Vaqiə surəsi ( 96 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Vaqiə qopacağı zaman

2 . onun qopduğunu heç kəs dana bilməz.

3 . "O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır."

4 . "Yer şiddətlə titrədiyi zaman,"

5 . Dağlar parça-parça olub ovxalandığı

6 . "və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,"

7 . siz üç dəstəyə ayrılacaqsınız.

8 . Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

9 . Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

10 . "Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!"

11 . "Onlar Allaha yaxın olanlar,"

12 . Nəim bağlarında qalacaq kimsələrdir.

13 . "Onların çoxu əvvəlki nəsillərdən,"

14 . az bir qismi də axırıncılardandır.

15 . Onlar bəzənmiş taxtlar üstündə

16 . qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.

17 . Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;

18 . "çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –"

19 . "ondan başları ağrımaz və məst olmazlar,"

20 . bəyənib seçdikləri meyvələr

21 . və istədikləri quş əti ilə hərlənəcəklər.

22 . Onları iri qaragözlü hurilər gözləyir –

23 . sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.

24 . "Bu, onların etdikləri əməllərin mükafatı olacaq."

25 . "Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər."

26 . Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər.

27 . Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

28 . "Onlar tikansız sidr ağacları arasında,"

29 . "meyvələri salxım-salxım asılmış banan ağacları altında,"

30 . "uzanmış kölgəliklərdə,"

31 . "daim axan sular kənarında,"

32 . "çoxlu meyvələr,"

33 . tükənməz və qadağan edilməyən meyvələr içində

34 . və hündür döşəklər üstündə olacaqlar.

35 . Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.

36 . Onları bakirə qızlar edəcəyik –

37 . "ərlərini sevən, həmyaşıdlar."

38 . Bunlar sağ tərəf sahibləri üçündür.

39 . "Onların çoxu əvvəlki nəsillərdən,"

40 . bir qismi də axırıncılardandır.

41 . Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

42 . "Onlar qızmar yel və qaynar su içində,"

43 . qapqara duman kölgəsində olacaqlar.

44 . "Bu duman nə sərin, nə də xoşagələndir."

45 . "Onlar bundan əvvəl cah-calal içində idilər,"

46 . böyük günah işlətməkdə israr edirdilər

47 . və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?

48 . Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”

49 . "De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,"

50 . bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.

51 . "Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!"

52 . "Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,"

53 . "qarınlarınızı onunla dolduracaqsınız,"

54 . üstündən də qaynar su içəcəksiniz.

55 . Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.

56 . Bu onların Haqq-hesab günündəki ziyafətidir.

57 . Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?

58 . Axıtdığınız nütfəni gördünüzmü?

59 . "Onu siz yaradırsınız, yoxsa Biz?"

60 . Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

61 . Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.

62 . Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?

63 . Əkdiyinizi gördünüzmü?

64 . "Onu siz bitirirsiniz, yoxsa Biz?"

65 . "Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,"

66 . və deyərdiniz: “Biz ziyana uğradıq.

67 . Daha doğrusu nemətlərdən məhrum olduq!”

68 . İçdiyiniz suyu gördünüzmü?

69 . "Onu buluddan siz endirirsiniz, yoxsa Biz?"

70 . "Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?"

71 . Yandırdığınız odu gördünüzmü?

72 . "Onun ağacını siz yaradırsınız, yoxsa Biz?"

73 . Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.

74 . Elə isə Ulu Rəbbinin adına təriflər de!

75 . Ulduzların batdığı yerlərə and olsun!

76 . "Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz."

77 . "Həqiqətən, bu, ehtirama layiq Qurandır,"

78 . qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).

79 . Ona yalnız pak olanlar toxunur.

80 . "O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir."

81 . Siz bu kəlamı yalan sayırsınız?

82 . "Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?"

83 . Can boğaza yetişdiyi zaman –

84 . həmin an siz can verən adama baxırsınız.

85 . "Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz."

86 . Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız

87 . " və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?"

88 . "Amma əgər o, Allaha yaxın olanlardandırsa,"

89 . "onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər."

90 . "Əgər o, sağ tərəf sahiblərindəndirsə,"

91 . ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir.

92 . "Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,"

93 . "onun ziyafəti qaynar su olacaq,"

94 . özü də Cəhənnəmdə yanacaqdır.

95 . "Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir."

96 . Elə isə Ulu Rəbbinin adına təriflər de!

 

 

 

Bu səhifədə Vaqiə surəsi Türkcə tərcüməsi, Vaqiə surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Vaqiə surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Vaqiə surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Vaqiə surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top