Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 19 may 2017> Click for more

Zorakılığı zorakılıqla aradan qaldırmaq dəccaliyyət üsuludur. İslama görə pis yaxşı ilə, sevgisizlik sevgi ilə, ağılsızlıq ağılla yox edilər.

Adnan Oktar deyir ki... 18 may 2017> Click for more

Şeytan diqqəti yayındıra bilər, unutqanlığa səbəb ola bilər, şüur altına pislik pıçıldayar. Ağlı və imanı güclü olan bunlara qarşı kəskin rəftar göstərər.

Adnan Oktar deyir ki... 9 aprel 2017> Click for more

Ağıl anbaan yaradılır. Danışıq anbaan yaradılır. Ağlı verən də, danışdıran da Allahdır.

Adnan Oktar deyir ki... 10 fevral 2017> Click for more

Zəkalı və bilikli olmaq mütləq ağıllı olmaq deyil. Ağıl imanla gələn nemətdir.

Adnan Oktar deyir ki... 27 yanvar 2017> Click for more

Allahın ağlı fövqəladə dərəcədə heyranlıq oyandıracaq sonsuz ağıldır. Allahın kölgəni yaratması təkbaşına möhtəşəm sənətdir.

Adnan Oktar deyir ki... 27 oktyabr 2016> Click for more

Qadınlar çox ağıllı olduqları üçün qarşılarındakı insanın səmimiyyətsizliyini, ağıl zəifliyini dərhal görürlər. Ağlı zəif bir insanın ağıllı kimi davrandığını zənn etməsi, qarşısındakını aldatdığını zənn etməsi qadınları daha da hirsləndirər. Demək olar ki, sevəcək birini tapa bilmirlər. Rola girmədən, maska taxmadan, oyun oynamadan yanlarında bir üzlü kimsə olmur. Ömür boyu tənha, sevgisiz yaşayırlar.

Adnan Oktar deyir ki... 1 oktyabr 2016> Click for more

Din ağıl və dərinlik tələb edir. Darvinist materialist təhsillə insanlar imandan uzaqlaşdırılır. Məscidlərin dolması üçün güclü iman lazımdır.

Adnan Oktar deyir ki... 13 sentyabr 2016> Click for more

İslamda musiqi, əyləncə, gözəllik, sevinc, iffət, təmizlik, ağıl, sevgi, ehtiras, yəni gözəl olan hər şey vardır.

Adnan Oktar deyir ki... 31 avqust 2016> Click for more

Müsəlmanlara mənəvi cəhətdən elə təzyiq göstəriblər ki, dində olmayan qaydalarla sanki zehinlərini dondururlar. Musiqi, incəsənət, gülmək, şən olmaq, həyat dolu olmaq potensial cinayət kimi göstərildiyi və özlərini də potensial günahkar gördükləri üçün hər yerdə aciz mövqedə olurlar. Qurana tam tabe olan müsəlmanlar ziyalı, keyfiyyətli, özünə inamlı və çox ağıllıdır. Acizliyi heç bir müsəlman əsla qəbul etməməlidir.

Adnan Oktar deyir ki... 26 avqust 2016> Click for more

Ağlı zəif olanlar iman gətirənlərin imtahanı üçün xüsusi yaradılır, bəlkə də axirətdə bir hissəsinin yalnız “görünüş varlıq” olduğunu anlayacağıq.

 Adnan Oktar deyir ki... 5 may 2016> Click for more

Tarix təkrarlanmır. Sistem həmişə irəliyə doğru gedər və yeniliklər gətirər, hər dövrdə dəyişər. Sən romantik bir tarix anlayışı ilə eyni şeyləri etməyə cəhd etdiyin zaman əzilərsən, məğlub olarsan. Dövrümüz elm, ağıl, sevgi, iman dövrüdür. Sevgiylə, imanla qalibiyyət gələr. Başqa şeylə nəticə ala bilməzsən.

 Adnan Oktar deyir ki... 10 fevral 2016> Click for more

Bir şeyin ziddi olmadıqda doğru olan necə ortaya çıxa bilər? Şeytan olmayacaq, nəfs olmayacaq və biz imtahan olacağıq? Gözəli və doğru olanı görəcəyik? Bu qeyri-mümkündür. Yüksək sevgini əldə etməyimiz qeyri-mümkündür, yüksək ağlı əldə etməyimiz qeyri-mümkündür. Uşaq dövrümüzdəki kimi qalarıq, təkmilləşmərik.

 Adnan Oktar deyir ki... 7 fevral 2016> Click for more

Bir insan nəfsini dəli kimi müdafiə edirsə, bu əqli xəstəlikdir. İnsan orada dayanmalıdır, Allaha sığınmalıdır. "Mən necə bu qədər anormal bir insan ola bilərəm?" deməlidir. Qarşı tərəfi ağıllı şəkildə dinləməlidir. Müsəlman, yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan etməyə meyillidir. Buna görə də ağlı çox gözəl inkişaf edər.

 Adnan Oktar deyir ki... 4 fevral 2016> Click for more

Ağıl Allahdan bir nurdur, insana Allah tərəfindən ilhamla verilir. Öz-özünə ağıl meydana gəlməz. Allah ağlı alsa bir anda donub qalarsan, bəsirətin qapanar, lal olub belə baxarsan.

Adnan Oktar deyir ki... 10 mart 2015> Click for more

Qurana tabe olmayan bir insan ağıllı ola bilmir. Zəkalı olar, amma ağıllı ola bilməz.
Ağılla Quranın yaxın əlaqəsi var. Ağılın olması üçün insanın Qurana tabe olması lazımdır. Quran bərabərdir ağıl, ağıl bərabərdir Quran.

Adnan Oktar deyir ki... 19 fevral 2015> Click for more

Dünyada bir çox insan boş-boş baxar. Cəzbedici olmaq çox çətindir. Çox ağıllı insanlarda meydana gələr.

Adnan Oktar deyir ki... 18 avqust 2014  > Click for more

Allahdan qorxan çox ağıllı olur, halalda, haramda çox dəqiq olar, bütün hərəkətləri müvazinətli və düzgün olar. Allahdan qorxmasa, Allah uzaq eləsin, onsuz da rəftarlarında dərhal əks olunur. Ağzına gələni deyir, istədiyi kimi hərəkət edir. Müsəlman, Allahdan qorxduğunda hər şeyi seçərək, çox diqqətli və uyğun olan gözəl rəftar göstərir. Eqoistlikdən, xudbinlikdən uzaq olur.

Adnan Oktar deyir ki... 18 avqust 2014  > Click for more

Qurandan uzaq olanda insanın ağlı gedir, davranışları pozulur, halala, harama diqqət etmir, nizamsız olur. Amma Qurana uyarsa, ağıl tam oturur, işləri yolunda gedir, bərəkət gəlir, üzərinə bir rəhmət, bir xoşluq, nur gəlir. Onun üçün Qurana möhkəm sarılmaq çox vacibdir.

Adnan Oktar deyir ki... 23 iyun 2014> Click for more

Quranı həyata keçirmək bir sənətdir. Ağıllı insan Quranı çox yaxşı anlayar və həyatına gözəl şəkildə tətbiq edər. Məsələn, təvazökarlıq necə ediləcək? Təkəbbür hissi aradan necə qaldırılar? Sevgi necə yaşanar?

Adnan Oktar deyir ki... 21 iyun 2014> Click for more

Ağıl və Quran bir-biri ilə əlaqəlidir. Ağıllı olmaq üçün Quranı gözəl şəkildə bilmək lazımdır. Buna görə də Qurana əsasən düşünmək lazımdır.

Adnan Oktar deyir ki... 20 oktyabr 2013> Click for more

Xeyirlərdə yarışmaq, xeyir rəqabəti aparmaq insanda ağılı açar, bərəkət, nur, gözəllik gətirər.
Allahı təriflədikcə, öydükcə, Allaha dua etdikcə ağıl durular, insanın beynindəki təzyiq aradan qalxar. Əks halda beyin keyiyər, qapanar. Ağıl gedər, insan dəli olar.

Adnan Oktar deyir ki... 1 oktyabr 2013> Click for more

İnsan Quranla ağlını tapar. Bir kommunist, bir faşist, bir manyak, bir də Quran ağlı vardır. Hamısının özünə görə bir ağlı var. Ağıl deyilən şeydən aydın olan; Qurandan qaynaqlanan, mərhəmətli, şəfqətli, məqbul, tutarlı olan, vicdanı ilə hərəkət edən insana biz ağıllı deyirik.

Adnan Oktar deyir ki... 20 sentyabr 2013> Click for more

Quran və ağıl bir-birilə çox bağlıdır. Quran saf ağıldır. Ağılın yoludur. İnsan Qurana uymaqla ağıllı olar. Quranın xaricində ağıllı olmaq mümkün deyil. Zəkalı ola bilər, amma ağıllı ola bilməz.

Adnan Oktar deyir ki... 8 sentyabr 2013> Click for more

Allah ağılı anbaan yaradır. Ağıl davamlı axar. Ağıl beynin içində durmaz. İnsanlar zənn edir ki, ağıl küp kimi mühafizə olur, elə bir şey yoxdur. Başın içi bomboşdur. Ağıl başa Allah tərəfindən çay kimi dayanmadan axar.

Adnan Oktar deyir ki... 5 sentyabr 2013> Click for more

Allahı sevmək ağıl və əmək tələb edir. Eləcə də həqiqi dindarlıq ağıl, incəlik, vicdan tələb edir.

Adnan Oktar deyir ki... 7 may 2013> Click for more

Ürək sıxılsa, ağıl da sıxılar, onlar bir-birilə əlaqəlidir. Allah dayanmadan imanın inşirahını (fərahlanmasını) versin. İnşirah imandan qaynaqlanar. Deyir ki, açıq havaya getsəm, açılaram. Amma elə deyil, açıq havaya şeytanın da səninlə birlikdə gəlir. "Bir yemək yesəm, açılaram" deyir. Şeytanın da səninlə birlikdə yeyər. "Ürəklər ancaq Allahın zikri ilə rahatlıq tapar."

Adnan Oktar deyir ki... 22 aprel 2013> Click for more

İsraillilər texniki, elektronik istiqamətə çox əhəmiyyət verirlər. Düşüncəyə, ağla əhəmiyyət verirlər, müsəlmanlar, bütün dünya da bunu etməlidir. Beyindən, ağıldan, texnologiyadan yaxşı istifadə etmək lazımdır.

Adnan Oktar deyir ki... 8 May 2012  > Click for more

Ağlı başında olan insan öz ağlından məsuliyyət daşıyır. Yəni digərlərini bəhanə edə bilməz.

Adnan Oktar deyir ki... 1 Aprel 2012  > Click for more

BİR İNSAN ZƏHMƏT ÇƏKDİYİ, ZEHNİ GÜCÜ İLƏ MÜBARİZƏ ETDİYİ MÜDDƏT ƏRZİNDƏ ALLAH ONA O ADAMIN İMANINI TƏQDİM EDİR. Yenə insanın qədərində olan olur, lakin o sanki əmək verərək onu əldə etdiyini hiss edir. Ondan sonra yaranan iman çox qiymətli olur.

19 yanvar 2009; Ekin TV  > Click for more

AĞILI İLƏ, VİCDANI İLƏ HƏRƏKƏT EDƏN ADAM HƏMİŞƏ DOĞRU YOLDA OLAR. Məsələn, Allah əsirgəsin, rüşvət alacaqsa, məntiqi götür deyər. Amma ağılı və vicdanı da alma deyər. Ağılına və vicdanına uyğun hərəkət etdiyi üçün də maddi baxımdan çətinlikləri olsa da doğru olanı edər.

> Click for more

Ağıla uyğun olan bir şey varsa , o dinə də uyğundur.
Müsəlman imanın, ağılın ləzzətini dadar. Məqbul olmanın, Allahın yaratdığı qiymətli və zadəgan bir qul olmanın ləzzətini hiss etməlidir. O biri müxtəlif, gözəl söz söyləmədiyi zaman, hirsini məğlub etmədiyi zaman sadəliyin çirkli mühitində iztirab çəkərlər.

24 İyul 2011; A9 TV  > Click for more

ÇİRKİN DEYİLƏN BİR ŞEY YOXDUR. AĞILLI, GÖZƏL XASİYYƏTLİ İNSAN, SƏMİMİ SÖYLƏYİRƏM , HƏQİQƏTƏN DƏ GÖZƏL OLAR. Yəni ona insanın qanı qaynayar. Bir insan gözəldir, amma xasiyyəti pisdir, yanında narahat olarsan, görmək istəməzsən. Nə qədər çirkinlər vardır ki, bütün gözəllər onu sevərlər. Üslubu, nitqi, hərəkətləri gözə çox xoş gəlir. Gözəllik İMANLA ÖLÇÜLƏR. İMANLI BİR İNSAN MÜTLƏQ GÖZƏLDİR. GÖZƏLLİK AĞILLA OLAR.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com