Nəcm surəsi ( 62 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . And olsun batmaqda olan ulduza!

2 . "Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır."

3 . "O, öz istəyi ilə danışmır."

4 . "Bu, ona təlqin edilən bir vəhydir."

5 . Bunu ona çox qüvvətli olan öyrətdi –

6 . "gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü."

7 . "O, ən uca üfüqdə idi."

8 . Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi.

9 . "O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi."

10 . Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi.

11 . Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.

12 . İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?

13 . Onu bir daha öz sürətində enərkən gördü –

14 . son həddəki Sidr ağacının yanında.

15 . Məva bağı da onun yanındadır.

16 . O zaman Sidr ağacını bürüyən bürümüşdü.

17 . Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı.

18 . "O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü."

19 . Siz tapındığınız Lat və Uzzanı gördünüzmü?

20 . Həmçinin üçüncü olan Mənatı da?

21 . "Məgər oğlanlar sizin, qızlar Onundurmu?"

22 . Onda bu ədalətsiz bölgü olardı!

23 . Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.

24 . Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?

25 . "Axirət də, dünya da Allahındır."

26 . "Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz."

27 . "Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər."

28 . Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.

29 . Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!

30 . "Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır."

31 . "Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür."

32 . "Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir."

33 . "Gördünmü üz çevirəni,"

34 . malından azacıq verib sonra heç verməyəni?

35 . "Məgər o, qeybi bilirmi ki, bunu görsün?"

36 . Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi?

37 . Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?

38 . Heç bir günahkar başqasının günah yükünü daşımaz.

39 . İnsan can atdığı şeyə nail olar.

40 . "Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır."

41 . Sonra da ona bunun əvəzi tam veriləcəkdir!”

42 . Son dönüş sənin Rəbbinədir.

43 . "Güldürən də, ağladan da Odur!"

44 . "Öldürən də, dirildən də Odur!"

45 . "O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı –"

46 . axıdılan bir nütfədən.

47 . Təkrar diriltmək də Ona aiddir.

48 . "Dövlətli edən də, kasıb edən də Odur."

49 . Şiranın da Rəbbi Odur.

50 . "O, əvvəlki Ad tayfasını məhv etdi."

51 . Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı.

52 . "Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi."

53 . Alt-üst olmuş kəndləri də O viran qoydu.

54 . Onların başına gətirdiyini gətirdi.

55 . Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən?

56 . Bu da əvvəlki xəbərdarlıq edib qorxudanlar kimi bir qorxudandır.

57 . Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.

58 . Allahdan başqa heç kəs onun qarşısını ala bilməz.

59 . "Siz bu Sözə təəccüblənirsiniz,"

60 . "gülürsünüz, heç ağlamırsınız,"

61 . və oynayıb əylənirsiniz?

62 . Siz Allaha səcdə qılın və Ona ibadət edin!

 

 

 

Bu səhifədə Nəcm surəsi Türkcə tərcüməsi, Nəcm surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Nəcm surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Nəcm surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Nəcm surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top