Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 26 may 2016> Click for more

İslamı yaxşı tanıyan biri həlim olmağın gözəlliyini bilər. Hz. İsa Məsih həlimdi. Hz. İbrahim (ə.s) həlimdi, Allah həlimliyini tərifləmişdir. Yəhya (ə.s) həlim övlad idi. Peyğəmbərimiz Rəsulullah (s.ə.v) həlim insan idi. Mömin həlim olmalıdır.

 Adnan Oktar deyir ki... 27 fevral 2016> Click for more

Gənclərin belə qəzəbli yetişməsinin səbəbi də darvinist təhsildir. Darvinist, materialist yetişdirildikdə sevgi qalmır. Sevgini təmin edən din əxlaqıdır.

Adnan Oktar deyir ki... 8 may 2015> Click for more

Xarabalığa çevrilmiş bütün məscidlər yenidən bərpa edilməlidir. O vəziyyətdə saxlamaq haramdır. Mütləq bərpa edilməlidir. Məscid qiyamətə qədər məsciddir. Sən oranı dağıdıb əyləncə məkanı inşa edə bilməzsən.

Adnan Oktar deyir ki... 2 may 2015> Click for more

Mömin Allaha ölümünə bağlanmalıdır. Şəhid olmağı da qəbul etməlidir, qazi olmağı da qəbul etməlidir, həbsxananı da qəbul etməlidir, dəlixananı da qəbul etməlidir. Başına gəldikdə həmd etməli, şükür etməlidir. O zaman Allah onun yolunu tamamilə açar.
Səmimi, saf qəlblə Allaha bağlanmış, əziyyəti, acını, hər şeyi qəbul etmiş biri olmalıdır, belə olduqda Allah onu zəngin edər. Olduqca xoşbəxt yaşadar. Allah: "Mənim yolumdan gedənlərə yollarımı açaram, qoruyaram" deyir. Açır yollarını. Açıq şəkildə görülür, qələbə verir. Bunlar açıq, aşkar möcüzələrdəndir. Gözəçarpan möcüzələrdəndir. Heç bir şey olmur.

Adnan Oktar deyir ki... 21 aprel 2015> Click for more

İnsanlar qəlbdə, ruhda dindar olacaqlarını gördülər. Musiqi dinləyə biləcəklərini, qadınlar başı açıq gəzə biləcəklərini, eyni zamanda dindar olub namazlarını da qıla biləcəklərini gördülər. Onun üçün din, Türkiyədə gizli şəkildə mükəmməl yayıldı. Özünə hər yerdə fövqəladə bir zəmin tapdı.

Adnan Oktar deyir ki... 19 aprel 2015> Click for more

Allah istəmədikdən sonra cin heç nə edə bilməz. Buna görə də Allah adama bəla verəcəkdirsə cin ilə də verər, avtomobil qəzası ilə də verər, xərçəng xəstəliyi ilə də verər.
Bir çox insan cinlərdən dəhşət qorxur. Cin heç bir şey etməz, sənə nə edə bilər? Cinlər Allahın nəzarəti altındadır. Şirk qoşur, cinin Allahdan müstəqil bir şey edəcəyini zənn edir. Cinə o gücü verən Allah deyilmi? Taleyində olmayan bir şeyi cin necə edə bilər?
Sənin ağlın, vicdanın gözəldirsə, onsuz da Allah taleyində qarşına gözəl bir insan çıxardar. Allah hz. Süleyman (ə.s)-ın qarşısına niyə o qədər gözəl şeylər çıxartdı? Hz. Süleyman (ə.s) o gözəl şeyləri səy göstərərək, çalışaraq əldə etmədi. Sadəcə təqvasından ötrü Allah ona verdi.
Din asanlıqdır. Allah; "sizi asan şeydə uğurlu edəcəyəm" deyir, "Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər" deyir. Hz. İbrahim (ə.s)-ın dini kimi asandır.

Adnan Oktar deyir ki... 14 mart 2015> Click for more

Ruhunda pis nifrəti saxlayan bir insan daim bəla dənizi içərisində üzər. Nifrətdən qaçmaq lazımdır. Qəlbə yalnız sevgini qoymaq lazımdır. Qəlb eyni anda pis və təmiz olmağa dözə bilməz. Qəlbə yalnız təmizliyi yerləşdirmək lazımdır. Qəlb pislikdən təngə gələr.
Kinli olmaq çox pis bir şeydir. Hər şeyə xeyir, sevgi gözüylə baxmaq lazımdır. Nifrət bəsləmək çox böyük bir əxlaqsızlıqdır. Hər kəsə sevgiylə yaxınlaşmaq lazımdır.

Adnan Oktar deyir ki... 13 mart 2015> Click for more

Allah: "İnsan zalım və cahildir" deyir. Allah, nankor olduğunu söyləyir. Nankor olmaqdan Allaha sığınmaq lazımdır. Zalım və cahil olmaqdan Allaha sığınmaq lazımdır.

Adnan Oktar deyir ki... 10 mart 2015> Click for more

Müsəlmanlar Allah tərəfindən hər cür tələdən qorunar. Son ana qədər qorunar.
Kafirlər və münafiqlər müsəlmanlarla mübarizə aparacaq. Əziyyət verəcəklər, böhtan atacaqlar, oyun oynayacaqlar, problem çıxaracaqlar, əleyhinə xəbər hazırlayacaqlar. Allah, bu əziyyətlərinə "fikir vermə" deyir. "Fikir vermə" nə deməkdir? Fərz deməkdir. Təsirə məruz qalmamaq fərzdir, əgər fikir versə, onda harama girər. Belə ədəbsizlərin qurduğu oyunlara fikir verməmək, diqqətə almamaq, əhəmiyyət verməmək fərzdir.

Adnan Oktar deyir ki... 2 mart 2015> Click for more

Ədabazlıq, mərifətsizlik, ərköyünlük müsəlmana yaraşmaz. Ağıllı, yaxşı bir insan və həlim olmaq, dürüst, çevik, düzgün, təqlidçilikdən uzaq bir ağıla sahib olmaq yaraşar.
Dürüst, səmimi, açıq, parlaq bir zehniyyət, şəffaf bir dünyadan bəhs etmək lazımdır. Mövzuları Quranla, ayələrlə izah etdikdə insanların qəlbində bir rahatlıq və hüzur meydana gəlir. Yoxsa insanlara əhli dünya üslubu istifadə edirsən, insan öləcəyini bilir. Sən sanki uçursan, amma sənin uçmağın onu qorxudar, ürküdər. Amma sən Allahın varlığından xəbərdarsansa adamın qəlbinə rahatlıq gələr.

Adnan Oktar deyir ki... 22 fevral 2015> Click for more

Daim Allahın lehində düşünülər. Müsəlman ətrafına daim xeyir gözüylə baxar.

Adnan Oktar deyir ki... 19 fevral 2015> Click for more

Müsəlmanla mübarizə apararlar. Müsəlman; mübarizə aparılan adam deməkdir. Müsəlman; düşməni çox olan adam deməkdir. Əsl müsəlmandırsa, əsl mübarizə adamıdırsa düşməni çox olar. Bir müsəlmanın ətrafında münafiq yoxdursa, onda o necə müsəlman ola bilər?. Müsəlmanın ətrafında çoxlu kafir və münafiq olar.

Adnan Oktar deyir ki... 8 fevral 2015      > Click for more

Müsəlman sevgisini, mərhəmətini sonsuz dərəcədə inkişaf etdirməlidir, kömək sevərliyini yüksək dərəcədə inkişaf etdirməlidir. Etibarlı olmalıdır. Müsəlmanlar əleyhinə casusluq etməməlidir. Oyun oynamamalı, xainlik etməməli, zülm etməməlidir.
Müsəlman: “Mən namazımı qıldım, cənnətə gedərəm, bu qədəri kifayətdir” deməməlidir. Cənnətdə yüksək mövqe sahibi olmağı istəməlidir. Dərəcələr var, müsəlman yarışmalıdır. Daha yüksək, daha yüksək, daha yüksək... Sonu yoxdur, necə də gözəldir.
Hz. İbrahim (ə.s) zülm edirmi? Etmir. Mərhəmətli, şəfqətli, həlim bir insandır. Yəni müsəlmanların əleyhinə heç bir fəaliyyət göstərmir. Əksinə lehinə fəaliyyət göstərir, hər halında bir gözəllik var. Deməli, doğru yoldadır.
Müsəlmanları narahat edəcək, onları kədərləndirəcək, yoracaq rəftarlar və yaxud müsəlmanları qorxutmağa çalışan rəftarlar yaxud da müsəlmanların əleyhinə casusluq etmək, oyun oynamaq, müsəlmana hiylə qurmaq... Quran bütün bu hərəkətlərin zalımlıq olduğunu bildirir. Namaz qılması onu xilas etməz. Zalımlıq etməməlidir.
Müsəlman anormal hərəkətlər edə bilməz. Ayəyə görə: "İman edir, imanını zülmlə qarışdırmır", yəni zülm etməyə təşəbbüs etmir, zalımlıq etmir.

Adnan Oktar deyir ki... 5 fevral 2015      > Click for more

Bizim izah etdiyimiz, dünyanı qurtaracaq bir müsəlmanlıq anlayışıdır. Sevgi, sülh, qardaşlıq, xeyirxahlıq, gözəllik, sənət, estetika var, qadınlar baş tacı edilir, qadınlar sərbəstdir, uşaqlar və cavanlar azad və sərbəstdir, hər yerdə nəşə, sevinc hakimdir.

Adnan Oktar deyir ki... 4 fevral 2015      > Click for more

Pis insan varsa, o insana zülm etməzlər. Sən izah elə. Ona zülm etdiyin təqdirdə o daha çox pis insan olar. Bir pis iş görürdüsə, artıq minini edər.

Adnan Oktar deyir ki... 23 yanvar 2015      > Click for more

Bir insan hər cəhətdən yaxşı ola bilməz. Yaxşı insanın da mütləq səhvləri olar. 90%-i yaxşıdır, yaxşı cəhətlərindən danış, 10% olan pis cəhətlərindən də danışarsan. Amma 90%-lik hissəni yox etsən, o zaman zülm olar.

Adnan Oktar deyir ki... 15 yanvar 2015      > Click for more

İman və Allah sevgisiylə zəngin olmaq çox gözəldir. Onda səxavətli olarsan, dost olarsan, uşaqlara bir şeylər verərsən, insanlara bir şeylər verərsən. Bol qazanarsan amma bol xərcləyərsən. Hal-hazırda nə bol gəlir var, nə də bol xərc. Geniş şəkildə yayılmış bir kasıblıq var.

Adnan Oktar deyir ki... 12 yanvar 2015      > Click for more

Yaşlıya baxmaq, əlbəttə ki, çətindir, amma savabı daha çoxdur. Savabı çox olsun deyə, Allah onu o çətin hala gətirir. O savabı əldən qaçırmaq olmaz.

Adnan Oktar deyir ki... 12 yanvar 2015> Click for more

Nənələri, babaları evdə saxlamaq lazımdır. Bərəkətdir. Qocalar evinə göndərmək uğursuzluq gətirər. Eyni şəraiti evində yaradarsan. Evin bir otağını ayırarsan, o evə rəhmət enər. Orada çəkilən əziyyət və çətinlik yağış kimi savab gətirər.

Adnan Oktar deyir ki... 11 yanvar 2015      > Click for more

Hadisələr baş verərkən Allah mələklərini hər yerdə vəzifələndirir. Heç bir hadisə təsadüf olaraq meydana gəlməz. Ölən hər kəsin canını Əzrail alar. Filankəsin canını alacağam deyib, Allahdan izin alaraq gedər. Saatı, dəqiqəsi bəllidir.
Hadisələr baş verərkən Allah mələklərini hər yerdə vəzifələndirir. Heç bir hadisə təsadüf olaraq meydana gəlməz. Ölən hər kəsin canını Əzrail alar. Filankəsin canını alacağam deyib, Allahdan izin alaraq gedər. Saatı, dəqiqəsi bəllidir.

Adnan Oktar deyir ki... 8 yanvar 2015      > Click for more

Bu soyuq havalarda küçə heyvanlarını çox yaxşı qoruyub-himayə etsinlər. Bir tikə pendir, bir parça ət onlar üçün çox əhəmiyyətlidir. Bu soyuq havada immunitetlərini artırar. Allah qorusun, əgər yemək tapa bilməsələr soyuqdan donub ölərlər. Bunun üçün hər kəs mütləq itlərə bir şey versin.

Adnan Oktar deyir ki... 4 yanvar 2015      > Click for more

Haqq, dünya miqyasında baş verən böyük bir zorakılıqdan sonra qəbul edilir. Zorakılıq olmadan qəbul edilməz. Bu insanların fitrətində var. Bu Ad qövmündə, Səmud qövmündə, bütün qövmlərdə var. Mütləq zorakılıq olmalıdır. Zorakılıq olduqda dünyadan əl çəkirlər, artıq axirəti düşünməyə başlayırlar.
Bəşəriyyətin oyanması, Mehdiyyəti qəbul etməsi üçün böyük bir zorakılığa ehtiyac olur. Yəni zorakılıq olmadıqda bəşəriyyət haqqı qəbul etmir.

Adnan Oktar deyir ki... 3 yanvar 2015      > Click for more

Eqoistlik bölünməyə gətirib çıxarar. Adam malına bağlanar. Eqoistliyin xüsusiyyəti budur. Amma eqoistlik yoxdursa, səxavətli olmaq vardır. Səxavətli olmaq hədd-hüdud bilməz. Məhz belə də olmalıdır ki, sən rahat şəkildə comərdlik edə biləsən, dostluğunu, sevgini rahat şəkildə göstərə biləsən.
Eqoistliyin olduğu yerdə həyat ölər. Eqoistlik zəhərdir, güclü bir zəhərdir. Yəni bir milliqramı belə cəmiyyəti öldürər. Cəmiyyətdəki eqoistlik yox olmalıdır.

Adnan Oktar deyir ki... 30 dekabr 2014      > Click for more

Müsəlman mütləq əziyyət, çətinlik, zəhmət çəkərək yaşamaq məcburiyyətindədir. Məsələn, Allah üçün kitab yazar, tədqiqatlar aparar, başqa biri isə gəzər, əylənər filan, amma müsəlman çətinlik içində olar. Görərsən ki, əl-üzü çox nurludur, gözəlləşmişdir. Digəri: "Həyatımı yaşayıram" deyir. Bir də görərsən ki, donuqlaşmış, mənasını itirmişdir. Əylənə də bilməz o. Əyləndiyini zənn edər, amma əylənə bilməz.

Adnan Oktar deyir ki... 17 dekabr 2014        > Click for more

Heyvanlara edilən işgəncə əxlaqsızlıqdır, zülmdür. İşgəncə etdikləri üçün, heyvana zülm etdikləri üçün Allah da o qövmü həlak edir. Quranda ayə vardır, heyvana işgəncə verməyin cəzası çox ağırdır. Düşün Allah qövmü həlak edir. Bunu edənlər Allahın qəzəbinə düçar olurlar.

Adnan Oktar deyir ki... 10 dekabr 2014    > Click for more

Təhdid olmasa belə müsəlman onun olmasını qəlbən istəməlidir. "Kaş ki, təhdid edən biri olsa da daha çox savab qazansam" deməlidir. Peyğəmbərimiz (s.ə.v) həmişə təhdid altında yaşadı; Əbu Cəhilin, Əbu Ləhəbin o dövrün fironlarının təhdidləri altında. Hz. Musa (ə.s) daim Fironun təhdidi altında yaşadı.

Adnan Oktar deyir ki... 5 dekabr 2014    > Click for more

Allah üçün cinayət törədilməz. Cinayət İslam dininin qanunlarına görə cəzası əbədi cəhənnəm həyatı olan çox böyük bir günahdır. Bu ağlı başında bir müsəlmanın edəcəyi bir şey deyil. Bunu ancaq qəddar ruhlu, qatil ruhlu, psixopat ruhlu bir insan edə bilər.

Adnan Oktar deyir ki... 12 oktyabr 2014  > Click for more

Hz. Süleyman nemət əldə etmək üçün çalışmadı, nemətdən qaçdı, nemət ona tərəf gəldi. Hz. Yusif (ə.s) nemətdən qaçdı, nemət onun arxasınca getdi. Mən ömrüm boyu nemət əldə etməkdən qaçdım. Həmişə neməti Allah yanıma göndərdi. Əlhəmdülillah.
Orta yolla gedən müsəlman deyə bir şey yoxdur. Qurana tabe olan müsəlman vardır. Qurana əməl edirsə tabe olur, əməl etmirsə tabe olmur. İki cür müsəlman vardır. Biri Qurana əməl edən, biri də əməl etməyən. Orta yolla gedən müsəlman olmaz.

Adnan Oktar deyir ki... 7 oktyabr 2014  > Click for more

Məzlum heç vaxt məğlub olmaz. Allahın dostları qalib gələcəkdir. Allahın düşmənləri məğlub olacaqdır.

Adnan Oktar deyir ki... 16 sentyabr 2014  > Click for more

Heç kimin döyüş üslubundan istifadə etməməyi lazımdır. İnsanın ruhu nifrətə də, sevməyə də, ağlamağa da, gülməyə də uyğundur. Gülməyi seçmək lazımdır. Nifrət yerinə, sevgini üstün tutmaq lazımdır.

Adnan Oktar deyir ki... 15 sentyabr 2014  > Click for more

İslam heyrətamiz gözəl bir sistemdir. Bir bilsələr, gənclər öyrənsələr, Türkiyədə müsəlman olmayan tək bir adam qalmaz. Anlamırlar. Zənn edirlər ki, asılacaq, kəsiləcək, biçiləcək, azadlıqları əllərindən alınacaq, əylənməyəcək, musiqi, şəkil olmayacaq. Hamısı halaldır. Səhv izah edirlər. Elə bir şey yoxdur. Şirk sistemi onu etdi. Yoxdur elə bir şey.

Adnan Oktar deyir ki... 12 sentyabr 2014  > Click for more

Bizim aclığımız və susuzluğumuz dindar olmağadır. Din demək; rahatlıq deməkdir, gözəllik deməkdir. Dostluq, qardaşlıq, yaxşılıq, sevgi, biz bunun üçün yaşayırıq.

Adnan Oktar deyir ki... 3 sentyabr 2014  > Click for more

Monotonluq yaxşı deyil. İnsanlara zərər verməyən dəlilik gözəldir. Monotonluq insanı sıxar. Fərqli xoş musiqilər, xoş paltarlar gözəl olur.

Adnan Oktar deyir ki... 2 sentyabr 2014  > Click for more

Kiçicik görünən bir cəhd belə Allah qatında çox qiymətlidir. Tək kəlmə ilə Allahın xatırlanması bərəkət gətirər, bəlanı dəf edər, fərahlıq gətirər.

Adnan Oktar deyir ki... 28 avqust 2014  > Click for more

Qatı dinçilik çox təhlükəlidir. Amma dindar insan çox hüzur verər. Hər cəhətdən əmin olursan, necə gözəldir; Allahdan qorxur, Allahı sevir, yalan söyləməz, oyun oynamaz, vəfasızlıq etməz, vicdansızlıq etməz, zülm etməz, nə gözəl! Başqa cür, təbii ki, çox böyük bir təhlükə olar.

Adnan Oktar deyir ki... 24 avqust 2014> Click for more

Nə gözəl olur sadiq insan, vəfalı insan. Xəyanət riski yox, oyun oynama riski yox, vəfasızlıq riski yoxdur. Halına şükür etməmək yoxdur. Ehtirası yox, dünyadan bir şey gözləmir, bütün məqsədi axirət.

Adnan Oktar deyir ki... 12 avqust 2014  > Click for more

Allah müsəlmanlara "Çəkindirici olsun gücünüz." "Qüvvətli görünün, güclü görünün" deyir. "Acizlik içində zəif görünməyin" deyir. Zəif görününcə, küfr azğınlaşır. Bunu, Bədiüzzaman da söyləyir.

Adnan Oktar deyir ki... 1 avqust 2014  > Click for more

Hücum olanda oranın boşlatılması ən ağıllı hərəkətdir. "Ricat" yəni hicrət. Bir yerdə təhlükə varsa və həll yolu yoxdursa hicrət lazımdır. Hicrət geri qayıtmamaq mənasını vermir. Peyğəmbərimiz (s.ə.v)-də hicrət etdi; sonra şərəflə geri döndü. Səhabələr hicrət etdilər; şərəflə geri döndülər. Hicrət həll yoludur.

Adnan Oktar deyir ki... 23 iyun 2014> Click for more

Həqiqi İslam mehdiyyətin izah etdiyi İslamdır.

Adnan Oktar deyir ki... 22 iyun 2014> Click for more

Müsəlman elə olacaq ki, özü haqqında "bu adam namərdlik edər" deyilməsinə yol verməyəcək. Yəni "bir şəkildə edə bilər" dedirtməyəcək. O dərəcədə zəmanət verəcək. O zaman həqiqi bir müsəlman olar. "Bunun namərdlik etməsi mümkün deyil" deyəcəksən.
Nuru yaradan, gözəlliyi yaradan Allahdır. Bir insan yaraşıqlıyam deyə öyünsə, bu gülməli olar. Allah ona təcəllisini göstərir. "Ya Rəbbi, nə gözəl təcəlli edirsən" deyəcək. "Mən nə gözələm" deməyəcək, "Nə gözəl yaradırsan" deyəcək.

Adnan Oktar deyir ki... 19 iyun 2014> Click for more

Allahın vəlisinə qarşı çıxılarsa Allaha xoş gəlməz. Allahın vəlisinə qarşı tələ qurulsa Allaha xoş gəlməz. Allahın sevdiyinə qarşı oyun oynamaq ən təhlükəli işlərdən biridir.

Adnan Oktar deyir ki... 13 iyun 2014  > Click for more

Çox böyük bir kütlə bəzən Allahı unutmuş ola bilər. Onları həqiqiymiş kimi görüb ondan təsirlənməyəcəksən. Allah onu sənə elə göstərə bilər. Məsələn, diskotekaya, klublara getsən Allahdan heç bir söz bəhs etməyənlər çıxa bilər. Deməli, "insanlar belədir. Dünya belədir. Məndə də bir qəribə hal varmı" deməyəcəksən. Sən doğru yoldasan, onlar səhv yoldadırlar.

Adnan Oktar deyir ki... 13 İyun 2014> Click for more

Öz üzərində daha çox çalış. Elmini daha da artır. Quranı əzbərlə. Hər bir Quran ayəsini həyata keçirməyə çalış. Səbrini, iradəni gücləndir. İmanını gücləndir. Təvəkkülünü genişləndir, artır. Dünya sevgisini ürəyindən çıxart. Cahil cəmiyyətin Allahı unutmasından təsirlənmə.

Adnan Oktar deyir ki... 12 iyun 2014> Click for more

İslam sevgidir, mərhəmətdir, şəfqətdir, amma dəccaliyyət olmadan mehdiyyət olmur. Əvvəl mərhəmətsizlik daha sonra mərhəmət, əvvəl şəfqətsizlik daha sonra şəfqət, əvvəl sevgisizlik daha sonra sevgi, Allah qiymətini bilsinlər deyə yaradır.

Adnan Oktar deyir ki... 25 may 2014> Click for more

Allah qanuni yaşayanları, doğru yaşayanı sevər. Çünki qeyri-qanuni yaşayanın üzündəki nur itər. Ağılı itər, bəsirəti, fərasəti bağlanar. Müvazinəti olmaz. Dürüst insan müvazinətli olar.

Adnan Oktar deyir ki... 24 may 2014> Click for more

Namus dindir. Dinin söyləmədiyi bir şeyi söyləmək namussuzluqdur, namusu pozular. Allahın demədiyi bir şeyi Allah deyir desən, Allahın dininə əlavələr etsən o zaman namussuz olarsan, namusunu itirərsən.

Adnan Oktar deyir ki... 19 may 2014> Click for more

Gözəl öyüd qəlb qırmayan, təhqir etməyən, sarsıtmayan, narahat etməyən şəkildə olar.

Adnan Oktar deyir ki... 14 may 2014> Click for more

Sən Allahdan qorxmayandan çəkinəcəksən. İmanla, Quranla hərəkət etməyəndən çəkinməlisən. Çünki onun bir qanunu yoxdur. Adamın nə düşünəcəyini bilməzsən. Hər şey edə bilər. Amma möminin qanunu var, qaydalara bağlıdır.

Adnan Oktar deyir ki... 9 may 2014> Click for more

Din olmasa həyatın bir mənası yoxdur, Allah qorusun. Mən din üçün, Allah üçün yaşayıram. Hamımız eləyik, inşaAllah.

Adnan Oktar deyir ki... 8 may 2014> Click for more

Allah gözəl əxlaqda xüsusi bir nur endirər. Əks halda Firon və yaxud Nəmrud kimi bir üz yaranar. Özünü Allaha təslim et, nur kimi ol.

Adnan Oktar deyir ki... 25 aprel 2014> Click for more

Mömin Allah rizası üçün yaşayar, Allah rizası üçün də ölər. Allah rizası üçün yaşamadığı zaman həyatı cəhənnəmə dönər. Hər şey Allah rizası üçün olarsa o zaman həyat gözəl olar. Cənnət də Allahın rizasıyla gözəl olur.

Adnan Oktar deyir ki... 13 aprel 2014> Click for more

İslam hər şeyin ən gözəli deməkdir. Ən keyfiyyətlisi, doğrusu deməkdir. İslamın mənası budur. Bir şeyin ən mükəmməl, ən ağıllı, ən doğru, ən yaxşı olanı İslamdır.

Adnan Oktar deyir ki... 12 aprel 2014> Click for more

Sərt olan mülayimləşər, tərs olan da düzələr. Bir insan, bir fikir sabit qalmağa məhkum deyil. Səhv olan hər şey sevgi ilə, elmlə, ağılla düzəldilər, inşaAllah.

Adnan Oktar deyir ki... 5 aprel 2014> Click for more

İnsanın da çirkini vardır, amma insanın üstünlüyü budur; gözəl əxlaqı ilə çirkinliyini gözəlliyə çevirə bilər. Yəni çox nurlu, sevilən bir insan ola bilər.

Adnan Oktar deyir ki... 29 mart 2014> Click for more

Malı verən Allahdır. O tutarsa, bu tutarsa bədən, bütün quruluş iflic olur. İctimai quruluş, həyat iflic olur, iqtisadi böhran yaranır və insanlar ağrıya, iztiraba düçar olurlar.
Namaz qılarkən, dəstəmaz alarkən, təvəkkül edərkən, Allahı xatırlayarkən, Quran oxuyarkən xoşbəxt olarsan, fikrin açılar, çünki zəif varlıqsan. Allah səni buna ehtiyacın olacaq şəkildə yaratmışdır. Bu gözəllikləri yaşamasan boğularsan. Bunlar suda boğulmağın qarşısını alan, can qurtaran nemətlərdir.

Adnan Oktar deyir ki... 27 mart 2014> Click for more

Möminlər arasında müxaliflik olmaz. Möminlər arasında ittifaq, birlik olar, qardaşlıq, vəhdət olar. Əks təqdiri haramdır.
Müsəlman küfrlə, İslam arasında seçim etmək vəziyyətində qalsa İslamı seçər. Bitərəf olmaz; o zaman kənar olar. Amma mömin qardaşlarının arasında əgər seçim etməli olsa o zaman kənarda dayanar.

Adnan Oktar deyir ki... 13 mart 2014  > Click for more

Bir insan qorxudularaq bir fikrə məcbur edilsə, o fikrə qarşı şüuraltında dərin nifrət meydana gələr. Daima sevdirərək, razı salaraq, könül alaraq olmalıdır. Ağıllı və sülhpərvər, demokratik yolla olmalıdır.

 Adnan Oktar deyir ki... 19 fevral 2014> Click for more

3-lər, 7-lər,19-lar, 40-lar ilə kainat kodlanmışdır. Hətta 12 mart və 12 sentyabr tarixi Xızır (ə.s) tərəfindən müəyyən edilir. 27 may tarixindəki 27 rəqəmi 9-un nisbətidir. Plansız heç nə olmur. Rəqəmlər həmişə hərəkətdədir. Kainatda rəqəmlər həmişə vəzifə yerinə yetirərlər.

Adnan Oktar deyir ki... 14 fevral 2014> Click for more

Biz İslama, Qurana bağlı olduğumuz üçün ruhumuzda dərin eşq var. Vətəni, milləti, dövləti sevirik. Səhv yolda olanlara da icazə vermərik.

Adnan Oktar deyir ki... 7 fevral 2014 > Click for more

Din, dünyanın ruhudur. Allah dini dünyaya bir nemət olaraq verir. Dünyanı yaradarkən Allah dünyadan necə istifadə ediləcəyini də yanında kitabça kimi yazmış, Kitabla bizə bildirmişdir. Allahın dediyi kimi istifadə etsək dünya cənnət kimi olar.
Dinin həqiqi ruhu təkcə mehdiyyətdir.

Adnan Oktar deyir ki... 6 fevral 2014> Click for more

Allahın köməyi olmadan, Allahın qədərdəki yardımı olmadan, Allah yolunda olan cəhd, mehdiyyətin əmrində olan cəhd olmadan hər hansı hərəkətin uğurlu olması Allahın qanunlarına görə mümkün deyil.

Adnan Oktar deyir ki... 6 fevral 2014 > Click for more

Hər hökümət, hər bir dövlət, hər bir insan, hər cəmiyyət, hər dərnək, hər quruluş istəsə də, istəməsə də mehdiyyətin əmrindədir.

Adnan Oktar deyir ki... 3 fevral 2014 > Click for more

İnsanları xurafata görə deyil, səhabə İslamı ilə, mehdiyyət İslamı ilə öyrətdikdə vəli xasiyyətli insanlar olar. Ona görə mehdiyyətin əhəmiyyəti böyükdür.

Adnan Oktar deyir ki... 3 fevral 2014> Click for more

Vicdanını istifadə edən, Qurana tabe olan bir insan şəffaf İslam, səhabə, mehdilik yolunu görür.

A9 TV ; 25 dekabr 2013> Click for more

Sözün təxribat gücü şiddətlidir. Söz insanları çox kədərləndirə bilər. Mümkün qədər yaxşı, məqsədəuyğun, məqbul, doğru, mehriban, coşğulu, ümidvar, həyəcanlandırıcı, şövqləndirici və insanları xoşbəxt etməyi hədəfə alan gözəl sözlər danışaq.
Müsbət düşünmək, müsbət danışmaq gözəl olar. Təhrik edici şəkildə danışmaq, məncə, yaxşı deyil. Şüuraltında insanlarda pis duyğular yaradır. Hər nə qədər əhəmiyyətsiz hesab etsələr də şüuraltına o yerləşir.

A9 TV ; 24 dekabr 2013> Click for more

Müsəlmanı müsəlmanla vuruşduran davranışdan çəkinmək lazımdır. Həm haramdır, həm uğursuzluqdur, həm bərəkətsizlikdir. Allah belə çirkin rəftarı bəyənməz. Heç kim bunu təşviq etməsin.

Adnan Oktar deyir ki... 6 dekabr, 2013> Click for more

Bütün mallar paylanacaq, Allah yolunda xərclənəcək. Malı yığıb nə edəcəksən, nə işinə yarayar, nə faydası var? Amma (Allah yolunda) xərcləsən daha da zəngin, daha gözəl olarsan. Dünya həyatında da, axirətdə də rahatlıq taparsan.

Adnan Oktar deyir ki... 23 noyabr 2013> Click for more

Bədiüzzaman deyir ki, "hər şeydə ifrat, ifratdır". Yəni həddindən artıqdır. "Əlaqə saxlamaqda ifrat mükəmməldir" deyir. Əlaqə saxlamaqda, yəni bir-birlərinə baş çəkməyin, görüşməyin, söhbətin çox olması mükəmməldir, gözəldir. Müsəlmanlar bir-birləri ilə görüşdə, söhbətdə ifrata yol verməlidirlər.

Adnan Oktar deyir ki... 11 noyabr 2013> Click for more

Öldürücü tənqid olmaz, dağıdıcı üslub olmaz. Tənqid yaradıcı olmalıdır.

Adnan Oktar deyir ki... 4 noyabr 2013> Click for more

Din, qüdsi olanlar haqqında zarafat etmək olmaz. İnsanlar gündəlik mövzularda zarafatlar edə bilərlər, amma din haqqında zarafat etmək olmaz. Ölkənin 90 %-nin narahat olduğu bir mövzuda zarafat etmək olmaz.

Adnan Oktar deyir ki... 31 oktyabr 2013> Click for more

Haqq, doğruluq, ədalət, gözəllik haradadırsa, ora yönəlməlisən. Bir insan ki, gözəli, doğrunu gördüyü halda qaçırsa, deməli, o insan ideologiya cəhətdən kordur.

Adnan Oktar deyir ki... 30 oktyabr 2013> Click for more

"Təkcə mən Allahın hökmünə tabe oluram, digərləri yanlış yoldadır, günahkardır" düşüncəsi çox səhvdir.

Adnan Oktar deyir ki... 29 oktyabr 2013> Click for more

Gücün deyil, haqqın tərəfdarı olmaq lazımdır. Əks halda eqoistcəsinə davranmış olarsan. Müsəlman elə olmaz. Müsəlman daim haqqın, həqiqətin tərəfdarıdır.
Müsəlman güclünün tərəfdarı deyil, haqlının tərəfdarıdır. Bunun əksi eqoistlik olar.

Adnan Oktar deyir ki... 20 oktyabr 2013> Click for more

Allahı, Quranı unudub, İslamı yaşamayan insanlarla dostluq bağı ilə bağlanıb müsəlmanları tərk etmək olmaz. Sənin bağlanacağın dostluq qrupu müsəlmanlar olmalıdır. Allah "Onlara sevgini göstər" deyir.
Allahdan, dindən bəhs edərkən lağ etmək, zarafat etmək olmaz. Din əyləncə mövzusu deyil.

Adnan Oktar deyir ki... 10 oktyabr 2013> Click for more

Qibtə etmək qardaşının o nemətindən məmnun olmaq, amma özünün də o nemətə qovuşmağını istəməkdir. Qısqanclıq isə ona verilmiş nemətdən o məhrum olsun, mən sahib olum deməkdir. Qibtə etmək gözəl bir şeydir, gözəl bir xasiyyətdir.

Adnan Oktar deyir ki... 6 oktyabr 2013> Click for more

Müsəlman hər gördüyünü qurtarmaqda, kömək etməkdə məsuliyyət daşıyır.

Adnan Oktar deyir ki... 2 oktyabr 2013> Click for more

"İnşaAllah" desən bərəkət gəlir. "İnşaAllah” qədərin işığıdır. İslam Birliyinin, dünya hakimiyyətinin şifrəsi və açarıdır. “İnşaAllah və maşaAllah”ı çox söyləyənlər dünyaya hakim olacaqlar.

Adnan Oktar deyir ki... 29 sentyabr 2013> Click for more

Kim zülm edirsə ona qarşı çıxarlar. İnsanların bir qismi özünü şirin göstərmək üçün zülm edən tərəfi müdafiə etməsi düzgün deyil.

Adnan Oktar deyir ki... 28 sentyabr 2013> Click for more

Sadəliyə sadəliklə cavab vermək müsəlmana yaraşmaz. Müsəlman soylu, zadəgan olmalıdır. İslamı zadəganlığı ilə təbliğ etməlidir. Səbirli olması ilə, hörmətli rəftarı ilə, sadə, iffətli rəftarı ilə diqqət çəkər.

Adnan Oktar deyir ki... 21 sentyabr 2013> Click for more

Müsəlman göz görə-görə şərabı necə içsin? Boğazına tıxanar, istəsə də içə bilməz. Mömin zina ilə iflic olar. Əli qolu bağlanar, qüdrəti çatmaz. Günaha girmə gücü olmaz, bəsirəti bağlanar, edə bilməz, inşaAllah.

Adnan Oktar deyir ki... 20 sentyabr 2013> Click for more

İnsan əgər dürüstcəsinə səhvini boynuna alıb etdiyi günahdan imtina edərsə, Allah bağışlayacağını bildirir.
Mömin olan kəs səhv etdiyi halda Allahdan bağışlanma diləyər. Allah bunu bəyənir. Bu, Allahın sevdiyi rəftardır. Allahın razılığını axtaran kəs bunu etməlidir. ''Ya Rəbbim! Məni bağışla, əfv et'' deməlidir. ''Əstəğfirullah, əstəğfirullah, əstəğfirullah'' Allah bunu bir gözəllik olaraq qəbul edir.

Adnan Oktar deyir ki... 16 sentyabr 2013> Click for more

Vaxt qızıldan da qiymətli və çox əhəmiyyətlidir. Buna görə də hər bir insan vaxtını var gücü ilə səmərəli keçirməlidir. 4-5 saat serial seyr etmək yerinə ümumi mədəniyyətini, məlumatını artır, insanlara yardım et, ətrafını təmizlə, özünü keyfiyyətləşdir. Gözəlliyə, elmə, sənətə dəyər, əhəmiyyət ver.

Adnan Oktar deyir ki... 9 sentyabr 2013> Click for more

Hər şeyin gözəl tərəfini görüb gözəl danışmaq lazımdır. İnsanları kədərləndirmək qorxunc bir şeydir.
Peyğəmbərimiz (s.ə.v) "gözəl söz sədəqədir" deyir. Rəsulullah (s.ə.v) həmişə iltifat edər, könül alardı.
Qüsursuz insan yoxdur. Bura dünyadır, hər insanın qüsuru var.

Adnan Oktar deyir ki... 8 sentyabr 2013> Click for more

Qurana tabe olan müsəlmanlar hər şeyi xoş qarşılamalı, hər şeyə ağılla yanaşmalıdırlar. Həyəcanla baxmamalıdırlar.
Kini, əsəbi imanla aradan qaldırmaq lazımdır. Qurana tabe olan müsəlman hər şeyə məqbul, ağılla baxar. Bir insana əsəbləşmək yerinə onu qazanmağı əsas götürər.

Adnan Oktar deyir ki... 7 sentyabr 2013> Click for more

Mehdiyyət, müsəlmanlar təhqir olunar, böhtanlar atılar. Mömin bundan təsirlənməməlidir və qorxmamalıdır.
Haram insanı sıxan bir şeydir. Haram mömini parçalayar. Haram olduğunu bilə-bilə harama girmək, haram iş görmək mümkün deyil. Amma imanı zəif olanlarda bədən iflic olduğu üçün, ət çürüdüyü üçün harama girməkdən təsirlənməzlər. Rahat şəkildə harama girərlər. İnsan diri olduğu halda harama girməsi qeyri-mümkündür. İnsan ancaq ölü olduğunda harama girə bilər. Dirinin gücü çatmaz, harama girmək dözülməz bir əzabdır. Möminin edə biləcəyi bir şey deyil.
Mömin haramdan narahat olar, haram mömini iflic edər, harama girməyə gücü çatmaz. Amma ağlı, imanı zəif olan adam üçün halal, haram fərq etmir.

Adnan Oktar deyir ki... 5 sentyabr 2013> Click for more

Qorxu heyvani bir instinktdir. Cəsarət isə ağıl və imanla əldə edilər.

Adnan Oktar deyir ki... 3 sentyabr 2013> Click for more

Müsəlmana hörmətlə, əfəndiliklə, bağışlayıcılıqla diqqət çəkmək yaraşar.

Adnan Oktar deyir ki... 29 avqust 2013> Click for more

İnsan Allahın zikrindən ayrıldıqda tarazlığı olmur.

Adnan Oktar deyir ki... 28 avqust 2013> Click for more

Uşaqlar mələk kimi günahsız olduğuna görə baxışları ruha şəfadır. Təmiz və günahsız baxış çox gözəldir.

Adnan Oktar deyir ki... 27 avqust 2013> Click for more

Rəbbimiz Allah yolunda mübarizə edənlərə xəstəlik verməsin. Alimlər çox əhəmiyyətlidirlər. Asan yetişən insanlar deyillər.
Şeyx Mahmud müəllimimiz Osmanlıdan qalan ən son və ən böyük alimlərdən biridir. Mahmud bəyin qayğısına qalınmalıdır.

Adnan Oktar deyir ki... 26 avqust 2013> Click for more

Kasıb insanların könlü çox gözəl olar. Zənginləşdikcə-Allahın hikməti, bilmirəm-ürəkdə qatılaşma olur, bir çox insanda belə olur. Amma təbii, aralarında çox yaxşı olanları da var.
Kasıbın sevgisi çox dərin olur. Eşqi, məhəbbəti çox gözəldir. Allaha olan məhəbəti çox gözəldir. Sənətə, estetikaya meyli çox yüksəkdir. Kasıblar hər tərəfli gözəl əxlaqlı olurlar.

Adnan Oktar deyir ki... 16 avqust 2013> Click for more

Əxlaqı Allah müəyyənləşdirir. İnsana əxlaqı öyrədən Allahdır. Biz Allah öyrətdiyi üçün əxlaqı bilirik. Haşa, Allaha əxlaq öyrətməyi istəmək çox böyük ağılsızlıqdır. Haşa Allaha, Qurana din öyrətməzlər.
Çox təkrar etmək ürəyi rahatlaşdırar, təkrar gözəldir. Allah təkrar-təkrar xatırlanar, sevgi təkrar-təkrar deyilər. Allahı xatırlamaqdan, gözəllikləri söyləməkdən bezmək olmaz.
Allah tövbə etdiyi təqdirdə fironun belə tövbəsini qəbul edəcəyini bildirir. Heç bir insan üçün həyatda olarkən tövbə qapısı bağlanmaz. Hansı günahkar olursa olsun onu tövbəyə dəvət etməkdə məsuliyyət daşıyırıq. Tövbə hər cür günah üçün olar. "Bu adam üçün olmaz" demək çox sevgisiz bir dünyagörüşüdür, doğru deyil.

Adnan Oktar deyir ki... 3 avqust 2013> Click for more

Bir vətəndaşımıza, qardaşımıza kömək edilərkən şəklini çəkmək, bunu filmə çevirmək yaraşmayan hərəkətdir.

Adnan Oktar deyir ki... 1 avqust 2013> Click for more

İnsanlara, səhvlərindən sonra peşmanlıq və kompensasiya şansı vermək lazımdır.

Adnan Oktar deyir ki... 28 iyul 2013> Click for more

İslam nəzakətdir, təmizlikdir, keyfiyyətdir. İslam deyilincə dünyanın ən keyfiyyətli, mədəni insanları ağla gəlməlidir.

Adnan Oktar deyir ki... 23 iyul 2013> Click for more

Hər şeyin ən gözəli, ən şirini, ən müsbəti, doğru olanı― din budur. Hər şeyin ən yaxşısı nədirsə din odur. Gözəl söz, paltar, danışmaq, gözəl yeməklər, evlər, küçələr, çiçəklər, gözəl xanımlar… Hər şeyin gözəlidir, maşaAllah.

Adnan Oktar deyir ki... 10 iyul 2013> Click for more

Məzhəb, camaat ayrı-seçkiliyi etmədən hər kəsin iftarına getmək, dəvət edilən hər iftarı mütləq qiymətləndirməyə çalışmaq gözəl olar.
Ramazanın bir şirinliyi, özünəməxsus xoşluğu, gözəlliyi var. Hər gün bayram havası kimidir, insanın içində qəribəlik, hüzur olar.

Adnan Oktar deyir ki... 8 iyul 2013> Click for more

Günahsızların haqqını qorumaq hər insanın vəzifəsidir. Dindar, dinsiz fərqi yoxdur, ayrı-seçkilik qoymadan hər kəs qorumalıdır.

Adnan Oktar deyir ki... 5 iyul 2013> Click for more

İnsan ağır təzyiqə tab gətirə bilməz. Din, təzyiqi və qadağanları aradan qaldırar.

Adnan Oktar deyir ki... 21 iyun 2013> Click for more

Allah bizim sərbəst olmağımızı, cənnətdəki kimi yaşamağımızı istəyir. Allah ayədə buyurur ki, Allah sizə sıxıntı verib neyləsin? Amma buddist inancında da, köhnə inanclarda da sıxıntı vermək, özünə acı çəkdirmək Allaha yaxınlaşmağın bir yolu hesab edilir.
İslamda qadağalar barmaqla sayılır. Halalları saymağa cəhd etsən ömrün çatmaz. Haramları saymaq isə barmaqla sayılacaq qədərdir. Halalların sayı-hesabı yoxdur.
Təzyiq etdikcə insanın qüruru alt-üst olar. İçməyən adama içki içirər, namaz qılan adamı namazdan uzaqlaşdırsan, nə cür hadisə desən başına gələr. Yəni təzyiq insanın tarazlığını pozar.

Adnan Oktar deyir ki... 23 iyun 2013> Click for more

Bərat qəndili bütün İslam aləminə mübarək olsun. Allah bütün müsəlmanlara hakkəl-yakin iman, peyğəmbər imanı versin. Mehdiyyətin qərarı, İslam Birliyinin qərarı, inşaAllah, bu gecə verilər.

Adnan Oktar deyir ki... 20 iyun 2013> Click for more

Quran namusun nə olduğunu açıqlayır. Quranda bildiriləndən başqa namus anlayışı yoxdur.

Adnan Oktar deyir ki... 19 iyun 2013> Click for more

Vətənin və millətin mənfəəti şəxsi mənfəətlərdən üstündür. Müsəlman canı bahasına olsa da haqqı müdafiə edər.

Adnan Oktar deyir ki... 7 iyun 2013> Click for more

Din sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, gözəllik, hüzur, insanlara qarşı xoş niyyətli olmaq, kasıbları, Allahın yaratdıqlarını, bitkiləri, hər şeyi sevməkdir.

Adnan Oktar deyir ki... 10 iyun 2013> Click for more

Xeyirli, bərəkətli qadağalar vardır ki, bunlar insana xoşbəxtlik gətirər. Amma insanların özlərindən yaratdığı qadağalardan uzaqlaşmaq lazımdır.

Adnan Oktar deyir ki... 14 iyun 2013> Click for more

Qorxaq olmaq həyatı zindana çevirər.
Allahın Quranda bildirdiyi kimi insanların bir çoxu cahil və zalımdır. Bunun aradan qaldırması üçün Quran əxlaqı yayılmalıdır.

Adnan Oktar deyir ki... 11 iyun 2013> Click for more

Müsəlman dünyanın ən nümunəvi, ən azad, sevgi dolu insanı deməkdir.
Bir insanın özünə kənardan baxa bilməməsi böyük əksiklikdir.

Adnan Oktar deyir ki... 9 iyun 2013> Click for more

İnsanlara öz əxlaq anlayışımızı zorla qəbul etdirə bilmərik, kiminsə inancına qarışa bilmərik.

Adnan Oktar deyir ki... 30 may 2013> Click for more

Əgər bir insanı hər hansı səhvinə görə biz tarixdən silməyə çalışsaq, tarixdə peyğəmbərlərdən başqa heç kim qalmaz. Bu məntiqə sığmır.
Mal-mülkə uyub Allahı, dini unutmaq çox qorxuncdur. Ev Allah üçün istifadə edilməlidir, evin məscid olması lazımdır.

Adnan Oktar deyir ki... 28 may 2013> Click for more

Vicdanınla məsləhətləşmək Allahın sənin ürəyinə vəhy etməsidir. İsa Məsihi görərkən Allah ürəyinə ―"bu adam İsa Məsihdir"― deyə vəhy edər. Başa düşərsən. Mehdi (ə.s)-ı da görəndə Allah ürəyinə vəhy edər. Moşiyah, Kral Məsih, Mehdini hiss edərsən. Yaxşı insanı hiss edərsən.

Adnan Oktar deyir ki... 26 may 2013> Click for more

Yatalaq xəstələrinə də çox mehribancasına yanaşmaq lazımdır. "Of" demək olmaz. Bu çox böyük bir zülm olar. Onlarla xoş davranmaq çox savabdır. İnsan qeyri-adi dərəcədə savab qazanar. Məsələn, namaz qılmağından bir savab qazanırsansa, bu rəftardan 10 min savab qazanarsan. Çünki, çətindir, asan şey deyil. Biz bura imtahan üçün gəlmişik. Səbir etməli, savab qazanmalıyıq, inşaAllah.

Adnan Oktar deyir ki... 20 may 2013> Click for more

Şagirdlərimiz məktəblərini, özlərini Allah üçün fəda etsinlər. "Ya Rəbbim, mən təhsil alıb özümü dünyaya həsr etməyəcəyəm. Mənim məqsədim Sənin razılığındır" desinlər. "Mən məktəbimi, peşəmi Sənə həsr etdim, ya Rəbbim, Sənin üçün yaşayacağam, Sənin üçün öləcəyəm" ― deyə dua etsinlər.

Adnan Oktar deyir ki... 18 may 2013> Click for more

Hər bir tələ, oyun pozulmuş olaraq yaradılar. Tələni sən yox, Allah hazırlayar. Eləcə də Allah oyunu pozar. Allah ikisini birlikdə hazırlayar.
Haqq, mərhəmət, şəfqət, ağıl, düzgünlük qalib gəlir. Allah tərəfindən zülm, qəddarlıq, mərhəmətsizlik, eqoizm, qürur həmişə məğlub olacaq şəkildə yaradılar. Məsələn, biri çox tərs, qəddar adamdır, əksinə həmişə məğlub olaraq yaradılır. Mərhəmətli, şəfqətli və ədalətli isə həmişə qalib olur. Allah "Allah Hizbi qalib olandır" deyir.

Adnan Oktar deyir ki... 16 may 2013> Click for more

Müsəlmanın rəftarı nədir? Dürüst olması. Hər şeydə ölçünü tam tutmaq. Danışıqda, üslubda, vaxtını ayırmada, ticarətdə, hər şeydə ölçünü tam tutmaqdır.

Adnan Oktar deyir ki... 14 may 2013> Click for more

Zənci və ya ağ dərili olsun, hamımız hz. Adəm (ə.s)-ın övladlarıyıq. Zəncilərə hörmətsizlik etmək həm çox eyib, həm də vicdansızlıqdır.

Adnan Oktar deyir ki... 13 may 2013> Click for more

Bir insan "yardım" desə, hansı inancdan olmasından asılı olmayaraq o insana kömək edilər. Kömək edilməməsi isə çox böyük bir vicdansızlıqdır.

Adnan Oktar deyir ki... 21 aprel 2013> Click for more

Şeytani fəaliyyətlərlə mələklərin əlaqəsi olmaz. Daha çox günaha batmaları üçün onlarla şeytanlar maraqlanar. Sadəcə onların vəziyyətini təsbit edən mələklər vardır. Yəni, etdiyi əxlaqsızlıqları təsbit edərlər ki, inkar etməsin. Allah bilir ki, mələyi vəsilə edər.

Adnan Oktar deyir ki... 2 may 2013> Click for more

Cavana təhdid təsir etməz. Bizi də neçə illərdir hədələyirlər, bıçaq kimi dayanırıq, çox şükür. Min cür söz söylədilər. Daha da gücləndik, yaxşı olduq. Zənginliyimiz, yaraşıqlılığımız, gəncliyimiz, sevincimiz artdı. Onlar qışqırdıqca biz inkişaf etdik. Yoldaşlarımız çox zəngin oldular, imkanları artdı, bərəkətimiz artdı, hüzurumuz, dincliyimiz və gözəlliyimiz artdı.
İslamın birləşdirici xüsusiyyəti dünyada onsuz da təcrübədə görülür. Dövlətin, əxlaqın meydana gəlməsində, ailənin meydana gəlməsində İslam əsas zəmindir.
İslamiyyət müsəlman olmayanı da, ateisti də qoruyan bir dindir. Müşriki də, bütpərəsti də qoruyan bir dindir. Buna görə şəfqət, mərhəmət, müdafiə edən təməli olduğu üçün İslam əsas olur. İslam olmasaydı, onsuz da darmadağın olardı. "Türk milləti" deyə bir millət qalmazdı, parça-parça, darmadağın olardıq.

Adnan Oktar deyir ki... 1 may 2013> Click for more

Allahın xatırlandığı evlərə girmələri, Allahın xatırlandığı evlər əldə etmələri və orada Allahın xatırlanmasını təmin etmələri möminlərin vəzifəsidir. Elə evlər əldə edəcək ki, orada Allah xatırlanacaq.
İslam hər kəsi qucaqlayan şəfqətli bir ana, bir ata kimidir. Bütün hər kəsi şəfqətlə qucaqlayar. Dinsizi də, dindarı da qucaqlayar. Yəni, yaxşı olan, ən gözəl olan nədirsə, din odur.

Adnan Oktar deyir ki... 4 may 2013> Click for more

Din və elm bir-birilə bağlıdır. İslam elmin gücünü artırır, İslamın gücünü elm artırır.

Adnan Oktar deyir ki... 22 aprel 2013> Click for more

Təmizlik imandandır. İmanla təmizlik olar. Quran sevgisi Allah sevgisi ilə olar. Könüllərə o yayılmasa, insanlar bunu dərk edə bilməsə bələdiyyənin, digərlərinin edəcəyi şey deyil.
İslamda vəhşilik, dəhşət olmaz. İslamda sevgi, mərhəmət, dostluq olar. Allah cənnəti bizə niyə təqdim edir? Allah vəhşilik istəsəydi, cənnətdə də verərdi. Allah sevgi, məhəbbət, hüzur,dinclik və güvənc istəyir. Bir-birinizə "Salam verin" deyir. Salam təhlükəsizlik, sağlamlıq diləməkdir.

Adnan Oktar deyir ki... 20 aprel 2013> Click for more

Uşaqlara Allahı, Quranı sevdirək. Onları darvinizmin, materializmin, kommunizmin fitnəsindən, Allahsız və kitabsız düşüncənin fitnəsindən qoruyaq. Var gücümüzlə onlara müqəddəs olanların, Quranın gözəlliyini öyrədək. Allah sevgisi ilə bu gözəl varlıqların ürəkləri dolsun.

Adnan Oktar deyir ki... 28 İyul 2012> Click for more

Yardımsevər olmaq lazımdır. İnsanların yaxşı olması üçün səy göstərmək lazımdır. Çünki insanlar acizdirlər. Gücü olanın zəif olana kömək etməsi çox əhəmiyyətlidir. BAŞQA YOLLA XOŞBƏXTLİK OLMAZ. Çünki eqoist olduğunu hiss edib inciyə bilərsən.

Adnan Oktar deyir ki... 27 İyul 2012> Click for more

Xəstə ilə maraqlanmaq savabdır. Allahın rizasına uyğun gözəl ibadətdir, Mehdi (ə.s) əxlaqıdır.

Adnan Oktar deyir ki... 21 İyul 2012> Click for more

Allaha tam sığınsınlar, təslim olsunlar. Bərəkət və bolluq bütün dünyanı bürüyür. Başqa yolla ağrıdan, bəladan, fəlakətlərdən xilas ola bilməzlər.

Adnan Oktar deyir ki... 20 İyul 2012> Click for more

Müsəlmanlara müjdə vermək çox əhəmiyyətlidir. Mehdiyyətlə, İsa Məsihin zühuru, İslam Birliyi ilə, cənnətlə, Allahın razılığı ilə müjdələmək lazımdır.

Adnan Oktar deyir ki... 19 İyul 2012> Click for more

Ağılın yolu birdir. Quranla, İslamla, ağılla, sevgi ilə, məhəbbətlə həll yolu tapaq. Mehdiyyətlə nəticə gözəl olacaq. İntiqam ruhu ilə davranılsa qarşı tərəf daha da şiddətli dərəcədə intiqam almağa çalışar . Belə olmaz.
Ramazan çox gözəl bayramdır, maşaAllah. Hər il Ramazanın elə özünə xas şirinliyi, gözəlliyi olur.
Biri "Mal sahibiyəm" desə, demək ki, doğru düşünmür. Bütün mal-mülkün əsl sahibi Allahdır. Şəxslər təkcə gözətçi ola bilər. Allah onları gözətçi olaraq qoymuşdur.

Adnan Oktar deyir ki... 18 İyul 2012> Click for more

İFFƏTİN XÜSUSİ İŞIĞI, NURU OLUR. İffət olmayanda zülmət, təsəvvür edilməyən çirk, xüsusi damğa olur və Allahın hikmətidir ki, elə insanlar istəsələr də ondan xilas ola bilmirlər.

Adnan Oktar deyir ki... 5 İyul 2012> Click for more

Allah səni dünyaya yeyib-içməyə, yatıb dincəlməyə göndərməyib. Allah səni qul olmaq, dua etmək, İslamı yaşamaq, din Allahın olana qədər, fitnə yer üzündən qalxana qədər mübarizə etmək üçün göndərib.

Adnan Oktar deyir ki... 24 İyun 2012  > Click for more

Müsəlman cazibəli, özünə baxan olmalıdır. “Müsəlman cazibəli, diqqət çəkici olmamalı” deyə bir şey yoxdur. Ağılını, nəfsini qorumalısan. Müsəlmanın mənfur, itələyici olması lazım deyil. Kimsə ona baxacaq deyə itələyici, mənfur olmamalıdır .
MÜSƏLMAN CAZİBƏDAR, CƏLB EDİCİ OLMALIDIR. CAZİBƏDAR, CƏLBEDİCİ OLMAQ HARAM DEYİL. FAHİŞƏLİK, ZİNA HARAMDIR. Donuz ətinə baxmaq haram deyil, donuz ətini yeyərkən harama girərsən. Şəraba baxmaq da haram deyil, içmək haramdır. Qadın da, kişi də, təbii ki, cazibəli, cazibədar olmalıdır. Əksi qeyri-normaldır.

Adnan Oktar deyir ki... 18 İyun 2012  > Click for more

Mömin dünyanın ən keyfiyyətli, ağıllı, səmimi düşünən, ən təmiz insanıdır. Müsəlman hər şeyin ən doğrusunu, gözəlini edər. Quran çox ağıllı olmağımız üçün bizə rəhbərdir.
Gözəl əxlaqlı olmaq asan deyil. Asan olsaydı hər kəs gözəl əxlaqlı olardı. Gözəl əxlaqın bədəli vardır.

Adnan Oktar deyir ki... 12 İyun 2012  > Click for more

Müsəlman "Niyə əxlaqsız, şərəfsiz qadınlardan belə pis sözlər gəlir, niyə şərəfsiz, pozğun kişilərdən belə sözlər gəlir?" deyə heyfislənməməlidir. Əksinə bunu nemət bilməlidir. Nemət bilməlidir ki, savabı artsın. Buna görə də MÜSƏLMAN HADİSƏLƏRDƏN QAÇMAZ, HADİSƏLƏRİN İÇİNDƏ OLMALIDIR Kİ, ONLARIN O SÖZLƏRİ MÜSƏLMANA DEYİLSİN, MÜSƏLMAN DA SAVAB QAZANSIN.
Mənfi xarakterli kişilər və qadınlar Müsəlmanlara çirkin sözlər söyləyərkən Müsəlman durduğu yerdə savab qazanar.
Əslində Müsəlmanların əleyhinə danışanlar Müsəlmanlara savab gətirirlər. Allah belə sistem qurmuşdur. Durduğu yerdə Müsəlman onlardan savab qazanır.

Adnan Oktar deyir ki... 11 İyun 2012  > Click for more

Gözəl sözü bol istifadə etmək israf deyil. Rahatladan, gözəl sözləri bolluca işlətmək lazımdır.

Adnan Oktar deyir ki... 5 İyun 2012  > Click for more

Sevgi dolu, mərhəmətli, sülhsevər, insanpərvər, ağıllı, son dərəcə səmimi, sənətdən, elmdən, estetikadan son dərəcə xoşu gələn, tərtəmiz, insanları özü kimi qoruyub mühafizə edən, hər inancda insana hörmət edən, özünə verilən nemətləri eyni şəkildə onlara da layiqdir deyə düşünən, əsl, səmimi insanlar olmağa çalışmalıyıq. O zaman Allah dünyaya hakim edəcək. Biz də onun üçün cəhd göstəririk.

Adnan Oktar deyir ki... 2 İyun 2012  > Click for more

Qurana, səhabə dövrünə əsaslanan müasir dindarlıq dünyanın qurtuluşudur. Təkcə bu şəkildə çox rahat olmaq olar. Başqa cür də Allah rahatlıq verməz.
Zənginlik siyasətini çox yaxşı inkişaf etdirmək lazımdır. Buna görə də yardımlaşma ruhunun inkişafı lazımdır. Kasıbları qorumaq sadəcə din ilə olar, İslam ilə olar.

Adnan Oktar deyir ki... 30 May 2012  > Click for more

Ağıllı kişi yaramazlıq, xoşagəlməz zarafatlar etməz, qıcıqlandırıcı danışmaz, sözünün yerini bilər. Hər an, hər saniyə mükəmməl nitq sənəti nümayiş etdirər. Çünki xırda yaramazlıq belə bir insanın ağılında qalar.
MÜSƏLMANIN BƏDƏNİNDƏ İYNƏ UCU QƏDƏR DƏ OLSA OLSA ÇİRK OLMAMALIDIR. Müsəlman nur kimi olmalıdır. Oturduğu yerdə elə tərtəmiz, mikrobsuz olmalıdır. Bunun əksi vəhşilikdir.
Təmizlik imanın şərtidir. Allah Quranda "Möminlər təmizdir" deyir. Mənim anladığım təmizlik ən uc nöqtədə olan təmizlikdir.

 Adnan Oktar deyir ki... 29 May 2012  > Click for more

Tövratda " Möminin əti quzu əti kimi olar, lətif olar." Quran ayəsində də Cənabı Allah "Dərilərinin yumşalma vaxtı gəlmədi mi? "deyir. Mömin 70 yaşında olsa belə dərisi gözəl, xoş olar. Qadın yaxud da kişi olsun üstündə nur, fərahlıq olar.

Adnan Oktar deyir ki... 29 May 2012> Click for more

ZİNADA İNSANIN İÇİ QARALAR. İnsan cinsi gücünü, arzusunu itirər, yəni qadına qarşı istəyi qalmaz. İçindəki o enerji parçalanar, məhv olar. Allah verməsin, kişi ya da qadın olsun üzünə fahişə nursuzluğu və yaşlılığı gəlir. İmtina etdiyində üstündən gedər, onu yaşadığı müddətcə üstündə o nursuzluq qalar

Adnan Oktar deyir ki... 29 May 2012  > Click for more

Allah “ mükəmməl ağıllı, vicdanlı, şükr edən olun, Məni sevin, Mən də sizi sevim” deyir. Allahın istədiyi budur. Allah etdiyinizi dərhal görərsiniz, "həyatınızdakı keyfiyyət artar" deyir. Nəğd görülür. Dərhal zənginlik, bərəkət gəlir.

Adnan Oktar deyir ki... 27 May 2012  > Click for more

Allah hər zaman cəsur, Müsəlmanların, haqqın, məzlumun tərəfində olan, Müsəlmanlarla mehriban davranan insanları üstün, qiymətli etmişdir. Diqqət etsəz, görərsiniz ki, Allah bu yoldan çəkinənləri hər zaman məhv etmiş, əzmiş, yox etmişdir.

Adnan Oktar deyir ki... 25 May 2012  > Click for more

Hz. Əlinin övladları yalnız Hz. Həsən və Hz. Hüseyn deyil. Bu səhv məlumatdır. Məsələn, oğullarından Əbu Hənəfiyyə vardır. Mən onun soyundanam.

Adnan Oktar deyir ki... 23 May 2012  > Click for more

Allah ayədə deyir ki, şeytandan Allaha sığınıram, "Dünya da sizin, axirət də təkcə sizindir" (Əraf Surəsi, 32). Allah "Dünya da sizindir", ancaq kafirlər də istifadə edərlər deyir, "axirət isə təkcə sizindir" deyir. Buna görə də MÜSƏLMANLAR NEMƏTDƏN UZAQ DURMAZ.
Zaman keçdikcə möminlərin sayı azalmış, çoxalmış, amma hər dövrdə Müsəlmanlar olmuşdur. Bəzən də Müsəlmanlıq geriləyər, təhrif olar. Elə olanda Cənabı Allah yenidən bir peyğəmbər göndərir. Bəzən də yüz ildə bir, bəzən də əlli ildən bir gəlir. Bəzən yüz ildə 2-3 peyğəmbər eyni vaxtda gəlir.
Baxın, palolit dövrü, mezolit dövrü, neolit dövrü, tunc dövrü və.s vardır.Hər dövrdə müasirdir. Hz. Adəm (ə.s) Cənabı Allah tərəfindən dünyaya endirildiyi zaman Allah ona hər şeyi öyrətdi. Cənabı Allah Hz. Adəm (ə.s)-a əkin necə əkilir, necə çörək bişirilir, həyatın digər sahələrində necə fəaliyyət göstərilir, hər birini Cəbrayıl (ə.s) vəsiləsi ilə öyrətdi.

Adnan Oktar deyir ki... 21 May 2012  > Click for more

"Nə olacaq halımız" o düşüncə ilə, ümidsizliklə, bacarıqsızcasına hərəkət etsən itirərsən. Allah ümidvar olaraq, güclü olaraq qərarlı olsan müvəffəq edər. Bu, Allahın qanunudur, inşAllah.

Adnan Oktar deyir ki... 17 May 2012  > Click for more

"Xarici marka geyinmək olmaz." Sözə, bax, düşüncəyə bax! Mindiyin avtomobili xaricilər istehsal edir. Avtomobilin boyasını xaricilər edir. Kimi ağıldan kəm, kimi dəli, kimi dinsiz, imansız, Satanist ola bilər. Amma bunları onlar hazırlayırlar. ƏŞYA QƏNİMƏT, ALLAHDAN NEMƏTDİR. ƏŞYANIN GÜNAHI OLMAZ.

Adnan Oktar deyir ki... 16 May 2012  > Click for more

Müsəlman daima Allahdan bağışlanma diləməlidir. Çünki daima səhv edir, düşüncələrindən yanlış fikirlər keçir.
Allah Peyğəmbərlərə qorxmağı haram etmişdir. Buna görə də qorxmaq Müsəlmanlar üçün də haramdır .
Müsəlman bütün dünyanı sevən ruhda olmalı, bütün dünyanı, insanları sevməlidir. Müsəlman dinsizə də, Xristiana da, Yəhudiyə də şəfqət duyacaq, hər birini Allahın qulu olaraq xilas etməyə cəhd göstərəcək.

Adnan Oktar deyir ki... 14 May 2012  > Click for more

Peyğəmbərimiz (s.ə.v) Bizansda hazırlanan cübbə geyinirdi. Bizanslı istehal edir, istehsal edənlər pozğun adamlardır. Amma Rəsulullah (s.ə.v) onu geyinirdi. Bu qənimətdir . Niyə geyinməsin? Əşyanın nə günahı var?
ÇƏKİNDİYİN ŞEYİN ÜZƏRİNƏ GET. GETDİKCƏ ÖYRƏŞƏRSƏN. Qaranlıqdan qorxan qaranlıqda otursun, Təyyarədən qorxan da təyyarəyə minsin. Əvvəl alçaqdan uçsun. Öyrəşəndən sonra yüksəkdən uçar. Hər şey üçün narahat olmaq olmaz.

A9 TV, 10 May 2012  > Click for more

Bir insan səmimi olaraq İslama, Qurana üz tutsa, Müsəlmanları dəstəkləsə, artıq keçmişi ilə mühakimə olunmaz. Keçmişi barədə nə qərar verilsə onu Allah bilər. Artıq tövbə etdisə, bu qədər.
DÜŞÜNÜN, BİR İNSAN ƏN MÜKƏMMƏL, YAXŞI, KEYFİYYƏTLİ NECƏ OLA BİLƏR? BU TƏKCƏ İSLAMİYYƏTLƏ MÜMKÜNDÜR. Ən gözəl xasiyyətli, ağıllı, təmiz, məqsədəuyğun hərəkət edən, gözəl düşünən, təvəkküllü, səbirli, şəfqətli, insanpərvər… Bunları səhərə qədər artırmaq olar. Bütün bu xüsusiyyətləri üzərində cəmləyən insana Müsəlman deyilir.

Adnan Oktar deyir ki... 7 May 2012  > Click for more

İman etsə pozğunluğu bitər. Yəni pozğunluq ona yapışmış bir ləkə deyil. İman edib, Qurana, imana sarılıb tövbə etsə, elə o vaxt da o məsələ həll olunar. O, nur kimi Müsəlmandır. Pozğunluq üstünə yapışmış, ömür boyu çıxmayacaq bir şey deyil.
Fahişəlik yalnız cinsi əlaqə ilə olmur. Allahın hökmünü tətbiq etmədikdə, qeyri-qanuni şeylər etdiyində yenə fahşa, böyük günahlar etmiş olarsan, fahişə mövqeyinə düşərsən. Fahşa, yəni səhv olan şeylər, böyük günahlar, qeyri-normal olan şeylərdir.

Adnan Oktar deyir ki...  4 May 2012  > Click for more

Mal-mülk insana sevdirilər, möminlər isə o sevdiyi malı Allaha verir. Allahın malını Allaha verir. Can Allahındır, Allahdan aldığı canı Allaha qaytarır. Bu da Allah eşqinin ifadəsidir .

Adnan Oktar deyir ki... 25 Aprel 2012> Click for more

Müsəlman hər kəsə sevgi ilə yanaşmalıdır. Başı açıq olanı da sevməlisən, massona da şəfqət göstərməlisən, hamıya qarşı şəfqətli olmalısan. Hər kəsin xeyiri, yaxşılığı üçün cəhd etməlisən. KÜFRLƏ, QIŞQIRIB-ÇIĞIRMAQLA, KƏSİB-DOĞRAMAQLA, TOPPUZLA, TÜFƏNGLƏ TƏBLİĞ ETMƏZLƏR. NURLA, GÖZƏL SÖZLƏ, EŞQLƏ, ŞÖVQLƏ TƏBLİĞ EDİLƏR, İNŞAALLAH.

Adnan Oktar deyir ki... 24 Aprel 2012  > Click for more

Cənabı Allah əylənməyin demir. Peyğəmbərimiz (s.ə.v)-in hədisləri vardır: "zarafat edin" deyir. Zarafatla əlaqədar, zarafatı təşviq edən hədislər vardır. Zarafat elə, amma axirəti, mələkləri mövzuya niyə qarışdırırsan? Zarafatın içinə niyə salırsan? Bu çox pisdir.

Adnan Oktar deyir ki... 21 Aprel 2012  > Click for more

MÜSƏLMANIN NƏ EDƏCƏYİ MÜƏYYƏNDİR. ƏSƏBİLƏŞSƏ BELƏ ƏDALƏTLİ VƏ TƏDBİRLİ OLAR. Çünki Allahın onu gördüyünü, eşitdiyini bilir. Heç bir şəkildə ədalətdən, haqqdan ayrılmır. Müsəlman hər zaman məsum və bağışlayıcıdır. Amma DİNSİZ BİRİ OLDUĞUNDA DƏLİ OLUR, ƏSƏBDƏN ARTIQ İÇİNİ YEYİR.

Adnan Oktar deyir ki... 20 Aprel 2012  > Click for more

Din bizə vicdan dincliyini, vicdan rahatlığını verir. Bacardıqca dürüst oluruq. DÜRÜST OLDUQCA BEYNİMİZDƏKİ TƏZYİQ DƏ QALXIR. TƏZYİQ QALXINCA DA NƏFƏS KƏSİCİ BİR SEVGİ AXIŞI MEYDANA GƏLİR.

Adnan Oktar deyir ki... 18 Aprel 2012  > Click for more

ALLAH ÖZ ƏXLAQININ YAŞANMASINI İSTƏYİR. Mərhəmətli olmaq, şəfqətli olmaq, ağıllı olmaq, dürüst olmaq Allahın əxlaqına daxildir.

Adnan Oktar deyir ki... 15 Aprel 2012  > Click for more

Liderə hörmət etmək lazımdır.
Dinsizlərin də alçaldılmaması çox əhəmiyyətlidir. Çünki Allah onu elə yaradıb, onun qədəri elədir. Biz ona şəfqət duymalıyıq. Dinsiz olduğu üçün kimisə alçalda bilməzsən.

Adnan Oktar deyir ki... 10 Aprel 2012  > Click for more

Əxlaqı təyin edən Allahdır. Əxlaq Allahın diləməsi ilə müəyyən olar .

Adnan Oktar deyir ki... 22 Mart 2012  > Click for more

Müsəlman sözdən, mübarizədən çəkinməz. Qınayıcının qınamasından qorxmaz.

9 İyul 2011; A9 TV, Qaziantep Olay TV Kahramanmaraş Aksu TV  > Click for more

Allaha inanan, inanmaq istəyən, Allahı sevən, Allahı sevmək istəyən insanlara ― hamıya hər zaman kömək etmək lazımdır. İNSANLARI TƏCRİD ETMƏK AĞILLI BİR HƏRƏKƏT DEYİL.

23 İyun 2011; A9 TV, Kahramanmaraş Aksu TV və Kaçkar TV  > Click for more

İLTİFAT, KÖNÜL ALMAQ GÖZƏLDİR, SEVGİ GÖZƏLDİR. İltifatdan mənim xoşum gəlir. Mənə kompliment deyildiyində xoşlayıram, başqasına da kompliment deyərəm, hər zaman insanların könlün alaram . Gözəl olanı çox tərifləyərəm, ruhum belə çox rahat olur, xoşlayıram. Gözəl olana doya -doya baxmaq istəyərəm, ona sevgimi ifadə edərəm. Allah bizi elə yaratmışdır, cənnət də elədir. inşAllah, ürək Allah sevgisi ilə ,sevgi ilə doludur. Allah elə yaradır.
MÜSƏLMANIN ÜZÜNDƏN NUR AXAR, MÜSƏLMAN NUR KİMİ, İŞIQ KİMİ OLAR. Rəftar, baxım, səliqə, üslub, bunlarla insan gözəlləşər, ətlə sümüklə olmaz... Məsələn, donqar olar, amma əlindən üzündən nur axar, işıq saçılar, yanında olmaqdan xoşbəxt olarsan, ürəyinə fərahlıq gələr... Məsələn, bəzi xanımlar da var, özünü bəyənmir içinə qapanır, içindəki nuru görə bilmir. Halbuki, o İMANIN NURUYLA HƏRƏKƏT ETSƏ, AĞILI İLƏ HƏRƏKƏT ETSƏ, DÜNYALAR GÖZƏLİ OLAR. Gözəl təmizliyi ilə, baxımılığı ilə, keyfiyyəti ilə, ağılı ilə, zəkası ilə, dünya gözəli olar.

1 Oktyabr 2009; Çay TV  > Click for more

GÖZƏLLİK ÇƏTİNLİKLƏRDƏN KEÇƏR, EŞQ ÇƏTİNLİKLƏRDƏN KEÇƏR. Allah eşqində şəhidlik vardır, həbs vardır, sürgün vardır, təhqir vardır, təzyiqlərə rast gələn Müsəlman, acı çəkər, ac qalar, yuxusuz qalar, təhdidə uğrayar. Buna baxmayaraq Allah yolunda mübarizə edər, Allah bunu bəyənir, bu cür olmağı bəyənir.

19 yanvar 2009; Ekin TV  > Click for more

Gözəl əxlaq elə ucuz bir şey deyil,gözəl əxlaqı qazanmaq çətindir. Baha başa gələr, gözəl əxlaqlı insan da onun üçün dünyada nadir olar.

18 İyul 2011; A9 TV və  Kahramanmaraş Aks TV  > Click for more

MÜSƏLMANLAR DİNƏ HÜCUM EDƏN, İSLAMa HÜCUM EDƏN İNSANLARLA DOSTLUQ ETMƏYƏCƏKLƏR. Təbii onlara qarşı xəbərdar etmə vəzifəsini yerinə yetirərlər, amma eyni zamanda büğz edəcəklər, etdiklərinə görə onlara qarşı ürəkdən hörmətləri olmayacaq.

9 İyul 2011; A9 TV, Kahramanmaraş Aks TV və Qaziantəp Olay TV  > Click for more

Bir insan bir insanı mürşid qəbul etdisə ona qarşı gələ bilməz .

10 İyul 2011; A9 TV, Kanal Avropa və Çay TV  > Click for more

Nur Surəsinin 55-ci ayəsinə diqqət etsək, bu ayəni tətbiq etmək hər Müsəlman üçün fərzdir. NUR SURƏSİNİN 55-ci ayəsi böyük Hz. Mehdi (ə.s)ın vəzifəsini izah edən bir ayədir, HƏR KƏS BU MÖVZUDA MEHDİ OLMAQ MƏCBURİYYƏTİNDƏDİR.
HƏR KƏSİN MEHDİ OLMASI VACİBDİR. Bütün Müsəlmanlar, qadın olsun kişi olsun Mehdi olmaq, İslamı bütün dünyaya hakim etmək üçün çalışmaq məcburiyyətindədir.
Qurana sığının, Allaha sığının, Allaha dua edin, Allaha təslim olun, Allah sizi qorusun.

6 İyul 2011, A9 TV, Qaziantəp Olay, TV Kayseri və Samsun Aks TV  > Click for more

Anadolu əxlaqı dediyimiz o gözəl əxlaqın mənşəyi çəkilən ağrılar, iztirablardır.

> Click for more

Qardaşlarımız bir-birlərinə CD, kitab hədiyyə etsinlər, saytlarımıza girsin araşdırma etsinlər və bu məlumatlarla təbliğ etsinlər. Facebookdakı manyakların müzakirələri ilə vaxt xərcləməsinlər. Allah "insan hər şeydən çox müzakirəçidir" deyir. Onsuz da qarşıdakı adam Allah qorxusuna sahib deyil. Allah sevgisindən, Peyğəmbər sevgisindən bəhs etməz, İslam Birliyindən heç bəhs etməz, uşaq, pişik, it sevgisindən bəhs etməz, Hz. Mehdi (ə.s)dan bəhs etməz. Amma Müsəlmanlara hücum etmək üçün əlindən gələni edər. Təcavüzkar, kin dolu, nifrət dolu ifadələrlə hücum edər. Burada bir səmimiyyətsizlik var. QARDAŞLARIMIZ SƏMİMİYYƏTSİZLƏRLƏ VAXT İTİRMƏSİNLƏR.
Qurana tabe olmadıqca ruhda fərahlıq olmaz. Quran əxlaqı tam yaşansa iqtisadi böhran həmin an aradan qalxar. Quran bizə məqbul və ağıllı olmağı öyrədər.
Müsəlman bütün inanclara hörmətlə yanaşar.
Quranı haşa bəyənməyib öz başına hərək edənə Allah bəla verər.
QURANA UYĞUN YAŞADIQDA RUHDA BİR TARAZLIQ MEYDANA GƏLƏR, BİR RAHATLIQ YARANAR. Qurana tabe olsa, Avropa gəncliyi bu çətinlikləri çəkərmi? İqtisadi böhran həmən dayanar. İQTİSADİ BÖHRANIN SƏBƏBİ HEÇ KƏSİ MARAQLANDIRMIRDA. Quran bizə həyatın məqsədini göstərər, ağıllı olmağı göstərər. Həll Qurandır.
Müsəlmanlar son dərəcə şən, xoşbəxt, həyat dolu, coşğulu insanlarıdır. Aydın fikrə malik, sevgi insanlarıdır.
Yalan, insanın ruhunu qaraldar, axmaqlaşdırar. Hər insan dürüstlüyün fərahlığını və hüzurunu yaşamalıdır.
Müsəlman hər an cəhənnəmə gedə biləcəyi ehtimalına qarşı son dərəcə məzlumdur.
Hirs, təqva əlaməti deyil fitnə əlamətidir, bunu belə qəbul etmək lazımdır.
Müsəlmanın sakitləşdirici bir üslubunun olması mütləqdir. Müsəlmanda hirs və kin ruhu olmaz. Müsəlmanın üslubu qarşısındakını müdafiə edən və sevən bir üslub olmalıdır.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top