Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 19 oktyabr 2016> Click for more

İmtahanın tələbi olaraq Allahın mövcudluğunun dəlilləri örtülü olduğu üçün bəzi insanlarda iman zəifliyi və qəflət meydana gəlir. Güclü qəflət və ülfət bəzilərində iman zəifliyinə səbəb olur. Möminin ülfət və qəflətə təslim olmamağı lazımdır, bunları yarıb keçməlidir.

 Adnan Oktar deyir ki... 6 may 2016> Click for more

Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir.
İnsan sanki ülfətin içində üzür. Bu ülfətin aradan qalxması üçün Allaha dua etməlidir. "Ey Rəbbim ağlımı aydınlaşdır, bu möcüzəni görüm. Beynim bunu hazırda mənə, mənim istədiyim kimi hiss etdirmir" deməlidir. Məsələn, yazı var, oxuya bilmir; bunun kimi. Mömin; "bəsirətim açılsın, bu möcüzənin həyəcanını yaşayım, Səni layiqincə təqdir edim ey Rəbbim" deməlidir.
İnsanlar ülfət dənizinin içində üzür. Bu ülfət dənizindən çıxıb, bəsirətlərini, fərasətlərini açıb bu bəladan xilas olmalıdırlar. Yoxsa insan sırf hüceyrədəki möcüzəni öyrənsə heyrətamiz imana sahib olar. Peyğəmbər imanı kimi olar imanı. Lakin bəsirət bağlanıb.

Adnan Oktar deyir ki... 23 noyabr 2013> Click for more

Ülfətin bu istiqamətdən faydası ola bilər. Allah tərəfindən insanlara Allah qorxusundan həlak olmamaları üçün verilmiş bir xüsusiyyətdir. Ülfət insanlarda psixoloji sakitləşməni təmin edir. Yəni insan üçün əsəb dərmanı kimidir. Psixoloji sakitləşdirici kimidir.
Ülfətə qarşı Allaha dua edilməlidir. ''Ya Rəbbim, məni ülfətdən qoru. Möhtəşəm məlumatın təsirliliyini ürəyimə, ruhuma hakim et. İmanıma vəsilə olan bu dəyərli elmi ülfətlə yox etməkdən məni qoru''.
Ülfət qeyri-adi bir şeydir. Məsələn, peyğəmbər (s.ə.v)-in möcüzəsini eşidir, gözləri dolur, heyrətlənir. Ülfət onu bir anda udub məhv edir. İnsanda ülfət meyli vardır. Ülfətə müqavimət göstərmək lazımdır.
Ülfət çox təhlükəlidir. Ülfət müsəlmanın ən çox özündə mübarizə aparacağı şeylərdən biridir. Məsələn, hüceyrənin quruluşunu araşdırır, nəfəsi kəsilir. Amma beyninin arxasında böyük bir ülfət dalğası gələn məlumatı dayanmadan sovurar. Davamlı yox edər.

20 İyul 2011; A9 TV və Kaçkar TV  > Click for more

ALLAHDAN QORXMASAN, QƏFLƏTƏ DÜŞƏRSƏN, DÜŞÜNƏNDƏ BELƏ İNSANIN AĞILINA MƏHV OLMAQ GƏLİR, Allah əsirgəsin.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com