, İslamı və əsri səadət müsəlmanlığını yaşayacağımız İslam Birliyi, Türk İslam Birliyinə aid bir dünyanı, əzə - əzə reallaşdıracağıq. Biz, bizə aid olan bu dünyanı, "qloballaşma həqiqətinə" baxmayaraq, elmlə, ağılla, savadla quracağıq.
Türk- İslam Birliyinin də qarşısını hal-hazırda heç cür ala bilmirlər hal-hazırda. Amma səy göstərməsəniz, tamamilə passivləşmiş, durğun, varlanmaq, yan gəlib yatmaq istəyən, qorxaq, ürkək, bezgin, idealı iddiası olmayan, axirət inancından şübhəyə düşmüş, qloballaşmağa tapınan, yazıq bir insan birliyini meydana gətirməyə çalışarsınız, buna əsla icazə verə bilmərəm.
İslam Birliyi, dünyadan təcrid olmaq üçün deyil, dünyanı himayə etməyə gəlir. Türk İslam Birliyi bütün dünyanı himayə edəcək. Ən gözəl həyat tərzi İslam Birliyinin meydana gətirəcəyi həyat tərzidir.
Hal-hazırda hər kəs səksəkədədir, qorxu içindədir, insanlar heç kimə güvənə bilmirlər. İslam Birliyi qurulandan sonra gecə hər kəs istədiyi kimi küçələrdə gəzər. Birinin qapısına vursan "mən Allah qonağıyam" desən dərhal onlara qonaq olarsan. Rahatlıq təhlükəsizlik olar.
Bütün dünyada zənginlik ,bolluq olacaq, mallar ədalətlə bölüşdürüləcək. İslam Birliyi budur. Biri limuzində gedərkən, bir xidmətçinin zibillikdə yemək axtarması bizi xoşbəxt etməz. Mehdiyyət bunu aradan qaldıracaq.
Elm və sənət İslam Birliyi ilə yüksək inkişaf mərhələsinə çatacaq . Hal-hazırda çoxda estetik baxımdan uğurlu olan binalar inşa edə bilmirlər. İçlərinə ilham gəlmir. Mehdi dövründə o zövqü anlayacaq məmnun olacaq insanlar da yetişəcək. Çünki sırf sənətin olması bir şey ifadə etmir. Sənətdən zövq alan insanların da olması şərtdir. Sənət elm ən yüksək inkişaf nöqtəsinə çatacaq, xəstəliklərə çarə tapılacaq İnşaAllah. Tibdə böyük bir inkişaf olacaq.
Hz. Mehdi (ə.s) bütün məzhəbləri qaldıracaq. Ələvi, Sünni, Şiə hamımız qardaşıq. Türk İslam Birliyi yaradıldığında coşğulu bir qardaşlıq olacaq.
De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər” (Məryəm Surəsi, 75) Allah keçmişdəki azğın qövmlərə də şans vermişdir. Allah, Darvinizmə də 150 illik uzun bir vaxt şansı verdi. Özlərinə vəd ediləni, Mehdini, İslamın yüksəlişini, Türk İslam Birliyini görəndə, öz ordularının heç olduğunu anlayacaqlar.