Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 25 may 2017> Click for more

Şəhidlərimizin şəhadətləri məqbul və qəbul olsun. Allah ailələrinə uzun xeyirli ömür və gözəl səbir nəsib etsin.

Adnan Oktar deyir ki... 11 may 2017> Click for more

Tendürek dağında şəhid olan dəliqanlılarımızı təbrik edirik. Nə gözəl cənnət əhli oldular, ailələri üçün də çox böyük şərəfdir. Onların məqamlarına qibtə edirik. Allah bizə də bu gözəl məqamı nəsib etsin. Allah şəhidlərimizin ailələrinə bərəkət, sağlamlıq, xeyirli uzun ömür versin. Allah onları nuru ilə bürüsün.

Adnan Oktar deyir ki... 4 may 2017> Click for more

Qazilərimizə də, şəhidlərimizə də gecə-gündüz qibtə edirik. Analarını və atalarını təbrik edirik. Hamısını alnından öpürük. Şəhid ailəsi olmaq çox böyük savabdır. Onları çox yaxşı qorumaq lazımdır. “Ana, bir oğlun var idi, indi bütün məhəllə sənin oğlundur” deməlisən, hər işlərinin ardınca qaçmalısan. O anaya ömür boyu xidmət etsən vətəni, bayrağı, dövləti üçün canını verən o gözəl insanın haqqını ödəyə bilməzsən.

Adnan Oktar deyir ki... 23 aprel 2017> Click for more

Şəhidlik həm şəhid olana, həm də ailəsinə çox böyük şərəfdir. Nə gözəl mövqedir, cənnət əhli olurlar.

Adnan Oktar deyir ki... 20 aprel 2017> Click for more

Allah şəhidlərimizin o gözəl karvanına bizi də daxil etsin. Allah yataqda ölüm verməsin, şəhadət nəsib etsin inşaAllah.

Adnan Oktar deyir ki... 5 aprel 2017> Click for more

Dünya müvəqqətidir, imtahanı çətindir. Şəhidlərimiz isə necə də gözəl məqama qovuşurlar, onların məqamına qibtə edirik.

Adnan Oktar deyir ki... 7 fevral 2017> Click for more

Zəlzələlərdə ölənlər şəhid, yaralananlar qazi, itən mallar da sədəqə hökmündədir inşaAllah.

Adnan Oktar deyir ki... 7 yanvar 2017> Click for more

Şəhid olan aslanlarımızın tabutlarının üzərinə ölüm tarixi deyil, "şəhid olma tarixi" deyə yazılması daha gözəl olar.

Adnan Oktar deyir ki... 6 yanvar 2017> Click for more

Necə də xoşdur şəhidlərimizə, Allah sevinclərinə sevinc bəxş etsin. Cənnət süfrələrindəki o gözəl söhbətə inşaAllah bizi də dəvət etsinlər.
Şəhidlik çox böyük şərəf, çox gözəl qovuşmadır, necə də xoşdur şəhidlərə. Allah sevdiklərinə uzun ömür və gözəl səbir nəsib etsin.

Adnan Oktar deyir ki... 1 yanvar 2017> Click for more

Şəhidlərin olduğu aləmdə hüzn, kədərlənmək yoxdur. Orada sevinc içində ruzi alırlar.

Adnan Oktar deyir ki... 29 dekabr 2016> Click for more

Şəhidlərimizin məqamı çox gözəldir, onlara qibtə edirik. Allah şəhidlərimizin ailələrinə uzun ömür versin.

Adnan Oktar deyir ki... 25 dekabr 2016> Click for more

Millətimizin inancına görə bir insanın Allah dərgahındakı yeri əhəmiyyətlidir. Şəhidlər də Allah dərgahında ən gözəl məqamdadırlar.

Adnan Oktar deyir ki... 22 dekabr 2016> Click for more

Şəhid ailələri hamımıza əmanətdir, hər birinin çox gözəl yaşamasını təmin edək.
Şəhidlərimizin xatirəsinə təşkil edilən futbol oyunu "millətimizi ruhdan sala bilməzsiniz" mesajı verdiyi üçün gözəl olmuşdur, dəstək verən hər kəsdən Allah razı olsun.

Adnan Oktar deyir ki... 18 dekabr 2016> Click for more

Şəhid anasının qış üçün ayaqqabısının olmaması millətimizə təhqirdir. Şəhid ailələrinə kömək etmək və sahib çıxmaq çox əhəmiyyətlidir. Şəhid ailəsinə şəhidlik xəbəri verildiyi dəqiqədən etibarən bütün çatışmazlıqlarının müəyyən edilməsi və ailənin bütün ehtiyaclarının sürətlə ödənilməsi lazımdır.

Adnan Oktar deyir ki... 12 dekabr 2016> Click for more

Şəhidlərin yaşadığı aləmdə həm kədərlənəcək hadisə yoxdur, həm də vücudlarında, ruhlarında kədərlənmə mexanizmi yoxdur, təkcə sevinc var.
Şəhid ailəsi olmaq çox böyük üstünlük və şərəfdir. Şəhid ailələrinə hər yerdə ən gözəl şəkildə qulluq edilməsi, hörmət görmələri lazımdır.

Adnan Oktar deyir ki... 11 dekabr 2016> Click for more

Axirətə şəhid olaraq getmək ən gözəl şərəfdir, bir müsəlmanın ən çox istəyəcəyi gözəllikdir. Dəliqanlıya yaraşan şəhidlikdir.

Adnan Oktar deyir ki... 9 dekabr 2016> Click for more

Şəhidliyi fəlakət kimi göstərirdilər, hər gün verilişlərdə şəhidliyin nemət və şərəf olduğunu söylədik. Bütün Türkiyədə şəhidlik həsrəti yarandı.

Adnan Oktar deyir ki... 29 noyabr 2016> Click for more

Peyğəmbərimiz (s.ə.v) yanğında həyatını itirənlərin də şəhid mövqeyində olduğunu bildirmişdir: "Suda boğulan, yanğında ölən, DİVAR VƏ DAĞINTI ALTINDA QALARAQ ÖLƏN ŞƏHİDDİR". (İbn Asakir)

Adnan Oktar deyir ki... 21 noyabr 2016> Click for more

Şəhidlər olduqları yerin mövqeyini tam bilmədən o aləmdə yaşayırlar. Ölmədiklərini bilirlər, lakin necə bir aləm olduğunu tam anlamırlar.

Adnan Oktar deyir ki... 15 noyabr 2016> Click for more

Şəhidlik aləmi çox keyfiyyətli yerdir, şəhidlər ibadətlərini orada da dəqiqliklə yerinə yetirirlər. Şəhidlik aləmində kədər yoxdur, şəhidlər həmişə sevinc içindədirlər. Şəhidlik aləmində mənfi qüvvə tamamilə aradan qaldırılmışdır, lakin oradakı həyat dünyadakılara bənzərdir.

Adnan Oktar deyir ki... 6 noyabr 2016> Click for more

Şəhidlərimizin olması əsla itki deyil. Şəhidlərin ruhu ən gözəl mövqeyə qovuşur. Vəsilə olanlar isə əbədiyyən cəhənnəmdə olacaqlar.

Adnan Oktar deyir ki... 20 oktyabr 2016> Click for more

Şəhidlərin yaşadığı mövqe ayrıdır. Bir növ yuxu aləmi kimidir, şəhidlər yeyib içirlər, ibadət edirlər, lakin ölü deyillər, diridirlər. Bədiüzzaman şəhidlərin yaşadığı aləmin bu həyatdan daha keyfiyyətli, lakin buna bənzər bir həyat olduğunu bildirmişdir. Şəhidlərin olduğu məqamda qorxu və kədər yoxdur.

Adnan Oktar deyir ki... 14 oktyabr 2016> Click for more

Gözəl imtahanla imtahan olunan insanlara yaxın olmaq ürəkaçan haldır. Şəhid ailələrinə yaxın olmaq, kömək etmək qəlb rahatlığı bəxş edər.
Həm şəhid ailələrinə, həm də qazilərə və ailələrinə çox yaxşı sahib çıxmaq lazımdır. Onlar hər diyarın gözəlliyidir.

Adnan Oktar deyir ki... 12 oktyabr 2016> Click for more

15 iyul iman əhlinin zəfər bayramıdır. Şəhidlərimizin olması da bir şərəfdir. Dünya millətimizin igidliyini bir daha gördü.

Adnan Oktar deyir ki... 26 sentyabr 2016> Click for more

Şəhidlərin olduğu aləmdə hüzn, kədərlənmə yoxdur. Orada sevinc içində ruzi alırlar.

Adnan Oktar deyir ki... 29 avqust 2016> Click for more

Şəhidlik aləmi cənnət kimi bir dünyadır, şəhidlər orada yalnız müsbət imtahan olunar. Axirətdə birbaşa cənnətə keçəcəklər.

Adnan Oktar deyir ki... 28 avqust 2016> Click for more

Şəhid olmağın şərəf olduğunu, yas tutmağın dinə uyğun olmadığını dəfələrlə söylədik. Millətimizə dəliqanlı ruhu hakim oldu.

Adnan Oktar deyir ki... 26 avqust 2016> Click for more

Şəhidlik sevinc vəsiləsidir. Şəhidlik şərəfdir. Şəhidlərin arxasınca yas tutulmaz. Yas tutmaq müşrik adətidir.

Adnan Oktar deyir ki... 24 avqust 2016> Click for more

Şəhid, şəhidlik mərtəbəsinə çatarkən hər hansı əzab çəkməz.

Adnan Oktar deyir ki... 21 avqust 2016> Click for more

Bizim millətimiz qədər şəhidliyə susamış bir millət yoxdur. Şəhidliyə məhəbbətimiz çox güclüdür, belə millətə heç nə edə bilməzlər.

Adnan Oktar deyir ki... 19 avqust 2016> Click for more

Qorxaqlıq çox utanılacaq şeydir. İnsanın Allaha veriləcək bir canı var, şəhid olar ən gözəl məqama çatar. Vətəni, milləti xilas edər, şərəf olar.

Adnan Oktar deyir ki... 14 avqust 2016> Click for more

Tayyib hocamın şəhid ailələrinə və qazilərə sahib çıxması çox gözəldir. Hamısına çox diqqət göstərmək, tez-tez ziyarət etmək lazımdır. Qazilərimiz və şəhid ailələri üçün bütün nəqliyyat və səhiyyə xidmətləri pulsuz olsun. Onları yalnız buraxmaq çox vicdansızlıq olar, həmişə diqqət mərkəzində olsunlar.

Adnan Oktar deyir ki... 12 avqust 2016> Click for more

Şəhidlərimizin məqamına qibtə edirik, nə böyük şərəfə nail oldular. Allah ailələrinə xeyirli uzun ömür nəsib etsin.

Adnan Oktar deyir ki... 10 avqust 2016> Click for more

Bütün şəhidlərimiz cənnət quzusudur, yeni məkanlarında çox rahat olacaqlar.

Adnan Oktar deyir ki... 6 avqust 2016> Click for more

Vətəni müdafiə edərkən şəhid olan bir insan üçün “yox oldu” deyilməz. Bir insan ya cənnətə, ya da cəhənnəmə gedər. İslama görə “yox olmaq” yoxdur.
Keşikçilərimiz aslandır, igiddir, dəliqanlıdır. Şəhid olanlar cənnət aslanı olur. Mövqelərinə görə təbrik edirik.

Adnan Oktar deyir ki... 6 iyun 2016> Click for more

Möminə gələn müsibət onun cənnətini genişləndirər, vəlilik məqamı qazandırar, ona sağlamlıq, səhhət, gözəllik bəxş edər və ya şəhadətlə birbaşa cənnətə getməsini təmin edər. Lakin münafiqin cəhənnəmini genişləndirər. Dünyada da, axirətdə də sonsuz bəlaya səbəb olar.

 Adnan Oktar deyir ki... 25 aprel 2016> Click for more

Şəhidlərimizə yas tutmağı təşviq edənlər bilmədən PKK-nın istəyini reallaşdırmış olurlar. Halbuki, PKK-nın hədəfini yox etməlisiniz. Tam tərsini etməlisən. Ağlayın deyirsə, gülməlisən. Musiqi dinləməyin deyirsə, dinləməlisən. Sevinməyin deyirsə, sevinməlisən. Həyat dayansın deyirsə, həyatı canlandırmalısan.
Heç bir şəhidin, heç bir aslanımın yola salındığı yerə ağlayanlar gəlməsin. Onsuz da PKK-nın istədiyi budur. Heç istəməsələr də, bu PKK təbliğatı olur. Başı uca, qoçu, dəliqanlı olanlar gəlsin. Ağlayanlar ayrı yerdə olsunlar.

 Adnan Oktar deyir ki... 16 aprel 2016> Click for more

Çanaqqalada 200 min şəhid verdik. Cənub-Şərqi Anadolu bölgəsində də lazım gəlsə 400 min şəhid verərik, lakin Cənub-Şərqi Anadolu bölgəsini qətiyyən vermərik. İngiltərə dərin dövlətini elmlə, irfanla səmərəli hala gətirəcəyik.

 Adnan Oktar deyir ki... 13 aprel 2016> Click for more

Ailələrə şəhidlik xəbəri veriləcəyi zaman, əvvəlcədən mənəvi cəhətdən hazırlanmaları lazımdır. Şəhidliyin böyük şərəf olduğu, şəhidlərin Allah qatında sağ olduğu, əgər buna inanmasaq, təvəkkül etməsək bunun haram olacağı gözəl şəkildə izah edilməlidir. Rəbbimiz nə edərsə gözəl edər deyilməlidir.

 Adnan Oktar deyir ki... 7 aprel 2016> Click for more

Şəhid cənazələrində təkbirlər çox coşğulu olmalıdır. Mücahid ruhunu vurğulayan, cəhd ruhunu vurğulayan və qətiyyən hüzn hiss etdirməyən təkbirlərlə şəhidlərin ruhu yola salınmalıdır.

 Adnan Oktar deyir ki... 23 mart 2016> Click for more

Biz Allahdan razıyıq. Allahın etdiyi hər şeyi hikmətlə və gözəl etdiyinə inanırıq. Şəhidlərimizlə də fəxr edirik. Yas tutmuruq, matəmə girmirik. Bunun da şirk olduğunu bilirik. Heç kim, bizi belə çirkin günaha, harama dəvət etməsin.

 Adnan Oktar deyir ki... 6 mart 2016> Click for more

Şəhidlik gözəl nemətdir, lakin cəhd də çox gözəldir. Yəni illərlə, məsələn, 60 il, 70 il, 80 il ömrünü cihadla keçirmək çox gözəldir. Bunun savabı təsvir edilməzdir, çünki bu cür olduqda vəlayət mərtəbələrinə çıxılır.

 Adnan Oktar deyir ki... 18 fevral 2016> Click for more

Şəhid xəbərlərinin, "evinə od düşdü", "göz yaşları sel olub axdı", "ürəkləri dağladı" kimi ifadələrlə verilməsi tam PKK-nın istədiyi üslubdur. Bu ifadələr tamamilə ləğv edilməlidir. PKK fəaliyyətinin boşa çıxdığını görsə, məsələ bitər.

 Adnan Oktar deyir ki... 17 fevral 2016> Click for more

PKK: “Yas tutun, kədərlənin, fəryad edin, ağlayın” deyir. Allah: “Şəhidlik sizin üçün bir şərəfdir, sevinin” deyir. Allahın dediyini etdiyimiz vaxt, PKK-nın oyunu pozulmuş olar. Fəaliyyət gücü azalmağa başlayar.
Yas tutmaq haramdır, qədim bütpərəst adətidir. Qədim Şumerlərdə, Qədim Misirdə, Perslərdə (farslar), Xetlərdə axirətə, şəhadətə inanmadıqları üçün ölümü bir fəlakət kimi görürdülər. Allaha üsyan olaraq ağlayardılar. Biz müsəlmanlar şəhadəti şərəf kimi görürük.

 Adnan Oktar deyir ki... 15 fevral 2016> Click for more

Müsəlman Allaha olan imanından, təvəkkülündən ötrü hər zaman nəşəlidir. Cihad sahəsində də nəşəlidir, şəhid olarkən də nəşəlidir. Sevincindən nəsə itirməz. Lakin imanı zəif insanın əli-ayağı boşalar, ümidsizliyə qapılar, təşvişə qapılar, bədbəxtdir, ağlayar, qorxu içində yaşayar.

 Adnan Oktar deyir ki... 12 fevral 2016> Click for more

Yataqda ölməyi kim istəyər ki? Şəhidlik, ən gözəli budur.

 Adnan Oktar deyir ki... 29 yanvar 2016> Click for more

Allah şəhidliyi çox sevir, qaziliyi sevir. Gecə yarısına qədər təbliğ edilməsini bəyənir. Səylə Allah eşqinin axtarılması, Allahın çox sevdiyi şeydir. Bu zaman həmin eşqi və ehtirası Allah layiq olana verər.

 Adnan Oktar deyir ki... 28 yanvar 2016> Click for more

Şəhid cənazələri 100-200, yaxud min insanla olmaz. Hər dəfə ən azı 1 milyon insanla qaldırılmalıdır. Dövlət bunu təşkil etsin. Yer-göy təkbirlərlə inləməlidir.
Bir kərə şəhid yuyulmaz və kəfənlənməz. O qanlı paltarıyla, əsgər paltarıyla açıq, hər kəsin görəcəyi şəkildə yola salınmalıdır. İgidlərimiz bu şəkildə məzara qoyulmalıdır. Üsulu budur.

Adnan Oktar deyir ki... 26 fevral 2015> Click for more

Şəhid ailələrini heç boş buraxmamaq lazımdır. Onların evləri bir məscid kimi olmalıdır. Hər gün Allahın yada salındığı, gözəl söhbətlərin edildiyi, təmiz və pak bir yer olmalıdır. Gedənlər evi də gözəl şəkildə təmizləməlidirlər. "Ana biz evi təmizləyək" deməlidirlər. Çirkli qab-qacaq varsa, onları yumalıdırlar. Yemək yoxdursa, yemək bişirməlidirlər.

Adnan Oktar deyir ki... 22 fevral 2015> Click for more

Allah fədakarlığı sevir. Buna görə də Allah şəhidliyi sevər. Allahın ən sevdiyi gözəlliklərdən biridir. Allah: "İki gözəllikdən biri" deyir. "Gözəllik" deyir. "Şəhidlik və qazilik". Allah adamın, Onun yolunda qolunu, ayağını itirməsini çox bəyənir.

Adnan Oktar deyir ki... 25 oktyabr 2014    > Click for more

Şəhidliklə fəxr edilər. Şəhidlik şərəfdir, nemətdir, yas saxlayacaq bir şey yoxdur. Müşriklər yas saxlayarlar. Kafirlər ağlayar, Allah ayədə: "Az gülüb çox ağlasınlar" deyir. Bəs sən nə deyirsən? "Gülməyin" deyirsən. Allah bunu müşriklər üçün söyləyir. Müsəlman gülər və Allaha olan eşqindən ötrü ağlayar.

Adnan Oktar deyir ki... 20 İyul 2012> Click for more

Şəhid , qazi ailəsindən pul almaqla varlı olmarsan. Onların gəlməyi bərəkət və gözəllikdir. Allah sizdən qəzanı, bəlanı uzaqlaşdırar. Başınıza gələcək bəlanı uzaqlaşdırar. Xəstəxana pulu etdiyiniz şeyləri üstünüzdən qaldırar, inşaAllah.

Adnan Oktar deyir ki... 13 İyul 2012> Click for more

Biz verdiyimiz şəhidlərlə tanınan millətik. Cənabı Allah bizi çox imanlı, Allaha aşiq, Allah üçün şəhid olmaqdan qürur, sevinc hissi duyan, zövq alan, Allahdan bunu eşqlə, şövqlə istəyən bir millət olaraq yaradıb. Allah hamımıza nəsib etsin.

Adnan Oktar deyir ki... 23 İyun 2012  > Click for more

İSLAMİYYƏTDƏ MATƏM SAXLAMAQ YOXDUR. ALLAH VERDİYİ CANI DA, ALLAH ALAR. Hər gün ölən insanlar olur. Hər gün normal əcəli ilə ölən, şəhid olanlar, qəzada ölən insanlar vardır. Onda bütün Türkiyə ilə birlikdə gecə-gündüz illərlə yas tutmalıyıq. ŞƏHADƏT HƏM DƏ SEVİNC VƏSİLƏSİDİR. ŞƏHİDLİYƏ KƏDƏRLƏNİRSƏNSƏ İMAN ETMƏMİSƏN. Allah əsirgəsin. Şəhidlik sevinc duyulan hadisədir. Allah hər birimizə nəsib etsin, inşaAllah. Qoç igidlərim şəhid olur, fəxr edirik.

Adnan Oktar deyir ki... 28 May 2012> Click for more

Hər bir şəhid atası bütün millətimizin atasıdır. Hər kəs onun əmrində olmalıdır.

Adnan Oktar deyir ki... 21 May 2012  > Click for more

İstədikləri can olsun, hər birimiz şəhid olmağa hazırıq. Şəhidlik cənnət, gözəllik mövqeyidir. Şəhidlik bu dövlətin, torpaqların möhürüdür. Bizə məxsus olduğunu bildirmək üçün möhürləyirik.

A9 TV, 10 May 2012  > Click for more

Şəhid ailələrinə göstərilən şəfqət, sevgi, onlarla əlaqə əxlaqın, imanın gərəyidir, Müsəlmanlığın bir vəzifəsidir.

Adnan Oktar deyir ki... 18 Aprel 2012  > Click for more

Allah şəhidliyi çox sevir, bəyənir. Çünki insan sevgisini çox şiddətli dərəcədə göstərmiş olur. Allah üçün canını verdiyinə görə Allah onu çox bəyənir.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com