Loğman surəsi ( 34 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Əlif. Ləm. Mim.

2 . "Bu, hikmətli Kitabın ayələridir."

3 . Xeyirxah əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir.

4 . "O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar."

5 . Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.

6 . "İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir."

7 . "Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ."

8 . İman gətirib yaxşı işlər görənlər üçün Nəim bağları hazırlanmışdır.

9 . "Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrətlidir, Müdrikdir."

10 . "O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik."

11 . "Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər."

12 . "Biz Loğmana hikmət verdik: “Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, Tərifəlayiqdir”."

13 . "Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”"

14 . Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.

15 . "Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm."

16 . "Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır."

17 . "Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir."

18 . "İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir."

19 . "Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”."

20 . "Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir."

21 . "Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına doğru sürükləyirsə, onda necə olsun?"

22 . Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır.

23 . "Kafirlərin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir."

24 . "Biz onlara dünyada olan nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba qatlaşmağa məcbur edəcəyik."

25 . "Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar hökmən: “Allah!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu bilmir."

26 . "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir."

27 . "Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir."

28 . "Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir."

29 . "Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoyduğu qanunlarına ram etdiyini, üstəlik Allahın, nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?"

30 . "Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür."

31 . "Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir."

32 . Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.

33 . "Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın."

34 . "Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır."

 

 

 

Bu səhifədə Loğman surəsi Türkcə tərcüməsi, Loğman surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Loğman surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Loğman surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Loğman surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top