Şuəra surəsi ( 227 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Ta. Sin. Mim.

2 . Bunlar aydın Kitabın ayələridir.

3 . Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?

4 . "Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi."

5 . "Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər."

6 . Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.

7 . "Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?"

8 . "Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı."

9 . "Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."

10 . Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –

11 . Firon xalqının yanına! Onlar qorxmurlarmı?”

12 . "Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,"

13 . "belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər."

14 . Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.

15 . "Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik."

16 . Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!

17 . İsrail oğullarını bizimlə birgə burax!”

18 . Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?

19 . "Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”"

20 . Musa dedi: “Mən onu edəndə nadan olmuşam.

21 . Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.

22 . Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”.

23 . Firon dedi: “Aləmlərin Rəbbi nədir?”

24 . "Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”"

25 . Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”

26 . "Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”"

27 . "Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”"

28 . "Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”"

29 . "Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”"

30 . Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”

31 . "Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”"

32 . "Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi."

33 . "Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu."

34 . "Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!"

35 . O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”

36 . "Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki,"

37 . bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.

38 . "Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar."

39 . Camaata deyildi: “Siz də yığışırsınızmı?

40 . "Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”."

41 . "Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”"

42 . Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”.

43 . "Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”"

44 . "Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!” – dedilər."

45 . Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu.

46 . Sehrbazlar səcdəyə qapandılar

47 . və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –

48 . Musanın və Harunun Rəbbinə!”

49 . "Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”."

50 . "Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq."

51 . Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.

52 . Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik.

53 . Firon şəhərlərə əsgər toplayanlar göndərdi.

54 . O dedi: “Bunlar kiçik bir dəstədir.

55 . Onlar bizi qəzəbləndirmişlər.

56 . Biz hamımız ayıq-sayıq olmalıyıq”.

57 . Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;

58 . xəzinələrdən və gözəl yerlərdən də qovduq.

59 . "Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik."

60 . Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar.

61 . İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər.

62 . "Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”"

63 . "Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu."

64 . O birilərini də ora yaxınlaşdırdıq.

65 . Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

66 . O birilərini isə suya qərq etdik.

67 . "Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi."

68 . "Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."

69 . Onlara İbrahimin əhvalatını da oxu.

70 . Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” – demişdi.

71 . Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.

72 . O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?

73 . Yaxud sizə xeyir və ya zərər verirlərmi?”

74 . "Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”."

75 . O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –

76 . "həm siz, həm də ulu babalarınız?"

77 . "Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir."

78 . "O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;"

79 . "O Rəbb ki, məni yedirdir və içirdir;"

80 . "O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;"

81 . "O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;"

82 . "O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram."

83 . Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!

84 . Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!

85 . Məni Nəim bağının varislərindən et!

86 . "Atamı bağışla! Çünki o, azanlardandır."

87 . Onların dirildiləcəyi gün məni rüsvay etmə!

88 . "O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək."

89 . Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”

90 . Cənnət müttəqilərə yaxınlaşdırılar.

91 . Cəhənnəm də azğınlara göstərilər.

92 . Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –

93 . "Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”"

94 . "Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,"

95 . İblisin bütün əsgərləri də habelə.

96 . Onlar orada höcətləşərək deyərlər:

97 . "Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –"

98 . "o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq."

99 . Bizi ancaq günahkarlar azdırdı.

100 . "İndi isə bizim nə şəfaətçilərimiz,"

101 . nə də bizə canıyanan bir dostumuz var!

102 . "Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”"

103 . "Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi."

104 . "Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."

105 . Nuh tayfası da elçiləri yalançı saydı.

106 . O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?

107 . "Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm."

108 . Allahdan qorxun və mənə itaət edin.

109 . Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

110 . Allahdan qorxun və mənə itaət edin!”

111 . Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”

112 . Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm!

113 . Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!

114 . Mən iman gətirənləri qovan deyiləm.

115 . Mən yalnız açıq-aşkar bir qorxudanam”.

116 . "Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”."

117 . Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.

118 . "Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”"

119 . Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.

120 . Yerdə qalanları isə suya qərq etdik.

121 . "Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi."

122 . "Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."

123 . Ad tayfası da elçiləri yalançı saydı.

124 . O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?

125 . "Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm."

126 . Allahdan qorxun və mənə itaət edin!

127 . Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

128 . "Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?"

129 . Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?

130 . Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?

131 . Allahdan qorxun və mənə itaət edin!

132 . Bildiyiniz nemətləri sizə verəndən qorxun.

133 . "O sizə heyvanat və oğul-uşaq verdi,"

134 . üstəlik bağlar və çeşmələr də əta etdi.

135 . Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.

136 . "Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir."

137 . "Bu, yalnız və yalnız əvvəlkilərin adətidir."

138 . Biz əzaba düçar olan da deyilik”.

139 . "Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi."

140 . "Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."

141 . Səmud tayfası da elçiləri yalançı saydı.

142 . O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?

143 . "Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm."

144 . Allahdan qorxun və mənə itaət edin.

145 . Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

146 . Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?

147 . "Bağlar və bulaqlar içində,"

148 . əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız?

149 . Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?

150 . Allahdan qorxun və mənə itaət edin!

151 . Həddi aşanların əmrinə tabe olmayın.

152 . Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”.

153 . Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.

154 . "Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”."

155 . "Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz)."

156 . "Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”."

157 . "Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular."

158 . "Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi."

159 . "Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."

160 . Lut tayfası da elçiləri yalançı saydı.

161 . O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?

162 . "Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm."

163 . Allahdan qorxun və mənə itaət edin!

164 . Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

165 . Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir

166 . "və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”."

167 . " Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!”"

168 . O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.

169 . Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”

170 . Biz onu və onun bütün ailəsini xilas etdik.

171 . Geridə qalanlar arasındakı yaşlı qadından başqa.

172 . Sonra da o birilərini darmadağın etdik.

173 . Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!

174 . "Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi."

175 . "Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."

176 . Əykə əhli də elçiləri yalançı saydı.

177 . O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?

178 . "Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm."

179 . Allahdan qorxun və mənə itaət edin!

180 . Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

181 . Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.

182 . Düz tərəzi ilə çəkin.

183 . İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.

184 . Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”

185 . Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.

186 . Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik.

187 . "Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”."

188 . Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.

189 . "Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi."

190 . "Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi."

191 . "Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."

192 . "Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir."

193 . Onu sadiq Ruh (Cəbrail) endirdi –

194 . "; sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan."

195 . Bu Quran açıq-aydın ərəb dilində nazil edildi.

196 . "Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır."

197 . Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?

198 . "Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik,"

199 . "və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər."

200 . Biz küfrü günahkarların qəlbinə belə salarıq.

201 . Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.

202 . O əzab onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.

203 . Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”

204 . Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?

205 . "Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,"

206 . "sonra vəd olunduqları əzab onlara yetişsə,"

207 . onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz.

208 . Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.

209 . Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq!

210 . Quranı şeytanlar endirmədi.

211 . Onlar buna layiq deyildirlər və bunu bacara da bilməzlər.

212 . Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər.

213 . "Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan."

214 . Ən yaxın qohumlarını qorxut!

215 . Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!

216 . "Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”"

217 . Qüdrətli və Rəhmli olana təvəkkül et!

218 . "O səni namaza duranda da görür,"

219 . səcdə edənlər içində hərəkət edəndə də.

220 . "Həqiqətən də, O, Eşidəndir, Biləndir!"

221 . Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

222 . Onlar hər bir yalançıya və günahkara nazil olarlar.

223 . Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!

224 . "Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar."

225 . "Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)"

226 . və etmədikləri şeylərə aid söhbət açırlar?

227 . "Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər."

 

 

 

Bu səhifədə Şuəra surəsi Türkcə tərcüməsi, Şuəra surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Şuəra surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Şuəra surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Şuəra surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top