Rahmən surəsi ( 78 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Mərhəmətli Allah

2 . Quranı öyrətdi.

3 . "İnsanı yaratdı,"

4 . ona danışmağı öyrətdi.

5 . Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.

6 . "Otlar da, ağaclar da səcdə edir."

7 . "Allah göyü ucaltdı və tərəzini qoydu ki,"

8 . çəkidə həddi aşmayasınız.

9 . Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

10 . "O, yeri məxluqat üçün döşədi."

11 . Orada meyvələr və salxımlı xurma ağacları vardır.

12 . Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.

13 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

14 . "O, insanı saxsı kimi quru gildən yaratdı,"

15 . cinləri də təmiz oddan yaratdı.

16 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

17 . Allah iki məşriqin və iki məğribin Rəbbidir.

18 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

19 . "O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu."

20 . "Onların arasında maneə vardır, onu keçə bilməzlər."

21 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

22 . Onlardan mirvari və mərcan çıxır.

23 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

24 . "Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur."

25 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

26 . Yer üzündə olan hər kəs ölümə məhkumdur.

27 . Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.

28 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

29 . Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir.

30 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

31 . Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq.

32 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

33 . "Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz."

34 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

35 . Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.

36 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

37 . Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.

38 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

39 . "O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır."

40 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

41 . "Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar."

42 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

43 . Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!

44 . Onlar onunla qaynar su arasında dolanacaqlar.

45 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

46 . Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.

47 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

48 . İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.

49 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

50 . İkisində də iki axar bulaq vardır.

51 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

52 . İkisində də hər meyvədən qoşa-qoşa vardır.

53 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

54 . Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.

55 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

56 . "Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır."

57 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

58 . Onlar sanki yaqut və mərcandırlar.

59 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

60 . Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?

61 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

62 . Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.

63 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

64 . Hər ikisi tünd yaşıldır.

65 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

66 . İkisində də fəvvarə vuran iki bulaq vardır.

67 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

68 . "İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır."

69 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

70 . "Orada xoş xasiyyətli, gözəl qızlar vardır."

71 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

72 . Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır

73 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

74 . Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

75 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

76 . Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.

77 . Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

78 . Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.

 

 

 

Bu səhifədə Rahmən surəsi Türkcə tərcüməsi, Rahmən surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Rahmən surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Rahmən surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Rahmən surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top