< <

Maraqlı olan suallara cavablar

Türk İslam Birliyindən bəhs edərkən Türkiyənin liderliyində bu birliyin qurulacağını deyirsiniz. Türkiyənin liderliyini nəyə istinad edərək müdafiə edirsiniz və bu vəziyyət, İslam dünyasının öndə gedənləri tərəfindən qəbul edilə bilərmi?

 Türk İslam Birliyinin əsas lideri  Türkiyə olacaq. Türkiyənin bu birliyin lideri olması göstərdiyi əziyyətin və xidmətin müqabilindədir. Türkiyənin liderliyi bütün Türk və Müsəlman ölkələri tərəfindən də ürəkdən  qəbul edilir və istənilir. Bunun təməlində həm Türkiyənin tarixi təcrübəsi, həm də Türk Millətinin saysız hadisələrlərlə sübut olunmuş gözəl əxlaqı durur.Türk Millətinin lider olmaq istəyi əsla bir irq üstünlüyü düşüncəsinə söykənmir. Yəni, bunun özündə "biz lider olaq, digərləri bizə tabe olsun" və ya "biz üstünük, digər irqlər bizə tabe olmalıdır" kimi ağıl və məntiqdən kənar fikirlər, üstəlik də Quran əxlaqına  heç uyğun olmayan bir düşüncə durmur. Söz mövzusu olan əxlaqi bir üstünlükdür. Ediləcək olan liderlik də əslində qorumağa,qayğı göstərməyə xidmət etmək üçün əziyyəti və məsuliyyəti öz üzərinə götürmə məsələsidir, bir növ böyük qardaşlıq xüsusiyyətidir.

Türk Millətinin bu tarixi məsuliyyəti yerinə yetirəcək olmasının ən əhəmiyyətli dəlillərindən biri isə Peyğəmbər Əfəndimizin (s.ə.v) hədislərində, axır zamanda İstanbula və Türkiyəyə xüsusilə diqqət çəkilməsidir. Peyğəmbərimizin (s.ə.v) hədislərində xəbər verildiyi kimi, Hz. Mehdi (ə.s.) İstanbulda fəaliyyət göstərəcək, dağınıq olan Türk dövlətlərini birləşdirərək Türk İslam Birliyini təsis edəcək və yanında müqəddəs əmanətlərlə birlikdə meydana çıxacaq. Mövzuyla əlaqədar hədislər aşağıda göstərilmişdir:

 

Hz. Mehdinin (ə.s.) İstanbulu mənən fəth etməsi

Hz. İbni Əmrdən (r.ə.) rəvayət edilmişdir: Peyğəmbərimiz (səv) buyurdu ki: Ey Ümmət! Altı şey vardır ki; onlar olmadan qiyamət qopmaz… Altıncısı,

Mədinənin fəthi.

-Deyildi ki: Hansı mədinə? (hansı şəhər?)

-Buyurdu ki: Konstantiniyye (İstanbul).

(*) Bu Konstantiniyyenin Hz Mehdi (ə.s.) tərəfindən ediləcək fəthidir. (Qiyamət Əlamətləri, 204 Ramıq-əl Ehadis, 296)

Allah Konstantiniyyeni (İstanbulu) çox sevdiyi dostlarının vasitəsilə (Hz. Mehdi (ə.s.)) fəth edəcək... Onlardan xəstəliyi və kədəri qaldıracaq. (Qiyamət Əlamətləri, s. 181) Diyarlar onun (Hz. Mehdinin (ə.s.)) əmrinə tabe olacaqlar.

Allahı Təala onun (Hz. Mehdi (ə.s.)) əlində Konstantiniyyenin (İstanbulun) mənən fəthini asanlaşdırar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-ül Axır Zaman, s. 56)

 

Hz. Mehdi (ə.s.) Türklər arasında xidmət edəcək

Hz Mehdi (ə.s.) Rumdan, yəni Türklərdən (çünki, köhnədən Türkiyəyə Diyarı Rum deyilirdi) ayrılmayacaq. (İş'afü'r-Rağıbin'den canlı, Tilsimlər, s. 212.)

Tirmizidən olan bir hədisdə "Hz. Mehdinin (ə.s.) Ərəbə hakim olana qədər qiyamətin qopmayacağından" (Tirmizi, Fiten:43) danışılır, buradan Ərəblərin içindən çıxmayacağını anlayırıq. Çünki Ərəblilərə hakim olmaq üçün onların xaricində olmaq lazımdır. (Qiyamət Əlamətləri, s. 170)

Şərqdən bir sıra insanlar çıxacaq və Hz Mehdiyə (ə.s.) zəmin hazırlayacaqlar. Hz Mehdi (ə.s.) onlar arasında hökmdar olacaq. (İbni Macə, Kitab-ül Fiten: 35 (4088) Bu hədis şərqdə olan və ya şərqdən gələn bir millət içərisindən çıxacağını göstərməkdədir ki Allahu aləm bunlar o zamanlar şərqdə olan, sonradan Anadoluya yerləşən Türklərə işarə etməkdədir. (Qiyamət Əlamətləri, s. 171)

İbni Hal idin və Kurtubi, Hz. Mehdinin (ə.s.) Məşriq (Şərq), Xorasansa (Xəzər dənizinin qərbində qalan hissəsi) və Amurderya (Ceyhun çayı) tərəflərindən (bu bölgələr türklərin yaşadığı bölgələrdir) çıxacağı qeyd edilmişdir. (MacDonald, İslamın Ensiklopediyası, 7:478.)

Bütün bunlar, Hz. Mehdinin (ə.s.) sıx fəaliyyətini türklər içərisində icra edəcəyini göstərməkdədir. (Şaban Döğen, "Mehdi və Dəccal", s. 172)

Seyid Əhməd Hüsaməddin (r.ə.) İstihraçnamesində Hz Mehdinin (ə.s.) doğum yerini  belə bildirmişdir :

"Müsəlmanlardan bir şəxs (Hz. Mehdi (ə.s.)) gələcək, bu şəxsin şərəfi Qafqazın ən uludağından ətrafa günəşin şüası kimi işıltılar saçar. (Osman Yüksəl Serdengeçti, Məbədsiz Şəhər, Serdengeçti Nəşriyyatı: VI, s. 107

 

Hz. Mehdi (ə.s.) Dağınıq olan Türk dövlətlərini birləşdirəcək

...Və hər tərəfdən mənim oğuluma (Hz. Mehdi (ə.s.)) kömək edəcək dağınıq olan Türk bayraqları  zühur edəcək. (Gaybeti numanı, s. 323) 

...Allah ona (Hz. Mehdi (ə.s.)) Rumu, Deylemi, Sindi, Hindistanı, Kabilşahı və Xəzəri fəth etdirəcək. (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 274)

Peyğəmbərimizin (s.ə.v) hədisində xəbər verildiyinə görə, Hz. Mehdi (ə.s.) əvvəl Türk bayrağıyla Türkiyədən çıxacaq, daha sonra da yaşıl bayraq sahibi olan İslam ölkələrinə də mənən hakim olacaq. Türk İslam Birliyinin meydana gəlməsinə vəsilə olacaq və bu birliyin mənəvi liderliyini boynuna götürəcək.

Həmin ildə qırmızı bayrağın və sonra yaşıl bayrağın sahibi olan oğulumun (Hz. Mehdi (ə.s.)) zühuru elan olunacaq. (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı, s. 170)

 

Hz. Mehdinin (ə.s.) yanında müqəddəs əmanətlər olacaq

Axır zaman hədislərini araşdıran alimlər, axır zaman hadisələrini həmin dövrlərindəki xilafət mərkəzlərini əsas götürərək araşdırmışlar . Bu səbəblə də Hz. Mehdinin (a.s) çıxış yeri olaraq, hər alim öz zamanının Xilafət Mərkəzi olan İraq, Şam, Kufə, Mədinə kimi şəhərləri qeyd etmişdirlər. Ancaq, axır zaman hadisələrinin reallaşdığı yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi, bu hadisələrin həmişə Xilafət Mərkəzində reallaşmış olmasıdır. Bilindiyi kimi, son xilafət mərkəzi "İstanbul"dur. Xəlifəlik bu əsrin başlarında rəsmi olaraq elan edilmişdir və o gündən bu yana dünya üzərində başqa heç bir yerə də köçürülməmişdir. Nəticə olaraq, hələ də bu mənəvi ünvanı qoruyan tək şəhər İstanbuldur. Peyğəmbərimizin (səv) iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlər İstanbulda Topkapı Sarayında mühafizə edilməkdədir. 

Abdullah b. Şurefedən rəvayət edildi ki: "Hz Mehdinin (ə.s.) yanında bəzənmiş bir halda Peyğəmbərimizin (s.ə.v) bayrağı olacaq." (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiy-il Axır Zaman, s. 65)

Naim min Hammad, Əbu Cəfəridən belə rəvayət etmişdir; Hz Mehdi (ə.s.), Məkkədə Peyğəmbərimizin (s.ə.v) bayrağı, köynəyi, qılıncı, işarələri, nuru və gözəl sözləri ilə şam vaxtında çığacağı bildirilmişdir." (Alı b. Sultan Məhəmməd el-Kari el-Hanefi,Risaletül Meşreb elverdi fi mezhebil Mehdi)

Hz. Mehdi, Peyğəmbər Əfəndimizin (s.ə.v) bayrağıyla çıxacaq. O bayraq tikilməmişdir, qara və dörd bucaqlıdır. Peyğəmbərimizin (səv) vəfatından sonra heç açılmamış olub, ancaq Hz Mehdi (a.s) tərəfindən açılacaq. (Əl Kavlul Müxtəsər Fi Əlaməti Mehdiy-il Muntazar, ss.41-42, 52, 54)

Əlamətlərə gəlincə; (Hz Mehdi (ə.s.)) yanında Allah Rəsulunun (s.ə.v) köynəyi, qılıncı, bayrağı olacaqdır. O bayraq Peyğəmbərin (s.ə.v) vəfatından bu günə qədər heç açılmamışdır. Hz Mehdinin (a.s) zühuruna qədər də açılmayacaq. (Qiyamət Əlamətləri, s. 164)

Hz.Mehdi peyğəmbərimizin (s.ə.v) bayrağı ilə çıxacaq. O bayraq dörd bucaqlı olub, tikişsizdir və rəngi də qaradır. Onda bir nur (halə)olacaqdır. O Rəsulullahın (s.ə.v) vəfatından bəri heç açılmamış ancaq, Hz Mehdi (ə.s.) çıxınca açılacaq. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiy-il Axır Zaman, s. 23)

Axır zamanda ancaq Hz Mehdi (a.s)tərəfindən açılacağı bildirilən bu Bayrağın əhəmiyyətli bir xüsusiyyəti də Peyğəmbərimizin (səv) "vəfatından bu günə qədər heç açılmamış"  olmasıdır. Tarixi qaynaqlara əsasən; günümüzə qədər Osmanlı  İmperatorluğu da daxil olmaq üzrə heç bir dövlət tərəfindən, Peyğəmbər Əfəndimizin (s.ə.v) şəxsinə hörmət olaraq açılmayan bayraq, aparıldığı döyüşlərdə və mərasimlərdə də örtüyündən belə çıxarılmamışdır. 1400 ildir bu şəkildə mühafizə edilən bayraq Hz. Mehdinin gəlişi ilə İslam əxlaqının hakim olacağı dövrdə açılmağı gözləməkdədir.

Türk İslam Birliyi daxilində İsrail, Ermənistan, Rusiya, Gürcüstan kimi ölkələrin olacağını da qeyd edirsiniz. Bu necə reallaşacaq?

Türk İslam coğrafiyası daxilində yaşayan bütün millətlər, bütün birliklər, bütün inanc sahibləri, bütün dövlətlər bizim qardaşımızdır vəbizimmüdafiəmizdədir. Bu cəmiyyətlərə qarşı sevgi və şəfqətlə yaxınlaşmaq, onları qorumaq və qeydinə qalmaq Quran əxlaqının gərəyidir. Peyğəmbərimiz (s.ə.v) dövründə Kitab Əhli hər vaxt  qorunmuş, hörmət və mərhəmətlə qarşılıq görmüşlər. 600 illik Osmanlı tarixi bu tətbiqatın ən gözəl nümunəsi olmuşdur. Müsəlmanların tabeçiliyində olan torpaqlarda hər düşüncədən, hər inancdan, hər millətdən insanlar bir yerdə rahatlıq və təhlükəsizlik içərisində yaşamışlar.

Bu gün də bu modelin, hətta  daha gözəli və mükəmməlinin təsis edilməsi mümkündür. İslam əxlaqının  özündə, "yalnız biz yaxşı olaq, yalnız biz zəngin olaq, digərlərinə nə olur olsun" kimi bir yanlış yanaşma yoxdur. İslam əxlaqının  özündə özü üçün istədiyini, qonşusu üçün də istəmək vardır. Peyğəmbər Əfəndimiz (s.ə.v), "Qonşusu açkən tox yatan bizdən deyil" buyurmuşdur. Bu səbəblə Türk İslam Birliyini təsis edərkən, yalnız öz mənfəətini düşünən, qonşularına düşmən münasibəti göstərmək lazım olduğunu bildirən bir fikirdən şiddətlə qaçmaq lazımdır. Allah belə bir fikrə müvəffəqiyyət verməz. İslam əxlaqına uyğun olaraq, özümüzlə birlikdə bütün qonşularımızın, bu coğrafiya içində yaşayan bütün millətlərin iqtisadi, siyasi, ictimai tərəflərinin güclü olmasını istəmək və təmin etmək lazimdir. 

Peyğəmbər Əfəndimizin (səv) də buyurduğu hədisin mənası çox genişdir. Bir Müsəlmanın qonşusu üşüyürsə özü isti bir yerdə yatırsa, qonşusu qorxu özü güvən içindədirsə, qonşusu kasıb özü zəngin olarsa da belə münasibət göstərmək heç uyğun deyildir. Peyğəmbərimizin (səv) hədisi “hər tərəfdən bərabər şərtlər daxilində yaşamaq”  mənasını bildirməkdədir. Bu səbəblə Türk İslam Birliyinin təmin edəcəyi rahatlıq, təhlükəsizlik, bərəkət, bolluq və rifahdan bu coğrafiyada yaşayan bütün millətlərin faydalanması son dərəcə təbiidir. 

Həmçinin bunu da unutmamaq lazımdır ki, bu insanlar Əhli Kitab olan, yəni bir olan Allaha iman edən, peyğəmbərlərə inanan və bağlı olan, mələklərə, cinlərə, axirətin varlığına iman edən insanlardır. Quranda Əhli Kitabın mövqeyi açıqdır. Müsəlmanlar, onlara hörmət və sevgiylə yaxınlaşmaqla, onları qorumaq və qayğısına qalmaqla mükəlləfdirlər. Xristianlar Hz. İsanin (a.s), Yəhudilər də Hz. Musanın (a.s) bizlərə əmanətidir. Mömin əmanət əhli olan, əmanətə ən gözəl şəkildə sahib çıxandır. Türk İslam Birliyi təsis edildiyində bu cəmiyyətlər də bu birliyin çətiri altında olacaq, ən yaxşı, ən keyfiyyətli şəkildə yaşayacaqlar. (Mövzuilə əlaqədar ətraflı məlumat üçün baxın bkz. http://kitapehli.com/sayfa4.html).

Türk İslam Birliyi irqə bağlı bir birlik olacaq?

Allah, insanları irqlərinə, rənglərinə və etnik mənşələrinə görə deyil, əxlaqi dəyərlərə görə qiymətləndirilməsini  bir ayədə belə bildirmişdir:

Ey insanlar! Biz sizi bir kişi və bir qadından  yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah  biləndir,  xəbərdardır. (Hucurat Surəsi, 13)

Allah fərqli irqlər və ya etnik mənşələr yaratmasının hikmətlərini, ayədə göstərilən "bir-birinizi tanımanız" ifadəsi ilə vurğulamaqdadır: Allahın qulu olan fərqli millətlər və  qəbilələr, bir-birləri ilə tanış olmalı, bir-birlərinin fərqli mədəniyyətlərini, dillərini, ənənələrini, xüsusiyyətlərini öyrənməlidirlər. Fərqli irq və millətlərin olması məqsədlərindən biri, qarşıdurma və savaş yaratmaq deyil, mədəni bir zənginlik yaratmaqdır.

Allah bu ayədə və digər bəzi ayələrdə göstərdiyi əxlaq və hökmlərini, bir Müsəlmanı irq seçimi etməkdən, insanları irqlərinə görə qiymətləndirməkdən qəti surətdə çəkindirir . Türk İslam Birliyində əsla qan və irq üstünlüyü yoxdur. Bu birlikdə əxlaqi dəyərlərin üstünlüyü var. Türkiyənin liderliyində bu birliyin  qurulmasının məqsədi, Türk millətinin İslamı ən gözəl yaşayan ölkə olması və liderlik etmə qabiliyyətlərinin yüksək olmasıdır. Türk milləti cəsur millətdir və gözəl əxlaqlıdır. Ona görə lider olması məqsədə uyğundur. Türk və İslam ölkələri birləşdiklərində bu birlik əxlaqi dəyərlərə bağlı bir  birlik olacaq. Bu birlik dünyaya və İslam aləminə xidmət məqsədi ilə üzə çıxacaqdır. Yəni burada digər dinləri əzmək, digər irqləri əzmək deyil digər dinlərə və digər irqlərə xidmət etmək düşüncəsi vardır. Digər irqləri zəngin etmə, digər dinləri fərahlığa, rahatlığa, azadlığa qovuşdurma fikri vardır. Peyğəmbər Əfəndimiz (səv) “Acemin Araba, Arabın aceme bir üstünlüyü yoxdur, üstünlük ancaq təqva ilədir" deyir.Burada  vurğulanan Türk millətinin cəsarəti, səbri, gözəl əxlaqı, mehribanlığı, qonaqpərvərliyi, fədakarlığı və igidliyidir. Osmanlı dövründən bu yana  çox gözəl xidmətlər göstərmiş Türkiyə bu anda da İslam aləminin təbii lideri olduğuna görə, Türk və İslam dövlətlərini bir yerə gətirəcək mövqeyə sahib olduğu üçün liderlik etməyə layiqdir. (ətraflı məlumat üçün baxın: http://tr1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/20214)

Müsəlmanların, Yəhudilər və Xristianlar ilə qardaş olması mümkündür?

Müsəlmanlar, Yəhudilər və Allaha iman edən Xristianlar ilə "LailaheilAllah" qardaşıdırlar. Müsəlmanlar, Kitab əhlini qorumaq, həyatları boyunca onlara güvən, barış və rahatlıq mühiti təmin etməkdə borcludurlar. Allah Quranda Yəhudiləri və Xristianları Kitab Əhli olaraq adlandırmış və Müsəlmanlar ilə Kitab Əhli arasındakı əlaqənin necə olacağını təfərrüatı ilə bildirmişdir. İslamiyyətin yaranmasından bu yana Müsəlmanlar ilə Kitab Əhli arasında səmimiyyət və anlayış ön planda olmuşdur. Əhli Kitab, hər nə qədər kitabları və bəzi inancları sonradan təhrif edilmiş olsa da təməli Allahın vəhyinə bağlı olan  bir çox əxlaqi dəyərə, haram və halal anlayışlarına malikdirlər. Allahın tək olduğuna inanan və Ondan gələn hökmlərə tabe olmuş insanlardır. Quranda Müsəlmanlar ilə Əhli Kitab arasında mədəni əlaqələr qurulmasına təşviq edilir.

 Quranda Əhli Kitab ilə müşriklər arasında əhəmiyyətli fərq qeyd edilmişdir. Bu fərqə  sosial yaşam tərzlərində daha çox rast gəlinir. Məsələn müşriklər üçün bir ayədə "... doğurdan da bir pislikdirlər; elə isə bu illərindən sonra artıq Məscidi Harama yaxınlaşmasınlar" (Tövbə Surəsi, 28) deyə göstərilmişdir. Çünki müşriklər, heç bir İlahi qayda tanımayan, heç bir əxlaqi meyarı olmayan, hər cür pislik və azğınlığı tərəddüd etmədən işləyən insanlardır. Ancaq Əhli Kitab, təməli Allahın vəhyinə bağlı bəzi əxlaqi meyarlara, haram və halal anlayışlarına malikdirlər. Bunun üçün Kitab Əhlindən olan insanların yeməyi, Müsəlmanlar üçün halal hesab olmuşdur.

Eyni şəkildə, Müsəlman kişilərə Kitab Əhlindən olan qadınlarla evlənmə icazəsi verilmişdir. Bu hökmlər, Müsəlmanlar ilə Əhli Kitab arasında nikah nəticəsi qohumluq bağlarının qurulması, iki tərəfin bir-birlərinin yemək dəvətlərinə razılıq verə bilmələri bunu göstərər ki, bunlar isti insani münasibətlər və dinc bir ortaq həyat qurulmasını təmin edəcək əsaslardır. Quranda bu səmimi və xoşniyyətli baxış tövsiyə edilərkən, biz Müsəlmanların əks  fikirdə olması düşünülə bilməz.

Digər tərəfdən Quranda Əhli Kitabın ibadət yerləri olan monastır, kilsə və sinaqoqlar da Allahın qoruduğu ibadət məkanları olaraq göstərilir. Bu ayə, hər Müsəlmana, Əhli Kitabın məbədlərinə hörmətli davranmanın və bu məbədləri qorumanın əhəmiyyətini göstərməkdədir. Həmçinin İslam tarixinə baxıldığında da Müsəlman cəmiyyətlərdə Əhli Kitaba hər zaman səmimi və sevgi dolu davranıldığına diqqət çəkilir. Bu vəziyyət xüsusilə də varisi olduğumuz Osmanlı İmperatorluğunda çox diqqətlə qarşılanır. Bilindiyi kimi, Katolik İspaniyanın yaşama haqqı tanımadığı və sürgün etdiyi Yəhudilər, axtardıqları rahatlığı Osmanlı torpaqlarında tapmışlar. Fateh Sultan Məmməd İstanbulu fəth etdiyində şəhərdə, həm Xristianlara həm də Yəhudilərə azad yaşamaq haqqı tanımışdır. Bütün Osmanlı tarixi boyunca da Yəhudilərə Əhli Kitab olaraq baxılmış və rahat yaşamalarına imkan verilmişdir. (ətraflı məlumat üçün baxın

http://tr1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/20614/)

Müsəlmanlar Kitab Əhlinin yeməyini yeyə bilərmi?

Bu mövzuyla əlaqədar ayədə Allah belə buyurur:

"Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!"(Maidə Surəsi, 5)

Allah bu ayədə, Müsəlmanlar və Kitab Əhli arasındakı əlaqələrin nə qədər təbii, iç-içə və qardaş kimi olduğunu göstərməkdədir. Bir-birinin yeməyini yeyən, evinə gedib-gələn, süfrə başında söhbət edən, çox canlı və gözəl bir dostluq əlaqələrinin yaradılması vurğulanmaqdadır.

Yəhudilər bir olan Allaha iman etməkdə və Allahın adını xatırlayaraq heyvanlarını kəsməkdədirlər.Lakin Xristianlar  donuz əti yeyirlər. Müsəlmanlara isə donuz əti haram olmuşdur. Bu görə də möminlərin Kitab Əhlinin yeməyini yeyərkən bu vəziyyəti  diqqət mərkəzində saxlamaları lazımdır.

Peyğəmbərimiz (səv) Kitab Əhlinə necə davranmışdır?

Hz. Məhəmməd (s.ə.v), Yəhudi və Xristianlara qarşı hər zaman son dərəcə ədalətli və mərhəmətli davranmış, İlahi dinlərin mənsubları ilə Müsəlmanlar arasında sevgi və mehribanlığa bağlı bir mühit yaradılmasını istəmişdir. Peyğəmbərimiz (s.ə.v) dövründə və sonrakı dövrlərdə, Xristian və Yəhudilərə öz dinlərini istədikləri kimi yaşamalarına icazə verilmiş və  müstəqil camaatlar olaraq varlıqlarını davam etdirə bilmələrini təmin edəcək razılaşmalar bağlanmış və zəmanətlər verilmişdir. İslamiyyətin ilk illərində Məkkəli müşriklərin əziyyət və təzyiqlərinə məruz qalan Müsəlmanların bir qisimi, Peyğəmbər Əfəndimizin (s.ə.v) tövsiyəsi ilə, Efiopiyadakı Xristian Kral Necaşiyə sığınmışlar. Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə Mədinəyə köçən möminlər isə, Mədinədə yaşayan Yəhudilər ilə sonradan gələcək bütün nəsillərə nümunə olacaq bir yaşama modeli ortaya qoymuşlar. Həmçinin islamın genişlənməsi dövründə Ərəbistandakı Yəhudi və Xristian birliklərinə göstərilən səbr, Müsəlmanların Kitab Əhlinə qarşı xoşniyyət və ədalətinin əhəmiyyətli bir nümunəsi olaraq tarixə salınmışdır.

Məsələn, Hz. Peyğəmbər (s.ə.v), Xristian olan İbn Harris b. Kab və dindaşlarına yazdırdığı razılaşma mətnində: "Şərqdə və Qərbdə yaşayan bütün Xristianların dinləri, kilsələri, canları, ismətləri və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Xristian dininə sitayiş edən insanlar, İslamı qəbul etdiyi təqdirdə heç bir çətinlik çəkməyəcəklər. Xristianlardan hər hansı biri cinayətə və ya haqsızlığa məruz qalsa Müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər" müddəaları qeyd edilidiyinə görə: "... Kitab Əhli ilə gözəl olmayan bir  tərzdə  mübarizə aparılması qəti şəkildə bildirilmişdir. Və deyin ki: "Bizə və sizə endirilənə iman etdik; bizim İlahımız da, sizin İlahınız da birdir və biz Ona təslim olmuşuq." (Ənkəbut Surəsi, 46) ayəsini oxumuşdur.

Rəsulullahın (s.ə.v) Kitab Əhlinin toy  mərasiminə qatıldığına, xəstələrini ziyarət etdiyinə və onlara ikramda olduğuna dair rəvayətlər var. Hətta Necran Xristianları, ziyarətə gəldiklərində Hz. Məhəmməd (s.ə.v) onlara əbasını sərmiş və oturmalarını söyləmişdir. Peyğəmbər Əfəndimizin, Misirli bir Xristian olan Hz. Mariye (və ya Məryəm) ilə  evlənməyi də, bu anlayışın nümunələrindən biridir. Peyğəmbərimizin (səv) vəfatından sonra, Müsəlmanların Kitab Əhlinə qarşı göstərdikləri gözəl əxlaqın təməli, Hz. Məhəmmədin (səv) həyatı boyunca bu birliklərə qarşı göstərdiyi xoşniyyətə bağlıdır. (Ətraflı məlumat üçün baxın.

http://tr1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/)

Quranda Maidə Surəsinin 51-ci ayəsində, Yəhudiləri və Xristianları vəlilələr etməməkdən bəhs edilir. Bu vəziyyətdə Müsəlmanlar, Kitab Əhli ilə necə dostluq qura bilər?

Bu ayədə dostlar sözü iki dəfə işlədilmişdir. Biri "övliyası" sözü, "qoruyucular, övliyalar, əfəndilər, sahiblər, maliklər" mənasındadır. Digəri isə "Vetevellehum"dur. Bu da "baxımını boynuna götürən, hakim vəziyyətə keçən, rəhbərliyi ələ alan" mənasındadır. Yəni bu ayədə keçən"dost, vəli" sözü "rəhbərlik" mənasını verməkdədir. Allah Müsəlmanlara, Xristianların və Yəhudilərin rəhbərliyinə tabe olmayın deyə bildirmişdir. Yəni bəzi insanların söylədiyi kimi bu ayə Yəhudilər və ya Xristianlar ilə pis  davranmamaq  mənası daşımır. Müsəlman bir cəmiyyətdə, Yəhudi və ya Xristian bir idarəçinin olmaması isə son dərəcə təbii bir vəziyyətdir. Hər iki tərəf də öz inancına görə hərəkət edəcəyi üçün, yəni bir Yəhudi öz inancına görə, bir Xristian öz inancına görə,  Müsəlman da öz inancına görə hərəkət edəcəyi və öz inancını  tətbiq edəcəyi üçün, bu vəziyyətdə Müsəlmanların inancıyla ziddiyyət təşkil edən vəziyyətlər ortaya çıxacağı üçün belə bir hökm olması son dərəcə təbiidir.

Bunun yanaşı Müsəlmanların Kitab Əhli ilə çox yaxın əlaqələri vardır. Müsəlman bir kimsə Əhli Kitabdan bir qadınla evlənə bilər. Məsələn Peyğəmbərimiz Əfəndimizin (səv) şəxsən özü evlənmişdir. Əhli Kitabın toyuna gedilər, cənazəsinə gedilər, yeməkləri yeyilə bilər, ticarət edilər, dostluq, yoldaşlıq, qardaşlıq münasibəti qurula bilər. Peyğəmbərimizin rəftarından bu aydın görünür.

İsrailin Fələstində yeritdiyi siyasətə qarşı Müsəlmanların reaksiyası necə olmalıdır?

Əməlisaleh bir Müsəlman, ayrı-ayrı insanlar tərəfindən və həmçinin dövlətlər tərəfindən edilən terora qarşıdır.Hər hansı bir yerdə qan axıdılmasını  heç bir vəclə qəbul edə bilməz. Qan axıdılmasının məqbul bir yönü yoxdur. Bu istər İsrailin bombardmanları, istərsə də Fələstin tərəfin raketləri olsun, qan axıdılması qəbul edilə bilməz. Ancaq Müsəlmanın bu vəziyyətə qarşı göstərəcəyi reaksiya mütləq Quran əxlaqına uyğun olmalıdır. Sivil insanlara qarşı edilən hücumlar, kimin etməsindən aslı olmayaraq bağışlanmayacağı aydındır.Bu üsül ilə insanlara edilən vəşiliklər İslama görə yol verilməzdir. Quran ayələri və Peyğəmbər Əfəndimizin (səv) hökümləri araşdırıldığında görünür ki,sivil insanlara qarşı edilən hücumlar İslam əxlaqı ilə heç cürə açıqlanmır. Peyğəmbərimiz (səv) istər Məkkənin fəthində istərsə də digər döyüşlərdə günahsız və müdafiəsizinsanların haqqlarını  qorumuş, onlara bir zərər gəlməsinə qarşı çıxmışdır. Möminlərə bu mövzuda müxtəlif tövsiyələr verilmişdir: "Rəsulullahın dini üzərinə səfərə çıxın,lakin  qoca, qadın və uşaqlara xətər yetirməyin. Allah muhlisleri sevər" şəklində əmr etmişdir.  Bir başqa xatırlatması isə bu şəkildə olmuşdur:

Uşaqları öldürməyin. Kilsələrində özlərini ibadətə vermiş kəslərə toxunmaqdan çəkinin! Qadınları, yaşlanmış qocaları öldürməyin. Ağacları yandırmayın və kəsməyin. Evləri də uçurmayın!

Peyğəmbərimizin (səv) hədislərindən də görüldüyü kimi Müsəlmanların mübarizəsi Quran ayələrinə uyğun, yəni ədalətli və anlayışlı olmuşdur. Fələstin xalqının, təhsilli, mədəni, hüquq, diplomatiya və beynəlxalq siyasətə bələd olan  və bütün bunların yanında Quran əxlaqına görə hərəkət edən güclü bir heyətə ehtiyacı var.

Əlbəttə Fələstin xalqı içərisində mədəni və açıq fikirli çoxlu sayda insanlar vardır. Mühüm olan bu ziyalıların və gənclərin savadlı olmasında, doğru istiqamətləndirilməsində və Fələstinin  beynəlxalq ictimaiyyətdə müdafiə olunması mövzularında atılacaq addımlardır. Bu işlər, Fələstin xalqının həqiqi İslam əxlaqına görə tərbiyələndirilməsində, mədəniyyət və təhsil səviyyəsinin daha da artırılmasında və Fələstinin haqlı mübarizəsinin bütün dünyaya ən gözəl şəkildə izah edilməsində çox əhəmiyyətli bir rolu var. Möminlərin mübarizəsi əsla şiddətlə deyil, mütləq fikri mübarizə ilə olmalıdır. Bunun üçün prioritetli olaraq dinsizliyin dini mövqeyindəki Darvinizmin etibarsızlığı firkini ortaya qoymaq, bununla birlikdə İslam əxlaqının gözəl sözlə və gözəl rəftarlarla izah etmək və Türk İslam Birliyinin qurulması üçün cəhd göstərməkdir. Allahın icazəsiylə birlik olduqdan sonra  Türk İslam dünyasının hər hansı bir yerində tək bir Müsəlmanın də barmağının ucunun belə zərər görməsi mümkün deyil. Bu səbəblə Müsəlmanlar vargüçləri ilə İslam aləminin birlik olması üçün çalışmalıdırlar. Bu birlik meydana gəlmədiyi müddətcə, ağrıların və çətinliklərin sona çatması mümkün deyil. Türk İslam Birliyinin qurulması isə axan qanın sona çatmasını təmin edəcəkdir.

Ateist Sionizm ilə Sionizm arasındakı fərq nədir?

Hazırki dövrdə Sionizmin iki fərqli şəkili var . Bunlardan birincisi, İsraildə rahatlıq və barış içində, Müsəlmanlar ilə birlikdə yaşamaq istəyən, təhlükəsizlik axtaran, babalarının torpaqlarında ibadət edib, ticarət edib yaşamalarını davam etdirmək istəyən, dindar Yəhudi xalqının düşüncəsi olan Sionizmdir. Müsəlmanlar qeyd edilən bu Sionizmi dəstəkləyirlər. Dindar Yəhudi xalqının, özləri üçün müqəddəs olan torpaqlarda güvən və rahatlıq içində yaşamaları, Allahı xatırlamaları, sinagoglarında ibadətlərini etmələri, torpaqlarında elm və ticarətlə məşğul olmaları fəxr edəcəyimiz bir şeydir.

Səmimi dindar bir Yəhudinin Tövrata bağlı olan Sionist inancı Quranla ziddiyyət təşkil edə bilməz. Çünki  Yəhudilərin o bölgədə yaşamaları Quranda bildirilmiş olan bir gerçəkdir. Quranda Allah İsrailoğullarını yaşadıqları bu torpaqlarda məskunlaşdığını belə bildirilmişdir:

Bir zaman Musa öz camaatına belə demişdi: “Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən (bəşər övladından) heç birinə vermədiyini sizə verdi. Ey camaatım! Allahın sizin üçün əzəldən  müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz. (Maidə Surəsi, 5:20-21)

Lakin Müsəlman olaraq tənqid etdiyimiz və təhlükə olaraq göstərdiyimiz, "dinsiz, Allahsız Sionizm"dir. Allahın varlığını, birliyini müdafiə etməyən, materialist, Darvinist anlayışı təşviq edərək dinsizlik təbliğatı edən, bu Allahsız Sionistlər, dindar Yəhudilər üçün də təhlükədir. Dinsiz Sionizm, indiki vaxtda barışa, rahatlığa, gözəl əxlaqa qarşı mübarizə etməkdə; davamlı fitnə, qarışıqlıq çıxarmaqda, qan tökməkdədir. Müsəlmanlar və dindar Yəhudilər, Allahsız Sionizmə qarşı Allah inancının yayılmasına qarşı birləşməlidirlər.

Bəzi insanlar Allahın hər yerdə olduğu gerçəyini qəbul etmək istəmir. Bu insanlara bu gerçəyi necə izah edə bilərik?

İnsanlardan bəziləri özlərini və maddəni, ətraflarında gördükləri dünyanı mütləq varlıq zənn edərlər. Allahı isə (Allahı tənzih edirəm)  mütləq maddəni əhatə edən bir xəyal kimi düşünürlər. Və ya, Allahı gözləri ilə görə bilmədikləri üçün, "yeqin ki, Allah bizim görə bilməyəcəyimiz bir yerdə, kosmosun və ya göylərin uzaq bir yerindədir" deyərlər. (Allahı tənzih edirəm) Bunların hamısı böyük bir yanılmadır.

Allah, tək mütləq varlıq olaraq, bütün kainatı, bütün insanları, yerləri, göyləri, hər yeri  əhatə etmişdir və Allah bütün kainatda təcəlli etməkdədir. Hədislərdə rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.v), Allahın göydə olduğunu deyən bir şəxsə doğru söylədiyini bildirmişdir. Ancaq bu rəvayət, Allahın hər yerdə olduğu gerçəyi ilə heç bir şəkildə ziddiyyət təşkil etmir. Çünki, dünyanın sizin olduğunuz nöqtəsindəki bir adam əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, Cənub Qütbündə bir başqa insan da eyni şəkildə Allaha yönəlsə, Şimal Qütbündə bir insan əllərini göyə qaldırsa, Yaponiyadakı bir insan, Amerikadakı bir insan, Ekvatordakı bir insan da  eyni şəkildə əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu vəziyyətdə hər hansı bir sabit istiqamətdən danışmaq mümkün deyil. Eyni şəkildə kainatın və kosmosun fərqli nöqtələrindəki cinlər, mələklər, şeytanlar da göyə doğru dua etsə hər hansı bir sabit göydən və ya istiqamətdən danışmaq mümkün olmayacaq, bütün kainatı örtən bir vəziyyət yaranacaq.

Bunu da unutmamaq lazımdır ki, Allah zamandan və məkandan münəzzəhdir. Allahın Şəxsi başqadır. Allahın təcəlliləri isə hər yerdədir. Bir adam bir otağa girsə burada Allah yox desə, Allahı inkar etmiş olar. Allahın təcəlliləri o otaq da daxil olmaqla hər yerdədir. Siz hansı tərəfə dönsəniz, Allahın təcəllisi oradadır. Allahın hər yeri qucaqlayıb əhatə etdiyi, bizə şah damarımızdan yaxın olduğu, hansı tərəfə dönsək Allahın üzünü görəcəyimiz bir çox Quran ayəsi ilə belə bildirilmişdir. Məsələn Allah, Bəqərə Surəsinin 255. ayəsində "... Onun kürsüsü, bütün göyləri və yeri örtüb-əhatə etmişdir...." deyə bildirməkdədir. Hud Surəsinin 92. ayəsində isə, "... Şübhəsiz mənim Rəbbim,nə etdiklərinizi biləndir." deyərək, Allahın insanları və nə etdiklərini də əhatə etdiyini bildirməkdədir. (ətraflı məlumat üçün baxın.

http://us1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/689

Qiyamətin qopma vaxtının bilinməsi mümkündür?

Qiyamət  vaxtını ancaq Allah bilər. Allahın diləməsi xaricində insanlardan heç kim qiyamətin nə vaxt qopacağını deyə bilməz. Bu mövzuda tək bilinən isə qiyamət saatının yaxınlaşaraq gəlməkdə olduğudur. Quranda bu mövzu belə xəbər verilmişdir:

İnsanlar, sənə qiyamət-saatını soruşarlar; də ki: "Onun məlumatı yalnız Allahın Qatındadır." Nə bilərsən; bəlkə qiyamət-saatı çox yaxın da ola bilər. (ƏHzab Surəsi, 63)

Allahın ayədə bildirdiyi kimi, qiyamət saatı Allahın istəməsi xaricində kimsə tərəfindən bilinə bilməz, ancaq Peyğəmbərimizin (s.ə.v) hədislərinə və Quranda bildirilən işarələrə baxılıb  dövr olaraq qiyamətin hansı dövrdə ola biləcəyini təxmin etmək olar. İman edən heç kimin qalmadığı, küfrün hakim olduğu bir dövrdə qiyamət qopa bilər.

Böyük Əhli Sünnə alimi Berzenci Həzrətləri və Suyiti Həzrətləri, Peyğəmbərimizin (s.ə.v) hədislərinə söykənərək ümmətin ömürünün Hicri 1500-ü keçməyəcəyini yəni 1600-cu illəri keçməyəcəyini söyləməkdədirlər. Hədislərə əsasən Bədiüzzaman Səid Nursi Həzrətləri qeyd etmişdir ki, müsəlmanlar Hicri 1506-cı ilə qədər Allahın köməyi ilə haqq üzərində qalib olaraq davam edəcəklər, Hicri 1545 (Miladi 2120) tarixində isə qiyamətin qopacağını bildirmişdir. (Doğrusunu Allah bilir.) (Mövzu ilə əlaqədar ətraflı məlumat üçün baxın. http://tr1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/17782

Qurana əsasən Müsəlman üslubu necə olmalıdır?

ALLAHIN QURANDA BİLDİRDİYİ ‘DANIŞIQ ÜSLUBU'

Onları yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər. (Ə'raf Surəsi, 168)

Allahın Quranda bildirdiyi bu həqiqət Həzrəti Adəmdən bəri davam etməkdədir. Yəni hər cəmiyyətdə həm iman edən, həm inkar edən birliklər var. İman edib Allahın əmr və qadağanlarına uyanlar Allahın Quranda bildirdiyi həyatı yaşayaraq, Allahın razılığını qazanmağı məqsəd olaraq qarşılarına qoyaraq, cənnət ümidi ilə  hər cür çətinliyə səbir göstərərlər. Böhtan, hücum, həbs, sürgün və şəhid olma kimi  vəziyyətlər olsa belə əsla Allahın razılığını qazanma istəklərindən imtina etməzlər.

İman edən bu birliyin yanında Quranda bildirildiyi kimi Allahın əmrlərinə uymayan, həyatını öz istək və ehtirasları uğruna yaşamağı seçən, şeytanı dost seçib, müsəlmanlara zərər verəcək fəaliyyətlər etməyə çalışan, bu fəaliyyətləri əsnasında böhtan, yalan, hücum kimi Qurana tamamilə zidd olan hərəkətləri etməkdən çəkinməyən bir qrup da var. Bu qrupu müşriklər, inkar edənlər və cəhənnəmin ən alçaq təbəqəsinə atılacaq olan münafiqlər formalaşdırmaqdadır. Allah Quranda, Öz dininə sahib çıxmayan,onu qorumayan, hətta onu təbliğ etməyən, aradan qaldırmağa və zərər verməyə çalışan inkar edən bu birlikdən bəhs edərkən onların bu alçaq xarakterini vurğulayacaq sözlər istifadə etmişdir. Allah bu gerçəyi Tövbə Surəsinin 9-cu ayəsində bu şəkildə bildirmişdir;

‘…Həqiqətən, onların gördükləri iş necə də pisdir!  ‘ (Tövbə Surəsi 9)

Allah cəhənnəm üçün yaratdığı inkar edənlərə, müşriklərə və münafiqlərə ayədə ‘heyvanlar kimidir, hətta daha alçaqdır deyə xitab etmişdir:

Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məHz onlardır!  (Ə'RAF Surəsi, 179)

İNKAR EDƏNLƏR:Allahın əmr və qadağanlarına uymazlar. MÜŞRİKLƏR: Keçmiş dövrlərdə daşdan düzəldilmiş bütlərə inananlar olduğu üçün,  hazırkı dövrdə də insanları, pulu malı və müxtəlif dünya vasitələrini Allaha şərik qoşarlar. Ya da dindar olduğunu iddia edərək, Allah adına dində olmayan bəzi hökmlər, qaydalar icad edər, halallar, haramlar qoyar, dini öz istək və arzularına görə dəyişdirməyə cürət edərlər. MÜNAFİQLƏR: Müsəlmanlar arasında özlərini səmimi olaraq  göstərib hiyləgərcəsinə fitnə və təxribat törətməyə, onlara zərər verməyə çalışan şeytanın təriqətinə inanan bir birlikdir. Allah bu birliklərin dünya  və axirətdəki cəzalarının alçaldılma olacağını Qurandakı bu ayələrlə bildirməkdədir:

…siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir. (Bəqərə Surəsi, 85)

Allah Quranda bir çox ayədə inkar edənləri, münafiqləri və müşrikləri ‘MEYMUNLAR, ÇÖL EŞŞƏKLƏRİ, KOF KÖTÜKLƏR, KÖTÜKLƏR, TAXTA-KÖTÜK, DONUZLAR' kimi ifadələr istifadə edərək alçaltmaqdadır. Bəzi ayələrdə ‘ALLAH ONLARA LƏNƏT ETSİN', ‘HEYVANLAR KİMİDİR, HƏTTA DAHA ALÇAQDIRLAR', ‘ALÇAQLAR' kimi ifadələr işlətməkdədir. Bu ayələr bu şəkildədir:

Yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər. (ƏRAF Surəsi, 168)

 Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö’cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məHz onlardır! (ƏRAF Surəsi, 179)

 Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar. (Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və mö’minlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!(Munafiqun Surəsi, 3-4)

Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: "Həqir (zəlil) meymunlar olun!" - deyə əmr etdik. (Ə'RAF Surəsi, 166)

De: "Allah yanında cəza e’tibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lə’nətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır! (Maidə Surəsi, 60)

Şəfaət edənlərin şəfaəti onlara fayda verməz! Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar).Onlar sanki vəhşi eşşəklərdir.(Muddəssir Surəsi, 48- 50)

(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. (Bəqərə Surəsi, 130)

…siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir. (Bəqərə Surəsi, 85)

(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa; Qeybət edənə, söz gəzdirənə; Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -(Qələm Surəsi, 10- 13)

 …Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər! (Həcc Surəsi, 18)

‘…Həqiqətən, onların gördükləri iş necə də pisdir!  ‘ (Tövbə Surəsi 9)

(Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik. (İsra Surəsi, 8)

"Yerişində orta bir yol tut, səsindən də  azalt. Çünki, səslərin ən çirkin olanı həqiqətən uzunqulaq səsidir." (Loğman Surəsi, 19)

Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: "(Zəlil və) həqir meymunlar olun!" - dedik. (Bəqərə Surəsi, 65)

 Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. (Haqqə surəsi, 7)

Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik. O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!(Qəmər Surəsi, 19- 21)

Sevgi, şəfqət və hörmət göstərilməsindən anlamayan, Allahın, Quranın və Müsəlmanların əleyhinə fəaliyyət göstərməyi həyatının məqsədi hesab edən insanlara Müsəlmanların rəftarının necə olacağı isə Quranda bu şəkildə bildirilmişdir:

Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb mö’minlərin ürəklərini fərəhləndirsin. (Tövbə Surəsi, 14)

Allah zülm edən bu birlikləri müsəlmanların vasitəsi ilə mənəvi olaraq cəzalandıracağını və xar edəcəyini bildirmişdir və müsəlmanların bu vasitəçiliyini mənəvi zəfər və xoşbəxtlik olaraq  müjdələmişdir. Bu səbəbdən Allah aşiqi olan, Allah sevgisi ilə yaşayan, müsəlmanlara qarşı şəfqətli, mərhəmətli, bütün insanları qardaşlıq duyğusu ilə birləşdirməyə çalışan Hörmətli Adnan Oktar da Allahın Quranda əmr etdiyi bu üslubla danışmaqda və yaşamaqdadır. Yəni Hörmətli Adnan Oktar, inkar edənlər, müşriklər və münafiqlərdən Allahı, Peyğəmbəri və dini düşmən hesab edənlərin səhv məntiqlərini qınamaq məqsədi ilə Allahın Quranda əmr etdiyi bu danışıq üslubunu istifadə edir.

Hörmətli Adnan Oktarın bəzi şəxslərə etdiyi tənqidlər birbaşa şəxslərin özlərinə istiqamətlənib?

Qurana görə insanlara yaxşılığı əmr edib, onları pisliklərdən çəkindirmək hər Müsəlman üçün fərz olan bir ibadətdir. Hər vəziyyətdə Allahın əmrlərini, İslamı və Müsəlmanları qoruyan  bir insan Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə uyğun olmayan ən kiçik bir rəftar gördükdə, ən kiçik bir danışıq ya da ən kiçik bir mimika qarşısında reaksiyasız qalması mümkün deyildir.

Səmimi bir Müsəlman Quranda olan bir ayənin səhv izah edildiyini gordüyündə, Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən səhih qaynaqlı hədislərin yox qəbul edildiyini, Allah ilə, din ilə əlaqədar mövzularda lağ bir üslub istifadə edildiyini eşitdiyində, bunun bir fitnə olduğunu dərhal başa düşər, bu imani və əxlaqi çatışmamazlığın cəmiyyətdə yayılmaması üçün elmi istiqamətdə əlindən gələn hər cür səyi göstərər. Allah Quranda "fitnənin öldürməkdən betər olduğunu" (Bəqərə Surəsi, 191, 217) bizlərə bildirmişdir və yer üzündə fitnə qalmayıncaya qədər fikri mübarizənin davam etməsini əmr etmişdir (Ənfal Surəsi, 39). Bu səbəbdən də əgər fitnə varsa, Quran və sünnə sərhədləri daxilində fikri mübarizə də hər zaman olacaq.

Xüsusi ilə çox sayda insanlarda hiss olunan iman zəifliyinin və ağıl çatışmazlığını Quran və Peyğəmbərimizin (s.ə.v) sünnəsi ilə müalicə edilməsi çox əhəmiyyətlidir. O insana Qurandan xatırlatmalar  və tövsiyələr etmək, onun məntiqi düşüncələrində və dini dünyagörüşündə dəyişikliklər etmək lazımdır Tənqid olunan adam bəlkə də minlərlə insanın içində olduğu bir səhvi əks etdirməsi baxımından nümunə təşkil edə bilər və bu səbəbdən də hədəf əsla o adamın şəxsiyyəti olmaz. Beləvəziyyətdə olan insana qarşı Quran əxlaqına, hədislərə zidd bir imic yaradaraq, oradakı düşüncə yanlışlığına görə  elmi mübarizə aparmaq lazımdır. Edilən  xəbərdarlıqlar isə o insanın birbaşa şəxsiyyətinə istiqamətlənməmişdir .

Hörmətli Adnan Oktarın bəzi kəslərə istiqamətli istifadə etdiyi Quranı tənqid üslubunun təməlində  hər zaman insanlara fayda verməsi məqsədi durmuşdur. Allah Quranda da "(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver!." (Əla Surəsi, 9) şəklində bildirməkdədir.

Hər kəs Allahın onun üçün təqdir etdiyi qədəri yaşar, səhvləri də, əskiklikləri də yaradan Allahdır. Allah bir ayədə "Halbuki sizi də, etməkdə olduqlarınızı da Allah yaratmışdır." (Saffat Surəsi, 96) deyə bizlərə bildirmişdir. İnsanın Allahın yaratdığı qədərin xaricində səhv etməsi bir tərəfə, nəfəs alıb verməsi də qeyri-mümkündür. Allaha qarşı bu cür möhtac olan bir insana, səhvindən ötəri hirslənmək isə güclü imana sahib bir Müsəlman üçün əsla yolverilməzdir.

Hörmətli Adnan Oktar da bəzi kəslərin danışıqlarından yaranan düşüncə sistemlərini tənqid edərkən, ürəyində o kəslərin şəxsiyyətlərinə hirs duyması mümkün deyil. Hörmətli Adnan Oktar Allahın bütün Müsəlmanlara fərz buyurduğu xəbərdar etmək və müjdələmək ibadətini yerinə yetirməkdədir. Bu vəzifəsini yerinə yetirərkən də Cənabı Allahın Qurandakı üslubunu nümunə götürməkdədir. Səhv gördüyü fikirlərin niyə səhv olduğunu Quran ayələrinə və hədislərə söykəyərək konkret dəlillər ilə son dərəcə aydın olan şəkildə açıqlamaqda və həqiqəti  yenə də Quran ayələri və hədislər ilə insanlara izah etməkdədir.

Qurani Kərimin günümüzə qədər dəyişmədən gəlməsi mövzusunu açıqlaya bilərsiz?

Quranın dəyişməyəcəyini Allah ayələrdə bildirmişdir;

… Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədlərini) dəyişə biləcək heç bir kimsə yoxdur!... (Ən'am Surəsi, 34)

(Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir! (Ən'am Surəsi, 115)

 Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!" (Hicr Surəsi, 9)

 (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).(Vaqiə Surəsi, 77-78)

Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir. (Fussilət Surəsi, 42)

Rəbbimizin ayələrdə bildirdiyi üzrə Quran dəyişməyəcək. Quran günümüzə qədər yalnız yazılı olaraq gəlmədi, Peyğəmbər Əfəndimiz (s.ə.v) dövründə Qurani Kərimi əzbərləyən hafizlər vardı. Buna görə də indiki dövrdə olan Hərəkəli Quran, o zamanki Hafizlərin əzbərinə uyğun olaraq hazırlandı. Peyğəmbər Əfəndimizin dövründə hafizlərin əzbərlədiyi Quran hazırki  Quran ilə eynidir inşaallah.

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."