Keyfiyyətli ölkələrdə, incəsənətin, estetikanın olduğu ölkələrdə, gözəlliyin hakim olduğu ölkələrdə nə qiyam, nə də dövlət çevrilişi, nə ordunun, nə xalqın, nə də polisin ağlından belə keçmir. Təxəyyül belə edə bilmirlər. Çünki cəmiyyətin hər təbəqəsi məmnun olmuş olur.
Qiyamların və dövlət çevrilişlərin həmişə kökündə cəmiyyətin çox sıxılması vardır. Lakin incəsənətin, estetikanın, keyfiyyətin yüksək olduğu heç bir cəmiyyətdə dövlət çevrilişi və qiyam olmayıb və olmur.
Heç bir dövrdə keyfiyyətin, incəsənətin ortadan qalxmasıyla bir dövlətin davam etdiyi görülməyib. Hər dövlət, hər hökumət belə bir sistem olduqda dağılır.
Təkcə ənənəvi ortodoks İslamı yaşamağa cəhd etsən Türkiyə geriləyər. İncəsənət qalmaz, estetika qalmaz, mədəniyyət və keyfiyyət qalmaz, dünya cəhənnəm kimi olar. O zaman buna dünya icazə verməz. Yəni Allah icazə verməz, dünyanı üstünə müsəllət edər.
Müasir vətəndaşları qorumaq, onları dəstəkləmək, keyfiyyəti və incəsənəti ön plana çıxarmaq, Türkiyəni ən müasir ölkə halına gətirmək, hökumətin əsas vəzifəsi olmalıdır.
Ənənəpərəst ortodoks görünüşlü bir Türkiyə bütün Avropanın, bütün Amerikanın hətta Rusiyanın, Çinin hədəfinə çevrilər. Bütün dünya qarşısında dayanar. Müasir Türkiyəni mütləq meydana gətirməliyik. İncəsənəti, estetikanı, keyfiyyəti ön plana çıxarmalıyıq. Keyfiyyətin bütün Türkiyədə hakim olması vacibdir.