Fəth surəsi ( 29 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . "Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki,"

2 . "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin"

3 . və Allah sənə böyük bir qələbə ilə kömək etsin.

4 . "Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir."

5 . "Bu ona görədir ki, Allah mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin və onların günahlarından keçsin. Bu, Allah yanında böyük müvəffəqiyyətdir."

6 . "Həm də ona görədir ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir."

7 . "Göylərin və yerin orduları Allahındır. Allah Qüdrətlidir, Müdrikdir."

8 . "Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən elçi kimi göndərmişik."

9 . "Biz belə etdik ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz Allahı tərifləyəsiniz."

10 . "Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər."

11 . "Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!” – deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır."

12 . "Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, şeytan tərəfindən qəlbinizdə bəzədilmişdi. Siz pis fikrə düşüb məhvə məhkum adamlar oldunuz."

13 . "Kim Allaha və Onun Elçisinə iman gətirməzsə, bilsin ki, Biz kafirlər üçün od hazırlamışıq."

14 . "Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah Bağışlayandır, Rəhmlidir."

15 . "Siz qənimətləri götürməyə getdiyiniz zaman səfərdən geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!” – deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız” – deyəcəklər. Əksinə, onlar çox az anlayanlardır."

16 . "Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”."

17 . "Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər."

18 . "Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı."

19 . "Üstəlik alacaqları çoxlu qənimətə də müvəffəq etdi. Allah Qüdrətlidir, Müdrikdir."

20 . "Allah sizə götürəcəyiniz çoxsaylı qənimətlər vəd etdi. O, bunları sizə tezliklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin."

21 . Ələ keçirə bilmədiyiniz başqa qənimətlər də vardır. Artıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir.

22 . "Əgər kafirlər sizinlə vuruşsalar, mütləq arxaya dönüb qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar."

23 . Allahın əzəldən müəyyənləşdirdiyi qayda belədir. Sən Allahın qoyduğu qaydalarda heç vaxt bir dəyişiklik tapa bilməzsən.

24 . "Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir."

25 . "O kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər Məkkədə tanımadığınız mömin kişiləri və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə buna izin vermədi. Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik."

26 . Kafirlər öz qəlbində təkəbbürlüyə – cahilik lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir.

27 . "Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir."

28 . İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir

29 . "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir."

 

 

 

Bu səhifədə Fəth surəsi Türkcə tərcüməsi, Fəth surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Fəth surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Fəth surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Fəth surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top