Haqqə surəsi ( 52 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Haqq olan Qiyamət!

2 . Nədir haqq olan Qiyamət?

3 . "Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?"

4 . Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.

5 . Səmud tayfası qorxunc bir səslə məhv edildi.

6 . Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.

7 . "Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin."

8 . Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?

9 . "Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər."

10 . "Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı."

11 . Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.

12 . Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.

13 . "Sur bircə dəfə üfürüləcəyi,"

14 . yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –

15 . həmin gün Vaqiə qopacaq.

16 . "Göy yarılacaq və həmin gün o, süst olacaqdır."

17 . Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.

18 . O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.

19 . "Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!"

20 . "Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”."

21 . "O, xoşbəxt həyat sürəcəkdir –"

22 . uca bir Cənnətdə –

23 . "elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır."

24 . Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” – deyiləcəkdir

25 . Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!

26 . Hesabımdan da xəbərim olmayaydı!

27 . Kaş ilk ölümüm həmişəlik olaydı!

28 . Var-dövlətim məni əzabdan qurtarmadı.

29 . Hökmranlığım da məhv olub getdi”.

30 . Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!

31 . Sonra da Cəhənnəmə atın!

32 . Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!

33 . "Çünki o, Böyük Allaha iman gətirmirdi,"

34 . və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.

35 . Bu gün burada onun üçün bir dost tapılmaz.

36 . Qanlı irindən başqa yeməyi də yoxdur.

37 . Onu ancaq günahkarlar yeyər”.

38 . And içirəm həm gördüklərinizə

39 . və həm də görmədiklərinizə!

40 . "Bu, möhtərəm bir Elçinin sözüdür."

41 . "O, şair sözü deyildir! Necə də az inanırsınız!"

42 . "O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!"

43 . "O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!"

44 . "Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,"

45 . "Biz onu sağ əlindən yaxalayar,"

46 . sonra da şah damarını kəsərdik.

47 . İçərinizdən heç kəs buna mane ola bilməzdi.

48 . "Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir."

49 . Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!

50 . "Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır."

51 . "Sözsüz ki, bu Quran əsl həqiqətdir."

52 . Elə isə Böyük Rəbbinin adına təriflər de!

 

 

 

Bu səhifədə Haqqə surəsi Türkcə tərcüməsi, Haqqə surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Haqqə surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Haqqə surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Haqqə surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top