Hucurat surəsi ( 18 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . "Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir."

2 . " Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər."

3 . "Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir."

4 . "Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti nə etdiklərini anlamırlar."

5 . "Sən onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha yaxşı olardı. Allah Bağışlayandır, Rəhmlidir."

6 . "Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz."

7 . "Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır."

8 . "Bunlar Allahın lütfü və neməti sayəsindədir. Allah Biləndir, Müdrikdir."

9 . "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir."

10 . "Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin."

11 . "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır."

12 . "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir."

13 . "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır."

14 . "Bədəvilər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”"

15 . "Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır."

16 . "De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir."

17 . "Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olmusunuz deyə mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi imana gətirməklə sizə mərhəmət göstərmişdir!”"

18 . "Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir. Allah sizin nə etdiklərinizi görür."

 

 

 

Bu səhifədə Hucurat surəsi Türkcə tərcüməsi, Hucurat surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Hucurat surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Hucurat surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Hucurat surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top