Duxan surəsi ( 59 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Ha. Mim.

2 . And olsun bu aydın Kitaba!

3 . "Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq."

4 . Hər bir hikmətli iş o gecədə ayırd edilir –

5 . "dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –"

6 . "sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir."

7 . "Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir."

8 . "Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir."

9 . Lakin onlar şəkkə qapılıb əylənirlər.

10 . Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.

11 . "O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır."

12 . "Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək” – deyəcəklər."

13 . "Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,"

14 . onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!” – dedilər.

15 . "Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız."

16 . "Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq."

17 . Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.

18 . "O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm."

19 . "Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm."

20 . "Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram."

21 . "Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”"

22 . "Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”"

23 . "Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız."

24 . Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”

25 . "Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;"

26 . "Habelə əkinlər, möhtəşəm yerlər"

27 . və içində həzz aldıqları nemətləri də qoyub getdilər.

28 . Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.

29 . "Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi."

30 . Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –

31 . "Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi."

32 . Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.

33 . Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.

34 . Bunlar mütləq deyəcəklər:

35 . “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.

36 . "Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”"

37 . "Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi."

38 . "Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq."

39 . " Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir."

40 . "Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır."

41 . ";O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir."

42 . "Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir."

43 . "Həqiqətən, zəqqum ağacı"

44 . günahkar adamın yeməyidir.

45 . Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –

46 . qaynar su qaynayan kimi.

47 . Onu tutub Cəhənnəmin ortasına sürüyün!

48 . Sonra əzab vermək üçün başına qaynar su tökün!

49 . Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.

50 . Sizin şübhə etdiyiniz əzab budur!

51 . Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –

52 . bağçalarda və çeşmələr başında olacaqlar!

53 . Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

54 . Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.

55 . Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.

56 . Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur

57 . "sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur."

58 . "Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər."

59 . "Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər."

 

 

 

Bu səhifədə Duxan surəsi Türkcə tərcüməsi, Duxan surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Duxan surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Duxan surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Duxan surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top