Zəriyət surəsi ( 60 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . And olsun toz-torpağı ətrafa səpələyənlərə!

2 . And olsun yağmur yükü daşıyanlara!

3 . And olsun asanlıqla üzüb gedənlərə!

4 . And olsun işləri paylaşdıranlara!

5 . Sizə vəd olunanlar həqiqətdir.

6 . Haqq-hesab da mütləq çəkiləcəkdir.

7 . And olsun gözəl görünüşü olan səmaya!

8 . Sizin sözləriniz ziddiyyətlidir.

9 . Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.

10 . Məhv olsun yalançılar!

11 . "O kəslər ki, cəhalət içində olan qafillərdir."

12 . Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.

13 . O gün onlara odda əzab veriləcəkdir.

14 . Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”

15 . "Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,"

16 . "öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular."

17 . Onlar gecələr ibadət edib az yatırdılar.

18 . Sübh çağı isə bağışlanma diləyirdilər.

19 . Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.

20 . Qəti inananlar üçün yer üzündə dəlillər vardır.

21 . Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?

22 . Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.

23 . "Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir."

24 . İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?

25 . Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” – dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” – dedi.

26 . "O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi."

27 . Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?” – dedi.

28 . "O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər."

29 . Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”

30 . "Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”"

31 . "İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”"

32 . "Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,"

33 . onların üstünə gildən daşlar yağdıraq –

34 . həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”

35 . Biz orada olan möminləri o kənddən çıxartdıq.

36 . Amma orada bir evdən başqa müsəlman tapmadıq.

37 . Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.

38 . Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.

39 . "O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!” – dedi."

40 . "Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi."

41 . Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.

42 . O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.

43 . Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!” – deyilmişdi.

44 . Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.

45 . Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.

46 . Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.

47 . Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

48 . Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!

49 . "Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız."

50 . De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

51 . Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”

52 . "Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər."

53 . "Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır."

54 . Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.

55 . Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.

56 . Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.

57 . Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.

58 . "Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir."

59 . "Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!"

60 . Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!

 

 

 

Bu səhifədə Zəriyət surəsi Türkcə tərcüməsi, Zəriyət surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Zəriyət surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Zəriyət surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Zəriyət surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top