Hicr surəsi ( 99 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.

2 . Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.

3 . "Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər."

4 . Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi).

5 . "Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər."

6 . "Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən."

7 . "Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?”"

8 . Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz.

9 . "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq."

10 . Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik.

11 . "Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər."

12 . "Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik."

13 . Onlar hələ də ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir.

14 . "Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,"

15 . "yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik” – deyərdilər."

16 . Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.

17 . Onları qovulmuş hər bir şeytandan qoruduq.

18 . "Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər."

19 . "Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik."

20 . "Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq."

21 . "Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk."

22 . "Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz."

23 . "Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik."

24 . "Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik"

25 . "Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir."

26 . "Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq."

27 . Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.

28 . "Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam!"

29 . Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”

30 . Mələklərin hamısı ona səcdə etdilər.

31 . "Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi."

32 . Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”

33 . "İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”"

34 . Allah dedi: “Oradan çıx! Artıq sən qovuldun.

35 . Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”.

36 . İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.

37 . Allah dedi: “Sən möhlət verilənlərdənsən.

38 . Ancaq məlum vaxtın gününə qədər”.

39 . "İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam."

40 . "Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”."

41 . "Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur."

42 . "Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”."

43 . "Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir."

44 . Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.

45 . "Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar."

46 . Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”

47 . Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.

48 . Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.

49 . "Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm."

50 . Əzabım isə ağrılı-acılı əzabdır.

51 . Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.

52 . O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!” – dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!” – dedi.

53 . "Mələklər: “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!” – dedilər."

54 . İbrahim dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”

55 . Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”

56 . İbrahim dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”

57 . İbrahim dedi: “Ey elçilər! Vəzifəniz nədir?”

58 . Onlar dedilər: “Biz günahkar adamları məhv etməyə göndərilmişik;

59 . yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xilas edəcəyik.

60 . Lutun arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”.

61 . Elçilər Lut əhlinin yanına gəldikdə

62 . o dedi: “Siz yad adamlarsınız!”

63 . "Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik."

64 . "Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq."

65 . Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.

66 . "Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək."

67 . Şəhər əhalisi bir-birini muştuluqlayaraq onun yanına gəldilər

68 . Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!

69 . Allahdan qorxun və məni hörmətdən salmayın!”

70 . Onlar dedilər: “Məgər biz sənə bura gələn adamları qonaq saxlamağı qadağan etməmişik?”

71 . "O dedi: “Bunlar mənim qızlarımdır! Əgər istəyirsinizsə, onlarla evlənin!”"

72 . "(Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyl-veyl gəzirdilər."

73 . Günəş doğanda qorxunc səs onları yaxaladı.

74 . Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.

75 . "Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır."

76 . "Həqiqətən, onlar Məkkədən Şama gedən yolun üstündə yaşayırdılar."

77 . "Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır."

78 . Əykə əhli də zalım idi.

79 . Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi.

80 . Hicr əhli də elçiləri yalançı saydı.

81 . "Biz onlara ayələrimizi göndərdik, lakin onlar bu ayələrdən üz döndərdilər."

82 . Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular.

83 . Onları sübh çağı qorxunc səs yaxaladı.

84 . Qazandıqları dünya malı isə onlara heç bir fayda vermədi.

85 . "Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla."

86 . "Həqiqətən, Rəbbin Yaradandır, Biləndir."

87 . Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik.

88 . "Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran"

89 . "və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”"

90 . Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik.

91 . "Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər)."

92 . "Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –"

93 . törətdikləri əməllər barəsində.

94 . Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.

95 . "Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik."

96 . "O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər."

97 . Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik.

98 . Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!

99 . Sənə ölüm gələnədək Rəbbinə ibadət et.

 

 

 

Bu səhifədə Hicr surəsi Türkcə tərcüməsi, Hicr surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Hicr surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Hicr surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Hicr surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top