Qamər surəsi ( 55 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . O Saat yaxınlaşdı və ay bölündü.

2 . "Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər."

3 . Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.

4 . Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

5 . Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!

6 . Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün

7 . onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

8 . Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.

9 . "Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər."

10 . "O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!” – dedi."

11 . Biz göyün qapılarını leysan yağışı ilə açdıq.

12 . Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.

13 . Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.

14 . İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.

15 . Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?

16 . Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

17 . Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

18 . Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

19 . Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.

20 . "O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı."

21 . Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

22 . Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

23 . Səmud qövmü də xəbərdarlıqları yalan saydı.

24 . Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!

25 . "Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”"

26 . Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.

27 . Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!

28 . "Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”"

29 . Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.

30 . Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

31 . "Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular."

32 . Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

33 . Lut qövmü də xəbərdarlıqları yalan saydı.

34 . Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –

35 . Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.

36 . "Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar."

37 . Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”

38 . Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.

39 . Elə isə əzabımı və təhdidlərimi dadın!

40 . Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

41 . Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.

42 . Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.

43 . Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?

44 . Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!” – deyirlər?

45 . Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.

46 . "Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır."

47 . "Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər."

48 . O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!” – deyiləcəkdir.

49 . "Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq."

50 . "Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir."

51 . Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?

52 . Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.

53 . Hər bir kiçik və böyük əməl yazılmışdır.

54 . "Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,"

55 . qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!

 

 

 

Bu səhifədə Qamər surəsi Türkcə tərcüməsi, Qamər surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Qamər surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Qamər surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Qamər surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top