Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 18 iyul 2017> Click for more

Turizm, incəsənət və keyfiyyətin artması ilə inkişaf edər. İnsanlar həmişə gözəllik axtarar.

Adnan Oktar deyir ki... 24 may 2017> Click for more

Tibb fakültələrinə xaricdən elm adamlarının, professorların gətirilməsi təhsildə keyfiyyətin artırılmasında təsirli ola bilər.

Adnan Oktar deyir ki... 23 may 2017> Click for more

Ənənəçi ortodoks qardaşlarımız süni qanunlarla sanki özlərini öldürmüş vəziyyətdədirlər. Dinsizliyin özlərini əzmələrini asanlaşdırıblar. İncəsənət, elm, keyfiyyət olmadıqda başdan məğlub vəziyyətə düşürlər və əzilmələri çox asanlaşır. Qadının azad olmayacağına musiqi, incəsənət, heykəltəraşlıq olmamasının lazım olduğuna o qədər özlərini inandırıblar ki, gözəllik gördükdə əks rəftar göstərirlər. Ənənəçi sistem özlərinin də tabe olmadığı minlərlə qanun qoymuşdur və Allahın cənnət gözəlliyi olaraq təriflədiyi bütün gözəlliklərə qarşı çıxar.

Adnan Oktar deyir ki... 22 may 2017> Click for more

Allah sevgisi olduğu zaman insan hər şeyin ən gözəlini axtarar və ən gözəlini etməyə çalışar, bu vaxt həyat çox keyfiyyətli olar.
Bütün dünya dəccaliyyət tərəfindən qəfəs halına gətirildi, min bir cür lazımsız qanun ilə insanlar mərhəmətsizcə əzilir, gənclər nəfəs ala bilmir. Cəmiyyətin minlərlə çoxsaylı qanunu insanların xoşbəxtliyini, yaşama sevincini əllərindən alır. Təkcə funksional şeylərlə yaşayır, keyfiyyət axtarmırlar.
Gözəlliyin ən gözəlini əldə etməyə keyfiyyət deyilər. Keyfiyyətli insan da sevməkdən və sevilməkdən xoşlanan, gözəlliyə aşiq olan varlığa deyilər.

Adnan Oktar deyir ki... 21 may 2017> Click for more

İncəsənət, gözəllik, estetika axtarmadan paltarın, evin, mebelin təkcə funksional olmasına əhəmiyyət vermək çox böyük çatışmazlıqdır, keyfiyyət yoxluğudur.

Adnan Oktar deyir ki... 18 may 2017> Click for more

Bütün gənclərin canının yandığı məsələ sevgisizlikdir. Gözəlliyi görə bilməmələri, axtardıqları keyfiyyəti tapa bilməmələri çox canlarını yandırır.
Keyfiyyət üçün çox pula ehtiyac yoxdur. Keyfiyyət könül məsələsidir. İnsan kənddə yaşayar, lakin evin qarşısına gül əkər, təmizləyər, ətrafı tərtəmiz keyfiyyətli olar.
İman olmadan sevginin, keyfiyyətin və gözəlliyin mənası olmaz. İman da iman həqiqətlərinin izah edilməsi, darvinizmin yox edilməsi ilə yaranar.
Keyfiyyəti bilməyən bir insana içində olduğu vəziyyətin vahiməliyini və nə qədər xoşagəlməz olduğunu izah etmək çox çətin olur. Keyfiyyətsizlik fəlakətdir.
Bəzi insanlar həyatın demək olar ki, heç bir sahəsində keyfiyyət axtarmır, təkcə yaşamağa çalışırlar. Bu çox dəhşətli haldır. Həyatın çökməsi deməkdir.
Avropanı əsil narahat edən keyfiyyətsizlikdir. Heykələ, rəsmə, musiqiyə düşmən insanları öz həyatlarının içində görmək istəmirlər. Bəzi həqiqətləri anlamazlıqdan gəlmək vaxt itkisinə səbəb olur. Türkiyədə təcili surətdə Keyfiyyət Nazirliyi yaradılmalıdır. Dövlət keyfiyyəti təşviq etməlidir.

Adnan Oktar deyir ki... 17 may 2017> Click for more

Mehdiyyət bütün dünyanın qidasıdır. Mehdiyyətin sevgi, iman, keyfiyyət ruhu olmadan dünya ayaqda qala bilməz.
Mədəniyyət və incəsənət həyatın gözəlliyidir. İnsanın ruhundakı cənnət həsrətidir. İncəsənət, keyfiyyət və sevgi yoxdursa həyatın mənası qalmaz.
İncəsənət, mədəniyyət və keyfiyyət çatışmazlığı Türkiyənin ən mühüm problemlərindən biridir. Mədəniyyət və incəsənət, təkcə keyfiyyət sayəsində inkişaf edər. Keyfiyyət möminin cənnət həsrətindən irəli gələr. İncəsənət və keyfiyyət iman sevgisi ilə yaranar.
Qərb öz aləmində bölgədə mövhumatçılığa qarşı çıxan, qadın hüquqlarını müdafiə edən, müasir strukturun PKK olduğu qənaətindədir və buna görə də, PKK-nı dəstəkləyir. Bu qənaət doğru olmadığı halda, PKK Qərb üçün müsəlmanlara qarşı təsirli silahdır. Türkiyə qadın hüquqlarının, keyfiyyətin, incəsənətin mərkəzi olsa, insanların PKK-nı dəstəkləmək üçün əllərindəki bu bəhanə aradan qaldırılmış olar.

Adnan Oktar deyir ki... 16 may 2017> Click for more

Türkiyə ziyalı, keyfiyyətli, ultramüasir struktur yaratsa Qərbin PKK-ya dəstəyi tamamilə aradan qalxar.
Türkiyənin edəcəyi ən gözəl şey qadın azadlığına, incəsənətə, keyfiyyətə üstünlük verdiyini, demokratiyanı sonuna qədər müdafiə etdiyini göstərməsidir.

Adnan Oktar deyir ki... 14 may 2017> Click for more

Hər evin önü çiçəkli, baxımlı olmalıdır. Evlər, paltarlar və hətta insanların bütün həyatları təkcə funksional olur. Tək məqsəd həyatda qalmaq olur. İncəsənət, gözəllik, estetika, keyfiyyət istəyən və həsrət çəkən bir həyat olmadıqda həyatın sevinci və zövqü də olmur.

Adnan Oktar deyir ki... 13 may 2017> Click for more

Keyfiyyət bütün dünyada insanların ruhuna xitab edən duyğudur. Hər insanın şüur altında keyfiyyət həsrəti var.
Zövqsüzlük ürküdücü şeydir. İncəsənət və Keyfiyyət Nazirliyi yaradılıb çox güclü nəzarət həyata keçirilməlidir ki, zövqsüzlüyə imkan verilməsin. İncəsənəti, gözəlliyi aradan qaldırıb təkcə təməl ehtiyacları ödəyib yaşamaq mədəniyyəti hakim olduqda dünya sanki cəhənnəmə dönür.
Türkiyənin etməsi lazım olan şeylərdən biri, darvinizmi elmi olaraq aradan qaldırmaq, ikincisi də ultramüasir keyfiyyətli ölkə olmaqdır.

Adnan Oktar deyir ki... 12 may 2017> Click for more

İncəsənət yox olduqda, sevgi də yox olur. Sevgi yox olduqda gözəllik və mərhəmət də yox olur, yerinə mərhəmətsiz, eqoist, keyfiyyətsiz həyat yayılır.
İman təbliğində gözəllik, incəsənət və keyfiyyət çox əhəmiyyətlidir. Hz. Süleymanın sarayının ehtişamı təbliğdə çox müsbət təsir edirdi.
Müasirliyin, keyfiyyətin, qadın azadlığının sahibi Türkiyə olmalıdır. Türkiyə bu mövzuda nümunə olsa hər kəs Türkiyə ilə dost olar. Türkiyənin çəkdiyi əsas çətinliyin səbəbi müasirliyə, qadın azadlığına dəyər verdiyini vurğulaya bilməməsidir. Bu edilsə Türkiyə əleyhinə olan vəziyyət bitər.

Adnan Oktar deyir ki... 11 may 2017> Click for more

Türkiyə ultramüasir olsa, keyfiyyətə, incəsənətə, qadın hüquqlarına ən yüksək dəyəri versə Avropadakı Türkiyə əleyhinə mövqe və PKK dəstəyi bitər.

Adnan Oktar deyir ki... 27 aprel 2017> Click for more

Əgər Türkiyə qadın haqlarını, incəsənəti, elmi, keyfiyyəti ön plana alıb, Avropadan daha qabaqcıl mədəniyyəti müdafiə etsə, PKK-nı da heç kim dəstəkləməz.
Əgər Türkiyə müasir, incəsənətə, keyfiyyətə əhəmiyyət verən mövqedə olsa, Avropa da Türkiyəni müdafiə edər və dəstəkləyər.
Sevgidən, nəzakətdən, keyfiyyətdən xəbəri olmayan kütlələrin yaranması ehtimalı ciddi təhlükədir. Buna qarşı təhsil səfərbərliyi olmalıdır.

Adnan Oktar deyir ki... 24 aprel 2017> Click for more

Türkiyə incəsənət və keyfiyyətin qalası olsun. Həqiqi Avropa, Türkiyə olsun. Hər kəs qaçaraq Türkiyəyə gəlmək istəsin. Hər yerdə meyvə bağları, salxım çiçəklər, heykəllər, hovuzlar və keyfiyyət olsun. Türkiyəni həqiqi Avropa edək. Buna nail olmaq çox asandır.
Türkiyə çox müasir olmaq məcburiyyətindədir. Həm dindarları çox yaxşı qoruyan, həm də ultramüasir, mümkün qədər azadlıq təmin edən ölkə olacağıq. Tayyib hocam müasir sağın lideridir. Həm dindarları qoruyur, həm də müasir anlayışa sahibdir. Türkiyəni daha da müasirləşdirəcəyik. Millətimiz incəsənətə, gözəlliyə, keyfiyyətə, müasirliyə, dekolteyə qarşı olan bir qrup insanın zehniyyəti ilə deyil, parlaq anlayışla yaşamaq istəyir.

Adnan Oktar deyir ki... 23 aprel 2017> Click for more

İslam əxlaqının dünyaya hakim olması demək, sülhün, sevginin, demokratiyanın, azadlığın, keyfiyyətin hakim olması deməkdir. Bunu hər kəs istəyər.
Biz azadlıqlar, keyfiyyət və demokratiya ilə öz ölkəmizi Avropaya bənzədək, hətta daha üstün hala gətirək ki, bütün dünya Türkiyəyə heyran olsun.

Adnan Oktar deyir ki... 22 aprel 2017> Click for more

Mövhumatçı, sevgisiz, keyfiyyətsiz, hər şeyə düşmən, insanların sevincini əlindən alacaq bir zehniyyətin Türkiyəni qaraltmasına əsla icazə vermərik. Türkiyəni tərtəmiz parlaq gələcək gözləyir. İncəsənət, gözəllik, elm, keyfiyyət düşmənləri boşuna həvəslənməsinlər.
Tayyib hocamın müasir Türkiyəni hədəfləməsi, keyfiyyəti, incəsənəti, gözəlliyi ön plana alması çox gözəl olar. Bəzi reaksiyalar onu heç usandırmasın.

Adnan Oktar deyir ki... 20 aprel 2017> Click for more

İnsanlar keyfiyyət və azadlıq istəyirlər. Qadınların, incəsənətin, həyatın azad olduğunu xalqa göstərmək çox vacibdir. Sahilboyu yaşayış məntəqələri, böyük şəhərlər “bizim azadlığımızı bizə hiss etdirin” deyirlər. Hökumətimiz bu məsələdə lazımi tədbiri görəcək, azadlığı gücləndirəcək.
Sənayenin olması, inşaat işlərinin çoxalması keyfiyyət ölçüsü deyil. Çin də istehsal edir, lakin keyfiyyəti tam olmur. Keyfiyyət əsas ölçü olmalıdır.
Yaxın Şərq və Şərqin ümumi xüsusiyyəti keyfiyyət çatışmazlığıdır. Millət olaraq bunu dəyişdirək. Türkiyə keyfiyyətin, incəsənətin qalası olsun. Türkiyə keyfiyyətin qalası ola bilərmi? deyirlər, olar. Ya Allah, bismillah deyib başlamaq lazımdır. Sonrası, arxası kəsilmədən gələr inşaAllah.

Adnan Oktar deyir ki... 19 aprel 2017> Click for more

Sərt və gərginlik üslubundan çəkinilsə, incəsənətə, keyfiyyətə əhəmiyyət verilsə, dekolteli geyinən də, başı örtülü olan da qorunsa, o zaman çox yaxşı olar.
Quran müsəlmanlığı incəsənətin, keyfiyyətin, elmin, gözəlliyin, sevincin, azadlığın, demokratiyanın, vicdanın ən yüksək səviyyədə yaşanması deməkdir.
Dekolteyə hörmət, incəsənətə təşviq, gözəlliyi ön plana almaq və keyfiyyəti yüksəltmək hökumətin prioriteti olmalıdır. Böyük şəhərlərə nail olmağın yolu budur.

Adnan Oktar deyir ki... 18 aprel 2017> Click for more

Tayyib hocam igiddir, müasirdir. Hökumətimiz də ziyalıdır. Hökumətimiz incəsənətə və keyfiyyətə üstünlük versə, qadınlara prioritet verilsə sahilboyu bölgələrdən asanlıqla səs toplanılar.

Adnan Oktar deyir ki... 16 aprel 2017> Click for more

Həyat keyfiyyətli və müasir olsa ənənəpərəst bacı-qardaşlarımız da daha rahat yaşayarlar, daha hüzurlu olarlar. İncəsənətsiz həyat, ruhu və həyəcanı öldürər. Ənənəpərəst bacı-qardaşlarımız müasirliklə dinin uyğunlaşmadığını zənn etdikləri üçün boşuna əziyyət çəkirlər. Müasirlik və din iç-içədir.
İncəsənət yox olsa keyfiyyət yox olar. O zaman insanların həyəcanı, yaşama coşqusu aradan qalxar. Bu mühit heç kimi xoşbəxt etməz.
Peyğəmbərimiz (s.ə.v) öz dövrünün ən müasir insanı idi. Müasirlik, incəsənət və keyfiyyət həyatın çox mühüm ünsürləridir.
Xüsusən incəsənət və keyfiyyət çox əhəmiyyətlidir. İncəsənət, gözəllik və dekolte əleyhinə çıxdıqda, bu hal insanları narahat edər.

Adnan Oktar deyir ki... 11 aprel 2017> Click for more

Mövhumatçılıq İslamı daxilən çökdürmək üçün xüsusi istifadə etdikləri modeldir. Mövhumatçılıq əleyhinə çıxan müsəlmanları gördükləri zaman oyunları puç olur. Həyat dolu, şən, baxımlı, cazibəli, ağıllı, nəzakətli, keyfiyyətli müsəlmanlar olduğunu gördüyü zaman bütün dünya İslama qaçaraq gəlir. Buna görə də bizim izah etdiyimiz Quran İslamı, İslamiyyətə qarşı olanların heç xoşuna gəlmir. Bütün sistemlərini təməldən elmlə dağıtmış oluruq.
Musiqinin, rəqsin, gözəlliyin müsəlmanların əlində olması bəzilərini çox qəzəbləndirir. Müsəlman deyildikdə baxımsız olması lazımdır deyə inanıblar. İncəsənət, gözəllik keyfiyyət, cazibədarlıq müsəlmanların əlində olduğu zaman İslamın çox rahat dünyaya hakim olacağını bildiklərindən əngəlləməyə çalışırlar.

Adnan Oktar deyir ki... 26 mart 2017> Click for more

Keyfiyyətli, müasir, ziyalı müsəlman modeli hakim olsa Türkiyə bütün dünya tərəfindən çox sevilər.

Adnan Oktar deyir ki... 20 mart 2017> Click for more

Mehdiyyət sevgidir, dostluq qardaşlıqdır, keyfiyyətdir, incəsənətdir, Allahın bütün gözəlliklərinin təcəllisidir. Dayandırmağa heç kimin gücü çatmaz.

Adnan Oktar deyir ki... 19 mart 2017> Click for more

Türkiyə çox müasir olsa qadın azadlığı, rəsm, heykəl, musiqi, mədəniyyət, keyfiyyət, ədəb, yüksək dərəcə Türkiyənin əsas mövqeyi olsa heç kim bir şey edə bilməz.

Adnan Oktar deyir ki... 17 mart 2017> Click for more

Mədəniyyətlərin vuruşması İngiltərə dərin dövlətinin planıdır. Bu plana fayda təmin edəcək heç bir oyuna düşməmək lazımdır. Çünki bu planın məqsədi müsəlmanları kütləvi yox edə bilmək üçün xristianlarla müsəlmanları vuruşdura bilməkdir. Bunlar xristianları da maraqlandırmır, özləri dindar deyildirlər. Hilal-xaç müharibəsi üslubunu müsəlmanlar olaraq biz heç vaxt qəbul etməyək. Müsəlmanlar ilə İsəvilər qardaşdır deyək, sülh istəyək. Müsəlmanları mövhumatçılığın içinə məhkum edib mövhumatçılığı səbəb göstərərək nəhəng müharibənin içində İsəviləri və müsəlmanları yox etmək istəyirlər. Bu oyunu pozmağın yolu musiqiyə, incəsənətə, heykələ, keyfiyyətə əhəmiyyət verən bir müsəlmanlıq anlayışı ilə xristianlarla dost olub fitnəni aradan qaldırmaqdır.

Adnan Oktar deyir ki... 15 mart 2017> Click for more

Hz. Süleymanın təbliğ üsulu gözəllik, incəsənət, zənginlik, estetika, keyfiyyət və ehtişam idi. Memarlıqda, incəsənətdə həmişə mükəmməllikdən istifadə etdi.
İslam azadlıq, sevinc, keyfiyyət və incəsənətdə ən yüksək nöqtə, hər gün bayram olması, hər yerdə ədalət, zənginlik, təhlükəsizlik olması deməkdir.

Adnan Oktar deyir ki... 9 mart 2017> Click for more

Mövhumatçılar atasının qızına sevgi göstərə bilməyəcəyi, ananın oğlunun yanında yaşaya bilməyəcəyi dünyanı din kimi göstərirlər. Bu çox qorxuncdur. Bu şirk dinidir. “Şəkil çəkdirmək, portret asmaq, musiqi dinləmək, rəqs etmək, gülmək mən hamısını edərəm, lakin haram olduğunu bilirəm” deyirlər. Halbuki bunlar haram deyil, halaldır. Müsəlman Allahdan qorxar və haram məsələsində diqqətcildir. Haram olanı etməz. Bu məntiqdə olanlar öz aləmlərində müsəlmanların əlindən halal olan bütün nemətləri almaq istəyirlər. Musiqi, rəqs, incəsənət, keyfiyyət, elm, gözəllik, əyləncə haram deyil. Həmçinin haram olduğunu düşünüb buna baxmayaraq, bütün bu hərəkətləri edib sonra da müsəlmanlara ağıl vermək çox böyük səmimiyyətsizlikdir.

Adnan Oktar deyir ki... 4 mart 2017> Click for more

Ümumiyyətlə keyfiyyətdən uzaq, həyatlarına sevgisizliyin hakim olduğu tiplər dindar insanların həyatı ən gözəl şəkildə yaşamasına həsəd aparırlar. Bu tiplər Avropaya getdikləri zaman da həm Avropaya heyran olurlar, həm də müəyyən yolla o cəmiyyətə zərər verməyə çalışırlar. Bu, qısqanclıqdır.

Adnan Oktar deyir ki... 3 mart 2017> Click for more

Həqiqi bilginin, incəsənət və keyfiyyətin ortaya çıxması əhəmiyyətlidir, bunlar olursa milli mədəniyyət də güclənər. Həqiqi incəsənət, elm və keyfiyyətin ortaya çıxması üçün təhsilin darvinizmin məcburiyyətindən xilas olması lazımdır. Bu təmin edilsə mədəniyyətdə çökmə olmaz.

Adnan Oktar deyir ki... 28 fevral 2017> Click for more

Sevgi, keyfiyyət, təmizlik yoxdursa həyatın nə mənası var? Allahın Kitabını bir dəfə belə oxumadan yaşayırlar. Bunu normal qəbul etməmələri lazımdır.

Adnan Oktar deyir ki... 26 fevral 2017> Click for more

Keyfiyyəti ön plana alan bir siyasət təşviq edilsin. Keyfiyyət və İncəsənət Nazirliyinin mütləq yaradılması lazımdır.
Türkiyədə cəmiyyəti Suriya, İraq kimi keyfiyyətdən, əyləncədən, incəsənətdən uzaq bir quruluşa çəkmək istəyənlər var. Bunlar təkcə canlı qalmağı əsas götürür, bir növ orqanizm kimi yaşamaq istəyirlər. Allahın bizdən istədiyi həyat bu deyil. Sevgi, coşğu, gözəllik, keyfiyyət, sevinc əsas şərtdir.
Türkiyəni Suriya və ya İraqa döndərmələrinə icazə vermərik. Gənclər, qadınlar istədiyi kimi müasir və azad olacaq, incəsənət və keyfiyyət hakim olacaq.

Adnan Oktar deyir ki... 25 fevral 2017> Click for more

Gənclərə din adı altında içinə qapalı, sevgisiz model təqdim etmişdilər. Biz həm gəncliklərini, həm də həyatın gözəlliklərini yaşayacaqları Quran dinini göstərdik. Sevgisiz, incəsənət olmadan, qəmgin hallarıyla İslamı məhv etmək üzrə idilər. Keyfiyyətin, sevincin, müasirliyin dinlə iç-içə olduğunu göstərib bu oyunu pozduq.

Adnan Oktar deyir ki... 23 fevral 2017> Click for more

Həyatları boyu keyfiyyətli mühit içinə girə bilməmiş, sevgini yaşamamış bəzi insanların keyfiyyətli insanlara amansız qəzəbi və həsədi olur.
İsrarla qadınların baxımsız, diqqətsiz olmasını istəyirlər. Bu qadın əleyhinə olan məntiqi anlamaq qeyri-mümkündür.
Qadın da, kişi də gözəl olsun. İnsanların baxımsız olduğu sevginin, gözəlliyin, keyfiyyətin qalmadığı ölkələrdə dəhşət və gərginlik meydana gəlir. Allah belə bədbəxtlik istəmir.

Adnan Oktar deyir ki... 18 fevral 2017> Click for more

Türkiyəni incəsənət, estetika və keyfiyyətlə gözəlləşdirək. Heç kimin qorxu və gərginlik içində olmadığı bir Türkiyə yaradaq. Düşüncəsi, partiyası, hər nə olsa da, hər kəs tanış olub bir yerə toplansın. Birlik olaq. Qorxuları, narahatlıqları tamamilə aradan qaldıraq.

Adnan Oktar deyir ki... 17 fevral 2017> Click for more

Müasir mədəniyyət deyildikdə nəzərdə tutulan Türkiyəni elmin, incəsənətin, keyfiyyətin, gözəlliyin hakim olduğu ölkələrdən daha üstün mövqeyə çıxarmaqdır.

Adnan Oktar deyir ki... 13 fevral 2017> Click for more

Türkiyənin çox keyfiyyətli olması lazımdır. Natiqliyin, paltarların, evlərin, küçələrin, hər şeyin çox keyfiyyətli olması mühümdür. Avropa incəsənətə, keyfiyyətə əhəmiyyət verdiyi üçün dövlət çevrilişi riski olmur. Hər insan ora getməyə çalışır, çünki incəsənət və keyfiyyət üçün darıxır.

Adnan Oktar deyir ki... 11 fevral 2017> Click for more

Keyfiyyət maddi imkanla düz mütənasib deyil. Maddi imkan olmasa da keyfiyyətli, gözəl həyat yaşanar, incəsənətdən zövq alınar. Məsələn, betondan qüllə düzəltmək əvəzinə, hər yeri qəribə yaşıl rəngə boyamaq əvəzinə, əlindəki imkanla böyük incəsənət nümunəli və keyfiyyətli işlər görə bilərsən. Paltarda, binada, küçədə incəsənət var, keyfiyyət olmadıqda insanların yaşama gücü yox olur, daxilən qəzəb yaranır, cəmiyyət müəyyən mənada çürüyür.
Qadınların əzildiyi bir ölkə bərəkətli olmaz. Qadınlar hər yerdə azad olsun, istər çarşabla, istərsə də dekolte ilə gəzsin, hər yerdə hörmət görsün. Məclisdə, hər yerdə qadınlar öndə olsun. Qadınların azadlığı keyfiyyətin yüksəkliyinin dəlilidir. Qadın gözəlliyi bütün dünyaya həyat verər. Qadınlar təzyiq altına düşdükdə dünyanın sevinci yox olar. Qadın gözəlliyi yoxdursa, məzar həyatı var.
Keyfiyyət çox mühüm məsələdir. Keyfiyyət çatışmazlığı bir ölkə üçün çox ciddi təxribatdır. Keyfiyyət pozulduqda o ölkədə çöküş baş verər.

Adnan Oktar deyir ki... 7 fevral 2017> Click for more

İslam gözəl olan hər şeydir. İncəsənət, keyfiyyət, nəzakət, ədəb, sevinc İslamın içindədir. İslamı gözəllikdən ayrı göstərmək səmimiyyətsizlikdir.

Adnan Oktar deyir ki... 28 yanvar 2017> Click for more

Mövhumatçıların incəsənətdən, keyfiyyətdən, əyləncədən, gözəllikdən uzaq yaşamaları, fərqində olmasalar da müsəlmanların əzilməsinə səbəb olur.
Anadolunu tanıdan tədbirlərdə xalqı pis göstərəcək bir üslub işlədilməsi çox çirkin olar. Anadolu insanına layiq olduğu hörmət göstərilməlidir. Cəmiyyəti adi, bəsit, keyfiyyətsiz əyləncələrə təşviq etmək doğru deyil. Xalq həmişə keyfiyyətli, gözəl şeylərə təşviq edilməlidir.

Adnan Oktar deyir ki... 25 yanvar 2017> Click for more

Keyfiyyətin azalması, incəsənətin aradan qalxması, sevincin yox olması, qadın hüquqlarının olmaması çevriliş törədən zehniyyət üçün səbəbdir. Bunlara əhəmiyyət verək.

Adnan Oktar deyir ki... 11 yanvar 2017> Click for more

İslam Birliyi mövhumatçılığa əsaslanmayacaq. Müasir, keyfiyyətli, ziyalı, incəsənətə əsaslanan İslam anlayışı hakim olacaq.

Adnan Oktar deyir ki... 8 yanvar 2017> Click for more

İslam müasirlikdir, keyfiyyətdir, sevgidir. Müsəlman baxımlıdır, istədiyi kimi gülər, əylənər, dolu-dolu yaşayar. Əksini söyləyən səhv bilir.

Adnan Oktar deyir ki... 28 dekabr 2016> Click for more

Türkiyə üçün ən mühüm məsələlərdən biri keyfiyyət və incəsənətdir. Mütləq Keyfiyyət və İncəsənət Nazirliyinin yaradılması, bu sahədə təşəbbüs göstərilməsi lazımdır.

Adnan Oktar deyir ki... 23 dekabr 2016> Click for more

Hz. Süleyman dövründə də Peyğəmbərimiz (s.ə.v) dövründə də müsəlmanların keyfiyyəti, gözəlliyi İslamın təbliğində çox təsirli olurdu. Müsəlmanların gözəlliyini, keyfiyyətini, nəzakətini, sevincini görən İslamı yaşamağı sevinclə qəbul etməlidir. Keyfiyyətsizlik İslamı daxilən çökdürər.

Adnan Oktar deyir ki... 12 dekabr 2016> Click for more

Vücudu və ruhu təmiz olmayan, getdiyi hər yerdə bəla meydana gətirən, danışığında nur və aydınlıq olmayan insanlar təmiz və keyfiyyətli olanları qısqanırlar.
İnsanların bir hissəsinə keyfiyyət, incəsənət və gözəlliyin cənnət neməti olduğu öyrədilmədi, bu mövzuda məlumatsız qaldılar.

Adnan Oktar deyir ki... 10 dekabr 2016> Click for more

Türkiyədə gənclərin bir hissəsini nifrətə meyilli, kinli, nəzakətsiz, sevgiyə qapalı, ruhu və bədəni çirkli insanlar halına gətirdilər. Bəzi gəncləri belə sevgisiz və xəstə ruhlu yetişdirmələrinin səbəbi bu insanlardan hər cür alçaq və Türkiyə əleyhinə olan işlərdə istifadə etməkdir. Zarafatları keyfiyyətsiz, ruh və fiziki cəhətdən inkişaf etməmiş cansıxıcı gənclərin yetişməsi İngiltərə dərin dövlətinin xüsusi təşkil etdiyi vəziyyətdir. Vücudu və ruhu özünə küsmüş, dünyadan zövq ala bilməyən, qəmgin tiplər xüsusi olaraq yetişdirilir, bu insanları israrla sevgiyə dəvət etmək lazımdır.

Adnan Oktar deyir ki... 5 noyabr 2016> Click for more

Qadınlar üçün həyatın cəhənnəmə çevrildiyi, kişilərin daha rahat olduğu həyatda gözəl olan heç nəyin qalmadığı sistemi İslam adı ilə təqdim edirlər. Keyfiyyətin, incəsənətin, gözəlliyin, sevincin İslamda olduğunu ayələrlə göstərdik.
İngiltərə dərin dövlətinin müsəlmanları əzmək üçün yaratdığı sistem tamamilə çökdü.

Adnan Oktar deyir ki... 4 noyabr 2016> Click for more

Türkiyənin Avropaya verəcəyi ən gözəl cavablardan biri olduqca müasir və keyfiyyətli olması, qadın haqlarında çox qabaqcıl olmasıdır.

Adnan Oktar deyir ki... 30 oktyabr 2016> Click for more

İslam aləmi birləşəcək, lakin bəzilərinin düşündüyü tərzdə; asan-kəsən sevgisiz İslam anlayışı əsla hakim olmayacaq. Bundan sonra incəsənətin, gözəlliyin, elmin, müasirliyin, keyfiyyətin hakim olduğu İslam anlayışı formalaşacaq və güclənəcək. Mövhumatçılıq güclənə bilməz.

Adnan Oktar deyir ki... 17 oktyabr 2016> Click for more

Demokratik zəmini yaxşı inkişaf etdirmək, şən, ünsiyyətli cəmiyyət yetişdirmək, keyfiyyətə, incəsənətə əhəmiyyət vermək dövlət çevrilişi zehniyyətini aradan qaldırar.
Allah insanları azad düşünüb yaşayacaqları şəkildə yaradıb. Şirk olduqda şizofreniyalı ruh yaranar. Hər şeydən şübhələnən, içinə qapalı, qorxu içində yaşayan, heç kimi sevə bilməyən, incəsənətdən anlamayan ruh, şirkin gətirdiyi bəladır. Müsəlman şən, keyfiyyətli, müasir, ziyalı, həyat dolu olar.

Adnan Oktar deyir ki... 5 oktyabr 2016> Click for more

Bütün dünya müasirlik, keyfiyyət, estetika və incəsənət istəyər. Mövhumatçıların dünyasında isə keyfiyyət, estetika, incəsənət və gözəllik yoxdur.
Mehdiyyətin siyasət hərisliyi yoxdur. Mehdiyyətin əsas vəzifələrindən biri dünyada ədalət, sevgi, şəfqət, incəsənət və keyfiyyəti yaymasıdır.

Adnan Oktar deyir ki... 15 sentyabr 2016> Click for more

Mövhumatçılığın geniş yayıldığı bir dövrdə Atatürk tam bir centlmen idi, Avropa mədəniyyətinə Osmanlı mədəniyyətini də əlavə etmişdi, keyfiyyətə bir nümunə idi.

Adnan Oktar deyir ki... 8 sentyabr 2016> Click for more

Bir-biri ilə eyni qəliblərlə danışan, keyfiyyət zəifliyi olan, kifayət qədər məlumatı olmayan insanların sayının artması mənəvi fəlakətdir. Bir az oxuyaraq, özünü təkmilləşdirərək keyfiyyətli ruh yaradıla bilər. Türkiyənin keyfiyyət məsələsində sıçrayış etməsi lazımdır.

Adnan Oktar deyir ki... 31 avqust 2016> Click for more

Hər şeydən alınan zövqün ən yüksək və ən keyfiyyətlisi cənnətdə olacaq.
Müsəlmanlara mənəvi cəhətdən elə təzyiq göstəriblər ki, dində olmayan qaydalarla sanki zehinlərini dondururlar. Musiqi, incəsənət, gülmək, şən olmaq, həyat dolu olmaq potensial cinayət kimi göstərildiyi və özlərini də potensial günahkar gördükləri üçün hər yerdə aciz mövqedə olurlar. Qurana tam tabe olan müsəlmanlar ziyalı, keyfiyyətli, özünə inamlı və çox ağıllıdır. Acizliyi heç bir müsəlman əsla qəbul etməməlidir.

Adnan Oktar deyir ki... 24 avqust 2016> Click for more

Mövhumatçı zehniyyət, incəsənəti, gözəlliyi, musiqini, qadınların azad olmasını, elmi, keyfiyyəti, gözəl olan hər şeyi qadağan edən zehniyyətdir.

Adnan Oktar deyir ki... 23 avqust 2016> Click for more

Sevgisizlik və keyfiyyətsizlik ilə həyat sanki özləri üçün bəlaya dönmüş olan insanlar cənnət kimi mühitdə yaşayan möminlərə həsəd aparırlar. Həsəd aparanların pis sözləri, qəzəbləri və kinləri yalnız özlərinə zərər verər. Həsədin pisliyi müsəlmanlara yaxşılıq kimi qayıdar.
Yalnız yol, körpü və bənd inşa edilməsi kifayət etmir. Əsil prioritet keyfiyyətli, imanlı, ziyalı, müasir, sevgini bilən bir nəsil yetişdirmək olmalıdır.

Adnan Oktar deyir ki... 15 avqust 2016> Click for more

Qadın azadlığını artırmaq, incəsənətə və incəsənət xadiminə dəstək olmaq, keyfiyyəti artırmaq dövlət çevrilişi zehniyyətini tamamilə ortadan qaldırar.

Adnan Oktar deyir ki... 13 avqust 2016> Click for more

İkinci dövlət çevrilişi cəhdi təhlükəsinə qarşı nələr edilə biləcəyinin tədbirləri çox sürətli şəkildə alınmalıdır. Bir tərəfdən bütün hüquqi və asayiş tədbirlərinin alınması, digər tərəfdən isə incəsənət, keyfiyyət və azadlıqların çox genişləndirilməsi lazımdır.

Adnan Oktar deyir ki... 12 avqust 2016> Click for more

Bir iqtidarın güclü olması üçün, ziyalısı çox olmalı, sevgini, incəsənəti və keyfiyyəti həyat fəlsəfəsi halına gətirməlidir. Əks təqdirdə nə vaxtsa ölkəyə zərər verər. Bəzi yerlərdə sağ yönümlü hökumətlər ancaq iqtisadi inkişafa üstünlük verir, halbuki həyatın təməli sevgi, incəsənət və keyfiyyətdir. Keyfiyyət anlayışı inkişaf etdikdə dövlət çevrilişi və üsyan zehniyyəti inkişaf edə bilmir.

Adnan Oktar deyir ki... 8 avqust 2016> Click for more

Müasir olmaq, keyfiyyəti axtarmaq, incəsənət və estetikanı ön planda tutmaq ön planda olarsa, Türkiyə çox güclü olar. İncəsənət azadlıq, keyfiyyət və qadın hüquqlarının olduğu, qadınların azad yaşadığı ölkələrdə dövlət çevrilişi zehniyyəti formalaşmaz.

Adnan Oktar deyir ki... 2 avqust 2016> Click for more

Keyfiyyətli ölkələrdə, incəsənətin, estetikanın olduğu ölkələrdə, gözəlliyin hakim olduğu ölkələrdə nə qiyam, nə də dövlət çevrilişi, nə ordunun, nə xalqın, nə də polisin ağlından belə keçmir. Təxəyyül belə edə bilmirlər. Çünki cəmiyyətin hər təbəqəsi məmnun olmuş olur.
Qiyamların və dövlət çevrilişlərin həmişə kökündə cəmiyyətin çox sıxılması vardır. Lakin incəsənətin, estetikanın, keyfiyyətin yüksək olduğu heç bir cəmiyyətdə dövlət çevrilişi və qiyam olmayıb və olmur.
Heç bir dövrdə keyfiyyətin, incəsənətin ortadan qalxmasıyla bir dövlətin davam etdiyi görülməyib. Hər dövlət, hər hökumət belə bir sistem olduqda dağılır.
Təkcə ənənəvi ortodoks İslamı yaşamağa cəhd etsən Türkiyə geriləyər. İncəsənət qalmaz, estetika qalmaz, mədəniyyət və keyfiyyət qalmaz, dünya cəhənnəm kimi olar. O zaman buna dünya icazə verməz. Yəni Allah icazə verməz, dünyanı üstünə müsəllət edər.
Müasir vətəndaşları qorumaq, onları dəstəkləmək, keyfiyyəti və incəsənəti ön plana çıxarmaq, Türkiyəni ən müasir ölkə halına gətirmək, hökumətin əsas vəzifəsi olmalıdır.
Ənənəpərəst ortodoks görünüşlü bir Türkiyə bütün Avropanın, bütün Amerikanın hətta Rusiyanın, Çinin hədəfinə çevrilər. Bütün dünya qarşısında dayanar. Müasir Türkiyəni mütləq meydana gətirməliyik. İncəsənəti, estetikanı, keyfiyyəti ön plana çıxarmalıyıq. Keyfiyyətin bütün Türkiyədə hakim olması vacibdir.

Adnan Oktar deyir ki... 31 iyul 2016> Click for more

Qadınlarını əzən, qadınlarına hörmət etməyən, qadınlarının azadlığını yox edən, keyfiyyəti, incəsənəti yox edən hər ölkə həlak olur. Buna çox diqqət yetirsinlər.
Keyfiyyətin, incəsənətin hakim olduğu heç bir ölkədə dövlət çevrilişi olmur. Keyfiyyətin, incəsənətin olmadığı hər ölkə həlak olur və pərişan olur.

Adnan Oktar deyir ki... 29 iyul 2016> Click for more

Dəccalın ən çəkindiyi şey keyfiyyətdir, incəsənətdir, gözəllikdir, sevgidir. Dəccalın zəhəridir bunlar. Zəhər təsiri göstərər. Sevgi, keyfiyyət, gözəllik, incəsənət, estetika. Bunun üçün hökumət bu məsələlərə çox əhəmiyyət verməlidir.

Adnan Oktar deyir ki... 25 iyul 2016> Click for more

İslamın sevgisi, mərhəməti aparıcı olacaq, müasirlik, keyfiyyət, incəsənət, demokratiya, dünyəvilik, gözəllik, Allah qorxusu, Allah sevgisi, bütün dinlərə hörmət hər yerə hakim olacaq, Türkiyə də aparıcı olacaq.

Adnan Oktar deyir ki... 14 iyun 2016> Click for more

Türkiyədə binalar, paltarlar, hər şey, incəsənət nümunəli, keyfiyyətli və gözəl olmalıdır. Rəftarlar, danışıqlar, hərəkətlər, hər şey keyfiyyətli olmalıdır. Bu zaman Avropa ölkələri Türkiyə ilə birləşmək üçün can atarlar. Lakin öz həyat keyfiyyətlərinin pozulacağını düşünsələr, buna icazə verməzlər.
Avropa İttifaqına daxil ola bilməmə səbəbimiz Türkiyədə keyfiyyətin qeyri-kafi olmasıdır. Keyfiyyət səviyyəsi çox yüksəldilməlidir. Avropa ölkələrindən daha keyfiyyətli olmalıyıq.

Adnan Oktar deyir ki... 12 iyun 2016> Click for more

Keyfiyyət və incəsənət nazirliyi yaradılsın. Hər şeydə keyfiyyəti əsas götürək. İnsan keyfiyyətini əsas götürək; davranış keyfiyyətini, xarakter keyfiyyətini. Hər mövzuda sənayedə, texnologiyada, elmdə, ədəbiyyatda, incəsənətdə keyfiyyəti əsas götürək. Dünyanın bütün dövlətləri bizə heyran olar, bu zaman özləri bizimlə birləşmək istəyərlər.

Adnan Oktar deyir ki... 8 iyun 2016> Click for more

Türkiyəni ultramüasir etmək lazımdır. Çox ziyalı, qabaqcıl, incəsənətin, estetikanın, keyfiyyətin ən mükəmməl olduğu ölkə etmək lazımdır. Suriya və İraq modelinin Türkiyədə yaranmaması üçün bu mühümdür.

 Adnan Oktar deyir ki... 21 mart 2016> Click for more

Ənənəvi İslam anlayışında, keyfiyyətli olmağı bacara bilmədiklərindən bu keyfiyyətsizliyi müdafiə etmək üçün, bu dəfə bir tikə yemək və bir hırka fəlsəfəsini irəli sürürlər.

 Adnan Oktar deyir ki... 20 fevral 2016> Click for more

İncəsənət və Keyfiyyət Nazirliyinin yaradılması çox əhəmiyyətlidir. Çünki keyfiyyətsiz olan və incəsənətin hakim olmadığı, bütün ölkələr dağılar. Baxın tarixə, hamısı dağılıb. Qadına dəyər verməyən, incəsənət olmayan, estetika olmayan, keyfiyyətə əhəmiyyət verilmədiyi hər ölkə məhv olar.

 Adnan Oktar deyir ki... 17 fevral 2016> Click for more

Keyfiyyət və İncəsənət Nazirliyinin qurulması çox əhəmiyyətlidir. Əgər ortaya çıxarılan bir şeydə sənət yoxdursa, dəyəri olmaz, keyfiyyət yoxdursa, dəyəri olmaz. Həm sənət, həm də keyfiyyət təşviq edilməlidir.

Adnan Oktar deyir ki... 5 fevral 2015    > Click for more

Gözəllik və estetika müsəlmanın əvəzedilməz şüarıdır.

Adnan Oktar deyir ki... 27 noyabr 2014    > Click for more

Bir ölkədə keyfiyyət qalmayıbdırsa, deməli heç bir şey qalmamışdır, Allah qorusun. Keyfiyyət olmasa həyat da olmaz, sənət də olmaz. Həyat və sənət bağlı olduğuna görə orada meydana gələn gözəlliyi də keyfiyyət adlandırırıq.

Adnan Oktar deyir ki... 17 sentyabr 2014  > Click for more

Asiyanın xüsusiyyəti keyfiyyətsizliyin hakim olmasıdır. Asiyada insanın dəyəri çox deyil. Hər yer üçün demirəm, insan maşın kimidir. Bu qorxuncluğu, Türkiyənin Avropası, mehriban, müasir, Allah eşqiylə dolu, imanlı düşüncəsi ilə ortadan qaldıracaq. Bütün dünyaya nümunə olacağıq.

Adnan Oktar deyir ki... 9 sentyabr 2014  > Click for more

Keyfiyyətsizliyin ipini buraxsan, o dərin bir quyu kimidir. Rüsvayçılığa doğru gedər.
Keyfiyyətsiz bir yığıncaq, keyfiyyətsiz bina, keyfiyyətsiz paltar həmişə insanın qəlbini sıxar, insana iztirab verər. Keyfiyyət insanın qəlbini açar. Dünya nemətidir. Keyfiyyət gözəlliyin başqa adıdır.
Keyfiyyət Nazirliyinin tezliklə qurulması lazımdır. Keyfiyyət Nazirliyinin fikirdə, insanda, binada, parkda, ticarətdə hər yerdə keyfiyyəti əsas alan bir siyasət aparması lazımdır. Keyfiyyət dövlətin milli siyasəti olmalıdır.
Keyfiyyətsiz bir həyat çox qorxuncdur, cəhənnəmin başqa adıdır.
Keyfiyyətsiz insan çox böyük bir bəladır. Əvvəl keyfiyyətli düşüncə, keyfiyyətli fikir üstündə dursunlar. Onun üçün də keyfiyyətli kitablar lazımdır. Keyfiyyətli əsərlər, keyfiyyətli məqalələr lazımdır. Sevgisiz, nifrət dolu, keyfiyyətsiz məqalələrlə insanları öyrətməyə çalışsan, keyfiyyətsiz və qəddar insanlar meydana gələr.
Keyfiyyətsiz bir insanın keyfiyyətli bir binaya gəlməsiylə keyfiyyət yox olar. Amma keyfiyyətsiz bir yerə keyfiyyətli bir insan gəlsə, ora keyfiyyətli olar. Kiçik bir dəyişikliklə keyfiyyətli hala gətirərsən.
Keyfiyyətsiz fikirdən keyfiyyətli insan çıxmaz. Keyfiyyətli fikir də “Quran İslamıdır”. Müşrik İslam anlayışı deyil, Ortodoks ənənəçi İslam anlayışı deyil. Oradan keyfiyyət tapa bilməzsən. Orada həmişə keyfiyyətsizlik meydana çıxar.
Keyfiyyətli əşyadan deyil, keyfiyyətli insandan başlamaq lazımdır. Keyfiyyətli insan olmadıqdan sonra keyfiyyətli əşyaya, keyfiyyətli məkana da heyf olar. Əvvəl keyfiyyətli insan yetişdirmək lazımdır. Onun üçün də keyfiyyətli fikir inkişaf etməsi lazımdır.

Adnan Oktar deyir ki... 15 avqust 2014  > Click for more

Bir insan öz mədəniyyətini bəyənmirsə keyfiyyətli insan ola bilməz. Yalnız xarici mədəniyyəti bəyənirsə mədəniyyətsizlik, başqa mədəniyyətə meyllilik vardır deməkdir. Sən öz mədəniyyətinin gözəlliyini, dərinliyini, zənginliyini görə bilmirsənsə, oradakı keyfiyyəti hiss edə və göstərə bilmirsənsə, sadəcə başqa mədəniyyətə meylli insansan deməkdir.

Adnan Oktar deyir ki... 12 avqust 2014  > Click for more

Keyfiyyət üçün mütləq pula ehtiyac yoxdur; ağıla, zövqə ehtiyac vardır.
Dünyanın ən keyfiyyətli insanına müsəlman deyilir. Ən yüksək dərəcəli insanına, ən yaxşı düşünən, ən gözəl əxlaqa sahib insana müsəlman deyilir.
Dünyanın ən keyfiyyətli insanına müsəlman deyilir. Ən yüksək dərəcəli insanına, ən yaxşı düşünən, ən gözəl əxlaqa sahib insana müsəlman deyilir.
Keyfiyyət həyatın ən mühüm xüsusiyyətidir. Gözəlliyin ən mühüm istiqamətidir keyfiyyət. Keyfiyyət yoxdursa, gözəllik də yoxdur. Məsələn, cənnət başdan-başa keyfiyyətdir. Cənnətin hər yeri keyfiyyətlidir. Keyfiyyət bitdiyində gözəllik də bitər.

Adnan Oktar deyir ki... 20 may 2014> Click for more

Xurafatçı keyfiyyətli olmağı bacarmaz, bacara bilmədiyi üçün də keyfiyyəti aradan qaldırmağa çalışar.

Adnan Oktar deyir ki... 23 fevral 2014> Click for more

İncəsənət yoxdursa, keyfiyyət yoxdursa, gözəllik yoxdursa istədiyin qədər körpü tik, yol sal bunların faydası olmaz. İncəsənət, estetika, iman, şadlıq, sevinc, Allah qorxusu, Allah eşqi hər yeri əhatə etməlidir.

A9 TV ; 7 dekabr 2013> Click for more

İnsan keyfiyyətsizliyə alışdıqdan sonra, daha çirkli, daha keyfiyyətsizləşməyə, mədəniyyətsizləşməyə, kütləşməyə başlayır və arxasınca deyirsən ki: "Bu nədir?" "Müsəlmanlıq budur" deyir. Vəhşiliyin, kirin, keyfiyyətsizliyin, mədəniyyətsizliyin baş alıb getdiyi bir sistemə müsəlmanlıq deyir. Bu çox böyük bir təhlükədir. Bu milli bir təhlükədir.

Adnan Oktar deyir ki... 23 noyabr 2013> Click for more

Keyfiyyətsizlik insanları məhv edir, gizli-gizli məhv edir. Məsələn, bütün Yaxın Şərqi yaxıb qovuran, Misiri, Mərakeşi, Tunisi, Əlcəzairi məhv edən keyfiyyətsizlik hal-hazırda Türkiyədə də insanlara hücum edir.

Adnan Oktar deyir ki... 18 iyul 2013> Click for more

Müsəlman sarayı, ehtişamlı yerləri, keyfiyyətli yerləri də görəcək. Sənət də, elm də, estetika da, keyfiyyət də hamısı müsəlmanlarındır və həmişə də, axirətdə də müsəlmanların olacaq.

Adnan Oktar deyir ki... 10 iyul 2013> Click for more

Tənqid olmalıdır, tənqid keyfiyyəti, gözəlliyi artırar. Doğrunu tapmaqda insan üçün faydalı olur.

Adnan Oktar deyir ki... 6 iyul 2013> Click for more

Mehdiyyətin keyfiyyət və sevgi anlayışını, Quranda nəzərdə tutulan keyfiyyət anlayışını, Allahın cənnətdə izah etdiyi keyfiyyət anlayışını dünyaya hakim etmək lazımdır. Bu olmayanda zərbələr, qarşılıqlı zərbələr, döyüşlər əksik olmaz.

Adnan Oktar deyir ki... 22 iyun 2013> Click for more

Keyfiyyət daim artırılmalıdır. Bir insan "mükəmmələm", "çox yaxşıyam" deyə bilməz. Hər şeydə keyfiyyət, azadlıq insanın içini açar. İnsanlar müasir insanı sevirlər.
Mənim Tayyib bəyə tövsiyəm odur ki, müasir həyat tərzinə, müasir insanlara, müasirliyə dəstəyini açıq şəkildə göstərsin. Çünki bütün Avropa, Amerika müasirdir. Müasirliyi dünyanın hər yerində sevirlər.

Adnan Oktar deyir ki... 21 iyun 2013> Click for more

Keyfiyyətli bir insan hər gördüyü yalana diqqət etmədən, araşdırmadan "nə gözəldir" deməməlidir. Heç düşünmədən inanan insanlar, əsasən, keyfiyyətsiz insanlardır.

Adnan Oktar deyir ki... 18 iyun 2013> Click for more

Hökumətimiz yüksək müasir elmi və sənət anlayışını dəstəkləsin.

Adnan Oktar deyir ki... 17 iyun 2013> Click for more

Sevgi, keyfiyyət əksikliyi belə böyük bir boşluq meydana gətirər.

Adnan Oktar deyir ki... 11 iyun 2013> Click for more

Allah ayədə "möminlər təmizdir", "geyimini təmiz saxla" deyir. Dünyanın ən səliqəli insanı olması müsəlmanın xüsusiyyətidir.
İnsanın keyfiyyəti təmizliyindədir. Çirk və natəmizlik keyfiyyətsizliyin ən birinci əlamətidir. İnsanın düşünmədiyini göstərər. Ağıllı bir insan çirkdən, murdar olandan narahat olar. Olmursa bir problemi vardır. O adam keyfiyyətdən bəhs edə bilməz.
İnsanın keyfiyyəti təmizliyindədir. Çirk və kir keyfiyyətsizliyin ən böyük əlamətidir.
Bizim gəncliyimiz müasir dindardır. Gənclər keyfiyyətli din anlayışını görmək istəyirlər.

Adnan Oktar deyir ki... 13 iyun 2013> Click for more

Lüks keyfiyyət deməkdir. Keyfiyyət müsəlmanın xüsusiyyətidir. Cənnətdə hər yer lüksdür. Bəziləri istəyir ki, İslam bayağı olsun, beləcə İslamiyyət asan şəkildə yox edilsin.

Adnan Oktar deyir ki... 8 iyun 2013> Click for more

Bığlı, içinə qapanmış, sənətdən, estetikadan baş açmayan, başına vur əlindən çörəyini al, donuq baxışlı―belə gənclik olmaz. Gənclərin hər yerə sevinc gətirməsi lazımdır. Qəhqəhələri ilə, gülüşləri ilə, söhbətləri ilə, sevincləri ilə, gözlərindəki parıltı ilə ahəng, zənginlik, gözəllik təqdim etmələri lazımdır.
Əsl müasirlik sevinc dolu bir cəmiyyətdir. Yəni bu tərbiyədə olan, soyuq cəmiyyət deyil, şən, sevincli, keyfiyyətli, həyat dolu bir cəmiyyət dövlətin, hökumətin hədəfi olmalıdır. Buna görə də Keyfiyyət Nazirliyinin yaradılması vacibdir.
Soyuq olmaq gözəl bir şey deyil. Müsəlman canlı, şən, sevincli, həyatın gözəlliklərini vurğulayan bir ruh içində olmalıdır.
Keyfiyyətli gənclik çox əhəmiyyətlidir, özünəqapanan, darıxdırıcı bir gənclik istəmirik. Tayyib bəydən də canlı, şən, keyfiyyətli bir gəncliyi hədəfə almasını istəyirik.
Qatı dinçi fikirli və soyuq cəmiyyət yox, müasir və həyat eşqi ilə dolu bir cəmiyyət gözəldir.
Gənclər müasirlik, şirinlik istəyirlər. Bir soyuqluq, quruluq var. Gənclər bunu istəmir. Pessimist olmaq gözəl deyil. Müsəlman həyat eşqi ilə dolu, şən olmalıdır.

Adnan Oktar deyir ki... 4 iyun 2013> Click for more

Gənclər küçədə azad olacaq. Mən bunları görərkən fərəh hissi duyaram. Hədsiz dərəcədə şən, rahat olsunlar. Ətraf bununla gözəl olur. Gözəl gənc qızlar, yaraşıqlı cavanlar şən və rahat olacaqlar.
Biz canlı bir Türkiyə istəyərik. Ən böyük həsrətimiz gənclərin çox azad, şən və baxımlı olmalarıdır.

Adnan Oktar deyir ki... 7 iyun 2013> Click for more

Gənclər dinin özünü yaşayırlar. Çünki din sevgi, mərhəmət, yaxşılıq, gözəllik, gözəl əxlaqdır.

Adnan Oktar deyir ki... 6 iyun 2013> Click for more

Tayyib bəy yüksək səviyyəli müasir olub bütün Avropanı özünə heyran qoysun.
Keyfiyyəti ön plana salmaq lazımdır. Keyfiyyətdə inkişaf vacibdir. Biz Avropa ölkəsiyik. Hər hansı bir üçüncü dünya ölkəsi deyilik. Bizdə keyfiyyət vacib bir mövzudur. Ətrafın həssaslığı çox əhəmiyyətli bir mövzudur.
Fransanı, Parisin küçələrini keçək. Çox asandır. İstanbul dünyanın ən gözəl şəhəri olsun. Yəni öz təbii gözəlliyimiz mükəmməldir. Həmçinin çox keyfiyyətli mühit yaratsaq daha gözəl olar.

Adnan Oktar deyir ki... 5 iyun 2013> Click for more

İslamın özü ultra müasirdir. Müşriklərin xurafatları və həyat tərzləri də ultra qatı dinçilikdir.
Gənclərimizdə dindarlığa ciddi meyl var, bu çox gözəldir. Müasirlik mərhələlidir. Aşağı müasirlik, orta müasirlik vardır. Bizim istədiyimiz isə ultra müasir və dindar modeldir.

Adnan Oktar deyir ki... 19 may 2013> Click for more

Bəziləri müsəlmanları pərişan, baxımsız, pis geyinən, zövqsüz, sənətdən, estetikadan uzaqlaşacaqlarını düşünürlər. Beləcə də savab qazanacaqlarını düşünürlər. Çox böyük səhv edirlər.
Allah cənnəti, insanı bəzəkli yaradır. Bəzək dünyanın gözəlliyi, Allahın sənətidir. İnsanlar bəzəyə rəftar qoymuşlar. Qaş, göz, burun nədir? Bəzəkdir. Ağaclar, çiçəklər bəzəkdir. Allah bütün heyvanları bəzəkli yaradır. Bütün quşlar, böcəklər bəzəkli, rəngarəngdirlər. Arılar, qarışqalar hamısı bəzəklidir. Cənnət xanımlarının hamısı bəzəklidir. Allah onların bəzəklərini Quranda tərifləyir. Bəzək niyə haram olsun?

Adnan Oktar deyir ki... 27 İyun 2012> Click for more

Allah gözəldir, gözəli sevər. Keyfiyyət gözəllik deməkdir. Keyfiyyət gözəlliyin artmasıdır. Keyfiyyəti ciddi şəkildə dövlət siyasəti kimi qorumaq, təşviq etmək, istiqamətləndirmək əhəmiyyətlidir.
Keyfiyyətsizlik çox böyük təhlükədir. Məsələn, Pakistanda, Misirdə keyfiyyətsizlik geniş yayılıb. Keyfiyyətsizlik Türkiyəyə yaraşmır. Allah əsirgəsin, bu milli təhlükədir. Dövlət keyfiyyətsizlik əleyhinə ciddi tədbir görməlidir.

Adnan Oktar deyir ki... 14 May 2012  > Click for more

Pulu bir yerə yığmaqla varlanmaq olmaz. Üstün şərtlərlə, gözəl yaşayırsa, yeməyi, içməyi, paltarı, avtomobili, evi, hər şeyi çox keyfiyyətli, dəbdəbəli, cəlbedicidirsə, o zaman ona zəngin demək olar. PULU BİR YERƏ TOPLAYIB YIĞMAQ ZƏNGİNLİK DEYİL.

A9 TV, 10 May 2012  > Click for more

Müsəlmanlıq dünyanın ən keyfiyyətli insanlarının yaşam tərzidir.

A9 TV, 29 Aprel 2012  > Click for more

Hər yer gözəl, keyfiyyətli, gül kimi olacaq. Kəndləri, qəsəbələri gözəlləşdirəcəyik. Avropanı, Yəhudiləri, Xristianları, Massonları, hər birisin bağrımıza basacağıq. Hər biri Məhəmmədi olacaq.
Gənc qız aktiv olmalı, idman etməli, əzələlərini gücləndirməlidir. Fizianomiyası çevik, atletik olmalıdır. Saçları ipək kimi, baxımlı olmalıdır.
Müsəlmanın hər yeri tərtəmiz, nur kimi olmalıdır. Səliqəsizlik olan yerdə təmizlik də olmaz.
KEYFİYYƏT ÇOX VƏSAİT TƏLƏB ETMİR. DÜŞÜNCƏ, ZÖVQ, SƏNƏT MEYLİ İSTƏYİR. Məsələn, bir qadın çox bahalı bir geyimdə səliqəsiz görünə bilər. Digər biri isə çoxda baha olmayan, az vəsait sərf edərək səliqəli görünər. Bu vicdan, düşüncə ilə müəyyən edilir. SƏNƏT GÜCÜNÜN RUHA SİRAƏT ETMƏSİ İLƏ ƏLAQƏDARDIR. BU DA İMAN VƏ AĞILLA ƏLAQƏLİDİR. Bunlar bir-biri ilə bağlıdır.
Sənət, keyfiyyət ən yüksək inkişaf nöqtəsinə çatmalıdır. O zaman dünya texniki olaraq gözəl olar.
Keyfiyyət çox mühümdür. Rəsulullah (s.ə.v) zamanında keyfiyyət vardı. Davranışda keyfiyyət, üslubda keyfiyyət, geyimdə keyfiyyət, təmizlikdə keyfiyyət, hər yerə keyfiyyət hakim olmuşdur.
Keyfiyyətin dövlət siyasəti kimi reallaşdırılması lazımdır.
KEYFİYYƏT ÇATIŞMAZLIĞI BÖYÜK BİR BƏLADIR. Bütün Orta şərqin bəlasıdır. HƏR YERDƏ ONUN AĞRISI HİSS EDİLİR. Misirdə, İordaniyada, Livanda, Fələstində böyük bir keyfiyyətsizlik bütün İslam aləmini bürümış vəziyyətdədir.

Adnan Oktar deyir ki... 27 Aprel 2012  > Click for more

Cənnətdə hər şey çox yüksək dərəcədədir, Rəsulullah (s.ə.v) çox keyfiyyətli idi, Səhabə dövrü çox yüksək dərəcəli idi. QURAN BİZDƏN KEYFİYYƏT TƏLƏB EDİR. Müsəlman keyfiyyət tərəfdarıdır. Keyfiyyətə çox əhəmiyyət verməliyik. Geyimdə, üslubda, hərəkətdə hər şey yüksək dərəcədədir.
Keyfiyyət çox əhəmiyyətlidir, ən yüksək keyfiyyəti hədəfə almaq lazımdır. Keyfiyyət dövlətin bir nömrəli siyasəti olmalıdır.
MƏDƏNİYYƏTİN, ZƏNGİNLİYİN, RİFAH İÇİNDƏ OLMAĞIN TƏK YOLU KEYFİYYƏTDİR. KEYFİYYƏT OLMAYANDA CƏHƏNNƏMƏ XAS XÜSUSİYYƏTLƏR BAŞLAYAR. Sənayeyə, sənətə, elmə, insanların ruh dünyasına da təsir edərək zəncirvari nizamsızlıq yaradar.
Avropa üslublu demokratiya və Avropa üslubuna xas keyfiyyət Türkiyəyə yaraşar. Hətta, daha yüksək bir keyfiyyət Türkiyəyə yaraşar. Tez bir zamanda bunları həyata keçirmək lazımdır.

Adnan Oktar deyir ki... 23 Aprel 2012  > Click for more

Pərişan insanlar, mühit olmamalıdır. Orta şərqdə bu böyük bəla, keyfiyyətsizlik hakimdir. BÜTÜN İSLAM ÖLKƏLƏRİNDƏ KEYFİYYƏTİN ƏN YÜKSƏK DƏRƏCƏSİNİN HƏDƏFƏ ALINMASI LAZIMDIR.
Keyfiyyətsiz teatr, parklar, məsələn; keyfiyyətsiz əyləncə, musiqi, geyim çox təhlükəlidir. Keyfiyyətsiz evlər, küçələr, yəni hər tərəf cəhənnəmə dönər, Allah əsirgəsin. KEYFİYYƏTƏ ÖNƏM VERSƏK, TEZ BİR ZAMANDA İNKİŞAF EDƏR.
Ən yüksək keyfiyyəti hədəfə almaq lazımdır. Avropa keyfiyyətindən də üstün bir keyfiyyəti qazanmaq məqsədi olmalıdır. Keyfiyyət milli siyasət prinsipinə əsaslanmalıdır.
Xurafatçıların ən narahat olduğu şey keyfiyyətdir. Xurafatçıların əsas xüsusiyyəti də keyfiyyətsizlikdir.
Keyfiyyətin aşağı olması çox təhlükəlidir. Xurafatçılığa zəmin hazırlayar. KEYFİYYƏTLİ BİR MÜHİTDƏ XURAFATÇILIQ QALMAZ.
Bütün Avropada, Amerikada keyfiyyət axtarışları davam edir. HƏR ŞEYİN ƏN YÜKSƏK KEYFİYYƏTİNİ ƏLDƏ ETMƏYƏ ÇALIŞMAQ LAZIMDIR.
Keyfiyyətsizlik təhlükəsi var. Buna qarşı dövlət xüsusi tədbir görməlidir. Bunun üçün xüsusi siyasət hazırlanmalıdır . Keyfiyyətsizliyin bir müddət sonra saxta və dağıdıcı təsiri ola bilər.

Adnan Oktar deyir ki... 18 Aprel 2012  > Click for more

İslam fanatizm tərzində hakim olmayacaq. Mənim təsvir etdiyim, bizim təsvir etdiyimiz tərzdə olacaq. Baş nazirində söylədiyi kimi―”Müasir İslam” bu şəkilə hakim olacaq, inşaAllah. deyir.

Adnan Oktar deyir ki... 15 Aprel 2012  > Click for more

Qədəhi küfr əlaməti olaraq onlar damğalamışdılar. Mən bu damğanı qədəhin üstündən qaldırıram. Onun halal olduğunu, onun gözəlliyini göstərirəm və bütün gözəlliklərin Müsəlmanlara aid olduğunu vurğulamış oluram.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com